ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 15 Aprel 2025 14:34

Qax rayonuna məxsus turizm guşələri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın şimal hissəsində qərarlaşan, öz füsunkar təbiəti, azman dağları, sıx meşələri, şırıltılı şəlalələri ilə göz oxşayan Qax rayonu barədə belə bir deyim var: “Bura bir gələn hökmən yenə gəlmək istəyər”.

 

Kürmük məbədi

 

1-3-cü əsrlərdə qədim Alban məbədinin qalıqları üzərində tikilmişdir. Əlverişli yerləşməsi olduğu üçün məbədi gözdən qaçırmanız mümkün deyil.

 

Ulu körpü

 

Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür.  Körpü tağ formasındadır və tikintisində kəpricdən və yumurtadan istifadə olunubdur. Rəngi həmişə qara olur. Burada şəkil çəkdirmək üçün çayın yatağına belə enə bilərsiniz. Çayın yatağından körpüyə gözəl mənzərə açılır..

 

Ramramay şəlaləsi

 

Bu şəlalə İlisu kəndində yerləşir. Şəlalənin suyu  bumbuzdur. 

 

Mamırlı şəlalə

 

Azərbaycanın ən gözəl şəlalələrindən biridir və Qaxın Ləkit-Kötüklü kəndindəki sıx meşədə yerləşir. Hündürlüyü 15 metrdir.

Şəlalənin axdığı qayalıq mamır ilə örtülü olması bura qeyri-adi gözəllik qatır.

 

Şəkildə: Mamırlı şəlalə

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Çərşənbə axşamı, 15 Aprel 2025 12:44

Mətbəximizin daha bir atributu - albuxara

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir sıra Milli Azərbaycan xörəklərinin tərkib hissəsi olan albuxaranı kim xo.lamır ki? Xüsusən, süfrəmizin şahı olan plovun aç-qarasının ən əsas komponentlərindən biridir albuxara.

Ölkəmizə gələn xarici qonaqlar bu ləziz təamı çox bəyənirlər.

 

Azərbaycanda iki cür — sarı və qara albuxara yetişdirilir. Ordubad rayonunda geniş yayılmış sarı albuxaranın tərkibində 12 faiz şəkər, 0,8 faiz turşu var. Qara albuxaranın vətəni Şirvan zonasıdır. Onun tərkibində isə 10,6 faiz şəkər, 1,21 faiz turşu olur.

Hər iki sortun çəyirdəyi asanlıqla ayrılır.

Albuxara yeyilir, qurudulur və xoşab hazırlanmasında istifadə edilir.

Belə güman etmək olar ki, alu (gavalı) və Buxara sözlərindən əmələ gəlib və Buxara gavalısı mənasını verir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Keramika, yəni gil və digər materialların şəkilləndirilməsi və yanması ilə yaranan sənət və sənaye məhsuludur. Bu sahə həm bədii, həm də praktiki məqsədlərlə geniş istifadə olunur. Keramika əsərləri qədim zamanlardan bəri müxtəlif mədəniyyətlərdə mövcud olub və bugünkü günümüzə qədər ev əşyalarından bəzək əşyalarına qədər geniş bir sahəni əhatə edir.

 

*Keramikanın əsas sahələri:*

- Bədii keramika

Bu sahə, keramika sənətinin estetik və yaradıcı tərəfini əhatə edir. Bədii keramika əsərləri dekorativ məqsəd güdür və müxtəlif formalar, rənglər, naxışlar ilə bəzədilir. Bu növ keramika əsərləri bəzən sənət qalereyalarında nümayiş etdirilir.

- İstifadə edilən keramika

Bu növ keramika gündəlik həyatda istifadə olunan əşyalardır. Məsələn, qab-qacaq, çini fincanlar, plitələr, vaza və digər praktiki əşyalar. Bu sahə həmçinin sənaye keramika istehsalını əhatə edir (misal üçün, keramik borular və digər inşaat materialları).

- Arxeoloji keramika

Tarixdən və arxeologiyadan gələn keramika nümunələri çox önəmlidir. Arxeoloqlar qədim sivilizasiyaların həyatını öyrənərkən, onların keramika nümunələrini (qədim qablardan, bəzək əşyalarına qədər) araşdıraraq çox məlumat əldə edirlər.

- Mənəvi və dini keramika

Bir çox mədəniyyətlərdə keramika həm də dini məqsədlər üçün istifadə edilib. Məsələn, qədim Yunan və Roma mədəniyyətlərində tanrı heykəlləri və dini ayinlər üçün istifadə olunan keramika əşyaları çox yayılıb.

 

*Keramikanın istehsalı prosesi:*

Keramika istehsalında bir neçə əsas mərhələ var:

1. Gilin seçilməsi və hazırlanması

Keramika istehsalında istifadə olunan gil təbii minerallardan ibarət olur. Gil seçildikdən sonra, o, lazımi konsistensiyaya gətirilməsi üçün yoğrulur və hazırlıq mərhələsindən keçir.

