Super User

Super User

Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində Günel İmranın rus dilinə tərcümə olunmuş “Bayquş” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən verilən məlumata görə, hekayənin rus dilinə tərcümə müəllifi Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva, bədii redaktoru rusiyalı ədəbiyyatşünas alimi Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” mütəmadi olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 08:31

Əcnəbi fotoqraflar Şuşada

Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.

Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıb.

Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Fabian Weiss (Almaniya) isə hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 13-16 dekabr tarixlərində Şuşanı ziyarət edəcək.

Azərbaycana səfəri çərçivəsində dekabrın 12-də xarici fotoqraf ilə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirildi, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq.

Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti təşkil olunub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib. 

Xeyriyyə konsertində qəhrəmanlıq mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, dünya musiqi incilərindən nümunələr səsləndirilib.

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, şəhər sakinləri fəal iştirak ediblər.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Kinosevərlər üçün maraqlı xəbəriniz var. Paytaxt Bakıda “Türk filmləri həftəsi” təşkil olunacaq. “Türk filmləri həftəsi” dekabrın 17-dən 21-dək Nizami Kino Mərkəzində keçiriləcək.

Bu barədə mediaya Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç məlumat verib. O, bildirib ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.

“Film həftəsi”nin açılışı dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur. 

Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək. Giriş sərbəst olacaq. 

Semih Kaplanoğlu Ankara, İstanbul, Sinqapur Uluslararası və Nant -üç qitə festivallarını qazanıb. 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 15:00

“Ailə” dizisiylə bağlı xəbər var

Baş rolunu Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandıracağı yeni "Ailə" dizisinin heyətinə daha bir  aktyor daxil olub. Türkiyə mediası xəbər verir ki, ekran işində Ushan Çakır rol alacaq. 

Qeyd edək ki, serialın çəkilişləri dekabr ayının sonu başlayacaqz

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə, 14 Dekabr 2022 09:00

Məşhur yakut rəssamının sərgisi açılıb

Portalımız yakutlar və Saxa-Yakutiya barədə silsilə yazılar dərc edir. Bu dəfə isə mövzu ilə bağlı bir xəbər paylaşırıq.  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sistemi yakut rəssamı Anna Zverevanın Yeni il öncəsi virtual sərgisini açıb.

A.Zverevanın əsas əsərlərinin kataloquna 221 xalq və dekorativ-tətbiqi sənət əsəri daxildir. O, həmçinin geyim modelləri yaratmaqla bərabər, mozaika qobelenlərinə qədər müxtəlif sahələrdə və janrlarda işləyir.

Rusiya Rəssamlar və Jurnalistlər ittifaqlarının üzvü, Yakutiyanın Xalq artisti Anna Zvereva "Rus ədəbiyyatına sədaqətli xidmətə görə" A.P. Çexov medalı ilə təltif olunub. 1991-ci ildə rəssam Yakutiya Milli İncəsənət Muzeyinin bazasında respublikada ilk Yakut xalq sənətkarlığı yaradıcılıq studiyasını açır. Bu gün Yakutiya ərazisində onun üç müəllif məktəbi fəaliyyət göstərir, rəssamın tələbələrinin arasında Rusiya Rəssamlar İttifaqının üzvləri, sənət ustaları, Rusiya və beynəlxalq rəsm sərgilərinin laureatları, diplom sahibləri və iştirakçılar var. 

Onun avanqard axtarışları dünya miqyasında tanınmış yeni bir janr olan toxuculuq mozaikasının yaradılmasına səbəb olub.

Qeyd edək ki, rəssam Anna Zvereva 10-dan çox kitabın, albomun, kataloqun və təsviri incəsənət dövri nəşrlərində 200-dən çox nəşrin, həmçinin televiziya və radio verilişlərinin müəllifidir.

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)

Çərşənbə axşamı, 13 Dekabr 2022 17:28

SSRİ-nin məxfi layihələri

Gizli yeraltı obyektlər, yüz metrlərlə hündürlüyü olan antennalar, adron kollayderlər - bütün bunlar SSRİ-nin gün işığına çıxan məxfi layihələridir.

