Düşmənə təslim olmayaraq, özlərini partladan kəşfiyyatçılarımız və ya 7 oğul istərəm Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dünya hərb tarixində analoqu olmayan bir əməliyyat hesab etmək olar Xocavənd əməliyyatının. 1-ci Qarabağ müharibəsinə təsadüf edən Xocavənd əməliyyatının bir neçə gün öncə 28-ci ildönümünü qeyd etdik. 

 

1997-ci il aprel ayının 7-də 8 nəfərdən ibarət Xüsusi Təyinatlı Dəstənin kəşfiyyatçıları döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən düşmən mühasirəsiylə üz-üzə qalır. 

3 gün qeyri-bərabər döyüşdə igid kəşfiyyatçılarımız qarşı tərəfin xeyli silah sursatını, texnikalarını məhv edib və əsir düşməmək üçün son qumbaraları ilə özlərini partladaraq şəhid olurlar.    

Düşmən gülləsindən ağır yaralanan çavuş Aqil Əhmədov əsir götürülür. 1 il 11 aylıq əsir həyatından sonra Qırmızı Xaç Cəmiyyətinin xətti ilə vətənə dönür.

Aqil deyir ki, düşmən bizim şəhid olmuş kəşfiyyatçıları düzərək, onlara hərbi salam verdilər, öz əsgərlərinə bizim şəhidlərimizi nümunə göstərdilər. 

 

Yeddi şəhidimiz Azərbaycana qaytarıldıqdan sonra, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub:

1. Leytenant Elxan Ataxan oğlu Ağayev

2. Leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov

3. Çavuş Dinar İbrahim oğlu Mustafayev

4. Çavuş Anar Üzeyir oğlu Rzayev

5. Çavuş Aqşin Əli oğlu Həsənov

6. Çavuş Nizami Səfi oğlu Ələkbərov

7. Çavuş Fariz Şəmil oğlu Cavadov

 

Əlbəttə ki, heç bir qəhrəmanlıq unudula bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.