Super User
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda olublar.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, onlar Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2023-cü il iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan film layihələri ilə bağlı yekun nəticələr açıqlanıb.
Bu barədə, “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
Məlumata görə, komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirib. Bununla yanaşı, kommersiya potensialı olan layihələrin 50 faiz və ya daha çox hissəsinə ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin göstərilməsinə qərar verilib.
Aşağıdakı film layihələri Apellyasiya Komissiyasının müsbət rəyini alıb:
“Rakurs Film-Media”, “Mənə bənzər adam” - tammetrajlı bədii
“Karvan production”, “Ağalı” - tammetrajlı bədii
“Rog Vfx Studio”, “Oriondan sevgilərlə” - qısa bədii
“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” - qısa sənədli
“Oskar Film”, “Danışır və göstərir Şuşa” - qısa sənədli
“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” - qısa animasiya
Qeyd edək ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.
Bundan başqa, film layihələri müsabiqəsində qalib gələn istehsalçı şirkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanılıb.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“Üzbəüz”ün qonağı Siyavuş Kərimi olub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təqdim etdiyi "Üzbəüz" layihəsi növbəti qonağı ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, “Üzbəüz" layihəsinin bu dəfəki qonağı Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, "Şöhrət" və "Şərəf" ordenli Siyavuş Kərimi olub. Baş tutan görüşdə o, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəblərinin direktor və müəllim heyəti ilə musiqi məktəblərinin fəaliyyəti, tədrisin inkişafı ilə bağlı fikirlər müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Gənclərin əsl himayədarı - REDAKSİYANIN POÇTUNDAN
Redaksiyamızın poçtundan dərc etdiyimiz növbəti məktub bugünkü tarixi günlə - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlıdır. Müəllifi ADPU-nun Şəki filalının V kurs tələbəsi Sevda Verdiyevadır.
Heydər Əliyev və Azərbaycan gəncliyi
Tarix göstərir ki, yalnız güclü və uzaqgörən liderləri olan xalqlar azadlığa qovuşa bilirlər. Xalqı qələbəyə ancaq güclü iradəyə sahib, qətiyyətli qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutan lider apara bilər.
Ş.İ.Xətaidən sonra xalqımızın 500 illik tarixində belə bir lider Heydər Əliyev olub. Məncə, Heydər Əliyev Bozqurd kimi Tanrı tərəfindən göndərilmiş rəhbər və xilaskar idi. Hər dəfə ölkə zor duruma düşəndə ortaya çıxmış, xalqı və məmləkəti xilas etmişdir. Təsadüfi deyil ki, böyük qırğız yazıçısı Çingiz Aytmatov onu həm tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırmışdı.
Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik Heydər Əliyevin hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəlmiş, türk düşüncəsi silkələnmiş, beynəlmiləlçilikdən milliliyə dönüş başlamış, simasızlaşmağa gedən millət oyanmış, milli düşüncənin formalaşmasında möhtəşəm işlər görülmüş, milli dövlətçilik arzuları və hissləri güclənmişdi.
Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən ulu öndər siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Belə faktorlardan biri də müstəqil Azərbaycanın parlaq gələcəyini təmin edəcək savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərin yetişdirilməsi idi.
Ona görə də ulu öndər hakimiyyətə gəldiyi gündən gənclərin himayədarı kimi çıxış etmiş, həmişə Azərbaycan gəncliyinin gələcəyini düşünmüşdür. O, yaxşı bilirdi ki, gəncliyə etinasız yanaşmaq gələcəyi təhlükəyə atmaq deməkdir. Çünki gənclik gələcəkdir, gələcəyin təminatıdır. Tarixə nəzər saldıqda da görürük ki, gəncliyə dəyər verən, onun inkişafına sərmayə qoyan dövlətlər nəinki məhv olmaq təhlükəsindən xilas olub, zaman keçdikcə daha da güclənib, inkişaf edib.
Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk illərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində böyük işlər görmüşdür. Mənim qələmimin gücü Heydər Əliyevin gənclər siyasətindən təfsilatı ilə bəhs etməyə yetməz. Lakin oxuduqlarımdan və gördüklərimdən belə qənaətə gəlirəm ki, milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərimizə bağlı və vətənpərvər ruhda tərbiyə olunması, onların təşkilatlanmas elmi, intellektual potensialının gücləndirilməsi, dövlət idarəçiliyində rollarının artırılması, beynəlxalq aləmə inteqrasiyanın yaratdığı imkanlardan maksimum səviyyədə yararlanmalarının təmin olunması bu siyasətin əsas istiqamətləri olub.
Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə, güclü kadr potensialının yaradılmasına çalışırdı. Məhz onun şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaradılmış, azərbaycanlı gənclər təhsil almaq üçün kütləvi şəkildə keçmiş SSRİ-nin ali məktəblərinə göndərilməyə başlanmışdı. Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmış, bu sahədə milliləşdirmə prosesinə start verilmiş və Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdı. Həmin illərdə ümummilli liderin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır.
H.Əliyev sovet dönəmindəki rəhbərliyi dövründə 15 mindən çox gənci keçmiş ittifaqın 50-dən artıq şəhərinin 170 ali təhsil müəssisəsində 250-yə yaxın ixtisasa yiyələnmək üçün həmin ali məktəblərinə təhsil almağa göndərmiş, onların yüksək ixtisaslı və peşəkar kadr kimi hazırlanmasına nail olmuşdu.
Hələ 1975-ci ildə o, Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə qeyd etmişdi: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır”.
Mən gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin həyata keçirdiyi möhtəşəm işləri xatırlayarkən riqqətə gəlirəm. Bu günün prizmasından baxdıqda onun gördüyü işlərin dövlət quruculuğundakı əvəzsiz rolunu daha aydın və qabarıq görürük. Zənn edirəm ki, əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə gənclərdə milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, ötən əsrin sonlarında Azərbaycanın müstəqil dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq gəncləri dövlətin idarəedilməsində aparıcı qüvvə, müstəqilliyin qarantı kimi görürdü. O, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da gəncliyin inkişafını diqqətdə saxlamış, gənclərlə iş dövlət siyasətinin əsas istiqmətlərindən biri olmuşdur. H.Əliyevin yetişməkdə olan gənc nəslə böyük inamı vardı. Çıxışlarının birində öz inamını belə ifadə etmişdi: “İnanıram ki, gənc Azərbaycan dövləti məhz bu saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, mətin və dönməz gənclərimizin fəaliyyəti sayəsində öz müstəqilliyini əzmlə qoruyacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir... Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"
Bunun üçün ümummilli liderimiz gənclərin milli-mənəvi dəyərlərə yiyələnmələri, dövlətinə və bayrağına sevdalı, vətənpərvər ruhda yetişmələri, mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri və dünyada gedən prosesləri bilmələri üçün səy göstərir, onlara diqqət və qayğını daha da gücləndirirdi. H.Əliyevin gənclərlə müntəzəm görüşləri, ölkə gənclərinin forumlarının keçirilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər gününün təsis olunması, gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman, sərəncam və dövlət proqramlarının qəbul edilməsi, gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi və s. göstərilən diqqət və qayğıya nümunə ola bilər.
H.Əliyevin gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə verməyib. Bu gün ölkəmizdə hərbi, təhsil, siyasi, iqtisadi, idman və digər bütün sahələrdə təmsil olunan gənclərin qazandığı uğurların, nailiyyətlərin hamısı ümummilli lider H.Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev ancaq azərbaycançılıq ideologiyası əsasında formalaşdırdığı gənclər siyasəti ilə könlümüzdə taxt qurmamış, həm də öz şəxsiyyəti, fəaliyyəti, məsləhət və tövsiyələri ilə hər birimiz üçün nümunə olmuş, idealımıza çevrilmişdir. Şəxsən mən H.Əliyevi məşhur hekayənin qəhrəmanı Dankoya bənzədirəm. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - deyərək keçən əsrin əvvəlindən AXC-nin başlatdığı istiqlal savaşını əsrin sonlarında müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.
Tam əminliklə deyə bilərəm ki, ulu öndər H.Əliyevin gəncliyə və gənclərə diqqət və qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Əsası ümummilli lider tərəfindən qoyulan gənclər siyasətinin Prezident İ.Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır, gənclərimiz bütün sahələrdə öz sözlərini deyə bilirlər.
Bəli, artıq Azərbaycanda milli-mənəvi dəyərlərə sahiblənmiş, cəsur, yüksək vətənpərvərlik hissinə, intellektual səviyyəyə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz dövlətinə, özünə, öz gücünə və istedadına inam hissi artıb.
Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan qələbədir. Bu qələbəni bizə H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan və böyüyən, İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yetişən və fomalaşan gənclər bəxş etdilər. 2003-cü ildə 10-15 yaşında olan bu gənclər Vətən savaşına qatılan 25-35 yaşlı qəhrəmanlara çevrildilər, yeni tarix yazdılar.
