
Super User
Gizli yara və görünən gülüş - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan ruhu qədim xalçalar kimidir—hər ilməsində bir həyat hekayəsi, hər naxışında bir sirr gizlənir. Üzdə parlaq rənglər, incə naxışlar görünə bilər, lakin onların altında keçmişin ağrıları, ayaq izləri və zamanın qopardığı saplar var.
“Yüz yerdə yüz yaram var. El sanır ki, sağ gəzirəm…”—bu sözlər insan həyatının ironik reallığını əks etdirir. Hamımız bir şəkildə yaralanmışıq, amma cəmiyyət qarşısında sağlam görünmək məcburiyyətindəyik. Çünki dünya ağrını açıq yaşamağa icazə vermir; o, bizdən daim güclü, daim “sağ” olmağımızı gözləyir.
Amma bu həqiqətən sağlamlıqdırmı? İnsan ürəyi parça-parça olduqda, ruhu qırıldıqda, yalnız özünü güclü göstərməklə sağ qala bilərmi? Yoxsa bu, sadəcə bir maskadır, sosial bir oyundur?
Yunus Əmrə deyirdi: “Bir ben var, benden içre.” İnsan, yalnız görünəndən ibarət deyil. Onun daxilində gizli bir mən daha var—dərd çəkən, düşünən, sorğulayan, bəzən üsyan edən, bəzən susan. Bizim əsl varlığımız, cəmiyyətin gördüyü “sağ gəzən” bədəndən deyil, içimizdəki o görünməz məndən ibarətdir. O “mən” yaralıdır, bəlkə də heç vaxt sağalmayacaq, amma biz onu gizlədərək dünyaya başqa bir sima təqdim edirik.
Mevlana isə belə deyirdi: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.” Lakin dünya bizə nəinki bu seçim haqqını verir, hətta bizi özümüzü unutmağa məcbur edir. Yaralı olduğumuzu qəbul etmək zəiflik sayılır, dərdimizi açıq söyləmək “şikayət” adlanır, həqiqi hisslərimizi paylaşmaqsa risk kimi görünür.
Bəlkə də həqiqi sağlamlıq, yaraları gizlətməkdə deyil, onlarla barışmaqda və başqalarının yaralarına da eyni anlayışla yanaşmaqda gizlidir. Çünki hər kəsin içində bir savaş var və hər kəsin qəlbi susqun bir fəryadla doludur.
Dədə Qorqud deyirdi: “Dost başa baxar, düşmən ayağa.” Biz isə çox zaman dostlarımızın da, düşmənlərimizin də bizə baxarkən əsl dərdimizi görmədiyini anlayırıq. Çünki cəmiyyət gözlərini bizim üzü gülən, güclü dayanan tərəfimizə dikib, içimizdə qopan tufanları isə bizdən başqa heç kim hiss etmir.
Bəs sən, həqiqətən sağlam gəzirsən, yoxsa yalnız elə görünürsən?
“Ədəbiyyat və incəsənət”
(25.02.2025)
Travma: Həqiqətlər və yanlış yanaşmalar - AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Son illərdə "travma" anlayışı gündəlik həyatımızda daha çox işlədilməyə başlanıb. İnsanlar yaşadıqları çətinlikləri, uğursuzluqları və emosional sarsıntıları travma kimi qəbul edirlər. Lakin travma psixologiyada daha dərin və spesifik mənaya malikdir. Bu yazıda travmanın həqiqi mahiyyəti, onun təsirləri və bu anlayışın nə dərəcədə yanlış istifadə edildiyi haqqında psixoloji analiz aparacağıq.
Travma Nədir?
Travma bir insanın həyatını ciddi şəkildə sarsıdan, fiziki və ya psixoloji təhlükə yaradan hadisələr nəticəsində meydana gələn dərin emosional və psixoloji təsirdir. Travmanın təsiri insandan insana dəyişə bilər, lakin onun əsas xüsusiyyətləri aşağıdakılardır:
-Güclü qorxu, çarəsizlik və şok hissi
-Hadisənin yaddaşda daim təkrarlanması
-Funksional həyatın pozulması (yuxusuzluq, stress, iş və şəxsi həyat problemləri)
-Uzunmüddətli emosional təsirlər, depressiya və ya post-travmatik stres pozuntusu (PTSP)
Psixoloji araşdırmalara görə, travmanın əsas səbəbləri arasında müharibə, ağır qəza, zorakılıq, uşaqlıq travmaları və ciddi itkilər dayanır. Lakin hər neqativ təcrübə travma deyil.
Travmanın yanlış istifadəsi :
Bəzi hallarda insanlar həyatlarında qarşılaşdıqları çətinlikləri və emosional problemləri travma adlandıraraq məsuliyyətdən qaçmağa çalışırlar.
Münasibətlərdə məsuliyyətsizlik: "Ailəm emosional ehtiyaclarımı ödəməyib, bu səbəbdən münasibət qura bilmirəm."
İş həyatında uğursuzluq: "Uşaqlıqda danlandığım üçün indi bir işin qulpundan yapışmaqdan qorxuram."
Bağışlama və güvən problemləri: "İnsanlar mənə zərər verib, ona görə də heç kimə güvənə bilmirəm."
Bu kimi hallar bəzən həqiqi psixoloji təsirlərin nəticəsi ola bilər, lakin eyni zamanda insanın öz həyatının məsuliyyətini üzərinə götürməkdən çəkinməsinə də səbəb ola bilər.
Travmanın öhdəsindən necə gəlmək olar?
Həqiqi travma yaşayan insanlar üçün peşəkar psixoloji dəstək almaq çox vacibdir. Lakin travma yaşamadığı halda, bu anlayışdan istifadə edərək öz həyatını məhdudlaşdıran insanlar üçün aşağıdakı məqamlar önəmlidir:
Özünü dərk etmək: Keçmiş təcrübələrin təsirini qəbul etmək, lakin onların həyatı tam idarə etməsinə imkan verməmək.
