Super User
Mixail Vrubel
Bu gün İşdə Gözəllik və Poeziya Günüdür
Bu günə - yanvarın 8-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
Metro günü
Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır.
Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.
Metro sözünü işlədəndə nədənsə hər bir azərbaycanlı üçün bu sözün sinonimi kimi Tağı Əhmədovun da adı xatırlanır. Görəniniz olsa, onu da metro günü münasibəti ilə təbrik edin. Nə olsun ki, eksdir. Axtarsan, bəlkə də hər stansiyanın divarına, hər qatar vaqonunun oturacağına onun – Bakı metropoliteninə 16 il krallıq etmiş şəxsin adı cızılıb.
Arqayl günü
Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.
Yer kürəsinin fırlanması günü
Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb.
İşdə gözəllik və poeziya günü
Deyim ki, çox romantik bir bayramdır. Bu cümə günündə iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm.
Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?
“Zolotoy klyuçik”
Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi?
Azərbaycan SSR-in ən gözəl xanımı
Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş.
1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır.
1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.
Və ən nəhayət...
Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?
(Varisin Həftənin təqvimi yazısından)
Vyanada Azərbaycanla bağlı beynəlxalq musiqi müsabiqəsi keçiriləcək
Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi Azərbaycan mədəniyyətinin təbliği üçün yeni layihəyə start verib. Birliyin təşkilatçılığı ilə bu il “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.
AzərTAC xəbər verir ki, 2002-ci ildə təsis edilən, əsas fəaliyyət istiqaməti Avstriya və Azərbaycan arasında mədəni və elmi əlaqələri inkişaf etdirmək, Avstriyadakı soydaşlarımızı ölkəmiz haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün öz ətrafında birləşdirmək məqsədi daşıyan Azərbaycan Akademik Birliyi yeni layihə ilə bir neçə hədəflərə nail olmağı qarşısına məqsəd qoyub.
Təşkilatın sədri Kamal Əkbərov müsabiqə barəsində məlumat verərək, məhz Vyanada belə bir müsabiqənin təşkil edilməsinin səbəblərinə toxunub. Bildirib ki, Vyana şəhəri dünyada klassik musiqinin beşiyi hesab edilir və bu şəhər peşəkar musiqiçilər, musiqisevərlər arasında xüsusi yerə malikdir: “Hesab edirik ki, məhz Vyana şəhərində “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq klassik musiqi festivalının əsasını qoymaqla həm gənc musiqiçilərə öz istedadlarını nümayiş etdirmək imkanı vermiş olarıq, həm də və ən əsası proqrama Azərbaycan bəstəkarlarının əsərlərini daxil etməklə klassik Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanınmasına töhfə verilər”.
K.Əkbərov diqqətə çatdırıb ki, digər mühüm məqam isə Azərbaycanın yerləşdiyi regionda yaratdığı yeni reallıqlarla bağlıdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Zəfərdən sonra Azərbaycan dünyaya sülh, əməkdaşlıq və humanizm ideyalarına əsaslanan mesajlar verir. Məhz bu yeni mərhələ çərçivəsində beynəlxalq səviyyədə milli mədəniyyətimizi, onun ən mühüm tərkib hissəsi olan musiqimizi təqdim etmək və bu yolla da Azərbaycanın müsbət imici üçün bu tipli tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilib ki, təşkilatın idarə heyəti, fəal üzvləri və Avstriyada yaşayan azərbaycanlı musiqiçi və musiqişünaslar beynəlxalq standartlara cavab verən peşəkar müsabiqənin hazırlanması üzərində ciddi iş aparıblar. Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova müsabiqənin jüri heyəti, Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri artıq yekunlaşdırıblar.
