Super User

Super User

Fərhad Dost, Türkiyədəki Süleyman Dəmirəl Universitetinin

jurnalistika fakültəsinin məzunu. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Sumqayıt şəhərinin 2025-ci il üçün ölkənin Gənclər paytaxtı elan edilməsi münasibətilə şəhərdə keçirilən tədbirlər çərçivəsində poeziya həvəskarları üçün unudulmaz bir gün təşkil olunmuşdu. “Gənclər paytaxtı Sumqayıtda Poeziya günü” adlı bu ədəbi-bədii məclis Sumqayıt Şəhər İcra Hakimiyyəti və Milli Məclisin deputatı Səbinə xanım Salmanovanın birgə təşəbbüsü ilə gerçəkləşdi.

Tədbir barədə “Ədəbiyyat və incəsənət” portalında informative bir yazı getmişdi. Amma düçünürük ki, sıradan olmayan və əsl poeziya bayramına çevrilən bu tədbir barədə daha geniş danışsaq, yerinə düşər.

 

Sumqayıtın möhtəşəm  bir mədəniyyət ocağına çevrildiyi bu gündə poeziya ruhu hər kəsi əhatə edərək, şeirin qəlblərə işıq saçan gücünü bir daha nümayiş etdirdi. Tədbir iştirakçıları şeirlərin musiqi sədaları altında dinlənildiyi, ruh oxşayan bir mühitdə zamanın necə keçdiyini hiss etmədən bu ədəbi- bədii məclisdən zövq aldılar.

Milli Məclisin deputatı Səbinə xanım  Salmanova tədbirin keçirilməsinin əsas məqsədindən danışaraq, Sumqayıtın son illərdə yaradıcı ruhun mərkəzinə çevrildiyini vurğuladı. O, şəhərdə bədii düşüncənin, söz sənətinin və incəsənətin inkişafına verilən dəstəyin mühüm rol oynadığını qeyd edərək, vaxtilə kimya zavodlarının tüstüsünə bürünən, “kimyaçılar şəhəri” kimi tanınan Sumqayıt bu gün mədəniyyətin, elmin və sənətin harmoniyada qovuşduğu bir ziyalı məkanına çevrildiyini bildirdi.

Deputat Səbinə xanım  Salmanova çıxışında Sumqayıtda baş verən bu böyük dəyişikliyin təsadüfi olmadığını vurğulayaraq, şəhərin sürətli inkişafının arxasında böyük zəhmət və uzaqgörən idarəçiliyin dayandığını qeyd etdi. O, xüsusilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab  Zakir Fərəcovun fədakar fəaliyyətinin sayəsində şəhərin simasının tamamilə yenilədiyini və onu təkcə sənaye mərkəzi deyil, eyni zamanda mədəniyyətin, elmin və yaradıcı düşüncənin qovuşduğu bir məkan kimi formalaşdırdığını vurğuladı.

Deputat Səbinə xanım  Salmanova eyni zamanda cənab  Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıtın bu gün təkcə coğrafi sərhədləri ilə deyil, mənəvi və intellektual baxımdan da genişləndiyini, yeni ideyaların, bədii düşüncənin və gənclərin potensialının çiçəkləndiyi bir məkana çevrildiyini xüsusilə  vurğuladı.

Söz və sənətə vurğun könüllərin bir araya gəldiyi bu möhtəşəm poeziya günü unudulmaz anlara səhnə oldu.

Tədbirin qonaqları arasında Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, eləcə də tanınmış söz ustadları Rüstəm Behrudi və İbrahim İlyaslı yer alırdı. Tədbirə xüsusi bir duyğusallıq qatan məqamlardan biri də Xalq şairi Nəriman Həsənzadənin videomüraciətinin yayımlanması oldu. Onun səsi ilə səslənən səmimi sözlər poeziya gününün ruhuna bir ahəng, bir dərinlik, sevgi  qatdı. Gün boyunca sözün sehri sətirlərdə dil açdı, misralar Sumqayıtlıların qəlbinə yol tapdı. Şairlər öz lirik nümunələrini təqdim edərək, dinləyiciləri poeziyanın sehrli dünyasına qərq etdilər. Hər misra ilhamın qanadlarında süzərək, zamanın sərhədlərini aşdı, qəlblərə toxundu, duyğulara rəng qatdı. Sözlərin musiqisi, qafiyələrin ahəngi, duyğuların ən incə çalarları bu unikal məkanı poeziya məbədinə çevirdi.

Bu tədbirdə yalnız şeir səsləndirilmədi, o, bir bəstə kimi səsləndi, ruhun dərin qatlarına süzüldü, sanki özü bir nəfəs, bir işıq oldu. Dinləyicilər hər misranın qoynunda fərqli duyğular yaşadı, poeziyanın möcüzəli gücü qarşısında heyrətə gəldi. Sumqayıt bu gün təkcə şəhər yox, İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovun və Deputat Səbinə xanım Salmanovanın sayəsində bir şeir diyarı, bir ilham yuvası oldu.

Həmin tədbirə isə ən böyük rəhngarəngliyi Sumqayıt Dövlət Dram Teatrının aktyorları və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin Dügah Xalq Çalğı Alətləri ansamblı gətirdi.

Dügah ansambılı uzun illərdir ki, bu kollecin nəzdində fəaliyyət göstərir. Bu Xalq Çalğı Alətləri  kollektivi  Azərbaycanı bir sıra MDB ölkələrində də təmsil eləyib və böyük mükafatlarla Vətənə qayıdıb. Bu gün bu ansamblın  bədii rəhbər  Kamran Teymurovdur və o, özü kollektivi tarda müşayət edirdi. Sizi ansambılın başqa üzvlərilə də tanış etmək istəyirik.

Kamançada: Tural Qədirov, Qarmonda: Fərid Bənnayev, Klavişdə: Ülvi İsmayıl, Udda: Bayram Quluzadə, Sazda: Ceyhun Dəmirli, Balabanda (zurnada): Mətləb Abdullayev,  Zərb alətlərində: Vüqar Zəkiyev,  Nağarada: Həsən Quliyev ifa edirdilər. Dügah Xalq Çalğı Alətləri ansambılı ilk öncə çaldığı “Şur” kompozisiyasını  ifa etdi və bununla da tamaşaçılarda böyük sevgi yaratdı. Sonra  Xalq şairi  Ramiz Rövşənin sözlərinə, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin  bəstələdiyi “Novruz gəlir yaz gəlir” mahnısını  Səbinə xanım  Ərəbli ifa etdi. Bundan sonar isə Xalq şairi  Nəriman Həsənzadənin “Yox deyə deyə” sözlərinə  Xalq şairi, gözəl mahnıların müəllifi mərhum  Ramiz Mirişlinin  mahnısı səsləndi. Bu mahnısı isə  Sədəf xanım Budaqova ifa etdi. Sonra müğənni Gülzar xanım Fərəcova  Xalq şairi  Vahid Əzizin sözləri olan “Bayatılara”  Xalq artisti  Eldar Mansurovun yazdığı mahnını ifa etdi. Vahid Əzizin “Qurban olum” mahnısını isə Famil Kərimov ifa etdi.  Bu mahnını  isə bəstəkar  Kəmalə Qasımova yazıb.

Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının, aktrisalarının söylədiyi şeirlər də tamaşaçıların çox xoşuna gəldi. İlk öncə Elay Xasıyev  Xalq şairi Nəriman Həsənzadənin “Nərdivan” şeirini söylədi. O, bu məşhur şeiri özünə xas formada elə yaxşı söylədi ki, tamaşaçılar Elayı sürəkli alqışlarla qarşıladılar. Əməkdar artist İlahə xanım Səfərovanın Xalq şairi Vahid Əzizin “Qarabağımda” şeirini yüksək peşəkarlıqla söyləməsini tamaşaçılar gur alqışlarla qarşıladılar. Gənc aktrisa Məryəm xanım  Hüseynlinin Xalq şairi  Sabir Rüstəmxanlının “Səni məndən alan dünya” şeirini tamaşaçılar alqışlarla qarşıladılar. Gənc aktyor Emil Həmidovun ifasında  Xalq şairi Ramiz Rövşənin “Vətənə tərif” şeiri səsləndi. Onun da yüksək peşəkarlıqla dediyi şeir alqışlarla qarşılandı. Əməkdar artist Xatirə xanım Süleymanovanın ifasında  Türk dünyasının maraqlı şairi Rüstəm Behrudinin “Vətən” şeri də çox maraqla qarşılandı. Bu tədbirin aparıcı çox maraqlı şair, Sumqayıtdakı Poeziya evinin direktoru  İbrahim İlyaslı tamaşaçıları özünün məntiqli fikirlərilə ələ ala bilmişdi. Ona görə də hamı ona diqqətlə qulaq asırdı. Ümumiyyətlə Xalq şairləri Vahid Əzizi, Sabir Rüstəmxanlını, Xalq artisti Rasim Balayevi və şair Rüstəm Behrudini tamaşaçılar çox böyük alqışlarla  qarşıladılar. Onların ədəbiyyat və Sumqayıt haqqında dediyi maraqlı fikirləri tamaşaçılar maraqla dinləyirdilər. Elə bil ki, tamaşaçılar belə maraqlı danışıqlar, fikirlər üçün çox darıxmışdılar. Rasim Balayevin dahi İmaddədin Nəsimidən dediyi şeirləri tamaşaçılar böyük coşqu ilə qarşılayırdılar. Bu alqışda da tamaşaçıların sevimli aktyorumuz Rasim Balayevə böyük sevgisi görünürdü. Bütün bu alqışlar da ona işarə idi ki, belə tədbirlər Sumqayıtda nə qədər çox olsa, insanlar daha mədəni istirahət edər və bu  məşhur  insanlardan çox şeylər öyrənə bilərlər.

Sonda cənab Zakir Fərəcovun çox maraqlı çıxışı və bəzən də yumorla dediyi sözlər də tamaşaçıların alqışına səbəb olurdu. Onun bu çıxışında Zakir müəllimin hətta bir vaxtlar şeir də yazdığı və poeziyaya necə vurğun olması da aydın görünürdü. Bəli. Belə İcra Hakimiyyəti başçısı Sumqayıt üçün Ulu Tanrı və cənab prezidentimiz İlham Əliyev  tərəfindən bir töhfədir desək, yanılmarıq.

Həmin tədbirin ən böyük alqışa layiq olanı o idi ki, Səbinə xanım Salmanova Sumqayıt şəhərinin iki peşəkar kollektivinə- Sumqayıt Dövlət Dram Teatrına və Sumqayıt Musiqi Kollecinə üstünlük vermişdi. Yəni şeirlərin peşəkar aktyorlar, aktrisalar və musiqilərin də peşəkar musiqiçilər tərəfindən səslənməsi həmin tədbirin daha maraqlı və peşəkar keçməsinə səbəb oldu. Mən burada Sumqayıt Musiqi Kollecinin direktoru, çox təşkilatçı insan və direktor vəzifəsinə gəlişilə bu kollecə yeni nəsəf gətirən  Səbinə xanım Mehdiyevanın və Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyevin, teatrın baş rejissoru, Xalq artisti  Firudun Məhərrəmovun da adlarını vurğulamaq istəyirəm. Məhz onların təşkilatçılığı sayəsində bu kollektivlər Sumqayıt şəhərinin bütün mədəni-kütləvi tədbirlərində ən önəmli rol oynayırlar. Sumqayıt şəhəri bir də ona görə xoşbəxt şəhərdir ki, bu şəhərdə iki peşəkar kollektiv var. Bu, hər bir bölgənin qismətinə düşməyib. Deməli, bu kollektivlərə də lazım olan bütün şəraitlər yaradılmalıdır. Elə burada vurğulamaq istəyirəm ki, məhz cənab Zakir Fərəcovun sayəsində Sumqayıt Dövlət Dram Teatrının binası  Avropa standartlarına uyğun təmir olunub və onun diqqəti həmişə kollektivin üstündədir.

Bəli. Həmin gün doğrudan da çox böyük poeziya, mahnı və şeir bayramı oldu. Sumqayıtlılar belə möhtəşəm tədbir üçün çox darıxmışdılar. Onlara bu günü qismət edən isə Millət vəkili Səbinə xanım Salmanova oldu. Az bir vaxtda deputat seçilməsinə baxmayaraq, Səbinə xanım Sumqayıt şəhər camaatı üçün tez-tez belə maraqlı  tədbirlər keçirməklə və bu şəhərdə yaşayan tanınmış jurnalistlərlə maraqlı söhbətlər aparmaqla hamının böyük hörmətini qazanıb. Bütün bu sahələrə çox böyük həvəsi, istəyi olan və bu şəhələrə  rəhbərlik etdiyi müddətdə böyük quruculuq işləri görən,  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun da bütün bu işlərdə Səbinə xanıma dəstək  olması, sumqayıtlılarda da böyük maraq yaradır. Deməli, Sumqayıt yenidən özünün sözlü, sazlı, musiqili günlərinə qayıdır. Bax, bunu alqışlamaq lazımdır. Çünki hər bir millət dünyada özünün ədəbiyyatı, incəsənəti və idmanı ilə tanınır. Bizim xalqın da ədəbiyyatı, incəsənəti və idmanı çox zəngindir. Möhtəşəmdir. Bunları da dünyaya çıxartmaq və dünya xalqlarına da sevdirmək lazımdır.

Biz inanırıq ki, Səbinə xanım Salmanova  bu sahədə də böyük işlər görəcək. Və Sumqayıt kollektivlərini dünyaya çıxaracaq. Axı bu şəhəri dünyada tanıtmaq hər bir sumqayıtlının mənəvi borcudur.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

       

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsində növbəti görüşümüzdür. 