Məsuliyyət götürmək: Həyatda qarşılaşdığımız çətinliklərdən dərs çıxararaq irəliləmək.
Empatiya və anlayış: Həqiqətən travma yaşayan insanlara qarşı daha həssas yanaşmaq və onların yaşadıqlarını kiçiltməmək.
Nəticə :
Travma ciddi və kompleks bir psixoloji fenomendir. Onun təsirlərini dəyərləndirərkən məsuliyyət anlayışını itirməmək və hər çətinliyi travma adlandırmamaq vacibdir. Həyatımızın idarəsini əlimizə alaraq keçmişin təsirlərini minimuma endirmək mümkündür. Eyni zamanda, travma anlayışının cəmiyyət tərəfindən düzgün anlaşılması, həqiqi psixoloji problemləri olan insanlara daha effektiv dəstək verilməsinə kömək edər.
“Ədəbiyyat və incəsənət”
(25.02.2025)
“Simurq” “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsini icra etməkdədir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının reallaşdırılmasına vətəndaş dəstəyi məqsədilə həyata keçirdiyi “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı olaraq “Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovla əlaqə saxlayaraq ondan layihənin növbəti oxunmaları barədə məlumat aldıq. Məlumatı nəzərinizə çatdırırıq.
QARA-ŞAXTAYA BAXMAYARAQ…
21 fevral 2025-ci il tarixində Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsi çərçivəsində keçirilən beşinci kulturoloji elmi oxunmaları keçirilib.
Bakı üçün havaların qeyri-adi soyuq keçməsinə baxmayaraq, oxunmalarda alimlər, ali və orta məktəblərin müəllimləri, tələbələr, məmurlar, həkimlər, ictimai xadimlər, yaradıcı ziyalılar, QHT nümayəndələri, muzey və kitabxana işçiləri iştirak ediblər. Oxuların moderatoru “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, professor Səlahəddin Eyyubov olub.
Oxumalarda “Kulturologiya və yüksək mədəniyyətli insan: anlayışlar və vəzifələr” mövzusunda giriş sözü ilə bəndəniz - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov çıxış edib.
FUAD MƏMMƏDOV
O bildirib ki, Azərbaycanda yüksək mədəniyyətə malik insanların “istehsalı” Ümummilli Lider Heydər Əliyevin xalqın ruhi mədəniyyətinin hərtərəfli inkişafının zəruriliyi haqqında göstərişlərinin həyata keçirilməsinin ən yaxşı yolu və Azərbaycanın yeni sosial-mədəni strategiyasının ən mühüm vəzifəsidir. Anlamaq bilikdən daha vacibdir. Mədəniyyətin insanın ağlı, qəlbi və əməyi ilə yaradılmış vahid sosial sistem kimi, düzgün dərk edilməsi Azərbaycan cəmiyyətində mütərəqqi transformasiyaların maraqları naminə ruhi mədəniyyətin nəhəng dəyişdirici potensialından məhsuldar istifadə etmək üçün yeni imkanlar açır.
Natiq eyni zamanda, bəşəriyyətin dayanıqlı, rəqabətədavamlı və təhlükəsiz inkişafının əsas qüvvəsi kimi,i ntellektual mədəniyyətin prioritet inkişafının zəruriliyini vurğulamışdır. Buna misal olaraq XIX-cu əsrin sonlarında Yaponiyada “Meydzi restavrasiyası” kimi tanınan mədəni inqilab göstərildi. Onun iki imperativə - “Yapon ruhu üstəgəl Avropa biliyi” və “Maarifli idarəetmə”yə əsaslanan uğurla həyata keçirilməsi, ən qısa tarixi dövrdə ölkəni dünya sivilizasiyasının ön sıralarına çıxardı.
O, dövrün tələblərinə, dünya sivilizasiyasında baş verən sürətli dəyişikliklərə və qloballaşmanın çağırışlarına stinad edərək, Azərbaycan cəmiyyətində, universal kulturoloji biliklərin yayılmasının müxtəlif formalarından, ilk növbədə, icbari kulturoloji təhsil və maarifləndirmədən, dövlət tərəfindən istifadə edilməsinin, eləcə də meritokratik tərbiyə və idarəetmə mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Kulturologiyanın və cəmiyyətin və dövlətin strateji inkişafı problemlərinin təhlilinə sistemli kulturoloji yanaşmasının əvəzsiz əhəmiyyətini vurğulayan Fuad Məmmədov, qeyd edib ki, bu, dövlətçilik mədəniyyətinin inkişafı, istehsalın, cəmiyyətin bütün sahələrinin təşkili və idarə olunması sahəsində yüksək səviyyəli səriştə, bilik və peşəkarlıq, əmək mədəniyyəti və məsuliyyət mədəniyyətinin formalaşması üçün etibarlı açardır.
Kulturologiya, milli inkişaf panoramasında, dünya sivilizasiyasının məkan və zamanında yeni imkanların görünməsinə kömək edir. Bu elm xalqın sistemli kulturoloji təfəkkürünün inkişafı üçün əvəzsiz mənbədir. O, xalqın mədəni genezisinin mütərəqqi proseslərinin inkişafını təmin etmək üçün lazım olan, keçmişdən düzgün tarixi dərslərin çıxarılmasına kömək edir.
Professor Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının əsas vəzifəsi kimi, ölkədə yüksək mədəniyyətə malik insanların formalaşmasını və inkişafını qeyd edərək, vurqulayıb ki, bu gün bu, təkcə Azərbaycanın davamlı inkişafı üçün deyil, həm də bütün bəşəriyyətin humanitar təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan ən mühüm vəzifədir.