Professor Fərhad Bədəlbəyli, Əməkdar artistlər Yusif Eyvazov və İslam Manafov, əslən bakılı olan professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilərin yer aldığı münsiflər heyətinin iştirakı ilə müsabiqənin final mərhələsi 2022-ci il mayın 21-22-də Vyana şəhərində baş tutacaq. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar münsiflər qarşısında ifaları zamanı mütləq Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət etməlidirlər. Müsabiqədə qalib gəlmiş musiqiçilərə pul mükafatı ilə yanaşı, onların Azərbaycanda yerli orkestrlərlə birgə konserti də nəzərdə tutulur və bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparılır.
Musiqiçilər müsabiqənin saytındakı qeydiyyat bölməsində qeydiyyatdan keçməklə öz ifalarını jüriyə təqdim edə biləcəklər. Onlayn mərhələ başa çatdıqdan sonra isə may ayında finalçılar Vyanada bir araya gələcəklər. İdarə heyətinin üzvlərindən Orxan İsmayılov müsabiqənin bütün hüquqi aspektlərini, Rəvan Hüseynov isə reklam, tanıtım və maliyyə resursları ilə bağlı işləri icra edib.
K.Əkbərov sonda bildirib ki, Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu layihəyə təşkilati dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər. Eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və digər qurumların əsas tərəfdaş qismində layihədə iştirakı arzu olunur.
Beynəlxalq müsabiqə barədə ətraflı məlumatı internet saytı vasitəsilə əldə etmək mümkündür: https://www.lofmc.com.
Rusiyada Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Min bir gecə” baleti nümayiş olunacaq
Cari ilin 22-23 yanvar tarixində dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaqdır. Tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcəkdir.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilmişdir. Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirmişdir.
Onu da qeyd etmək lazımdır ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunmuşdur.
Qazaxıstan, Taldıkurqan şəhəri.
Daşla fala baxmaq, Tağı Əhmədovun günü, bir də Azərbaycan SSR-in ən gözəl xanımı
7-8 yanvarın təqvimi Varisin təqdimatında
7 yanvar.
Milad bayramı
Hər vaxtınız xeyir! Bu gün xristian dünyasının ən böyük bayramı – Milad günüdür, iki min ildir ki, insanlığın mübahisə, hipotez, güman içində müzakirə etdiyi, elmi dəlillərə və tarixi sənədlərə istinadən ortaya qoyduğu – insanın təbiət tərəfindən deyil, ilahi varlıq tərəfindən yaranması bilgisi ilə yanaşı, İsa Məsihin gerçək doğum tarixinin dəqiqləşdirilməsi də bəşər tarixində əhəmiyyətli rol oynamaqdadır. İsa Məsihin – İsus Xristosun doğum gününü Milad bayramı adı altında qeyd edən xristianlar bu doğuluşu insanlıq tarixindəki ən cahanşümül hadisə hesab edirlər, il ərzində bütün yığılıb qalan suallarını məhz bu gün Allaha yönəltməyi, il ərzində etmədikləri duaları məhz bu gün etməyi lazım bilirlər. Onlar əmindirlər ki, məhz bu müqəddəs gündə ulu Yaradan onları eşidəcək. Bu gün – e.ə.1-ci əsrdə dünyaya gəlmiş İsus Xristosun doğum günündə xristian inanclarına görə Yaradan öz dərgahının qapılarını insanlar üçün açıq saxlayır, onları dinləyir, dərdlərinə əlac edir. Axı xristian dinində İsa peyğəmbər Allahın oğludur, Allah onu insanlığın xilası naminə dünyaya gətirib.
Biz ölkəmizdə yaşayan bütün xristianları Milad bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Daşlaşma günü
Beynəlxalq təqvim bu sayaq qeyri-adi bayramlardan da xali deyil. Daşlaşma günündə insanlar müxtəlif ölçülü, rəngli, quruluşlu daşlar yığırlar. Xüsusən uşaqlıqda dəniz kənarında daş yığmaq məşğuliyyətimiz yadımızdadır, sən demə, bunu böyüyəndə də, özü də məhz 7 yanvar günündə etmək olarmış. Mistik inanclara görə insan tapdığı daşlarda öz gələcək həyatını görə bilir. Tünd rəngli və açıq rəngli, hamar və çopur səthli daşların hər birinin öz məna yükü var. Müvafiq olaraq, qara gün və ağ gün, rahat və rahatsız həyat anlamındadır bunlar. Eləcə də rastına çıxmış birrəng və çoxrəng daşların da öz açmaları var. Səthində heç bir çalar, xətt, dairə və sair olmadan tam bir rəng bərqərar olan daş qısa ömürdən, əksi isə uzun ömürdən xəbər verir.