2. Şəkilləndirmə

Gilin əllə və ya fırlanan təkər (lathe) vasitəsilə müxtəlif formalar yaradılır. Bu mərhələdə ustalar həm sadə, həm də mürəkkəb formalar yarada bilərlər.

3. Quruma və ilk yanma

Şəkilləndirilən əsərlər əvvəlcə havada qurudulur, sonra isə bisque yanma prosesi ilə ilkin olaraq sobada bişirilir. Bu, gilin möhkəmlənməsi üçün vacibdir.

4. Rəngləmə və bəzəmə

Qurudulmuş və bişmiş keramika əsərləri üzərinə müxtəlif rəngli esmal və boyalar tətbiq edilir. Bəzək və rəngləmə mərhələsi keramika sənətinin ən yaradıcı hissəsidir.

5. İkinci yanma (esmal yanması)

Son mərhələdə, bəzədilmiş keramika yüksək temperaturda ikinci dəfə sobada bişirilir. Bu proses, əsərin üzərindəki rənglərin və şüşə təsirli qatların sabitləşməsini təmin edir.

 

*Keramika ilə bağlı texnikalar:*

*Handbuilding (əllə yaratma):* Keramik əsərləri əllə müxtəlif formalarda yaratmaq. Məsələn, gil qatlarını birləşdirərək və ya daxili boşluğu açaraq formalar yaratmaq.

*Wheel throwing (fırlanma təkəri ilə işləmə):* Gilin təkər üzərində fırladılaraq forma verilməsi. Bu, ən çox istifadə olunan texnikalardan biridir.

*Slip casting (şliplə tökərək formalaşdırma):* Gilin maye vəziyyətinə gətirilərək formalar üzərinə tökülməsi.

*Glazing (şüşələmə):* Keramika əsərlərinin səthinə şüşə əsaslı bir qat tətbiq etmə prosesidir ki, bu da məhsulun parlaq və su keçirməz olmasını təmin edir.

 

*Keramika sənətinin tarixi:*

Keramika, ən qədim sənətlərdən biridir və təxminən 30,000 il əvvələ, Paleolit dövrünə qədər gedib çıxır. İlk keramika nümunələri yanan daş və gil əsərlərindən ibarət olmuşdur. Qədim Yapon, Çin, Yunan və Roma mədəniyyətlərində keramika sənəti çox inkişaf etmiş və müxtəlif formalar, rənglər və naxışlarla zənginləşmişdir.

 

*Keramikaya necə başlamaq olar?*

*Keramika dərsləri:* Bir çox sənət məktəblərində keramika dərsləri mövcuddur. Bu dərslərdə müxtəlif texnikaları öyrənmək və praktika etmək mümkündür.

*Ev şəraitində yaradılış:* Keramika işləri üçün lazım olan avadanlıqları əldə edib, evdə başlanğıc səviyyədə işlər görməyə başlamaq.

*Sənət mərkəzləri və studiyalar:* Bir çox şəhərdə keramika studiyaları və mərkəzləri fəaliyyət göstərir. Bu yerlərdə həm dərslər, həm də öz işlərini sərbəst şəkildə yaratmaq mümkündür.

 

Keramika həm sənət, həm də əl işlərində istifadə olunan təbii və funksional bir sahədir. Yaratmaq, həm yaradıcı tərəfinizi inkişaf etdirmək, həm də gündəlik həyatda istifadə edə biləcəyiniz gözəl əşyalar yaratmaq imkanı verir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış jurnalist İbrahim Nəbioğlunun şimal qonşumuz Rusiya barədə çox maraqlı statistikasını diqqətinizə çatdırır.

 

BİRİNCİLİKLƏR:

1. Dünyada təbii qaz hasilatı və ixracına görə 1-ci yer (qlobal hasilatın 35%-i);

2. Dünyada təbii resursların həcminə görə 1-ci yer;

3. Dünyada almaz ehtiyatları və ixrac həcminə görə 1-ci yer;

4. Dünyada kəşfedilmiş platin ehtiyatlarına görə 2-ci, ixracına görə 1-ci yer;

5. Dünyada kəşfedilmiş gümüş ehtiyatlarına görə 1-ci yer;

6. Dünyada kəşfedilmiş qızıl ehtiyatlarına görə 2-ci yer;

7. Dünyada kəşfedilmiş kömür ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);

8. Dünyada meşə ehtiyatlarına görə 1-ci yer (qlobal ehtiyatların 23%-i);

9. Dünyada içməli su ehtiyatlarına görə 1-ci yer;

10. Dünyada nərə balığı, yengəc ve mintay ehtiyatlarına görə 1-ci yer;

11. Dünyada kəşfedilmiş qalay, sink, titan ve niyobyum ehtiyatlarına görə 1-ci yer;

12. Dünyada azot gübrələrinin ixracına görə 1-ci yer;

13. Dünyada torf ehtiyatlarına görə 1-ci yer.

 

Bəs hara gedib bu zənginlik?

