Super User

Super User

Bazar ertəsi, 22 İyul 2024 13:16

AYB Lənkəran bölməsində jurnal təqdimatı

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsində Bölmənin ədəbi-bədii orqanı olan "Şəfəq" jurnalının 2024-cü ilin 1-2 -cı sayının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Bölmədən verilən məlumata görə, tədbirdə Lənkəran, Cəlilabad, Masalli, Lerik və Astara rayonlarında yaşayan yazarlar, ziyalılar və oxucular iştirak ediblər. 

Çıxış edənlər jurnalın təqdim olunan sayı ilə bağlı fikirlərini, təkliflərini, arzularını bildiriblər. 

İştirakçıların böyük fəallığı ilə keçən təqdimat mərasimi maraqlı anları ilə yaddaşlara yazılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “''Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 20 iyul 2024-cü ildə qaim-qədim Şəkidə, Şəki şəhər Dövlət Regional Kollecində növbəti konsert tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” poryallna İB-dən verilən məlumata görə, tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi anılaraq, dövlət himni səsləndrilib. "Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun prezdenti, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu il həmin əlamətdar hadisənin 10 illiyidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Bu münasibətlə Mirvarid Dilbazi Poeziya Məclisi layihə çərçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Şamaxıda və Bakıda konsert proqramları keçirir və qədim kəlağayılar sərgilənir. Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun papuliyarlığını daha da artıracaqdır.

Sonra söz, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğluna verilib. O, çıxışında qeyd etdi ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir.  Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki kəlağayı istehsalının dünyaya yayıldığı bir coğrafi məkandır. Bu gün də ipəkçilik və kəlağayı istehsalı Şəkidə davam etdirilir. Kəlağayımızın milli-mənəvi dəyərimiz olmasını onu nəsillərdən nəsillərə qiymətli bir əmanət kimi təqdim edilməsini təbliğ etməyə böyük ehtiyac vardır. Mirvarid Dilbazi Poeziya Məclisi bu yolda böyük işlər görür. Buna kəlağayı ədəbiyyatının yaranmasını misal göstərmək olar. Birliyin təşəbbüsü ilə kəlağayı haqqında beş kitab işıq üzü görüb. Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirərək, qədim kəlağayıların sərgisini təşkil edib. Vüsal Sehranoğlu ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinə maddi dəstək göstərdiklərinə QHT Agentliyinə minnətdarlığını bildirib.

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayının Şəkidə istehsalının inkişafından, toy-düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verib.

Daha sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AYB-nin Şəki Filialının rəhbəri, şair Vaqif Aslan, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, 3 nömrəli Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Sabahinfo saytının əməkdaşı Elnarə Həziyeva, şairlərdən Əfsanə Rəvan, Gülarə İnci, Zaur Səfərov və başqaları çıxış edərək, tədbirin mahiyyəti, önəmi və vacibliyindən danışdılar. Bildirdilər ki, xalqın tarixi keçmişinə aid olan geyimləri onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır. Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Milli-mənəvi dəyərlərin təbliği yolunda Mirvarid Dilbazi Poeziya Məclisinə və maddi dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildirdilər.

Aşıq Solmaz Kosayeva, Vüqar Hüseynov, Anar Yusifzadə, aşıq Yaşar Cavadov və şagirdləri - Həqiqət Əliyeva, Əli Məmmədov saz ifaları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, ''Kəlağayı Ev Muzeyi''-nin direktoru, lahiyə rəhbəri Güllü Eldar Tomarlı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Şəki Rayon İcra Hakimiyyətinə, Şəki şəhər Dövlət Regional Kollecinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

İNQİLAB QOXUSU

 

İnqilab qoxusu gəlir;

İntihar edir dodaqlarım

Yaxınlaş mənə.

 

Eheeeey gözləri poeziya xiyabanı,

Muğanda qora pişirən ay;

Təbrizdə titrəyən Ərk

Şuşada həsrət...

Gözlərin islaq son baharın

Öpülməmiş dodağı;

Gözlərin alça bağı.

 

Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,

Yaxınlaş mənə biraz.

Gözlərin yazarlar birliyinin sədri.

Kamaləddin, Kamyunun "Qürbət" şeiri

Şuta Yataşuylinin "Daranmış saçları"

Nəzar Qəbbaninin "Yüz sevgi məktubu"-dur gözlərin.

Mayakovskinin "Şalvarlı bulud"-u,

Gözlərin Nəsimi,

Nazim Hikmətin asılma xəbəri;

Nüsrət Kəsəmənlinin şah əsəri:

"Məndən əsirgəmə o gözlərini..."

Gözlərin Müşfiqin tutqun tarıdır,

Arzularıdır Əhməd Cavadın.

Sökük Oxtaydır[1],

Oxa tay;

Toxtayıram tikiləndə dənizinə...

Gözlərin sürgün Sahirin[2] azadlıq şeiri,

İlahiləşən Nadir[3]

Qarşında çalınan darıxma sazlar

Qəzəllərə sığmayan darıxmalar...

Nisgilli bayatılar...

Qoşmalar...

Sərbəst çiçək toplusu.

Gözlərin uduzma qorxusu!

 

Baxırsan;

Dili tutulur gözlərimin,

Ağzı bağlanır dilimin!

Düşünmür düşüncəm

Helen Kelerlənirəm...

 

Gözlərin şeir ocağıdır;

Yandırırsan,

Yaxırsan,

Baxırsan, şair oluram.

 

Gözlərin, dilimdə yazılan bütün divanlar.

Gözlərində ədəbi yatıram, 

Ədəbiyyat öyrənirəm

Baxışın kölgəsində.

 

Dağıdırsan qalibləri

Sərhədlər itir

İt olur Hitler!

Səddam itilir!

Gözlərin Əbdülmalikin[4] Pakistan torpağında

Qurşun çağıdır;

Sükut çəkir içimə!..

 

Bas gözlərinin bağrına məni

Gözlərin candır

Güneydə susuz Urmu gölündən küsən durnalar...

Quzeydə sürgün düşən torpaqlar;

Gözlərin ölkəmdəki dağlar.

Gəl!

Gəlişini düşünürəm;

Sinəm su səpir baxışlarına 

Bağlanan küçələrə.

 

Baxırsan;

72 hava gəlir başıma

"Ayaq cəlili" gəlirsən açıq kökdə;

Baş kökdə "Baş müxəmməs"

Paşa köçür gözlərində...

Gözlərində bitir yaşam

Yaşam gözlərində

Buraxma məni.

 

Gözəllərini qısqanıram

Eheeeeey... Qız, qan!

Qısqanıram şeirimdə gözlərini.

 

Gözlərinlə şirindir yaşam

Şirinəm;

Bahar baxışlım,

Fəsillərə son qoymuş yaz;

Yaxınlat

Yaxınlat dodaqlarıma gözlərini biraz...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 



[1] Sair, yazar, esseist Əlirza Nabdil Oxtay.

[2] Şair, yazar, tərcüməçi Həbib Sahir.

[3] Güney Azərbaycanlı şair Nadir İlahi.

[4]Əbdülmalik Rigi, İranlı terrorist.

Bazar ertəsi, 22 İyul 2024 14:29

Liderliyin xüsusi qanunları hansılardır?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Sabahdan onları sıralayacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bir gün Həsən xan həyatının sonunun yaxınlaşdığınıhiss edərək, yeganə qızını hüzuruna çağırmağı əmretdi. Xan qızını bu sözlərlə qarşıladı:

“Qızım! Gözlərim getdikcə zəifləyir, eşitmirəm, əllərim əsir, ayaqlarım sözümə baxmır. Deyəsən….”

- Nə danışırsan, ata! – deyə qızı atasına sığındı.

