ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Uşaq vaxtı soruşurdular: “Böyüyəndə nə olacaqsan?” Mən də, nədənsə, “Nəqliyyatçı” demirdim – çünki bu, o vaxtlar nənəmin başa düşəcəyi bir şey deyildi. “Nəqliyyat?” deyib fikrə gedirdi, “hə, bəlkə sürücü? Atan baban kimi” deyə təklif verirdi. Amma bilmirdi ki, bu elə-belə avtobusun sükanı deyil – bu, bütün şəhərin nəfəsini planlamaqdır.

 

Nəqliyyat mühəndisliyi yol çəkmək deyil – yolun necə yaşadığını hesablamaqdır. Mühəndis deyəndə hər kəsin gözündə bir körpü tikən, beton qarışdıran adam canlanır. Amma biz? Biz bəzən tək bir gecikməni düzəltmək üçün təkər fırlanmadan əvvəlki ehtimalları ölçürük. Bəzən iki dəqiqəlik gecikmənin bir şəhərin səbrinə necə təsir etdiyini modelləşdiririk.

Yol mühəndisi asfalt çəkir. Biz isə vaxtın özünü döşəyirik. Onlar zolaq çəkir, biz axını. Onlar bardür qoyur, biz insanların davranış trayektoriyasını hesablayırıq. Və ən əsası – onlar tikir, biz qavrayırıq. Çünki hər maşın – bir ehtiyacdır. Hər yol – bir insanın qərarı. Və biz bu qərarların nəbzini tutmağa çalışırıq.

Ona görə də bir gün, dərsdə Allahverdi müəllim bizə baxıb dedi:

“Əziz tələbələrim, nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır.”

Bu, təkcə fənn məlumatı deyildi. Bu, bir baxış tərzi idi. Çünki hər hərəkət, hər gecikmə, hər sıxlıq – bir sükutun içində gizlənmiş hekayədir. Və bu hekayəni anlamaq üçün rəqəmlərdən çox həyat duyumuna ehtiyac var.

Beləcə, biz nəqliyyat mühəndisliyi oxuyuruq – yəni şəhərin ritmini, insanın tələbatını, texnikanın xislətini və xaosun harmoniyasını bir cədvəldə, bir modeldə, bir axında birləşdiririk. Elə bil həyatın özünü bir şəbəkə qrafikasına çeviririk. Nəqliyyat mühəndisliyi sadəcə ixtisas deyil – bu, sistemin içində öz yerini axtaran bir insanın peşəsidir.

Bəzən insan həyatının xülasəsi bir yol xəritəsində gizlənir. Başlanğıcı bilinməyən bir marşrut, sonu görünməyən bir istiqamət. Sanki hər kəs öz asfaltını döşəyir, kimisi düz, kimisi isə döngələrlə dolu. Hərə öz yolunun qaşını çəkir, bəzi yollarda bu qaş yüngül təbəssüm kimi, bəzilərində isə ağır talelər kimi çatlanır. Yolun çiyni də var, düşəndə dayandığın yer, bəzən çiynini söykədiyin bir insan qədər vacib. Həyatın özü də bir nəqliyyat sistemidir: istədiyin stansiyada düşə bilmədiyin, ancaq hər dayanacaqda nəsə öyrəndiyin bir sistem.

Allahverdi müəllim hər dəfə auditoriyaya girəndə yolun özündə bir fəlsəfə, düşündürücü birşey  olduğunu hiss etdirirdi. “Nəqliyyatçı gərək hər şeydən xəbərdar olsun,” – deyirdi. Bu sözlər bəzilərinə adi bir tələb kimi görünürdü. Amma bir neçə mühazirə sonra anladım ki, bu xəbərdarlıq təkcə magistral yollarla, asfalt qatları ilə bağlı deyildi. Bu, həm də insanın daxili yollarını tanımaq, öz yoluna mühəndis gözü ilə baxmaq, qərarların nəticəsini əvvəlcədən hesablamaq bacarığı idi.

Yolun görmə məsafəsi – insanın gələcəklə bağlı qənaətidir. Dumanın içində, qaranlığın dərinliyində, əgər gözlərini düz tutmağı bacarırsansa, sürətin stabildirsə bəlkə də hara getdiyini anlamasan belə, niyə getdiyini anlayırsan. Tormoz yolu isə məncə, təəssüf hissidir. Sürətlənib getdiyin, amma sonra gecikmiş peşmanlıqla durmağa çalışdığın zamanın izidir. Allahverdi müəllim dərslərdə bunu deyəndə, biz bu terminlərin yalnız texniki anlamını götürürdük. Amma bir gün həyat özü sübut etdi ki, bu anlayışların metaforik yükü daha ağırdır. “Biraz həyata daha geniş bucaqdan baxın, əziz tələbələrim,”  deyəndə, bəzən bucağın sadəcə riyazi bir anlayış olmadığını anlaya bilmirdik. Hər baxış bucağında başqa bir insan, başqa bir həyat, başqa bir yol yatırmış. Necə ki, misal çəkmişdi "Dayanacaqda duran cütlük yaşlılar üçün gəncliyin təravətini xatırladır. Amma avtobus sürücüsü onları əlli qəpik olaraq görür".

“Universitet sizə təkcə təhsil verməyəcək,” – deyirdi – “həm də dünyagörüşünüzü artıracaq. Sual verin ki, biz buna həqiqətən hazırıqmı?” Həyatın hər kəsi imtahan etdiyi bir anda, bu sual içimizdə əks-səda doğururdu. Bəzən yol kənarında durub, bu sualı öz-özümüzə pıçıldayırdıq. Bəs həqiqətən hazırıqmı?

Allahverdi müəllimin səsi qulağımızda hələ də var: “Həyat sizə həmişə yaxşı olmayacaq, amma pisin içindən yaxşını özünüzə pay götürün.”Mühəndislik bu cümlənin tam ortasında yaşayır: problemlərin içindən çıxış yolu tapmaq, qaranlığın ortasında bir yol xəttini düz çəkmək və hər şeydən əvvəl getmək.

Çünki həyat bir yoldur. Və bu yolun sürət məhdudiyyəti yoxdur. Amma diqqətsizlik – qəza səbəbidir.

 "İnsan orqanizmi də avtomobil mühərrikinə bənzəyir" – deyəndə Ziyafət müəllim, otaqda bir anlıq gülüş dalğası keçdi. Söz, bəlkə də çox sadə səsləndi bizə. Mexaniki bir cümlə idi, axı biz insanı hisslərlə, duyğularla, ruhla bağlamağa alışmışdıq. Ancaq sonralar anladıq ki, bəzi sadə cümlələr var ki, məhz sadəliyi ilə adamı silkələyir. Bu bənzətmədə Ziyafət müəllimin dediklərindən daha çox, demədikləri vardı.

Bədən - mühərrikin metalla yoğrulmuş əksidir. Bir sistemin içindəki başqa bir sistem. Mədə yanacaq çənidir, ürək porşen, ağ ciyər karbürator-injektor, sinirlər naqil, beyin isə ECU-yəni idarəedici kompüter. Amma bəlkə də ən çox bənzədiyimiz şey nə yanıcı qarışıqdır, nə sürət qutusu, nə də batareya. Ən çox “nasazlıq” hissini xatırladırıq. Qırılan, təmirə ehtiyacı olan, səssizcə dayanan bir mühərrik kimiyik.

İnsan yorular. Və bu yorğunluq, təkcə əzələlərdə deyil  ən çox ruhda baş verir. Elə bil içindəki mühərrik yağı azalır. Hər səhər yenidən işə düşmək üçün çabalayırıq. Sanki start veririk, amma “açar” dönmür. Və bu an anlayırıq ki, daxili mühərrikimizin yağsız işləməsi  hiss etmədən özümüzü məhv etməyimizdir. Hər gecə düşüncələrimiz qızır, porşenlər çatlayır, bəzən səssiz bir göz yaşı ilə radiatordan buxarlanırıq. Axı mühərrik də susur, amma bu, onun sağlam olduğu anlamına gəlmir.