Dövlətin diqqət və qayğısına cavab olaraq ölkəmizin gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, ölkəmizin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Tam inamla deyirəm ki, ölkəmizdə ulu öndərin gənclər siyasətinin uğurla davam etdirilməsi Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaqdır.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Naxçıvan Kitab Sərgisində yazıçı Varislə görüş və imza saatı keçirilib
Könül, “Ədəbiyyat və incəsənət”
Ümumilli lider Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan “Bookfest” Naxçıvan Kitab Sərgisi davam edir. 11 mayadək Naxçıvan şəhərindəki Saat Meydanında davam edəcək sərgidə tanınmış şair və yazıçılar iştirak edir və maraqlı mövzularda çıxışlar olur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝ TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə baş tutan kitab bayramında dörd gün ərizndə müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları keçirilir, uşaqlar üçün əylənərək öyrənmək imkanı verilir.
İlk günlərdə yazıçı və kouç Elçin Əzimlinin, şair Raqif Raufoğlunun, uşaq yazıçısı Mürşüd İsmayılzadənin maraqla qarşılanan görüşləri olub.
Növbəti dəfə isə naxçıvanlı kitabsevərlər yazıçı Varislə görüşüblər. Bir saatlıq reqlament pozularaq iki saata qədər uzanıb, təqdim edilən “TEAS Press” Nəşriyyat evində çap olunmuş “Uzaqdan gələn yağış” kitabının satışa çıxan yüzlərlə nüsxəsi çox az bir zamanda satılıb qurtardığından çox sayda kitabsevər kitabsızlıq məyusluğu yaşayıblar. Bununla belə, hər halda görüşdən məmnun olublar.
Yazıçı ədəbiyyat barədə, yaradıcılığı barədə, gələcək planları barədə danışıb, oxucularının suallarını cavablandırıb. Sonra isə imzalama mərasimi başlayıb, bu gözəl anlar fotolarda həkk olunub.
Sonra isə yazıçı yerli televiziyaya, mətbuata müsahibələr verib.
Qarşıda kitabsevərləri Elxan Elatlı, Aqşin Yenisey, Zahid Xəlil, Aysel Şıxlı ilə maraqlı görüşlər, imza saatları, panel müzakirələri gözləyir!
“APF Group” MMC, “Ləzzət Qrup” MMC, “Güvən İnşaat”, “Sürət Kargo”, və “İbesta” nun sponsorluğu, “Azərtac” Dövlət İnformasiya Agentliyinin, Naxçıvan Dövlət Televiziyasının, Real TV, “Şərq qapısı” qəzetinin, “Nuhçıxan” və “Report” İnformasiya agentliklərinin media tərəfdaşlığı ilə keçirilən kitab sərgisi həqiqətən də əsl bayrama çevrilib.
Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagird və müəllim kollektivinin, Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin ifasında konsert proqramıları tədbir iştirakçılarına əyləncəli anlar yaşadır.
Gənclərin sevimlisi ˝Tufan Band˝ “Bookfest ˝in maraqlı proqramını daha rəngarəng edəcək.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
“YAŞAT” Fondu tərəfindən daha bir müharibə əlili müalicə məqsədilə Türkiyəyə göndərilib
Müharibə əlili Niyazov Səbuhi Valeh oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” fonduna “YAŞAT” Fondundan məlumat verilib.
“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 179-u ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 187 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Mahcamal Babayevanın "Hələ də gec deyil" kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair qəzəlxan Mahcamal Babayevanın “Hələ də gec deyil” adlı yeni kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Mahcamal Babayevanın klassik janrda yazdığı şeir nümunələrində öz dəst-xətti olduğunu qeyd edib.
“Azərbaycan” jurnalının redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirləri bəyəndiyini qeyd edib.
Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova Mahcamal xanımın "Bizim bağın çəpəri yox" adlı kitabını da xatırladıb.
Filologiya elmləri doktoru Vaqif Yusifli də kitab haqqında müsbət fikirlərini bildirib. Çıxışının sonunda o, Mahcamal Babayevanın “Külək” qəzəlini söyləyib.
Tədbirin qonağı - Rusiyanın Əməkdar həkimi, tibb elmləri doktoru, Smolensk vilayətinin sabiq senatoru Lyudmila Kozlova müəllif haqqında ürək sözlərini deyib.
Sonra şairin qələm dostları - şair Firuzə Məmmədli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, "Yada düşdü" dərgisinin redaktoru Nəzakət Məmmədli, şair yazıçı Şövkət Zərin Harovlu, şairin tələbə yoldaşı texnika elmləri doktoru Alçın Şirinzadə ürək sözlərini bölüşüblər.
