Super User

Super User

Четверг, 10 Апрель 2025 14:35

VİRTUAL GİD - Gədəbəyin turistlik yerləri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həm yerli, həm də xarici qonaqların üz tutduğu rayonlarımızdan biridir Gədəbəy. Dağların qoynunda yerləşir, daha çox kartofu ilə tanınır, amma “kartof” sözgəlişi ifadə vasitəsidir. Qədim, zəngin tarixi, qonaqpərvər insanları, dadlı mətbəxi vardır Gədəbəyin. Hətta orasını da deyim, Azərbaycanda ən iri və ən dadlı göy qutabını orada hazırlayırlar.

 

"Koroğlu" və ya "Cavanşir qalası"

 

Buraya yalnız piyada qalxmaq mümkündür. Mərkəzdən 15 km aralıda yerləşir. Bu abidədən Simens körpüsü də görünür. Körpü Zaqafqaziyada ilk dəmiryol xəttinin keçdiyi ərazi olub, hazırda dövlət tərəfindən tarixi tikili kimi qorunur və Gədəbəyin "vizit kartı" hesab edilir. Gədəbəyin simvolu hesab edilir. 

 

Böyük Qaramurad kəndi

 

600-ə yaxın yaşı olan məbəd vardır ki  Böyük Qaramurad kəndində yerləşir. Qafqaz Albaniyasının tarixini yaşadan 10-a yaxın dini ibadətgahdan biridir.

 

Düzyurd-Miskinli yaylağı

 

Yay aylarında buraya turistlərin əsl axını olur. Burada keçirilən ilk yaylaq festivalı yəqin yadınızdadır, rayona 80 mindən artıq qonaq gəlmişdi.

 

Şırşıra şəlaləsi

 

12 metr yüksəklikdən çırıltıyla tökülən su təkrarsız mənzərə yaradır.  Bu şəlaləyə avtomobil yolu belə yoxdur. Vəhşi təbiətin gözəlliyidir o.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün

 

Müəllimlik, yalnız bir peşə deyil, bir həyat yoludur – ruhun ən dərin yerlərinə toxunan, varlığın sirlərini açan bir səyahətdir. Bu yol təhsil verməkdən çox insanın iç dünyasında bir iz buraxma, onun varlığını ucaltma arzusudur.

 

Müəllim yalnız dərs keçən deyil, zamanın içindəki hər bir anı qiymətləndirən, şagirdinin ruhuna həyatın ən qiymətli dərslərini öyrədən bir sərkərdədir. O, gələcəyin inşasına, bir şagirdin özünü tapmasına işıq salan sevgi və inancla yol göstərən bir bələdçidir. Hər müəllim, bir ulduz kimi yanar, öz işığında şagirdlərinə həyatın mənasını göstərir. Hər dərs bir möcüzə kimidir – şagirdin qəlbinə toxunan onun içindəki gizli gücü oyandıran bir toxunuşdur. Müəllim yalnız məlumat deyil, ümid, sevgi və gələcəyə inam toxuyar. O, hər bir təbəssümdə, hər bir sözdə, hər bir gözlərindəki parıltıda bir dünya qurur. Müəllimlik, yalnız fənn tədrisi deyil, həyatın ən dərin və vacib anlamlarını öyrətmək, insanın özü ilə barışmasını, öz yolunu tapmasını təmin etməkdir.

 

Bir müəllimin vəzifəsi, sadəcə mövzunu izah etmək deyil, həm də şagirdinə içindəki dərin potensialı kəşf etməyə yardım etməkdir. O, hər dərsi ilə bir zəka deyil, bir ruh toxunuşu həyata keçirir. Bu peşə sahibliyi elə bir sevda hekayəsidir – hər bir şagird, müəllimin qəlbində öz əksini tapar. O, yalnız tədris etməz, bir şəxsiyyət formalaşdırar, hər bir şagirdin yolunu işıqlandırar. Müəllim, həyatda qələbə qazanmağı deyil, ruhun əsl sərvətini tapmağı öyrədir.

Bu peşə, əslində sonsuz bir sevgi və şəfqət tələb edir. Müəllim, hər gününü şagirdinin inkişafına, onun gələcəyinə, onun həyatına yönəldir. O, yalnız dərs keçməklə kifayətlənməz; o, hər bir şagirdinin içindəki işığı tapmağa çalışar. Müəllim, həqiqətən, öz həyatını bu sevdanın içində sərf edər. O, hər gün şagirdinin gözlərindəki parıltını görəndə, özünü tapar. Çünki müəllim bilir ki, o, yalnız sözlər deyil, ruhlar üzərində işləyir.

Bir müəllimin əsl gücü, onun şagirdlərinin həyatına və ruhuna olan təsiridir. Hər bir hərəkət, hər bir söz, hər bir baxış – bunlar ömür boyu unudulmayacaq izlər buraxar. Müəllim yalnız akademik uğurları deyil, hər bir şagirdin içindəki qorxuları, şübhələri, hətta ümidləri aşmağa kömək edər. Onun öyrətdiyi ən qiymətli dərs, həyatın çətinliklərində necə ayaqda durmaq, sevgini necə yaşamaq və dünyaya necə müsbət təsir göstərməkdir.

Müəllimlik, yalnız sinif otağında deyil, şagirdin qəlbində, yaddaşında, həyatında davam edən bir prosesdir. Və ən qiymətli an, o an olur ki, müəllim şagirdinin gözlərində parıldayan o kiçik işığı görür. O an, müəllim anlayır ki, hər bir sözünün, hər bir addımının gücü bir ömrü dəyişdirmişdir. Bu, yalnız dərs deyil, həyatın özüdür. Müəllim, hər bir şagirdinin qəlbində və yaddaşında əbədi bir yer qazanır. O, heç vaxt unutulmaz, heç vaxt silinməz. Çünki hər bir müəllim, yalnız məlumat deyil, bir həyatın rənglərini, sevgi və inamını, insanlığın ən yüksək dəyərlərini öyrədir.

Müəllimlik, yalnız akademik bilik deyil, insanın ruhunu işıqlandıran bir sənətdir. O, şagirdinin həyatına dərin izlər buraxar, ona yalnız mövzu deyil, həyatın ən vacib dərslərini öyrədir. Müəllim, ömrü boyu şagirdlərinin qəlbində yaşayan bir ulduz kimi, onların gələcəyinə işıq salır. Onun ən böyük hədiyyəsi yalnız bilik deyil, insanın içindəki sevgi, inam və yüksək dəyərləri oyandırmaqdır. Müəllim, həyatın cənnətində, şagirdlərinin qəlbində əbədi bir məkan tapar, və o cənnət heç vaxt solmaz.

 

Şəkildə: müəllif öz şagirdləri ilə

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

 

 

 

Четверг, 10 Апрель 2025 13:32

BİZİM KİNO - “Axırıncı aşırım”

Murad Vəlixanov,  “Ədəbiyyat və incəsənət”  

 

Bu gün oxucularımıza  rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə ekranlaşdırdığı  “axırıncı aşırım”  filmi barədə danışmaq istəyirəm. Film yazıçı Fərman Kərimzadənin  “Qarlı aşırım”  romanı əsasında çəkilmişdir.

 

Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. 

Kənddə Raykom katibinin apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın yeni kolxozun sədri İmanla qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır. 

Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Xəlil və Talıbovla  birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir. 

Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır. 

Abbasqulu bəyin gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin gəlişindən sonra Abbasqulu bəyin əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir. Qonaqlar getdikdən sonra guya Nikolayın top gülləsi ilə Kərbəla ziyarətgahından düşən üç kərpicin kafir toxunuşu səbəbindən yenidən yerinə hörülə bilməməsinə Fazil Salayevin oynadığı avam Rəşidin: «Qurban olum belə hökumətə ki, Kərbəlanın heyfini Nikolay köpək oğlundan yaman ala bildi» deməsi ilə yaranan gülüşü Kərbəlayı İsmayılın susdurması yaranan komizmi həmən durdurmaqla janr təyinatını qoruyur. 

Həbs olunan İmandan azad olunmaq müqabilində kolxozun möhürünü, ştampını gətirib təhvil verməsini istəyən Kərbəlayının: «Şura hökumətinin topu var, topxanası var» cavabından hiddətlənməsi Qəmlonun bir şapalaqla yerə sərdiyi sədrin köməksizliyi göz-önü ziddiyyəti artırır. Bolşeviklərə müqavimət göstərməkdən imtina edən ikinci dustağın – Bəylərin də, döyülməsindən sonra Kərbəlayının: «Sabah mən kənddən çıxandan sonra ikisini də o söz» deyib əlini boğazına çəkməklə tutulanların ölümünə qərar verməsi xeyir-şər qarşıdurmasında kimin kim olduğunu təsdiqləyir. 