 

• Dünyada dolar milyarderlərinin artım sürətinə görə 1-ci yer, milyarderlərin ümumi sayına görə 2-ci yer (ABŞ-dan sonra);

• Yaşayış səviyyəsinə görə dünyada 67-ci yer;

• İnsan potensialının inkişaf səviyyəsinə görə dünyada 71-ci yer;

• Dövlətin vətəndaşa xərclədiyi pula görə dünyada 72-ci yer;

• Əhalisinin sağlamlıq səviyyəsinə görə dünyada 127-ci yer;

• İnsan ömrünün uzunluğuna görə 111-ci yer.

 

Dünyada "lider" olduğu göstəricilər:

 

• Yaşlılar, yeniyetmələr və uşaqlar arasında intihara görə dünyada 1-ci yer;

• Boşanma sayına görə dünyada 1-ci yer;

• Nigahdankənar doğuma görə dünyada 1-ci yer;

 

• Abort və atılan uşaqların sayına görə dünyada 1-ci yer;

• Əhalinin azalma sürətinə görə dünyada 1-ci yer;

• Spirtli içkilərin istehlakına görə dünyada 1-ci yer;

• Spirtli içkilərin satışına görə dünyada 1-ci yer;

• Tütün məhsullarının satışına görə dünyada 1-ci yer;

• Alkoqolizm ve siqaret tiryakiliyindən ölüm hallarına görə dünyada 1-ci yer;

• Ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada 1-ci yer;

• Saxta dərmanların satışına görə dünyada 2-ci yer;

• Eroin istifadəçilərinin sayına görə dünyada 1-ci yer (qlobal istehsalın %21-i);

• Aviasiya qəzalarının sayına görə dünyada 1-ci yer;

• Siyasi hüquq və azadlıqlar reytinqinə görə dünyada 159-cu yer.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

Aprelin 6-da və 7-də Ağdam, Cəbrayıl rayonlarında mina partlayışlarının baş verməsinə, nəticədə bir hərbçimizin həlak olmasına, dörd mülki şəxsin, o cümlədən azyaşlı uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri almasına Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu da biganə qalmayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, onlar BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.

Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi hiddətlə pislənib.

2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 392 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib.

Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb.

Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.

Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, "Xarı-Bülbül" Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Çərşənbə axşamı, 15 Aprel 2025 08:29

Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Gödəkçə”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

     SƏMƏD VURĞUN

 

     GÖDƏKCƏ

 

Dostum! Moskvada iki il qabaq

Qarlı bir qış günü bir evə dolduq.

Dostlar, tanışlar da məclis quraraq,

Üstünə yüngüllük, gülüb şad olduq.

Mən soyuqlamışdım o axşam bir az.

Sənsə ərk eləyib danladın məni,

Dedin ki, bu qədər soyuqluq olmaz,

Özünə baxmırsan... Doğrudan da sən.

Elə bil canının lap düşmənisən!

Sonra əynindəki bir gödəkcəni

Mənə bağışladın o məclisdəcə.

Üstəlik bir söz də dedin o gecə:

“Biz heç... Qoy şairə soyuq dəyməsin!”

O ürəkdən gələn mehriban səsin

İndi də, indi də xatirimdədir...

Əzəldən qaydadır eldə, obada,

Dostluğun töhfəsi bir çöp olsa da,

Anlayan bilər ki, mənası nədir!

İndi qış günləri şaxtada, qarda,

Əlimdə tüfəngim, çöllər gəzirəm.

Arabir yol azıb qasırğalarda,

Bir işıq axtarıb ellər gəzirəm.

Gah şər qarışanda, gah da dan üzü

Sazaq qılınc kimi kəsəndə məni,

Geyirəm verdiyin o gödəkcəni,

Elə bil gül açır Mil, Muğan düzü.

Bəzən Bakıda da xəzri əsəndə,

Elə ki qəflətən xəstələnirəm,

Elə ki qorxudur məni sətəlcəm,

Uşaqlar deyinib, həmdəm küsəndə,

Geyirəm verdiyin bu gödəkcəni.

Bu ceyran dərisi bir loğman kimi

Davasız, dərmansız sağaldır məni.

Xeyirxah, mehriban bir insan kimi,

hər zaman, hər yerdə anıram səni...

 

    “Ədəbiyyat və incəsənət”

    (15.04.2025)

 

Çərşənbə axşamı, 15 Aprel 2025 08:00

Alim Kamil İbrahimovun anım günü

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru Kamil İbrahimov 6 avqust 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

 

1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980–88-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır.