Bir çay fasiləsi, bir dost söhbəti, bir gecəlik yuxu bəlkə də bu bizim texniki baxışımızdır. Lakin bəzi problemlər var ki, onları heç bir usta anlaya bilməz. Çünki bədən təmir olunur, amma ruhun mexaniki sxemi hələ heç bir texniki sənəddə yoxdur. O sənəd insanın içində yazılır. Tək-tək. Hər ağrıyla. Hər gərginliklə.

Və burada Ziyafət müəllimin cümləsinin başqa bir mənası da ortaya çıxır: mühərriklər də fərqlidir, insanlar da. Eyni modeli olan iki mühərrik belə fərqli performans göstərə bilər. Eyni cür təhsil alan, eyni dərsi dinləyən iki tələbə, həyatın eyni döngəsində fərqli yollara gedə bilər. Çünki içindəki mexanizm, yəni ruhun sürətlər qutusu  bəzən üçüncü pillədə qalmaq istəyir, bəzən isə əllə geriyə çəkilir, qırılmaq bahasına.

 Bir də var “Check engine” işığı. Bəzilərinin həyatında bu işıq daim yanır, amma heç kim ona fikir vermir. Sən yaxşısan, deyirlər. Görünüşcə problemsizsən. Amma içində sürtünmə baş verir. Bir hissə digərinə toxunur. Və sən, təkcə nasaz deyilsən, sən dağılmaq üzrə olan bir sistemsən. Ruhun döyülməsi, səssiz sızıldaması əslində bir “təmir siqnalıdır.”

 Ziyafət müəllim bizə bunu deməyə çalışırdı: "İnsan da sistemdir. Sökülə bilər, düzələ bilər, amma daim çalışmalıdır." Onun sözlərinin arxasında bir mexanikin öyrətdiyi texniki dərs yox idi yalnız. Orada bir böyük qayğısı, bir filosof düşüncəsi, bir şairin yazmadığı şeir vardı. O, bizə öyrədirdi ki, “bəzən susmaqla da mühərrik qırılar.” Və sən onu dinləmədikcə, içindəki mühərrik səssizcə sönər.

Bəlkə də ona görə ilk baxışdan sadə görünən bu cümlə bizi güldürdü. Amma sonradan anladıq ki, bu cümlə bizim gülüşümüzə deyil, gələcəkdəki susqunluqlarımıza cavab idi.

Bir yol var ki, hər birimiz o yolda irəliləmək istəyirik. Sanki həyatda sürət artırmaq, daha çox məsafə qət etmək, gedişi dayandırmamaq... Hətta buna görə çətin yollara da girmək istərdik. Amma hər avtomobilin, hər bədən sistemi kimi, hər yolun da bir hüdudu, bir tormozu, bir təhlükəsizliyi var. “Yolun sonu” deyəndə, sadəcə fiziki bir bitiş xətti deyil, həyatın sonluğunu, insanın özünü tapma və ya özünü itirmə anını nəzərdə tuturuq.

Müəllimin hər zaman qeyd etdiyi kimi, "Bir yolun sonu varsa, deməli, başqa bir yol da başlayır." Həyatımızda bəzən çox asanlıqla keçidlər edirik. Bəzi yol işarələrini görmürük, ya da görüb görməməzliyə vururuq. "Yol işarəsi" – bu həyatın və ya bədənimizin üzərində yazılı olan bir siqnal. Səni xəbərdar etmək istəyən, bir səhvi təkrarlamamağını söyləyən bir həqiqət. Lakin tez-tez, bu siqnalları göz ardı edirik. Bəzən işarənin qanunu belə nəzərə almayaraq sürətimizi artırırıq, yoxsa? Amma hər bir siqnalın öz mövqeyi, hər yolun öz təhlükəsizliyi var.

Bizlər, gənclər, bəzən özümüzü təhlükəsizlik kəməri kimi sıxırıq, amma o təhlükəsizlik kəməri yalnız fiziki deyil. O, bir etimad, bir tərəfdaşdır. İnsan bəzən həyatın tələlərinə düşərkən,  Qoşqar müəllimin dediyi kimi "bu yolda mən nəyi dəyişə bilərəm?" sualını verməyi unudur. İnsanın daxili sisteminin sızması, hər bir emosional problemlə bir mühərrikin soyuqlaşması kimidir. İstər böyük, istərsə də kiçik, hər bir mexanizmin hərəkətə keçmədən əvvəl "istirahət"ə ehtiyacı vardır. Bədən belə, düşüncə də. “Təmirə ehtiyacım var” – bunu qəbul etmək də bir fəzilətdir.

Sanki hər bir insan həyatında bir mühərrik kimi işləyir. Ancaq əgər biz öz içimizdəki mexanizmə, bizim iradəmizə diqqət etməsək, bizlər də həyatımızı elə bir vəziyyətə gətirə bilərik ki, heç bir usta nə düzəldə bilər, nə də təmir edə bilər. Burada, həyati mühərrikin təmirinə gedən yolda, insanın özünün də dəyişməsi tələb olunur. Bəlkə də həyatda "tormoz yolunun" ən çətin mərhələsi, durduğunda deyil, durmadığında özünü tapmaqdır. Sürət həddi aşılarkən, qarşıdakı təhlükə gözə dəyməz. Lakin, gözlənilməz bir an – bir anlıq dayanma, bütün sistemi dəyişdirə bilər.

Bu yolda yolun qurtardığını hiss etməmək də mümkündür. Amma bir mühərrik də, zamanla, təkrar təmir etmədən heç bir iş görməz. Həyat da belədir: çox çalışmaqla, tükənə bilərsən, amma heç dayanma - hər an bir təmir ehtiyacı doğurur. Oktay müəllim də riyaziyyatla  bunu deyirdi: “Bir yolun sonu varsa, o deməkdir ki, sən özün yenidən başlamalısan, amma bu başlanğıc səndən asılıdır. O yolun bitməsi, bəlkə də başqa bir yolun başlanğıcıdır, amma o, sənə daxili hazırlıq lazımdır.”

Həyatın yolda olduğunu anlamaq, həmin yolda nəyə görə irəlilədiyimizi anlamamağa bənzəyir. Biz çox vaxt sürətimizi artırırıq, amma yolda dayandığımızda geriyə baxırıq və görürük ki, bəzən boş bir yolda gedirik. Həyat, bəzən insanı öz mexanizmində belə sürətlə aparır ki, dayanıb düşünməyə zamanımız olmur. Yəni, yol nə qədər məsuliyyətlidirsə, həyat da o qədər məsuliyyətlidir. Yalnız maşını deyil, özümüzü də idarə etmək üçün şüurlu olmalıyıq.

 

Nəqliyyat mühəndisliyi… Xaricdən baxanda, sanki metronun intervalını hesablayan, ya da yol nişanı düzəldən adamların sahəsidir. Amma içəri girəndə anlayırsan: burda təkcə təkərlər fırlanmır, beyinlər və talelər də hərəkətdədir.

Bəzən soruşurlar ki, “siz yol çəkirsiniz?” Gülümsəyirik. Biz yol çəkmirik. Biz yolun necə işlədiyini başa düşməyə çalışan adamlarıq. Nəqliyyat elə bir şeydir ki, hərəkət anlayışını öyrədir sənə, amma durmağın da qədrini bilməyi tələb edir. Həyat da belədir: getmək vacibdir, amma bəzən bir dayanacaqda nəfəs almaq daha vacib.

Universitetdə keçdiyimiz dərslərin çoxu bəlkə də sabah lazım olmayacaq. Amma bir cümlə, bir baxış, bir müəllimin dediyi bir fikir ömrümüzün dönmə bucağını dəyişə bilər. Allahverdi müəllimin səsi hələ də qulağımızdadır:

"Nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır. Bir az da geniş bucaqdan baxın həyata, əziz tələbələrim."

Hə, biz qrafik çəkirik, layihə hazırlayırıq, axın planlayırıq. Amma bəzən bir tıxacın içində oturub, həyatın özüylə üz-üzə gəlirik. Gecikmələr, qəzalar, dönməz yollar – bunlar sadəcə yol hadisəsi deyil, həyatın metaforasıdır. Biz bu ixtisasa girəndə bunu bilmirdik. Amma indi başa düşürük: bəzən yolun özü dərsdir.