Yolüstü qonaq olduğu Səməddən Qəmlonun törətdiyi cinayətlərin təfərrüatlarını öyrənərək Kərbəlayını görmədən geri qayıtmayacağını bildirən Abbasqulu bəy əhalini qırğından yayındırmaq məqsədini bəyan edir. Gecə yarı Səmədin evində İmanın arvadını axtaran Qəmlonun gözlənilmədən rast gəldiyi Abbasqulu bəyin: «Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur» tənələrindən sonra psixoloji qarşıdurmaya davam gətirməyib geriyə dönməsi şərin ifşasının təcəssümünə çevrilir. Səmədin evindən İmanın arvadını da özləri ilə götürüb qonşu kənddə Xəlilin qaynı Şirəligildə gizlətməyi qərarlaşdıran üçlüyün kənd sovetinin möhürü ilə İmanın partiya biletinin etibarlı yerdə gizlədilməsini tapşırması siyasi motivi qabardır. Qəbiristanlıqda Kərbəlayinin vəhşi düşmənçiliyinin qurbanı olan oğlu Yədullanın türbəsini ziyarət edərkən mərhumun meyitinin alınmasında Abbasqulu bəyin yardımının üzə çıxması, burada Qəmlodan gizlənən Xudayarın qardaşının Kərbəlayının Kolannıda, karvansarada olduğunu bildirməsi nümayəndə heyətini məqsədə yönəldir. 

Qonaqların qarşısına çıxan Qəmlonun: «Kimi istəyirsiz» sualına: «Evin kişisini soruşarlar!» cavabını verən Abbasqulu ağaya Kərbəlayının adından: «O sizi görmək istəmir» deyilsə də, nəhayət ki, iki bəyin dialoqunda zadəganlıq elementləri önə keçir. Kərbəlayi ilə Abbasqulu bəyin söhbətini pusan Qəmlonun cavanlara çəmkirməsi, həyətdə at belində gözləyən Xəlillə, Talıbovu güllələmək istəməsi, darvazaları bağlatdırması gərginliyi artırır. Nahaq qan tökülməsini istəməyən Abbasqulu bəyin bərabərçiliyə çağırdığı Kərbəlayinin əlini qaldıraraq: «Beş barmağın beşi də bir ola bilməz!» deməsi dialektikaya söykənir. Abbasqulu bəyin: «Topxanan yox, cəbbəxanan yox!» xitabına təmkinlə: «Namusumuz, qeyrətimiz var!» cavabını verən Kərbəlayi milli mentalitetinə söykəndiyi xalqın mənəvi gücünü önə çəkir.

Qadınların dul, uşaqların yetim qalacağına diqqət çəkən Abbasqulu bəy isə dövrün reallığının daşıyıcısına çevrilir. Üç gündən sonra qayıdacağını söyləyib gedən Abbasqulu bəyin arxasınca eyvana çıxıb, özünə əziyyət verib geriyə qayıtmamağı məsləhət görən Kərbəlayi qarşıdurmanı qızışdırır. Atlanaraq başçının dəstəsi ilə Abbasqulu bəygilin ardınca çapan Qəmlonun dəstəsi ilə qayalıqda baş verən atışma nəticəsində həlak olan Xəlilin doğulacaq uşağın adını qoymağı Abbasqulu bəydən xahiş etməsi gələcəyə inamı səciyyələndirir.

Talıbovun ölümündən sonra yaralanıb can verən Abbasqulu bəyi güllələyən Qəmlonun, mərkəzin diktəsi ilə Kərbəlayının deyil, Xudayarın qardaşı tərəfindən məhv edilməsi finala tam uyuşmasa da, az qurban hesabına əhalinin qırğından xilası sosializmin bərqərar olması ilə bağlı təbliği ideyanı təsdiqləyir. Abbasqulu bəyi rəiyyətdən alıb layiqincə dəfn etmək istəyən Kərbəlayinin meydanda tək qalması milli ideyanın iflasını göstərir. 

 

Film haqqında

 

 

• Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.

• Filmin adı Qarlı aşırım olmalı idi. Bədii Şurada müzakirə zamanı belə qərara gəlinir ki, sadəcə olaraq filmin adı dəyişdirilsin. Beləcə "Qarlı aşırım" "Axırıncı aşırım" oldu. Buna səbəb isə filmin çəkilməsi üçün az vaxtın ayrılması oldu. Filmin adı "Qarlı aşırım" olardısa, mütləq qışda çəkilməliydi, bu zaman qarla zəngin mənzərələr lazım gələcəkdi. Bu isə həddən artıq çox vaxt aparacaqdı. Bütün bunlar əlavə əzab-əziyyət idi, texnika baxımından çətinlik yaranacaqdı. 

• Filmdəki kəndin dekorasiyası Qobustanda qurulmuşdu. Filmin çəkilişləri əsasən Qobustanda - "Böyük daş"da, "Kiçik daş"da, "Çınqıl daş"da çəkildi. Demək olar ki, filmin çəkilişləri əsasən Bakıda və Qobustanda aparılıb. Orada adı çəkilən "Qara qaya" adlı yer də Qobustandadır. 

Filmin natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib. Kəndin bəzi küçələrində əlavə dekorlar qurulmuş, fasad dəyişdirilmiş, hasar çəkilmiş, bəzi yerlərdə darvazalar qoyulmuşdu. Toy günü baş verən atışma səhnəsi kəndin aşağı hissəsindəki yolda lentə alınıb. Növrəstənin  Qəmlodan qaçdığı küçələr isə Fatmayıda hasar çəkilən küçənin bir hissəsində reallaşıb. Abbasqulu bəylə Şabanzadənin  dialoqu Bayıl qəsəbəsindən Suraxanıya tərəf uzanan ensiz dəmiryolu ərazisində, “Kukuşka” adlanan məkanda, Xəlilin (aktyor Həsənağa Turabov) və Talıbovun  dəstə topladığı kadrlar Buzovnada lentə alınıb. Talıbovla Şabanzadənin dialoqu kinostudiyanın pavilyonunda çəkilib. Səmədin evinin interyeri studiyanın pavilyonunda, qonaqları qarşıladığı natura çəkilişi isə Fatmayıda aparılıb. Abbasqulu bəyin öldürüldüyü kadr Qobustanda, aktyorların iri planlı təsvirləri kinostudiyanın həyətində ekranlaşdırılıb.

Kinostudiyada qurulan interyerlərdən İmanın, Xəlilin evinin dekorasiyaları və filmin başlanğıcında hadisələrin ümumi mənzərəsini anons edən iclas səhnəsi pavilyonda gerçəkləşib. Xudayarın qardaşının  gizləndiyi məkan (türbənin interyeri) kinostudiyanın pavilyonunda, eksteryeri isə qəbiristanlıqla birlikdə Qobustanda çəkilib. Kərbəlayının evi kinostudiyanın həyətində qurulan iki dekorasiyada (Vəlinin qonaqları qarşıladığı və Kolanıdakı karvansara) lentə alınıb. Qonaqların və qolçomaqların gərgin münasibətlərini təsvir edən iri plan çəkilişləri ustad operator Rasim İsmayılov tərəfindən süfrənin ortasında qazılan dərinlikdən çəkilib.

• Filmin ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmadı. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi oldu. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik etdi. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürdü. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olundu. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb. Hərşeydən ziyadə filmə nəzər saldıqda görürsən ki, keçmiş kişilərin düşmənçiliyi də kişi kimi olub. Kərbəlayı İsmayıl yaxalanacağını bilirdi. Ancaq ən böyük qorxusu ailəsində olan hamilə qadının başına bir şey gəlməsinə görə idi.  Buna görə də o düşməni olan Usuboğlunun qapısına gedir.  Kərbalayı  “Usuboğlu, səninlə düşmənçiliyimiz öz yerində, ancaq səndən istəyim başqadır. Mən onsuzda ya öldürüləcəm, yada bu torpaqlardan sürgün ediləcəm. Ailəmdə hamilə qadın var. Onu səndən başqasına əmanət edə bilmərəm. Həyatdı sağ qalsam qadını gəlib götürəcəm” dedi. Usuboğlu cavabında  “təklifini bir şərtlə qəbul edirəm. Səndə mənim oğlumu özünlə girov aparacaqsan. Qadının burunu belə qanasa, oğlumun qanı halalın olsun”  deyə cavab verdi. Baş verən atışma zamanı Usuboğlunun oğlu həlak oldu. Hadisədən sonra Kərbalayı hamilə qadını götürməyə gələndə Usuboğlu ondan oğlunun ölüb ölmədiyini soruşdu. Kərbalayı kor-peşman  onun atışma zamanı həlak olduğunu dedi. Usuboğlu  Kərbalayıdan  uşaq oğlan olarsa adını oğlunun adını qoymasını istədi. İndiki  “düşmənlər”  isə bir-birinin valideyninə, ətrafına ilişir.

ALLAH sonumuzu xeyir etsin. 

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

Четверг, 10 Апрель 2025 13:00

QONAQ KÜRSÜSÜ – Psixoloq Müjqan Məmmədova ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə " Qonaq kürsüsü"ndə CIBS psixologiya və təlim mərkəzinin psixoloqu Müjqan xanım Məmmədovadır.

 

-Xoş gördük Sizi Müjqan xanım. Bu gün güclü xanımlar haqqında danışacağıq. 

Qadınlar güclü olmağa məcburdurmu!? Buyurun, tam ətraflı cavab gözləyirik sizdən.

 

-Xoş gördük. Fikrimi izah etməkçün və sizlərdə dolğun təəssürat yaratmaq üçün nitqimi bölüb daha yaxşı qavranması üçün imkan yaradacağam.

 

Qadının güclü olmağa məcbur edilməsi: dini, sosial, iqtisadi və psixoloji aspektlər

 

Cəmiyyətlər zaman keçdikcə dəyişsə də, qadının mövqeyi, rolu və yükü müxtəlif ideoloji, dini və iqtisadi sistemlər tərəfindən daim formalaşdırılıb. Bu gün qadınların "güclü olmaq məcburiyyətində qalması" sadəcə bir seçim deyil, çox zaman sosial bir zərurət kimi qarşıya çıxır. Bu yazıda qadınların bu mövqeyə necə gəlib çatdıqları, bu prosesin arxasında duran əsas faktorlar və xüsusilə kişilərin dəyişən rollarının bu mənzərədə necə yer aldığına diqqət yetiriləcək.

