Super User
Vogue dünyanın 17 möcüzəli muzeyini təqdim edir: Bilbao Guggenheim Muzeyi, Paris Orse Muzeyi, Moskva Dövlət Tarix Muzeyi
“Ədəbiyyat və incəsənət” portalı nüfuzlu Vogue gözəllik dərgisinin təqdimatında sizlərə dünyanın ən möcüzəli muzeylərini nümayiş etdirir.
Sırada ön yerlərdə Parisdə yetləşən Luvr, Nyu-Yorkda yerləşən Metropoliten, Vatikan Muzeyləri, Abu Dabi Luvru və Sankt-Peterburqun Ermitajı idi. İndi sizə növbəti muzeyləri təqdim edirik.
Guggenheim, Bilbao Müasir İncəsənət Muzeyi
Müasir memarlıq incisi — Bilbao Guggenheim Muzeyi 1997-ci ildə açılıb. Bina Frank Geri tərəfindən ərsəyə gəlmişdir. Memar şəhərin mərkəzində muzey tikməkdən imtina edib, şəhərətrafı əraziyə üstünlük verib. Zallarda müasir incəsənətin əsl qaymağı toplanmışdır: Riçard Serra və Cenni Holzerdən Jan-Mişel Baskiya və Endi Vorhola qədər. Həmçinin burada Say Tvombley, İv Klein, Ceff Kuns və Luiz Burjuanın işlərinə baxmağa dəyər.
Orse Muzeyi, Paris
Keçmiş köhnə Paris vağzalı indi impressionizm, realizm və pointilizm cərəyanlı rəngkarlıq üçün bir məbədə çevrilib. 1900-cü ildə tikilmiş binanı 1973-cü ildə söküb, yerində dəbdəbəli otel tikmək istəyirdilər. Amma sonra fikirlərini dəyişib burada muzey yaratdılar.
Bu gün burada Qərb İncəsənəti XIX əsrin ikinci yarısından XX əsrin sonuna qədər sərgilənir. Qısa dövrdür, amma şedevrlərlə zəngin dövrdür. İmpressionizm pərəstişkarları Orseyə uzun bir müddətlərini sərf edə bilərlər. Biz sizə Ogüst Renuar, Güstav Kurbe, Eduard Mane, Pol Sezan və Vinsent Van Qoqun əsərlərinə mütləq baxmağı tövsiyə edirik.
Dövlət Tarix Muzeyi, Moskva
1872-ci ildə yaradılmış, Qızıl meydan və Manej meydanları arasında yerləşən Moskva Dövlət Tarix Muzeyi müasir Rusiyanın ərazisində məskunlaşmış qədim tayfaların qənimətlərindən tutmuş Romanovlar sülaləsinin üzvlərinin əldə etdiyi sənət şedevrlərinə qədər incəsənət əsərlərinin böyük kolleksiyasına malikdir. Xüsusilə Xludun “Zəbur”unun, Svyatoslavın antologiyasının yerləşdiyi muzey kitabxanasını qeyd etmək lazımdır. Jan Blaunun qlobusunu, Vasnetsovun və Semiradskinin rəsmlərini də nəzərdən keçirməyi məsləhət görürük.
Digər muzeylər barədə növbəti buraxılışlarımızda.
Yunus Oğuz “Cığır”ı başa vurdu
Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb. "Ədəbiyyat və incəsənət” bu məlumatı Yunus Oğuza istinadən verir.
Bu tarixi roman Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq, ta ki 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Əsərdəki bütün obrazlar, əsasən öz isimləri ilə adlandırılıb. Roman obraz çoxluğu və zənginliyi ilə də seçilir. Belə ki, Pənahəli xandan başlayan əsərin obrazları Ali Baş Komandan da daxil olmaqla məmurlar, adi insanlar, əsgərlər, generallar - bir sözlə xalqdır. Düşmən obrazları da yaddan çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına da əsərdə yer ayrılıb.
Romanın əsas qayəsi "Cığır"dan başlayan Şuşanın "Zəfər yolu"na qədər uzun məsafə qət etməsini bədii şəkildə tərənnüm etməkdir.
Rusiyaya qarşı sanksiyalar Azərbaycanda biznesə nə cür təsir edə bilər?
Qlobal məhdudiyyətlər Rusiya iqtisadiyyatı üçün şərtləri köklü şəkildə dəyişib. Rusiya Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarından və qiymətli kağızlardan istifadə ilə bağlı məhdudiyyətləri proqnozlaşdırmamışdı. Bütün bu xəbərlər fonunda rublun məzənnəsi tarixi minimuma enib, milli valyutanın ucuzlaşması hazırda da davam edir.