Və bir gün gələcək  artıq diplom əlimizdə, həyat dediyimiz böyük magistralın başında dayanacağıq. Heç kim bizə GPS verməyəcək, heç bir müəllim əl qaldırıb "bu suala cavab ver" deməyəcək. Amma içimizdə bir səs deyəcək:

"Sual ver… bu yola həqiqətən hazırsanmı?"

Biz sadəcə yol mühəndisi deyilik. Biz həyatın məntiqini anlamağa çalışan realist romantiklərik. Dəqiqə dəqiqəsinə uyğun işləyən sistemlər qururuq, amma bilirik ki, qəlbin döyüntülərini heç bir proqram hesablaya bilməz.

Elə buna görə, növbəti dəfə metroda bir qatar gecikəndə əsəbiləşmə. Ola bilər ki, o gecikmə sənə nəyisə anlamaq, kiminləsə göz-gözə gəlmək və ya özünlə bir az danışmaq üçün fürsət verir.

Bəzən ən doğru stansiya, enməyi planlamadığın yerdədir.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Lənkəran rayonunun Liman şəhərindəndir. Azərbaycan Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvü,  Həsən bəy Zərdabi media  mükafatı  laureatı Əlizadə  Əsədov həmyerlisi, Geologiya  və minerologiya  elmləri  namizədi Məlahət xanım Əsədovanın  ( Mahmudovanın)  anadan  olmasının  60  illiyinə   həsr  etdiyi məqaləni və şeiri bizə yollayıb. Yazını diqqətinizə çatdırırıq.

 

Bu  da  mənalı  bir  ömrün  60  yaşı!

Məlahət  xanım  inana  bilmir  ki, illər  bu  tezlikdə  onu  qayğısız  uşaqlıq  aləmindən, qaynar  gənclik  illərindən  ayırıb. İnana  bilmir  ki, artıq  atalı, analı  dünyası  arxada  qalıb. Arxaya  boylananda  ona  elə  gəlir  ki, xəyalında  canlanan, acılı-şirinli  xatirələrə  çevrilən  hadisələr  lap  elə  bil  dünən  olub.

Atası  Ənvər  kişi   tramvay  sürücüsü  kimi  sadə  peşəsiylə  böyük  hörmət, nüfuz  qazanmışdı. Anası  Nazilə  xanım  isə Qəhrəman  ana kimi  təkcə  10  övladına  deyil, hamıya  analıq  edib. Rayondan  Bakıya  gəlib  8-ci km  qəsəbəsindəki  evlərində  gecələyən  qonaqlara  o  qədər  isti  münasibət  bəsləyib  ki, hamı  “Nazilə  ana”  deyə  ona  müraciət  edirdi... İnsanlara  sevgi  Nazilə  xanımda hələ  uşaqlarla  işlədiyi  vaxtda  yaranıb. Axı o  uzun  illər  uşaq  bağçasında həm aşbaz, həm də tərbiyəçi - müəllim  işləyib.

Yaxşı  deyirlər  ki, əsl  insanlar  təkcə  özləri  haqda  deyil, mənsub  olduğu  el-oba, xalq  haqqında  düşünürlər. Bu  baxımdan  Məlahət  xanımın  bəxti  gətirib. Çünki  onun  kökü  xeyirxahlıqla, zəhmətkeşliklə    qayğıkeşliklə  yoğrulub.

Atası  Ənvər  kişi  məhz  belə  xeyirxah, el-oba  təəssübkeşliyi, cəmiyyətə  yalnız   fayda  vermək  arzusu  ilə  yaşayan  bir  insan  olub. O, uzun  illər  Bakıdakı  tramvay – troleybus  parkında  işləyib. Tramvay  sürücüsü  kimi  sadə  peşəsi  ilə  qürur  duyub. Çünki  göstərdiyi  nümunəvi  nəqliyyat  xidməti  ona  həm  mükafat, həm də  yaxşı  ad-san, çoxlu  dost-tanış  qazandırmışdı. O, ictimai  fəallığı  ilə    seçilirdi.  Təsadüfi  deyil  ki, tramvay  parkında  Ənvər  Əsədova  uzun  illər  Həmkarlar  İttifaqının  sədri  kimi  etimad  da  göstərilmişdi.

Ənvərin  öz  atası  Məmməd  Məmmədxanlı  Lənkəran  rayonunun  sayılıb-seçilən  adamlarından  olub. Uzun  illər  Lənkəranın  Port-İliç  (indiki  Liman) şəhərində  Taxıl  Tədarükü  Məntəqəsində briqadir  işləmişdi. Həyat  yoldaşı  Kafiyyə  nənə  isə əslən Masallının  Qızılağac  kəndindəndir. Hər  ikisi  dünyalarını  çoxdan  dəyişsələr    aztəminatlı  ailələrə  etdikləri yardımların, xeyirxah  əməllərinin  izləri  yaddaşlarda  yaşayır...

Ənvər  kişi   özü    çoxuşaqlı  ailədə  dünyaya  gəlib. Qardaşlarından  İmran  uzun  illər  Lerik  rayonundakı  Züvüc  kəndində müəllim  işləmişdi. İmran müəllim çox savadlı insan olduğuna görə təkcə Züvüncdə yox, qonşu kəndlərdə də böyük hörmət, nüfuz sahibi idi. Baxmayaraq ki, İmran müəllim uzun illərdir ki, haqq dünyasına qovuşub, amma bu gün də həmin bölgədə böyük hörmət sahibidir. Allah ona qəni-qəni rəhmət eləsin.

Ailənin rəhmətlik oğul övladlarından  Əliqulu, Tofiq, bacılardan  Vəzifə, Rəfiqə, Nəsibə, Şəfiqə, Şərqiyyə  cəmiyyətə, xalqa  fayda  verən  övladlar  yetişdiriblər.

Ənvər  kişi  ilə  Nazilə  ananın  izdivacı  sayəsində 10 uşaq  ərsəyə  çatıb. Halal  ata  ocağından  pərvazlanan  bu  övladlar  fəal  həyat  mövqeyi  qazanaraq  mənsub  olduqları  nəslin, soykökünün  şərəf    ləyaqətini  uca  tuturlar. Onların  əksəriyyəti  ali    orta ixtisas  təhsillidir.

Ailənin  böyük  oğul  övladı  Nəsrulla  Əsədov Bakı Rabitə Texnikumunu bitirib. O, əvvəl elektrosetdə, sonra isə telestudiyada  çalışıb. 1990-cı  ilin  20  yanvar  qırğınındakı  haqsızlığın  canlı  şahidi  olub. Telestudiya  partladılanda o, həmin gün növbədə  olub.   İki  gün  növbədə  qalan  işçilərin  yanında  qalaraq yaralılara  hər  cür  xidmət  göstərib, onlara  çay-çörək, yemək  gətirib    sonralar  studiyanın  bərpasında  lazımi  köməyini  əsirgəməyib.

Yuxarıda  qeyd  etdik  ki, Vətən  sevgisi, el-oba  təəssübkeşliyi Əsədovlar   ailəsinin  kökündə  duran  yüksək  mənəvi  keyfiyyətlərdir. Harada  yaşamalarına, hansı  peşədə  çalışmalarına  baxmayaraq  istər  oğul, istərsə  də qız  övladları  məhz  bu  keyfiyyətlərin  daşıyıcısıdır. Təsadüfi  deyil  ki, ailənin  oğul  övladlarından  İsmayıl  və Zaur  Qarabağ  müharibəsinə  qatılaraq  doğma  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  vuruşublar. İsmayıl  artıq  dünyasını  dəyişib. Zaur  isə  müharibə  veteranı olaraq  yaşayır və işləyir. Arif  Əsədov  isə  uzun  illər  Bakıda  xəstəxananın  təcili  yardım  maşınını  idarə  edib. Qarabağ  müharibəsi  başlananda  cəbhəyə  çağrılıb. Şəhidləri, yaralıları  döyüş  bölgəsindən  çıxararaq  arxaya  daşıyıb. O, hazırda yenə təcili  yardım maşınının  sürücüsüdür. Döyüşdə  göstərdikləri  igidliyə  görə  hər  üç  qardaş  dövlət  təltiflərinə  layiq  görülüblər.

