Super User

Super User

Günün fotosu: Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda dəfn edilib

 

Dünən görkəmli kinodramaturq, ssenarist Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Mərasimdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Foto: AzərTAC

 

“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir. 

Sırada birinci və ikinci Parisdə yetləşən Luvr və Nyu-Yorkda yerləşən Metropoliten muzeyləri idi ki, ötən buraxılışlarımızda onları sizlərə təqdim etmişdik. 

Sırada 3,4 və 5-ci Vatikan Muzeyləri, Abu Dabi Luvru və Ermitajdır.

 

Vatikan Muzeyləri

 

 

 

12 muzeydən ibarət bu  kompleks dünyada ən çox ziyarət edilənlərdən biridir. Hər il yeddi milyon turist beş qalereyadan və 1400 zaldan ibarət olan, 1771-ci ildən fəaliyyət göstərən Vatikan muzeylərinin möhtəşəmliyini kəşf etməyə tələsir. Burada Vatikan muzeylərinin rəhbərləri və Administrasiyası tərəfindən əsrlər boyu toplanmış qeyri-adi incəsənət əsərləri (əsasən rəsm və heykəltəraşlıq) kolleksiyası təqdim olunur. 

Əgər Vatikanda olsanız, kompleksi həmən ziyarət edin və Leoxarın “Apollon Belvederskiy" heykəlinə, Tisianın "Nikolo Marcello” portretinə və Pol Qoqenin “Çarmıx" rəsminə öz gözlərinizlə baxın. 

 

Luvr, Abu Dabi

 

 

2017-ci ilin noyabr ayında açılan Abu-Dabidəki Müasir Luvr muzeyinin memarı Jan Nuveldir, o Jan Nüvel ki, Pritsker mükafatı laureatıdır və bir çox möhtəşəm Paris binalarının müəllifidir. 

O, layihəni nəhəng gümüş günbəzlə örtülmüş muzey-şəhər kimi nəzərdə tutmuşdur. Burada 23 qalereya yerləşir, burada həm muzeyin öz zəngin kolleksiyası, həm də Fransa muzeylərindən götürülmüş əşyalar sərgilənir. Əgər burada olsanız, Leonardo Da Vinçinin "Gözəl Ferronyer", Klod Monenin "Sen-Lazar Vağzalı", İva Klyaynın "Antropometriya" tablolarına, Ogüst Rodenin heykəllərinə və Çin rəssamı Ay Veyveyin rəsmlərinə mütləq diqqət yetirin.

 

Ermitaj, Sankt-Peterburq

 

 

Ermitajla bağlı rəqəmlər daha başgicəllənsiricidr: 60 min otaq, 10 min zal, 3 milyon iş, 230 min kvadrat metr sahə. Sankt-Peterburq Muzeyi Dünya İrsinin şah əsəridir. 

Ermitaj öz qapılarını 1764-cü ildə açmışdır və bu gün o, eksponatların və rəsmlərin sayına görə dünyanın ən böyük muzeyidir (16 mindən artıq rəsm əsəri). 

Onun divarları arasında Qədim Yunanıstan və Roma artefaktlarına, həmçinin İtaliya və Fransa ustalarının çoxsaylı əsərlərinə rast gəlmək olar. Leonardo Da Vinçinin "Madonna Litti", Pol Sezanın "Mavi geyimli xanım", Karavaconun "Lütnist", Rembrandtın "Danaya" və Vasili Kandinskinin "VI kompozisiya" əsərləri məhz burada sərgilənir.

 

Digər muzeylər barədə növbəti buraxılışlarımızda

 

“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 37-ci Novruz nömrəsi işıq üzü görüb.

Jurnal baş redaktorun – yazıçı, filoloq Şəmil Sadiqin məqaləsi ilə açılır.

Yazıçı-tərcüməçi, dərginin məsul redaktoru Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikası altında intellektual romana tərif verərək digər roman janrları ilə oxşar və fərqli cəhətlərini sadalayır.

Şair, ədəbiyyatşünas Qismət isə “Tək” rubrikasında “Ənənədən qopmanın ədəbiyyatda inikası”ndan danışır, yenilikçi, feminist mətndən söz açır.