Mərkəzi Bankdan başqa Rusiyanın ən böyük kommersiya bankları da sanksiyalara məruz qalıb. ABŞ-da onlardan bəzilərinin aktivləri bloklanıb, bəziləri müxbir hesablarını bağlamağa məcbur edilib və onlarla hər hansı əməliyyata qadağa qoyulub. Bundan əlavə, Rusiya bankları və şirkətlərinin xarici valyutada əməliyyatlar aparmasını çətinləşdirmək üçün ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı bir neçə iri bankı SWIFT beynəlxalq ödəniş sistemindən ayırıb. Rusiyanın digər banklarının da bu sistemlə əlaqəsinin kəsiləcəyi ehtimal olunur. Sərt sanksiyalara məruz qalan banklar sırasında VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" yer alıb. Rusiya bazarının lideri sayılan "Sberbank" da sanksiyalara məruz qalıb - martın 26-dan ABŞ banklarına bu bankın müxbir hesablarını bloklamaq əmri verilib. İndi OFAC-ın (Xarici Aktivlərə Nəzarət Ofisi - ABŞ Maliyyə Nazirliyinin bölməsi) xüsusi icazəsi olmadan Amerika maliyyə institutları "Sberbank" və onun törəmə müəssisələrinin müxbir hesablarını aça və xidmət göstərə, həmçinin onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək.
Rusiya banklarına qarşı sanksiyalar onların qlobal miqyasda fəaliyyət imkanlarına böyük ziyan vuracaq ki, bu da sözügedən maliyyə institutlarının xaricdəki törəmə şirkətlərinə təsir göstərə bilər. Məsələn, VTB-nin Gürcüstan filialı korporativ bank portfelini "Liberty Bank"a ötürüb, "Sberbank" isə ümumiyyətlə Avropa bazarını tərk etmək qərarına gəlib.
Sanksiyaya məruz qalan bu kredit təşkilatları həmin banklarda valyuta əməliyyatları aparan çoxlu sayda müştəriləri, eləcə də beynəlxalq hesablaşmaları olan korporativ müştəriləri tərk edə bilər.
Bundan əlavə, "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri Rusiya bankları tərəfindən emissiya olunan kartları tam bloklayıb (kartlar yalnız Rusiya ərazisində işləyəcək). Bununla belə, "Visa" və "Mastercard" Rusiya Federasiyasında digər dünya banklarının kartlarına xidmət göstərməyəcək.
Belə olan halda sual yaranır - Azərbaycanda birbaşa Rusiya ilə bağlı Rusiya kapitallı bankların işi necə olacaq? Hazırda Azərbaycanın bank sektorunda vəziyyət sabitdir, Rusiya kapitallı bankların sayı çox deyil. Müəyyən problemlərin olmasına baxmayaraq, ölkənin bank sektoru pandemiyadan sonra uğurla bərpa olub və məcmu mənfəəti 2021-ci ildə 610 mln. manat təşkil edib.
Biznesin fasiləsiz işini təmin etmək üçün şirkət sahibləri və direktorları ən azı aşağıdakılara diqqət yetirməlidirlər:
- rusiyalı tərəfdaşlarla işləyən şirkətlər partnyorun xidmət göstərən bankının sanksiyalar altında olmadığına əmin olmalı və ya ondan sanksiya tətbiq olunmayan başqa bankda hesab açmağı xahiş etməlidir;
- bəzi Azərbaycan bankları Rusiya bankları vasitəsilə dollar köçürmələri həyata keçirir ki, bu da, çox güman, yaxın gələcəkdə mümkün olmayacaq. Ona görə də bankdan onun müxbir hesablarının harada yerləşdiyini öyrənilməli və lazım gəldikdə əlavə hesablar açılmalıdır;
- alternativ təchizatçılar və malların alternativ logistikası haqqında düşünmək, belə ki, çatdırılmalarda Rusiyada fəaliyyət göstərən logistika şirkətlərinin sayının azalması, eləcə də Çindən çatdırılma marşrutlarının dəyişdirilməsi ilə bağlı mümkün gecikmələr mümkündür.
Müştərinin bankdan gözlədiyi ən vacib şey - etibarlılıqdır. Lakin bankın bu meyara cavab verib-vermədiyini yoxlamaq bəzən asan olur. Bankın sabitliyinə də xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın bank sistemi kifayət qədər sabitdir, lakin siz zəmanət verə bilməzsiniz ki, bankınıza heç nə olmayacaq.