Pioner günü, Yeddi ot festivalı
7 yanvarda katolik ölkələrində Distaff günü qeyd edilir. Bu, bayrama təsadüf edən istirahət günlərindən sonra iş rejiminə qayıtmağı özündə ehtiva edir. İtaliyada bu gün Festa del Tricolore günüdür, açması – bayraq günüdür. Liberiyada pioner, Kambocada qələbə, bədxah qonşularımızda isə ölənlərin xatirəsi günüdür. Təbii ki, onlar torpaqlarımızı işğal edib orada qan tökərkən özləri cəhənnəmə vasil olan döyüşçülərini də şam yandırıb yad edəcək, timsah göz yaşı axıdacaqlar. Gorbagor olsunlar!
Bu gün Yaponiyada sağlamlığa dəlalət edən yeddi ot festivalı başlayacaqdır. Xalq təbabətinə, şəfalı otlara, dəniz məhsullarına bağlanmaları yaponları təsadüfi deyil ki, dünyanın ən uzunömürlü xalqı etməkdədir. Amerikalılar isə xüsusən artıq çəkidən əziyyət çəkirlər, onlar təqvimin az qala hər bir günündə bir mətbəx bayramı keçirir, ənənəyə sadiq qalıb hamin günün qayda-qanunlarına riayət edirlər. Bu gün də Milli tempura günüdür onlarda. Tempura çox faydalı qıdadır, belə ki, onların mətbəxinə yaponlardan gəlib, balıq, tərəvəz və dəniz məhsullarının miksidir, klyarda hazırlanır.
Tanınmış akademik Mirəli Qaşqayın 115 illiyi
“Böyük azərbaycanlı” adlandıra biləcəyimiz bir şəxsdir Mirəli Qaşqay. 1907-ci ildə Gəncədə doğulub, 1942-ci ildə "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasına görə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb. Sonra müharibədə müsəlləh əsgərə dönüb, “Qafqazın müdafiəsinə görə”, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilib.
O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf edib. O, respublikada 220-yə qədər mineral və termal mənbələrin olduğu müəyyən edib. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas verib. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində o, Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik edərək böyük bir məktəb yaradıb, rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilib. O, 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
SSRİ-nin ən nüfuzlu “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, “Oktyabr İnqilabı” ordenləri və medallarla təltif olunan Mirəli Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat edib, 1-ci Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
Kilintonla Levinskinin ildönümü
2015-ci ilin 7 yanvarında Parisdə islam terrorçuları “Charlie Ebdo” satirik jurnalının redaksiyasına basqın edib 12 nəfəri güllələyiblər. Bu gün dünya bu hadisəni xatırlayıb islam dininə növbəti həqarətini yaxacaq, halbuki, həmin hadisə heç də boşuna baş verməmişdi, həmin jurnal islam dinini təhqir edən karikaturalar dərc etmişdi. 1999-cu ilin bu günündə ABŞ prezidenti Bill Klintonun Monika Levinski ilə “kişi-qadın münasibətlərində ifratçılığa yol verməsi” səbəbindən impiçmenti məsələsi üzrə dinlənilmələr başlayıb. 1992-ci ildə AT & T telefon kompaniyası tarixin ilk videotelefonunu istehsala buraxıb. Qiyməti 1499 dollar olub. 1979-cu ildə sovetin köməyi ilə Vyetnam qoşunları Kombodcada Pol Pot rejimini deviriblər. 1949-cu ildə ABŞ-ın Cənubi Kaliforniya Universiteti ilk dəfə genlərin fotosunu əldə etməsi barədə elan verib.