1. Din və Qadının Rolu

Tarix boyunca dinlər cəmiyyətin əsas ideoloji dayaqlarından biri kimi qadının həyatını müəyyənləşdirən ən güclü vasitələrdən olub. Əksər dini mətnlərdə qadının itaətkar, ailə mərkəzli və səbirli olması təriflənmiş, onun azad iradəsi isə çox zaman kişi qəyyumluğu altında məhdudlaşdırılmışdır. Qadının susması, kişiyə tabe olması və "ailənin şərəfi"ni qoruması kimi təlqinlər, zamanla qadının sosial və iqtisadi aktivliyini ciddi şəkildə məhdudlaşdırmışdır.

Bununla belə, müasir dünyada qadınlar dini qaydaları ya fərqli yozmağa, ya da onlara qarşı durmağa başlayıblar. Bu da onları istər-istəməz fərd olaraq möhkəmlənməyə, öz ayaqları üstündə durmağa, yəni "güclü olmağa" məcbur edir.

2. Sosial Həyat və Gender Rollarının Dəyişməsi

Ənənəvi cəmiyyətlərdə kişi – təminatçı, qadın – baxıcı rolunu daşıyıb. Lakin son onilliklərdə gender rollarındakı dəyişikliklər bu tarazlığı pozub. Kişilərin feminen davranışlara meyl etməsi, məsuliyyətdən qaçmaları, emosional zəiflik, ailə və münasibət mövzusunda qeyri-sabit davranışlar qadının həm iqtisadi, həm də psixoloji yükünü artırır.

Bir çox qadın həyatında dayaq tapmadığı kişilər səbəbilə həm ana, həm ata, həm də psixoloji dayaq funksiyasını öz üzərinə götürmək məcburiyyətində qalır. Bu isə onların güclənmək deyil, "güclü olmaq zorunda qalmaq" hissini formalaşdırır.

3. İqtisadi Amillər və Qadının Müstəqilliyi

İqtisadi müstəqillik qadınların güclənməsi üçün vacib faktordur. Lakin bu güclənmə çox zaman zərurətdən doğur. Ailəni təkbaşına dolandırmalı olan analar, boşandıqdan sonra sosial və iqtisadi dəstəkdən məhrum qadınlar, iş həyatında bərabər maaş və vəzifə imkanı əldə edə bilməyən xanımlar güclü olmaq deyil, ayaqda qalmaq üçün çarpışırlar.

Eyni zamanda kişilərin artan sayda iqtisadi məsuliyyətdən uzaq durması və ya stabil gəlir gətirən sahələrdə geridə qalması qadınları ailənin iqtisadi dayağına çevirir. Bu isə qadının həm işləyib, həm də evin yükünü daşımasına səbəb olur.

4. Kişilərin Feminen Davranışları və Cəmiyyətin Tənəzzülü

Kişilərin feminen davranışlara yönəlməsi — yəni emosional həssaslıq, estetikaya meyl, qərar verməkdə tərəddüd, məsuliyyətdən yayınma halları — bir tərəfdən cinsiyyət rollarının sərt sərhədlərini pozsa da, digər tərəfdən qadının üzərinə düşən real yükü artırır. Kişilər psixoloji və sosial olaraq "böyüməkdən imtina etdikcə", qadınlar məcburən bu boşluğu doldururlar.

Bu dəyişikliklər ailə institutunun zəifləməsinə, övladların tək valideynli mühitdə böyüməsinə və nəticədə cəmiyyətin strukturunda çatların yaranmasına səbəb olur.

5. Qadın Azadlığı və Reallıq Arasındakı Uçurum

Qadın azadlığı son illərdə bir çox sahədə irəliləyişə səbəb olsa da, bu azadlıq reallıqda bəzən bir yüklə əvəzlənir. Azad qadın modelinə çatmaq üçün qadın həm işləməli, həm ailə qurmalı, həm sosial həyatda var olmalı, həm də "cəlbedici və güclü" qalmalıdır. Bu isə qadını emosional və fiziki baxımdan yoran bir yarışa salır.

Azadlıq çox zaman seçim deyil, həyatda qalmaq üçün lazım olan bir silah olur.

Nəticə: Cəmiyyətin Tənzimlənməsi Kişilərin Mövqeyindən Asılıdır

Bir daha görülür ki, qadını güclü olmağa məcbur edən əsas səbəblər cəmiyyətin kişi tərəfindən formalaşdırılmış qaydaları, kişilərin məsuliyyətdən yayınması və sistemin qadına qarşı yönəlmiş strukturlarıdır. Qadının həqiqətən azad və balanslı yaşaya bilməsi üçün yalnız onun deyil, kişinin də dəyişməsi, məsuliyyət alması və sosial strukturda öz yerini yenidən anlaması vacibdir.

Əks halda, qadınlar daha da sərtləşəcək, kişi isə daha da passivləşəcək və cəmiyyət qeyri-sabit bir tarazlığa sürüklənəcək. Bunun səbəblərindən biri də qadının müasir dünyada çox ciddi bir istehlakçıya çevrilməsidir. Qadın həm öz ehtiyaclarını, həm ailəsinin və uşaqlarının tələbatlarını qarşılayan, həm də reklam və marketinq sistemlərinin əsas hədəfinə çevrilən bir fiqurdur.

 

Onun emosional və maddi ehtiyaclarını ödəmək üçün daim alış-verişdə olması, müxtəlif sahələrdə xərcləməyə yönəlməsi kapitalist sistemin mühərrikinə çevrilib. Nəticədə qadın yalnız iqtisadi cəhətdən deyil, psixoloji olaraq da daha çox yüklənmiş olur. Bu yük isə kişi ilə arasında tarazlığın daha da pozulmasına səbəb olur: kişi geri çəkildikcə qadın həm qazanan, həm xərcləyən, həm yönləndirən, həm də daşıyan olur.

Belə bir sistemdə qadının “güclü” olması bir üstünlük deyil, əksinə, sistemin yaratdığı məcburi bir vəziyyətdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azad Fərəcov (Yaşar) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb.

 

Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir.

1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub.

Onun tərcüməçilik fəaliyyəti də var. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.

 2001-ci ildən fəaliyyətə başlayan, ədəbiyyatımızda köklü dəyişikliklərə nail olan və ölkədə kitaba, bədii qiraətə marağın təkrar canlanmasında önəmli rol oynayan Azad Yazarlar Ocağının (AYO) və onun mətbu orqanı "Alatoran" dərgisinin təsisçilərindəndir. 10 dilə (ingilis, alman, rus, türk, ukrain, gürcü, bolqar, özbək, qırğız və rumın) çevrilən şeirləri Moskvada, İstanbulda, Kiyevdə, Tbilisidə və Bişkekdə çıxan aparıcı ədəbi-bədii jurnallarda işıq üzü görmüşdür.

Şeir, esse, müsahibə və tərcümələri bir çox qəzet, jurnal, antologiya və ədəbi saytların oxucularına təqdim edilib. 2014-cü ilin sentyabrında Türkiyənin Tokat şəhərində keçirilən Beynəlxalq Şeir Şölənində Azərbaycanı uğurla təmsil edib. Yazıb-çevirdiyi 10-dan çox kitabı öz vəsaiti ilə çap etdirməklə, naşirlik fəaliyyəti ilə də tanınır. Təsis etdiyi "TURKUAZ yayınları"nın ilk kitabı 2023-cü ildə işıq üzü görüb.

2021-ci ildən Azərbaycanda yeganə ədəbi qurum olan Yazıçılar Birliyinin üzvüdür. AYB-nin 2022-ci ilin oktyabrında keçirilən XIII qurultayında Birliyin İdarə Heyətinin üzvü və "Azərbaycan" jurnalının redaksiya heyətinə üzv seçilib.

Əli Bayramlıda (indiki Şirvan) onun layihələri əsasında şəhərin Bakı və Salyan səmtdəki giriş-çıxış meydan-kompleksləri və bir neçə inzibati bina tikilib. 1980-ci illərin sonlarında o, adıçəkilən şəhərdəki 2 məscidin layihəsini hazırlayıb, onların tikintisində yaxından iştirak edib. Bir neçə il memar kimi çalışdığı Əli Bayramlı Xətti-İstismar İdarəsi onun iştirakıyla layihələndirilən ikisəviyyəli yol qovşaqlarının, şəhər və rayonlarda giriş meydanlarının, yolüstü kiçik memarlıq obyektlərinin tikintisini gerçəkləşdirib.

Dizayn sahəsində də fəaliyyətini davam etdirir. Ötən on ildə imza atdığı bir sıra loqo, loqotip, kitab qrafikası nümunələri və dizayn əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Bunlara nümunə kimi Şirvan şəhərində çıxan "İşıq" qəzetinin, Mədəniyyət Nazirliyinin mətbu orqanı "Kino+" qəzetinin, Azad Yazarlar Ocağının (AYO) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) loqolarını göstərmək olar. Tələbəlik illərində yaratdığı karikaturalardan bəzilərini "İnşaatçı" qəzetinin səhifələrində dərc etdirib.