Neft daşları

Keçən əsrin ən möhtəşəm layihələrindən biri olan Neft daşları 1949-cu ildə Xəzər dənizində salınıb. Bura sanki ayrıca bir dünyadır. 2 mindən çox insanın yaşadığı bu məkanda insan həyatı üçün vacib olunan bütün şərtlər, infrastruktur təmin olunub.

Proton komplekti

Avropadan çox öncə SSRİ-də adron kollayderinin yaradılmasına cəhd edilib. 1983-cü ildə tədqiqat institutu olan "Proton" tərəfindən Protvinoda layihənin icrasına start verilib. Hətta yerin 60 metr dərinliyinə iki əsas halqa belə yerləşdirilib, hansı ki, dərinliyi 21 kilometrə çatdıra biləcək qabiliyyətdə idi. Lakin ölkədə "yenidənqurma" siyasətinin törətdiyi fəsadlar bu layihənin həyata keçirilməsinə mane oldu.

 Sualtı qayıqlar bazası

Bu obyekt Balaklavada yerləşirdi. SSRİ dönəmində bura məxfi xəritələrdə "obcekt 825 QTS" adı ilə verilirdi. Obyektin tikintisinə 1961-ci ildən başlanılmışdı və mümkün nüvə hücumuna qarşı hesablanmışdı. Obyektə yalnız iki giriş qapısı vasitəsilə daxil ola bilərdilər. Sahəsi 5100 kv.metr idi. Özünün xüsusi hospitalı, çörəkbişirmə sexi, idman mərkəzi vardı. Mümkün nüvə hücumu zamanı bütün Balaklava sakinlərini burda yerləşdirmək mümkün idi və ərzaq ehtiyatı 3 ili görərdi.

Çernobıl-2 stansiyası

1985-ci ildə "Duqa" radiolokasiya stansiyası inşa edildi. Bu obyekt qitələrarası ballistik raketlərin aşkar edilməsi üçün nəzərdə tutulmuşdu. Antennaların hündürlüyü 150 mterə bərabər idi və 160 km radiusda olan ərazini nəzarətdə saxlaya bilirdi. Çernobıl AES-də məlum qəzadan sonra bura öz əhəmiyyətini itirdi və "Çernobıl-2" adlandırıldı. Hazırda isə turistlərin ayaq açdığı yerə çevrilib.

"Döyüş köstəbəyi"

Bu obyektin vəzifəsi yer altında şübhə çəkmədən düşmən obyektlərini, gəmiləri məhv etməkdən ibarət idi. Bu partlayışlar nəticəsində zəlzələ də yaradıla bilirdi. Silah Ural rayonlarında test edildi və sübut olundu ki, 15 km dərinliyə enərək, düşmən obyektlərini məhv etmək iqtidarındadır. Lakin növbəti sınaq zamanı faciə yaşandı, qayıq partladı və  bütün komanda üzvləri həlak oldu.

Kosmik qırıcı - "Spiral"

"Soyuq müharibə" illərində sovet alimləri düşmənə kosmosdan zərbə endirmək, eləcə də düşmənin siqnallarını müəyyən etmək üçün belə bir layihə üzərində işlədilər. Bu obyektin fantastik imkanları vardı: istənilən hava və landşaft şərtlərində fəaliyyət göstərə, kosmosdan bombardman edə və düşmənin siqnallarını müəyyənləşdirə bilirdi. Aparat istehsal olunsa da test edilmədi və 70-ci illərin ikinci yarısında gözlənilmədən ortadan götürüldü.

Beyin radiosu

Bioloji silahlardan sonra kütləni məhv etmək üçün ən "uğurlu" silah psixoloji silahlardır. İnsan beyninə radio dalğalar vasitəsilə təsir etməklə ona istədiyiniz işi gördürmək mümkündür. Belə bir təkliflə 1923-cü ildə Bernard Kajinskiy çıxış edib. İt üzərində təcrübə aparıldı və onun beyninə radio dalğalar göndərildi. İt bu siqnallara mavfiq olaraq, rəfdən kitab götürdü. 1924-cü ildən sonra təcrübələr bilinməyən səbəblərdən dayandırıldı.

