Bu gün Şəhriyar klubunda Bakı Bələdiyyə Teatrının "Sehrbaz" tamaşasının premyerası keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı "Sehrbaz" tamaşasının quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova rol alıblar.
Tamaşa fəlsəfi baxışlara söykənir, insanın həqiqətə tapınmasını, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini vurğulayır.
Şəhriyar klubunun ünvanı: Rəşid Behbudov küçəsi, 3-dür.
Tamaşaya baxış dəvətnamə ilədir.