Orijinal kalliqrafiya (xəttatlıq) kompozisiyaları ilə Azərbaycanda keçirilən üç böyük sərgiyə qatılıbdır. "Allahu-əkbər" adlı kufi xətli orijinal kompozisiyası uşaqlar üçün "Azərbaycan incəsənəti" ensiklopediyasının (2011) "Xəttatlıq" bölümündə oxuculara təqdim olunub.

 

Əsərləri 

- Hamı və Heç kim (şeirlər və rəsmlər)

- Postmodern rus ədəbiyyatı (tərcümə antologiyası)

- Mövlanə Cəlaləddin Rumi Məsnəvidən seçmələr. I nəşr

- Çin mədəniyyəti

- Əhməd Həmdi Paşa. Missioner

- YAHU. Sufizm, Dao, Dzen hekayətləri

- Gi de Mopassan. Seçilmiş əsərləri

- Elias Kanetti. Korlaşma (roman)

- Azad Yaşar "Bu da keçər" (İrfan hikmətləri) və s.

 

Allah xeyirli ömür nəsib etsin, Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, Harun.

Səni tanıyıram. Bir çoxlarının tanımağa cəhd etmədiyi qədər. Yadında saxla, səni tanımaq istəyənlər çox olmayacaq. Çünki sən özünü anlamaq istəyənlərdənsən. Və bu, insanların çoxunun bacarmadığı, cəhd belə etmədiyi bir şeydir. Əksəriyyət sadəcə yaşayır. Sənsə “niyə yaşayıram?” sualının altında əzilib qalanlardansan.

 

Uşaqlığında çox ağlamamısan, deyirlər. Sanki doğulduğun an belə bu dünyaya bir inamsızlıqla baxmısan. Elə o andan başlamış sənin ilk sükutun. İlk sorğun. İlk tənhalığın. Sən doğulmamışdan əvvəl belə, bu dünya sənin üçün bir az dar, bir az səsli, bir az da yalançıymış. Sən kiçik yaşlarından bəri bu sistemin pıçıltılarını eşidirdin. Qışqırıq deyildi bu, daha qorxunc idi, səssiz yalanların bir harmoniyası. Və sən bu səssizliyə qulaq asmağı seçdin.

Tanıdığım Harun, bir az fəlsəfə kitablarını tozlu rəflərdən götürən, bir az dənizə baxarkən gözlərini dalğalarda itirən adamdır. Dostlarıyla gülərkən belə içindən bir “mən burda nə gəzirəm?” səsi eşidən, tanımadığı adamların kədərinə bəzən səbəbsizcə ağlayan biridir.

Bəzən deyirlər, Harun çox sakitdir. Amma bilmirlər ki, onun içində bir şəhər dağılır hər gün. İnsanlar çıxıb gedirlər, evlər yanır, körpülər çökür. Və o, bu dağıntıların ortasında, əlində bir dəftər, bir qələm, özü ilə söhbət edir.

Bir dəfə metroda gözlərini qatarın səsinə bağlamışdın. Şamxalla söhbət edirdin, amma əslində o anda içindəki başqa Harun danışırdı. “Sən həqiqətən burda olmaq istəyirsən?” Bəlkə də yox. Bəlkə də sən heç bir yerdə olmaq istəmirsən. Sadəcə dincəlmək istəyirsən. Amma bu istirahət tətil deyil, yoxluqdur. Rahat bir yoxluq. Sən yuxusuz gecələrdə yatmaqdan çox düşünmək istəyirsən. Həmin axşam qaranlığında, musiqinin ən aşağı notunda, bir stəkan şərabın içində boğulan xatirələrlə…

Səni tanıyıram, çünki sən günlərlə heç kimə danışmayıb, bir gün birinə "nə var, nə yox?" deyə soruşan adamlardansan. Sən sadəcə sağ qalmaq üçün deyil, bir şeyi hiss etmək üçün yaşayırsan. Amma o “bir şey” nədir? Bilirəm.  Sən də bilmirsən.

Bəlkə də bu, bir axşam Bircənin sənin çiyninə başını qoymasıdır. Bəlkə səssiz bir otaqda, qaranlıq pərdələrin arxasında yanan bir şam işığında yazılan bir məktubdur.

Bəlkə heç yoxdur. Sadəcə axtarışdır.

Harun, sən ağrının estetikasıyla barışanlardansan. Sən həyatın kədərini rəng kimi istifadə edirsən. Sənin üçün qaranlıq təkcə qorxulu bir yer deyil. O, gizlənmək üçün bir pənahdır. İnsanlar işıqda axtarır özlərini, sən isə kölgələrdə. Bilirsən niyə? Çünki sən bilirsen, işıq hər şeyi göstərir, amma hər şeyi başa salmır.

Gecənin bir yarısı evdə tək olanda bəzən əllərini başına qoyub oturursan. Və düşünürsən: “Görəsən, mən doğrudan da varam?” Sənin üçün var olmaq təkcə nəfəs almaq deyil. O, iz buraxmaqdır. Ruhunun bu həyatın hansı səhnəsində rol aldığını başa düşməkdir. Sən bu filmdə aktyor olmaq istəmirsən. Sən ssenari yazmaq istəyirsən. Öz hekayəni... Bəlkə də heç kim oxumayacaq, amma sənin içini boşaldacaq bir hekayə.

Səni tanıyıram... çünki sənin içində özümü tapıram.

Bir az hiss, bir az ağırlıq, bir az da ümid.

Və sən bu qarışığın adısan: Harun.

 

Ətraf sakitdir. Hər kəs yatıb. Amma onun üçün gecə oyaq qalmaq vərdiş deyil, məcburiyyətdir. Bu saatlarda hava daha ağır olur, düşüncələr daha sərt, içki isə daha dadlı. Bir stəkan qırmızı kəmşirin şərabla oturur pəncərənin qarşısında. Küçədə sükutun belə səsi eşidilir. Harun içəndə sərxoş olmur, sadəcə düşünməyə başlayır. Öz içindəki parçalanmaları hiss edir. Ruhunun bir tərəfi yaşamağa, o biri tərəfi yatmağa can atır. Gözlərində yuxu yoxdur, amma ruhu yorğundur.

Divarlar boşdur, amma o divarlara baxanda keçmişini görür. Keçmişdə darıxmaq deyil, utanc gizlənib. Bir dəfə dostuna demişdi: “Mən tək qalanda düşünmürəm, sadəcə yaddaşıma təslim oluram.” Həmin yaddaş da bu otağın səs-küyüdür. Səsini çıxarmadan çığıran xatirələr. Bir baxış, bir səs tonu, bir yaxının itkisi, bir mesaj. Onların hamısı bu otaqda Harunla bir yerdə yaşayır.

O, gecələrdə gülümsəmir. Çünki gülümsəmək ümid tələb edir. O isə artıq ümidləri saxlamaqdan yorulub. Bəzən düşünür, bu sakitlik ona hüzur verir, yoxsa sadəcə vərdiş edib? İnsan ağrının içində kifayət qədər çox qalsa, onu sevməyə başlayar deyirlər. Harun da bəlkə ağrını yox, sadəcə səsini tanıyır.

Əlindəki stəkan titrəyir. Bilmir əli titrəyir, yoxsa içindəki gərginlik stəkana keçib. Gözünü qıyaraq baxır içkinin rənginə. Tünd qırmızı. Elə bil ruhunun rəngidir. Acı, dərin və bir az da ehtiraslı.

Bu otaqda heç kim onun haqqında qərar vermir. Heç kim "düz elə" və ya "belə yaşa" demir. Heç kim onu mühakimə etmir. Bu otaqda Harun sadəcə Harundur. Sevdiyi musiqi səssizcə fon kimi axır, bəzən muğam, bəzən Mançonun səsi, bəzən bir bluz. Və bu səslər arasında Harunun düşüncələri yavaşca sərxoş olur.

O bilir ki, sabah yenə gün doğacaq. Yenə eyni küçədən keçəcək, eyni insanlarla salamlaşacaq, eyni maskanı taxacaq. Amma bu gecə, bu sakitlik, bu otaq, bunlar onun həqiqi evidir.

Çünki bəzən insan öz evində yox, qaranlıq bir otaqda daha rahat nəfəs alır.

Hər səhər oyananda üzünü əvvəlki gecəki yuxudan qoparır, amma bu bir yenilik deyil. Bu, sadəcə başqa bir günün başlanğıcıdır. “Bilirəm ki, bu mənəm,” deyə düşünür. Amma bu “mən” artıq hər şeydən, hər kəsdən daha uzaqdadır. Bu, yaşamağın qırağında bir varlıqdır. Həyatın və ölümün arasındakı incə bir xətt. Nə qədər qalın olsa da, içindən keçmək və ya onunla barışmaq gərəkdir. Bəzən bu barışma, sadəcə mövcud olmağı qəbul etməkdir.

Bir zamanlar həyat qarşısında böyük məqsədləri vardı, böyük istəkləri, böyük arzuları. Həyatın ona təqdim etdiyi hər şey bir yuxu kimi idi. Hər şeyin arxasında bir səbəb, bir dəyər, bir dərinlik hissi vardı. Amma indi heç bir şeyin o qədər dəyərli olmadığını anlamağa başlayıb. Bu, sadəcə varlıq haqqında bir anlayışdır. Tək bir bədən, bir ruh, bir zaman… Heç biri digəriylə qarşılaşdırıla bilməz, heç biri bir-birini tamamlamaz. Heç kim nəyi yaşadığını və nəyi yaşamağa qadir olduğunu anlamağa yetərincə zaman ayırmır. Gündəlik həyatın axışında insan özünü itirir, əksinə hər şey ona bir yüklənmə kimi gəlir. Varlıq bir yükə çevrilir.