9 kitab, 100 — dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifidir.12 kitabın elmi redaktorudur. Kitablarının hamısı, elmi məqalələrinin əksəriyyəti Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuşdur. Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etmişdir.

Respublika prezidentinin 18 may 2018-ci il sərəncamı ilə İbrahimov Kamil Fərhad oğluna Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.

Rəsmi səviyyədə Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, həmçinin universitetlərin diplomları, fəxri fərmanları və digər mükafatları ilə təltif olunmuşdur.

 

Elmi əsərləri

- K. İbrahimov "İçəri Şəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir", "Visions of Azerbaijan" jurnalı.

- K. İbrahimov. İçərişəhər – qədim foto, qravür, xəritə və qrafik rəsmlər.

- K. F. İbrahimov. "İçərişəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir" IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı (1–5 oktyabr 2012) materialları. 

- İ. Məmmədov, K. İbrahimov. İrsimizi qoruyaq. 

- K. F. İbrahimov. "Uğurlu Məhəmmədin məzarı haqqında". Naxçıvan Dövlət Universiteti.

- K. İbrahimov. 31 mart Azərbaycanlıların soyqırım günüdür. "31 mart Azərbaycanlıların soyqırım günüdür"

- K. İbrahimov. Dədə Qorqud yadigarı Bayburt. 

 

15 aprel 2021-ci ildə Bakı şəhərində koronavirusdan vəfat etmişdir.

 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dünya hərb tarixində analoqu olmayan bir əməliyyat hesab etmək olar Xocavənd əməliyyatının. 1-ci Qarabağ müharibəsinə təsadüf edən Xocavənd əməliyyatının bir neçə gün öncə 28-ci ildönümünü qeyd etdik. 

 

1997-ci il aprel ayının 7-də 8 nəfərdən ibarət Xüsusi Təyinatlı Dəstənin kəşfiyyatçıları döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən düşmən mühasirəsiylə üz-üzə qalır. 

3 gün qeyri-bərabər döyüşdə igid kəşfiyyatçılarımız qarşı tərəfin xeyli silah sursatını, texnikalarını məhv edib və əsir düşməmək üçün son qumbaraları ilə özlərini partladaraq şəhid olurlar.    

Düşmən gülləsindən ağır yaralanan çavuş Aqil Əhmədov əsir götürülür. 1 il 11 aylıq əsir həyatından sonra Qırmızı Xaç Cəmiyyətinin xətti ilə vətənə dönür.

Aqil deyir ki, düşmən bizim şəhid olmuş kəşfiyyatçıları düzərək, onlara hərbi salam verdilər, öz əsgərlərinə bizim şəhidlərimizi nümunə göstərdilər. 

 

Yeddi şəhidimiz Azərbaycana qaytarıldıqdan sonra, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub:

1. Leytenant Elxan Ataxan oğlu Ağayev

2. Leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov

3. Çavuş Dinar İbrahim oğlu Mustafayev

4. Çavuş Anar Üzeyir oğlu Rzayev

5. Çavuş Aqşin Əli oğlu Həsənov

6. Çavuş Nizami Səfi oğlu Ələkbərov

7. Çavuş Fariz Şəmil oğlu Cavadov

 

Əlbəttə ki, heç bir qəhrəmanlıq unudula bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mirzə Ələkbər Sabir (1862–1911) Azərbaycan ədəbiyyatının ən böyük satirik şairlərindən biridir. O, XIX əsrin sonu və XX əsrin əvvəllərində cəmiyyətin siyasi və sosial vəziyyətini tənqid edən əsərlər yaratmışdır. Sabir sadə xalqın dilindən, yəni adi danışıq dilindən istifadə edərək, dövrünün ən böyük ictimai problemlərini və çatışmazlıqlarını şeirlərində sərt şəkildə tənqid etmişdir.

 

Sabir, indiki Şamaxı şəhərində doğulmuşdur.

Təhsilini uşaqlıqdan başladıqdan sonra, Bakıya gedərək burada mədrəsədə və sonra məktəbdə təhsil almışdır. Sabirin yaradıcılığının əsas məqsədi dövrünün sosial ədalətsizliyini, cahilliyini, siyasi azadlığın olmamasını və insan hüquqlarının pozulmasını ortaya qoymaq idi. Şair zəngin dillə, ustalıqla yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında mühüm izlər qoymuşdur.

 

Əsərlərində tez-tez satira və ironiya metodlarından istifadə etmiş, xüsusilə xalqın ürgah olduğu zülm, təhsil səviyyəsinin aşağı olması, dinin yanlış başa düşülməsi, qadın hüquqları və azadlıqlarının tapdanması kimi mövzuları gündəmə gətirmişdir. Sabir, həmçinin bir çox əsərlərində sosial ədalət və mədəniyyət ideyalarını irəli sürərək, cəmiyyəti maarifləndirmək məqsədi güdmüşdür.

