Super User

Super User

Yola saldığımız 2021-ci il təbii və siyasi kataklizmlərlə dolu,  COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan bir il oldu. 

2021-ci illə vidalaşmazdan əvvəl və vidalaşdıqdan sonra Euronews oxuculara son 12 ayın əsas hadisələrini fotoxronikada nəzərdən keçirməyi və yada salmağı təklif etməkdədir. 

“Ədəbiyyat  və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir. 

Biz sizə əvvəlki ayların fotolarını sıra ilə təqdim etmişdik. Bu gün də sizə 2021-ci ilin oktyabr və noyabr  aylarında  baş verən əsas hadisələrin fotolarını təqdim edəcəyik. 

 

Oktyabr,  2021-ci il. 

 

1-ci yer

İspaniya

Palma adasında püskürmüş vulkanın külü sanki qar kimi evləri altına alıb. 

Foto: Emilio Morenatti/AP Photo

 

Noyabr, 2021-ci il

 

1-ci yer

Belorus

Miqrasiya krizisinin noyabrdakı pik anları. Belorus vasitəsilə Polşaya keçmək istəyən miqrant ailələrindən biri - Kürd ailəsi Polşa ilə sərhəddə.

Foto: Wojtek Radwanski/AFP

 

(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin sonuncu - dekabr ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz).

Ankarada 50 türk və Azərbaycan şairinin şeirləri iki dildə - türk və ingilis dilində Berikan Yaynevi tərəfindən nəşr edilib. Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan bu kitabdakı şeir mətnlərini ingilis dilinə Azərbaycan yazıçısı Kamran Nəzirli çevirib. Antologiyanın tərtibçisi İLESAM-ın rəhbəri, şair-filosof Mehmet Nuri Parmaksızdır.

Bu antologiyaya 100 şeir və 100 şair daxil edilib. Azərbaycan şairlərindən, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Abbas Abdulla, Vahid Əziz, Qəşəm Nəcəfzadə, Rəşad Məcid, Musa Ələkbərli, Əlizadə Nuri, Nüşabə Məmmədli, Elnaz Eyvaz, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Xəyal Rza, Qulu Ağsəs, Fərid Hüseyn, Nazim Əhmədli, Vaqif Bəhmənli, Adil Cəmil və başqalarının Vətən haqqında şeirləri antologiyada yer alıb.

Kitab kütləvi tirajla çap olunub.

Çərşənbə axşamı, 11 Yanvar 2022 10:11

Nizami ilindən Şuşa ilinə - Əkbər Qoşalı yazır

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı, şair Əkbər Qoşalının 2021-ci ilin yekunlarından bəhs edən “Nizami ilindən Şuşa ilinə" yazısını təqdim edir.

 

 

Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət"! H.Cavid

 

Ötən ilə sözardı 

2021-ci il – “Nizami Gəncəvi İli” başa çatdı. Gəlin öncə bu adlandırmanın kulturoloji aspektinə nəzər salaq: 44 günlük müharibədən sonrakı ilk təqvim ili dahi şairimizin şərəfinə “Nizami Gəncəvi İli” elan edilincə, istər-istəməz tarix, mədəniyyət və əlbəttə, dahinin doğma şəhəri Gəncə, vəsf etdiyi Bərdə ağla gələn ilk ünvanlar oldu. Gəncə və Bərdə müharibə vaxtı qadağan olunmuş raketlərlə Ermənistan tərəfindən atəşə tutulmuş və bu, mülki insan tələfatına, dağıntılarla yol açmışdı. Habelə işğal altındakı ərazilərin azad olunması Nizami şəxsiyyətinə və irsinə sahiblənməyə çalışan başqa rahatsız qonşumuzun hakim dairələrini rahatsız edirmiş kimi bir “siyasi sayrışma” da vardı. Nə gizlədək, özünü İslam respublikası elan etmiş ölkənin məscidlərə donuz dolduran Ermənistanla necə sıx işbirliyi içində olduğu, ərazilərimiz azad olunduqdan sonra danılmaz faktlarla üzə çıxdı... Müharibə meydanında qızıl ləyaqət göstərmiş humanitar təfəkkürlü Orduya sahib Azərbaycan, postmüharibə dövründə də qızıl ləyaqət əzm və iradəsini nümayiş etdirdi. 44 gün içində 10 min fərarisi, çoxsaylı hərbçi və texnika itkisi yaşamış işğalçıdan fərqli olaraq, qalib dövlətimiz, bir fərarisi belə olmadan, bir mülki erməninin burnunu bilərəkdən qanatmadan Zəfər qazandığı kimi, adil sülhqurma yetənəyini də göstərdi. Bu, (artıq ümumişlək səkil almış sözlə desək) işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçidin özü idi. Müharibəni necə aparmaq da mədəniyyətə daxildir; amma sülh mədəniyyəti çağdaş dünya çağırışları və bizim xalqın yapısı etibarı ilə daha cəlbedici, daha məqbuldur. Dahi Nizami də dünyanın ən böyük humanistlərindəndir. Gəncəli dahinin irsi dünyanın indiki halında, mədəni-mənəvi iqlimi, humanitar təfəkkürü zənginləşdirməkçün geniş imkanlara malikdir. 

Beləliklə, postmüharibə ili Azərbaycanda mədəniyyət ili kimi xarakterizə olundu: “Nizami Gəncəvi İli”, Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada Xarıbülbül festivalının, Vaqif Poeziya Günlərinin bərpası, yeni Mədəniyyət nazirinin təyin edilməsi və ona Yeni Mədəniyyət Strategiyasının hazırlanması tapşırığının verilməsi 2021-ci ilin birinci ayında baş verdi. – Müzəffər Ali Baş Komandan 2021-ci ilin xarakterini ilk aydan müəyyənləşdirmiş oldu. İkinci ayda isə qüdrətli söz sənətkarı, qəbri Göyçədə erməni vandallığına məruz qalmış Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam verildi. Hər ayın mühum mədəniyyət hadisələrini bir-bir sadalamadan deyək ki, Xarıbülbül festivalı da, Vaqif Poeziya Günləri də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olundu; Şuşanın Mədəniyyət Paytaxtı olması haqqında Qanun qəbul edildi, Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması haqqında Sərəncam verildi. 2021-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasının 30-cu ildönümü tamam oldu, həmin gün ərəfəsində bir qrup mədəniyyət-incəsənət xadimi dövlət başçısının Sərəncamı ilə təltif edildi. Ötən il bir neçə klassikimizin də yubiley ili oldu, mədəniyyət ictimaiyyətimiz həmin yubileylərə biganə qalmadı: Abdulla Şaiq, Xan əmi, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Salatın Əsgərova və b. görkəmli şəxsiyyətlər sayğı ilə anıldı... Nə təvafüqdür, mədəniyyət ili kimi xarakterizə etdiyimiz 2021-ci il, Azərbaycanda kulturologiya elminin yaradıcısı, mənim əziz müəllimim Prof.Dr. Fuad Məmmədovun da yubiley ili (75) oldu. Tanrı Fuad müəllimə möhkəm can sağlığı versin. ADPU-nun 100 ilik yubileyi də (2021-ci ilin dekabrında) təntənəli şəkildə qeyd edildi. Bu universitet əməkdaşlarının təltif olunması, habelə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncam da 2021-ci ilin son ayında imzalandı. 

2021-ci ilin 24 dekabrında 60 yaşı tamam olan Müzəffər Ali Baş Komandamız öz yubiley günündə işğaldan azad olunmuş ərazilərimizə səfər edib, qəhrəman hərbçilərimizlə görüşməklə, öz yubileylər ənənəsini qürurlu bir şəkildə təkrarlamış oldu: öncəki yubuleylərini qaçqın və məcburi köçkünlərimizlə, hərbçilərimizlə birgə keçirən dövlət başçısı bununla bir örnək yaradıb. Bu, bir rəhbər ədəbidir, dövlətçilik mədəniyyətidir! Dövlət başçısının ünvanına nüfuzlu dövlət, hökumət başçılarından, mədəniyyət, incəsənət xadimlərindən gələn çoxsaylı təbriklərə, isti sözlərə şahid olmaq xoşdur. 

2021-ci ildə Ağdam, Cəbrayil, Füzuli şəhərlərinin yeni təməlqoyma törənləri keçirildi. Torpağın əsl sahibləri ilə yadellilərin fərqi budur: yadelli qurulunu dağıdıb, əsl sahibsə yenidən qurur, yaradır. Qurub-yaratmaq, ev tikmək, bulağın gözünü açmaq, yol çəkmək, körpü salmaq xeyirxahlıqdır, xoşgörüdü, humanizmdir, böyük mədəniyyətdir! 

 

Hüququn mədəniyyəti, mədəniyyətin hüququ... 

Bir daha Şuşanın Azərbaycanın Mədəniyyət Paytatxı elan olunması, dağlar incisinin haqq etdiyi statusun mənəvi müstəvidən hüquqi müstəviyə daşınmasına toxunaq. 

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun layihəsi hər bir vətəndaşımızın, dünya azərbaycanlılarının, Azərbaycan dostlarının həyatında əlamətdar, unudulmaz hadisə oldu. Şuşa şəhərinin statusunun ayrıca Qanunla müəyyən edilməsi hüquq mədəniyyətimizdə, dövlət quruculuğu sahəsində önəmli hadisədir. Bu, yalnız hüquq mədəniyyətimizi deyil, həm də mədəniyyətin hüququnu (!) göstərir. Dünyada şəhər-dövlətlər var; Şuşanın Qanunla müəyyənləşən statusu, Mədəniyyət Paytxatı olması, bu ilin Şuşa İli elan edilməsi və s. Şuşanı ölkə kimi şəhər mənəvi ucalığına qaldırır. Bu, düşmənə göz dağıdır, dosta məhəbbətdir, xalqa qürur qaynağıdır! Və bilirik ki, Şuşaya aparan yollar Şusada qurtrarmır!.. 