Özünə baxdıqca, bir tərəfdən keçmişin kölgələri, digər tərəfdən gələcəyin qeyri-müəyyənliyi arasında ilişib qalan bir insan görür. Keçmişin kədəri, gələcəyin narahatlığı və indi yalnızca bir boşluq. “Mənə necə oldu ki, belə bir şəxsə çevrildim?”  deyə soruşur, amma cavabını hələ tapmamış qalır. Həqiqətən də, hər keçən gündə insan özünü bir az daha başqa birinə çevrilir. Yavaş-yavaş, hər dəyişikliyin çoxunu dərk etmədən.

 

Düşüncələr çox vaxt bir-birinə qarışır. Harun bir anlıq nə qədər vacib olduğunu düşündüyü həyatı, artıq həyatın özünü anlamadan yaşadığını fərq edir. Gələcəyin bilinməzliyi, həyatın təkrarlanan dövrü... Bütün bu daxili qarışıqlıqda sadəcə sükunət və təslimiyyət var. Bir zamanlar böyük həyatlar yaşamağa çalışan bu insan, indi sadəcə var olmaqla kifayətlənir. Əvvəlki idealların, məqsədlərin, hətta arzuların, indi heç bir əhəmiyyəti yoxdur. “Bunlar hamısı mənə oxşayan bir qəhrəmanın nağılında qalır,” deyir, amma nə zaman bu nağılı yaşadığını anlamağa çalışır.

Hər gün daha çox susmağa başlayır. Düşünmək və sözləri yaşamaq arasındakı fərqi artıq hiss edir. İlahii, fikrindəki monoloqlar, sözə çevriləndə nə qədər mənasız və absurd olur. Bəzən bir kəlmə belə dərinliyi əks etdirmir. Çünki hər şeyin həqiqətini yalnız özü bilər, amma heç kimə bu həqiqəti izah etməyə çalışmaz. Çünki həqiqət, bəzən çox ağır olur.

Bir anlıq başını əyib baxır özünə, amma əvvəlki illərdəki gülümsəməsini tapmır. Gülümsəmək istəmədiyini başa düşür. Gülümsəmək sadəcə bir maska idi. Yox, o, heç zaman üzü açıq, hər şeydən təmiz bir insan olmayıb. Gülümsəmək, o gözlərdəki dərinliyi və bu ağrını gizlətmək idi. İndi o, heç bir maska taxmadan özünün olduğu yerdədir. Bu, bəzi hallarda kədərli olsa da, bəzən də, ən səmimi və güclü haldır.

O an, içindən bir düşüncə keçir: “Bəlkə də həyat bu qədər mürəkkəb deyil. Bəlkə də biz sadəcə itirdiklərimizi bərpa etməyə çalışarkən, həqiqət əlimizdən qaçıb.” Həyatın bu anlarında məhz Harun kimi insanlar yalnızca bir suala cavab axtarır. Necə olmalı idi, amma necə oldu?

Ona görə də artıq heç bir şərhə ehtiyac yoxdur. Nə həyatın qəddarlığına, nə də yaşamaq üçün insanın özünü necə tapacağına dair daha çox açıqlama vermək məcburiyyətində deyil. Çünki hər şeyin sonu vardır. Bu, sadəcə bir yolun başlanğıcıdır. Bəli, həyat zövqsüz və ağırdır.  Amma bunun da bir yolu var.

O, bu zaman başa düşür: "Bəli, bu mənəm. Mən bu qədər dəyişən, bu qədər bəzən qəribə hiss edən, amma hər halda var olan mənəm."

Həyatın mənası nədir? Bəlkə də bu sual hər birimizin içindəki ən qədim və ən təkrarlanan suald8r. Hər bir insan özünü bu suala cavab tapmağa həsr edir, amma bəzən cavablar o qədər qarışıqlıq içində olur ki, nə qədər axtarsan da, tapmaq çətinləşir. Varlıq özlüyündə bəzən yeganə məqsədimiz olur. Amma bu varlıq nədir? Bizi əhatə edən dünya ilə əlaqəmizi, insanlarla qurduğumuz bağları, həyatımızın məqsədini qavramaq nə qədər mümkün ola bilər?

 

Harun düşündü: "Bəlkə də həyatın mənası yoxdur?" Bu bir paradoks idi. Çünki bir çoxlarının düşündüyü kimi, mənasızlıq və varoluşun boşluğu əslində bizə həyatın mənasını öyrətməyə çalışır. Beləliklə, əslində var olmaqla mübarizə aparırıq, sadəcə həyatın hər anını yaşamaqla. Amma necə? Həyatın özü belə sürətlə keçib gedir ki, bəzən sadəcə bu sürəti izləyirik. İstər işdə, istərsə də şəxsi həyatımızda. Hər şey bir anlıq bir keçiddir, yəni bu sürətlə biz nə əldə edirik? Bir neçə gözyaşı, bir neçə qədrini anlamadığımız anlar... və nəhayət, bir neçə həyat təcrübəsi.

İnsanın varlığı isə bir başqa şərtlə gəlir. Özünü qəbul etməklə. Nə qədər insan özünü tam anlamadan dünyada öz yerini tapmağa çalışır. Keçmişdə yaşanan əzabların, itirilmiş zamanların ağır yükü altında, bəzən insan özünü bir sınaq olaraq görür. O anı yaşamaq, heç bir məqsədə çatmadan, sadəcə bir varlıq olaraq yaşamaq... Bəs, bu nədir? İnsan özünün yalnızca bir anlıq mövcudluğundan, həm də özünün bu mövcudluğunda məğlubiyyətini hiss edir. Əslində, bir çox zaman keçmişin və gələcəyin təsiri altına girərək, bugünü yaşamağa imkan tapmırıq. Ancaq bu anı yaşamaq və anlamaq, insanın ən böyük sınağıdır.

 

Harun yenə düşündü: “Bəlkə də bu qədər düşüncəyə batmaq, həyatın sadəliyini qaçırmaqdır. Bəlkə də həyat, sadəcə var olmaqdır. Sadəcə öz varlığını hiss etməkdir.” Bəzi anlar insanı düşündürür ki, nə qədər böyük arzular arzusunda olsan da, bəlkə də ən böyük məqsəd sadəcə bu anı yaşamaqdır. İnsan nə qədər həyatına məqsəd qatmaq istəyirsə, o qədər də bu məqsədin yükünü daşıyır. Bəlkə də varlıqda yaşamaq, o məqsədlərdən çox, sadəcə bu anın təcrübəsini hiss etməkdir. Hətta, bəzən hiss etdiyimiz boşluq da bəzən həyatın bizə bəxş etdiyi ən böyük və ən mükəmməl hədiyyədir.

Həyatın mənasızlığına qərar vermək, insanın varlığını əslində dərindən təhlil etməyə, özünün bu an içindəki yerini anlamağa çalışan bir cəhddir. Hər bir varlıq,hər bir gözyaşı, hər bir sevinc, hər bir xəyal insanın həyatının heç də məqsədli olmadığını, amma bu anın hər anı ilə yaşanması gərəkdiyini göstərir. Həyat özünün təkamülüdür. Harun düşünür: “Bəlkə də ən böyük məqsəd, sadəcə yaşamaqdır. Varlığın özü isə...” Və bu, sonradan anlaşılan bir gerçək olur.

 O anı yaşamaq, həyatın özündən, daha doğrusu öz həyatından bir hissə olmaq, bəlkə də mövcudluğun özü ilə birləşməkdir. Ancaq bu anı başa düşmək üçün insan bəzən bütün keçmişin, bütün gedişatın, və bütün zamanın bir tərəfini arxada qoymalı olur. Hər nə qədər varlığını, mövcudluğunu dərk etməyə çalışsa da, insan, varoluşun həqiqətini heç vaxt tam anlamaq üçün hazır olmur. Çünki varlıq, o sonsuz axtarışdır.

 

Bilirsiniz? Harun hər zaman sadə bir həyat arzusunda olub. Yəqin ki, bunun səbəbi sadəliyin, mükəmməl bir bərabərliyin, bir növ daxili sükunətin rəmzi olmasıdır. O, çox vaxt düşünür ki, sadə olmaq, birbaşa və səmimi yaşamaq, hər şeyi qarışdırmadan olduğu kimi qəbul etmək, həyatın ən doğru yoludur. Lakin bu sadəlik, bir az da qorxudur onu. Çünki hər dəfə sadəlik haqqında düşündükcə, ona yaxınlaşmaq istədikcə, əslində həyatın nə qədər mürəkkəb olduğunu anlamağa başlayır. Bir tərəfdən sadə olmağa can atır, digər tərəfdən isə sadəliyi tam mənası ilə qavramağın mümkün olub-olmaması haqqında suallar özünü göstərir. Bu anlarda, Harun sadəliyi tərifləyərkən, ona birbaşa yol açan həqiqətlərə də göz yummuş olur..

