Rusiyada Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Min bir gecə” baleti nümayiş olunacaq

Cari ilin 22-23 yanvar tarixində dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaqdır. Tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcəkdir.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilmişdir. Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirmişdir.

Onu da qeyd etmək lazımdır ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunmuşdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.