İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu daha çox televiziya proqramlarından, keçirdiyi publik mühazirələrdən tanıyırıq. Sanki Bakının tarixini onun qədər dərindən bilən yoxdur. Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundovdan gedir söhbət.
Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1985–1992 illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb.
O, 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001-ci illərdə ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub, magistr dərəcəsinə yiyələnib. 2008–2016-cı illərdə Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub, magistr dərəcəsi alıb.
Fəaliyyəti
- - 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb.
- - 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris edib. Bakı şəhərinin tarixi haqqında fakultativ dərslər aparıb.
- - 2006–2011-ci illərdə İctimai Televiziya kanalında "Бакинские тайны" (Bakının sirləri) tarixi verilişlər proqramın müəllifi və aparıcısı olub.
- - 2020-ci ildən AzTV-də "Əsrlər, Nəsillər" proqramın müəllifi və aparıcısıdır.
- - AZƏRTAC İnformasiya Agentliyində, "Бакинский рабочий" (Bakinski raboçi), "Вышка" (Vışka), "525-ci qəzet" qəzetlərində, o cümlədən "Ваш дом" (Sizin ev), "Баку" (Bakı), "Azerbaijan International" jurnallarında vaxtaşırı çap olunur, bir sıra müxtəlif nəşrlərin müəllifidir.
- - 2023-cü ilin dekabr ayından etibarən vaxtaşırı "Qafqaz Xəbərləri" YouTube layihəsinin verilişlərinə dəvət olunur.
*Hərbi karyerası*
- 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1993-cü ildən 2007-ci ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis polkovnik-leytenantıdır.
*Təltif və mükafatları*
- "Humay" Milli mükafatı laureatı — 2. may 2006
- Dövlətlərarası "Mir"("Мир") teleradio şirkətinin "Бриллиантсодружества" (Birlik Brilyantı) müsabiqəsinin "Ən yaxşı mədəni və təhsil proqramı" nominasiyasının laureatı — 2006-cı il dekabr
- "Tərəqqi" medalı — 2 oktyabr 2023
Bələdçi, teleaparıcı Fuad Axundova Allahdan xeyirli ömür, karyerasında uğurlar arzu edirik!
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)