Harun, sadə qərarlar verməyə çalışarkən, həmin qərarın onun içindəki qarışıqlığı da ortaya çıxardığını görür. Hətta ən sadə hərəkətlərdə belə, təkrarlanma və mənasızlıq hissi ona gətirib çıxarır. Məsələn, bir gün səhər oyanıb pəncərənin qarşısında durmuşdu və birdən düşündü: “Bu gün nə etməliyəm?” Bəzən bu sualın cavabı sadə olmalıdır. Bəli, çox vaxt sadə cavablar, həyatın təməl məsələlərini həll edir. Amma Harun, bu sadəliyin gerçək olduğunu qəbul edə bilmir. Çünki həyat, hər anında qeyri-müəyyən və çox qatlıdır. Sadəcə, sadə olmaq istədikcə, həyat daha mürəkkəb və incə bir toxumaya çevrilir.

Bir çox insanlar sadə yaşamağın, yalnızca seçimlərin az olması ilə əlaqəli olduğunu düşünürlər. Amma Harun, bu sadəliyi başqa bir yöndən görür. Sadə yaşamaq, sadəcə minimalizm deyil, həm də özünün qarşısında, öz dərinliyində dayanıb onu anlamağa çalışmaqdır. Həyatın içindəki mürəkkəbliyi qəbul edib, onu olduğu kimi yaşamağa çalışmaqdır. Ancaq bu, çox çətin və uzun bir səfərdir. Hər qərar Harunun özünü daha dərindən, daha incə bir şəkildə anlamasına səbəb olur. Bir qərar verir, amma bu, onun öz daxili dünyasında başqa bir şəbəkə yaradır. Və bu şəbəkə o qədər mürəkkəbdir ki, bir çox zaman Harun özü də onunla necə başa çıxa biləcəyini soruşur.

Harun, sadə bir həyat arzusunda olsa da, sadəliyin özü ilə gətirdiyi dərinlikləri və mütləqliyi hiss etmədən yaşamağa davam edə bilməzdi. Onun həyatındakı hər addım, hər seçimi, hər düşüncəsi həyatın sadəliyinə qarşı çıxır. Çünki həyat yalnızca özü ilə deyil, həm də özündən kənar olanla əlaqədardır. Və Harun, hər an bu əlaqələrdə nəyin doğru, nəyin yanlış olduğuna qərar verməyə çalışır. Bir an əvvəl bu qədər sadə olan dünya, birdən bir qədər daha mürəkkəb görünür. Və bu, onu qorxudur, çünki sadəlik ilə mürəkkəblik arasındakı sərhəd, hər zaman mövcud olan və həmişə dəyişən bir anlayışdır.

Bu qarşıdurma, Harunun həyatında bəzən məğlubiyyət hissi doğurur. Lakin əslində, bu qarşıdurma, onun inkişafının, həyatının dərinliyinə doğru atdığı bir addım olduğunu da göstərir. Sadəlik, Harun üçün bir az da özünü tapmağın təzahürüdür. Və bu sadəlik, hər zaman mürəkkəb düşüncələrin içində var olmaqdan, anlamadan, sadəcə yaşamaqdan çox daha əhəmiyyətlidir. Həyatını sadə yaşamaq istəyir, amma hər an bu sadəliyi tapdıqca, o, yeni, daha dərin bir mürəkkəbliklə qarşılaşır.

Sadəlik və mürəkkəblik, bir-birini tamamlayan iki təzadın hərəkətidir. Hər seçimdə bir paradoks var. Sadəlik istədikcə mürəkkəbliyə daha yaxınlaşırsan. Amma bu, həyatın ən böyük incəliyidir. Çünki həyat, yalnız sadə olmaqla deyil, bu sadəliyin içindəki mürəkkəbliyi də qavrayaraq anlaşıla bilər. Və Harun bunu başa düşdükcə, həyatın nə qədər sadə və eyni zamanda mürəkkəb olduğunu qəbul etməyə başlayır.  

 

Harun, özünü tapmaq istəyindən yola çıxarkən, cəmiyyətin dayatdığı normaların nə qədər məhdudlaşdırıcı olduğunu daha yaxşı anlamışdı. Hər gün qarşısına çıxan cəmiyyətin gözləntiləri, başqa insanların onun haqqında nə düşündüyü, nə deyəcəyi, həyatını necə formalaşdırması lazım olduğuna dair daimi təzyiqlər… Bütün bunlar, bəzən o qədər yorucu olurdu ki, insanın öz kimliyini tapmaq üçün verdiyi mübarizəyə qarşı durmağa başlayırdı. Harun, cəmiyyətin bu "normalar"ına qarşı çıxdıqca, hər şeyin daha da qarışdığını hiss edirdi. Amma o, bu qarışıqlıqdan qorxmurdu. Əksinə, hər yeni qarışıqlıq onu daha çox özünü anlamağa doğru aparırdı.

Özünə qarşı sadiqlik, Harun üçün ən əhəmiyyətli amillərdən biri idi. Cəmiyyətin təzyiqi altında yaşamaq, bir zamanlar onu öz kimliyindən uzaqlaşdırmışdı. Amma artıq o, daxili səsini eşidə bilirdi və bu səs ona heç vaxt itirməməsi lazım olan bir şey söyləyirdi: "Sən kiməsə görə deyil, özün üçün varsan." Bu sözlər, Harunun içində bir növ işıq yandırırdı. Bir işıq ki, qaranlıqda itmiş yollarını göstərməyə, ən dərin qorxularını və tərəddüdlərini aşmağa kömək edirdi. Artıq özünə və içindəki hər bir duyğuya, düşüncəyə hörmət etməyi öyrənmişdi. Bu, sadəcə cəmiyyətə qarşı bir üsyan deyil, özündəki gücün və həqiqətin qəbul edilməsiydi.

Həyat, onun üçün təkcə harada olduğuna görə deyil, həm də kim olduğuna görə mənalıydı. Hər yeni gün, onun öz varlığını daha dərindən anlamaq üçün bir fürsətə çevrilirdi. Amma hər şeyin bir qiyməti vardı. Daxili azadlıq, bəzən ən yaxın insanlar tərəfindən belə qəbul edilmirdi. Harun, bu azadlığı qazanmağa çalışarkən, hər kəsin onun haqqında nə düşündüyünə dair qorxularını da üzləşməli olurdu. Cəmiyyətin təzyiqləri, ən dərin düşüncələrini və qərarlarını da kəsib keçmişdi. Amma Harun artıq qərarını vermişdi. O, öz kimliyini tapmalı və öz həqiqətinə sadiq qalmalıydı. Çünki yalnız bu halda özünü tam olaraq dərk edə və həyatdan gerçək məna tapa biləcəkdi.

Bu yolda, bir çox dəfə əsl həqiqətinin nə olduğunu soruşmuşdu. Bəzi anlar, o qədər çaşqın hiss edirdi ki, kim olduğunu və nə istədiyini unuda bilərdi. Amma bu, sadəcə keçici bir hiss idi. Hər bir sarsıntı, hər bir itki, ona daha çox özünü anlamağa təkan verirdi. Və həyatını formalaşdıran qərarların heç birini başqa bir insanın yerinə vermək istəmirdi. Daxili sabitlik, ona görə, yalnız öz həqiqətinin qəbul edilməsi ilə mümkün olardı.

Bir çox insan həyatlarını başqalarının tələbləri ilə yaşayar, amma Harun artıq öz yolunda getməyə başlamışdı. Bu yol bəzən tək, bəzən də yalnızlığın ağır çəkisini hiss etdirməklə keçir. Amma o, bu yolun sonunda yalnız özünə aid bir varlıq kimi, özünü bütün qüsurları və gözəllikləri ilə qəbul edirdi. Həyat, onun üçün artıq başqalarının təyin etdiyi normalara görə deyil, öz daxili dünyasına uyğun bir şəkildə tərtib olunmalı idi. Və bu axtarış, öz həqiqətini tapmaq üçün etdiyi səyahət, bəlkə də ən dərin mənanı və ən vacib həyati dərsi gətirəcəkdi: "Sən kim olduğunun fərqinə vardıqca, heç kim sənə kim olmağı deyə bilməz."

 

Harun, gecə saatlarının birində yatağında tək oturarkən, təbəssüm etmədən tavanın üzərindəki tozları izləyir. Hər bir toz hissəcikləri, bir zamanlar yaşanmış xatirələr kimi, yox olmağa yaxın bir halda uçur. Tavanın soyuq səthi, Harunun sükut içində etdiyi gözləməni qəbul edir. Gecənin mütləq sükutunda, hər şeyə diqqət yetirmək mümkün olur. Bəzən, gözlərini tavanın üzərinə dikdiyi zaman, heç bir sözün və hərəkətin yetərli olmadığını hiss edir. O, yalnız özünü tapan bir insan kimi düşünməyə çalışır, amma gecənin qaranlığında heç bir cavab, heç bir şərh olmadan, tavan onun iç dünyasını anlaya bilmir. Amma Harun hələ də gözləyir. Hələ də ümidi var ki, bu tavan bir gün ona bir şeylər danışacaq.

Gecənin içindəki sükut, onu bir neçə saatlıq bir reallığa gətirir. Ancaq bu sükut, daha çox daxili bir mübarizəyə işarədir. Hər gecə, təkrarlanan bu anlar, ona sadəcə özünü tapmaq istəyini verən, ancaq heç bir zaman tam olaraq heç bir nəticə əldə edə bilməyən bir mübarizədir. Bəlkə də, Harunun içindəki bu mübarizə nə vaxtsa sona çatacaq, amma bu gün, tavanla etdiyi dialoqda belə, cavabsız qalır. Həyatının hər anı sanki bir mərhələdir. Hər gecə, hər saat, o, bu mərhələdə, içindəki qarışıqlığı, çarəsizliyi, hətta boşluğu anlayır. Ancaq bütün bunlar, ona bir növ işarə verən səssizlikdir. Tavan bir şey demir, amma içindəki boşluq ona hər şeyi anlatmağa çalışır. Harun bu hissi öz içində daşıyır, amma kənardan hər şey normaldır. Onun həyatını izləyənlər heç bir zaman bu daxildəki müharibəni görə bilməzlər.