Ailənin  qız  övladlarından  Nəzakət xanım  Salmanova  (Əsədova)  əvvəl  Azərbaycan  Neft    Kimya  İnstitutunu, sonra  isə  Azərbaycan Dövlət İqtisad Universitetini  bitirib.  Nəzakət  xanımın  xobbisi  həm də tikmə, toxumadır. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin  loqosunu  və COP 29 Beynəlxalq tədbirin  loqosunu  özü  toxuyub.  O, həmçinin  “Yaşıl dünya  naminə” proqramı  çərçivəsində  hər  gün  bir  şəhidin  adına, o cümlədən  müharibə  veteranı, qardaşı  Zaurun  oğlu  Yunisin  adına  bir  ağac  əkdirib. Eyni  zamanda  bu  işdə  onlayn  ödənişindən də istifadə  edir, işğaldan  azad  olmuş torpaqların  yaşıllaşdırılmasına  öz töhfəsini  verir.  Leyla xanım   isə  Azərbaycan  Texniki  Universitetini  bitirərək  hazırda  Ekologiya    Təbii  Sərvətlər  Nazirliyində  işləyir.  Bacılardan  Səadət xanım   və həyat yoldaşı ehtiyatda  olan  hərbiçilərdir. Mətanət  xanım  tibb  işçisi  olmaqla  bərabər  dərziliyi  də bacarır. Aynurə xanım  evdar  qadındır, övladlarının  təlim-tərbiyyəsi  ilə  məşğul  olur.

Məlahət  xanım  Əsədova  (Mahmudova)  isə  ailənin  böyük  qız  övladıdır. O, 5 iyun  1965-ci  ildə  Bakı  şəhərində  dünyaya  göz  açıb. Ailəyə  ilk  ali  təhsil  diplomunu  Məlahət xanım gətirib. Əvvəl  Bakı  Neft  Texnikumunda  oxuyub. İlk  tələbəlik  illərinin  sevincini  burda  yaşayıb. Texnikumu  bitirdikdən  sonra  ali  təhsil  almaq  arzusu  ilə yaşayıb. Elə  buna  görə də  tərəddüd  etmədən  sənədlərini  Azərbaycan  Dövlət  Neft  Akademiyasına  (indiki  Azərbaycan Neft Sənaye Universiteti) təqdim  edərək  qəbul  olunub. Çox  keçməyib  ki, ali  təhsil  illəri    arxada  qalıb. Təhsil  baxımından  bu, hələ  onun  üçün son hədd  deyildi. Məlahət  xanımı  qabaqda  bir çox  elmi  problemlərin  həlli  gözləyirdi. Xüsusilə  onu  yeni  neft  yataqlarının    yeraltı  suaların  aşkarlanması daha çox düşündürürdü. Bu  məqsədlə  Respublikanın  bir  sıra  rayonlarında  elmi araşdırma  işləri  aparıb. Şamaxı, Qobustan, Beyləqan, Oğuz, Qəbələ, Daşkəsən  rayonlarında, Ceyrançöl  və Hərəmi düzlərində  apardığı   elmi  axtarışları  namizədlik  dissertasiyasının  müvəffəqiyyətlə  müdafiəsi  ilə  nəticələnib.

Hazırda  geologiya    minerologiya  elmləri  namizədi  Məlahət  xanım  26 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində   alim-mütəxəssis  kimi  çalışıb. O, eyni  zamanda  Dövlət  Neft  Şirkətinin  böyük  elmi  işçisi    Bakı  Dövlət  Universitetinin  müəllimidir.

Məlahət  xanım  səmərəli  elmi  araşdırmalarını  davam  etdirir. O, 4  kitabın, 30-dan  çox  elmi  məqalənin  müəllifidir.  Məlahət  xanım  həm də ictimai  fəallığı  ilə  seçilir. Uzun  illərdir  ki, Yeni  Azərbaycan  Partiyasının  üzvüdür, onun  tədbirlərində iştirak  edir və yeni səmərəli təkliflərlə  çıxış  edir.  O və bacısı  Nəzakət  xanım  möhtərəm  Prezidentin  sərəncamı  ilə “Dövlət  qulluğunda  xidmətə  görə” medalı  ilə təltif olunublar.

Elmin  çətin və  şərəfli  yolunda  inamla  irəliləyən, tələbələrinə  elmin  sirlərini  öyrədən  Məlahət  xanım  artıq  ömrünün  müdriklik  çağına  qədəm  qoyur. 60  yaşının  tamam  olması  münasibəti  ilə  onun  ünvanına  bu  günlərdə  çoxlu  təbriklər  gəlir.

Təbii  ki, təbrik  edənlərin  arasında  yaxın  qohumları, iş  yoldaşları, tələbələri, dost-tanışları    sairə  daha  çoxdur.  Onlar  Məlahət  xanımı  yubileyi  münasibətilə  ürəkdən  təbrik  edir, Azərbaycan  elminin  tərəqqisi  naminə  ona  daha  səmərəli  fəaliyyət  arzulayırlar.

Biz    Məlahət  xanıma  ünvanlanan  təbriklərə  qoşulub  deyirik: “60  yaşın  mübarək, Məlahət  xanım! Sizə  həyatın  ən  şirin neməti  olan  cansağlığı, uzun   ömür    daha  uğurlu  elmi  axtarışlar  arzulayırıq!...

Və ona olan təbrikimi  bu şeirlə tamamlayıram. Belə ki, mən, “Məlahət xanım” adlı şeirimi Geologiya  və minerologiya  elmləri  namizədi Məlahət xanım Əsədovanın  ( Mahmudovanın)  anadan  olmasının  60  illiyinə   həsr  edirəm.

 

 

 

Ömürdən saymırıq  itən illəri,

Üzə  kölgə  salan  ötən illəri.

Necə saxlayasan  gedən illəri? –

Buna  yox  qüdrətin, Məlahət  xanım.

 

Əməlin  yoluna  gül-çiçək  düzüb,

Elə  dərd    var  ki, qəlbini  üzüb.

Həyatda  hər  ağrı-acıya  dözüb,

O kişi  qeyrətin, Məlahət  xanım.

 

Fərqi  yox  Aslanda  erkək-dişinin,

Pozulmaz  izi  var  elmi  işinin.

Qoy  ruhu  şad  olsun  Ənvər  kişinin,

Nurludur   niyyətin, Məlahət  xanım.

 

Çəkib  zəhmətini  Nazilə  ana,

Bacı-qardaşların  durub  yan-yana.

Xalqın  öz  gözüylə  baxıb  cahana,

Xalqadır  xidmətin, Məlahət  xanım.

 

Nəsir  olmasa  da  bu gün  həyatda,

Saxlayıb  izini  qanlı  Yanvarda.

Bir  qürur  yerin var  kökdə, soyadda,

Bu, taleh  qismətin, Məlahət  xanım.

 

Araşdır  nələr  yox  gör  yaddaşında,

İsmayıl, Zaur  var  haqq  savaşında.

Bu gün  yubilyarsan  məclis  başında,

Gül  açıb  zəhmətin, Məlahət  xanım.

 

Bacıdan  öndədir  qardaş  hər  işdə,

Yaralı  daşıyıb  Arif  döyüşdə.

Hər bir  ağrı-acı  qalıb keçmişdə,

Gülür  səadətin, Məlahət  xanım.

 

Dolub  boşalsa  da  buludlar  kimi,

Ürəyin  təmizdir  dağda  qar  kimi.

Qollu-budaqlıdır  xan  çinar  kimi,

Bacı  məhəbbətin, Məlahət  xanım.

 

Elmin  baharısan, elmin  yazısan,

Ana  təbiətin  ötən  sazısan.

Sən ki, Vətənimin  alim  qızısan,

Var  şanın, şöhrətin, Məlahət  xanım.