Bu dəfə Almaniyanın Essen şəhərinə üz tutduq. Şair, türk ədəbiyyatının, folklorunun yorulmaz araşdırmaçıs Orhan Bahçıvanla (Halis Kızılateş) müsahibəni diqqətinizə çatdırırıq.  

  

Sədnik Paşa Pirsultanlıdan bu dünyaya, Türk xalqlarının tarixinə, Azərbaycanımıza qiymətsiz miras qalmışdır.  Şair Sədnik Paşa şeirsevərlərin, müəllim Sədnik Paşa minlərlə tələbənin, folklorşünas Sədnik Paşa isə bütün dünyanın yaddaşında öz möhtərəm yerini aldı... 

Mənə-“Şadlıq” deyə çağırdığı bədii redaktoruna isə ondan qalan əsl xəzinə insanpərvərlik, bir də dünyanın müxtəlif yerlərindəki ədəbiyyat, folklor sevdalıları oldu.  Orhan Hocam onlardan biridir. 

Orhan Bahçıvana ilk elektron məktubu göndərməyimdən 13 il keçir... Belə başladı yazılarla, araşdırmalarla, məqalələrlə “danışmağımız”. Sədnik Paşadan sonra hansı araşdırmada dara düşsəm, Türk folkloru ilə bağlı hansı fakt qarşısında tərəddüddə qalsam, Orhan Hocama yazıram. Sağ olsun, bir dəfə belə, mesajımı cavabsız qoymadı, tövsiyəsini əsirgəmədi. 

Bu gün şair Orhan Bahçıvanla - türk ədəbiyyatının, folklorunun yorulmaz araşdırmaçısı Halis Kızılateşlə  növbəti dəfə söhbətləşdim. Onu Azərbaycan oxucusuna tanıtmaqmı istədim? Bəlkə də... Ya da, bəlkə, onun dayanmadan, əzmlə külüng vurduğu folklor dağlarına kiçik bir səyahət etmək istədim. Təbii, elə onun bələdçiyi ilə... 

 

***

Orhan Bahçıvan (Halis Kızılateş) 1952-ci il oktyabrın 18-də Ərdəhanın Gölə ilçəsinə bağlı Hoşbülənt köyündə dünyaya gəlib. Atası Fermani Kızılateşin şeirləri tanıyanların dillərində əzbər olub. Hamı onu “Fərman Baba” deyə tanıyıb, ərk edib...   

İxtisası Türk dili müəllimliyi olan Orhan Bahçıvan heç vaxt müəllimlik etməyib. Bank sistemində məmur, yerli idarəedici orqanda ictimaiyyətlə əlaqələr bölməsində məsul şəxs kimi fəaliyyət göstərib. 

1980-ci ildən Almaniyanın Essen şəhərində yaşayan Orhan Bahçıvan ömrünü şeirə,  ədəbi araşdırmalara həsr edib.  

Kiçik yaşlardan şeir yazdığını deyən  şair belə anladır: “Şair Ferman Babanın oğlu olmam nedeniyle, bu ustanın etkisinde kaldığım bir gerçektir. Ozan Ferman Baba’nın bana önemli bir etkisi bulunmaktadır. Kuzeydoğu Anadolu aşıklık geleneği ve halk edebiyatını küçük yaşlardan itibaren öğrendim, sonraki yıllarda, özellikle edebiyat öğrenimi sırasında daha da pekiştirdim”.

Orhan Bahçıvan imzasıyla işıq üzü görən kitabların sayı 5-dir: “Şiiristan merhaba” (1989),  “Acılar da üşür” (2002), “Doğulu Halk Şairleri” (2010, 2 cilddə), “Ardahan türküleri” (2016). Amma Orhan Hocamla olan söhbətlərdən bilirəm  ki, ən azı, 15 kitab nəşrə hazırdır.  

Bu dəfə söhbətə elə Sədnik Paşanın adıyla başladıq... 

 

-Sədnik Paşa xatirənizdə necə qalıb?

 

-Sednik Paşa Pirsultanlı'yı önce kitaplarıyla tanıdım. Sonra kendisiyle uzun zaman telefonla sohbetlerimiz oldu. Ne de olsa, Anadolu kökenli bir bilim adamı. Halk yazını dünyasında çok önemsediğim bir araştırmacı. Her konuda, en güzel yazıları hazırlayan bir bilim adamıydı. Ben şahsen kitaplarından ve anlatılarından çok güzel bilgiler ediniyordum. Bizim bildiğimiz Pir Sultan torunu olması da  önemliydi. Bu konuda çok güzel bilgiler edinmiştim. Üstadımın yazdığı tüm eserler benim için çok çok önemlidir. En önemlisi ise “Pirsultan soyları, Pirsultan köyləri” eseri tarihi bir eserdir. Benim için çok çok önemlidir. Bir araştırmacı yazar nasıl bilinir? Elbette, araştırıp yazdığı eserleriyle bilinir! Benim için Sednik Paşa Pirsultanlı, Azerbaycan yazın dünyasının en önemli kalemlerinden biridir. 

 

-Yunis Əmrənin Azərbaycandakı məzarı barədə araşdırmamda mənə çox yardımçı oldunuz. İddiamı təsdiqləməsəniz də, qarşı da çıxmadınız ki, əsl məzar burada-Qax rayonu Oncallı kəndindədir. Bəzən “həqiqəti zaman göstərəcək” deyirlər, fikrinizcə, Yunis Əmrə araşdırmaçıları bu həqiqəti zamana buraxmaqda haqlıdırlarmı?

 

-Yunus Emre olayı çok eski ve tarihi bir olaydır. Türkiyede bir kaç mezarı var. Ben bir yazımda sözünü etmiştim. Buraya o isimleri aktarayım. Sonra düşüncemi anlatayım bir küçük bilgiyle. Malum, 2021 Yılı, “Yunus Emre ve Türkçe Yılı” Olarak İlan Edildi. Ve ben yazdım : “Bizim Yunus Hangi Yunus?”  Şimdi soruları soralım:  Hangi Yunus? 

Sefa Veliyeva’nın anlattığı,  Kah Rayonu Oğuz Kabristanlığı Azerbaycanlı Yunus mu?

Larende, yani Karamanlı Yunus mu?

Ankara/Nallıhan da ki Yunus mu?

Çorumlu Yunus Emir mi?

Aksaray ile Kırşehir arasındaki Yunus mu?

Düzcü Mahallesi, Erzurumlu Yunus mu?

Bursalı Yunus mu?

Eskişehirli Yunus mu?

Denizli’de ki Yunus mu?

Sandıklı Afyonkarahisarlı Yunus mu?

Niksar Tokatlı Yunus mu?

Emre Sultan Mahallesi Manisalı Yunus mu?

Ünye Ordulu Yunus mu?

Gönen Ispartalı Yunus mu?

Babai İsyanlarına katılan Yunus mu?