Etibarlılıq parametrlərinə bankın bazardakı mövqeyi, biznes strategiyası, inkişaf dinamikası, maliyyə vəziyyəti, Mərkəzi Bankın tələblərinə uyğunluğu, səhmdarların strukturu və nüfuzu daxildir.
Sonda onu da qeyd edək ki, əksər hallarda biznesin üzləşdiyi çətinliklər sahibkarların öz risklərini yenidən qiymətləndirməsinə və paralel olaraq yeni imkanlar tapmasına səbəb olur. Bura həm bazarların yenidən bölüşdürülməsində fəaliyyətin genişləndirilməsi, həm də yeni, daha sərfəli tərəfdaşların tapılması və s. məsələlər daxildir. Rusiya bizneslərinə qarşı tətbiq edilən məhdudiyyətlər onların azərbaycanlı tərəfdaşlarına mənfi təsir edə bilər. Lakin bu, həmçinin, Azərbaycan sahibkarları üçün yeni imkanlar və perspektivlər axtarışı və əldə olunması vaxtıdır.
Başqalarının kölgələri altında sığınacaq tapanlar
İstedadlı karikaturaçı-rəssam Soltan Soltanlının bu karikaturası ötən il İranda "İnsanlıq" mövzusunda keçirilən beynəlxalq karikatura yarışmasında finala çıxıb.
Kataloqa daxil edilən karikaturanı sizlərə təqdim edirik.
Günün fotosu: “Novaya qazeta” yalan yazmaqdansa susmağı üstün tutdu
Günün fotosu:
“Novaya qazeta” yalan yazmaqdansa susmağı üstün tutdu
Rusiyanın ən populyar mətbu orqanlarından olan “Novaya qazeta” nın baş redaktoru Dmitriy Muratov Ukrayna ilə müharibə bitincəyə qədər qəzeti çıxarmayacaqlarını bəyan edib. Bu, Putin idarəçiliyinin yalan yazmaq əmrini ən azı susmaqla pozmaq anlamındadır.
Foto: Euronews
Özbəkistan Dövlət Televiziyası Şah İsmayıl Xətai haqqında veriliş yayımlayıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və bu ölkənin Milli Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu (Şİ) Azərbaycanın böyük dövlət xadimi, klassik ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyi münasibətiIə birgə hazırladıqları "Mənbələr danışanda" adlı veriliş dövlət televiziyasında nümayiş etdirilib.
Ssenari müəllifi Şuxrat Salamov olan veriliş, tamaşaçılara aparıcı-jurnalist Dildora Hasanova tərəfindən təqdim edilib. Proqramda Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldıran, lirik və epik janrlarda gözəl əsərlər yaradan, dövlətçilik tariximizdə müstəsna xidmətləri olan, hökmdar və şair Şah İsmayıl Xətainin yaradıcılığı, əsərləri haqqında məlumat verilib. Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan 1535-ci ilə aid “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” adlı nadir əlyazma haqqında da söhbət açılıb.
Verilişdə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə azərbaycanlı alim Kərimulla Məmmədzadənin Şərqşünaslıq İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində tapılan nadir Xətai əlyazması haqqında məlumatlar öz əksini tapıb.
Şərqşünaslıq İnstitutunun bölmə müdiri Salimaxan Eşanova, AMM-in direktoru Samir Abbasov, tarixçi alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, Əməkdar müəllim Kərəm Məmmədov Şah İsmayıl Xətainin dövlətçilik ənənələri, ana dilini dövlət dili səviyyəsinə qaldırması, ədəbi yaradıcılığı barədə danışıb, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə əsasında Özbəkistan arxivlərində, fondlarında saxlanılan Azərbaycana dair nadir əsərlər, əlyazmaların aşkar edilməsi, onların tədqiqata cəlb olunması barədə fikirlərini bölüşüblər.
Verilişdə Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin sifarişi ilə hazırlanan 1535-ci ilə aid Xətai divanının Daşkənddə saxlanılan nəfis şəkildə hazırlanmış orijinal nüsxəsi nümayiş etdirilib. Həmçinin Şah İsmayıl Xətai ilə Əlişir Nəvainin yaradıcılığı arasında əlaqə, özbək xalqının hökmdarı Zahirəddin Məhəmməd Baburla dostluq əlaqələri, Azərbaycan və özbək xalqları arasındakı tarixi dostluğa nəzər salınıb.
Qeyd edək ki, AMM tərəfindən “Şah İsmayıl Xətainin divanının Daşkənd nüsxəsi” adlı əlyazmanın faksmil nəşrinin yaxın zamanlarda çapı və təqdimatı nəzərdə tutulub.
