“Ustad”ın Novruz buraxılışı işıq üzü görüb

 

“Hədəf Nəşrləri”nin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 37-ci Novruz nömrəsi işıq üzü görüb.

Jurnal baş redaktorun – yazıçı, filoloq Şəmil Sadiqin məqaləsi ilə açılır.

Yazıçı-tərcüməçi, dərginin məsul redaktoru Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikası altında intellektual romana tərif verərək digər roman janrları ilə oxşar və fərqli cəhətlərini sadalayır.

Şair, ədəbiyyatşünas Qismət isə “Tək” rubrikasında “Ənənədən qopmanın ədəbiyyatda inikası”ndan danışır, yenilikçi, feminist mətndən söz açır.

Ədəbiyyatşünas və tənqidçi Elnarə Akimova “Azroman” rubrikasında “İsa Hüseynov mətnləri: nəsrimizin dərinlik və dirilik məqamları” məqaləsi ilə böyük yazıçının yaradıcılığına işıq tutur.

Bu sayda oxucular digər maraqlı yazılarla da tanış ola biləcəklər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.