Yadınızdadır, Sovet dövründə üçbucaq karton paketlərdə süd satılırdı? 1929-cu ildə Nyu-Yorkda ilk dəfə üçbucaq karton paketlərdə süd satmağa başlayıblar. “Tarzan” filmi vaxtında çox sevilib, tarixin ilk macəra komiksi sayilir, o, ilk dəfə ekrana 1929-cu ilin bu günüdə çıxıb. 1924-cü ildə Odessada – Milad yarmarkası zamanı yerli millətçilər tərəfindən yəhudilərə qarşı qətliam həyata keçirilib. 1887-ci ildə amerikalı Tomas Stivens tarixdə ilk velosipedlə dünya səyahətinə çıxıb. 1610-cu ildə Qalileo Qaliley Yupiterin ilk peyklərini kəşf edib.
Eden Hazarddan Rafiq Əlizadəyəcən
Bu gün, İsa Məsihlə eyni gündə dünyaya gələnlərə gəlincə, 1991-ci ildə zəmanəmizin ən yaxşı futbolçularından biri sayılan belçikalı Eden Hazard, 1979-cu ildə “Çölçü” sosial klubunun yaradıcısı, çox istedadlı və təkrarsız azərbaycanlı Eltən Qədimbəyli, 1964-cü ildə məşhur amerikalı kinoaktyor, rejissor və prodüsser Nikolas Keydc, 1954-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (harada soruşdunuz, cavab verdim ki, Şəmkirdə), 1834-cü ildə alman fiziki, telefonu kəşf etmiş İoqann Reys, 1501-ci ildə Roma Papalarından ən məşhuru, Qriqorian təqvimini tətbiq eləyən 13-cü Qriqoriy doğulublar.
Bu gün dünyadan köçənlərə gəlincə, ötən ilin bu günündə Azərbaycan futbolçusu, bir vaxtlar “Neftçi”də oynayarkən hamının “penalti” təxəllüsünü vermiş Rafiq Əlizadə dünyadan köçüb. 1999-cu ilin bu günündə Azərbaycan ədəbiyyatının iki tanınmış nümayəndəsi - yazıçı Çingiz Ələkbərzadə 62, şair Rəfiq Zəka Xəndan isə 60 yaşında vaxtsız vəfat ediblər. “Tesla” sözü indi çox məşhurdur. İlon Maskın enerjiylə işləyən avtomobillərinə qoyulmuş bu adın bəs mənşəyi nədir? 1943-cü ilin 7 yanvarında serb və amerikalı fizik, ixtiraçı, sabit cərəyanı, yarımfaza sistemini və elektrik mühərrikini kəşf etmiş Nikolas Tesla dünyadan köçüb, bax bu həmin o Tesladır.
8 yanvar
Metro günü
Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır.
Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.
Metro sözünü işlədəndə nədənsə hər bir azərbaycanlı üçün bu sözün sinonimi kimi Tağı Əhmədovun da adı xatırlanır. Görəniniz olsa, onu da metro günü münasibəti ilə təbrik edin. Nə olsun ki, eksdir. Axtarsan, bəlkə də hər stansiyanın divarına, hər qatar vaqonunun oturacağına onun – Bakı metropoliteninə 16 il krallıq etmiş şəxsin adı cızılıb.
Arqayl günü
Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.
Yer kürəsinin fırlanması günü
Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb.
İşdə gözəllik və poeziya günü
Deyim ki, çox romantik bir bayramdır. Bu cümə günündə iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm.
Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?
“Zolotoy klyuçik”
Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi?
Azərbaycan SSR-in ən gözəl xanımı
Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş.
1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır.
1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.
Və ən nəhayət...
Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?