 

Qüdrətli söz dühalarının şad olan ruhu

Əlbəttə, il içində Nizami Gəncəvinin 880, Asıq Ələsgərin 200 illiyi ilə bağlı çoxsaylı yerli və beynəlxalq tədbir keçirildi, təzə kitablar gün üzü gördü, elmi araşdırmalar davam etdirildi, yeniliklər üzə çıxdı və s. Bütün bunlarla yanaşı, ötən ilimiz “Şərqi Zəngəzur”un bir coğrafi termin olaraq rəsmi ədəbiyyatda öz yerini alması ilə də əlamətdar oldu. 2021-ci il Qarabağda, Gündogar Zəngəzurda vandallıqdan quruculuğa keçid ili oldu. Bu keçid Ermənistanın vandal üzünü (üzsüzlüyünü!), Azərbaycanın qurucu üzünü bütün dünyaya bir daha göstərdi. – Elə göstərdi ki, görmək istəməyənlər belə gördü, qaçılmaz fakt qarşısında qaldı. İl ərazilərimizin minalardan böyük ölçüdə təmizlənməsi və əzəli torpaqlarımıza ləyaqətli dönüş üçün təhlükəsiz ortamın yaradılması ilə də yadda qalacaq. 

Ayrıca, yaşayan Vətən Müharibəsi Qəhrəmanlarımız özləri, şəhid Qəhrəmanlarımızınsa ailəsi 2021-ci ildə dövlət tərəfindən yeni mənzillərlə təmin olundu. Şəhid Vətən Müharibəsi Qəhrəmanlarımızın əziz adı respublikamızın ayrı-ayrı şəhərlərində, rayonlarında əbədiləşdirildi. 

Ötən il – Nizami İli, işğaldan azad olunmuş ərazilərimizdə yol mədəniyyəti, şəhərsalma mədəniyyəti, mədəniyyət, sənət, ruhaniyyat ocaqlarının bərpası, yeni əsərlərin yaradılması ilə süsləndi. Ümumiyyətcə 2021-ci ilin ölkəmizin həyatında çox önəmli illərdən biri olması həm də yol mədəniyyəti ilə şərtlənir. – O cümlədən Zəfər Yolunun tikintisinin başa çatdırılması, Qarabağda, Gündoğar Zəngəzurda hava, dəmir və quru yolların layihələndirilməsi, bərpası, çəkilməsi “Yol– iqtisadiyyat, mədəniyyət, bir sözə, həyat deməkdir” (H.Əliyev) kəlamının həyatiliyini bir daha təsdiq etdi. 

 

Mədəniyyət. Kulturologiya

Mədəniyyət nədir? – “Mədəniyyət ikinci süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün poitivlərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir, xaos və cahillikdən biliyə, nizama, inkişafa, rifaha doğru yoldur. Mədəniyyətin inkişafının əsasını təşkil edən başlıca motiv insan yaşamının qorunub saxlanması və yaxşılaşdırılması qayğısıdır”. Bəs Kulturologiya nədir? – O, “insanın yaradıcı yaşam çalışması haqqında, onun mahiyyəti, özəllikləri, tarixi, uğurları, inkişaf qanunları, texnologiyaları və dəyişim imkanlarını açıqlayan elmdir”. (Hər iki sitat Azərbaycanda kulturologiya elminin yaradıcısı Prof.Dr. Fuad Məmmədovdandır.) Məsələn, Şuşanın Mədəniyət Paytaxtı elan edilməsinin, müvafiq Qanunun qəbulunun, Şuşa şəhər Dövlət Qoruğunun yaradılmasının, nəhayət 2022-ci ilin Şuşa İli elan olunmasının kulturoloji açması bu cümlələrlə daha da aydınlığa qovuşur: “Təbiətin, insanın və toplumun universal, üzvi birliyi və bundan irəli gələn tərəqqi; Ruhu (əqli, mənəvi) və maddi dəyərlər, normalar; Dəyərlər və normaların istehsalı, qorunması, istehlakı, translyasiyası texnologiyası”... Yəni kulturologiya və insan inkişafı bir arada götürülür – “Mədəniyyət tam sosial sistem kimi” təsəvvür edilir. 

“Nizami Gəncəvi İli”ndə siyasi, diplomatik, iqtisadi, hərbi və d. əməli fəaliyyət sahələri üzrə Azərbaycan Respublikasında həyata keçirilən işlərdə, islahatlarda da illa mədəni təməl, kulturoloji əsas vardır. Hüquq mədəniyyəti, siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mübarizə mədəniyyəti, qardaşlıq mədəniyyəti və s... Qardaşlıq mədəniyyəti demişkən: Dünyaya səs salan “Şusa Bəyannaməsi”nin imzalanması, Qarabağın hava qapısı “Füzuli Hava limanı”nı iki qardaş ölkə başçısının birgə açması, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada, Füzulidə, Zəngilanda... verdiyi çox önəmli ismarıclar da 2021-ci ilin əziz hadisələridir... Və bu yerdə qardaş ölkədə 2021-ci ildə baş vermiş irimiqyaslı orman yanğınlarını xatırlayaq: Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyi Türkiyə, Azərbaycan və bir sıra region ölkəsinin mediasında, sosial şəbəkələrdə gündəm oldu. Bəlli olduğu kimi, 2020-ci ildəki Azərbaycan Vətən Müharibəsində qardaş Türkiyə bizə güclü mənəvi, siyasi, diplomatik, psixoloji dəstək verdi və Türkiyənin dəstəyi Zəfərin qazanılmasında böyük önəm daşıdı; “Şuşa Bəyannaməsi”ndən sonra Türkiyədə misli görünməmiş orman yanğınları baş verincə Azərbaycan yanğınsöndürənlərinin öz ormnalarımızı, öz ev-eşiyimizi qoruyurmuşcasına qardaş ölkədə fədakar əməklə iştirakı bizim doğrudan-doğruya "Bir millət, iki dövlət" olduğumuzu dünyaya bir daha göstərdi. Hələ Azərbaycan yanğınsöndürəninin əziz Türk bayrağını yanğından qoruması, bu kimi onlarla özəl, duyğulu faktlar qardaşlıq, fədakarlıq, təmənnasızlıq mədəniyyətinin ifadəsi, təcallasıydı. Bizim yanğınsöndürən maşınlarımızı görən qardaş ölkə vətəndaşlarının yollar boyu düzülüb, onlara sərin su, isti çörək, gül-çiçək verməsi də qardaşlıq duyğularının, qədirşünaslığın ifadəli təcallasıydı. 

 

YAŞAT!

Azərbaycan Prezidenti İlham Əliyevin 08.12.2020-ci il tarixli Fərmanı əsasında yaradılan “YAŞAT” Fondunun əsas sınaq ili, çalışma ili də 2021-ci ilə düşdü. Yerli icra orqanlarında şəhid ailələri, yaralı qazilərlə iş üzrə yeni şöbələrin də sınaq ili, çalışma ili olan 2021-ci ildə yüzlərlə şəhid ailəsinin, yaralı qazinin qayğıları öyrənildi, onlara zəruri mənəvi-maddi dəstək göstərildi. Bu, vəfa borcu – mənəvi borcla yanaşı hüquqi xidmət mədəniyyətini, yeni qurumlar yaratmaq və operativ çalışma moduna keçirmək mədəniyyətini ifadə etmiş oldu. 

 

İlin yekunları 

2021-ci ilin sonunda Mədəniyyət Nazirliyi, demək olar, bütün mərkəzi icra hakimiyyəti orqanları ilin yekunları ilə bağlı açıqlamalar verdi, il içində görülmüş işləri, yeni ilə dair baxışları dəyərləndirdi. Bu, yaxşı təcrübədir və daha da genişləndirilməsi, dərinləşdirilməsi faydalı olardı. Yaxşı olardı ki, belə mühüm hesabatların hazırlanması, təqdimatı işinə müvafiq ictimai şuralar da cəlb olunsun, onlar da fikir və mülahizələri ilə o hesabatları, yekun dəyərləndirmələri zənginləşdirsin (yaxud tənqidi fikirlərini söyləsin). 