Bu barədə məlumatl AzərTAC yayıb.
Türk Ədəbiyyatı Vakfı Özəl Ödüllərə sahib oldu
Türkiyənin ədəbi həyatında əhəmiyyətli rol oynayan Türk Ədəbiyyatı Vakfı 2021-ci il üçün Kültür ve Turizm Bakanlığının Özəl Ödüllərinin sahibi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Cumhurbaşkanlığı Külliyesində düzənlənən törəndə ödülü Türk Ədəbiyyatı Vakfının başqanı, tanınmış şair Serhat Kabaklıya Cumhurbaşkanı Yardımcısı Fuat Oktay ile Kültür ve Turizm Bakanı M. Nuri Ersoy təqdim ediblər.
Onu da qeyd edək ki, Türk Ədəbiyyatı Vakfı Azərbaycan ədəbiyyatının Türkiyədə təbliğatı baxımından da əhəmiyyətli işlər görür. Ötən ilin avqustunda yazıçı Varisin İstanbulda TADEV yayınları tərəfindən erməni-türk münaqişəsinin tarixindən bəhs edən “Altun cip saatı” romanının işıq üzü görməsini xatırlatmaq yerinə düşər.
Bu gün Xalça Muzeyində yeni layihənin təqdimatı olacaq
Bu gün, Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək.
AzərTAC xəbər verir ki, bu beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.
Burada muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək. Ziyarətçilər martın 29-da saat 10.00-dan 18.00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.
Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşaiyət edilir.
“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu (International Relief Fund2021), Höte İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.
Tolstoyun gündəlik tutmağa başlaması, Bethovenin səhnəyə ilk gəlişi
29 mart gününə hansı tarixi hadisələr düşür?
“Ədəbiyyat və incəsənət” portalı sizlərə günün ən əlamətdar hadisələrini təqdim edir.
1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.
Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu.
Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi.
1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub.
Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb.
1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb.
1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.
Bu gün Ümumdünya Fortepiano Günüdür
Bu gün, martın 29-da təqvimdə bir sıra bayramlara, əlamətdar hadisələrə rast gəlmək olar. Məsələn, bu gün Ümumdünya Fortepiano Günüdür. Musiqi xadimi Nils Framın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu sirli-sehirli, ecazkar çalğı alətinin gününü bayram edir. Niyə 88? Çünki fortepianonun məhz 88 dili var.
“Ədəbiyyat və incəsənət” potrtalı bildirir ki, Tüstü və güzgü bayramı adlı bayram da bu gün qeyd olunur. Əslində, günün sadə adı ilyuzionist, yəni gözbağlayıcı günüdür. Bu maraqlı sahədə çalışanların da öz peşə bayramları var imiş.
Bir dəfə bulvarda bir səhnəyə şahid olmuşuq. Bir gözbağlayıcı bir nəfərdən bir manatlıq alıb manatlığı ovcunda saxladıqdan sonra ona əvəzində iki dənə manatlıq qaytarmışdı. Xoşbəxt olan şəxs bu dəfə ona yüzlük vermişdi. Ovucdan iki yüzlüyün çıxacağını gözləyən biçarə ordan ümumən pul çıxmadığını görəndə gözbağlayıcının üzərinə yerimişdi. O da demişdi ki, bayaq alındı, indi alınmadı, neynəmək olar?
Necə deyərlər, artıq tamah baş yarar.
Niaqara şəlaləsi quruyan gün – təsəvvür edin ki, bu günün belə bir qeydolunma təyinatı var.
Aətən saniyədə 3160 tonn su keçən Niaqara şəlaləsi 1848-ci ilin 29 martında buzlaqlar səbəbindən qurumuş, şəlalə funksiyasını itirmişdi. İnsanlar dəhşətə gəlmiş, bunu Allahdan gələn bəla hesab etmişdilər. Sonrakı günlər su tədricən axmağa başlamışdısa da insanların suyun yenidən quruya biləcəyi qorxu-hürküsü bitməmişdi. O vaxtdan da bu gün, bir növ, “faciə qaşla göz arasındadır” anlamında qeyd edilməkdədir.
O kı qaldı ayrı-ayrı ölkələrdə qeyd olunan bayramlara, məsələn, dünyanın lider dövləti ABŞ-da bu gün 3 bayram bir-birinə qarışacaq. Vyetnam müharibəsi veteranları günü. Kiçik biznes sahiblərinin bayramı. Və təbii ki, bir də qida bayramı – milli şifon biskviti günü.