 

Hər  təbrik  zəngində  bir  arzu  yaşar,

Məcraya  sığmayan  sevinci  daşar.

Əlizadə  sənə  bir  şeir  qoşar,

Bitirər  söhbətin, Məlahət  xanım.  

                  

 Lənkəran   rayonu, Liman şəhəri, aprel  2025- ci il

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Bu günlərdə «Qobustan» sənət toplusunun yaz sayı işıq üzü görüb. Sənətin çeşidli sahələrinə aid maraqlı müəlliflərin orijinal yazılarını təqdim edən bu sayın qapaq rəsminə Xalq rəssamı Səttar Bəhlulzadənin «Bahar əfsanəsi» tablosu yer alıb.

 

“Ədəbiyyat və incəsənət” portalına sənət toplusunun redaksiyasından verilən məlumata görə, hər zaman müxtəlif sənət sahələrinin sintezini araşdırmağa, göstərməyə çalışan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb; Akademik Teymur Kərimlinin «Şərq və Qərb rəssamlarının əsərlərində insan gözəlliyinin bədii təqdimi» məqaləsində iki fərqli mədəniyyətin təmsilçilərinin insana baxışı və təsviri sənətdə necə ifadə etməsi müqayisə olunur. Həmçinin klassik ədəbiyyatımızda sözlə çəkilən təsvirlərin Şərq miniatürçü rəssamların əsərlərində necə göstərilməsi əyani izah edilir. Dünyanın zamandan asılı olan dərkinin sənətə təsiri qeyd etdiyimiz məqalənin əsas ideyasını təşkil edir.

Professor Vilayət Quliyev «Şuşadan Miçiqana uzanan yol – Qəmər Ağa-oğlu» məqaləsində isə Amerika elm-sənət camiəsində böyük uğurlara imza atmış Qəmər Ağa-oğlunun tale, yaradıcılıq yoluna nəzər salır. Ötən əsrin 70-ci illərində senzuranın gözündən necəsə yayınan «Qobustan» Qəmər xanımın həyat yoldaşı, Amerika azərbaycanlısı, incəsənət professoru Məhəmməd Ağa-oğlu haqqında Mövsüm Əliyevin kiçik məlumatını çap edibmiş. Həmin yazı prof.V.Quliyevin məqaləsinə giriş kimi dərginin bu sayında yer alıb.

Filologiya elmləri doktoru Pərvanə Məmmədli bu sayda Xalq yazıçısı Mirzə İbrahimovun Cənubi Azərbaycanla bağlı böyük işlərindən, prof. Rahid Ulusel elmlə incəsənətin vəhdətindən söz açır. Bu il yubileyləri olan Xalq yazıçısı Maqsud İbrahimbəyov (Narıngül Nadir) və unudulmaz aktrisamız, Əməkdar artist Ətayə Əliyeva (Esmira Nəzərli) haqqında orijinal məqalələr də dərginin bu sayında oxuculara təqdim edilib.

Təsviri sənətin təbliğatına xüsusi yanaşan «Qobustan» Xalq rəssamı Səttar Bəhlulzadə haqqında Mahcamal Şərifin xatirələrinə, gənc və istedadlı rəssam Samirə Abdullayevanın «Zamanın salnaməsi» sərgisi ilə bağlı Züleyxa Baxışovanın məqaləsinə yer verib. Həmçinin Azərbaycan rəssamlarının əsərlərini geyimlərə həkk edən «Amorini consept» brendinin müəllifi, modelyer Günay Əliyeva haqqında təqdimat da müasir oxucu zövqünü oxşamağa, sənətin dinamik zamanla ayaqlaşaraq təbliği üçündür.

Fatimə Fərəhin «Rənglərin aşiqi» məqaləsi xalçaçı rəssam Kamil Əliyevə, musiqişünas Leyla Nəzərlinin «Hər zaman yeni Vaqif» yazısı böyük və unudulmaz Vaqif Mustafazadəyə həsr edilib. Həmçinin gənc sənətşünas Özləm Əliyevanın animasiyalar barədə araşdırma yazısı da cizgi filmi tariximizə işıq tutur.

Hər zaman yeni imzalara yer verən «Qobustan»ın bu dəfəki debütçüsü 87 saylı orta məktəbin şagirdi Gülnarə Məmmədlidir. Onun müsabiqələrdə yer tutan «Möcüzə» hekayəsinin ədəbiyyat həvəslisi olan balaca müəllifin möcüzəyə inamının ifadəsidir.

Dərginin bu sayı da ənənəvi olaraq baş redaktor Pərvinin məqaləsi ilə qapanır. Müəllifin Avropa səfərindən növbəti məqaləsi Amsterdam şəhərinə və impressionist rəssam Van Qoqun muzeyini ziyarətinə aid təəssüratlarını əks etdirir...

Qeyd edək ki, dərgidə yer alan məqalələr rəngli rəsm əsərləri, illüstarasiya və fotolarla təqdim edilir. Həmçinin mətnlərə aid video materialların, musiqi əsərlərinin qr kodlarda səhifələrdə yer alması xüsusi özəllikdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Rasim Qaracanın Latın Amerikasının məşhur yazarı, aprel ayının 13-də dünyasını dəyişmiş Mario Varqas Liosaya həsr edilmiş yazısını təqdim edir. Qeyd edək ki, perulu bu Novel mükafatı laureate olan yazıçı həm də ssenarist, dramaturq, publisist, dövlət xadimi idi.

 

 

Mario Varqas Liosa dünyadan köçdü. Azərbaycan ədəbiyyatı, qələm adamları buna səssiz qaldı. Onu tanıyanların da, əslində yaxşı tanımadığı ortaya çıxdı. Gəlin gec də olsa Mario Varqas Liosanı tanıyaq.

 

MARİO VARQAS LİOSA KİMDİR?

Mario VarQas Lİosa — tam adıyla Jorge Mario Pedro VarQas Liosa 1936-cı il martın 28-də Perunun Arekipa şəhərində anadan olmuşdur. O, Latın Amerikasının və dünya ədəbiyyatının ən nüfuzlu yazıçılarından biri, romançı, esseist, jurnalist və siyasi fəal idi. 2010-cu ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür.

Mario Varqas Liosa istismar, zorakılıq və senzura məsələlərinə qarşı daim sərt mövqe sərgiləyib və ifadə azadlığının qatı müdafiəçisi kimi tanınıb. Yazarlara qarşı istismarı, məhdudlaşdırmanı və siyasi təzyiqləri ciddi şəkildə tənqid etmişdir. Onun bu mövzudakı əsas düşüncələri aşağıdakılardır:

 

1. Yazıçının azadlığı müqəddəsdir

Varqas Liosa hesab edir ki, yazıçının ən önəmli silahı – fikirlərini sərbəst ifadə etmə azadlığıdır. Yazıçılar öz fikirlərini qorxmadan ifadə etməli, senzura və ya siyasi qadağalarla məhdudlaşdırılmamalıdır.

 

2. Ədəbiyyat güclülərin deyil, həqiqətin tərəfində olmalıdır

O, yazıçıların rejimlərə və ya hakim siyasi güclərə qulluq etməsini təhlükəli hesab edir. Ədəbiyyat sual verməli, narahat etməli, mövcud nizamı sorğulamalıdır. Yazıçı heç vaxt təbliğatçıya çevrilməməlidir. "Azad Yazarlar Ocağının Əhdi"ndə bu fikirlər öz əksini tapıb.

 

3. İdeologiyaya tabe edilmiş ədəbiyyat ölü ədəbiyyatdır

Marksist ideologiyaya bağlı olduğu gənclik illərindən uzaqlaşdıqdan sonra Varqas Liosa totalitar rejimlərin sənəti ideoloji vasitəyə çevirməsini sərt tənqid etmişdir. SSRİ-də, Kubada, Çində yazıçılara tətbiq olunan senzura və təzyiqləri tənqid etmişdir.

 

4.

Yazıçılar dəstəklənməlidir.

Xüsusi olaraq Latın Amerikası diktaturalarında yazıçıların təqib olunmasını, sürgünə göndərilməsini və ya əsərlərinin qadağan olunmasını dəfələrlə pisləyib. Onun fikrincə, bu, cəmiyyətin intellektual həyatını boğan, geriliyə aparan bir mexanizmdir.