Onun ən məşhur əsəri "Hophopnamə" külliyyatına daxil olan satiralarıdır. Bu əsərlər, Sabirin dönəminin sosial və mədəni problemlərini satirik şəkildə təqdim etdiyi əsərlərindən biridir. "Hophopnamə" Sabirin təkrarlanan "hophop" obrazı ilə cəmiyyətdəki cahilliyi, yanlış inançları və tərəddüdləri əks etdirən şeirlərdir.

Sabir, eyni zamanda maarifçi, "Böyük mədəniyyətin və sosial dəyişikliklərin tərəfdarı" kimi tanınır. O, həmçinin "təmiz" bir şəkildə istədiyi düzəlişlər etməyə çalışaraq, bəzən “bütün dünyanın başını fırlatmaq” istəyini dilə gətirmişdir.

 

“Hophopnamə”dən təhlil

İndi isə gəlin, Sabirin məşhur "Hophopnamə"sindən bir hissəni təhlil edək. Şairin sosial ədalət və cəmiyyətin qarışıq təbəqələrinin vəziyyətini necə sərt şəkildə ortaya qoyduğunu görəcəyik.

 

1. “Hophopnamə” və oradakı satiraların konteksti: Sabir, bu külliyyat vasitəsilə, sadə xalqın, eləcə də aydın təbəqəsinin hökümət və din mövqeyindəki bəzi insanlar tərəfindən necə yanlış yönləndirildiyini tənqid edir. Onun satirik üslubu həm kəskin, həm də ağıllı şəkildə cəmiyyətin qüsurlarını işıqlandırır.

2. Cəmiyyətin təhsil haqqında görüşləri: Sabir, öz dövründəki təhsil sistemini ciddi şəkildə tənqid edirdi. O, qızların oxumasına qarşı olan cəmiyyətin mühafizəkar baxışlarını təhqir edirdi. Sabir, belə bir anlayışın cəmiyyəti geridə buraxan bir tələyə çevrildiyini düşünürdü.

 

3. Şeirin dilindəki kəskin tənqid: Sabirin şeirlərindəki dil çox zaman qəzəbli və kəskin olur. O, hər bir tənqidi əsaslandırmaqla yanaşı, çox zaman şeirini ironiya və satira ilə bəzəyir. Məsələn, qadınların təhsil almasında hansısa zərurəti göstərmək yerinə, onları yalnız "ev işləri ilə məhdudlaşdırmaq şeirində sərt şəkildə satirik şəkildə qınanır.

 

Gəlin indi birlikdə Mirzə Ələkbər Sabirin bu bəhri-təvilinə göz ataq.

 

Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər…

 

Sabirin burada fələkdən (taleyin simvolu) şikayət etməsi, həm onun şəxsi yaşadığı sıxıntılardan, həm də ümumiyyətlə cəmiyyətin ədalətsizliyindən narazılığını ifadə edir. "Fələk" sözünün zülm və ağrı ilə bağlı istifadəsi, dövrünün sosial və iqtisadi çətinliklərini vurğulamaq məqsədi daşıyır. Sabir, bu dövrün çətinliklərində insanları bəzən öz başına gələnlərə də şikayət edərək daha ümumi bir üzülmə vəziyyəti yaradır. Həmçinin, burada bəhs edilən "əhl-i qələm" (yazıçılar və fikir adamları) sanki Sabirə dəstək verməyərək əslində onun işini daha da çətinləşdirir. Beləliklə, Sabir müstəqil fikirlərini sərbəst şəkildə ifadə edənlərə qarşı cəmiyyətin mənfi münasibətini tənqid edir.

 

Qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazılıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar…

 

Sabir burada müasir dövrün cəmiyyətini və idarəetmə üsullarını sərt şəkildə tənqid edir. O, dövründəki mətbuatın (qazetə, jurnal) heç də doğru işlər görmədiyini, əksinə, "küfrişiyə" və yanlış fikirlər yayımladığını vurğulayır. "İslamə sitəmlər" ifadəsi ilə Sabir, mətbuatın və ümumiyyətlə dövrün rəhbərlərinin dini dəyərləri pozduqlarını qeyd edir. Sabir, qızların təhsilinə olan əhəmiyyəti burada bir daha bəyan edir: "məktəbi-nisvan" (qız məktəbi), cəmiyyətin inkişafı üçün təhsilin vacibliyini işarə edir. Bu, yalnız qadın təhsili ilə bağlı olan deyil, həm də bütün təhsilin hər bir insan üçün vacib olduğu mesajını verir. Bu hissədə Sabir, mətbuatın bu cür məsələlərə laqeyd yanaşmasını və əksinə, cəmiyyətin inkişafı üçün hərtərəfli maarifləndirmənin vacibliyini vurğulayır.