Lakin xan, sərt bir hərəkətlə onu dayandırdı və dedi:

- Taleyə üsyan etmək olmaz. Ölüm məni haqlayıb,görürəm ki, həyatımın son dəqiqələrini yaşayıram.Vəsiyyətimə qulaq as: həyat səni hara aparırsaaparsın, nə çətinliyə düşsən də, həmişə xalqınla ol.Onun iradəsi sənin iradən, taleyi sənin qismətinolsun. Vəsiyyətimi yerinə yetirəcəyinə söz ver, and iç!

Hacıbəyim ağa sakitcə -“söz verirəm”- dedi, and içdi.

Tezliklə qoca şah öldü. Kədərlənən Hacıbəyim dərdinibilmədi ki, kimə desin. 

Bir müddətdən sonra küləyin qanadlarında olduğu kimiyurduna dəhşətli xəbər gəldi: yadelli düşmən hücumakeçib. Hacıbəyim ağa at çapmağı, qılınc oynatmağıuşaqlıqdan bacarırdı. O, çox da tərəddüd etmədənpolad dəbilqəsini başına taxıb, od saçan qılıncını əlinəalıb, üç yüz nəfərlik cəngavəri ilə düşmən qarşısınaçıxdı.

Üç tərəfdə sıldırım, əlçatmaz qayalıqlar, o biri tərəfdəisə hündür, etibarlı İrəvan qalası. Hacıbəyim ağa “YaAllah!” - deyib düşmən üzərinə hücuma keçdi, Tezliklədüşmən tərəf çoxlu itki verərək arxaya çəkildi. Hacıbəyimin dəstəsi şahinlər kimi düşmənin başıüzərini bir göz qırpımında aldı, ona aman vermədi. Qılıncların cingiltisi, yaralıların iniltiləri dərəni bürüdü.Düşmənlər bu hücuma tab gətirə bilməyib çaşqınlıqiçində geri çəkildilər. Hacıbəyim ağa isə öz dəstəsi iləqalaya sığındı. Amma düşmənlər öz sevdalarından əlçəkmədilər. Uzun nərdivanlar düzəldib, sıldırımqayalarının üstünə qoyub qalaya keçmək ümidi ilə qaladivarlarına qalxdılar. Qaladakılar onların başlarına daşyağdırıb, qaynar qatran tökdü. Təpəbaşı sakinləri özyurdlarını müdafiə etmək üçün bir nəfər kimi ayağaqalxmışdı. Qalanın mühasirəsi 3 ay davam etdi, qalaalınmaz olaraq qaldı. Düşmən dəhşətə gəldi. Onlarıməğlub edə bilməyəcəyini anladı və hiyləgərliyə əlatdılar.

“Biz qan tökülməsini istəmirik”- dedilər –“Allah sağqalanların ömrünü uzun etsin! Qapını açın, biz sözveririk ki, sizinlə mərhəmətli olacaq, şəhər əhalisinəhətta bizə xərac verməsələr belə toxunmayacayıq.”

Hacıbəyim ağa düşmənin sözləri üzərində uzun müddətdüşündü, atasına verdiyi andı yadına saldı... Bəli, o, xalqa arxayın olmalıydı. 

Vəzirlə məsləhətləşdi. Vəzir dedi:

— Şəhərdə su çatmır, ərzaq ehtiyatı tükənib. İnsanlarsusuzluqdan və aclıqdan əziyyət çəkirlər. Kimə, nəyəümid edirik? Rüsvay olsaq da, onları şəhərəburaxmalıyıq.

Digər əyanlar da vəzirin sözü ilə razılaşdılar. Şəhərsakinləri isə düşməni şəhərə buraxmaq istəmir, döyüşləri davam etdirirdi. Amma vəzir göndərdiyielçilər vasitəsilə düşmənlə gizli razılaşdı: canlarına, sərvətlərinə toxunulmazsa qala qapılarını açacaqlar.

- Bəs mənim xalqım nə deyir? – Hacıbəyim ağa xalqamüraciət etdi.

- İcazə verin danışım, Hacıbəyim ağa! - Bir döyüşçüirəli çıxdı. - Qəzəblənməyin, dediyim sözlər vəzirinürəyincə olmayacaq. Düşmən hiyləgər və məkrlidir. Sözünün üstündə durmayacaq. Düşmənin əsarətindəolmaqdansa, ədalətli döyüşdə ölmək yaxşıdır. Yaöləcəyik, ya da qalib gələcəyik!

Xalq cəngavər döyüşçünün sözlərini alqışlarlaqarşıladı. Hacıbəyim ağa xalqına arxayınlaşdığı üçünqurur duydu.

- Elə olsun! - dedi.

- Yaşasın Hacıbəyim ağa! Ya öləcəyik, ya da qalibgələcəyik! - Hər tərəfdən min bir səs gəldi.

Amma bu nədir?  Vəzirin adamları atlarına minib, başını-qolunu oynadaraq darvazaya tərəf qaçdılar. Hərşey o qədər gözlənilmədən baş verdi ki, insanlar nə başverdiyini bilməyib, çaş-baç qaldılar. 

- Xainlərə ölüm! – sözlər sürətli ox kimi atlılarınınardınca uçdu. Atlılar qala qapılarını açan kimidüşmənlər quzgunlar kimi şəhərə daxil oldular. Vəhsicəsinə dinc əhaliyə hücum çəkib öldürməyə, soymağa, evlərini yandırmağa başladılar. Hacıbəyimağa və qaravaşları əsir götürüldü. Əsirləri düşməninhüzuruna gətirəndə Sultan:

- Siz və xalqınız cəsur döyüşçülərsiniz. Hacıbəyim ağasənə mərhəmət göstərib edam etmək istəmirəm. Mənəgəlsən sənə həyat verərəm.

Hacıbəyim ağa başını dik tutub, qürur və fəxrlə:

“Mən heç vaxt xalqıma xəyanət etmərəm. Sizin əsirinizolmaqdansa ölümü üstün tuturam. Vaxt gələcək, torpaqlarımız azad olacaq. Mən buna inanıram”.

Sultan Hacıbəyim ağanın sözlərinə qəzəbləndi vəəsirlərin edam edilməsini əmr etdi. Cəllad Hacıbəyimağanın başını kəsmək istəyəndə möcüzə baş verdi. O, ağ göyərçinə dönüb uçub getdi. 

İllər keçdi. Hacıbəyim ağanın dediyi sözlər xalqındilindən eldən-elə yayıldı. Qonşu türk elləri birləşibonları əsarətdən azad etdi. Sonuncu İrəvən xanı olanHəsən xanın vəsiyyətinə əməl edən Hacıbəyim ağanıxalq heç vaxt unutmadı. Onun şərəfinə dəyirmantikildi. Dəyirmanda üyüdülən buğda unu kasıblarapaylandı. Deyilənə görə dəyirmanda buğda üyüdüləndəbir ağ göyərçin onun damına qonur. Dəyirman sahibiquşun Hacıbəyim ağa olduğunu bildiyindən, ilk buğdaununu kasıblara paylayır ki, xanımın ruhu şad olsun. 

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Bazar ertəsi, 22 İyul 2024 08:23

“…Hər bir vilayətin qəzeti gərək…”

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün”.

 

Bu gün milli mətbuat və jurnalistika günüdür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın yaranmasından tam 149 il ötür. 

ХIХ əsrin ikinci yarısında "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən dövrünün görkəmli mütəfəkkiri  böyük maarifçi, xeyriyyəçi, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi Həsən bəy Zərdabi Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini nəzərə alaraq milli mətbuatın yaradılmasını vacib amil sayırdı. Buna görə də qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı Əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız  bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində Əkinçi qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur. Əkinçi Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi. 

XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Həsən bəy Zərdabi idi.

Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur.

Bu qəzet bütün şərq dünyasının avropa üslubunda nəşr olunmuş ilk mətbuu orqanı idi.

Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır.  Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır.

Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış Əkinçi qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı.