Uçan tank: A-40

1941-ci ildə müharibənin gedişində tankları partizanlara dəstək məqsədilə, havadan daşımaq ehtiyacı yaranmışdı. Bunun üçün belə bir layihə üzərində düşünülməyə başlandı. Lakin təcrübə aparılsa da, bu layihədən imtina olundu. Çünki yük o qədər ağır idi ki, motorda yanğın baş verdi.

Atom reaktorlu təyyarə - M 60 (Atomolёt)

SSRİ-də atom energetikasının inkişafı dövründə alimlər kerosinlə yanaşı, atom enerjisi ilə də işləyə bilən təyyarə üzərində fikirləşməyə başladılar. Bu icad yanacağa olan ehtiyacı azalda bilərdi. Lakin uçuş zamanı pilotun radiasiyaya məruz qalması və baş verə biləcək böyük faciəni nəzərə alaraq, layihəni dayandırmaq məcburiyyətində qaldılar.

Meteoroloji silah

XX əsrin 80-ci illərində insanın havaya təsiri süəkli araşdırılırdı. Meteoroloji silahlar vasitəsilə düşmən ərazisində təbii fəlakətlər yaratmaq sovet rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən idi.

Lazer silahları

Stasionar lazer silahlarının istifadəsi üçün Moskva ərazisində bir neçə təcrübə şaxtaları mövcud idi. Təcrübələr müsbət yekunlaşsa da, 90-cı illərin əvvəllərində nədənsə, ortadan qaldırıldı.

Sibir xorası

"Soyuq müharibə" dövründə sovet alimləri bioloji silahlar üzərində də çalışmağa başlamışdılar. Bioloji silahlar 1925-ci il Cenevrə konvensiyası ilə qadağan olunduğuna görə, bu iş gizli şəkildə sürdülürdü. Layihə Aral dənizində yerləşən bir adada həyata keçirilirdi. Aral gölü quruduqdan sonra həmin ərazi yarımadaya çevrildi və virusun arealının genişlənə biləcəyi təhlükəsi ortaya çıxdı. Layihənin sonrakı aqibəti haqda heç nə bilinmir.

SSRİ-də ilk nüvə faciəsi - "Çelyabinsk-40"

SSRİ-də ilk nüvə faciəsi Çernobılda deyil, ondan 29 il əvvəl Uralda, "Mayak" stansiyasında baş verdi. Həmin layihənin məxfi kod adı "Çelyabinsk-40" idi. Hadisə 30 il ictimaiyyətdən gizlədildi. Deyilirdi ki, faciədən sonra bir çox insan radiasiyaya məruz qalmışdı.

“Ədəbiyyat və incəsənət”

 (13.12.2022)

Çərşənbə axşamı, 13 Dekabr 2022 17:17

Çərşənbə axşamı, 13 Dekabr 2022 17:15

Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb

Cari ilin yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,2 faiz artıb. ÜDM istehsalının 52,7 faizi sənaye, 8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 64,2 manata bərabər olub.

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Yazıçı, şairə və publisist Mətanət Ulu Şirvanlının yeni kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan “Şübhə” romanı yazıçının növbəti nəsr əsəridir. Əsər XIX əsrin sonları və XX əsrin əvvəllərində baş vermiş hadisələrin fonunda qələmə alınıb. Kitabda elat tayfalarının həyatı, etnoqrafiyası, qədim və unudulmuş adət-ənənələrindən söhbət açılır.

Romanda hadisələrin böyük bir qismi 1918-ci ildə erməni cəlladlarının Şamaxıda törətdikləri cinayətlərdən bəhs edir. Baş vermiş hadisələri tarixi faktlar əsasında qələmə alan müəllif ermənilər tərəfindən Şamaxı əhalisinin amansız qətliamını və şəhərin acı taleyini oxucuların gözü önünə gətirir.

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.