İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın şimal hissəsində qərarlaşan, öz füsunkar təbiəti, azman dağları, sıx meşələri, şırıltılı şəlalələri ilə göz oxşayan Qax rayonu barədə belə bir deyim var: “Bura bir gələn hökmən yenə gəlmək istəyər”.
Kürmük məbədi
1-3-cü əsrlərdə qədim Alban məbədinin qalıqları üzərində tikilmişdir. Əlverişli yerləşməsi olduğu üçün məbədi gözdən qaçırmanız mümkün deyil.
Ulu körpü
Kürmük çayının üzərində yerləşən bu körpünün 18-ci əsrdə inşa edildiyi düşünülür. Körpü tağ formasındadır və tikintisində kəpricdən və yumurtadan istifadə olunubdur. Rəngi həmişə qara olur. Burada şəkil çəkdirmək üçün çayın yatağına belə enə bilərsiniz. Çayın yatağından körpüyə gözəl mənzərə açılır..
Ramramay şəlaləsi
Bu şəlalə İlisu kəndində yerləşir. Şəlalənin suyu bumbuzdur.
Mamırlı şəlalə
Azərbaycanın ən gözəl şəlalələrindən biridir və Qaxın Ləkit-Kötüklü kəndindəki sıx meşədə yerləşir. Hündürlüyü 15 metrdir.
Şəlalənin axdığı qayalıq mamır ilə örtülü olması bura qeyri-adi gözəllik qatır.
Şəkildə: Mamırlı şəlalə
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)