Yaponiya kinematoqrafçılarının çəkdiyi “Drive my car” bədii filmi ingilis dilində olmayan filmlər kateqoriyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb.
NHK telekanalı xəbər verir ki, yapon rejissor Ryusuke Hamaquçi tərəfindən çəkilən film bu yüksək mükafatı yanvarın 10-da alıb. Bildirilir ki, həmin mükafat “Oskar” mükafatının mümkün qaliblərinə təqdim edilir.
Film, həmçinin yanvarın 8-də “2021-ci ilin ən yaxşı filmi” mükafatına və ABŞ Kinotənqidçiləri Milli Cəmiyyətinin daha üç mükafatına layiq görülüb.
Xatırladaq ki, R.Hamaquçi və O.Takamasa ötən il həmin filmə görə Kann kinofestivalının ən yaxşı ssenari mükafatını alıb.