 

Çatışmazlıqlar haqqında 

Burada nöqsanların, çatışmazlıqların deyilməsi də vacibdir. Məsələn, ölkənin elə böyük şəhəri var ki, oranın bütün (təkrar edirəm, bütün!) mədəniyyət obyektlərinin damı su buraxır, damır... Elə muzeylərimiz var, təmirə ehtiyacı var, elə mədəniyyət, incəsənət xadimlərimiz var diqqət-qayğıya ehtiyac duyur və s. Fəxri adlarla bağlı keçmiş təcrübənin (bəzi neqativ halların) təcrübəsizlik sayılması minvalı ilə yeni təcrübənin bir an öncə tətbiqi də arzuolunandır. Milli donor institutu kimi də çıxış edən nazirliklərin QHT-lərin layihələrini maliyyələşdirməsi, bu işin şəffaflığı üçün İctimai Şuranın potensialından yararlanılması ümumi işin xeyrinə olardı. Mədəniyyət Nazirliyi xətti ilə, eləcə də digər dövlət orqanları xətti ilə nəşr olunan kitablara 300 tiraj məhdudiyyəti qoyulması da qəbulu çətin məsələ kimi gəlir mənə. Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Prezident Sərəncamı əsasında nəşr olunan kitablar 25 min tirajla çıxmışdı. Heydər Əliyev Fondunun nəşrləri də kütləvi tirajla gün üzü görür. Fondun layihəsi əsasında möhtəşəm “Bakı Kitab Mərkəzi” açılıb. Ayrıca, 2019-cu ildə Prezident Sərəncamı ilə yaradıcı qurumlara bir dəfəlik yüksək məbləğdə vəsaitin ayrılmasını da xatırlayırıq; bu yardımdan savayı, yaradıcı qurumların zəruri fəaliyyəti dövlət büdcəsindən davamlı olaraq maliyyələşir. Milli Məclisdə kitab, qəzet, çap məmulatlarına tətbiq olunan vergi ilə bağlı mühüm qərarın qəbulunu da unutmuruq. Bu misallardan da göründüyü kimi dövlətin ali rəhbərliyi kitaba dönüşə, kitab işinə, oxu sənətinə necə səxavətlə yanaşır, necə böyük önəm verir. Doğrudur, zaman-zaman bəzi yüksək çinli məmurlar Prezidentin səxavətini bəlkə düzgün qiymətləndirməyib, kütləvi nəşrlərdə hansısa məqamda başdansovdu işlər də görülüb lakin enində-sonunda, dövlətin ali iradəsi bəllidir: kitab çapı, tiraj, keyfiyyət və məzmun məsələləri qaydaya salınmalıdır. 

 

İctimai Şura 

Yeri gəlmişkən İctimai Şuralar, ümumən ictimai iştirakçılıq özü bir mədəniyyət hadisəsidir – buna vətəndaş cəmiyyəti quruculuğu, hüquqi dövlət quruculuğu aspektindən də baxmaq olar. Amma bütün ictimai şuralar işləkdirmi, bütün dövlət qurumları yaxud məmurlar Prezidentin siyasi iradəsini, fəlsəfi baxışını idrak edirmi? – Birmənalı cavab vermək çətindir. Könül istər, hər mərkəzi icra hakimiyyəti orqanı başçısı İctimai iştirakçılıq fəlsəfəsi ilə, müvafiq normativ hüquqi aktlarla, Qanun, Sərəncamla dərindən tanış olsun... Elə İctimai Şura var, yanında fəaliyyət göstərdiyi mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri ilə görüşü bir müşkül məsələdir, elə orqan da var, rəhbəri İctimai Şura ilə vaxtaşırı özü görüş təşkil edir, problemləri onlardan dinləyir... Yeri gəlmişkən Mədəniyyət Nazirliyinin İctimai Şurası İctimai iştirakçılıq haqqında Qanuna müvafiq olaraq, ilk dəfə 2021-ci ildə formalaşdı. Şuraya seçkilər gərgin mübarizə ortamında iki turda baş tutdu və 9 nəfərlik heyət müəyyənləşdi. Şuranın ilk iclasında tanınmış rejissor Gəray Əlibəyov sədr seçildi. 

 

İctimai dəstək 

Dövlətin, Heydər Əliyev Fondunun atdığı önəmli addımlar, həyata keçirilən mühüm layihələr ictimai platformadan da dəstək görür, mədəniyyət ictimaiyyəti ilhamlanır, naşirlər, kitabçılar öz xidmətlərini təklif edir. Deyək ki, AZƏRKİTAB – Kitab Mərkəzinin qurulması, davamlı və təqdirəlayiq fəaliyyəti, “Hədəf”, “XAN”, “Mücrü”, "CBS", “Qanun”, “Altunkitab”, “Qələm”, “Zərdabi”, “Parlaq imzalar, “Elm-təhsil”, “Nurlan”, “Zirvə”, “Turan Evi” və b. nəşriyyatların layihələri, kitaba çağırış tədbirləri, “Kitab Bayramları” təqdirəlayiqdir və dəstəklənməlidir. Mən Azərbaycan Naşirlər Birliyinin təşkil etdiyi I Sumqayıt Kitab Bayramı, I Gəncə Kitab Bayramını, “Qanun”un Bakı Əl Oyunları İdman Sarayında bir ildə iki dəfə təşkil etdiyi Kitab sərgi-satış yarmarkasını məhəbbətlə xatırladıram. Mədəniyyət Nazirliyinin "Baku Ekspo Mərkəzi"ndə beynəlxalq standartlara uyğun düzənlədiyi Beynəlxalq Kitab Sərgisini, İstanbulda, digər ölkələrdəki Kitab sərgilərində nazirliyin və bir sıra nəşriyyatlarımızın timsalında ölkəmizin iştirakını da unutmuruq, alqışlayırıq. 

 

Siyasi mədəniyyət aşamaları

Siyasi partiyaların dövlət qeydiyyatı, qərargah təminati işi, dövlətçilik adına işlərdə partiyaların həmrəyliyi mövzusunda 2020, 2021-ci illərdə diqqətəlayiq məzmun qazanıldığını düşünürəm. Buraya respublikamızdan yayın yapan internet TV-lərin polemik mövzularda debatlar təşkil etməsi də əlavə oluna bilər. “Yeni Müsavat”ın qurucu-baş redaktoru Rauf Arifoğlunun “Dərin təhlil”i bu planda özəl yerə sahibdir. Habelə İTV-nin fərqli baxış bucaqlarına meydan vermə yolunda irəliləməsi, örnəyi, Eldar Namazovun “Aydınlıq” proqramı siyasi mədəniyyətə müsbət təsir edən amilə, faktora çevrilməkdədir, desək, yanlış olmazdı məncə. 2021-ci il, aprelin ilk günü yayın həyatına başlayan "Bayraqdar.info" daha çox Türk dünyasına, Azərbaycan həqiqətlərinə, mədəniyyətə, gənc nəslə, peşəkar jurnalistikaya, vətəndaş cəmiyyəti institutlarına, siyasi plüralizmə meydan tanımaqla kulturologiyanın predmeti üzrə hərəkət edir. 2020-ci ildəki milli həmrəylik mədəniyyətimizi sosial mediada, internet TV-lərdə, portallarda, habelə siyasi partiyalarımızca, QHT-lərimizcə sürdürməyimiz vacibdir. Müharibə bitib, amma rəsmi sülh anlaşması imzalanmayıb. Əgər Dəmir Yumruq yerindəsə, deməli, həmrəylik də yerində olmalıdır. Bu, milli birlik mədəniyyətinin bir şəklidir. Nəhayət, 2021-ci ildə Zəfərin birinci ildönümü münasibəti ilə böyük Amnistiya qəbul edildi. Bu, necə deyərlər, yalnız xeyirxahlığın, humanizmin deyil, Zəfər mədəniyyətimzin bir göstəricisi oldu.

 

Bir daha qardaşlıq haqqında 

2021-ci ildə intensiv xarakter alan, genişlənən Azərbaycan-Turkiyə, Azərbaycan - Türkiyə - Pakistan birgə təlimləri hərbi qardaşlıq mədəniyyətimizin göstəricisi oldu. Ağoğlanda qurulan Komando Briqadamız Dəmir Yumruq mədəniyyəti əsasında, gələcəkqurma və təhlükəsizlik mədəniyyətimizi göstərməkdədir... 

2021-ci ildə Azərbaycanın Türk Dövlətləri Şurasına sədrliik müddəti uğurla başa çatdı. Türk Dövlətlər Şurasının əsasında Türk Dövlətləri Təşkilatının yaradılması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Türk Dünyasının ali ordeni ilə təltif edilməsi bizim 2021-ci ili həmişə qürurla xatılamağımıza başqa bir vəsilədir.

2021-ci ildə Türk Dövlətləri Təşkilatı, eləcə də, Azərbaycan-Türkiyə Media Platforması xətti ilə bir sıra görüşlər, səfərlər gerçəkləşdi. O cümlədən işğaldan azad olunmuş Azərbaycan torpaqlarına (bu sətirlərin müəllifinin də qatıldığı) media tur təşkil olundu. Belə bir media turun qarşı günlərdə qardaş Qazaxıstana təşkil edilməsi yaxşı olardı. 

 

Pandemiya dövründə davranış mədəniyyəti 

2021-ci ildə Azərbaycan Qoşulmama Hərkatına ləyaqətli, xarakterli rəhbərliyini davam etdirdi, Hərəkata sədrlik daha bir il ölkəmizə etibar edildi. BMT səviyəsində bizim Prezidentin Qoşulmama Hərəkatının sədri olaraq, Hərəkatın mövqeyini, qərarını ifadə edərək, qaldırdığı məsələlər qəbul gördü: bu, “peyvənd millətçiliyi”nə qarşı təsirli tədbirləri, pandemiyaya qarşı qlobal həmrəyliyi və s. özündə ehtiva edir... Bu, qlobal həmrəylik mədəniyyətinin yaradılmasına Azərbaycan töhfəsidir. Tarix unutmayacaq. Ötən yüzilliyin başlarında, Azərbaycan hələ müstəqil olmayan vaxtlarda Hacı Zeynalabdin Tağıyevin pandemiyadan ciddi əziyyət çəkən qardaş Pakistan xalqı (o vaxtı Britaniya Hindistanın müsəlman əhalisi) üçün göndərdiyi 300 min ampul peyvənd unudulmadığı kimi, müstəqil Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının pandemiyaya qarşı qlobal həmrəyliyə tarixi töhfəsini də tarix qızıl səhifəsinə yazacaq! 