Ədəbiyyatşünas və tənqidçi Elnarə Akimova “Azroman” rubrikasında “İsa Hüseynov mətnləri: nəsrimizin dərinlik və dirilik məqamları” məqaləsi ilə böyük yazıçının yaradıcılığına işıq tutur.

Bu sayda oxucular digər maraqlı yazılarla da tanış ola biləcəklər.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni  sədri Abduqaffor Qırğızboyev arasında görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ilk öncə rektor Abduqaffor Qırğızboyev Azərbaycanla dostluq və əməkdaşlıq haqqında danışaraq, rəhbərlik etdiyi Universitetin tarixi, onun Özbəkistanın elm, ictimai, təhsil sahəsində mövqeyi və rolu haqqında məlumat verib.  Rektor Abduqaffor Qırğızboyev Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan Universitetdə görülən işlər, qazanılan nailiyyət haqqında danışıb və hazırda Özbəkistanın bu nüfuzlu ali məktəbində 23 minə yaxın tələbənin təhsil aldığını qeyd edib. O, Universitetin bazasında Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini vurğulayıb və ötən illərdə Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin reallaşdırıldığını xüsusi qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Abduqaffor Qırğızboyevi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunmağı münasibəti ilə təbrik edib, Universitetin hər bir azərbaycanlı üçün əziz olduğunu və dostluq əlaqələrimizin genişləndirilməsi və inkişafı yolunda əhəmiyyətini qeyd edib.

O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təbliği, tədqiqinə Azərbaycan dövləti tərəfindən daim  böyük önəm verildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğunu söyləyib.

Samir Abbasov rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi haqqında danışaraq, Mərkəzin Azərbaycan-Özbəkistan dövlətləri arasında dostluq, strateji əməkdaşlığın əsasçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıdığını qeyd edib. Diplomat Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Azərbaycan universitetləri ilə əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsinin tədqiqi və təbliği, habelə bu istiqamətdə konfrans, təqdimat və müsabiqələrin keçirilməsi barədə təkliflərlə çıxış edib. O, ötən ildən keçirilməsinə başlanan və hər il Azərbaycanda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqqında məlumat verib və Özbək Nizamişünasların bu mötəbər tədbirdə geniş iştirak etdiklərini razılıqla qeyd edib.

Samir Abbasov 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan

30 ilə yaxın Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etdiyini və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın azad edilən Şuşa şəhərinin mədəniyyət paytaxtımız  kimi qəbul olunduğunu, 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edildiyini bildirib. Diplomat bu münasibətlə Şuşa haqqında xüsusi jurnalı, habelə “Nizami Gəncəvi ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Özbək dilinə tərcümə olunmuş şairin “Xəmsə” əsərini rektora hədiyyə edib.   

Görüşdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov da iştirak edib.

Tərəflər il ərzində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Universitetdə Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəniyyətimiz, ədəbiyyatımıza dair birgə tədbirlərin, layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsinin tədqiqi, təbliği, habelə Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə işlərin həyata keçirilməsinə dair razılıq əldə ediblər.

Cümə axşamı, 17 Mart 2022 10:47

ABŞ-da ən populyar kitab janrlarının reytinqi

 

Janr (Genre [ˈʒɑːnrə]) - bədii ədəbiyyat müxtəlifliyinin seçim imkanlarıdır. 

“Ədəbiyyat və incəsənət” portalı preply.com-a istinadən dünyada əhali nisbətinə görə ən çox kitab nəşr edilən və satılan ABŞ-da (bir ildə təxminən 750 milyon nüsxə kitab satılır) ən populyar kitab janrlarının reytinqini təqdim edir.