Daha sonra aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.
Sonda Mahcamal Babayeva Vətən müharibəsinə həsr etdiyi “Oğul olduq” rədifli qəzəlini və həyatdan vaxtsız köçən qızı Aynurun xatirəsinə ithaf olunmuş qəzəlini söyləyib.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçərişəhərim” adlı rəsm müsabiqəsinin vaxtı iyunun 10-dək uzadılıb.
Qoruq İdarəsindən AzərTAC-a bildirilib ki, müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrdən müraciətlər daxil olmaqdadır. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir.
Müsabiqədə ilk 3 yerin qalibinə 1500, 1000 və 500 manat məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə həvəsləndirici mükafat qismində 4 rəssamın hər birinə 250 manat mükafat nəzərdə tutulub. Qalib iştirakçılar pul mükafatı ilə yanaşı, diplomla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, “İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları tərəfindən seçiləcək. Münsiflər heyətinə Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Səlhab Məmmədov, Fuad Salayev, Əliyar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.
Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iyunun 10-dək onlayn müraciət etməklə iştirak edə bilər. Qaliblər Şirvanşahlar Saray Kompleksində mükafatlandırılacaqlar.
Müsabiqənin şərtləri ilə daha ətraflı bu linkdən (https://icherisheher.gov.az/az/news/59) tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
Mədəniyyət və incəsənət xadimlərini Azərbaycan Prezidenti təltif edib - SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 7 nəfər mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən həmin sərəncamı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Eldarov Ömər Həsən oğlu
Əliyeva Böyük Xanım Həsənbala qızı
Həşimzadə Xanlar Allahverdi oğlu
İsrafilov Fərhad Ramazan oğlu
Məlikov Aqil Qədəşbala oğlu
Məmmədəliyeva Sevda Yusuf qızı
Mustafayeva Laləzar Bəşir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 may 2024-cü il
2.
Prezident İlham Əliyev “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı 150 nəfər aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən həmin sərəncamı təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:
Abas-bəyli Könül Eldar qızı
Abaszadə Mələk Fuad qızı
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev İlkin Əşrəf oğlu
Abdullayeva Xurşud Lütfəli qızı
Abdurahmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Vasif oğlu
Ağasiyev Tural Aydın oğlu
Ağayev Miraslan Əzizəli oğlu
Ağayeva Həcər Maqsud qızı
Allahverdiyev Ceyhun Kərim oğlu
Allahverdiyev Həbib Rəşad oğlu
Allahverdiyeva Naibə Siyavuş qızı
Aşurov Mustafa Əhməd oğlu
Atakişiyev Firdovsi Nurəddin oğlu
Atakişiyeva Mətanət Ağazair qızı
Babayeva İnarə Əhməd qızı
Babayeva Töhfə Ağaəli qızı
Bağırova Sənubər Yusufovna
Bayramov Təyyar Allahverdi oğlu
Bəşirov Xanlar Əyyub oğlu
Bəylərov Nəzər Rəhman oğlu
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Samir Qadir oğlu
Dadaşov Ceyhun Arif oğlu
Dadaşov Manaf Məcid oğlu
Eyvazova Ayan Fuad qızı
Eyyubov Musa Eyyub oğlu
Əfəndi Elçin Fərahim oğlu
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı
Əhmədli Bəhruz Vaqif oğlu
Əhmədov Elşad Eldar oğlu
Əhmədov İlyas Əhməd oğlu
Əhmədova Aynur Əhməd qızı
Ələkbərzadə Mehriban Zaur qızı
Ələsgərova Əfqanə Elşad qızı
Əlili Hüseyn Azad oğlu
Əliyev Ələkbər Həsən oğlu
Əliyev Fərid Fərhad oğlu
Əliyev İqbal Adil oğlu
Əliyev Məhəmməd Əli oğlu
Əliyev Samir Asəf oğlu
Əliyeva Afət Məmməd qızı
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Ülkər Sabir qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əmirbəyova Rita Cəmil qızı
Əsədov İlham Əsəd oğlu
Əzizov Əzizağa Ağayar oğlu
Ferştandt Anton Sergeyeviç
Gözəlova İradə Vaqif qızı
Həmidov Elgün Rafik oğlu
Həsənquliyev Kazım Feyruz oğlu