 

Xətaidə yeni ünvan 

Hərbi Qənimətlər Parkı kimi bir mədəniyyət ocağının təsisi də 2021-ci ilin bəxtinə düşdü. Bu parkda düşmənin mərmiləri, silah-sursatı dinc məqsədlərçün – oturacaq, zibil qabı, gündən, yağışdan qoruyan vasitə misalı yeni məzmun qazanıb... Hərbi Qənimətlər Parkının fəlsəfəsinə, dizaynına, modelinə yalnız alqış düşür! Hələ Parkda olmamış dostların bir an öncə ora baş çəkməsini önərirəm: Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 15! 

 

Sərgilər 

Ötən il paytaxt Bakı başda olmaqla respublikamızda çoxsaylı sərgilər təşkil olundu; şadam ki, o sərgilərin bir çoxunun hazırlanmasında iştirak etdim, açılış törənlərinin aparıcısı oldum. Nizami Gəncəvi irsi ilə, aşıq sənəti ilə, Kəlbəcərlə, Laçınla bağlı sərgilər anlamlıydı... Gənc istedadlarımızı tanımaqdan bir ayrı cür məmnunam. Onların istedadının, hünərinin şəhid hərbçilərimizin hünərvər obrazının yaradılmasına həsr olunmasından şad oldum. Mili Qəhrəman Allahverdi Bağırovun heykəlini, Milli Qəhrəman Polad Həşimovun, Milli Qəhrəman İlqar Mirzəyevin büstünün maketini hazırlayan gənc istedadlarımıza necə alqış deməyəsən? Vətən Müharibəsinin bütün şəhidlərinin şəklini xalçaya toxudan işadamımız Əhməd bəyin işadamından daha artıq içadamı olduğunu, yanar ürəyini necə vurğulamayasan? Az qala bütün şəhidlərimizin rəsmi məhz gənc istedadlarımız tərəfindən çəkilibsə, Xarıbülbül, Şuşa onlarla yeni əsərə mövzu olubsa, fərəhlənməmək olarmı? Hələ-hələ fiziki məhdudiyyətli yaradıcı gənclərimizin (Fərid Musayev, Aytac Quliyeva, Ceyhun Ənvərzadə, Dərgah Əliyev, Lalə Həsənova, Samirə Salmanova, Vüsalə Musayevanın) ürəklərinin, ruhlarınin gücu ilə araya-ərsəyə gələn əsərlər heyrətamizdir! 

Qardaş Özbəkistanın nüfuzlu şairi, “Kitab Dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “44 gün” kitabı ilə çıxış etməsi, kitabın şairin iştirakı ilə Sumqayıtda, Gədəbəydə təqdimat törəninin keçirilməsi, şairin həmvətəni Şohrət Barlasla birgə Şuşaya səfərinin təşkili, Bakida keçirilən görüşlər də 2021-ci ilin undulmazları sırasındadır...

Bu tədbirlərin böyük əksəriyyəti Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi, xətti ilə görüldü. Komitənin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə silsilə tədbirləri yaddaqalandır. O sırada, Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərində Komitənin yaxından təmsil olunması, Komitə sədri Qənirə Paşayevanın “Addım-addım Özbəkistan” kitabının qardaş ölkədə təqdimatının keçirilməsi 2021-ci ilin aktivinə yazılan mədəniyyət hadisələrindədir. Komitənin “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Masallı Təhsil Fondu”, DGTYB, ADPU Quba filalı və b. ictimai qurumlarla əməkdaşlığı ilə kitablar hazırlandı, təqdimatlar, canlı və onlayn konfranslar keçirildi, səfərlər, görüşlər təşkil olundu. Görkəmli şəxsiyyətlərimiz Abdulla Şaiqin, Xan əminin, Aşıq Əlsəgərin, Əzizə Cəfərzadənin, Nəsir İmanquliyevin, Salatın Əsgərovanın yubileyləri ilə bağlı, Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabı ilə bağlı ortaq türk qurumlarının iştirakı ilə onlayn təqdimatların keçirilməsi, Macar ədəbiyatının klassiki Şandor Petefinin “Məni yandıracaq içimdəki od” kitabının nəşrə hazırlanması, nəşri, təqdimatı, Zəlimxan Yaqubun “Türkün taleyi” kitabının nəşrə hazırlanması, nəşri, Ankarada (“Türk Ocaqları”nda) təqdimatı, “Dədə Ələsgər” kitabının nəşri, təqdimatı, Əməkdar elm xadimi Qəzənfər Paşayevin Milli Qəhrəman Polad Həşimovun əziz ruhuna ithaf etdiyi “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının təqdimatı, Q.Paşayevanın özünün “Sirlər dünyasına səyahət MİSİR” kitabının nəşrə hazırlanması, nəşri, təqdimatı 2021-ci il içrə gerçəkləşdirilmiş layihələrə misaldır. Yaşayan ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin yubileyi ilə bağlı onların Komitədə qəbulu, onlarla aparılan səmərəli müzakirələr də 2021-ci il içində yaddaqlan işlər sırasındadır. Görmə məhdudiyyətli gənc müğənni Ramalın Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertinin təşkili, Xalq rəssamı Arif Hüseynovun, tanınmış rəssamlar Yusif Mirzənin, Natiq Camal Afşarın, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın tematik sərgilərinin təşkili də MM Mədəniyyət Komitəsinin dəstəyi ilə gerçəkləşdi. Bu sərgilərdə Nizami Gəncəvinin, Aşıq Ələsgərin yubileyi, milli mniatür sənəti, Kəlbəcərin, Laçının düşməndən azad olunmasının birinci ildönümünün sevinci... kimi məzmunlar vardı.

Bu bolumə onu da əlavə edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairimizin "Xəmsə"sini orijinaldan ozbəkcəyə tam cevrisini 2021-ci ildə tamamlayıb, nəfis nəşrlərlə çıxıs edib. Mərkəzin Azərbaycan- Özbəkistan mədəni əlaqələrinin gücləndirilməsində müstəsna xidmətləri vardır. Belə mərkəzlərin başqa ölkələrdə də yaradılması fövqəladə önəmlidir. 

 

Teatrların açılması 

Uzun pandemiya fasiləsindən sonra teatrların açılması aktyorların, sənətsevərlərin sevincinə səbəb oldu. Əlbəttə, biz Mədəniyyət Nazirliyinin illik hədəflərə dair nəticələrə dair açıqlamasını təkrarlamayacağıq; bununla belə vurğulayaq ki, aktyorlarımız, digər sənət sahələrinin təmsilçiləri xaricdə festivallara qatıldı, bəzi filmlərimiz beynəlxalq festivallarda fərqləndi (məs., Cəlaləddin Qasımovun "Şollerin arxivi" filmi) və s. 

 

Acılı, şirinli il 

2021-ci il başa çatdı: şirini, uğuru ilə birgə acısı, kədəri oldu, itkilərimiz oldu. Neynək, həyat belədir... 

Yenə şəhidlərimiz oldu; amma qanları yerdə qalmadı, düşməndən layiqli intiqam alındı; düsmən gördü ki, Dəmir Yumruq yerindədir! Dəmir Yumruğa Ağoğlanda (Hadrut) qoyulan dəmir heykəl də çox anlamlıdır: bu, yenə gücün mədəniyyətə, mədəniyyətin gücə çevrilməsi təntənəsidir! 

 

Adlarımız 

Yeri gəlmişkən, Hadrut da daxil olmaqla, şəhər, qəsəbə, kəndlərimizə öz doğma türkcəmizdə adlar verməli, əsasən də tarixi adlarımızı bərpa etməklə, adqoyma mədəniyyətimizin gücünü bir daha şəkilləndirməliyik. Bu şəkilləndirmə şəxs adlarına münasibətdə də milli təzahürləri ilə görünməlidir: yararsız yaxud qeyri-milli adları nə mümkündür azaltmalı, öz duru, gözəl, anlamlı adlarımızı adqoyma dövriyyəsinə güclü şəkildə qaytarmalıyıq. Qoy, qalib ölkənin balaları öz adlarımızla böyüsün! Bir də, milli soyad sonluqlarımızla bağlı təsirli addımlara, zəruri irəliləyişə ehtiyac olduğunu düşünürəm. Bu, özü bir mədəniyyət hadisəsi, kulturologiyanın əhatə dairəsinə girən mövzudur. 

 

Anlamlı Anım Günü 

27 sentyabr – Şəhidləri Anım Günündə dövlətimizin ali zirvəsinin əldə şəhidlərin plakatı ilə yürüyüs təşkil etməsi, Zəfər Muzeyinin təməlinin qoyulması, respublika üzrə sükut dəqiqəsi əziz yaddaşımızdır... Xocalı Soyqırımının 20-ci, 25-ci ildönümlərində də dövlətin ali rəhbərliyi başda olmaqla yürüyüşlər təşkil olunmuşdu. Ən yüksək rəsmi səviyyədə, xəlqi səviyyədə şəhidlərimizə dərin sayğının göstərilməsi bizim yaddaş mədəniyyətimizi, ehtiram mədəniyyətimizi nümayiş etdirir. Anım Günündən sonra hər şəhidin anım və doğum günün ayrıca qeyd edilməsi, Şəhidlər xiyabanlarımıza, şəhid məzarlarına izdihamli ziyarətlər – bunlar anım mədəniyyətimizin təcallasıydı. Özəlliklə, Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu II Fəxri Xiyabanda ötən il içində bir neçə dəfə ziyarətdə olarkən, hər qəhrəman Vətən övladının qəbri üzərindəki xatirə şəkillərinə, gül topası içindəki məktublara diqqətlə baxdım, oxudum, duyğulandım, kədər qarışıq qürur hissi çulğadi məni: biz böyük xalqıq! Bizim vətəncanlılığımız, vətən uğrunda əziz canını fəda etmiş oğullarımıza sayğımız əvəzsiz bir mədəniyyət örnəyidir! Şəhidlərimizin əziz ruhuna əbədi ehtiram! 