 

Adətən, kitablar Fiction [ˈfɪkʃn] – balletristika, bədii ədəbiyyat, 

Non—fiction [nɒnˈfɪkʃ(ə)n] – elmi ədəbiyyat və sənədli roman, bir də 

Light fiction [laɪt ˈfɪkʃn] – yüngül, “layt” oxunma janrlarına bölünürlər. ABŞ kitab bazarında daha çox elmi ədəbiyyat və sənədli romanlar oxunur. Bu janrların da hər birinin öz alt janrları var ki, reytinqimizi də bu alt janrlar təşkil edir:

 

1.Fantasy [ˈfæntəsi] – fantastika, fentezi;

2.Science-fiction [ˈsaɪəns ˈfɪkʃn] – elmi fantastika;

3. Battle and war [ ˈbætəl ˈænd ˈwɔːr ] - döyüş və müharibə;

4.Detective and crime [ dɪˈtek.tɪv ˈænd ˈkrɪmɪnəl ]- detektiv və kriminal;

5.Romance / Erotica [roʊmæns / ɪˈrɑːtɪkə] – sevgi romanları və erotika;

6.Career and motivation [ kəˈrɪər ˈænd ˌməʊtɪˈveɪʃən ] - karyera və motivasiya kitabları;

7.Business & Finance[ˈbɪznəs ənd ˈfaɪnæns] – biznes və maliyyə üzrə ədəbiyyat;

8.Chick lit [tʃɪk lɪt] – qadınlar üçün ədəbiyyat;

9.Thriller / Mystery [θrɪlər / ˈmɪstri] – triller və mistika;

10.Autobiography [ɔːtəbaɪˈɑːɡrəfi] – avtobioqrafik kitablar;

11.History [hɪst(ə)ri] – tarixi kitablar;

12.Satire [ˈsætaɪər] – satira;

13.Horror [ˈhɔːrər] – dəhşət;

14.Religious / Inspirational [rɪˈlɪdʒəs / ɪnspəˈreɪʃənl] – dini kitablar, ilhamgətirici kitablar;

15.Health / Medicine [helθ / ˈmedsn] – sağlamlıq barədə və tibbi kitablar;

16.Cook—books [ˈkʊkˌbʊks] – mətbəx kitabları;

17.Travel books [ˈtrævl ˈbʊks] – səyahətlər barədə kitablar;

18.Politics [ˈpɑːlətɪks] – siyasi ədəbiyyat;

19.Children’s books [ˈtʃɪldrən bʊks] – uşaqlar üçün kitablar;

20.Dictionary [ˈdɪkʃəneri] – lüğətlər;

21.Encyclopedia [ɪnˌsaɪkləˈpiːdiə] – ensiklopedik nəşrlər;

22.Series [ˈsɪriːz] – seriya kitabları;

23.Anthology [ænˈθɑːlədʒi] – antologiyalar.

və s.

 

Daha bir reytinq dövriyyədə olan kitabları oxuduqdan sonra oxucu əhvalının vəziyyəti üzrədir. 

 

1.Thrilling [θrɪlɪŋ] – həyəcanlı;

2.Riveting [ˈrɪvɪtɪŋ] – alüdə edən, diqqəti cəlb eləyən;

3.Scary [ˈskeri] – qorxudan;

4.Gripping [ɡrɪpɪŋ] – çox təsirləndirən;

5.Easy to read [ˈiːzi tə riːd] – yüngül oxunan;

6.Absorbing [əbˈzɔːrbɪŋ] – cəlbedici.

7.Heartbreaking [ˈhɑːrtbreɪkɪŋ] – qəlbi parçalayan;

8.Action—packed [ˈækʃn ˈpækt] – bol təəssüratlı;

9.Predictable [prɪˈdɪktəbl] – sonu əvvəldən bəlli olan; 

10.Boring [bɔːrɪŋ] – darıxdırıcı

11.Nonsensical [nɑːnˈsensɪkl] – mənasız;

12.Confusing [kənˈfjuːzɪŋ] – qatmaqarışıq;

13.Realistic [riːəˈlɪstɪk] – realistik

14.Erratic [ɪˈrætɪk] – qəribə, ardıcıl olmayan;

15.Complex [kəmˈpleks] – çətin qavranan;

16.Unpredictable [ʌnprɪˈdɪktəbl] – sonu təxmin edilməyən;

17.Brilliant [ˈbrɪliənt] – parlaq, möhtəşəm;

 

Və gördüyünüz kimi, parlaq, möhtəşəm, sonu təxmin edilməyən nəşrlərdən alınan təəssüratlar bu cür nəşrlərin defisit olmaları səbəbindən ən son yerlərdə qərarlaşıblar.