Bu yanaşma Azərbaycan dövlətinin rəqabət qabiliyyətinin və təhlükəsizliyik səviyyəsinin yüksəldilməsində mühüm rol oynamalıdır. O cümlədən, intellektual mədəniyyətin sürətləndirilmiş inkişafı, əmək və idarəetmə mədəniyyəti səviyyəsinin yüksəldilməsi hesabına.
NİZAMİ CƏFƏROV
Daha sonra Azərbaycan Atatürk Mərkəzinin direktoru, Azərbaycan Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov “Azərbaycan dilinin inkişafı - Azərbaycanın yeni sosial-mədəni inkişaf strategiyasının prioritet vəzifəsi kimi” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Nizami Cəfərov çıxışında Azərbaycan dilinin zənginliyini deyil, həm də milli inkişaf üçün yaradıcılıq potensialını əks etdirən tamamilə yeni cəhətləri önə çəkib.
Dünya mədəniyyəti və sivilizasiyasının inkişafına öz töhfəsi ilə tanınmış, mədəniyyət yaradıcılarının elmi və bədii əsərlərinin Azərbaycan dilində nəşrinin və bu kitabların dünyanın müxtəlif ölkələrinin kitabxanalarına istifadə üçün göndərilməsinin vacibliyi də vurğulanıb. Natiq qeyd edib ki bu, təkcə Azərbaycan dilinin inkişaf etdirilməsi və beynəlxalq nüfuzunun yüksəldilməsinə deyil, həm də Azərbaycan xalqının dünyagörüşünün genişləndirilməsinə, o cümlədən, intellektual mədəniyyətinin inkişafına yönəlmiş mühüm məsələlərdən biridir.
FİRDOVSİYYƏ ƏHMƏDOVA
Azərbaycanın Əməkdar Müəllimi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Azərbaycan xalqının və onun mədəniyyət elitasının mədəniyyət tarixinin məzmunlu kulturoloji təhlilini təqdim edib.
“Azərbaycanın mənəvi mədəniyyətinin inkişaf tarixindən: mədəni elitalar xalqın milli sərvəti kimi” adlı məruzəsində şəxsiyyətin hərtərəfli, harmonik inkişafının vacibliyi vurğulanıb. Firdovsiyyə xanım qeyd edib ki, məhz məqsədyönlü və səmərəli yaradıcılıq fəaliyyəti, eləcə də yüksək mədəniyyətə malik ziyalı azərbaycanlıların vətənpərvərliyi sayəsində əsrlər boyu Azərbaycan xalqının yüksək intellektual və mənəvi mədəniyyəti formalaşıb.
Natiq eyni zamanda deyib ki, Azərbaycanda minillik dövlətçilik ənənəsində sülalə hakimiyyətinin əsas rol oynadığı mərhələ hakimdir. Tarixdə irsi hakimiyyətin uğurları ayrı-ayrı şəxslərin adları ilə bağlıdır. Mənəvi keyfiyyətlərin öz təsirini itirmədiyi şəraitdə, dünyagörüşü, təcrübəsi, liderlik qabiliyyəti, təhsil səviyyəsi, siyasi bəsirət və diplomatik bacarıqlar zaman keçdikcə sülalələr daxilində müəyyən adları yüksəldə bilirdi. Azərbaycan mütəfəkkirləri ruhi mədəniyyətin inkişafında mühüm rol oynamışlar. İntellektual və mənəvi mədəniyyət daşıyıcıları olan şəxslər mədəni mühit yaratmağa qadirdirlər. Bu baxımdan cəmiyyətin intellektual potensialının daşıyıcıları müxtəlif modelləri həyata keçirməyə can atan ziyalılar idi. 20-ci əsrin əvvəllərində cümhuriyyət modelində birləşən mədəniyyət elitası türk-islam dünyasında ilk dəfə müasir dövlət yarada bildi.
Elmin və təhsilin inkişafı nəticəsində formalaşan intellektual potensial müstəqil Azərbaycan Respublikasının əsas sərmayəsinə çevrilmişdir. Xalqın milli sərvəti olan mədəni elita yüksək mədəniyyətli insanların yaratdığı mühitdə formalaşır. Tarazlıq yüksək mədəniyyətli insanın intellektual və mənəvi mədəniyyətinin vəhdətində mühüm amildir. Əks halda, bəşəriyyət keçmişin acı taleyinə dözməli olacaq. Bir intellektual mədəniyyətin digərindən üstünlüyü müasir dünyamızın təhdid və təhlükələrini qaçılmaz edir. “Yüksək mədəniyyətli insan” məqsədi qlobal əhəmiyyət kəsb edir və professor Fuad Məmmədovun Azərbaycanda keçirdiyi müvafiq təlimlər və mühazirələr beynəlxalq ictimaiyyətə ciddi mesajdır.
YEGANƏ ƏLİYEVA
“XXI əsr Şərq ziyalılarının kulturoloji təfəkkürü qlobal ideyalar dialoqunda: alternativlik və paritet” - Bu maraqlı mövzu kulturologiya üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü, dosent Yeganə Əliyevanın məruzəsində açıqlanıb. Natiq XXI əsrdə mədəni dəyərlərin qlobal transformasiyası fonunda Şərq ziyalılarının mədəni əks etdirilməsinin meqa-trendlərini araşdırıb. O qeyd edib ki, mənəvi dəyərlərin qlobal transformasiyası fonunda insanlar və cəmiyyət yeni kommunikativ münasibətlərə cəlb olunur. Müxtəlif mədəniyyətlərin mənəvi dəyərlərinin ziddiyyətli təsiri altında sərhəd mövqeyində olan İnsan obrazı gündəmə gətirilir. Cəmiyyətin mənəvi-mədəni həyatında müşahidə olunan tənəzzül, xaos və böhran şəraitində yaşanan ziddiyyətli hadisələri izah etməyə ancaq kulturologiya elmi və kulturologiya metodologiyası qadirdir. Bu gün bütün humanitar və təbiət elmləri, tədqiqat predmetində sərhəd hadisələrinin izahı üçün metodoloji əsasların kifayət qədər olmadığı ortaya çıxanda kulturoloji metodologiya aparatına müraciət edirlər.