 

Onları bir daha görməyəcəyik... 

Ötən il görkəmli mədəniyyət, incəsənət xadimlərimizi itirdik. Mədəniyyət təsərrüfatımızda, mədəni həyatımızda özünəxas iz qoyan ünlü simaları, gənc istedadları yad edək: Yalçın Rzazadə (31.12.1946, Lənkəran – 22.02.2021, Bakı; Lənkəranən Liman şəhərində dəfn olunub) – Xalq artisti, müğənni; Eldar Quliyev (18.01.194, Bakı – 16.04.2021, Bakı) – Xalq artisti, kinorejissor, ssenarist; Fikrət Qoca (25.08.1935, Ağdaş – 05.05.2021, Bakı) – Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi; Arif Quliyev (16.05.1950, Şirvan şəhəri – 07.05.2021, Bakı) – Xalq artisti, aktyor; Tahir Salahov (29.11.1928, Bakı – 20.05.2021, Berlin; Fəxri Xiyabanda dəfn olunub) – Xalq rəssamı, Dövlət Mükafatları laureatı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti; Ramiz Əzizbəyli (20.07.1948, Bakı – 09.06.2021, Bakı) – Xalq artisti, kino rejissoru, aktyor və professor; Səməd Səmədov (17.09.1946, Aşqabad, Türkmənistan– 24.07.2021, Bakı) – Xalq artisti, müğənni; Nailə Mirməmmədli (1961, Bakı – 04.01.2021, Bakı) – Əməkdar incəsənət xadimi, bəstəkar; Baloğlan Əşrəfov (08.10.1951, Masallı – 26.04.2021, Bakı; Masallının Bədəlan kəndində dəfn edilib) – Əməkdar artist, müğənni; Zöhrə Abdullayeva (16.12.1952, Şuşa–28.05.2021, Bakı) – Əməkdar artist, müğənni; Yaqub Zurufçu (08.04.1956, Çərandab məhəlləsi, Təbriz şəhəri – 14.09.2021, Bakı) – Əməkdar artist, vokalist, müğənni; Fikrət Məmmədov (01.01.1956, Bakı - 05.04.2021, Bakı) – aktyor; Aslan Hüseynov (17.05.1967, Cambul, Qazaxıstan – 04.05.2021, Qaradağ, Bakı; Gəncədə dəfn edilib) – müğənni; Tuqay İsmayılov (1986, Qiyaslı, Ağdam – 19.08.2021. Bakı) – xanəndə, ADMİU-nun nəzdindəki Humanitar Kollecin müəllimi; Səyyad Əlizadə (06.08.1958, Füzuli – 30.09.2021, Bakı; Füzulinin Babı kəndində dəfn edilib) – müğənni; Polad Vəliyev (1988, Naxçıvan – 13.12.2021, Naxçıvan) – qarmon ifaçısı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən musiqi ansambılının üzvü; Qənbər Şəmşiroğlu (16.11.1933, Ağdaban, Kəlbəcər – 30.12.2021, Bakı) — "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, AYB-nin üzvü, "Sərəf nisanı" ordeni laureatı... Təsəllimiz odur ki, görkəmli sənətkarlarımız, istedadlı gənc sənətçilərimiz öz xidmətləri, sənətləri ilə ictimai fikrimizə, incəsənətimizə qazanımlarla yaddaşlarda yaşayacaq. Hər birini rəhmətlə anırıq! 


Yeni təqvim ili

Bəli, yeni ilin – Şuşa İlinin ilk günlərini yaşayırıq. Cənab Prezident əziz şəhərimizin şərəfinə, şəhərin qurulmasının 270-ci ildönümü münasibəti ilə 2022-ci ili Şusa İli elan edib. Şuşanın bənzərsiz tarixi görkəmini, formalaşdırdığı özünəxas mühiti, şəhərin yetirdiyi böyük şəxsiyyətlərin xidmətlərini xüsusi vurğulayan dövlət başçısının 05 yanvar 2022-ci il tarixli Sərəncamında oxuyuruq: “Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır”. Bəli, "Şusasız bizim işimiz yarımçıq qalar"dı! 

 

Bavurumuz Qazaxıstana keçmiş olsun! 

2022-ci i təqvim ilinə - Şuşa İlimizə Nizami İlindən (necə deyərlər) Türk dünyası adına zəngin mədəniyyət hadisələri ilə girdik. Lakin ilin ilk gunləri Türk Dövlətləri Təşkilatının, digər ortaq türk qurumlarının qurucu üzvü, bizim Xəzər qonşumuz olan qardaş Qazaxıstanda üzücü olaylar baş verdi. Qardaş ölkəyə böyük keçmiş olsun! Könül istərdi, qardaş ölkədə əmin-amanlıq bir an öncə bərpa olunsun, KTMT-MTMT-zad Qazax torpağından tezliklə uzaqlaşsın. - Bavurlarımıza zərər vurmasınlar da, xeyirləri özlərinə qalsın... Qazaxıstan hadisələri bir daha göstərdi ki, türk ölkələrinin vətəndaşları çox ayıq olmalı, beynəlxalq istilahları, dəyərləri və "dəyərlər"i qarışdırmamalı, öz dövlətinin müstəqilliyini hər bir şeydən üstün tutmalıdır. Demokratiyaya qarşı deyilik, demokratiya pərdəsi altındakı zorakılığa, anarxizmə qarşıyıq; qonşuluğa, müqavilələrə qarşı deyilik, anti-qonşuluğa, fürsətkarlığa, müqaviləsaymazlığa qarşıyıq. Bunlar bəşəri sivilzasiyanın predmeti, problemidir. Beynəlxalq kulturoloji fikir bu mövzuya biganə qalmamalıdır. Azərbaycanın illərdir evsahibliyi etdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq mühiti, Nizami Gəncəvi Mərkəzinin, Bakı Beynəlxalq Humanitar Forumunun çağırışları eşidilməli, nəzərə alınmalı, Bakıdan doğan Anlaşma Günəşinin qarşısına qara buludlar düzülməməlidir… Bax, bu fonda da Şuşa İli bizimçün, bütün qardas, dost ölkələrçün özünəxas anlam daşımaqdadır deyə düşünürəm. 2023-cü ildə Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq Şusamız, bir də İslam dünyasının Mədəniyyət Paytaxtı olacaq. İnşalah qara buludlar üzərindən tezliklə çəkilər də, qazax bavurlarımız Şuşaya şadlıq, fərəh içində gələr. 

 

Ümidimiz, inamımız, güvənimiz 

Bəli, bu il Şusa İlidir. Şusa İli Şuşanın Mədəniyyət Paytaxtı olması səbəbi ilə yenə (ümumən) mədəniyyət ili kimi xarakterizə oluna bilər. Təvafüqdür ki, Prezidentin bu il imzaladığı ilk Sərəncam “Şuşa İli” ilə (05.01.2022), ikinci Sərəncamsa (08.01.2022) 95 yaşlı ustad yazıçımız, Əməkdar incəsənt xadimi, məşhur “Vicdan susanda” əsərinin müəllifi Vidadi Babanlının (Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında oldu. 

*** 

Bu il Şuşaya, Ağoğlana, Zəngilana ilk geri dönüşə ümid edirik. Bu, ümiddən artıq inamdır. Yurd yerlərimizin yenidən məskunlaşdırılması üçün mümkün sürət və keyfiyyətlə işlər görülür. Sizə deyim, bizim hər sakinimizin dönüşü onlarla separatçının, fərari istehsalçısı, yenilmiş “yenilməz Ermənistan ordusu" mənsubunun çevrədən öz-özünə perikməsi demək olacaq. Adam balası kimi yaşamaq, işləmək istəyənlərin, əli qana batmamışların qorxusu-hürküsü olmasın: biz birgəyaşayışın ən gözəl örnəklərini yaradan, yaşadan, qoruyan zehniyyətə sahibik. Qanuna uyanla qanunla, qanunsuzluq, xaos tərəfdarları ilə də “İtiqovan”la danışa bildiyimizi hər kəs bilir. 

 

26 fevral 2022!

 Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan ötən il 26 fevralda beynəlxalq səviyyəli mətbuat konfransı keçirdiyini, 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə Türk Dövlət Başçılarının onlayn Zirvə Görüşünün keçirildiyini və hər iki gündə dünyaya verilən önəmli ismarıcları xatırlayıram. Bu il Xocalı Soyqırımının 30-cu ildönümüdür. Dövlətimiz bu kədərli ildönümünü də adımıza, tariximizə, tarixi Zəfərimizə layiq, böyük gələcəyə sarsılmaz inamımızla keçirəcəkdir. Yol, yol, yol .. Şuşa İlində Murovdağın aşırımılarından deyil, bağrından keçən, Qafqazın (yanılmıramsa, ən böyük) 11 km.-lik tunel yolunun açılışına inanırıq. Bu və bənzəri yol, körpü, tunel tikintiləri inqilabi hadisələrdir: 70 illik SSRİ-nin edə bilmədiyi yaxud etmək istəmədiklərini ağır müharibədən çıxmış, ağır işğala son vermiş müstəqil dövlətimiz edir – öz imkanları hesabına edir. Bu, müstəqillik nemətinin, azad ölkə mədəniyyətinin, hürr iradənin ifadəsidir!.. Həqiqət Günəşi... Erməni vandallığının acı sonucları – işğaldan böyük zərər görmüş tarixi, mədəni abidələrimizin durumu haqqında 2022-ci ildə də danışacaq, həqiqətlərimizin daha geniş yayılması üçün çalışacağıq. Həqiqət Günəş kimidir, onun düşmədiyi yerdə qaranlıqlar vardır... 