Əkinçi qəzetinin ilk səhifələri Həsən bəy Zərdabinin öz məqalələri ilə başlayırdı, digər səhifələrdə xəbərlərlə yanaşı həm kənd təsərrüfatına aid məqalələr, həm də elmi-texnoloji yeniliklər haqqında yazılırdı. Qəzet əslində çox çətinliklə fəaliyyət göstərirdi. Həsən bəy hər ilin sonunu ziyanla başa vururdu. Lakin o bütün çətinliklərə mollaların təhdidlərinə, işdən çıxarılmaq hədələrinə baxmayaraq qərarlı və ümidli idi. 

O hətta ilk dövrlərdə insanlarda əkinçiyə maraq yaratmaq üçün qəzetin pulsuz paylanılmasına da cəhd etmişdi, yetər ki, qəzet oxunsun və insanlar dünyada baş verənlərdən xəbərdar olsunlar. Həsən bəyin yeganə təmənnası təkcə bu idi. 

Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək qəzetin cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Qəzet uzun müddət fəаliyyət göstərə bilməsə də buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Və beləliklə qısa və yarımçıq qalmış  bir fəaliyyət dövründə Əkinçi öz misiyasın yəni milli mətbuatın yaranması və inkişafı yolundakı ilk addım misiyasını tam olaraq yerinə yetirib.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Mətbuatı və Jurnalistikası Günü elan edilmişdir”.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Bazar ertəsi, 22 İyul 2024 13:38

Sevgiylə yazmaq - CAVANŞİR YUSİFLİ

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə tənqidçi Cavanşir Yusiflinin 2023-cü ilin nəsr mənzərəsi araşdırmasını təqdim edəcəyik. 

 

Artıq neçə on ildir ilin ədəbi yekunları yazılır, eyni format, eyni janr ölçüləri daxilində. Bizə belə gəlir, icmal xarakterini yadda saxlayıb janr məsələsindən konseptual əsasda bəhs etməyin vaxtıdır. Köhnə qəlibdə az qala, hər şeydən, cızma- qaralar da daxil olmaqla hər əsərdən, hər bir dəyər-dəyməz mətndən bəhs edilir. İndi toplam məhsuldan vaz keçib janr kontekstindən, janrların bir-birinə nüfuzu, onların transformasiyasından danışmağın vaxtıdır. Nə qədər bədii səviyyəsi aşağı roman, povest və hekayə var, nə qədər yavan və pafosun yoluxduğu şeir var. Həm tənqidçilər də əsasən, səviyyəsi olmayan mətnlər üzərində qələm çalırlar. Deyilmi? Mən ad çəkmədən bunu deyirəm və hamı da bilir ki, tənqidçi və ədəbiyyatşünas, yaxud "ədəbiyyatsevərlər"in ixtisaslaşdığı müəlliflərin roman və nəsr adına yazdıqları mənasız mətnlərdir. Bir misal. Vaxtilə haqqında "Min bir gecə" nağıllarından çox yazılan Mirələmovun "kulis.az" portalında Qarabağ müharibəsi ilə bağlı bir hekayəsi çıxmışdı. İçində heç bir ədəbi-bədii mətləbin olmadığı bu hekayə haqqında danışmağa dəyərmi? Və təkcə adını çəkdiyimiz müəllifin əsərləri bu gündə deyil. 20-30 ildir bu proses davam edir və bu məkanda cərəyan edən çox qəliz, çox mürəkkəb hadisələrin yazılan mətnlərdə izi-tozu belə yoxdur. İki Vətən müharibəsinin faciə və dəhşətlərini əks etdirən, Qarabağ tarixini, bu tarixin içindəki talebəlirləyici məqamlara güzgü tutan əsərlər, hekayə və romanlar yazıldı. Daha sonra Böyük Zəfər tarixi... Fikrimizcə, Vətən müharibəsi müstəqillikdən üzü bəri qələmə alınan hər bir bədii nəsr nümunəsində mövcuddur. Anarın "Otel odası" povestindən Orxan Həsəninin "Qırmızı ayaqqabılar" hekayəsinə qədər. Yaxud Samirə Əşrəfin hər bir hekayəsində  toxumlar birbaşa ürəkdən, ruhdan ağ vərəqlərə düşən nəsnələrdir, onları janr prosesləri kontekstində araşdırmaq indi çox çətindir, çünki son dərəcə mürəkkəb bir dövrün məhsuludurlar.    

 

Gerçəklik və fantastika

 

Hekayə sahəsinə ümumi prosesi müxtəlif mövzu kateqoriyası üzrə qruplaşdırmaq olar. Beləliklə,  janrın fantastik özəyi. 

Bəri başdan deyək: elə hekayə tipləri var, oxunduqca içinə yığılır, çünki onun "qara qutusu"na atılan faktlar təhkiyə boyu açıldıqca-açılır, müəllifin nəzərdə tutduğu və oxucunun "kəşf etdiyi" məqamlar hekayənin sonunda bircə fakt "qırıntısı"na söykənir. Bir də oxuyanda hər şey o bircə nöqtədən başlayır, baş verən hadisələri həmin nöqtənin ekranında izləyə, ona film kimi tamaşa edə bilərsən. Oxucunun bu halda ikincili müəllif statusuna yiyələnməsi daha kreativ xarakter daşıyır.  

Başqa tip hekayələr var, oxuduqca, yaxud nəfəs dəydikcə içinə atılan sirlərdən xilas olur, hər şeyi açıb faş edir, yelkənləri o qədər geniş və sona qədər açır ki, sanki bir an əvvəl hadisələr dənizində üzəcək, səfərə çıxacaq. Ona bu dünyadan daha geniş bir aləm lazımdır, gözlərini geniş açıb hər şeyi ölçüsündən böyük görmək üçün. Qəzetin keçən nömrələrinin birində Alpay Azərin haqqında danışılan hekayəsi ("Bubu və qatar") bu tipdən idi. Sərdar Aminin hekayələri də bu tipdəndir, ancaq bircə fərqli özəlliklə, Sərdarın hekayələrindəki məkan hər yerdən ayrılmış, qopmuş bir ərazidir. Metaforalardan inşa edilmiş məkan. Təhkiyənin daxili niyyəti və inkişaf istiqaməti bu "itirilmiş cənnət"i dünyanın virtual varlığıyla bütövləşdirməkdir. Bu tipli hekayələrdə metafora işləkdir, adi, gerçək hadisəni metaforik düşüncə "suyuna çəkib" ifadə etmək onlar üçün əsasdır.

Birinci tip hekayələrdə isə metaforadan, metaforik düşüncəyə önəm verməkdən çox, şüuraltı hadisələrin dinamikasını əks etdirmək ən mühüm şərtdir. Belədə hadisənin, fakt və məqamın gerçək üzü ilə təxəyyüldən, fantaziyadan doğmuş üzü arasında şəffaf keçidlər yaranır, onları tanıyıb aldanır, aldanıb gerçəkliyin əzablı səhnələrinə qayıdırsan. Sən əşyaları tanıdıqca, onlara baxışınla və oxucu düşüncəsi ilə nüfuz etdikcə onlar da səni "tanıyır", gözdən itib, haçansa oxuduğun nağıllarda "tapılır".

Sənan İsmayılovun "Həyat sığortası" hekayəsi və digər bədii mətnləri bizim nəsrdə çox fərqli yanaşma tipi sayıla bilər. Hekayədə iki əsas personaj var: Lul və Kuk - iki dost, Kuk bir zamanlar ağır xəstəliyə tutulub, sağalsa da, bir müddət müalicə proseduruna riayət etsə də, sonradan hər şeyi atmış, bu xəstəliyin haçansa geri qayıda biləcəyini unutmuşdur. Hər şey beləcə geri qayıdır, keçmişdən indiyə və gələcəyə. Geri qayıdış hekayənin əsas metaforasına çevrilir. Hekayədə baş verən hadisələri, real faktları elə real ardıcıllıqla sadalaya bilərik. 

