Yunus Oğuz “Cığır”ı başa vurdu

  Yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270  illiyinə və 44 günlük Vətən  müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı tamamlanıb. "Ədəbiyyat və incəsənət” bu məlumatı Yunus Oğuza istinadən verir.

  Bu tarixi roman Pənahəli xanın  Şuşanı inşa etdirməsindən  başlayaraq, ta ki 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad  edilməsinədək olan dövrü əhatə  edir. Əsərdəki  bütün obrazlar,  əsasən öz isimləri ilə adlandırılıb. Roman obraz çoxluğu və zənginliyi   ilə də seçilir. Belə ki, Pənahəli  xandan başlayan əsərin obrazları Ali Baş Komandan da daxil olmaqla məmurlar, adi insanlar, əsgərlər, generallar - bir sözlə xalqdır.  Düşmən obrazları da yaddan  çıxmayıb. Belə ki, Ter-Petrosyan, Paşinyan, Tonoyan və başqalarına  da əsərdə yer ayrılıb.

Romanın əsas qayəsi "Cığır"dan  başlayan Şuşanın "Zəfər yolu"na  qədər uzun məsafə qət etməsini bədii şəkildə tərənnüm etməkdir.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.