Həsənov Bəhrəm Afət oğlu
Həsənov Kərim Abbas oğlu
Həşimov Orxan İlqar oğlu
Hüseynli Rauf Eyyub oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Hüseynov Fizuli İsmət oğlu
Hüseynova Fəridə Malik qızı
Hüseynova İlahə Həsən qızı
Hüseynova Nərmin Mətləb qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Səmədzadə Nadir oğlu
Xəlilzadə Rüfət Eldar oğlu
İbişov Tahir Fidayə oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimova Şəhla İbrahim qızı
İmanov Vaxtanq Yaşar oğlu
İmranova İnna Aleksandrovna
İskəndərova Sənubər Sabir qızı
İsmayılova Şəhla Əli qızı
Kərimov Elnur Umbay oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Nərgiz Faiq qızı
Kuxmazova Yulizana Şəfiyevna
Qasımova Zümrüd Bəxtiyar qızı
Qeybullazadə Natəvan Əhlulla qızı
Qəhrəmanov Abbas Əhməd oğlu
Qəmbərli Ayaz Vahab oğlu
Qibləliyev İsrafil Arif oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Elxan Əli Bala oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyeva Səbinə Kasumovna
Qurbanov Cahangir Qafar oğlu
Qurbanov Rövşən Oktay oğlu
Qurbanova Lalə Dəmir qızı
Qurbanova Pərvanə Yaqub qızı
Mehdiyev Oqtay Nüsrət oğlu
Mehmandarov Mustafa Adil oğlu
Mehrəliyev Vüsal Akif oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmməd Lalə Mirzəli qızı
Məmmədli Şamil Kamil oğlu
Məmmədov Anar Ramiz oğlu
Məmmədov Ayşad Kamal oğlu
Məmmədov Emil Əfrasiyab oğlu
Məmmədov Hakim İlham oğlu
Məmmədov Murad Məmməd oğlu
Məmmədov Ramil Şamil oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədova Səkinə Çapay qızı
Mikayılov Mikayıl Şamil oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Gülağası Ağa Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəyeva Vəfa Rafiq qızı
Mirzəzadə Nicat Qərib oğlu
Musayeva Şükufə İmran qızı
Mustafayev Vüsal Sədaqət oğlu
Mürvətova Hüsniyyə Vaqif qızı
Nəbiyeva Səmayə Kazım qızı
Nəsibova Rada Ziyad qızı
Nəzərov İlham İslam oğlu
Novruzova Kəklik Vəliəddin qızı
Oduşev Timur Vladislavoviç
Osmanov Fuad Tacəddin oğlu
Poladov Əkrəm Nicad oğlu
Rəcəbli Məmməd Qüdrət oğlu
Rəfiyeva Aidə Fazil qızı
Rəhmanov Rəhman Tofiq oğlu
Rəsulov İsrafil Fərhad oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Nurlan İbrahim oğlu
Rüstəmov Rüstəm Qərib oğlu
Rzayeva Vəfa Əliseyran qızı
Rzayev-Sarabski İsfar Aydın oğlu
Sadıqov Anar Babalı oğlu
Salahov Əbülfət Yusif oğlu
Salmanov Nicat Fərhad oğlu
Seyfullayev Anar Ağaverdi oğlu
Səfərov Rəşad Süleyman oğlu
Səfərova İlahə Qiyas qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Şükür Hacıbala oğlu
Şahbazova Esmiralda Məmmədəli qızı
Şərifəliyeva Səidə Vahid qızı
Tağıyev Cəfər Vəli oğlu
Tağızadə Mahir Tahir oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyeva Leyli Fətulla qızı
Vəliyeva Nigar Natiq qızı
Yahyayev Taleh Saleh oğlu
Zaliyeva Mehriban Əskəralı qızı
Zeynalov Azər Zeynalabdın oğlu
Zəki Mehriban Mürvət qızı
Zülfüqarova Əminə Cahangir qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 may tarixli 3874 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 672 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 may 2024-cü il
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə yenidən çox bəyəndiyiniz, çox sevdiyiniz ustad şair, Cəliiabadda yaşayıb yaradan Əlizadə Nuri görüşəcək, “Göyə çöp daşıyan bir quşam, ana...” deyəcək.
Şikayətnamə motivlidir.
“Özümü tutacaq ahım bu gecə-
Bu gecə özümə qarğışam, ana.” -deyir şair. Dünyəvi kədər ruhu çilikləməz, ağrıları şiddətləndirməz, əksinə, onlara sığal çəkər.
Xoş mütaliələr!
Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Görünsün göy üzü -baxım bu gecə,
O axan ulduzla axım bu gecə...
Özümü tutacaq ahım bu gecə-
Bu gecə özümə qarğışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür- sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
“Ədəbiyyat və incəsənət”
(10.05.2024)