Yeqyanə Əliyeva vurğulaylb ki, “Simurq” Mədəniyyət Assosiasiyasının həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edən, kulturoloji layihəsi – “Yüksək mədəniyyətli insant” Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə, dövlətimizin başçısının çağırışına və ölkəmizin yeni sosial-mədəni strategiyasının qarşıya qoyduğu vəzifələrə son dərəcə aktual cavabdır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2024-cü il tarixdə yerli telekanallara verdiyi müsahibədən sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Respublika Prezidentinin bu məsələni ictimai müzakirə səviyyəsinə qaldırmaq çağırışına hərarətlə cavab verən Azərbaycan kulturoloqları ölkədə ilk kulturoloji elmi oxunmalarını təşkil etdilər. Onlar cəmiyyətimizə müraciət edərək, ölkəmizin gələcək inkişafının prioritetlərini müəyyən edən milli ideyanın nədən ibarət olması məsələsinin müzakirəsində məmurların, alimlərin, müəllimlərin, həkimlərin, incəsənət xadimlərinin və yazıçıların, jurnalistlərin, muzey və kitabxana işçilərinin, qadın və gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakına çağırıblar.
İLHAMƏ ÖMƏROVA
Qədim dünyanın diplomatik mədəniyyəti kontekstində dövlətçilik mədəniyyəti tarixi problemi siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti İlhamə Ömərovanın məruzəsinin mövzusu olub. Bu maraqlı tarixi məruzədə qədim dövlətlərin: Şumer dövləti, Qədim Roma İmperiyası, Yunanıstan, Misir, Hindistanın daxili və xarici siyasətləri ilə bağlı məsələlər təhlil edilirdi. Çıxışda təsvir edilən kulturoloji panorama, tarixi mənbələrə görə, Mesopotamiya, Misir, Çin, Hindistan, Cənubi Avropa və Yunanıstanda IV minilliyin ikinci yarısında və ya sonlarında yaranmış ən qədim dövlətləri əhatə edirdi. İlhamə Ömərova qeyd edib ki, qədim dövlətlərdə diplomatiyanın təşkilinə quldarlıq sisteminin özəllikləri də təsir edib. Bu dövlətlərin səfirləri tamhüquqlu vətəndaşların açıq iclasında seçilirdilər və öz missiyalarını başa vurduqdan sonra öz rəhbərləri qarşısında məsuliyyət
daşıyırdılar. İstənilən tamhüquqlu vətəndaş öz hərəkətini düzgün hesab etmədiyi halda, səfiri məsuliyyətə cəlb edə bilərdi. Bu, Romadan daha çox Yunan respublikalarında tətbiq olunurdu. Əgər Yunanıstanda xarici siyasətin ali orqanı milli məclis idisə, Romada bu funksiyanı Senat yerinə yetirirdi. Qədim Şərq diplomatiyasının ən parlaq nümunələri e. e. ə. XV-XIV əsrləri əhatə edən Tell əl-Amarna yazışmalarıdır. Bunlar Misir fironları ilə Xet İmperiyası, Babil və digər Mesopotamiya fövlətləri arasında iqtisadi və diplomatik münasibətlər kontekstində bağlanmış müqavilələrdir. Tell el-Amarna arxivi hazırda Londondakı Britaniya Muzeyində və Berlindəki Dövlət Muzeyində saxlanılır. Manu qanunları (e.ə. II əsr – eramızın II əsri) qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu qanunları dünyanın ilk qanun dəstlərindən biridir.
Natiq çıxışına yekun vuraraq qeyd edib ki, dünyanın müxtəlif ölkələrində dövlət quruculuğu və idarəetmə proseslərinin tarixi qanunauyğunluqlarını və xüsusiyyətlərini dərk etmək üçün dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin qədim təcrübəsinin sistemli kulturoloji təhlili heç də az əhəmiyyət kəsb etmir.
Oxunmalar maraqlı kulturoloji diskussiya ilə başa çatıb, burada çıxış edənlərlə yanaşı “Simurq” AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov, İqtisad Universitetinin dosenti Anar Əyyubov, kulturoloq Xanım Mehdixanlı, Ədliyyə Nazirliyinin nümayəndələri, QHT-çılər və başqaları iştirak ediblər.
LAYİHƏ MARTDA YEKUNLAŞACAQ
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının reallaşdırılmasına vətəndaş dəstəyi məqsədilə həyata keçirdiyi “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsinin nə zaman yekunlaşacağı barədə də “Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovdan bilgi aldıq. O, mart ayının əvvəlində layihəyə yekun vurulacağını bildirdi.
“Ədəbiyyat və incəsənət”
(25.02.2025)
“Yağışdan sonra yollara iz düşür…” - ŞƏKİDƏ BƏXTİYAR VAHABZADƏNİN YUBİLEYİ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Yağışdan sonra yollara iz düşür… - Başllq dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin iki şeirindən götürülüb. Yağışdan sonra yollara su izi düşür. Amma gün tədricən onu qurudur.
Bəxtiyar Vahabzadənin öz izlər isə əbədidir. Bu gün bu izləri daim görür, duyuruq.