Əslində hekayənin, yəni təhkiyənin iki üzü var: hər şeyi danışa bilirsən, faktlar arasında məntiqi əlaqələr də öz yerində. Ancaq bütün bunların yuxuyla, irreal aləmlə gerçəklik arasındakı sərhəddə baş verdiyini (yəni başverməmə şansının daha yüksək olduğu bir ortamda - !) nəzərə aldıqda vəziyyət dəyişir. Arvadına çox sevib bəyəndiyi, vitrində həsrət və heyranlıqla süzdüyü, çox baha qiymətə satılan boyunbağını ala bilmək üçün vaxtilə bağladığı həyat sığortasını nəzərdən keçirir və kədərlənir. Şərtlər əlverişli deyil. Xəstəliyi geri qayıtsa, öldüyü halda sığorta haqqı arvadına ödənilməyəcək. İntihar etmək də sığorta haqqını almağın üstündən xətt çəkir. Lulun yanına gedir. Dostu ona elə məsləhətlər verir ki, bir an əvvəl özünü öldürməkdə çox cəsur olan Kuk ölüm qorxusundan xoflanır. Şüuraltından sızıb gələn bir nüans deyir ki, ölüm sizin harda olduğunuzu çox dəqiq bilir. Demək, Lulun məsləhəti ilə Kuk yaxınlıqdakı yarıuçuq və çoxmərtəbəli tikiliyə yollanır, ora çatıb çətirini yerə atıb binaya tərəf qaçır, guya kimsə onu təqib edir, qaçıb qurtulmalı, ölüm təhlükəsindən xilas olmalıdır. Elə qaça-qaça hiss edir ki, hər bir hərəkəti alınmır, süni çıxır, məlum mərtəbəyə çatanda arxadan kiminsə nəfəsini hiss edir. Üzünü saqqal basmış, cır-cındır geyinmiş kişi onu qamarlayıb (guya - !) pəncərədən yerə atmaq istəyir... 

 

Usta Həmid Piriyev - folklor poetikasının o biri üzü

 

Realist üslubda yazılan hekayələr haqqında belə bir nəzəri müddəa mövcuddur ki, bu tipli nümunələrdə əsas məqam, yəni bütün mətnin sirri qəhrəmanın həyat tarixçəsinin açılması məqamıdır. Bu məqam doğulan kimi bədii mətndə "təhkiyə simmetriyası" yaradır, yəni, bir tərəfdən həm hər şey, bütün düyünlü nöqtələr aydınlaşır, qəhrəmanın hərəkətlərinin, əhvalı və davranışının mənası açılır, həm də və ən əsası, həyata bənzəyən və onun dibindən qalxaraq gözümüz önündə canlanan hadisələr estetik vituallıq qazanır: bu, hekayədir, insan həyatındakı dönüşləri, daha çox isə, bunların heç kəsin görmədiyi və məhəl qoymadığı bir aləmdə - iç dünyasında baş verməsinin şərtiliyi təhkiyə boyunca dərinləşir, faktlar, onlardan düzələn hadisələr, motiv və detalların "əvvəlki həyatı" bu cərəyan edən hadisələrə paralel şəkildə təhkiyə müstəvisinin bir yerində cücərməyə və boy göstərməyə başlayır. Güzgünün qara boya ilə rənglənmiş hissəsi daha da qalınlaşır və bu proses həyata bənzəyən virtual həyatı məhz dünyanın, gerçəkliyin bütün olar-olmazlarından təcrid etməklə ona qarşı qoyur. Əks halda, söhbət hekayədən gedə bilməz.

Həmid Piriyevin "Ölüm və başqa xoşbəxtliklər" hekayəsi də istisna deyil: bu hekayədə bir tərəfdən (hekayənin adından tutmuş, fakturasına qədər) insanı düşünməyə, danışmağa (mətndə dil açıb danışmaq istəyən faktura səbəbindən - !) sövq edən semantik sahə, digər tərəfdən isə, ona qarşı duran, danışmaq və bu faktura ilə bağlı hər şeyi çözmək istəyən "dilə" qıfıl vuran virtual sahə mövcuddur. Bu sahələrin kəsişmə xətti birbaşa deyək: oxucunun qavrayışından keçir və onu bu virtual həyata qarşı çıxmağa, müəllifin guya "sırıdığı" mülahizələrlə mübahisə etməyə məcbur edir. Hekayənin əsas strukturyaradıcı özülü inancdır. İnsanlar ömür boyunca hadisələri müşahidə edərkən, bir çox təkrarlanan nəsnələri sınayır və həmin inancın cızdığı çərçivədən kənara adlamaq istəmirlər və bu, onların həyata münasibətlərinin özülünə çevrilir, xüsusən, yaşlaşdıqda, dünyadan köçmək məqamı gəldikdə və sair. İnsan, hətta öz ömrünə, yaşam tərzinə qarşı da mübahisə, imtina etmək, indiyə kimi aldığı nəfəslərin hədər getməsi kimi düşüncə mövqeyində dayanır. Vəfat etmiş adamı dəfn edərkən yağış yağarsa, demək, həmin məkanda ard-arda neçə insansa yenə dünyadan köçməlidir, hekayədə qəhrəmanın düşüncəsində bu insanların sayı da göstərilir. Əgər onlardan biri əskik çıxarsa, demək, məsələ lap qəlizdir. Hər şey qan qaynayan məqama təsadüf edir.

Həmidin hekayələrində insanın içində, xatirə və olacaqların dərin qatlarında hər şey bir-birinə ən dərinlərdə qarşı duran seqmentlər kimi təsvir edilir. Bu hal, sadəcə, təsvirin günün ən müxtəlif məqamlarında çəkilən fotolar kimi olmasını şərtləndirir. Sözlər, vədlər, danışıqlar bu qarşıdurmadan mənaya çevrilir....  

 

Nərmin Kamal metaforası, yaxud dirijor üslubu

 

Mətndə "zaman" konsepti çox işlənsə də (xüsusilə "zaman durbini" kimi ifadələr, yaxud "Nöyüt ili" ifadəsi), əslində daha çox məkan təsviri yerli-yataqlıdır, koloritli və yapışqandır. Bu məkanda əşyalar həm var, həm də yoxdur, çünki məkanın özü sürüşkən və açılıb-yığılandır, belə sürüşkən (həm də yapışqan) məkanda təsvir sehrli-magik səciyyə daşıyır, danışıq, ləhcə, baxış, küsmək, ayrılmaq, dava-qırğın... hamısı bir sözdür, bu aləmdə söz, bəlkə də hələ maddiləşməyib, hara gəldi axır, sən onu deyil, o səni idarə edir. Sözün belə bir mövcudluq forması insanların taleyini idarə edir. Sözlər də, əşyalar da bir-birinə nüfuz edir, qəribə həlməşik mühit formalaşır, zarafat, ironiya, insanların yaşayış tərzi elədir ki, bir-birinə əks anlamlar "matryoşka" kimi bir-birinin içindən çıxır, hər şey mümkün (- !) ifrat dərəcədə deformasiya vəziyyətində (sərhəd vəziyyətində - !) təsvir edilir ki, canındakı həqiqət qırıntıları yerə tökülsün. Bütün sirlər, deyiləsi mümkün olmayan nəsnələrin sirri faş olsun. Bu mənada, yəni belə bir perspektivdən insanı tam olaraq öyrənməklə bağlı ədəbi cəfəngiyyat da altdan-altdan lağ obyektinə çevrilir. Hər bir hekayə insanı dərinə dartmaq üçün (yaxud batırmaq üçün) vasitədir, hadisənin, reallığın, zülmün, sevincin, kədərin ... sözün dərinliyinə. Müəllif buna bəzən nail olur, bəzən yer-yerdən uduzur... 