AzTV 100-dən çox filmi ilk dəfə Azərbaycan dilində təqdim edəcək
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 100-ə yaxın xarici filmin yayım hüququnu alıb.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, müxtəlif nüfuzlu kino kompaniyalarının məşhur filmləri ilk dəfə Azərbaycan dilində təqdim ediləcək.
Amerika, Avropa şirkətlərinin istehsalı olan müxtəlif janrlı filmlər hazırda tərcümə olunur. Tərcümə bitdikdən sonra dublyaj olunaraq tamaşaçılara təqdim ediləcək.
Filmlərin yanvardan etibarən yayımlanması planlaşdırılır. İlin sonuna kimi başqa yeni filmlərin də alınması nəzərdə tutulur.
Azərbaycan Televiziyasının 2022-ci il üçün layihələri bununla yekunlaşmır. Yeni verilişlər hazırlanacaq, sənədli və bədii filmlər istehsal olunacaq.
Yeni layihələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
“Qremmi mükafatları”nın növbəti təqdimat mərasimi təxirə salınıb
Los-Ancelesdə keçirilməsi nəzərdə tutulan “Qremmi mükafatları”nın təqdimat mərasimi koronavirusun “omikron” ştamının sürətlə yayılmasına görə təxirə salınıb.
TASS xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Səsyazma Akademiyasının rəsmi səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, ölkədə yararınmış vəziyyəti təhlil etdikdən sonra Səsyazma Akademiyası və “CBS” telekanalı 64-cü “Qremmi mükafatları”nın təqdimatını təxirə salıb.
Təşkilatçıların dediyinə görə, mükafatlandırma mərasiminin tarixi yaxın günlərdə açıqlanacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda baş verən hadisələrlə bağlı bəyanat yayıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Fonddan AzərTAC-a daxil olan bəyanatda deyilir:
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələri ciddi narahatlıqla izləməkdədir. Biz əminik ki, çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və türk dünyasının, türk birliyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əmin-amanlıq şəraitində inkişaf edərək, daha böyük uğurlar qazanacaqdır. Daima Qazaxıstanın yanında olduğumuzu ifadə edərək, tezliklə sabitliyin bərpasına dərindən inanır, qardaş qazax xalqına xoşbəxtlik və firavanlıq arzu edirik. Hadisələr nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.
Necə oldu ki, Nizami Gəncəvi “KoloritKafe”yə gəldi
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Habil Yaşarın “SMS” hekayəsini təqdim edir.
“SMS”
“Kitab evim” mağazasından Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabını alıb pilləkənlərlə aşağı düşərkən telefonuma SMS gəldi. Öncə nömrənin Azərbaycana məxsus olmadığını dəqiqləşdirəndən sonra “Google”da həmin nömrənin - “+19825467123659871” kodunun hansı ölkəyə aid olduğunu aydınlaşdırmağa çalışdım. Dəhşətli dərəcədə qəribə olan o idi ki, kod heç bir ölkəyə məxsus olmamaqla yanaşı, həmçinin heç bir adiyyatı orqanlara da aid deyildi. Bir anlıq özümü fantastik filmlərin içərisindəki kimi hiss elədim. Daha sonra ismarıcı oxumağa başladım və daha bir müdhiş qəribəliyə şahid oldum.
“Hörmətli Ayxan bəy, sizi 23 noyabr, saat 20:00-da Nizami küçəsi, 83 ünvanında yerləşən “KoloritKafe” restoranına dəvət edirəm.
Hörmətlə Nizami Gəncəvi”
Bir neçə saniyə yerimdə donmuş vəziyyətdə qaldığımdan, ətrafımdakıların gəliş-gedişinə maneçilik törətdiyimdən xəbərsizdim. Bir ağsaqqalın “Zəhmət olmasa, bir az kənara çəkilə bilərsinizmi?” sualı ilə ayıldım. “Buyurun” dedikdən sonra özüm də fikirli-fikirli addımlayaraq yoluma davam etməyə başladım. SMS-i isə sübut olaraq screen edərək saxladım.
