Super User

Super User

Rəsm qalereyası:

Saxa Yakutiya Respublikasının xalq rəssamı Vyaçeslav Yaroyev, “Mənzərə”

 

Mədəniyyət naziri Anar Kərimovun Türkiyə səfəri zamanı görüşləri davam edir. Növbəti görüş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayevlə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı TÜRKSOY-un türk xalqları arasındakı mədəni və dostluq münasibətlərinin möhkəmlənməsində rolundan, eləcə də Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs olunub. 

Nazir Sultan Rayevə yeni vəzifəsində uğurlar arzulayaraq, bu şərəfli yolda türk dünyasının mənəvi və mədəni tərəqqisi üçün əlindən gələni edəcəyinə əminliyini bildirib. 

Sultan Rayev də öz növbəsində nazirə təşəkkür edərək, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın  Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə səmimi təbrikini dilə gətirib. O, Şuşanın bərpası və yenidən qurmasının önəmindən də danışıb. Bildirib ki, bunu etsək, türk mənəviyyatını da dirçəldərik.

* * *

Nazir Anar Kərimov daha sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüş zamanı tərəflər türk xalqlarını birləşdirən təşkilatların önəmli fəaliyyətindən, birgə əməkdaşlığın, tədbir və layihələrin dostluğumuz, qardaşlığımız naminə vacibliyindən söz açıblar.

Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa barədə də maraqlı müzakirələr baş tutub.

Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. 

Görüş hər iki tərəfi maraqlandıran müzakirələrlə davam edib.

Amerikalı aktyor Brüs Uillis karyerasını başa vurur, bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

 

67 yaşlı tanınmış aktyorun bu gözlənilməz qərarına səbəb onun afaziya xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsidir. Bu xəstəlik beyinin iltihabıdır, onun nəticəsində 

nitq itir və ya pozulur. 

Aktyor səhnədən getməsi barədə  sosial şəbəkədə öz pərəstişkarlarına müraciət ünvanlayıb. 

Xatırladaq ki, Brüs Uillis Con Makleynin “Möhkəm qoz" franşizində oynadığı roluna görə şöhrət qazanıb, "Kriminal oxunuş", "Beşinci element" kimi filmlərdə də uğurlu obrazlar yaradıb.

Hazırda iki Emmi və bir Qızıl Qlobus almış, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni qazanmış aktyorun 1987-ci ildə Demi Murla nikahdan 3 uşağı var.

Hollivuddakı “Şöhrət Zalı"nda qocaman aktyorun 2006-cı ildən etibarən ulduzu parlayır.

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yazıçılar Birliyinin uşaq poeziyası şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin qurultayqabağı “Uşaq ədəbiyyatının dünəni, bu günü, sabahı” mövzusunda məruzəsi dinlənilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB sədri Anarın, ədəbiyyat xadimlərinin, uşaq ədəbiyyatı nümayəndələrinin, eləcə də Beynəlxalq Mahmud Kaşğari Fondunun nümayəndəsinin qatıldığı tədbir məruzədən sonra fikir mübadiləsi ilə davam etdirilib. 

Daha sonra şair Qəşəm Nəcəfzadə Beynəlxalq Kaşğari Fondunun  “Mahmud Kaşğari" mükafatı ilə təltif olunub.

Qəşəm Nəcəfzadəni təbrik edirik!

 

Azərbaycan Dövlət Pantomima Teatrı aprel ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

 

Aprelin 2-də “Pantomima buketi”, 3-də “Ağ bığlılar”, 9-10-da isə “Dejevü” tamaşaları göstəriləcək. 

Bundan başqa, aprelin 16-da “Son Ştrix”, 17-30-da “Pantomima buketi” 23-də “Ağ bığlılar”, 24-də isə “Undergraund” tamaşası nümayiş ediləcək.

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da başlanacaq.

 

“Hər şeyin ən yaxşısı qədərincə təbliğ olunmalıdır”.

 

Aprelin 1-dən 22-dək Azərbaycanda "Frankofoniya 2022" Günləri keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Frankofoniya Günləri çərçivəsində kino, natiqlik müsabiqəsi, sərgi, konfranslar, məktəblərdə görüşlər (teatr, mahnı, rəqs və s.) və digər tədbirlər təşkil olunacaq.

Cümə günü, 8 aprel saat 19.00-da Art Tower Gallery-də nümayiş olunacaq «Rouge» filminin nümayişini isə tədbirlərin şahi adlandıra bilərik. 

Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

Bu il Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.

Fransa mədəniyyətinin ən yaxşı cəhətlərinin digər ölkələrə aşılanması ilə yanaşı bu tədbir həm də əcnəbi insanlarda bir Fransa sevgisi yaratmağa hesablanıb. 

 

Şəkildə: “Rouge” filminin afişası

 

Dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aprel repertuarına da salınıb. 

 

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu gün - aprelin 1-də təqdim ediləcək tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.

Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.

Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

Sabah Beynəlxalq Uşaq Kitabı günüdür. Bu münasibətlə Bakı şəhərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, #kitablaböyüyək haştaqı altında təşkil olunacaq festivalda müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edərək uşaqlara aid kitablarını sata biləcəklər. 

Festivalda müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor, eləcə də uşaqlara aid çoxlu kitablar yazan   Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun təqdimat və imza mərasimləri təşkil ediləcək.

Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində gerçəkləşəcək.

Onu da bildirək ki, “Passaj”da baş tutacaq festival gün ərzində saat 10:00-dan 20:00-dək açıq olacaq, 2 gün davam edəcək, aprelin 3-də yekunlaşacaq.

Kitabsevərlər, uşaqlarınıza kitab bayramı yaşadın!

 

Bu gün Şəhriyar klubunda Bakı Bələdiyyə Teatrının "Sehrbaz" tamaşasının premyerası keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı "Sehrbaz" tamaşasının quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova rol alıblar.

Tamaşa fəlsəfi baxışlara söykənir, insanın həqiqətə tapınmasını, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini vurğulayır. 

Şəhriyar klubunun ünvanı: Rəşid Behbudov küçəsi, 3-dür.

Tamaşaya baxış dəvətnamə ilədir.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aprel repertuarını “Ədəbiyyat və incəsənət” portalı təqdim edir. 

 

1 aprel – “Ah, bu uzun Sevda yolu”

2 aprel – “Xanuma”

3 aprel – “Ölülər”

7 aprel- “Manqurt”

8 aprel – “Cəhənnəm sakinləri”

9 aprel – “Filumena Marturano”

10 aprel – “Dəli yığıncağı”

15 aprel – “12-ci gecə, yaxud hər nə istəsəniz”

16 aprel – “Qətibə inanc”

17 aprel – “Ah, bu uzun Sevda yolu”

21 aprel – “Yaşar”

22 aprel – “Sinif yoldaşları”

23 aprel – “Şah Qacar”

24 aprel – “Zorən şorgöz”

28 aprel – “İnanıram”

29 aprel - “Filumena Marturano”

30 aprel – “Mənim günahım”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.