*** 

Şuşa İlində Şuşada keçiriləcək beynəlxalq festivallar dünya mediasında gündəm olacaq. Yeni dostlar qazanacağıq, yeni istedadlar üzə çıxacaq, yeni əsərlər yazılacaq.

 *** 

“Şuşa İli”, “Nizami İli”, “Könüllulər İli”, “Nəsimi İli”, “Xalq Cümhuriyyəti İli” və b... - illər ömrümüzə ömür calayır, həyatımıza rəng qatır, baxışlarımıza dərinlik və üfüq qazandırır. 44 günlük müharibə “Könüllülər İli”ndə oldu: nə təvafüqdür: minlərlə vətən övladı cəbhəyə yazılmaqla xəlqi cəsarət ruhumuzu bütün parlaqlığı ilə göstərdi! Şuşaya yalnız təlim, texnika gücü ilə gedib çıxmaq olardımı? Oğullarımızı Şuşanın keçilməz dağlarına qaldıran Ruhun Gücü idi!!! 2022-ci ilin, 270 yaşın qutlu olsun, əziz Şuşa! 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! 

Çərşənbə axşamı, 11 Yanvar 2022 10:10

Gəlin bir-birimizə “sağ ol” deməyi bacaraq

Bu günə - yanvarın 11-nə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq.

 

Ümumdünya “çox sağ ol” günü

World Thank you day! Təqvimdə daha bir tərbiyəedici, didaktik gün. Kiməsə sənə, qeyrisinə etdiyi yaxşılığa görə minnətdarlıq bildirmək çox vacibdir. Bizlər bunu “sağ” ol sözüylə ifadə edirik, “sağ” ol, yəni yaşa. Rusların işlətdiyi “spasibo” sözünün mənşəyi isə “spasi boq”, yəni “Allah, xilas elə” ifadəsindəndir.

“Çox sağ ol” sehirli qüvvəyə malik sözdür, onu işlədəndə xeyirxahını məmnun edir, xəsislik edib işlətməyəndə isə onu peşman edirsən. İndiki qəddar və zalım zamanda, onda ki, yaxşılıq edənlərin sayı durmadan azalır, altruistlər qəhətə çıxır, bu sehirli sözü işlətmək çox vacibdir. Gəlin, ürəkdən “sağ ol” deməyi öyrənək.

 

Dost sirləri günü

Qəribə təyinatı var bu günün. Ürəyində sirr kimi saxladığını bu gün dostunla bölüşürsən, o da sənin sirrini bilib nədəsə sənə köməklik lazım olarsa bunu əsirgəmir. Dost öz sirrini dostuna da açmayacaqsa bəs kimə açacaq ki? 

Amma sirri saxlamağa da xüsusi dözüm, iradə lazımdır, arzu edək ki, sizlərin sirr açdıqlarınız axırda Makedoniyalı İsgəndərin dəlləyinin gününə düşməsin. Rəvayətə görə, İsgəndərin başını qırxan dəlləyi onun buynuzu olduğundan xəbərdar imiş, bu sirri nə qədər içində saxlasa da bir dəfə dözə bilmir, gedib qamışlıqda “İsgəndərin buynuzu var, buynuzu” deyə bağıraraq ürəyini boşaldır. Ordakı qamışlıqdan ustalar qamış kəsib tütək qayırırmışlar, tezliklə bütün tütəklər “İsgəndərin buynuzu var, buynuzu” çağırırlar.

 

Yaponların motisi və amerikalıların teddisi

İnsanların ağıllarına nələr gəlməz ki. Budur, bu gün Gölməçədən su sıçratmaq günüdür. Bunu xoş əyləncə hesab edənlər düşünüblər ki, həqiqətən yağış gölməçəsinin suyunu sıçratmaq insanı şənləndirir.

Bu gün həm də “Morze əlifbası ilə öz adını öyrən” günüdür, çünki Samuel Morze ilk dəfə 1938-ci ilin bu günündə Morze əlifbasını nümayiş etdirib. Ukrayna və Rusiyada bu gün Milli Qoruqlar günüdür, Sovetdən qalan bu ənənə davam etdirilir, təbiətin ecazkarlığı və təkrarsızlığı öz flora və faunası ilə birgə qorunur. Kanada Ser Makdonalds gününü qeyd edəcək, Makdonalds Kanadanın ilk baş naziri olub. Alman almaları günüdür, mərakeşlilərin müstəqillik, tunislilərin uşaqları müdafiə günləridir. Nepalda birlik və bərabərlik festivalı, Yaponiyada Kaqami biraki festivalı başlayır. Birlik və bərabərliyi anladıq. Yaxşı, bu kaqami-biraki nədir bəs? Yaponların ən sevdiyi desert moti adlanır, düyü unundan hazırlanan bu yumru qoğal rəngbərəng olur, göz oxşayır, həm də çox dadlı olur. Demək, bu gün hamı moti bişirib bir-biri ilə paylaşmalıdır.

Bəs gözlərinə döndüyüm amerikalılar? Onların mətbəxə aid bayram keçirməyəcəklərini düşünürsünüz? Əsla elə deyil. Onlarda bu gün həm Milli isti toddi günüdür, həm də Milli süd günü. Əlbəttə ki, toddi sözü məşhurdur, yəqin ki eşitmisiniz, bu içkini likör (viski də olar), bal, limon və çayın qarışığından hazırlayırlar, qışda içilir, ən məşhur qüvvətləndiricilərdən sayılır.

 

Almaniyada 20-ci illərdə niyə nasizm yaranıb?

SSRİ kosmonavtikasının bu gün 60 yaşı tamam olur. 1962-cı ilin 10 yanvarında SSRİ-də Kosmonavt Hazırlığı Mərkəzi fəaliyyətə başlayıb; Versal müqaviləsi ilə 1-ci dünya müharibəsində məğlubiyyəti rəsmiləşən Almaniya Avropa dövlətlərinə ömürlük təzminat vermək boyunduruğunda ikən 1923-cü ilin 10 yanvarında vergi ödəyə bilməyib deyə Fransa və Belçika ordusu kömür hasilatının 70 faizini verən Rur vilayətini işğal ediblər (ümumən, bütün güclər o zaman almanların əleyhinə birləşmişdilər); 1922-ci ildə 14 yaşlı kanadalı Leonard Tompson insulinin köməyi ilə diabet ölümündən qurtulan ilk kəs kimi tarixə düşüb; 1775-ci ildə ABŞ-da ilk dəfə yəhudi dövlət qulluğuna gətirilib. Bu, Cənubi Karolinada Frensis Salvadorla baş verib; İtaliya bu gün də keçmişini matəmlə qeyd edəcək. 1693-cü ilin 10 yanvarında Siciliyada püskürən Etna vulkanı 60 min insanın ölümünə səbəb olub.

 

Mustafa Sandaldan Andrey Malaxova qədər

2009-cu ilin bu günündə vaxtı ilə Bakı meri olmuş Rəfael Allahverdiyev dünyadan köçüb. İmanımı yandıra bilmərəm, deyilənə görə, pis adam olmayıb. 2008-ci ilin bu günündə Yeni Zelandiyalı tədqiqatçı və alpinist, tarixə Everesti ilk dəfə fəth eləyən adam kimi düşmüş Edmund Xilları haqq dünyasına qovuşub. 

1970-ci ilin bu günündə “Suç bende”si, “Araba”sı, “İştə”si ilə pərəstişkarlarını məmnun edən türkiyəli müğənni Mustafa Sandal doğulub.

Bu gün həm məşhur Amerika kinoaktrisası Amanda Pit (“Sevgidən artıq sevgi” filmində yaratdığı obraz heç unudularmı?), həm də məşhur rus telejurnalisti Andrey Malaxov (“Qoy danışsınlar” tok-şousunu yəni izləməyən var?) özlərinin 50 illik yubileylərini qeyd edəcəklər.

Bakıdakı “Rus evi”nin rəhbəri var, milliyyətcə tatar İrek Zinnurov. Olduqca maraqlı insandır, su polosu üzrə Olimpiya mükafatçısıdır. Azərbaycana böyük sevgi bəsləyəndir. Siyasi post tutsa da, Dövlət Dumasının deputatı olsa da vaxt tapan kimi ödənişsiz qrup yaradaraq uşaqlarımıza su polosunun sirlərini öyrədir. Bu gün onun 53 yaşı tamam olur, təbrik edək onu.

1938-ci ilin bu günündə AFFA-nın ilk prezidenti kimi tarixə düşmüş Fuad Musayev doğulub. Yeni qurulan AFFA indiki kimi deyildi, həqiqətən futbolun uğrunda mücadilə aparırdılar o vaxtkı AFFA məmurları, harda bir istedadlı uşaq görürdülərsə küçədən götürüb yaşıl meydançaya salırdılar. Futbolumuz barədə danışanda göz yaşı silməyə dəsmal tapılmır deyə ağlamaqdan vaz keçib növbəti mövzuya adlayıram. 1843-cü ilin 11 yanvarında ABŞ himninin müəllifi, şair Frensis Skot Ki dünyasını dəyişib. Və ən nəhayət, 1755-ci ilin 11 yanvarında Aleksandr Hamilton – ABŞ-ın qurucularından biri, ölkənin ilk xəzinədarlıq katibi dünyaya gəlib.

