İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir sıra Milli Azərbaycan xörəklərinin tərkib hissəsi olan albuxaranı kim xo.lamır ki? Xüsusən, süfrəmizin şahı olan plovun aç-qarasının ən əsas komponentlərindən biridir albuxara.
Ölkəmizə gələn xarici qonaqlar bu ləziz təamı çox bəyənirlər.
Azərbaycanda iki cür — sarı və qara albuxara yetişdirilir. Ordubad rayonunda geniş yayılmış sarı albuxaranın tərkibində 12 faiz şəkər, 0,8 faiz turşu var. Qara albuxaranın vətəni Şirvan zonasıdır. Onun tərkibində isə 10,6 faiz şəkər, 1,21 faiz turşu olur.
Hər iki sortun çəyirdəyi asanlıqla ayrılır.
Albuxara yeyilir, qurudulur və xoşab hazırlanmasında istifadə edilir.
Belə güman etmək olar ki, alu (gavalı) və Buxara sözlərindən əmələ gəlib və Buxara gavalısı mənasını verir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)