"İtaətsiz otlar"da musiqi partiturası eşidilən və "susan" səslərlə müşayiət edilir. Bu mətndən müəllifin "Ülvi küçəsi" hekayəsinə keçidlər görünür, orda dəmir dolabın içində qalan kirpinin taleyi "İtaətsiz otlar"da atasının itkisini heç cürə sinirə bilməyən qadının həyatından keçməkdədir. Pəncələri ağ pişiyin yabanı əncir qurusuyla göstərdiyi "etüd" hər şeyin qarşısını alır.  "Ülvi küçəsi" hekayəsində hər bir pasajda personajlar, hadisələr, detal və işarələrdən, sanki o atmosferə qəfil girəcək yad səslərdən qorunur. Diqqət edin: "...Musiqi təkrar çalınırdı, indi də tamam yad bir səs özünü ortalığa salır, sanki yatan adamın üstünə yaş yorğan sərirdin, bütün halını pozurdu."

İnsanın da bir itaətsiz halı olur. Başına nə gəlirsə, içində iqlim necə dəyişirsə, çıxış yolu tapmır,  bütün yolların bağlandığını, rahatlığınsa onu biryolluq tərk etdiyini zənn edir. Bu zaman onu daha çox ətrafındakı ən yaxınları, ona nəfəs qədər yaxın insanlar bezdirir və verdikləri ümidlə həyatının sonunu gətirirlər. Bir gün olur anlayırsan: alıb verdiyin nəfəs yalnız sənə məxsusdur, ölümdən qaçış yoxdur, şüuraltındakı qasırğalar sənin bütün həyatını alt-üst edir, hər şey qıcıq yaradır. Bütün yollar ümidsizliyə aparır. "Əsl payız havasıydı. Quşlar yağışa düşməmək üçün vaxtında şəhərlə sağollaşırdı. Saçı təzə ağaran adamlar kimi parkın yaşıl ağaclarında ilk sarı, narıncı yarpaqlar görünürdü. Qoca bağban itaətsiz otların öhdəsindən gəlməkdə aciz qalıb özünü boş oturacaqların birinə yıxmışdı."

Nərminin hekayələrində "dirijor üslubu" var, hər şey, təsvir edilən hər şey dəhşətli gözlənti effekti yaradır, dirijor çubuğunun hökmüylə axıb gedən hadisələr arxada iz buraxır, bu izlər narahat şırımlar yaradır, baxmayaraq ki, mətnlərdə hər şey zahirən sakit və həyəcansızdır, məqsəd və niyyətlər, arzu və istəklər, insan niyyəti... bu axında yox olub gedir və hansı məqamdasa "səyyah" obrazı yaranıb-formalaşır (bu şırımlarla gedib ağlın dərk etmədiyi, ürəyinlə hiss etdiyin məkanı tapmalısan...). Elə bir obraz ki, hadisələrdən düşən iz, insan qəlbinin ehtizazlarından qopub qalan ləpirlərin ağrılı şırımlara dönüşdüyünü nişan verir.

 

Sevgiylə yazmaq...

 

Gənc nasir Əli Zərbəli istənilən hadisəni, yaxud hadisələr qovşağını proses kimi verə bilir. Belədə janr özünün bütün parametr və ölçüləriyə ifadə olunur. Əhvalat əhvalat xassəsini itirir, ürəkdən gülür, yaxud kədərlənirsən, amma hadisəni "unudursan".

Orxan Həsənidə hekayə diskursu tam fərqlidir. Hər şey yaddaşdan gəlir və yaddaşa dönür. Romanı da yaddaşla bağlıdı, ancaq fərqli kontekstdə: məsələ təkcə tələbəlik illərinin dostlarını fərqləndirən xarakter cizgiləri deyil, həm də onların necə, nə vaxta qədər yadda qala bilmək potensialını bəlirləməkdir. Həyat fanidir, ömür - vəfasız, ancaq unudulmayan şeylər var, Orxan bu məsələni sətirlər arasında saxlayır, buna görə onun metaforası səhranı xatırladır, həm də birdən-birə gül-çiçəyin fontan vurduğu səhra.

Jalə. Jalə necə hekayəçidir? Onun əhvalat danışmaq, süjet qurmaq üsulu necədir? Bu hekayədə ("Mənim xalam qızı") onun 2000-ci illərdən üzü bəri yazdığı bütün mətnlərdəki əsas nöqtələr artıq normativləşib, yəni süjeti əksər halda "gəzinti" üzərində qurulan hekayələr janrın ən qaynar məqamlarını özündə mükəmməl şəkildə əks etdirə bilir. Jalə insan ömründə əsas yerlərdən birini tutan, onun ömrünün mənasını açıb-ağardan təəssüf hissini, kədər və dərd susqunluğunu, hərdən, ancaq vaz keçə bilmədiyin məqamda çoxluq içində belə içində gəzib danışdığını çox incə ştrix və detallarla verə bilir. "Mənim xalam qızı" mətnində, sanki yaşadığın müddətdə hardasa, hansı məqamlardasa səndən xəbərsiz çəkilən şəkillərin üzə çıxması (yəni, Rusiyada yaşayıb vətənə qayıtmış, ana dilini zəif bilən, ömründə ilk dəfə Bakıya gələn xalası qızını gəzməyə çıxaran təhkiyəçi şəhərdə həm də özüylə rastlaşır...) sənə qəribə hisslər bağışlayır, hara gedirsənsə yol ayrıcı var, tək olmadığın üçün hər şeyi gülüşün altında gizlətməyə məcbur olursan... Jalə hekayə yazanda da dili düşünür, təmiz yazmaq, sevgiylə yazmaq...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

Bazar ertəsi, 22 İyul 2024 17:02

“XARIBÜLBÜL” – Eldar Əhədovun poeması

 Rusiyada yaşayıb yaradan həmyerlimiz, şair Eldar Əhədov növbəti yaşına qədəm qoydu. “Ədəbiyyat və incəsənət” portalı oxucularına şairin şeirlərindən bir çələng təqdim etməkdədir. Bu gün sizlər “Xarıbülbül” poeması ilə, eləcə də bir neçə şeirlə  tanış olacaqsınız. Tərcümə Elviz Əliyevindir.

 

Eldar Əhədov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Yazıçılar Birliyinin, Cənubi Rusiya Yazıçılar Birliyinin üzvü, Beynəlxalq PEN Klubun və Rusiya Coğrafiya Cəmiyyətinin üzvüdür. Azərbaycan, ingilis, ispan, italyan, çin, rus və serb dillərində 80 şeir və nəsr kitabının müəllifidir. Rusiya, İtaliya, Almaniya, İspaniya, Venesuela, Serbiya, Monteneqro və digər ölkələrin ədəbi mükafatları laureatıdır.

 

 “Eldar Əhədov rus dilində yazan görkəmli Azərbaycan şairidir. Çoxşaxəli şəxsiyyət, eyni zamanda dağ-mədən mühəndisi, şaxtaçı, Arktika fəzalarını, yerin içini və insan şüurunun dərinliklərini araşdıran tədqiqatçı, dilçi alimdir və bir tənqidçi, bir müəllimdir. O, ətrafımızda və içimizdə olan fiziki kainatı tərənnüm edir və eyni zamanda varlığımızın bizə verdiyi sirli metafizik suallarla məşğul olur... Onun ruhu ehtiraslı intellektual axtarışı empatiya və alicənablıqla birləşdirir. Onun şeirləri oxunur, iztirab və sevinclə nəfəs alır, amma hər şeydən əvvəl ümid saçır”.

                                                    Richard Berenqarten, Kembric, Böyük Britaniya

 

 

XARIBÜLBÜL

Azərbaycan dastanı

 

Orda al günəşə salaraq pərdə

Əlçim buludlardan naxış cızılmış,

Yenisey suları baş alan yerdə

Kitabələr yatır türkcə yazılmış.

 

Bəlkə bu yerlərdə oğuz elini

İlk ozan- şüarlar sözlə oxşayıb,

Mizrabla döyərək qopuz telini,

Sibir küləyilə mahnılar yayıb.

 

Dənizdən- dənizə geniş diyarda,

Türkün Xaqanlığı yenilməz idi,

O sonsuz çöllərdə, o səhralarda

Oğuz köhlənləri sədd bilməz idi.