 

Başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət…

 

Sabir burada dövründəki bəzi insanları sərt şəkildə tənqid edir. "Başdan-ayağə geyələr don" və "gedələr məktəbə on-on" ifadələri ilə, Sabir müasir dövrün fəlsəfəsinə uyğun, yalnız zahiri görünüşünə və qeyri-səmimi davranışlara önəm verən insanları tənqid edir. Sabir bununla demək istəyir ki, insanlar yalnız formaya deyil, əsl mənaya, təhsilə və ruhən yetişməyə də önəm verməlidirlər. "Şiveyi-bidət" (yeni, düzgün olmayan adətlər) və "nəhvlə hikmət" (səhv düşüncə) ifadələri, o dövrün insanlarını yanlış düşüncələrlə təhsil almalarına qarşı xəbərdarlıqdır.

 

Aman, ey vah! Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş!

 

Sabirin burada cəmiyyətin vəziyyətini təsvir etməsi, onun bir növ ümumi məyusluq və məyusiyyətinin təzahürüdür. Sabir, dövründəki insanları "bədxah" (pis niyyətli) və "şiveyi-ikrah" (çox çirkin adətlər) adlandıraraq, onların davranışlarını ciddi şəkildə tənqid edir. O, cəmiyyətin bu şəkildə davam etməsi ilə bağlı narahatlığını bildirir və buna son qoyulmasını istəyir. "Lal ola kaş, düşə başlarına daş!" ifadəsi, Sabirin cəmiyyətin gerilikdən qurtulması üçün daha sərt bir cəza arzuladığını göstərir. Burada Sabir, cəmiyyətin artıq öz yoldan azmış bir halda olduğunu hiss edir və bu vəziyyətdən qurtulmaq üçün daha qərarlı tədbirlər görməyə çağırır.

 

Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz…

 

Sabir burada qadınların təhsili məsələsindəki ikili standartları sərt şəkildə tənqid edir. Onun fikrincə, qadınlar yalnız ev işləri və yemək bişirməklə məşğul olmalı və bundan başqa heç bir əhəmiyyətli biliyə sahib olmamalıdırlar. Sabir, cəmiyyətin bu düşüncə tərzini əsarət olaraq görür və qadınların yalnız bu cür "evdar" bacarıqları öyrənmələrinin yanlış olduğunu vurğulayır. O, qadınların təhsilini yalnız ev işləri ilə məhdudlaşdıran yanaşmanı əsassız və ədalətsiz hesab edir.

 

Ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə bir kimsə də olmaya curət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət…

 

Sabir burada da qadınların ev içindəki rolunu tənqid edir, amma bu dəfə bu tənqidin şiddəti biraz daha fərqli yönə doğru gedir. O, qadınların ev içindəki mədəniyyəti və cəmiyyətin gözləntilərinə uyğun davranışları mənimsəmələrini "vacib" hesab edir. Bu, Sabirin dövründə qadınların cəmiyyət içindəki "kasıb" və "tabu" statuslarına qarşı göstərdiyi müəyyən bir qarışıq hissi təmsil edir. Bu hissə qədər Sabir müasir qadınların təhsil almaq hüququnu müdafiə edir, amma eyni zamanda da ev işlərini düzgün icra etməyin vacibliyini bildirir.

 

 

Bu təhlillər Sabirin əsərindəki mürəkkəb sosial və əxlaqi məsələləri daha yaxşı başa düşməyimizə kömək edir. O, həm qadınların təhsilini, həm də cəmiyyətdəki təhsil, ədalət və mədəniyyət məsələlərini dərindən təhlil edir, oxucularına sosial reallıqları sərt şəkildə göstərərək dəyişiklik tələb edir. Sabir öz dövrünün yanlış inam və tənqidlərinə qarşı bir islahat çağırışı edir, həm də hər kəsin öz yerində daha yaxşı olacağına inandığı bir dünya qurulması istiqamətində addımlar atmağın vacibliyini vurğulayır.

Mirzə Ələkbər Sabirin satirası, dövrün çətinliklərini və cəmiyyətin mənfi tendensiyalarını vurğulayarkən, hələ də aktualdır və bizə bu günün mühitində də bir çox məsələləri düşündürür. Onun kəskin dili və dərin düşüncəsi, insanlara yalnız əyləncə deyil, həm də özlərini və cəmiyyətlərini sorğulamağa məcbur edir.

Onun satirası, həm də bizə dərs verir ki, ictimai problemlərə diqqət yetirməliyik, insan hüquqlarını, təhsilin və mədəniyyətin əhəmiyyətini unutmamalıyıq.

Mirzə Ələkbər Sabirin hər zaman müasir cəmiyyətlə qarşı-qarşıya gələn bu fikirləri, hələ də çox aktuallığını qoruyur. Bu səbəbdən onun əsərləri, yalnız tarixə baxan bir pəncərə deyil, həm də bu günümüzə işıq tutan bir mənbədir.