 

Iki məşhur şahmatçını aparan gün

Şahmatla maraqlananlar alman şahmatçısı Emanuel Laskerin adını çox eşidiblər. O, 27 il şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlamaqla tarixə düşüb. Laskerin qabağına çıxmağa o dövrdə handa adamın cürəti çatmazdı. 1941-ci ilin 11 yanvar günü bu böyük şahmatçının dünyadan köçdüyü  gündür.

Azərbaycan şahmatsevərləri üçünsə bu 11 yanvar tarixi fenomenal bir gənc şahmatçımızın – Planetin 1-ci Qran-pri turnirinin qızıl mükafatçısı, Avropa çempionu, qroystmeyster Vüqar Həşimovun itkisi ilə yaddaşlarda qalıb. Həm böyük şahmatda, həm rapiddə, həm blitsdə, həm gözübağlı oynamaq üzrə rəqib tanımayan Vüqar cəmi 28 il yaşayıb, amma bir ömür xatirə qoyub. Allah ona rəhmət eləsin.

Bilirsiniz, həyat bəzən çox sərt, çox qəddar olur, ölmək istəyənə toxunmur, yaşamaqdan doya bilməyənə qıyır. 

Həyat nəyi necə eləmək barədə əksərən doğru qərar verə bilmir əfsus ki.


11 yanvar

 

Ümumdünya “çox sağ ol” günü

World Thank you day! Təqvimdə daha bir tərbiyəedici, didaktik gün. Kiməsə sənə, qeyrisinə etdiyi yaxşılığa görə minnətdarlıq bildirmək çox vacibdir. Bizlər bunu “sağ” ol sözüylə ifadə edirik, “sağ” ol, yəni yaşa. Rusların işlətdiyi “spasibo” sözünün mənşəyi isə “spasi boq”, yəni “Allah, xilas elə” ifadəsindəndir.

“Çox sağ ol” sehirli qüvvəyə malik sözdür, onu işlədəndə xeyirxahını məmnun edir, xəsislik edib işlətməyəndə isə onu peşman edirsən. İndiki qəddar və zalım zamanda, onda ki, yaxşılıq edənlərin sayı durmadan azalır, altruistlər qəhətə çıxır, bu sehirli sözü işlətmək çox vacibdir. Gəlin, ürəkdən “sağ ol” deməyi öyrənək.

 

Dost sirləri günü

Qəribə təyinatı var bu günün. Ürəyində sirr kimi saxladığını bu gün dostunla bölüşürsən, o da sənin sirrini bilib nədəsə sənə köməklik lazım olarsa bunu əsirgəmir. Dost öz sirrini dostuna da açmayacaqsa bəs kimə açacaq ki? 

Amma sirri saxlamağa da xüsusi dözüm, iradə lazımdır, arzu edək ki, sizlərin sirr açdıqlarınız axırda Makedoniyalı İsgəndərin dəlləyinin gününə düşməsin. Rəvayətə görə, İsgəndərin başını qırxan dəlləyi onun buynuzu olduğundan xəbərdar imiş, bu sirri nə qədər içində saxlasa da bir dəfə dözə bilmir, gedib qamışlıqda “İsgəndərin buynuzu var, buynuzu” deyə bağıraraq ürəyini boşaldır. Ordakı qamışlıqdan ustalar qamış kəsib tütək qayırırmışlar, tezliklə bütün tütəklər “İsgəndərin buynuzu var, buynuzu” çağırırlar.

 

Yaponların motisi və amerikalıların teddisi

İnsanların ağıllarına nələr gəlməz ki. Budur, bu gün Gölməçədən su sıçratmaq günüdür. Bunu xoş əyləncə hesab edənlər düşünüblər ki, həqiqətən yağış gölməçəsinin suyunu sıçratmaq insanı şənləndirir.

Bu gün həm də “Morze əlifbası ilə öz adını öyrən” günüdür, çünki Samuel Morze ilk dəfə 1938-ci ilin bu günündə Morze əlifbasını nümayiş etdirib. Ukrayna və Rusiyada bu gün Milli Qoruqlar günüdür, Sovetdən qalan bu ənənə davam etdirilir, təbiətin ecazkarlığı və təkrarsızlığı öz flora və faunası ilə birgə qorunur. Kanada Ser Makdonalds gününü qeyd edəcək, Makdonalds Kanadanın ilk baş naziri olub. Alman almaları günüdür, mərakeşlilərin müstəqillik, tunislilərin uşaqları müdafiə günləridir. Nepalda birlik və bərabərlik festivalı, Yaponiyada Kaqami biraki festivalı başlayır. Birlik və bərabərliyi anladıq. Yaxşı, bu kaqami-biraki nədir bəs? Yaponların ən sevdiyi desert moti adlanır, düyü unundan hazırlanan bu yumru qoğal rəngbərəng olur, göz oxşayır, həm də çox dadlı olur. Demək, bu gün hamı moti bişirib bir-biri ilə paylaşmalıdır.

Bəs gözlərinə döndüyüm amerikalılar? Onların mətbəxə aid bayram keçirməyəcəklərini düşünürsünüz? Əsla elə deyil. Onlarda bu gün həm Milli isti toddi günüdür, həm də Milli süd günü. Əlbəttə ki, toddi sözü məşhurdur, yəqin ki eşitmisiniz, bu içkini likör (viski də olar), bal, limon və çayın qarışığından hazırlayırlar, qışda içilir, ən məşhur qüvvətləndiricilərdən sayılır.

 

Almaniyada 20-ci illərdə niyə nasizm yaranıb?

SSRİ kosmonavtikasının bu gün 60 yaşı tamam olur. 1962-cı ilin 10 yanvarında SSRİ-də Kosmonavt Hazırlığı Mərkəzi fəaliyyətə başlayıb; Versal müqaviləsi ilə 1-ci dünya müharibəsində məğlubiyyəti rəsmiləşən Almaniya Avropa dövlətlərinə ömürlük təzminat vermək boyunduruğunda ikən 1923-cü ilin 10 yanvarında vergi ödəyə bilməyib deyə Fransa və Belçika ordusu kömür hasilatının 70 faizini verən Rur vilayətini işğal ediblər (ümumən, bütün güclər o zaman almanların əleyhinə birləşmişdilər); 1922-ci ildə 14 yaşlı kanadalı Leonard Tompson insulinin köməyi ilə diabet ölümündən qurtulan ilk kəs kimi tarixə düşüb; 1775-ci ildə ABŞ-da ilk dəfə yəhudi dövlət qulluğuna gətirilib. Bu, Cənubi Karolinada Frensis Salvadorla baş verib; İtaliya bu gün də keçmişini matəmlə qeyd edəcək. 1693-cü ilin 10 yanvarında Siciliyada püskürən Etna vulkanı 60 min insanın ölümünə səbəb olub.

 

Mustafa Sandaldan Andrey Malaxova qədər

2009-cu ilin bu günündə vaxtı ilə Bakı meri olmuş Rəfael Allahverdiyev dünyadan köçüb. İmanımı yandıra bilmərəm, deyilənə görə, pis adam olmayıb. 2008-ci ilin bu günündə Yeni Zelandiyalı tədqiqatçı və alpinist, tarixə Everesti ilk dəfə fəth eləyən adam kimi düşmüş Edmund Xilları haqq dünyasına qovuşub. 

1970-ci ilin bu günündə “Suç bende”si, “Araba”sı, “İştə”si ilə pərəstişkarlarını məmnun edən türkiyəli müğənni Mustafa Sandal doğulub.

Bu gün həm məşhur Amerika kinoaktrisası Amanda Pit (“Sevgidən artıq sevgi” filmində yaratdığı obraz heç unudularmı?), həm də məşhur rus telejurnalisti Andrey Malaxov (“Qoy danışsınlar” tok-şousunu yəni izləməyən var?) özlərinin 50 illik yubileylərini qeyd edəcəklər.

Bakıdakı “Rus evi”nin rəhbəri var, milliyyətcə tatar İrek Zinnurov. Olduqca maraqlı insandır, su polosu üzrə Olimpiya mükafatçısıdır. Azərbaycana böyük sevgi bəsləyəndir. Siyasi post tutsa da, Dövlət Dumasının deputatı olsa da vaxt tapan kimi ödənişsiz qrup yaradaraq uşaqlarımıza su polosunun sirlərini öyrədir. Bu gün onun 53 yaşı tamam olur, təbrik edək onu.

1938-ci ilin bu günündə AFFA-nın ilk prezidenti kimi tarixə düşmüş Fuad Musayev doğulub. Yeni qurulan AFFA indiki kimi deyildi, həqiqətən futbolun uğrunda mücadilə aparırdılar o vaxtkı AFFA məmurları, harda bir istedadlı uşaq görürdülərsə küçədən götürüb yaşıl meydançaya salırdılar. Futbolumuz barədə danışanda göz yaşı silməyə dəsmal tapılmır deyə ağlamaqdan vaz keçib növbəti mövzuya adlayıram. 1843-cü ilin 11 yanvarında ABŞ himninin müəllifi, şair Frensis Skot Ki dünyasını dəyişib. Və ən nəhayət, 1755-ci ilin 11 yanvarında Aleksandr Hamilton – ABŞ-ın qurucularından biri, ölkənin ilk xəzinədarlıq katibi dünyaya gəlib.