“Sirlər Xəzinəsi” kitabını oğluma hədiyyə etdikdən sonra “KoloritKafe” restoranına getmək üçün evdən çıxaraq yola düzəldim. Bu müəmmalı SMS qarşısında düşüncələrimin olduqca dağınıq olduğunu nəzərə alaraq şəxsi avtomobilimlə deyil taksi ilə gedəsi oldum. Hər nə qədər özümü təmkinli göstərməyə çalışsam da evdə də bunu hiss etmiş, “sənə nə olub?” sualı qarşısında guya yolda baş vermiş hansısa avtomobil qəzasından sarsıldığımı bəhanə etmişdim.
Yol boyu ancaq və ancaq bu ismarıcın nə məna kəsb edə biləcəyini, kimin və hansı məqsədlə yaza biləcəyini araşdırdım. Hətta bunun dostlarım tərəfindən zarafaytana edilə biləcəyini düşünsəm də naməlum nömrə bu fikrimi tamamilə alt-üst edirdi. Ürəyimə bir çox variantlar gəlsə də heç biri məni razı sala bilmədi. İstənilən məntiqi düşüncələr sirli SMS qarşısında öz acizliyini etiraf etməyə məruz qalırdı.
Nəinki qohumlara, hətta ən yaxın sirdaşıma belə bu barədə məlumat vermədim. Çünki, onların da mənim kimi məəttəl qalacaqlarını bilirdim. Eyni zamanda, ən son ehtimal olaraq mənə qarşı edilə biləcək hər hansı bir sui-qəsddə kimsənin başının ağrımasını istəmədim (əslində, kim və nə üçün mənə sui-qəsd eləsin ki?).
Saatlar 19:30 göstərərkən “KoloritKafe” restoranına yaxınlaşaraq orada Nizami Gəncəvini gözləməyə başladım. Keçən hər saniyə sanki ömrümdən bir il aparırdı. Çünki olduqca həyəcanlı idim. Axı necə ola bilərdi? Necə ola bilərdi ki, Nizami Gəncəvi dünyaya yenidən zühur etmiş, nəinki ruhən, həmçinin cismən varlığını nümayiş etdirmişdi?
Saatlar 19:59:59 göstərərkən o, qarşımda dayanaraq mülayim bir səslə “Salam, Ayxan bəy” deyə müraciət elədi. Eyni tərzdə mən də ona xitab elədim. Hər ikisi, nə şəkillərdəki, nə də təsəvvürümdəki Nizaminin heç biri real həyatdakı Nizami qədər nurani, gözəl, yaraşıqlı, eyni zamanda əzəmətli deyildi. Nə dünyanın hər hansı bir lideri, nə də hər hansı bir məşhur Hollivud aktyoru xarizmatiklikdə onunla rəqabətə girə bilməzdi. Digər yanıldığım məqam isə onun rəsmlərdəki kimi yox, XXI əsrin dəbi ilə geyinməsi idi. Yəni, başı əmmaməli, atlas xalatda, ayağı çarıqda deyildi o, adi kostyumdaydı, ayağında da adi tufli.
Bəli, o mükəmməl deyilə biləcək qədər cazibədar, eyni zamanda, son dərəcə müasir idi. Asta addımlarla restorana daxil olduqdan sonra o məni masalardan birinə əyləşməyə dəvət elədi, həmçinin təklifini qəbul etdiyim üçün dərin minnətdarlığını bildirdi (bu arada mənim də istəyimi soruşduqdan sonra ofisianta sifariş verdi). Hər nə qədər təəccübümü gizlətməyə çalışsam da o hər şeyi hiss edərək həddən artıq yumşaq tərzdə dedi:
-Bu qədər həyəcanlanmağınıza ehtiyac yoxdur, Ayxan bəy.
Daha sonra: “Son dərəcə təəccüblənməyinizi də normal qəbul edirəm. Bəli, mən Nizami Gəncəviyəm”, -deyə əlavə elədi.