 

5. Yazıçılar vicdanın səsidir

Liosa yazıçıları "mədəniyyətin vicdanı" adlandırır. Onun fikrincə, yazıçılar cəmiyyətin laqeyd qaldığı zülmü, haqsızlığı, susdurulan səsləri görünən etməlidirlər. Bu səbəbdən yazıçıların qorxudulması və ya təcrid olunması ictimai əxlaqa qarşı cinayətdir.

 

 

KONKRET SİTATLAR:

 

Varqas Liosanın yazarlara qarşı istismara, senzura və siyasi təzyiqlərə dair mövqeyini əks etdirən konkret sitatlar və əsərlər aşağıdakılardır:

 

Əsər: “Ədəbiyyat niyə vacibdir?” (Why Literature?)

Nobel mühazirəsi, 2010

“Ədəbiyyat senzuranın, müstəbidliyin və susdurulmuşluğun düşmənidir. O, insanın azadlığına edilən hər cəhdə qarşı ruhun müqavimətidir.”

Bu sitatda Liosa ədəbiyyatın əsas missiyasını azadlığı qorumaq kimi müəyyənləşdirir. Yazıçının istismara qarşı durması onun etik borcudur.

 

“Mədəniyyətin öldüyü yer” (The Culture of Liberty)

“The New Republic” jurnalında esselər silsiləsi

“Totalitar rejimlər ilk növbədə yazıçılardan qorxurlar, çünki yazıçılar həqiqəti təhrif etməkdən imtina edirlər.”

Burada Liosa yazıçıların ideoloji dövlətlər üçün niyə təhlükəli olduğunu izah edir: çünki onlar yalanlara qarşı çıxmaq gücünə sahibdirlər.

 

“Söz azadlığını qorumaq” (In Praise of Reading and Fiction)

Nobel çıxışından bir parça

“Söz azadlığını əlindən alınmış yazıçı yalnız susmağa məhkum olunmur; o həm də cəmiyyətin vicdanının susdurulması deməkdir.”

Bu fikir yazıçıya qarşı təzyiqin təkcə şəxsi deyil, ictimai ölçüləri olduğunu göstərir.

 

“Ədəbiyyat və Gerçəklik” (La verdad de las mentiras / The Truth of Lies) Esse toplusu

“Yazıçı reallığı çılpaq göstərdiyi üçün təqib olunur. Bəzən bu çılpaqlıq diktatorların yuxusunu qaçırır.”

Bu sitatda Varqas Liosa yazıçıların tərif deyil, çılpaq həqiqət yazdıqları üçün təhlükə kimi qəbul edildiyini vurğulayır.

 

Mario Vargas Llosanın konkret siyasi kontekstlərdə yazarlara qarşı istismarı necə tənqid etdiyini göstərən fikirləri, sitatları və çıxışlarından nümunələr:

 

Kuba və Fidel Kastro rejimi

Varqas Liosa əvvəllər Kubadakı inqilabı dəstəkləsə də, 1970-ci illərdən etibarən Fidel Kastro rejiminin yazıçılara qarşı təqib və senzurasını qətiyyətlə tənqid etməyə başladı. Sitat (1984):

“Padilla məsələsi gözlərimi açdı. Rejim öz şairindən qorxdu. Bu, ədəbiyyatın gücünü, eyni zamanda diktaturanın qorxusunu göstərdi.”

(Luis Pavón və Heberto Padilla olayları haqqında)

 

Heberto Padilla, rejimə qarşı tənqidi bir şeir yazdığı üçün həbs edilmiş, sonradan özünü "ictimaiyyət qarşısında günahkar" elan etməyə məcbur edilmişdi. Liosa bu olayı senzuranın simvolu kimi tanıtdı.

 

Peru və öz ölkəsindəki avtoritarlıq

Liosa 1990-cı illərdə Alberto Fujimori hökumətini dəfələrlə tənqid etmiş, jurnalistlərə və yazarlara qarşı təzyiqlərə qarşı çıxmışdır.

Sitat: “Bir cəmiyyətin azad olduğunu göstərən əlamət — onun yazıçılarının qorxmadan yaza bilməsidir. Əgər bu yoxdursa, demokratiya da yoxdur.”

Peru Yazıçılar İttifaqının toplantısı, 1992

 

SSRİ və totalitar kommunizm

Varqas Liosa sovet senzurası və yazıçıların ideoloji aparatın alətinə çevrilməsinə qarşı da qətiyyətlə çıxış etmişdir. Sitat:

“Ədəbiyyatın planlaşdırılması mümkün deyil. Sovet İttifaqı bunu etməyə çalışdı və nəticədə həyati olmayan, mexaniki söz yığını ortaya çıxdı. Yaradıcı azadlıq olmadan sənət yoxdur.”

La Verdad de las Mentiras, 1990-cı illər

 

Çili – Augusto Pinochet dövrü

Varqas Liosa sağçı diktaturaları da tənqid etmiş, Çilidə Pinochet rejiminin siyasi dissidentləri və yazıçıları repressiya etməsini pisləmişdir. Sitat:

“Sol və ya sağ fərq etməz — istənilən diktatura yazıçılara düşmən gözü ilə baxır. Çünki yazıçı həmişə fərdi düşüncəni qoruyur.”

PEN Club çıxışı, London, 1994

 

Yekun Mövqe

Varqas Liosa üçün yazıçı azadlığı təkcə mədəni dəyər deyil, demokratik cəmiyyətin əsas göstəricisidir. O, həm solçu, həm sağçı diktaturaların yazıçılara qarşı etdiyi təzyiqləri ideoloji fərq qoymadan qınamışdır.

 

(Yazını tərtib etdiyi üçün S.İ. xanıma müəllifdən təşəkkürlər)

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Yazımıza maraqlı bir hadisəni yada salmaqla başlayaq. “2012-ci ildə İsveçrə bankından Padar (Oğuz rayonu) kəndinə Qərib yüzbaşının ora 100 il öncə pul (yaxud qızıl) yatırdığı və faizlə birgə hesabına küllü miqdarda pul yığıldığı barədə məktub gəlmişdi”.

 

Bəs kim olub Qərib yüzbaşı? Hansı işin sahibi idi, hansı içtimai-siyasi fəaliyyətlə məşğul olmuşdur? Vətən və xalq üçün hansı işləri görmüşdür?

Qərib Məmmədkərim oğlu 1870-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində çox yoxsul bir ailədə dünyaya gəlib. 1912-ci ildə qardaşı ilə birgə iş tapmaq məqsədi ilə rayonun Padar kəndinə köçüb. Qardaşı qonaqlıqda olan zaman ev sahibinə atılan güllənin hədəfi olub və dünyasını dəyişib.

Padara bir mis kasa ilə gələn Qərib coşqun təbiətli, enerjili və hədsiz əməksevər, daim yeniliyə can atan adam olub. Əkinçilik, meyvəçilik və heyvandarlıqla məşğul olmaq onun ən sevimli işləri olub. Qısa müddət ərzində biliyi, bacarığı və işgüzarlığı sayəsində böyük var-dövlət, mal-mülk sahibi olub. Rayonda ilk Avropa və Amerika texnikasını istifadəyə verən də o olub. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. (Hazırda həmin texnika hələ də qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.)

Onun arxivdə saxlanılan deputat (məbus) anketində qeyd edilib ki, “Əkinçiliyə olan istedad və həvəsindən dolayı, Şəki qəzasında son ixtira olunan ziraət makinəsini (kənd təsərrüfatı texnikasını) ilk əvvəl istemal edən (işlədən) və xalqa lüzumunu anladan işbu zatdır...”.

O, öz hesabına kənddə dəyirman, məscid və xəstəxana da tikdirib.

Rəsmi sənədlərdə ad və soyadı iki cür göstərilib: “Qərib Kərim oğlu” və  “Qərib Kərimov”. O, həm də Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur.