Sahi, bu Bizim Yunus hangisidir? Bu sıralamadan sonra tarihi bir sistemi gündeme taşımalıyız. En eski tarihe sahip Yunus bizim Yunus diyelim.  Bazı olayları yazarlar betimleyip geçerler. Böylesi bir tarihi olaya devlet sahiplenmeli. Ona göre tanıtım yapmalı. Kişiler sadece, dediğim gibi, yazar geçerler.

Bir küçük bilgi. Aşık Yolu: Yukarı dediğimiz sahadan inip Anadolu topraklarını gezip dolaşan Azerbaycan ozanlarının sefer olarak adlandırılan anlatıları var. Kısaca şöyle diyelim, “Kars Seferi”, “İstanbul Seferi” gibi. Bu gelip-gitmeler esnasında belli yerlerde konaklama olayı yaşanır. O zaman orada söylenilen şiirler, mahnılar belli bir etkileme oluşturur. Zamanla bu konaklama yerlerinde aynı isimlerden ozanlar, kahramanlar çıkar. Bu çıkış benzek şiirleri gündeme getirir. Aynı ismi kullanarak aynı mahlas ile yeni-yeni şiirler oluşturulur ve her sahada bir Yunus İmre, bir Aşık Kerem  ya da Bir Dirili Kurbani oluşur. Ben olaya böyle bakıyorum. Yunus Emre olayı da böyle olmuş diyorum. Yani Türkiye topraklarında var olan Yunus İmreler Azerbaycan’ın Qax rayonu Oncallı kəndində Oğuz kabristanında yatan Yunus İmre’nin benzekleridir diyorum.

 

-Sizin şeirlərinizi çox sevirəm. Şair olmağın, şeirin sirrini açmırsınız, amma ipucularını da gizlətmirsiniz. Oxucu özü tapmalı, özü qərq olmalıdır sizin şeirlərinizdə. Şeirlərinizdəki insanı oxuculara özünüz necə təqdim edərdiniz?

 

-Öncelikle, Azerbaycan edebiyatını bilen ve beğeniyle okuyan biri olduğumu söylemeliyim. İkinci olarak sizin şiirlerinizi ve yazılarınızın iyi bir okuru olduğumu söylemeliyim. Kısaca sinin yazılarınızı beğeniyle okuyorum. Siz, Şefa Veli değerli bir yazın emekçisi olarak benim şiirlerime verdiğiniz değer için yürek dolusu teşekkürlerimi bildireyim. Sonra, Şair Türkçede ozan demektir. Ben bir ozanım, her tür şiir yazıyorum. Serbest ve hece şiirleri diyelim. Ben hece şiir türlerini özünde Azerbaycan ozanlarını dinleyerek, okuyarak öğrenmişim. Ozan olmanın, şiir yazmanın öyle önemli bir yanı olmamalı diyorum. Türk halkının yüzde sekseni ozandır. Türkü, mahnı söylerler. Dünyanın en geniş halk yazınına Türk halkı sahiptir. Ben kendimi, Türk yazın dünyasından çağlar boyu gelmiş geçmiş tüm ozanların çırağı kabul ediyorum. Her ozanı saygıyla anıyorum.

 

-Folklorla bağlı araşdırmalarınız da gözəldir. Xüsusilə, folklor nümunələrinin el dilindəki eyniliyi, dəyişikliyi ilə bağlı yazılarınız ədəbiyyatşünaslar üçün qiymətli mənbədir. Bu araşdırmalarınızdan da danışaq...

 

-“Folklor” sözcüğü, Fransızcadan dilimize geçmiş bir sözcüktür. Aslında Halk bilimi anlamında olmasına rağmen, bizde halk oyunları anlamında dar bir çerçevede seslendiriliyor. Bu açıklamayı verdikten sonra biz genel anlamına geçelim. Bu tanımlamayı TDK Güncel Türkçe Sözlük sayfalarında aldığım tanımıyla sunuyorum. “Folklor, bir ülkede veya bölgede yaşayan halkın kültür ürünlerini, sözlü edebiyatını, geleneklerini, törelerini, inançlarını, mutfağını, müziğini, oyunlarını, halk hekimliğini inceleyerek bunların birbirleriyle ilişkilerini belirten, kaynak, evrim, yayılım, değişim, etkileşim vb. sorunlarını çözmeye, sonuç, kural, kuram ve yasaları bulmaya çalışan bilim dalıdır.” Bu küçük bilgiden sonra sözü, türkü derlemeleri adıyla anlatayım. “Ardahan Türküleri” Orhan Bahçıvan, Gökhan Temur, Selçuk Murat Kızılateş tarafından kaleme alınmıştır. Kitap 2016 yılında Ardahan Valiliği Kültür Yayınları tarafından yayınlanmıştır. 765 sayfadır. Ayrıca, Dede Korkut sesinden bu yana ozanlık geleneğini işlemeye çalışıyorum. Bu konuda bir çok yazılar yazmışımdır. Halay, yallı, bar gibi halk oyunlarını işleyen yazılarım da vardır. Hece şiir türleriyle birlikte epeyce yazmışımdır.

 

-Almaniya’dan baxanda Azərbaycan ədəbiyyatı necə görünür?

 

-Almanya’dan bakınca Azerbaycan edebiyatı, güçlü bir yazın olarak önümüzde duruyor. Derin geçmişi olan, dahası, Ben bu yazın dünyasında buram-buram Oğuzların sesini duyuyorum.  Türk dünyası özünde tek ses olarak biliniyor. Küçük küçük bölünmeler büyük yazın dünyasının yapraklarıdır diyebilirim.  Azerbaycan ile Türkiye arasında söylenilen bir söz “İki devlet, tek millet” bu söz bana göre, günümüzde var olan, Türk devletlerinin her birinin birer Oğuz boylarının oymakları niteliğini taşımasıdır. Gün gelecek bu oymaklar tümü yazın dünyasında tek ses olarak birleşecekler, bu birlik Türk kültürünün özünü tanımlayacaktır. Ancak ben sözün bu yerinde küçük bir ses vereyim. Diyorum ki, Azerbaycan Türkçesi kendisini Fars dilinin etkisinden koparamamıştır. Türkiye Türkçesi yüz yıllık bir çabadan sonra belli ölçüde yalın Türkçeye kavuştu. Umarım Azerbaycan Türkçesi de bu yoldan yürüyerek öz benliğine kavuşur. Sözlerimi bitirirken, Türk dünyasında var olan tüm yazın emekçilerini yürekten selamlıyorum. Saygılarımla...

 

***

Aşıq Veysəl demişkən, “Uzun, incə bir yoldayıq”, Hocam... O yolun hər döngəsində şeirlə qarşılaşır,  sonrası üçün heybəmizə iki bayatı, üç oxşama qoya biliriksə, nə xoş bizə! 

Və bir gün sizinlə Oğuz qəbiristanlığında-Yunus Əmrənin məzarı başında Sədnik Paşanın “Ay Yunus Əmrənin sarı çiçəyi, Necə olub ürəyimdə bitmisən?” misraları ilə başlayan şeirinin söykəndiyi rəvayətdəki həqiqət payını müzakirə etmək diləyilə, sizə can sağlığı, uzun ömür arzulayıram!  