24 fevral tarixində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, 2 nömrəli Uşaq Musiqi məktəbi və MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Yubiley tədbirində Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, tanınmış şair Vaqif Aslan, Şəhid ailələri, mədəniyyət işçiləri və bir sıra dövlət rəsmiləri iştirak edib.
Tədbirdə Bəxtiyar Vahabzadənin Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə tərcümə olunan şeir kitablarından ibarət sərgi təşkil olunub. Həmçinin sərgidə həvəskar rəssam Könül Salahovanın Bəxtiyar Vahabzadə şeirlərindən, poeziyasından ilhamlanaraq çəkdiyi rəsmləri də yer alıb.
2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış musiqilər və dillər əzbəri olan şeirləri səsləndirilib.
Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək, onunla olan xatirələrədən və B.Vahabzadə yaradıcılığının zənginliyi, unikallığı və Azərbaycan ədəbiyyatında qatdığı dəyərdən bəhs edib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov dahi şairin yaradıcılığından bəhs edib. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə göstərdiyi qayğıdan söz açıb. O bildirib ki, B.Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında verilən sərəncam məhz bunun bariz nümunələrindən biridir.
Sonda Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli Regional İdarə adından Təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, 21 fevral 2025-ci il tarixdə cənab Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi B.Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində dünyaya gəlib. 1934-cü ildə onun ailəsi Bakıya köçür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında qalan Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
B.Vahabzadə uzun sürən xəstəlikdən sonra 2009-cu il fevral ayının 13-də, 83 yaşında Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
24 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2024-cü ildə də davam etdirilib.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2024-cü ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən 2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi həyata keçirilib. Qeyd olunan 300 xidmətin 78 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 23 dövlət orqanına aiddir.
Təqdimat 2 hissədən ibarət olub. Birinci hissədə 2024-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2024-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
2-ci yer: Dövlət Miqrasiya Xidməti;
3-cü yer: Energetika Nazirliyi.
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti;
2-ci yer: Yasamal Rayon İcra Hakimiyyəti;
3-cü yer: Binəqədi Rayon İcra Hakimiyyəti.
Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:
1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
2-ci yer: “Azəriqaz” İstehsalat Birliyi;
3-cü yer: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi.
Tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələrinə qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.
Sonda tədbir sual-cavab hissəsi ilə davam etdirilib.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Rəsm qalereyası: Otto Erelman, “At arabasında”
Otto Erelman (1839 - 1926) holland rəssanıdır, ən məşhur əsəri olan “At arabasında” rəsmini yağlı boya ilə çəkib.
Professor Nizaməddin Şəmsizadəni qədirbilən xalqımız heç vaxt unutmayacaq
Əlibala Məhərrəmzadə, professor, millət vəkili
Azərbaycan elminə ağır itki üz verib. Professor, ədəbiyyatşünas, görkəmli alim Nizaməddin Şəmsizadə vəfat edib. O bir müddət komada idi, süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlər ona Sepsis diaqnozu qoymuşdular. O, həmçinin dializ və şəkər xəstəsi idi. Bu səhər ölüm xəbərini aldıq.
Professorun vəfatı bütün Azərbaycan xalqı üçün itkidir, xüsusən, biz qubalılar üçün böyük itkidir. O bizim yerlimiz idi.
Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olmuşdu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdi.
N.Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitabının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb. Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görülüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Bəli, Azərbaycan ictimaiyyəti, Azərbaycan elmiçox ciddi bir itki ilə üzləşdi. Ancaq Nizaməddin Şəmsizadənin qoyduğu irs onu daim yaşadacaq, onun işıqlı xatirəsi heç vaxt yaddaşlardan əskilməyəcək.
Allah görkəmli alimimizə rəhmət eləsin. Mərhumun ailəsinə, qubalılara, bütün xalqımıza başsağlığı verirəm.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Professor Nizaməddin Şəmsizadəni itirdik
Professor, ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayılıb.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə komada idi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Mükafatına layiq görülən, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən alim 2012-ci ildə çapdan çıxan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi ilə bütün filoloqlara elm və təhsil yolunda bir çıraq yandırdı. O fundamental kitab Nizaməddin Şəmsizadənin adını filologiya elmi azmanları sırasına yazdı.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə Quba rayonunda anadan olmuşdu, 71 yaşı var idi.
Bu şaxtalı fevral günlərində onun ölüm xəbərini eşitmək çox ağırdır. Elmimiz çox ciddi bir itki ilə üzləşdi. Ruhu şad olsun…
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Состоялись пятые культурологические научные чтения, проводящиеся в рамках проекта АКА «Симург» - «Высококультурный гражданин Азербайджана»
Портал «Ədəbiyyat və incəsənət» сообщает, что 21 декабря 2025 года в Азербайджанском Центре Ататюрка состоялись пятые культурологические научные чтения, проводящиеся в рамках проекта АКА «Симург» - «Высококультурный гражданин Азербайджана», поддержанного грантом Министерства культуры Азербайджанской Республики.
Несмотря на непривычную для Баку холодную погоду, в работе чтений приняли участие ученые и преподаватели вузов и средних школ, студенты, чиновники, врачи, общественные деятели, творческие и библиотечные работники. Модератором Чтений был вице-президент Ассоциации культуры Азербайджана «Симург», профессор Салахаддин Эйюбов.
С вступительным словом на тему «Культурология и высококультурный человек: понятия и задачи» выступил президент Ассоциации культуры Азербайджана «Симург», профессор Фуад Мамедов.