Həmkəndliləri də onu yalnız “Qərib yüzbaşı” adlandırırlar. Bu fakt həm də Qəribin 1917-ci ilədək Padar kəndinin böyüyü-yüzbaşısı olduğunu göstərir.

Təbiətcə çox əliaçıq adam olan Qərib Məhəmmədkərim oğlu özü də yoxsulluğun amansız üzünü gördüyündən kasıbların pənahı olub. Qapısına borca gələn kimsəni əliboş qaytarmazdı. Həm də bu zaman o, insanlar arasında millət fərqi qoymazdı; müsəlmanlarla yanaşı, Oğuzun udi və yəhudi camaatını da aclıqdan qurtarmış, taxıl anbarlarının qapılarını onların da üzünə açmışdı. Buna görə də bütün yerli camaat ona hədsiz hörmət bəsləyirdi. Hətta bir dəfə qaçaqlar onun faytonunun qabağını kəssələr də, içindəkinin Qərib yüzbaşı olduğunu biləndə böyük hörmətlə yola salmışdılar.

Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib Məhəmmədkərim oğlu Şəki qəzasının Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədiri idi. O, bu vəzifəyə 1917-ci ildə baş vermiş fevral inqilabından sonra seçilmişdi.

1918-ci ildə ermənilərin azərbaycanlıları toplu şəkildə qətlə yetirdiyi vaxtda köməyə gələn Türk ordusunun Oğuz bölgəsindəki bölməsinə rəhbərlik edən Abdulla Paşa Qərib yüzbaşının evində qalmışdı. Bu gün də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə deyilir ki, “Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər.  Əsgərlərlə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər”.

Qərib yüzbaşı 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, parlamentin işində müntəzəm və fəal çalışan deputatlardan olub. Dövlət Arxivində onun deputat (məbus) anketi saxlanır. Orada Qərib yüzbaşının müxtəsər tərcümeyi-halı barədə qısaca olaraq qeyd edilib ki, o, “...Çalışqanlığı sayəsində mənsub olduğu camaatın hüsnü təvəccöhünü qazanmış olduğundan, bir çox ictimai xidmətlərdə bulunmuş və bilaxərən intixab olunaraq Məclisi-məbusana üzv təyin olunmuşdur”.

O, parlamentdə "Əhrar" partiyasını təmsil etmişdir. Parlamanın 24 aprel 1919 tarixli iclasının stenoqramından oxuyuruq: “İclasın sədri Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə yığışmadığına görə buraxılır və onun yeni heyəti seçilməlidir. Həsən bəyin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini verirlər. Seçilmək üçün hər deputat 42 səsdən ən azı 22-sini yığmalıydı. Keçirilmiş gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə açıqlayır: 26 səs toplamış Qərib Kərimov ən çox səs yığmış Məhəmmədəmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov, Əliheydər Qarayev, Heybətqulu Məhəmmədbəyov və b. ilə birgə torpaq komissiyasına üzv seçilib. Bu seçkidə ən çox səs toplayan həmin 7 nəfər Məhəmmədəmin Rəsulzadənin təklifi ilə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə, Qərib Məhəmmədkərim oğlu parlamentin iki mühüm komissiyasına eyni zamanda üzv seçilib”.

Hökumət sovetləşdikdən sonra o, mülkünü və texnikasını könüllü olaraq kolxoza təhvil verib. Amma kommunistlərin qanlı ağalığı illərində Qərib Məhəmmədkərim oğlu da başqa parlament üzvləri kimi təqib olunub və incidilib. Ancaq onu həbs etməyi hətta “NKVD” cəlladları da bacarmayıblar! Nəvəsi Almaz xanım danışır ki, sovet çağında babamı tutmaq üçün Padara adamlar göndərilib. Xəbər ildırım sürəti ilə bölgəyə yayılıb. Vartaşenın özündə və nahiyənin əksər kəndlərində bunu eşidən yüzlərlə insan pay-piyada, ayaqyalın-başıaçıq Padara yol alıb. Özümüzünkülərlə - müsəlmanlarla yanaşı, başqa millətlərin nümayəndələri, xüsusən Vartaşen yəhudiləri də sinələrini qabağa verərək onu silahlılardan qoruyublar. 18 kilometr yolu piyada gəlmiş yəhudilər birağızdan deyiblər ki, aclıq vaxtında bu kişi bizi qırılmaqdan qurtarıb, indi də biz onu heç kəsin əlinə vermərik! Nahiyədən gəlmiş bütün adamlar Qərib yüzbaşının həyətinin ətrafına canlı çəpər çəkib və silahlıların içəri girməsinə imkan verməyiblər. Xüsusən başqa millətlərin də bu “müsavatçı”, “istismarçı” və “qolçomağı” belə qətiyyətlə müdafiə etməsi bolşevikləri əməlli-başlı çaşdırıb və onlar əliboş geri qayıtmalı olublar.

Qərib yüzbaşı vur-tut 56 il yaşayıb, 1926-cı ildə vəfat etmişdir. Onun  Padar kəndinin mərkəzindəki kiçik qəbiristanlıqda olan və çay daşından hazırlanmış başdaşında da oyma üsulu ilə ərəbcə yazıb ki, o, 2 rəbiüs-sani 1345-cü ildə cümə günü (miladi tarixlə 9 oktyabr 1926-cu ildə) vəfat edib. (Məzarı 2008-ci ildə Oğuz rayonunun Padar kəndində filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə tərəfindən aşkar edilmişdir.)

Vaxtilə Qərib Məhəmmədkərim oğlu Şəkinin ən varlı adamlarından olan iki qardaşla: Məşədi Cabbar və Məşədi Xəlil Həsən oğlu Dadanovlarla çox yaxın dostluq edib. Görünür, bu dostluğu əbədiləşdirməyə çalışan oğlu Hümmət həkim atasının vəfatından 2 il sonra – 1928-ci ildə Məşədi Cabbar Dadanovun qızı Lətafət xanımla ailə qurub.

Qərib yüzbaşının oğlu Hümmət Kərimovdan söz düşmüşkən bildiririk ki, o, Tiflisdə  gimnaziyanı  uğurla bitirərək yeni açılmış Bakı Universitetinin tibb fakültəsinə qəbul olmuş, adı 1925-ci ildə həmin fakültənin ilk buraxılışının məzunları sırasında olmuşdu. Başqa sözlə desək, o, həm Azərbaycanın özünün yetişdirdiyi, həm də Şəki qəzasının ilk ali təhsilli həkimlərindən olub. Təyinatla öz kəndlərinə - Padara həkim göndərilmiş, atasının tikdirdiyi xəstəxanada  işləmişdir. Burada işlədiyi dövrdə Hümmət həkim yenə atasının tikdirdiyi məscidi təmir etdiyi üçün həbs olunaraq 2 il Bayıl həbsxanasında cəza çəkmişdir, məscid isə yandırılmışdır. Sonralar Hümmət həkim Göyçay və Qəbələdə həkim kimi fəaliyyətini davam etdirmiş, 1946-cı ildə müalicə üçün getdiyi Moskva şəhərində vəfat etmişdir.

Qərib yüzbaşının unudulmaz xatirəsi indi də qədirbilən həmkəndlilərinin və bütün Oğuz sakinlərinin yaddaşında yaşamaqdadır.

 

Qeyd: Yazının hazırlanmasında filologiya üzrə fəlsəfə doktoru, professor Ə.Tahirzadə, AYB-nin üzvü və şair-tədqiqatçı Y.Rzayevin, psixoterapevt, ​elmi-lədun bilicisi P.Yaqubun əsərlərindən də istifadə olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

18 Aprel 2025-ci il tarixində “Tarixi Abidələrin Mühafizəsi Günü” münasibətilə 2 nömrəli xüsusi internat məktəbinin eşitmə və nitq qüsurlu uşaqları üçün Qobustan Tarix-Mədəniyyət Qoruğuna  ekskursiya təşkil olunub. Tədbir F.Köçərli adına Respublka Uşaq Kitabxanası  və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin birgə əməkdaşlıqı çərçivəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, ekskursiyanın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə yaxından tanış olmalarını təmin etmək, onlarda tarixi abidələrə və milli dəyərlərə maraq yaratmaq, həmçinin inklüziv təhsil və mədəni maarifləndirməni təşviq etməkdir.