Sizi yenidən və yenidən Azərbaycan oxucusuna təqdim etməyin yolu isə, razılaşın ki, şeirlərdən keçir... 

 

Kaç Kere Sürüldük!

 

Sen ey kanatlı kuş

Kaç kere geçtin saçlarımın üstünden

Baharın yağmuru gibi hüzün saçarak

 

Ben geceyi bekliyorum

Baba mirası olan arpa tarlasında

Hadi şimdi bir türkü söyle

Şenlensin baba ocağı

 

Kaç kere sürüldük

Kaç kere vurulduk, kaç kere öldük

Kaç kere dönülmez yolları dönerek geldik

 

Elimin altında sadece çimen

Biliyorum yaşam var açılan kapıların ötesinde

Kırılsın ömrümün paslı kilidi çözülsün yaşam büyüsü

 

Babamın tarlasındayım

Bir yabancı gibi görüyor beni

Bu kaçıncı göç dönüşü, bu kaçıncı ağlamak!

                      ( Haziran 1986, Hoşdülbent)

 

Çoban Yıldızı

 

Canım sıkılıyor

Gecenin bu deminde ovada

Yeşil çimenlere sırtüstü uzanıyorum

Mintanım soğuk nefes alıyor

Ellerim de

 

Başımın üstünde

Kaydırak oynuyor Çoban Yıldızı

Usulca sesleniyorum

Merhaba

 

Kervanlar gelip geçerken

Destanlar yazılmış

Yaşamın şah damarı gibi

 

Ezgiler

Yıllara meydan okuyan

Kerem kokulu

Edasıyla

Endamıyla

Kafkaslara sesleniyor

 

Dağ yamaçlarında

Kaval çalan çobanlar

Sahi

Kavalı sadece çobanlar mı çalıyor

Vefalı dostlar adına

Az sonra kaval çalacağım

Ama çoban değilim

 

Bu dağlar

Bu gökyüzü yıldızlar

Öylece gözlüyorum

Çoban Yıldızı görünmüyor

Adı bile yok

 

Nasıl unutulur

Bu güzelim Çoban Yıldızı

(Haziran 1986, Göle)

 

Kar Helvası

 

Tadına damak sulanmış

Yürek yanmış

Soframızın başyemeği

Kar helvası

 

Bir kaşıklık tadım olsun diyorum

Tabağın pekmezli yanından

Tadına doyum olmuyor

Kar yanığı pekmezim

Helvam

 

Çocuk ruhlu istemlerim çoğaldı

Zemherinin diliyle

Bereket kar damlasıyla

Toprağa inecekse

Helvalı olsun isterim

Helvalı

 

Kar helvası kaşığıma dolmuşken

Yemem gerek, yemem gerek

Kaşığa kuvvet 

Dilime tad.

 

Bahar Ve Yağmur

 

Kurumuş ağaç dalı, yağmurla yıkanırken

Bahar geldi diyorum, kardelenler açarken

 

Yorgunluk ruhumda karanlık gece

İsyan ediyorum hep sen gidince

 

Kalbimde yeşeren özlem sadece

Islak dallar altında gezinirken bu gece

 

Yağmurun altında geçerken günüm

Rüzgarda teselli aradı gönlüm

 

Sen ki uzaklarda sen ki yakında

Sen ki el ederdin her gece bana

 

Bir mum gibi yanıp söndü mutluluk

Baharla yağan yağmurla birlik

 

Düşündüm sevgilim seni bu gece

Dedim ki yanımda olsun sadece

 

Elleri elimde bir demet çiçek

Yağmurla birlik çekilip gitsek

 

 "Ədəbiyyat və incəsənət"

(04.04.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

 

Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir. 

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

 

Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.

2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.

2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

 

ŞAGİRD:

 

Mən, Şabanova Dəryanur Kamil qızı 2010-cu il 4 noyabr tarixində Astara rayonunun Asxanakəran kəndində anadan olmuşam. 2017-ci ildə B.Rüstəmov adına Astara rayon tam orta məktəbin I sinfinə daxil olmuşam. 2023-cü ildən Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbdə təhsil alıram. Hal-hazırda məktəbin VIII sinfində oxuyuram. Dərslərimdə əlaçıyam.

 

ESSELƏR

 

Vətən torpağı

 

Vətən-anamız qədər əziz, Şəhidlərimizin qanı qədər müqəddəsdir. Vətən təkcə torpaq deyil, uğrunda can verilən müqəddəs amal, Şəhid qanı ilə yazılmış bir anddır! Bu gün hər birimiz doğma Vətənimizdə azad yaşayırıq. Azadlıq Şəhidlərin qanı ilə yazılmış müqəddəs bir tarixdir. Onun qiymətini anlamaq və yaşatmaq bizim ən böyük borcumuzdur. Bizim bu gün üzərində gəzdiyimiz, oynayıb-əyləndiyimiz torpaq qanla qazanılıb, qanla nəfəs alır. Torpağın qanla nəfəs aldığı yerdə isə “Vətən” dirçəlir. Bu Vətən uğrunda neçə vətən övladı qurban getdi. Bu torpaq təkcə Şəhid qanı ilə yoğrulmadı, eyni zamanda düşmən vəhşiliyinin izlərini daşıyır. Onlar evlərimizi yandırdılar, şəhərlərimizi dağıtdılar, günahsız insanları qətlə yetirdilər. Təkcə insanları deyil, insanlığıda öldürdülər.

Amma Vətəni içimizdən silə bilmədilər. Bizi yandırmaq istədikləri o alov, bizi daha da gücləndirdi. Onların amansızlığı, insanlığa sığmayan vəhşiliyi bizim qəlbimizdə qisas deyil, ədalət qığılcımı yandırdı! Bu torpaq qışqıran anaların fəryadını, çarəsiz körpələrin göz yaşlarını, qətlə yetirilən günahsız insanların son nəfəsini unutmayacaq! Düşmənin bizə qarşı törətdiyi zülm zamanın küləyi ilə unudulacaq bir hadisə deyil. Bu, tarix boyu bizim qan yaddaşımızda əbədi olaraq qalacaqdır.

 

Heydər Əliyev və İlham Əliyev

 

Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəsna bir yer tutur. Onun hakimiyyətə gəlməsi ölkənin ən çətin dövrünə təsadüf etdi. 1990-cı illərin əvvəllərinə. O , ölkəmizin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirərək, iqtisadi və siyasi islahatlar həyata keçirdi. Heydər Əliyevin siyasəti ilə Azərbaycan, Azərbaycanın müstəqilliyini qorumaq üçün uğurla hərəkət etdi. Ümumiyyətlə, Azərbaycanı SSRİ caynağından qurtaran, millətçilik və separatizm  təhlükəsindən yayındıraraq Müasir Azərbaycan quran Heydər Əlirza oğlu Əliyev olmuşdur.