Onun xatirəsini rəhmətlə anmaq bu gün də bizə göstərdiyi dəyərli cəmiyyət dərslərini yadda saxlayıb tətbiq etmək üçün önəmlidir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

 

 

Ebru Bayramova, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Cəsurluğun, qəhrəmanlığın, qorxmazlığın qadın, kişisi olmur. Bunun ən yaxşı göstəricilərindən olan əsərlərdən biri də 2015-ci ildə Svetlana Aleksiyeviçə “Nobel” mükafatı qazandıran “Müharibənin qadın olmayan üzü” adlı əsəridir. Svetlana Aleksiyeviç polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə “Nobel”ə layiq görülüb. O, xırda şeylərin, kiçik hadisələrin böyük yazarıdır. İnsan həyatından çox, insan duyğularına abidə ucaldan yazar…

 

Tarixdə demək olar ki, ilk dəfə müharibəni bütün çılpaqlığı ilə göz önünə gətirən yazıçı Svetlana Aleksiyeviç olub. Həqiqətən də, onun əsərlərini roman hesab etmək olarmı? Çünki əsərlərində yazıçının öz sözlərindən daha çox, müharibədə iştirak etmiş qadınların danışıqları var. Svetlana Aleksiyeviç sözün yox, səsin yazarıdır.

O, “ Nobel” çıxışında deyir:  

“Flober deyirdi ki, o, qələm adamıdır, mən deyə bilərəm ki, qulaq adamıyam.Küçədə gedəndə qulağıma hansısa sözlər, ifadələr, nidalar dəyəndə həmişə düşünürəm: Bir gör nə qədər roman itib gedir, izi də qalmır. Zamanda. Qaranlıqda.İnsan həyatının bir hissəsi - şifahidir, onu ədəbiyyata qazandırmaq nəsib olmur bizə. Biz onu hələ qiymətləndirmirik, o bizi heyrətləndirmir hələ. Məni məhz o yaxalayıb, əsirinə çevirdi.İnsan danışığını sevirəm... Tək bir insan səsini sevirəm. Bu, mənim ən böyük eşqim və ehtirasımdır.” 

“Mən nə edirəm? Mən gündəlik hissləri, fikirləri, sözləri toplayıram. Öz zəmanəmin həyatını toplayıram. Mənə qəlbin, ruhun tarixi maraqlıdır. Ruhun həyatı. ” 

“Məni kiçik insan maraqlandırır. Kiçik böyük insan, ona görə ki, kiçik insanı iztirabları böyüdür. Kiçik insanın özü mənim kitablarımda öz tarixçəsini danışır, öz tarixçəsilə birgə böyük tarixi də.” 

Və bu da Svetlana Aleksiyeviçin jurnalist olan bir yazar olmasından qaynaqlanır. Əslində, bu əsərin əsas mövzusu müharibə deyil, qadındır. Elə bir qadın ki, düşmən əsgərləri belə inana bilmirdi ki, o, cəsur döyüşçü qadındır. İnana bilmirdilər ki, onları bir qadın öldürüb. “Müharibənin qadın olmayan üzü” əsərində II Dünya müharibəsində iştirak edən, müxtəlif işləri yerinə yetirən və daha sonra müharibənin əsiri olaraq yaşamağa davam edən qadınlardan bəhs edilir. Bəs o qadınlar orada nələr yaşadı? Orada olmaq onlar üçün asan idimi?

Əsəri oxuyan biri olaraq deyirəm ki, əsər insan psixologiyasına ciddi şəkildə təsir edir. Bir də düşünək ki, oradasan, bu hadisələri real şəkildə yaşayırsan, görürsən… Əsərdə müəllif orada iştirak edən qadınların müxtəlif vaxtlarda, yerlərdə, işlərdə yaşadığı hadisələri diqqətə çatdırır. Və bu yaşananlar bir qadın üçün yox, bir insan üçün o qədər dözülməzdir ki… 

 

Svetlana Aleksiyeviçin Nobel nitqindən bir hissə: Deyə bilmərəm ki, həmişə qatlana bilmişəm, - dəfələrlə olub ki, insandan diksinmişəm və qorxmuşam, heyrət və ikrah duymuşam, eşitdiyimi unutmaq istəmişəm, xəbərsiz olduğum zamanlara dönmək istəmişəm. 