Он отметил, что «производство» высококультурных людей в Азербайджане – это лучшийпуть воплощения в жизнь заветов Общенационального лидера Гейдара Алиева о необходимости всестороннего развития духовной культуры народа, и важнейшая задача новой социально-культурной стратегии Азербайджана. Понимание важнее знания. Правильное понимание культуры, как целостной социальной системы, созданной умом, душой и трудом человека, открывает новые возможности для продуктивного использования огромных преобразовательных возможностей духовной культуры в интересах прогрессивных преобразований в азербайджанском обществе. При этом, докладчик сделал акцент на необходимость приоритетного развития интеллектуальной культуры, как главной силы устойчивого, конкурентоспособного и безопасного развития человечества. В качестве примера была приведена культурная революция в Японии конца XIX века, известная как «реставрация Мэйдзи. Ее успешное осуществление на основе двух императивов - «Японский дух плюс европейские знания» и «Просвещенное правление», в кратчайший исторической срок вывело страну на передовые рубежи мировой цивилизации.
Ссылаясь на требования времени, стремительные изменения мировой цивилизации и вызовы глобализации, он подчеркнул важность использования государством различных форм распространения универсальных культурологических знаний в азербайджанском обществе, в первую очередь, обязательного культурологического образования и просвещения, а также развития культуры меритократического воспитания и управления.
Подчеркивая незаменимое значение культурологии и системного культурологического подхода к анализу проблем стратегического развития общества и государства, Фуад Мамедов отметил, что это надежный ключ к развитию культуры государственности, формированию высокого уровня компетентности, знаний и профессионализма, культуры труда и культуры ответственности в сфере производства, организации и управления всеми сферами жизнедеятельности общества. Культурология способствует видению новых возможностей в панораме национального развития, в пространстве и времени мировой цивилизации. Это незаменимый источник для развития системного культурологического мышления народа. Она помогает извлекать правильные исторические уроки из прошлого, необходимые для обеспечения развития прогрессивных процессов культурогенеза народа.
Главной задачей новой социально-культурной стратегии Азербайджанской Республики профессор назвал формирование и развитие высококультурных людей в стране, отметив, что это сегодня важнейшей задачей всего необходимой не только для устойчивого развития Азербайджана, но и для обеспечения гуманитарной безопасности всего человечества. Такой подход должен сыграть важную роль в повышении уровня конкурентоспособности и безопасности азербайджанского государства, в том числе, за счет опережающего развития интеллектуальной культуры, повышения уровня культуры труда и управления.
Интересный доклад на тему: «Развитие азербайджанского языка, как приоритетная задача новой стратегии социально-культурного развития Азербайджана» сделал директор Азербайджанского Центра Ататюрка, председатель Общественного совета Министерства культуры Азербайджана, академик Низами Джафаров. В своём выступлении академик Джафаров высветил совершенно новые грани, отражающие не только богатство азербайджанского языка, но и его креативные возможности для национального развития. Была подчеркнута также важность публикации на азербайджанском языке научных трудов и художественных произведений выдающихся зарубежных авторов и отправка этих книг для использования в библиотеках различных стран мира. Докладчик отметил, что это один из важных вопросов, нацеленных не только на развитие и повышение международного авторитета азербайджанского языка, но и на развитие интеллектуальной культуры и расширение мировоззрения азербайджанского народа.
С содержательным культурологическим анализом истории культуры азербайджанского народа и его культурных элит, выступила заслуженный учитель Азербайджана, доктор философии по истории, заведующая кафедрой истории Академии государственного управления при Президенте Азербайджанской Республики, доцент Фирдовсия Ахмедова. В ее докладе «Из истории развития духовной культуры Азербайджана: культурные элиты, как национальное достояние народа» был сделан акцент важности всестороннего, гармоничного развития личности. Фирдовсия ханум подчеркнула, что именно благодаря целенаправленной и плодотворной творческой деятельности, а также патриотизму высококультурных интеллигентных азербайджанцев, столетиями формировалась высокая интеллектуальная и нравственная культура азербайджанского народа. При этом докладчик отметила, что в тысячелетней традиции государственности Азербайджана доминировал этап, в котором династическое правление играло центральную роль. Успехи правления, основанного на наследственной власти, в истории связаны с именами отдельных личностей. В условиях, когда нравственные качества не теряли своего влияния, мировоззрение, опыт, лидерские способности, уровень образования, политическая проницательность и дипломатические навыки могли возвысить определенные имена внутри династий вне времени. Азербайджанские мыслители сыграли важную роль в развитии духовной культуры. Личности, являющиеся носителями интеллектуальной и нравственной культуры, способны создавать культурную среду. В этом плане носителями интеллектуального потенциала общества были интеллектуалы, стремившиеся к реализации различных моделей. В начале XX века культурная элита, объединенная в республиканскую модель, первой в турецко-исламском миресмогла создать современное государство.
Интеллектуальный потенциал, сформированный в результате развития науки и образования, стал главной инвестицией независимой Азербайджанской Республики. Культурная элита, являющаяся национальным богатством народа, формируется в среде, созданной высококультурными людьми. Равновесие является важным фактором единства интеллектуальной и нравственной культуры высококультурного человека. В противном случае человечеству предстоит пережить горькую судьбу прошлого. Превосходство одной интеллектуальной культуры над другой делает угрозы и опасности нашего современного мира неизбежными. Цель «высококультурного человека» имеет мировое значение, и соответствующие тренинги и лекции, проводимые в Азербайджане профессором Фуадом Мамедовым, являются серьезным посланием международному сообществу.
«Культурологическое мышление интеллектуалов Востока XXI века в диалоге глобальных идей: альтернативность и паритетность». Такая интересная тема была раскрыта в докладе доктора философии в области культурологии, ведущего научного сотрудника Института архитектуры и искусства Национальной Академии Наук, члена Общества культурологов Азербайджана, доцента Егяны Алиевой. Докладчик рассмотрела мегатенденции культурной рефлексии восточной интеллигенции на фоне глобальной трансформации культурных ценностей в XXI веке. Она отметила, что на фоне глобальной трансформации духовных ценностей человек и общество втягиваются в новые коммуникативные отношения. На повестку дня выносится образ Человека, находящегося на пограничном положении под противоречивым влиянием нравственных ценностей разных культур. Только наука культурология и методология культурологии способны объяснить противоречивые явления, переживаемые в условиях упадка, хаоса и кризиса, наблюдаемые в духовной и культурной жизни общества. Сегодня все гуманитарные науки, включая естественные, обращаются к аппарату культурологической методологии, когда методологическая база для объяснения пограничных явлений в предмете их исследования оказывается недостаточной.