O səbəbdən xalqın yaddaşında Müasir Azərbaycan banisi Ümumilli Lider, Ulu Öndər, Heydər baba Əliyev oldu. Onun qurduğu güclü dövlətçilik təməli olmasaydı, bu gün biz Zəfər tariximizi yaza bilməzdik. O , bu mübarizənin əsasını qoydu , amma bu missiyanı həyatını keçirmək onun davamçısı, oğlu İlham Əliyevə nəsib oldu. Bu gün də biz gənclər öz Ulu Öndərimizə Allahdan rəhmət diləyərək, müqəddəs ruhunu böyük hörmətlə anırıq!

 

Xalqın rəhbəri tək, o böyük insan ,

Şirin həyatını, eylədi qurban.

Fikrində Müasir Azərbaycan,

Axıtdı bu yolda, qan-tər dedilər!

Aslanların şahı, Heydər dedilər!

 

İlham Əliyev atasının arzularını reallığa çevirdi, onun qurduğu güclü ordu və siyasi iradə ilə 30 illik işğala son qoydu. 2020-ci ildə Qarabağ Zəfəri təkcə bir torpağın azad edilməsi deyildi, bu , Heydər Əliyevin mirasının, onun xəyallarını gerçəkləşməsi idi. Bu təkcə bir qələbə deyil, bir millətin tarixində yazılmış ən şanlı dastandır. Bu gün Şuşada dalğalanan bayraq, Qarabağdan yüksələn azan səsi, Xankəndidə səslənən Azərbaycan himni- bunlar iki liderin, iki qəhramanın əsəridir. Heydər Əlyev xalqına güvən verdi, İlham Əliyev isə ona tarixi qələbəni yaşatdı.

 

Azərbaycan qartalıdır,

Gerçək nağıl qəhrəmanı.

O, mənə çox-çox əzizdir.

Onda vardır, Heydər qanı.

 

Mübarizlər, Poladların,

O, ali sərkərdəsidir.

Bərpa etdi, bütöv etdi,

Yeni can Azərbaycanı.

 

Şəhidlik

 

Bu Vətəndə Mübarizlər, Poladlar, Pəncəlilər kimi oğullar olduqca Vətənimiz yaşayacaqdır. Vətəni sevmək sözlə deyil, əməllə sübut olunur. Mənim fikrimcə, Vətən naminə döyüşmək qəhrəmanlıqdır, amma onun uğrunda ölmək isə əbədiyyətə qovuşmaqdır. İnsan vətən üçün canından keçəndə ən yüksək zirvəyə ucalır. Ən yüksək mərtəbə “ Şəhidlər mərtəbəsi “, ən müqəddəs sevgi isə “ Vətən sevgisidir”. Bu gözəl Vətən uğrunda yaşamaq da, ölmək də bir şərəfdir, çünki Vətən uğrunda canını qurban verənlərin adı torpağa töküldüyü qanla birgə əbədi yaşayır və onların ruhu azadlıq və qüdrətin rəmzinə çevrilir.

 

Sev Azərbaycanı, Vətən anandır.

Anadan da əziz, sənə yanandır.

İylənmiş cismini, tək o, anandır.

O sevgidən başqa, yalan sevgidir.

 

Vətənin dəyəri yalnız onun ərazisində yerləşən təbii sərvətlərlə ölçülə bilməz. Vətənin dəyəri onun üzərindən xalqın tarixində, mədəniyyətində, ənənələrində, birliyində, itkilərində, zəfərlərində və keçmişin qanla yazılan səhifələrində gizlidir. Üzərində Şəhid qanı olan torpaq sadəcə torpaq deyil, Vətəndir! Torpaq uğrunda ölən varsa, Vətəndir! Hər bir Şəhidin adı, torpağımıza düşən bir ulduz kimi parlayır, Vətənin şanlı gələcəyinə işıq tutur.

 

Basdığın yerlərə “torpaq” deyərək keçmə tanı :

Düşün altında minlərcə kəfənsiz yatanı,

Sən Şəhid oğlusan, incitmə, yazıqdır atanı.

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni!

 

Hər bir azərbaycanlı öz vətəni uğrunda öz canından keçməyə hazırdır. Vətənin yaşaması üçün mənim yox olmağım lazım olsa, gözümü belə qırpmaram! Bu torpaq mənim deyil, mən bu torpağın övladıyam. Vətən üçün döyüşmək yaşamaqdan daha müqəddəsdir. Vətənim üçün nəinki canımdan, nəfəsimdən, xəyallarımdan, varlığımdan, hər şeyimdən keçməyə hazıram. Əgər bir gün bu vətən məni çağırsa düşünmədən torpağa qarışaram. Çünki bu torpaq mənim qanımla var olub, ruhumla əbədi yaşayacaq! Canım da, qanım da, ruhum da vətənimdir. Çünki Vətən yaşadıqca məndə yaşayacağam.

Torpaqdan doğan hər zərrə, hər dağ, hər çay bizə həyat verir, varlıq bəxş edir. Hər qarışında mübarizə və həsrət, həmçinin qələbə və sevinc yaşadan bu torpaq , bizə millət olmağı öyrədir. Biz torpağımızın hər qarışını qorumağa and içmişik. Torpağın üstündə yaşayan bu xalq, heç vaxt torpağını tərk etməyəcək. Öldükdən sonra belə yenə bu torpağa qarışıb onunla əbədi yaşayacaq. Torpaq müqəddəsdir! Torpaq insanın ruhunu əbədi qucaqlayan yeganə varlıqdı. İnsan sevdiyini torpağa tapşırırsa, deməli, torpaq insanın etibar etdiyi, Allah qarşısında ona əyildiyi, sevginin müqəddəs sayılan sıralarda öndə,  insanın və onun ulusunun tək axıra qədər bitməyən əbədiyyət kimi ondan bir an belə ayrılmayan pənah ocağıdır. Torpaq “ Vətən” deməkdir. Vətən isə “Azərbaycan” deməkdir.

Torpağa aid bu dəlil və sübutları öz fikirləri ilə ifadə edən Dəryanur da, bu günün sadəcə quru nəfəs alanı, sabahın isə torpağıdır!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

 

 

Пятница, 04 Апрель 2025 10:29

Qədim Türk dastanları

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə müştərək layihəsində bu gün sizlərə qədim türk dastanları barədə danışacağıq.

 

 Türk dastanları qədim türklərin dünyagörüşünü, inanclarını və qəhrəmanlıq ənənələrini əks etdirən qiymətli irslərdən biridir. Bu dastanlar igidlik, vəfa, sevgi və milli ruhun gücü ilə zəngindir. Aşağıda ən məşhur türk dastanlarından bəzilərini təqdim edirəm:

 

1. “Oğuz Kağan” dastanı:

 Bu dastan türklərin ulu əcdadı sayılan Oğuz Kağanın igidliklərini və türkləri birləşdirərək böyük bir dövlət qurmasını təsvir edir. Oğuz Kağan uşaq yaşlarında qeyri-adi gücə sahib olur, böyüdükcə igid bir döyüşçü və ədalətli hökmdar kimi tanınır. O, göy tanrıya inanır və Tanrının ona verdiyi güclə dünyanı fəth etməyə çalışır. Dastanda türklərin dövlətçilik ənənələrinin və milli birlik ruhunun əsaslarının qoyulduğu göstərilir.