 

Təqdim etdi: Murad Yolçuyev

 

Şəkildə: Amerikanın ən məşhur və ən böyük kitab mağazası olan Nyu-York’s Strand bookstores

Kino

 

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşüb.

Komitədən bildiriblər ki, görüşdə əvvəlcə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı barədə məlumat verilib. Sonra teatrın aktyorları tələbələrlə səhnə qabiliyyəti və səhnə danışığı üzrə interaktiv master-klass keçirib.

Sonda ukraynalı aktyorlar jurnalist-yazar Elşad Eyvazlının Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir parça nümayiş etdiriblər.

 

Türkiyə kinematoqrafiyasının yeni nailiyyəti olan və viziona martın 4-də girən “Bergen" filmi cəmi iki həftə ərzində 2 milyon 644 min 300 dəfə izlənilməklə mövcud rekordu qırmağa nail olub.

“Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən məlumat verir ki, “Bergen” bioqrafik və dram janrlı filmdir, müğənni Bergenin həyat hekayəsindən bəhs edilir. Filmin rejissoru Mehmet Binay və Caner Alperdir, ssenarisi Sema Kaygusuz və Yıldız Bayazıtə məxsusdur.  Baş rolda Farah Zeynep Abdullah oynayır.

Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Bakıdakı Miniatür Kitab Muzeyi haqqında məqalə yayıb.

AzərTAC-ın təqdim etdiyi “Bakı Miniatür Kitab Muzeyi “Ginnesin rekordlar kitabı” tərəfindən dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi tanınıb” adlı məqalədə gözəl sahili, palçıq vulkanları, keçmişin və müasirliyin qovuşduğu Azərbaycan paytaxtının turizm baxımından üstünlüklərindən söz açılıb. Bakının turistlər üçün maraq kəsb edən yerlərindən biri kimi 2002-ci ildə kolleksiyaçı Zərifə Salahovanın İçərişəhərdə yaratdığı muzeyin kitab fonunda təxminən 7 min miniatür nəşr var.

Bildirilib ki, muzeydə Azərbaycanda və xaricdə müxtəlif dövrlərdə nəşr olunmuş dini və mədəni, habelə ölkələr və şəhərlər haqqında maraqlı miniatür və mikro kitablar sərgilənir.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AzərTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xalqımızın mədəni irsi haqqında AzərTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

 

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdir ki, bununla da bağlı Mədəniyyət Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Onlardan biri də heykəltəraşlıq müsabiqəsinin elan edilməsidir. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən  heykəltəraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

 

Müsabiqənin şərtləri:

Heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid  heykəltəraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəllər hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan  heykəltəraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.

 

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

 

Müsabiqənin müddəti:

Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.

İlkin mərhələ:

15.03.22– 15.06.22

– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu

Əsas mərhələlər:

– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi

– qalibin seçilməsi və elan edilməsi

– heykəlin  təşkilat komitəsi tərəfindən qəbul edilməsi.

 

Müsabiqədə iştirakın şərtləri:

1. Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.

2. Namizədlər müsabiqədə iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.

3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları müsabiqəyə göndərmiş şəxs daşıyır.

4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.

5. Müsabiqənin təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.

7. Müsabiqənin mövzusu “Şuşa”.

8. Hekəlin materialı: tunc, mərmər və bürünc  

Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

 

Müsabiqəyə yekun vurulması:

Finalda iştirak edən heykəl nümunələri müsabiqənin populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

Və ən nəhayət: Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.

 

Əziz heykəltəraşlar, necə deyərlər, bu meydan, bu şeytan. 

Şəkildə: Şuşada Xurşidbanu Natəvanın heykəli. Əminik ki, bu müsabiqə Şuşada ucaldıla biləcək abidələrin üzə çıxmasına şərait yaradacaq.

 

Bu saatlarda Nizami Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərhumun cənazəsi Nizami Kino Mərkəzinin matəmsayağı bəzədilmiş böyük səhnəsində postament üzərinə qoyulub.

Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.

Cənazənin ətrafına müxtəlif təşkilatlar adından da əklillər düzülüb.

Qeyd edək ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.