Kitabda qeyd edilən məlumatlar insanın qanını dondurur. Bir ananın öz övladına qıyması, insanın öz yoldaşının ətini yeməsi, insanların doğranması, yandırılması… Bu bir insan üçün necə bir dəhşətdir fikirləşə bilirsiniz? Və burada tək ziyan çəkən insanlar deyil, təbiət, həmin təbiətin incisi olan heyvanlar belə ziyan çəkib…

"Bombardman vaxtı bir keçi də bizə qoşuldu. Bizimlə bir yerdə torpağa uzandı. Yanımızdaca uzandı və başladı çığırmağa. Bombardman başa çatdı, o yenə bizdən ayrılmadı, elə istəyirdi ki, bizimlə bir yerdə olsun. Canlıdır axı, o da canından qorxur. Nə isə... Gedib çıxdıq bir kəndə, qarşımıza çıxan qadına dedik: "Götür bu keçini saxla!" Canını qurtarmaq istəyirdi..."

"Kəndi geri aldıq...Su axtarırıq. Həyətlərdən birinə girəndə gözümüzə quyu sataşdı. Qıraqları taxta ilə hörülmüş quyu idi... Həyətdə güllə ilə vurulmuş ev sahibinin cəsədi qalmışdı... Yanında da it. Bizi görəndə başladı quyruq bulamağa, ora-bura qaçmağa. Onun nə etmək istədiyi sonra çatdı bizə, o isə bizi çağırırdı... Bizi evə çağırırdı... Onun arxasına düşüb getdik. Qapının ağzında ev sahibinin arvadı və üç uşaq yıxılıb qalmışdı. İt isə onların başının üstünü kəsdirib ağlayırdı. Əməlli-başlı ağlayırdı. İnsan kimi..."

Bəs onlar müharibədən sonra nə edəcəkdilər? Necə oranın təsirindən uzaqlaşa biləcəkdilər? Normal həyata dönmək onlar üçün asan olacaq? 

Müharibə bitdi, amma onların içindəki müharibə heç vaxt bitmədi, bitməyəcək… Orada yaşadıqları ağrı, əzablar dinmədi, dinməyəcək…Onlar müharibədən sonra belə, rahat yuxu yata bilmədilər. Müharibədən zahirən gəlsələr belə ruhları orada qalmışdı. Və heç vaxt o ruh müharibəni tərk edə bilməyəcəkdi. Elə indiki dövrdə Azərbaycan qaziləri də belədir. Onlar hələ də rahat yuxu yata bilmirlər. Yuxuda ikən sanki müharibə imiş kimi hisslər keçirirlər. Və 2-ci Qarabağ müharibəsinin bitməsindən bir neçə il keçsə də, hələ müharibədən sağ qayıdan bütün əsgərlərimiz psixoloji cəhətdən hələ də müharibədədir. Onların öz içlərində olan müharibə heç vaxt bitməyəcək.

Əsərdə göstərilir ki, bir çox insanlar orada iştirak edənqadınlarla qürur duysa da, bir çoxu onları qəbul edə bilmirdi. Və bunun səbəbi də müharibədə olmaları idi... Heç düşünmürdülər ki, onlar orada neçə-neçə igidi güllə altından qurtarıb, sağaldıb, onlara yemək bişirib, paltarlarını yuyub…

Onlar orda o qədər hadisə görüblər. Gözlərinin önündə ailələrini, sevdiyini, yoldaşlarını itiriblər. Amma o qəhrəman qadınlar vicdanını heç vaxt itirməyibdir. Onlar orada yaralı olan düşmən əsgəri belə olsa, onları sağaltmaq istəyib, onlarla öz yeməklərini paylaşıb, hətta yemək qıtlığı olsa belə, onları öz əsgərlərindən seçməyib. Əsər oxuyan hər kəsdə bir dəfə də müharibəyə nifrət hissi yaranır…

Svetlana Aleksiyeviç Nobel nitqindən:“ Bu “bunlar”, “onlar” sözləri mənə kitabın nə haqda olacağına eyham vurdu: müharibənin – qatillik olması haqda. Qadın yaddaşında necə qalması haqda.” 

Mənim fikrimcə, hər kəs bu əsərlə tanış olmalıdır. Çünki əsərdə müharibəni bütün orijinallığı ilə göz önünə sərmişdir. Elə bu kitabdan da bir hissəni nəzərə yetirək.

“Biz gedirik…Bəs arxamızda kimlər qalır? Mən tarix müəllimiyəm… Mənim dövrümdə tarix dərsliyini düz üç dəfə dəyişiblər. Mən üç ayrı-ayrı dərslikdən öyrənmişəm tarixi…. 

Bizdən sonra nə qalacaq? Nə qədər ki sağıq, soruşun, öyrənin. Sonradan uydurmayın bizi. Soruşun…

Mən bütün ömrüm boyu tarixdən dərs demişəm, ancaq mən dəqiq bilirdim ki, heç bir tarixi hadisəni sonuna qədər dəqiqliyi ilə bilmirik. Bütün yaşanmış hissləri. Bütün həqiqətləri…” 

Onlar ölmək istəmirdilər. Onlar yaşamaq, yaşatmaq istəyirdilər… 

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

 

 

 

34 -dən səhifə 2151

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.