 

2. “Alp Ər Tonqa” dastanı

 Bu dastan türk xaqanlarından biri olan Alp Ər Tonqanın qəhrəmanlığı və düşmənlərə qarşı apardığı mübarizə haqqındadır. Onun adı “Divanü Lüğat-it-Türk”də də çəkilir və bu dastanın tarixi köklərinin çox qədim olduğunu göstərir. Dastanda Alp Ər Tonqanın ölümünə türklərin necə yas tutduğu və onu əfsanəvi bir igid kimi necə yad etdiyi təsvir olunur.

 

3. “Manas” dastanı

 Türk dünyasının ən böyük epik əsərlərindən biri sayılan “Manas” dastanı qırğız türklərinə məxsusdur. Bu dastan türklərin xarici düşmənlərə qarşı apardığı mübarizəni, igid Manasın qəhrəmanlıqlarını və xalqına olan sədaqətini tərənnüm edir. Dastanın maraqlı tərəflərindən biri də odur ki, burada təkcə döyüşlər deyil, eyni zamanda türk mədəniyyəti, adət-ənənələri və ailə dəyərləri geniş təsvir olunur.

 

4. “Koroğlu” dastanı

 Bu dastan təkcə türklər arasında deyil, bir çox xalqlar arasında yayılmış qəhrəmanlıq dastanıdır. Koroğlu zalımlara qarşı mübarizə aparan igid bir qəhrəmandır. O, atasının haqsızlığa uğramasından sonra intiqam almaq üçün dağlara çəkilir və bir qrup igidlə birlikdə haqsızlığa qarşı döyüşməyə başlayır. Dastanın əsas motivlərindən biri ədalət və xalqın azadlığı uğrunda mübarizədir.

 

5. “Ergenekon” dastanı

 Bu dastan türklərin çətinliklərə baxmayaraq necə bir daha yüksəldiyini göstərir. Dastana görə, türklər düşmən hücumları nəticəsində məğlub olaraq dağlar arasında qapalı bir vadidə yaşamağa məcbur olurlar. Orada illərlə yaşayır, çoxalır və güclənirlər. Nəhayət, bir dəmirçi dağları əridib onlara çıxış yolu açır. Türklər yenidən azadlıqlarına qovuşur və böyük bir dövlət qururlar. Bu dastan türklərin yenilməz ruhunu və mübarizə əzmini simvolizə edir.

Türk dastanları təkcə keçmişin izləri deyil, eyni zamanda türk ruhunu, igidliyini və mədəniyyətini yaşadan bir xəzinədir. Hər biri xalqın tarixini və dəyərlərini özündə əks etdirir.

 

6. “Göycə” dastanı

 Azərbaycan türklərinə məxsus olan bu dastan qədim türk mədəniyyətinin izlərini daşıyır. Dastan qəhrəmanlıq, sevgi və vəfa motivləri üzərində qurulub. Əsas qəhrəman Göycə düşmənlərə qarşı mübarizə aparan igid bir türk döyüşçüsüdür. Onun sevgi hekayəsi və düşmənlər qarşısında göstərdiyi cəsarət dastanın əsas xəttini təşkil edir.

 

7. “Bozqurd” dastanı

 Bu dastan türklərin mənşəyi ilə bağlı mifoloji dastanlardan biridir. Dastana görə, bir türk qəbiləsi düşmənlər tərəfindən məhv edilir, ancaq bir türk uşağı sağ qalır. Onu bir bozqurd himayəsinə götürür və böyüdür. Daha sonra həmin uşaq türklərin yeni bir nəslinin əsasını qoyur. Bozqurd dastanı türklərin milli simvollarından birinə çevrilib.

 

8. “Dədə Qorqud” dastanı

 Azərbaycan və Anadolu türklərinin ən mühüm dastanlarından biridir. Bu dastan Oğuz türklərinin igidliyi, ailə dəyərləri və məğrurluğu haqqında rəvayətləri özündə birləşdirir. Dastanda Bamsı Beyrək, Dirsə xan oğlu Buğac və digər igidlərin qəhrəmanlıqları təsvir olunur. Dədə Qorqud isə müdrik bir ozan kimi hər dastanın sonunda nəsihət verir.

 

9. “Şu” dastanı
Şu dastanı İskəndərin Orta Asiyaya yürüşləri dövründə türklərin göstərdiyi qəhrəmanlıqdan bəhs edir. Dastanın əsas qəhrəmanı Şu adlı bir türk hökmdarıdır. O, İskəndərin hücumlarına qarşı xalqını müdafiə edir, lakin sonda geri çəkilməyə məcbur olur. Bu dastan türk xalqlarının azadlıq uğrunda mübarizəsini əks etdirir.

 

10. “Türey” dastanı

 Bu dastan Yakut türklərinə aiddir və türklərin ilk yaranışını izah edən mifoloji dastanlardan biridir. Dastana görə, türklər Ulu Tanrı tərəfindən yaradılıb və yer üzünə göndərilib. Burada təbiətlə bağlı güclü mifoloji elementlər var.

 

11. “Edigey” dastanı

Qızıl Ordu dövründə yaranmış bu dastan Edigey adlı qəhrəmandan bəhs edir. O, igid bir sərkərdədir və öz zəhməti ilə böyük şöhrət qazanır. Dastanda türklərin döyüş taktikaları, hökmdarlar arasındakı siyasi çəkişmələr və qəhrəmanlıq motivləri təsvir olunur.

Türk dastanları həm tarixi, həm də mifoloji elementlərlə zəngindir və türklərin kimliyini, mənəviyyatını və mədəniyyətini yaşadan ən önəmli mənbələrdən biridir.

Türk dastanları təkcə keçmişin izləri deyil, eyni zamanda türk ruhunu, igidliyini və mədəniyyətini yaşadan bir xəzinədir. Hər biri xalqın tarixini və dəyərlərini özündə əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)                    

 

Bu il Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan,  Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dövlətçilik tariximizə yazılan Aprel döyüşlərindən 9 il ötür. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatı olan Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar – “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı biblioqrafik icmal və Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şücaət və vətənpərvərlik dolu həyatından, hərbi fəaliyyətindən bəhs edən “Lələtəpəyə ilk bayraq sancan polkovnik” adlı məlumat bülleteni hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilir. Materialda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, igid Azərbaycan oğullarının döyüş bölgəsində göstərdikləri qəhrəmanlığa görə təltif edildikləri orden və medalları haqqında  məlumatlar təqdim edilir.  İcmalda Aprel döyüşləri haqqında sitatlar, şəkillər və  “Şəhidlik zirvəsinin fatehləri : bədii-sənədli əsər”, “Asimana ucalan şəhidlər”, “Lələtəpə fatehləri”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və son iki ilin dövri mətbuat nümunələrinin siyahıları  sərgilənir.