 

Iki məşhur şahmatçını aparan gün

Şahmatla maraqlananlar alman şahmatçısı Emanuel Laskerin adını çox eşidiblər. O, 27 il şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlamaqla tarixə düşüb. Laskerin qabağına çıxmağa o dövrdə handa adamın cürəti çatmazdı. 1941-ci ilin 11 yanvar günü bu böyük şahmatçının dünyadan köçdüyü  gündür.

Azərbaycan şahmatsevərləri üçünsə bu 11 yanvar tarixi fenomenal bir gənc şahmatçımızın – Planetin 1-ci Qran-pri turnirinin qızıl mükafatçısı, Avropa çempionu, qroystmeyster Vüqar Həşimovun itkisi ilə yaddaşlarda qalıb. Həm böyük şahmatda, həm rapiddə, həm blitsdə, həm gözübağlı oynamaq üzrə rəqib tanımayan Vüqar cəmi 28 il yaşayıb, amma bir ömür xatirə qoyub. Allah ona rəhmət eləsin.

Bilirsiniz, həyat bəzən çox sərt, çox qəddar olur, ölmək istəyənə toxunmur, yaşamaqdan doya bilməyənə qıyır. 

Həyat nəyi necə eləmək barədə əksərən doğru qərar verə bilmir əfsus ki.

 

Varisin “Həftənin təqvimi” yazısından 

“Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Litvanı təmsil edəcək mahnının seçiminə başlanılıb.

AzərTAC Litva mətbuatına istinadla xəbər verir ki, müsabiqənin ilk seçim turunda 11 ifaçı öz mahnılarını təqdim edib. Onlardan altısı növbəti mərhələyə adlayıb.

Bildirilib ki, 2001-ci ildə “Skamp” triosu ilə müsabiqəyə qatılan irland-litvalı müğənni Erika Cenninqs münsiflər heyətinin favoritinə çevrilib və siyahıda ilk yeri tutub. Onun “Back To Myself” mahnısı özünü ifadə etmək, həyat eşqi və ümidsizliyə qürurla qatlaşmaq bacarığından bəhs edir.

İfaçı Auquste Vedriçkayte “Before You're 6ft Under” mahnısı ilə ikinci yerə çıxıb. Urte Şilaqalite “Running Chords” mahnısı ilə üçüncü yeri tutub.

“Dinləyicilərə özümü necə hiss etdiyimi və elə bu an necə yaşadığımı demək istəyirəm”, − deyə müğənni Urte Şilaqalite yazdığı mahnı haqqında söyləyib.

Siyahıda 4-cü yer alan neosoul ifaçısı və bəstəkar Cozef Cun “Deadly” mahnısı ilə növbəti mərhələyə yüksəlib.

2020-ci ildə musiqi səhnəsində debüt edən müğənni Meri Mo “Get Up” mahnısı ilə 5-ci yerə çıxıb.

“İT” mütəxəssisi kimi fəaliyyət göstərən Elonas Pokaneviç “Someday” adlı mahnısı ilə siyahının sonunda yer alıb.

Qeyd edilir ki, İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində Litvanı təmsil etmək hüququ uğrunda ümumilikdə 36 ifaçı mübarizə aparır.

Yanvarın 14-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunacaq.

Mustafa Mehmandarovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət edəcəyi konsertdə solistlər – Nərgiz Kəngərli (piano), Nuranə Zeynalova (piano), İsmayıl Yunusov (bariton) çıxış edəcəklər.

Konsert çərçivəsində Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da gözlənilir.

Çərşənbə axşamı, 11 Yanvar 2022 10:07

“Qızıl qlobus” mükafatının sahibləri məlum olub

“Qızıl qlobus” kinematoqrafiya və televiziya müsabiqəsi qaliblərinin adları açıqlanıb. 

TASS xəbər verir ki, mükafatların təqdimetmə mərasimi bağlı məkanda keçirilib və nə televiziya vasitəsilə, nə də onlayn olaraq yayımlanıb.

“Kral Riçard” dramatik filminə görə “Ən yaxşı aktyor” adını Uil Smit, “Ən yaxşı aktrisa” adını isə “Rikardo olmaq” dramatik filminə görə Nikol Kidman qazanıb. “Komediya və ya müzikl janrında ən yaxşı aktrisa” nominasiyasının qalibi “Uest sayd əhvalatı” filmindəki roluna görə Reyçel Zeqler olub. “Ən yaxşı film” nominasiyası mükafatını rejissor Ceyn Kempionun (Yeni Zellandiya) çəkdiyi “Köpəyin hakimiyyəti”, “Ən yaxşı komediya və ya müzikl filmi” nominasiyası üzrə mükafatı Stiven Spilberqin “Uest sayd əhvalatı” əldə edib. Ceyn Kempion - “Ən yaxşı rejissor işi”, Kennet Branın tarixi “Belfast” dramı - “Ən yaxşı ssenari”, “Duna” filminə görə bəstəkar Qans Zimmer (Almaniya) - “Filmə bəstənilən ən yaxşı musiqi” nominasiyalarının qalibi seçiliblər.

Mükafatlandırma mərasimində, həmçinin “Ən yaxşı mahnı”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı əcnəbi dildə çəkilmiş film”, “Ən yaxşı televiziya seriyalı” və digər nominasiyalar üzrə qaliblər müəyyən olunub.

Ən yaxşı rejissor işinə görə “Qızıl qlobus” Ceyn Kempiona qismət olub

“Qızıl qlobus” mükafatı ilə təltif olunanların təqdimatını davam etdiririk. 

Yeni Zelandiyalı Ceyn Kempion ən yaxşı rejissor işinə görə bu mükafatla təltif olunub. 

Rejissor bu nominasiya üzrə mükafatı “Köpəyin hökmranlığı” (The Power of the Dog, 2021) filminə görə alıb. Ekran əsəri xaraktercə tam fərqli olan, Montana ştatında ranço sahibi  iki qardaş haqqındadır. Yaxşı və pis qardaşlar Şərlə Xeyirin əbədi mübarizəsini təcəssüm etdirirlər. 

Kempionun bu kateqoriya üzrə rəqibləri Stiven Spilberqin “Uest sayd əhvalatı” (West Side Story, 2021) və Kennet Branın (Belfast, 2021) filmləri olub.

 

Şəkildə:  “Köpəyin hökmranlığı” filmindən kadr

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarı bütün mədəniyyət obyektləri kimi, Şuşa Dövlət Musiqili Dram Teatrında da yenidən böyük canlanmaya səbəb olub.

AzərTAC xəbər verir ki, ötən ilin oktyabr ayının 9–da özünün 148–ci teatr mövsümünə start verən sənət ocağı, həmin gün gündüz uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası, axşam isə Altay Məmmədovun “Dəli Domrul” tamaşası ilə tamaşaçıların görüşünə gəlib. Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Altay Məmmədovun “Dəli Domrul”, Abdulla Şaiqin “Danışan gəlincik”, Şərq nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur”, Ağəddin Babayevin “Nağıllar aləmində”, o cümlədən 2020–ci ilin birinci rübündə hazırlanmış, lakin məhdudiyyətlər səbəbindən oynanılmamış Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşalarını, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” ədəbi–bədii kompozisiyasını bərpa edərək cari repertuarı formalaşdırmaqla yanaşı, yaradıcı heyət, İsgəndər Coşqunun “Çal–oyna” nağıl–tamaşasını və Prezident İlham Əliyevin əzmkarlığı, Azərbaycan ordusunun rəşadəti nəticəsində əldə olunan şanlı qələbəmizin birinci ildönümü ilə əlaqədar “Qarabağ – Azərbaycandır!” adlı konsert proqramını hazırlanaraq repertuara daxil edilib. Dövr ərzində kollektiv Şirvan şəhərində qastrol səfərində olub, bir sıra ali təhsil müəssisələrinin professor, müəllim və tələbə kollektivi ilə görüşlər keçirilib.

Hazırda Hüseyn Cavidin “Ana” tamaşasının son məşqləri gedir. Tamaşanın premyerası yanvar ayının 29–da olacaq. Tamaşa dahi ədibin anadan olmasının 140 illiyinə həsr olunur.

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Şuşa İli”ndə daha böyük uğurlara imza atılacağına böyük ümidlər bəsləyirik.

Yaponiya kinematoqrafçılarının  çəkdiyi “Drive my car” bədii filmi ingilis dilində olmayan filmlər kateqoriyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb.

NHK telekanalı xəbər verir ki, yapon rejissor Ryusuke Hamaquçi tərəfindən çəkilən film bu yüksək mükafatı yanvarın 10-da alıb. Bildirilir ki, həmin mükafat “Oskar” mükafatının mümkün qaliblərinə təqdim edilir.

Film, həmçinin yanvarın 8-də “2021-ci ilin ən yaxşı filmi” mükafatına və ABŞ Kinotənqidçiləri Milli Cəmiyyətinin daha üç mükafatına layiq görülüb.

Xatırladaq ki, R.Hamaquçi və O.Takamasa ötən il həmin filmə görə Kann kinofestivalının ən yaxşı ssenari mükafatını alıb.

Bazar ertəsi, 10 Yanvar 2022 10:25

Pakistan

Güclü qar nəticəsində ölkənin şimalındakı Murri kurort zonası fəlakət zonası elan edilib. Avtomobil tıxacında onlarca avtomobil qalıb, azı 21 nəfər həlak olub.

Foto: BBC

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.