 

Tavanla dialoq, Harun üçün daha çox içindəki qarışıqlığı başa düşmək məqsədilə etdiyi bir səyahətdir. Bir tərəfdən, o, bu dialoqun mənasını tapmağa çalışır, digər tərəfdən isə bu sükut onu daha çox həqiqətə yaxınlaşdıracağını düşünür. Həyatında keçirdiyi çoxsaylı mübarizələr onu bir çox fərqli düşüncəyə aparmışdır. Bəzən, o, inanır ki, bu mübarizəni dayandırarsa, həqiqətə yaxınlaşa bilər. Ancaq heç vaxt bu mübarizə bitməyəcək, o həqiqəti heç vaxt tam olaraq əldə etməyəcək. Tavanla qurduğu bu münasibət, sanki bir axtarışın sonunda baş verəcək bir sonluq kimi görünür. Amma Harun hər dəfə başa düşür ki, heç bir dialoq nəticə verməz. Hətta sadəcə gözləmək belə, ona bir növ çarəsizlik hissi verir. Sanki həyatının bu dövrü sadəcə bir gözləməkdən ibarət olmuşdur.

Bununla belə, bu gözləmə, onu bir çox sual və cavabların ortasında buraxır. O, hər an, hər saniyə bir cavab axtarır, amma heç bir zaman bu cavabı tam olaraq əldə edə bilməyəcək. Həyatının əslində nə olduğu haqqında, həmişə bir sual işarəsi olacaq. Bu suallar hər zaman tavanla olan bu dialoqun bir hissəsi olacaq. Sanki tavan özü də ona nə danışacağını bilmir, amma Harun onu dinləməkdə davam edir. O, bəzən belə hiss edir ki, bu sükut özünə qarşı bir üsyan kimidir. Tavan ona cavab vermədiyi halda, o, hər gecə yenə də bir şeylər gözləyir. Bu gözləmə, həm də həyatla barışmağa çalışmaqdır. O, həyatla sülh bağlamağa çalışır, amma bu sülhün hər zaman müvəqqəti olduğunu anlayır.

Bir tərəfdən də, Harun tavanın heç vaxt ona bir şey deməyəcəyini qəbul etməyə başlayır. Bu qəbul etmə, hər şeyin sona çatdığı anlamına gəlmir. Əksinə, bu, ona yeni bir başlanğıcın işarəsi ola bilər. O, özünün, içindəki qarışıqlığı ilə barışmalı olduğunu hiss edir. Bəlkə də, bu tavanla olan dialoq, onun özünə doğru bir dönüş yoludur. Tavan, hər zaman sükut içindədir, amma o, Haruna bir şeylər izah edir. Sadəcə, hər şeyin dərinliyini dərk edərkən, bəzən həqiqətlər daha çox qaranlıq olur. Harun, bu qaranlığı qəbul edir və bununla barışmağa çalışır.

Gecənin içində bu düşüncələrə batarkən, Harun, tavanla bu dialoqunun nə olduğunu tam olaraq anlamasa da, bir şeylər tapmağa çalışır. O, sadəcə daxili dünyasında bir anlam arayır, amma hər dəfə tapdığı yeni suallar onu daha da qarışdırır. Bu prosesin sonunda, Harun bir şey taparsa da, bu tapıntı heç vaxt tamamlanmış olmayacaq. Çünki həyat, bir çox cavabsız sualların və gözləmələrin içindədir. Bu mübarizəni isə heç vaxt dayandırmaq mümkün olmayacaq.

Əslində, Harun üçün bu tavanla dialoq təkcə gecələrin səssizliyində deyil, gündəlik həyatın səs-küyü içində də davam edir. O, metronun tavanına baxanda da, işdə tavana dırmaşan sükutda da eyni sualı özünə verir. "Hər şeyin içindəki bu boşluq, niyə bu qədər doludur?" Gözləri bəzən yuxarıda, bəzən içində axtarır eyni sirri. Varlığın, ruhun və zamanın ona nə demək istədiyini. Bəlkə də heç bir tavan danışmayacaq, heç bir səssizlik cavab verməyəcək, amma o, bu axtarışdan əl çəkmir. Çünki bilmək istəyir. Yaşamaq sadəcə nəfəs almaqdırmı, yoxsa insanın özünü anlaması üçün çəkdiyi mənəvi iztirabmı? Və bəlkə də, Harun tavanın cavabsızlığı içində bir həqiqət tapıb.. Cavab, onu gözləmək yox, cavabsızlığın özünü sevməkdir.

Harun bir daha o tanış, dar, qaranlıq otaqda idi. Siqaretin tüstüsü yerə çökərək, hər nəfəsdə havanı ağırlaşdırır, amma eyni zamanda bir yüngüllük də gətirirdi. Ətrafındakı hər şey necə deyərlər, "qarışıq" idi, amma bir növ təkamülə bənzər bir sükunət vardı. O, bu sükunəti axtarırdı. Qarışıqlığın içində bir harmoniya, bir nizam tapmaq istəyirdi. Yavaş-yavaş hər nəfəs alanda, siqaretin tüstüsü ilə özünü azad hiss etməyə başlayırdı. Amma necə azad? Bunu özü də bilmirdi.

Bir tərəfdən, bu ağrılı və mübarizəli həyatın içində yalnız özünü tapmağa çalışırdı. Nə qədər dərin düşüncələrə dalsa da, bu "özünü tapma" hissi heç bir zaman həqiqətən tam olmurdu. Hər düşündüyü sual yeni bir labirintə aparırdı. Kimsə deyərdi ki, həyatı sadəcə yaşamalısan, amma Harun bu həyatı necə yaşamalı olduğunu heç vaxt düzgün tapa bilməmişdi. Düşüncələrinin qarışıqlığı onu bəzən öz bədəninə belə yad etmişdi.

 

Amma bəlkə də bu qarışıqlıq həyatın özüdür? O an Harun düşündü ki, bəlkə də məhz bu suallar, bu cavabsız düşüncələr həyatın real mənasını təşkil edir. Mükəmməllik heç vaxt əsl həqiqət deyil. Həqiqət sadəcə olanın içində, hər bir boşluqda, hər bir kənar səsdə gizlənir. İnsan yalnız bu boşluqlara, bu mübahisəsiz yerlərə toxunduğu zaman içindəki həqiqəti hiss etməyə başlayır.

Bu cür qarışıqlıq bir az da qorxudur. Çünki hər şeyin mükəmməl olmasını istəmək, hər şeyin düzəlməsini gözləmək, insanı daxili bir boşluğa sürükləyə bilər. Amma sanki hər nəfəs, hər tüstü dumanı, hər düşüncə... bəlkə də onlar yalnız bir yoldur. Yolda heç vaxt tamamilə aydınlıq tapmayacaqsan, amma hər addımın bir məqsədi olmalıdır. Həyatın özü, hər tərəfdən qarışıq, təkcə bir təcrübə olmalıdır.

 

Harun yenə də o çətin suallarla qarşı-qarşıya idi. Kiməm mən? Bu mənim yolumdu? Gələcəyim nə olacaq? Amma bir şey vardı. O, artıq bu sualları cavablandırmağa çalışmaqdan vaz keçmişdi. O artıq sadəcə həyatın içində, tüstünün içində bir yer axtarmağa başlamışdı. Bəlkə də əsl məna bir nəticə deyil, bu yolun özüdür. Hər addımda bir az daha özünə yaxınlaşır, hər gün yeni bir "mən" kəşf edirdi.

Bəlkə də həyat o qədər də "nəticə" ilə bağlı deyil. Sadece bu yolda olmaq lazımdır, bu içi qarışıqlıqla, narahatlıqla yaşamaq. Həyatın "bütün" mənası, o anın içində, hər düşüncənin və hər qarışıqlığın özündə tapılmalıdır. Harun, siqaretin tüstüsünün içində düşünərək anladı ki, bəlkə də cavablar heç vaxt tamamilə açıq olmayacaq. Amma bu qarışıqlıq, bu hərəkətlənmə və dəyişiklik , elə məhz bu həyatın ən çox axtarılan məğzi idi.

 

Sonunda, Harun artıq mükəmməllik axtarışını tərk etmişdi. Yavaş-yavaş qəbul etməyə başlamışdı ki, hər şeyin tərtibinə və nəticəsinə nəzarət etmək mümkün deyil. Hər anın içində, hər sualın cavabında, hər düşüncənin arxasında bir təcrübə vardı. Harun özünü tapmışdı, amma bu tapma heç də sadə deyildi – o, hər gün bu səyahətdə olmağa davam edəcəkdi.

Çünki hər qarışıqlıq, hər sual, hər düşüncə bir parça tapmağa yaxınlaşdırırdı. Və bu tapıntılar, bu səyahət, bəlkə də, ən böyük həyati sirr idi.