 

Aşin ilə Sibir-Xanın halisi,

Mənə Turan şəhərindən tanışdı,

Onlar olub bu yerlərin valisi,

Pıçıldayan otlar mənə danışdı...

 

Qədim Tenqridən bir cüt məğrur dağ,

İlahi simalı Altay və Sayan,

Uzaqdan-uzağa bir doğma sayaq,

Səni seyr edirlər, Can Azərbaycan!...

 

Soraq ver, gəl söylə, ey Dədə-Qorqud,

Sizin hər sözünüz müdrik kəlmədi,

Nəsildən-nəsilə keçdi hər öyüd,

Nə zaman, nə tarix silə bilmədi.

 

Ey sülh ilə xeyir carçısı söylə,

Necə əsrlərdən bu ziya çatdı?

Müdrik Cavanşirin etdiyi səylə

Daşqurançı salnamələr yaratdı.

 

Vardı səkkizinci yüzildən qalan

Ziyarətdən Arazacan məmləkət,

Orda torpağı da müqəddəs olan,

Cəbrayıl-Ataya var idi hörmət.

 

Babək al bayrağı qaldırıb başa,

Sərkərdəlik etdi bu məğrur elə,

Xalq onun ardınca girdi savaşa,

Azəri dilində şərqilər ilə.

 

Zaman, tarix keçdi başqa dövrana,

Səlcid, Sələridlər oldular hakim,

Bərdəyə, Gəncəyə, Təbriz, Zəncana

Sonra Rəvvadidlər sülalə təki.

 

Onlar da görürdü hər şeyi, qərəz,

Ölkə sənə vətən olarsa əgər,

Xalqı qarət etmək xeyir gətirməz,

Diqqət ilə qayğı uğur gətirər.

 

Yaxşı xatırlayır Bağdad şəhəri,

Oğuzun dilini şirin kəlmədən,

Toğrul bəy etdiyi yürüşdən bəri,

Şərqə yayılırdı sərhəd bilmədən.

 

Quran surəsi tək səslənir dəniz,

Dənizlə həmahəng gilavar idi,

Vaxtilə qul olmuş məğrur Eldəniz

Arrana ən yaxşı hökmdar idi.

 

O da cəm eylədi bu torpaqları,

Bir ölkə yaratdı, birgə getdilər,

Və haqlı olaraq bu gen diyarı

Məğrur "El" sözüylə təmsil etdilər.

 

O vaxtlar öz ölməz əsərləriylə

O şair, o müdrik, dahi Nizami

Gəncədən dünyaya edib hədiyyə,

Tarixə yazdırdı məşhur "Xəmsə"ni.

 

Xaqani yaradıb qəsidə cəmi,

İnsan qəlblərini fəth edən zaman,

Xarüqələr yapdı memar Əcəmi,

Onunla fəxr etdi şanlı Naxçıvan.

 

Fırlanırdı dövran, keçirdi zaman,

İbrahim Dərbəndi hökmü, qərarı,

Ötən əsrlərin qovğalarından

Xilas eyləmişdi Şirvanlıları.

 

Oxu şair, oxu, səslənsin rübab,

Heç bir edam kəsə bilməz səsini,

Səndə "sığzr iki cahan" bu xitab,

Səninləyik İmadəddin Nəsimi!...

 

Xatirələr əgər olsa imdadım,

Yazardım adına bir böyük dastan,

Qara Yuluk Osman olmuş əcdadım,

Onun müttəfiqi idi Temirlan.

 

Sonra hakim oldu onun nəvəsi,

Zirvədən yayılan bir şölə sayaq,

Uzun Həsən idi "El" sərkədəsi,

Birləşdi torpağa minlərlə torpaq.

 

Elə bil gün çıxdı, yox idi tayı,

Yaydı məmləkətə bülbül səsini,

Məşhur oldu Şah İsmayıl Xətai,

Həm padişah kimi, həm şair kimi.

 

Göylərin, yerlərin şahənşahları,

Şah Təhmasib idi, Şah Abbas idi,

Dahi Fuzulinin hicran "ahları"

Şirvana, Şiraza bir miras idi.

 

Xalqımız qorudu bu inci, varı,

Obadan- obaya gəzdi hər yanı,

O, Sarı Aşığın bayatıları,

Bir də "Koroğlu" tək ölməz dastanı.

 

Parladı Nadirin şahlıq çırağı,

Hər yürüşü aparırdı zəfərə,

Əfsanələr oldu onun sorağı,

Yayıldı gör neçə yüzilliklərə.

 

Pənah Əli Xanın Qarabağ ilə

Taleyi də birdi, qəlbi də birdi,

O gözəl Şuşaya kim etsə həmlə 

İgidliklə döyüşlərə girirdi.

 

Molla Pənah Vaqif kimi şəxsiyyət

Həm şair olmuşdu, həm də ki vəzir,

Hamı o dahidən alırdı ibrət,

Adına dillərdə dastanlar gəzir.

 

Xatirimizdədir o şanlı xanlar,

Çələbi, Cavad Xan, bir də Fətəli,

Onlardı çəkərək gözəl planlar,

Oldular tarixin parlaq məşəli.

 

Xatirimizdədir o dövr, o zaman,

Bizim yaddaşlardan silinməz bir an,

İbrahim Xəlil Xan- mötəbər insan,

Nə də uyuduğu müqəddəs məkan.

 

Natəvan, Axundov və Bakıxanov,

Dillər xəzinəsi Mirzə Cəfərin,

Ürəklərdən gələn o atəş, alov,

Ulduzdan ucaydı, dəryadan dərin.

 

Bayrağı yellənir Azərbaycanın,

Xışıldayır sanki qulaqlarımda,

Səslənir çıxışı Əlimərdanın,

Gah da Rəsulzadə dodaqlarında.

 

Bizə xatırladır hər nurlu sabah,

Yaddaşlarda qalıb tarixdən bəri,

Hacı Zeynalabdın- böyük xeyirxah,

Həm Mikayıl Müşviq, həm Pişəvəri...

 

Mehmandarov ilə Həzi Aslanov,

Həm Rostropoviç, həm Əhməd Cavad,

Hacıbəyov, Xoyski, Nərimanov

Yazıblar tarixə şərəfli bir ad!

 

Bu sırada Qarayev və Salmanov,

Rza və Orucov, həm Lütvizadə,

Aqarunov ilə Zakir Həsənov

Tanındı dünyada, həm də ölkədə.

 

Behbudovla Bülbül bir də Niyazi,

Maqomayev ilə Bədəlbəylilər,

Ürəkləri fəth edirdi musiqi,

Tanrıya da xoşdu insanlar qədər.

 

Vaqifin mükəmməl cazının səsi,

Ya Fikrət Əmirov səslənsə daha,

Valeh edir onu dinləyən kəsi,

Çevirir onları pərəstişgaha.

 

İnsanlar içində çıxarıblar ad,

Bunu yalnız bilir düşünən dərin,

Topçubaşov ilə Mahmudov Rəşad,

Əlləri qızıldı bu həkimlərin!

 

Səttarla Tahirin rəsm əsərləri,

Toğrulun da narı, od kimi yanan,

Gəzdi onillərlə çox ölkələri,

Xəbərlər yayırdı Odlar Yurdundan.

 

Vahidin, Vurğunun qoyduğu sənət

Əbədi dünyaya bir şölə saçır.

Deyirlər Bəxtiyar, Mədinə, Fikrət

Canlı poeziya sirləri açır...

 

Təbrizdən yazanda saçırdı alov,

Yanıqlı yazırdı şair Süleyman.

Müdrik idi Maqsud İbrahimbəyov,

Bir də ki, sevimli qardaşı Rustam...

 

Mənsur və Anar öz silsiləsiylə

Ədəbi aləmdə saldı dərin iz,

Yazıçı dühası haşiyəsiylə

Xalqı heyran etdi Natiqlə Çingiz.