Lələtəpəyə ilk bayraq sancan polkovnik” adlı məlumat bülletenində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun şərəfli döyüş yolundan bəhs edilir. Materialda polkovnik Həmidovun sağlığında Lələtəpə döyüşləri haqqında verdiyi müsahibə, Aprel  döyüşlərində və İkinci Qarabağ Müharibəsində olan hərbi fəaliyyəti, layiq görüldüyü medallar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər yer alır.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni  yerləşdirilən məlumat bülletenində Milli Qəhrəman haqqında qələmə alınan kitab və məqalələrdən də bəhs edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

 

 

Пятница, 04 Апрель 2025 10:01

Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Sızıltılarım”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

 

SIZILTILARIM

Möhtərəm və əziz Hüseyn Cavidə

 

Xastayım, yalnızım, ürəyimdə qəm,

Nəyə dəyər həyat, olmasa həmdəm?

Sevgisiz, sevdasız həyatı sevməm.

 

Gəl çıxalım seyrə, günlər ötüşsün!

Sürmədim bir həyat canlı dünyada,

Şövkətli dünyada, qanlı dünyada,

Şu xəstə könlümdən qopan fəryada

Bülbüllər dillənsin, güllər ötüşsün!

Həsrətlər yorğunu, şikəstə könlüm,

Ah, şu dərdli könlüm, şu xəstə könlüm,

Görmədi mürüvvət bir kəsdə könlüm,

Mən gülmərəm, aylar-illər ötüşsün!

Yer üzü fanidir, uzaq gəzəlim,

Vicdan sədasını əldə edəlim,

Bir qaranlıq küncə həp çəkiləlim,

İllərcə paslanan dillər ötüşsün!

Əskimişdir yaram, artıq sağalmaz,

Sevdayi-naləmi bir könül almaz.

Bu xəstə Vurğunun dərdi azalmaz

Qoy sınıq könlümdə tellər ötüşsün!

                                           1926

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

Пятница, 04 Апрель 2025 09:33

Mən səni xatırlaram – QABİLİN ANIM GÜNÜNƏ

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mən səni xatırlaram 

Xəzərin dalğaları 

Qalxanda-alçalanda. 

Külək qoşa çinarı 

Tərpədib aram-aram 

Həzin layla çalanda, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Ellərdə, obalarda 

Körpələr dil açanda. 

İlk qarda, ilk baharda 

Neçə-neçə arzu-kam 

Qönçətək gül açanda, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Zirvələri aşanda, 

Yaratmaq atəşilə 

Qaynayanda, daşanda. 

Hər qızıl telli səhər, 

Hər gümüş telli axşam, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Kürün sakit səsində,

Burulğanlı Arazın 

Üsyankar nəğməsində 

Qəlbinin vurğusunu 

Hiss edərəm, duyaram, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Durna keçəndə göydən, 

Quzular mələşəndə, 

Göz yaşaranda neydən.

Gəlib çoban qardaşın 

Boynuna qol salaram, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Desən də, deməsən də... 

Şe`rin dilimdə əzbər. 

Elləri vəsf edəni 

Haçan unudub ellər? 

Vətən məhəbbətinə 

Qəlbimdə sonsuz inam 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Yaşıllıqlar içində 

Sarı yarpaq kimi yox, 

Gözdən uzaq kimi yox. 

İlham çiçəklərinə, 

Ümman diləklərinə 

Ürəyimdə ehtiram, 

Mən səni xatırlaram.

 

Bu gün Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabilin anım günüdür. 

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. 1954-1956-cı illərdə təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında davam etdirib.

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan şair 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəb işçi və baş redaktor müavini vəzifələrində işləyib.

Fəaliyyətlərinə görə o, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları  “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

O,  ədəbi fəaliyyətə 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan "Gəl baharım” adlı şeiri ilə başlayıb. Bundan sonra onun müxtəlif illərdə “Səhər açılır”, "Mənim mavi Xəzərim”, "Küləkli havalarda”, Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və s. kitabları işıq üzü görüb. 

Yaradıcılıq zirvəsi hesab edilən “Nəsimi” poeması ilə böyük rəğbət qazanan şairin “Səhv düşəndə yerimiz”, "Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” və s. kimi şeirləri də oxucular tərəfindən xüsusi rəğbət görüb. 

Qabil İmamverdiyev 2007-ci il aprel ayının 4-də 81 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

Пятница, 04 Апрель 2025 09:01

GAP Antologiyasında Məryəm Səfəvinin “Kaşki” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Məryəm Səfəvidir.

 

Məryəm Səfəvi

Tehran

 

 

KAŞKİ

 

Kaşki bütün darıxanların yerinə mən darıxaydım –

Darıxan ürək olmayaydı!

Kaşki bütün ağlayan gözlərin yerinə mən ağlayaydım

Heç bir göz dolmayaydı!

Kaşki bütün qırılan qəlblərin yerinə qırılaydı qəlbim –

Heç bir qəlb daha qırılıb da, solmayaydı...

 

Kaşki gözü yol çəkən bütün insanların yerinə gözləyirdim,

Kimsənin gözü yollarda qalmayaydı,

Kaşki öləydim

Büsbütün yersiz köçüb də gedənlərin yerinə

Bitərdi bütün dünyanın,

Kədəri, qəmi...

Gözəlləşərdi həyat!

Darıxmazdı yalqız ürəklər...

Yaşalmazdı ağlayan gözlər...

Qırılmazdı sevən qəlblər...

 

İntizar çəkən qalmazdı o zaman,

Köçüb gedən olmazdı bu dünyadan.

Bir tək mən sınardım!

Bir tək mən solardım!

Bir tək mən ölərdim!

Bir tək mən yox olardım!

Büsbütün insanların yerinə...

 

 “Ədəbiyyat və incəsənət”

 (04.04.2025)

 

Пятница, 04 Апрель 2025 08:32

Heç kəs unudulmur, heç nə yaddan çıxmır!

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov portalımıza verdiyi açıqlamada qeyd edib ki, ölkəmizdə 2-ci dünya müharibəsi - Böyük Vətən müharibəsi iştirakçısı cəmi 18 nəfər sağdır.Dünyasını dəyişənlər isə minlərlədir

İndi sizə bu minlərin biri barədə danışacağam.

 

Bu gün Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı, baş çavuş Qəzənfər Əkbərovun doğum günüdür. O, 1917-ci il 4 aprel tarixində Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir.

Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdur bizim qəhrəmanımız. Bu qəhrəmanlığına görə ölümündən sonra o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Naxçıvan Muxtar Respublikasında onun xatirəsi əbədiləşdirilmişdir. Adına küçə və məktəb vardır.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

Mədəniyyət naziri Adil Kərimli aprelin 3-də Saatlı rayon Gənclər evində vətəndaşların müraciətini dinləyib.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qəbuldan əvvəl Adil Kərimli və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Saatlı şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

 

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

 

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

 

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

 

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.