Егяна Алиева подчеркнула, что культурологический проект Ассоциации культуры «Симург» - «Высококультурный человек», имеющий как национальное, так и международное значение, является как нельзя более актуальным ответом на заветы Общенационального лидера Гейдара Алиева, призыв главы государства и задачи новой социально-культурной стратегии страны. Он приобрел особую значимость после интервью Президента Азербайджанской Республики господина Ильхама Алиева 10 января 2024 года местным телеканалам. Горячо откликнувшись на призыв Президента Республики поднять этот вопрос на уровень общественного обсуждения, азербайджанские культурологи организовали первые в стране культурологические научные чтения. Они обратились к нашему обществу и призвали к активному участию чиновников, ученых, педагогов, врачей, деятелей искусства и литературы, журналистов, музейных и библиотечных работников, представителей женских и молодежных организаций, в обсуждении вопроса о том, какой должна быть национальная идея, определяющая приоритеты будущего развития нашей страны.
Проблеме истории культуры государственности в контексте дипломатической культуры древнего мира был посвящен доклад доктора философии в политических наук, доцента кафедры истории Академии государственного управления при Президенте Азербайджанской Республики Ильхамы Омаровой. В этом интересном историческом докладе были проанализированы вопросы, связанные с внутренней и внешней политикой античной государственности: Древней Римской империи, Греции, Египта, Индии. Культурологическая панорама, описанная в выступлении, согласно историческим источникам, включила древнейшие государства, возникшие во второй половине или конце IV тысячелетия, в Месопотамии, Египте, Китае, Индии, на юге Европы, в Греции. Ильхама Омарова отметила, что на организацию дипломатии в древних государствах также оказали влияние особенности рабовладельческого строя. Послы этих государств избирались на открытом собрании полноправных граждан и несли ответственность перед вышестоящими лицами после завершения своих миссий. Любой полноправный гражданин мог привлечь посла к ответственности, если он или она не считали его действия правильными. Это практиковалось более широко в греческих республиках, чем в Риме. Если в Греции высшим органом внешней политики было народное собрание, то в Риме эту функцию выполнял сенат. Наиболее яркими образцами древневосточной дипломатии являются переписки Телль-эль-Амарны, охватывающие XV–XIV вв. до н. э. Это соглашения, заключенные египетскими фараонами с Хеттским царством, Вавилоном и другими государствами Месопотамии в контексте экономических и дипломатических отношений. В настоящее время архив Телль-эль-Амарны хранится в Британском музее в Лондоне и Государственном музее в Берлине. Законы Ману (II в. до н. э. – II в. н. э.) являются памятником и историческим источником древнеиндийской литературы. Законы Ману — один из первых в мире сводов законов.
Подводя итог своему выступлению, докладчик отметила, что системный культурологический анализ античного опыта культуры государственности и государственного управления имеет немаловажное значения для понимания исторических закономерностей и особенностей процессов государственного строительства и управления различных стран мира.
Чтения завершились интересной культурологической дискуссией, в которой, наряду с докладчиками, приняли участие вице-президент АКА «Симург», профессор Салахаддин Эйюбов, доцент Экономического университета Анар Эйюбов, культуролог Ханум Мехтиханлы, представитель Министерства юстиции и другие.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Berlin kinofestivalının əsas mükafatına – Qızıl Ayıya “Dreams” (Arzular) filmi layiq görüldü – YENƏ YENİ AVROPA DƏYƏRLƏRİ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu qarlı çovğunlu fevral günlərində azərbaycanlı kinosevərlər də bütün qitə kinosevərləri kimi diqqətini Almaniyanın baş şəhərinə - Berlinə yönəltmişdi. Çünki orada Avropanın 3 ən böyük kinofestivallarından biri – Berlin kinofestivalı keçirilirdi. (Digər ikisi isə Kann və Venesiya kinofestivallarıdır). Nəhayət, maraqlı və gərgin günlər sona çatdı və qalib film və filmlər elan edildi.
Ondan başlayaq ki, Mədəniyyət Nazirliyimiz və Kino Agentliyimiz Berlinə nümayəndə heyəti və film göndərmişdilər, əlbəttə ki, biz filmimizin qızıl, yaxud gümüş ayı ilə qayıdacağına inanan qədər sadəlövh də deyildik, ümumən Azərbaycanın belə möhtəşəm tədbirlərdə iştirakının özü elə uğurdur.
Norveç rejissoru Dag Johan Haugerudun “Arzular” filmi sayca 75-ci olan Beynəlxalq Berlin Film Festivalının əsas mükafatı olan “Qızıl Ayı” mükafatına layiq görüldü. Təbii ki, mükafatlandırma mərasimini canlı olaraq Euronews- dan izləyən biri kimi deyə bilərəm ki, son illərdə olduğu kimi bu dəfə də Avropanın kino müsabiqələri məni məyus etdi. Niyə? Yox, rejissor işləri, aktyor bacarığı, texniki təchizat, effektlər – hər şey mükəmməldir, pis və bərbad olan isə mövzu seçimi və ideyadır. Avropanın köhnə-yeni dəyərləri – bizim mental xüsusiyyətlərlə, adət-ənənən və tərbiyəmizlə əsla uyğun olmayan, ictimau tabu-su olan mövzular...