 

Hamıdan yazmağa çatarmı imkan?

Var neçə qəhrəman, var neçə şair,

Onlara bir zərif qayğıyla inan

Xarı-bülbül yazda mahnılar deyir.

 

Gərək biz öyrənək bu həqiqəti,

Hansı rəhbərlərdı vətənpərvərlər,

Yaddan çıxarmayaq həyatda qəti,

Biri Əbülfəzdi, biri Mir Çəfər.

 

İttifaq dağıldı, yerində o an

Savaş alovlanır, alırdı vüsət,

Xalqı xilas etməyə Mockvadan

Ulu Heydər döndü gəldi nəhayət.

 

Xalqa başçı oldu doğma Əliyev,

Ardınca sevinclə hamı yürüşdü,

Onu alqışladı hər oba, hər ev,

İşləri yenə də nizama düşdü.

 

Verdiyi vədinin ardınca getdi,

Döyüşdü qələbə çalana qədər,

Ata tövsiyyəsi yerinə yetdi,

Şuşanı qaytardı İlham-Müzəvfər!

 

Onunla yanaşı həyat yoldaşı,

Həm gözəlliyi var, həm də kamalı,

Ona köməkçidir, həm də sirdaşı,

Tale bəxş eyləyib belə amalı.

 

Hələki dağlarda Azərbaycanın

Gül açır, ecazkar rənglərlə dolğun,

Sonu olmayacaq bil bu dastanın,

Çünki Vətənimiz haqdadır, oğlum!

 

 

***

Bu payız müharibə

dağlardan daşı tökdü,

Әks-səda kimi batdı,

sonra sakitlik çökdü.

Mənim yeganə dostum

o torpağa qovuşdu,

Nurlu gələcək üçün,

Azadlıqçün vuruşdu.

 Әnginliyə səs salır,

ürəyim gəlir cuşa,

Sən azadsan Ağdamım,

sən də azadsan, Şuşa!

Külək də şadlıq edir

üstündə dağın, daşın,

Ucaldı şəhidliyə

burda döğma qardaşım!

 Qubadlı, Cəbrayıla,

Kəlbəcərə, Laçına,

Zəngilan, Fizuliyə

mən azadlıq gətirdim,

Bu torpaqlar uğrunda

övladımı itirdim.

Әn əziz insanlarım

şəhidlik zirvəsinə

mənə müqəddəs olan

bu torpaqda ucaldı...

Hardasa dostum qaldı...

Hardasa qardaş qaldı...

Hardasa balam qaldı...

 


İŞIĞIN KÖLGƏSİ YOXDUR

 

İşığın kölgəsi yoxdur.

Kölgənin kütləsi yoxdur.

Kütlənin işığı yoxdur.

İşığın yoxluğu qaranlıqdır.

İşığın əks olunması - kütlədən kölgə.

Məkan olmadan vaxt da yoxdur.

Zaman olmasa, işıq da olmaz.

Və işığın kölgəsi yoxdur.

 

 

KAĞIZDAN ATA

 

 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

 

ANLARSAN

 

 Bir gün anlayarsan, həqiqətən də

Haqqı, ədaləti çox olar danan.

Kövrək bir könül var güclü bədəndə,

Incidərlər, sındırarlar nagahan.

 

Keçmişlə gələcək arasında sən

Boşluqlar görsən də, tanrı pənahdı.

Çalış ki, uzaq ol qəmdən, qüssədən,

Boş şeyin dərdini çəkmə, günahdı.

 

Dünyanın sehrini duy, sevinc ilə,

Aləm bizimlədir, bizimlə inan.

Keçək gülə-gülə, verib əl-ələ,

Zamanın bu eniş, yoxuşlarından...

 

 

HƏKİM ÇAĞIRMAQ

 

Həkim çağırmaq olar,

Təcili yardım gələr.

Qulluqçu çağırarsan,

Köməyin ola bilər.

Duyelə çağırarsan

Qəzəblənib kimsəni...

Taksi çağırsan əgər,

Gəlib aparar səni.

Yağış da çağırarsan,

Təbiətə can verər,

Polis də çağırarsan,

Qoymaz çəkəsən zərər.

Istədiklərin olar,

Çağırmağına baxır,

Gülüş, qəzəb, ya qorxu,

Nə istəyirsən çağır.

Nə desən çağırarsan,

Sən belə vərdiş ilə,

Bir Tanrı, bir məhəbbət,

Gəlməz sifariş ilə!

 

 

GƏNCLİK VƏ QOCALIQ

 

Çılğın gəncliyimi salıram yada.

Göy səma altında, bu gen dünyada,

Necə də qayğısız bir cavan idim,

Aləmə, dünyaya mən heyran idim.

Həzin bir ahəngi vardı zamanın,

Qədrini bilməzdim onda hər anın.

Qorxmadan heç nədən, sanki, nə dərdim?

Göz yaşı tökmədən köçüb gedərdim...

Indi əldən salıb qocalıq məni,

Düşünüb, anıram olub, kecəni.

Həyatın mənası nə dərin imiş,

O, keçən illərim nə şirin imiş.

Hər baxış, hər bir an mənə təsəlli,

Tuturam həyatdan indi cüt əlli.

 

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.

 

 

Eldar İSMAYIL

 

YOXDU, YOX...

 

İnanmıram şeytanların sözünə,

Bilinməyən o yaxşılıq ölübdü.

Yağlı dili saxla, qalsın özünə,

O kirvəlik, o qonşuluq ölübdü,

Məndən ötrü əhdi-peyman yoxdu, yox!

Bu diyarda Xətainin qılıncı,

Telli sazın şirin dili olubdu.

Dik qayalar igidlərin balıncı,

Bu torpaqda Göyçə gölü olubdu,

Məndən ötrü burda Sevan yoxdu, yox!

 

Torpağımız qıyma-qıyma doğranıb,

Sinəmizə yad gülləsi dəyibdi.

Bir oba var qədim Qazax yurdunda,

Babam ona Karvansara deyibdi,

Məndən ötrü, bil, İcevan yoxdu, yox!

 

Ələyəzin saçlarına düşüb dən,

Bu fəlakət tariximin inadı...

Dərələyəz silinərmi tarixdən?

İrəvandı İrəvanın ilk adı...

Məndən ötrü bir düşmən var-erməni,

Məndən ötrü özgə düşmən yoxdu, yox!

 

Məndən ötrü oğuz dilli min oba,

Göyçə adlı bir arzu var, dilək var.

Məndən ötrü Vedibasar, Ağbaba,

Dərəçiçək, Zəngibasar, Pəmbək var,

Məndən ötrü Ermənistan yoxdu, yox!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 

Bazar ertəsi, 22 İyul 2024 12:33

Avtobusda yaşlı qadınla gəncin mübahisəsi

BİZ HARDAN GƏLİB HARA GEDİRİK?- esse

 

Kubra Quliyeva,  “Ədəbiyyat və incəsənət”

 