Ekskursiya zamanı uşaqlar Qobustan Qoruğunun ərazisində yerləşən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qayaüstü rəsmlərlə, qədim yaşayış məskənləri, daş kitabələr və muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlara bu unikal abidələrin tarixi əhəmiyyəti, tədqiqat prosesi və qorunması barədə ətraflı məlumat verilib.

Ekskursiya boyunca bələdçinin təqdimatlarını işarə dili üzrə tərcüməçitəlimçilər Şamil Sabirzadə, Könül Quliyeva tərcümə ediblər. Bu da uşaqlara təqdim olunan məlumatları daha rahat və əhatəli şəkildə qavramalarına şərait yaradıb.

Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda keçib. Uşaqlar interaktiv təqdimatlarda iştirak edib, suallar verərək tarixi faktlarla yaxından tanış olublar.

Belə layihələr xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, maarifləndirilməsi və mədəni irslə tanışlığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Hər uşağın tarixlə tanış olmağa və mədəni irsi yaşamağa haqqı var!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu daha çox televiziya proqramlarından, keçirdiyi publik mühazirələrdən tanıyırıq. Sanki Bakının tarixini onun qədər dərindən bilən yoxdur. Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundovdan gedir söhbət.

 

Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1985–1992 illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb.

O, 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001-ci illərdə ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub, magistr dərəcəsinə yiyələnib. 2008–2016-cı illərdə Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub, magistr dərəcəsi alıb.

 

Fəaliyyəti

 

  • - 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb.
  • - 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris edib. Bakı şəhərinin tarixi haqqında fakultativ dərslər aparıb.
  • - 2006–2011-ci illərdə İctimai Televiziya kanalında "Бакинские тайны" (Bakının sirləri) tarixi verilişlər proqramın müəllifi və aparıcısı olub.
  • - 2020-ci ildən  AzTV-də "Əsrlər, Nəsillər" proqramın müəllifi və aparıcısıdır.
  • - AZƏRTAC İnformasiya Agentliyində, "Бакинский рабочий" (Bakinski raboçi), "Вышка" (Vışka), "525-ci qəzet" qəzetlərində, o cümlədən "Ваш дом" (Sizin ev), "Баку" (Bakı), "Azerbaijan International" jurnallarında vaxtaşırı çap olunur, bir sıra müxtəlif nəşrlərin müəllifidir.
  • - 2023-cü ilin dekabr ayından etibarən vaxtaşırı "Qafqaz Xəbərləri" YouTube layihəsinin verilişlərinə dəvət olunur.

 

*Hərbi karyerası*

 

  • 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1993-cü ildən 2007-ci ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis polkovnik-leytenantıdır.

 

*Təltif və mükafatları*

 

- "Humay" Milli mükafatı laureatı — 2. may 2006

- Dövlətlərarası "Mir"("Мир") teleradio şirkətinin "Бриллиантсодружества" (Birlik Brilyantı) müsabiqəsinin "Ən yaxşı mədəni və təhsil proqramı" nominasiyasının laureatı — 2006-cı il dekabr

- "Tərəqqi" medalı — 2 oktyabr 2023

 

Bələdçi, teleaparıcı Fuad Axundova Allahdan xeyirli ömür, karyerasında uğurlar arzu edirik!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Əməkdar mədəniyyət işçisi, yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim Xalidə Hasilovanın 105 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılığına həsr edilən geniş material hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə,  videomaterialda Xalidə Hasilovanın bədii, publisistik fəaliyyəti, uzun illər “Azərbaycan qadını” və “Göyərçin” jurnallarında baş redaktor vəzifəsində çalışması, Azərbaycan uşaq ədəbiyyatına biri-birindən gözəl yaradıcılıq nümunələri bəxş etməsi haqqında məlumat verilir.  

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalidə Hasilovanın  tərcüməçilik fəaliyyəti haqqında da məlumat verilir, onun  türk və rus dillərindən V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin kimi müəlliflərin əsərlərini doğma dilimizə tərcümə etməsindən, yazıçının “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” kimi pyeslərinin müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmasından bəhs edilir.

Yazıçı, dramaturq Xalidə Hasilovanın 105 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/yazici-xalide-hasilovanin-anadan-olmasinin-105-illiyi-munasibetileyerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Təşkilatdan verilən məlumata görə, səfər çərçivəsindəaprelin 18-də nümayəndə heyəti mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub.

Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb:

“Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib.

Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. 

Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”.

 

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib:

 

“2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır.

Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”.

 

Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib.

Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  

Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə həyata keçirdikləri layihələrdən növbətisindəyik – Qədim türklər layihəsində.

 

Türk toplumlarının ən qədim ictimai-siyasi təşkilatlanma formalarından biri qəbilə və boy sistemidir. Bu sistem Türk xalqlarının həm köçəri, həm də yarımköçəri həyat tərzində mühüm yer tutmuş və onların ictimai, hərbi və siyasi quruluşlarını müəyyən etmişdir.

 

 1. Qəbilə və boy nədir?
Türklərdə "boy" (tayfa) bir nəslə mənsub insanların təşkil etdiyi sosial birlik idi. Birdən çox boy birləşərək "el" və ya "urug" adlanan daha böyük birlikləri əmələ gətirirdi. "Qəbilə" anlayışı da bəzən "boy" və "el" anlayışlarına paralel işlənmişdir.

 

 2. Boy sisteminin əsas xüsusiyyətləri:
- Hər boyun öz tam hüquqlu başçısı olurdu – bu şəxs "bəy", "ağsaqqal" və ya "elbəyi" adlanırdı.
- Boylar qan qohumluğu və ortaq əcdad inancı əsasında formalaşırdı.
- Hər boyun öz damğası (simvolu), özünəməxsus ənənələri və bəzi hallarda dialekt fərqləri olurdu.
- Boylar arasında həm əməkdaşlıq, həm də rəqabət mövcud idi.

 

 

3. Türk boylarının adları və təşkilatı:
Qədim türklərdə 24 Oğuz boyu, 9 Uyğur boyu, 92 Qıpçaq boyu kimi müxtəlif sistemləşdirmələr mövcuddur.

Oğuzların 24 boyu Mahmud Kaşğari və Rəşidəddin tərəfindən qeyd olunmuşdur. Məsələn:
- Qayı
- Bayat
- Afşar
- Kınık
- Bayındır
və s.

Bu boylar sonradan Anadolu, İran, Qafqaz və Orta Asiyada müxtəlif dövlətlərin əsasını qoymuşlar.

 

4. Boyların dövlətdəki rolu:
- Boylar dövlətin hərbi və inzibati əsaslarını təşkil edirdi.
- Xaqan və ya xan seçkilərində boy başçıları mühüm rol oynayırdı.
- Dövlət daxilində boyların ittifaqları və ya qarşıdurmaları zaman-zaman parçalanmalara və yeni dövlətlərin yaranmasına səbəb olmuşdur.

 

5. Damğa sistemi:
Hər boyun özünəməxsus "damğası" – yəni simvolu olurdu. Bu damğalar at, mal-qara, silah, çadır kimi əşyalara həkk olunurdu və həmin boyun kimliyini göstərirdi.

 

6. Müasir dövrdə boy kimliyi:
Bu gün də bir çox türk xalqları arasında boy mənsubiyyəti mühüm mədəni identiklik göstəricisi kimi qalmaqdadır. Xüsusilə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın bəzi bölgələrində insanlar hansı boya mənsub olduqlarını bilirlər və bu, onların ictimai münasibətlərində mühüm rol oynayır.

 

 

Nəticə:
Türklərdə qəbilə quruluşu və boy sistemi, onların dövlətçilik ənənəsinin, mədəniyyətinin və ictimai nizamının formalaşmasında əsas rol oynamışdır. Bu sistem türk xalqlarının tarixində həm birlik yaradan, həm də fərqlilikləri tanıdan bir struktur olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)                                              

 

 

19 -dən səhifə 2148

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.