Bu film öz filmlərində sevginin sanki quruluşunu öyrənən norveçli rejissorun (“Seks”, “Sevgi”) trilogiyasının yekun hissəsidir. “Arzular” filmi fransız dili müəlliminə aşiq olan 17 yaşlı qızdan bəhs edir. O, öz gündəliyində idarəolunmaz hisslərini təsvir edir.
Trilogiya emosional və fiziki yaxınlığa həsr olunub. "Seks" filmində iki evli heteroseksual kişinin seksual elastikliyi kəşf etmələrindən bəhs edilir. "Sevgi" filmi, hansı ki, keçən il Venesiya Film Festivalında premyerası oldu, yeni tanışlıq tətbiqləri dünyasında romantik əlaqə axtaran heteroseksual qadınla gey kişi haqqında danışır. "Arzular" - bu, romantik oyanışın intensivliyini düzgün şəkildə təsvir edən üçüncü fəsildir. Yeganə şükür ediləsi odur ki, qəhərmanlar əks cinsdəndirlər.
“Təhlükəli” Haugeruddan qopub adlayaq növbəti mükafatlara.
Böyük Jürinin Mükafatı braziliyalı rejissor Qabriel Maskaronun "Göyüzü Yolu" filmine verildi.
Filmin hadisələri Braziliyanın yaxın gələcəyində baş verir. İdarə edən rejim yaşlı insanları pensiyaya göndərir və onları təcrid olunmuş yaşlılar koloniyasına köçürür ki, gənc nəsillər məhsuldarlıq və artıma diqqət yetirsinlər, yaşlıların qayğılarına vaxt ayırmasınlar.
Maskaro mükafatlandırılma zamanı səhnədən dedi ki, bu, "heç vaxt həyatın yeni mənasını tapmaq üçün gec deyil" mövzulu bir hekayəsidir, həmçinin zorla köçürülən icmalar və avtoritar gələcəkdə ortaya çıxa biləcək qorxulu perspektivlər haqqında şairanə bir pritçadır. Mənəviyyat o qədər korşalacaq ki, insanlar yaşlı valideyinlərindən imtina edəcəklər!
“Allah o günü göstərməsin” deyib söhbətimi davam etdirirəm.
"Silver Bear" – Gümüş Ayı mükafatı 75-ci Berlinale festivalında ən yaxşı ssenari üçün rumıniyalı rejissor Radu Jude-yə "Continental 25" filminə görə verildi, "texnoloji kapitalist cəmiyyətin insanlıqdan uzaqlaşdıran təsirlərinin ifadəsi" – filmin mükafatlandırma səbəbi bu altyazısı oldu.
Rumıniyalı rejissor mükafatı 1900-cü ilin bu günü doğulan və cinayət qurbanı olan Luis Bunüelə həsr etdi. Səhnədə çıxış edərkən, o, Avropada "yalançı həmrəyliyin" az olacağına və Haaqa məhkəməsinin "milli zəmində mənfur qatillərin mühakiməsi" barədə öz borcunu yerinə yetirəcəyinə ümid etdiyini bildirdi.
Gecənin ən əyləncəli nitqlərindən birini Radu Jude siyasi bir notla tamamladı: "Sabah Almaniyada seçkilər keçiriləcəyini nəzərə alaraq, gələn il festivalin Leni Rifenştalın 'İradə Zafəri' filmi ilə açılmayacağına ümid edirəm".
Bu, 1935-ci ildə Adolf Hitler tərəfindən sifariş verilmiş Alman faşistlərinin təbliğat filmi olan "İradə Zafəri"nə istinad idi və rumın rejissor Almaniyadakı ultra-sağçı AfD partiyasının nüfuzunun narahatedici artımını ifadə edirdi.
Argentinli rejissor İvan Fund, gənc bir qızın heyvanlarla ünsiyyət qurma bacarığı haqqında olan "Mesaj" filmi ilə münsiflər heyətinin "Silver Bear" mükafatını qazandı. Öz mütəvazi filmi üçün mükafatı qəbul edərkən Fund Argentinada kino və mədəniyyətin məhv edilməsi ilə bağlı narahatlığını da ifadə etdi.
Çinli Huo Meng "Bu Yerdə Yaşamaq" filmi ilə ən yaxşı rejissor mükafatı ümün Qızıl Ayını qazandı. Film Çindəki sosial-iqtisadi dəyişikliklərin ölkə boyu müxtəlif ailələrin həyatına necə təsir etdiyini izhar edir.
Gümüş Ayı mükafatını isə ən yaxşı baş rola görə aktyor Rose Byrne qazandı, o, Məri Bronşteynin "Əgər ayaqlarım olsaydı, sənə təpiklə yardım edərdim" filmində, çökməkdə olan bir ananı canlandıraraq bu mükafata layiq görüldü.
Ən yaxşı ikinci plandakı rola görə mükafat aktyor Andrew Scott-a verildi, o, Richard Linklaterin "Göy Ay" filmində aldığı rola görə mükafatlandırıldı.
Nəhayət, böyük yaradıcı töhfəyə görə "Silver Bear" mükafatı isə fransız rejissoru Lüsil Hacixaliloviçə verildi, o, "Buzlu Qüllə" filmi ilə tanınıb, yəqin xatırlayırsınız.
Beləcə, daha bir Berlinale tarixə qovuşdu. Amma onun haqqında hələ çox danışılacaq. Ən azı, qalib filmlərin mesajları müzakirə ediləcək.
Siqaret tüstüsünün işıq zolağında əksi duman effekti yaratmışdı. Amma işıq sönən kimi bu effekt də yox oldu.
Qapaq şəklində: Norveç rejissoru Dag Johan Haugerud Qızıl Ayı ilə; iç şəklində: möhtəşəm atmosfer.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)