Ağır yazacağam bu gün..
Dərdli yazacağam, göz yaşlarıma hakim olmadan, içimdəki qəzəbi, təəssüf hissini boğa bilmədən yazacağam bu gün.
Bizim millət.
İstər tənqidi, istər də tərifi mövqedən yanaşıb millət anlayışını ümumiləşdirməkdən xoşum gəlmir, ümumiləşdirmədən, bir qrup avam kütləyə xitabən yazıram sətirlərimi.
Deməli, ömründə bir dəfə Azərbaycan tarixini köklü araşdırmayanlar, Qafqaz mövqeyi, Turan ölkəsi bilməyənlər və canından can getməyənlər...
Həmişəki kimi “Azadlıq” metrosundan qayıdan avtobuslardan birinə mindim. Qabağımda 50-55 yaşlı iki xanım oturub başlarının üstündə də, bir neçə yaşlı kişi var. Başlayıblar söhbətə ki, kaş rus udardı müharibədə Ukraynanı, sonra gəlib bizi tutardı, qayıdardıq sovetin dövrünə, dolanardıq yağ-bal içində.
Sakitcə qulaq asırdım ki, görüm bunların axırı hara gedəcək, birdən qabağımdakı xala dillənəsən ki, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar, ancaq bilərik ki, gələcəyimiz xoş olacaq, dolanışığımız düzələcək.
Ağzımı açmaq istəyirdim ki, söz deyim, başımın üstündə duran gənc başladı danışmağa, bir d avtobusdan düşəndə susdu.
-Salam, bayaqdan sizə qulaq asıram və söhbətlərinizin müəyyən hissəsində sizə haqq qazandırırdım ki ,cavanlıqda gördüyünüz şirin günlər sizi aldadıb. Amma yanılmışam, sizin ermənidən fərqiniz yox imiş, elə sizin sözlərinizi başları ilə təsdiqləyən bu ağsaqqalların da. Əvvəla deyirsiz ki, Rusiya kaş tutardı Ukraynanı.Gəlin dini mövqedən baxaq, xristian xristiana qarşı genosid törədir... Siz indi deyərsiz ki, genosid nə olan şeydir?
(Xanımın mimikalarından sezilirdi ki,elə sualı ağzında qalıb)
Gəncsə davam etdi:

-Genosid, yəni-soyqırım, bir xalqın soy kökünün qurudulması yolunda ağıla gələn ən murdar hərəkətlərin edilməsi, eynilə, Xocalı faciəsi, Urmi bəlası, Bərdə, Gəncə, Əfqanıstan, Qırğızıstan terror aktları kimi. Xristian xristianı gözünü qırpmadan qıracaq, amma gəlib müsəlman ölkəsində deyəcək: "Hə, sülhməramlılarımız qoy buranı qorusun"? Ya da, erməninin qulağını çəkib sizi əl üstündə tutacaq? Sovetə qayıdıb yağ bal içindı dolanmaq istəyirsiniz düzdürmü?

(Qadın başı ilə təsdiqləyir)
Gənc davam edir:

-Düşün ki, sizin həyat yoldaşınız milyonçudur, amma o, sizi zorladığı üçün evlənib və sizi doğma ailənizdən uzaqlaşıdırıb özü ilə saxlayır. Xoşbəxt ola bilərsiz? Nə olsun ki, zorlanmışdız, milyonçu tərəfindən zorlanmısınız da.
Gəncin bu danışığına qadın gözlərini hədəqəsindən çıxaracaqmışcasına bərəltdi.
Şüvənlik edib gəncə cavab qaytarmaq istəyən zaman yandakı kişilərdən biri xanımı qorumaq üçün özünü sözün ortasına soxub: "A bala, bu nə danışıqlardı, sənin başın deyəsən xarab olub,yekə kişisən, atan sənə kişilik öyrətməyib"? -dedi.
Kişiyə məhəl qoymayan gənc sözlərinə davam etdi: "Təbii ki, istəməzsiniz. Axı bunu heç kim istəməz, axı heç kim ləyaqətini pula satmaq istəməz, axı heç kim keçmişini silib haradan gəldiyini, kim olduğunu unudub başqasına, yəni, başqa xalqa yamaq olmaq istəməz. Axı vaxtında dövləti quran o kişilər bayrağı, himni, gerbi bizə ərmağan etsinlər deyə milyon əzablardan keçib. Axı Rəsulzadə müstəqilliyi elan etmək üçün 4 ay Fransada gözləyib, axı Mehdi Hüseynzadə partizan fəaliyyətini xalqın müstəqilliyi üçün dayandırmayıb, sonda da, şəhid olub, axı Mikayıl Müşfiq şeirləri ilə susan vicdanların ayaq səsi olduğu üçün ömrünün baharında represiyaya məruz qalıb. Axı Çingiz o lentləri ağlaya-ağlaya çəkirdi ki, biz öz yaralarımızı unutmayaq. Axı Mübariz də, Polad da, Xudayar da, Təhmasib, Səbuhi, Elvin də, hətta 2003-2004 təvəllüdlü uşaqlar da Vətən üçün heçə saymışdılar canlarını.Əhməd Cavad işgənclər görəndə xanımı sürgündə ondan da betər zülmlər çəkib axı, özü də nə az, nə çox, düz 8 il. O kişi himndə deyir ki, Hüququndan keçən əsgər hərə bir qəhraman oldu. Sən olasan gülüstan Azərbaycan,Azərbaycan. Sizsə burda deyirsiz, cəhənnəm, bizdən 5-10 dənəsi qırılar. Şəhidi təhqir edirsiniz, müqəddəsliyi tələf olan sürü ilə qarışdırmısınız deyəsən. Çünki ağzınız isti yerdədir. Çünki sizin oğlunuz, ya da yaxınlarınızdan biri şəhid olmayıb, çünki siz mənim kimi anamı qardaşımın şəhid qərbinin üstündə ağı deyə-deyə nişan konfeti paylayan yerdə görməmisiniz, çünki sizin ağlınıza belə gəlməyib ki, sizin nəvəniz nə vaxtsa əmisinin adını daşıyacaq, siz şəhid balasının heç bir hədiyyə və qayğı ilə ata həsrətini dindirə bilməzsiniz. Siz müharibə istəyirsiniz. Bu da az deyilmiş kimi, əsir düşməyimizi istəyirsiniz. Mart soyqırımı, yanvar hadisələri, Xocalı, Fizuli, Şuşa, Laçın, Ağdam işğalları, aprel hadisələri az imiş kimi sentyabr da gəlişi ilə ürəklərə qubar saldı, evlərə od qoyduğu halda siz unudursuz keçmişi. Siz rus dilində danışanı alicənab edib istər Türkiyə türkü, istər avropalı, istər digər asiyalılarla öz torpaqlarımızda onların dili ilə yox, məhz öz dilimizdə danışanları qınayıb qıjı deyirsiniz. Siz xalqı məhvə sürüküləyən kor kütlə, sizin sözlərinizə haqq qazandıranlar qeyrətdən, namusdan, kişilikdən danışıb camaatın balalarını göz görə-görə oda atanlar və əlbət sizlər - Şəhid ruhlarını incidənlərisiz"!

Gəncin sözləri özü daxil hamımızın gözünü doldurmuşdu. Amma danışdıqları həqiqət idi.
Bayaq o sözləri deyən qadın göz yaşlarına hakim ola bilməyib oğlanın boynuna sarıldı. Gəncin gözlərinin içinə baxmaqdan, o gözlərdəki kədəri görməkdən xəcalət çəkdiyindən başını aşağı salıb asta səslə üzrxahlıq etdi.
İki dayanacaq sonra oğlan avtobusdan ensə də, mənim dayanacağım sonuncu olduğu üçün avtobusu aramsız müşahidə etdim və insanların üzünə aydınlanan həqiqət işığının ölü sükutunu bütün yol boyu rahatca sezə bilirdim.
Bizlər müharibənin dəhşətlərini kadrlardan izləyib ağlamaqdan və dua etməkdən başqa bir şey edə bilmirik. O kişilər isə ailələrinin dualarına sığınıb, vətən üçün irəlidə, ən irəlidə vuruşurlar. Onlar Vətənə sahib çıxmaq üçün balalarının qoxusuna doymadan cənnətdə müşk qoxusunu doyacaq olanlardır. Onlar analarını gözü yaşlı, atalarını beli bükük qoyub ölümə dimdik yeriyən igidlərdir.

Qaraqanın bir sözü var idi, deyirdi ki, həqiqətən müharibə olsa varlılar kasıb, kasıblar şəhid olacaq.
Amma söz özünü doğrultmadı.
Kasıblar bütün varlıqları ilə şəhid oldular, varlılar isə....

Nə qədər ki, cəhalət hökm sürəcək, sovet psixologiyası bizimkilərin canından çıxmayacaq, bizlər müstəqillik uğrunda can verənləri də unudub azad qullar olaraq çox yaşayacağıq..
Yuxu...

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.