Bu an hər nə qədər yuxudaymış kimi olsam da kəkələdim:
-XII əsrdə yaşayan, nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin tanıdığı o, Şeyx Nizami Gəncəvi sizsiniz?
O, da cavabında “Bəli, özüdür ki, var. Mən oyam. Başdan-ayağa kimi, bütün cisminmə, ruhumla Nizami Gəncəviyəm” söylədi.
Onun etirafından sonra mən cəsarətlənərək, həm də kəkələməyimi azacıq düzəldərək yeni bir sual ünvanladım:
-Bəs necə olur ki, siz yenidən bu dünyaya qayıtmısız, zühur etmisiz?
O, tamamilə soyuqqanlı şəkildə cavab verdi:
-Şairlərin ölməz olduğunu bilmirsinizmi? Onlar hər iki dünyada sağ və salamatdırlar. Digər insanlar onları görmək və hiss etmək qabiliyyətinə malik deyillər.
Mən məyus şəkildə “Əlbəttə, əlbəttə, şairlər ölməzdir” deyib udqundum. Və daha sonra məni maraqlandıran növbəti sualı verdim:
-Bəs siz necə olub ki, Yer üzərində heç bir dövlətə və ya adiyyatı qurumlara məxsus olmayan nömrə və kod vasitəsi ilə mənə ismarıc göndərmisiz?
O, bir daha təəccübsüz-filansız:
-Allah şairlərə nəinki xəyal gücünün bütün dərinliklərindən istifadə etməyə imkan yaratmış, həmçinin xəyallarını reallaşdırmaq üçün qabiliyyət də vermişdir. Və mən də Allahın sonsuz lütflərindən yararlanaraq sizlə əlaqə yaratmağa çalışdım, - cavabını verdi.
Elə bu məqamda sonda verəcəyim sualın müəyyən qədərini özü açıqlamışdı ki, məni ən çox təəccübləndirən mətləbi tamamilə öyrənmək üçün Nizamiyə müraciətlə dedim:
-Azərbaycanda 10 milyon, Yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim.
Azacıq sükutdan sonra o, böyük ehtiramla, sadəcə üç sözdən ibarət “Siz buna layiqsiniz” deməklə kifayətləndi.
Bu sözləri eşidərkən hiss etdiklərimi hansı sözlərlə ifadə edəcəyimi yazmaqda acizəm. Sadəcə onu deyə bilərəm ki, sanki, damarlarımda qanım donmuşdu, ruhumun ən dərin qatlarında isə yazıb-yaratmaq eşqimin alovlandığını duyurdum. Əllərim titrəyirdi, ürək döyüntülərimin səsinin onun tərəfindən də eşidilə biləcəyini güman edirdim.
Bu məqamda o, “yeməyini ye” deyib özü də yeməyə başladı. Biz sakitcə yenəyimizi yeyib qurtardıqdan sonra o, “artıq mənim getmək zamanım gəlmişdir” söylədi, sonra da əlavə etdi:
-Oğlum, bu dünya zamanı ilə mənim 880 yaşım tamam olur. Gün o gün olsun ki, sizin də 880 yaşınız qeyd edilsin və bunun belə olacağını da zənn edirəm. Başqa bir aləmdə yenidən görüşmək ümidi ilə Allaha əmanət olasınız, Ayxan bəy.
Gedişindən bir neçə saniyə keçməsinə baxmayaraq yerimdə donub qalmış, baxışlarımı o gedən istiqamətə zilləmişdim. Cismən yeriməsinə baxmayaraq yolun sonuna yaxın heç kəsin olmadığı bir yerdə anidən buxarlanaraq qeybə çəkildi.
Nə qəribədir ki, SMS və screen şəkil də silinmişdi.
Nizami alicənablığının, ululuğunun qarşısında heyrətimi gizlədə bilməyərək göz yaşlarıma sahib olmağı bacarmayaraq ağladım.
23.11.2021