Yazar Rövşən Şəriflə görüş keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin 20 nömrəli  filialında Oğuz rayon Mərkəzi kitabxanasının başlatdığı "Oğuzun tanınmış simaları" layihəsinə (layihə rəhbəri M.Bəkirova) əsasən fəal oxucuların iştirakı ilə Oğuzlu yazar, 6 kitab müəllifi Rövşən Şəriflə görüş keçirilib.

 

Kitabxana müdiri yazarı və tədbir iştirakçılarını salamladıqdan sonra Rövşən müəllimin həyat və fəaliyyəti barədə məlumat verib.

Rövşən müəllim yazdığı "Uzaqdan gələn yollar", "Yarımçıq ev", "Zəmanəmizin qəhrəmanları", "Sincan", "Övliyalaşmış şəhidlər" və "Humay" kitabları haqqında danışıb və gənc oxucuları kitaba, mütaliəyə, kəndimizin adət-ənənələrini qorumağa, şəhidlərimizi unutmamağa səsləyib.

Oğuz rayon Mərkəzi kitabxananın əməkdaşı Mehparə Bəkirova, Sincan kənd tam orta məktəbin tarix müəllimi, yazarın "Sincan" kitabının ön sözünün müəllifi Elçin Xasıyev, məktəbin kitabxanaçısı Adilə Qarayeva, Folklor klubunun müdiri Savalan Eldarlı çıxış edərək müəllifə can sağlığı, yaradıcılıq uğurları arzulayıblar.

Yazar Oğuz rayon Mərkəzi kitabxanasına, Sincan kənd tam orta məktəbinə, Folklor klubuna və kənd kitabxanasına kitablarını hədiyyə olaraq bağışlayıb.

Sonda Rövşən Şərif görüşü təşkil edən Sincan kənd kitabxanasına təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

                                                                 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.