İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru Kamil İbrahimov 6 avqust 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.
1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980–88-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır.
9 kitab, 100 — dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifidir.12 kitabın elmi redaktorudur. Kitablarının hamısı, elmi məqalələrinin əksəriyyəti Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuşdur. Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etmişdir.
Respublika prezidentinin 18 may 2018-ci il sərəncamı ilə İbrahimov Kamil Fərhad oğluna Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.
Rəsmi səviyyədə Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, həmçinin universitetlərin diplomları, fəxri fərmanları və digər mükafatları ilə təltif olunmuşdur.
Elmi əsərləri
- K. İbrahimov "İçəri Şəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir", "Visions of Azerbaijan" jurnalı.
- K. İbrahimov. İçərişəhər – qədim foto, qravür, xəritə və qrafik rəsmlər.
- K. F. İbrahimov. "İçərişəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir" IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı (1–5 oktyabr 2012) materialları.
- İ. Məmmədov, K. İbrahimov. İrsimizi qoruyaq.
- K. F. İbrahimov. "Uğurlu Məhəmmədin məzarı haqqında". Naxçıvan Dövlət Universiteti.
- K. İbrahimov. 31 mart Azərbaycanlıların soyqırım günüdür. "31 mart Azərbaycanlıların soyqırım günüdür"
- K. İbrahimov. Dədə Qorqud yadigarı Bayburt.
15 aprel 2021-ci ildə Bakı şəhərində koronavirusdan vəfat etmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(15.04.2025)