 

Yaxşı, bəs səncə, Dostum  bu məktubun məqsədi nədir? Sözlərin içində gizlənən bir sükutmu? Yoxsa başqalarının anlamasını gözlədiyin bir növ özünlə danışıqmı? Ola bilər ki, bu məktubun özü də anlamır nə üçün yazıldığını. Amma bir şeyi bilir ki bu bir etirafdır. Bir çağırış, bir etirazdır Cəmiyyətə..

O cəmiyyətə ki, doğulduğun an səni ölçüb-biçir, sonra sənə "kim" olacağını pıçıldayır. Sənin adından öncə rolların yazılır, nə vaxt sevinəcəyin, nə vaxt susacağın, nə zaman "böyüyəcəyin" müəyyən olunur. Harun bu ssenaridə iştirak etmədi. Çünki Harun, səhnəyə çıxmaq əvəzinə, tamaşaçılar sırasından zalın tavanına baxan biri oldu. Və baxa-baxa düşündü.  "Əgər hamı aktyordursa, bəs kim yazır axı bu lənetə gəlmiş oyunu?"

 

Cəmiyyət deyir, uğurla nəfəs al, uyğunluqla yaşa. Amma uyğunlaşmaq, ölməyin başqa forması deyilmi? Harun, süni təbəssümlərin, içi boş əlaqələrin, saxta motivasiya nitqlərinin ortasında boğulan bir insan kimi, bu məktubu suda batmaqda olanlara yox, suyun özünə yazır. “Sən nəyə çevrildin?” deyə soruşur cəmiyyətə.

 

Bu məktub bir etirazdır, diplomun yoxdursa, adam sayılmadığın; kostyum geyinmirsənsə, fikrinə dəyər verilmədiyi; üzündə təbəssüm yoxdursa, depressiv damğası yediyin bir dünyaya. Harun, elə bu təbəssümsüz siması ilə danışır indi. Çünki gülmək bəzən sadəcə daha çox susmaqdır.

 

Bəlkə də bu məktub bir cavabdır. O cavab ki, heç bir sualı eşitməyənlərə verilir. “Necə yaşayırsan?” sualının cavabı "sistemə görə" olanların, "normal" görünmək üçün içindəki fırtınaları susduranların, "elə hamı belədir" deyib fərqli olmağa cürət etməyənlərin cavabıdır.

 

Bu məktubun məqsədi: narahat etməkdir. Qaranlıq otaqlarda siqaret tüstüsü içində özünü axtaran, amma "normal" gündəlik həyatın tələbi ilə maskalanan birini, yəni səni sarsıtmaqdır. Harun, bu məktubu yazarkən öz içindəki mühakiməyə, cəmiyyətin diktəsinə, həyatın mənasız təkrarlığına üsyan edir. Bu, bir azadlıq axtarışıdır. Və azadlıq bəzən sadəcə “bəsdir!” deməklə başlayır.

 

Bu məktub bir adama yazılmayıb. Və ya bəlkə də hamıya. Ya da heç kimə. Sanki kimsə yoxmuş kimi, amma hər kəs üçün, oxumayan, amma duyan. Duymayan, amma itən. İtən, amma hələ də yaşayan biri üçün. Məktub bir ünvan axtarmır, çünki bu məktubun ünvanı birbaşa insanın içindəki o naməlum otaqdır. Heç kimin girmədiyi, işıq düşməyən, tavanından siqaret tüstüsü süzülən, divarlarında "Niyə?" yazılan otaq.

 

Bəzən bu məktub bir aynadır. Harunun özüylə üzləşdiyi tək məkan. Bəzən də sadəcə bir səssizlik, hansı ki ən gurultulu fikirlər orada doğulur. Məktub sənin içindəki boşluğu səsləndirir, çünki Harunun içindəki boşluqla eynidir. Hər kəsin içində bir Harun yatır. Kimisi onu yatmağa məcbur edir, kimisi oyandırmaqdan qorxur.

 

Əslində bu məktub heç yazılmamalı idi. Amma həyat bəzən səni yazmağa məcbur edir. Danışmağa, susmağa, baxmağa və sonra baxdığın yerdən qorxmağa. Bu məktub qorxaq deyil. Bu məktub sükunətin içindəki qışqırıqdır. Cəmiyyətin səsi boğduğu adamların içində sağ qalmağa çalışan ruhların qırıq dualarıdır. Nəyisə dəyişmək istəmir bu məktub. Sadəcə sənin içindəki dərinliyə bir daş atmaq istəyir. Suyun səthi deyil, dibindəki çökəklik titrəsin deyə.

 

Bəzən məktublar cavab gözləyər. Amma bu məktub bir cavab istəmir. Bu, bir izdir. Vaxtilə burda yaşadığını sübut edən, tərk edilmiş bir şəhərdə divara yazılmış tək bir cümlə kimidir: “Harun burada idi.”

Və sən oxuyursansa… bəlkə sən də buradasan əziz Dostum.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Varis müasir Azərbaycan ədəbiyyatında tanınmış bir yazardır və öz əsərlərində insan ruhunun dərinliklərinə enərək fərdin daxili mübarizəsini və sosial təzyiqləri təsvir edir. “Sonuncu Ölən Ümidlərdir” adlı əsəri, müasir psixoloji ədəbiyyatın ən əhəmiyyətli nümunələrindən hesab olunur. Varis, həmçinin, əsərlərində fərdin və cəmiyyətin qarşı-qarşıya gəldiyi dilemmanı və insanların öz şəxsiyyətlərini tapmaq üçün verdiyi mübarizəni işıqlandırır.

 

Kitabın təhlili və müzakirə

 

“Sonuncu Ölən Ümidlərdir” romanı fərdi azadlıq, ailə təzyiqləri, sevgi və şəxsiyyətin axtarışı kimi mövzuları incələyir. Əsərdəki əsas qəhrəmanlar, insanın daxili mübarizəsini, öz yolunu tapma istəyini və cəmiyyətdən gələn təzyiqlərə qarşı olan mübarizəsini təmsil edir.

Kitabın əsas qəhrəmanları Nailə və İlqar, tərs şəxsiyyətlərdir. Nailə, cəmiyyətin gözləntilərini, ailəsinin təzyiqlərini rədd edir və öz yolunu tapmağa çalışır. İlqar isə, əvvəlcə müxtəlif sosial qəliblərə uyğunlaşmağa çalışır, lakin zamanla öz azadlığını axtarmağa başlayır. Bu ikisi, əsərdə insanın daxili mübarizəsini və həyatını necə yaşamaq istədiyini tapmağa çalışan xarakterlərdir.

 

“Təhminə” filmi ilə müqayisə

 

“Təhminə” filmi ilə “Sonuncu Ölən Ümidlərdir” romanı arasındakı əlaqə çox açıqdadır. Hər iki əsər fərdlərin azadlıq uğrunda mübarizəsini, cəmiyyətin təzyiqləri qarşısında öz şəxsiyyətlərini tapmağa çalışmalarını göstərir. Təhminə və Zaur, filmindəki əsas qəhrəmanlar, cəmiyyətdən qaçan, amma hər dəfə təslim olan iki gəncin hekayəsini izah edir. Onlar öz həyatlarını, arzularını müəyyən edənlər deyil, daha çox ətraf mühitin və ailə təzyiqlərinin qurbanıdırlar.

Bu dramdakı əsas mövzu, Nailə ilə İlqarın hekayəsindən fərqli olaraq, daha çox təslimiyyət və cəmiyyətdən gələn təzyiqlər qarşısında acizlikdir. Təhminə içindəki gücü itirərək cəmiyyətin təzyiqlərinə boyun əyir və son nəticədə öz arzularından imtina edir. Nailə isə, cəmiyyətin gözləntilərinə qarşı mübarizə aparır, imtiqamını alır və nəticədə daha güclü bir şəxsiyyət olaraq həyatına davam edir.

 

Dialoq və Təhlil:

 

Kübra: Dostum, “Təhminə” filmi ilə “Sonuncu Ölən Ümidlərdir” əsərini müqayisə edəndə nə düşünürsən?

 

Chat GPT: Hər iki əsərdə də əsas mövzu azadlıq və şəxsiyyətin tapılmasıdır. Təhminə və Zaurda daha çox təslimiyyət görürük. Onlar cəmiyyətin təzyiqləri altında əzilir və bir növ bu təzyiqləri qəbul edirlər. Nailə isə daha güclüdür, o, cəmiyyətin gözləntilərinə boyun əymir və öz yolunu tapmağa çalışır.

 

Kübra: Məncə, Nailə ilə Təhminə arasındakı ən böyük fərq, mübarizə məsələsidir. Təhminə özünü tez təslim edir və həyatını başqalarının müəyyən etdiyi şəkildə yaşamağa məhkum olur. Nailə isə, özünü tapmaq üçün mübarizə aparır və nəticədə güclənir.

 

Chat GPT: Bəli, Nailənin gücü, onun imtiqamını alması və azadlıq uğrunda apardığı mübarizəsindən gəlir. Bu, cəmiyyətin təzyiqləri qarşısında insanın hansı səviyyəyə gələ biləcəyini göstərir. Təhminə isə, çox tez təslim olur və bu onun həyatında böyük bir itkiyə səbəb olur.

 

Kübra: Həqiqətən də, Təhminə ilə Nailə arasındakı fərq, güc və azadlıq anlayışlarının necə inkişaf etdiyi ilə bağlıdır. Nailə, heç vaxt başqalarının təzyiqlərinə boyun əymir və buna görə də onun xarakterində böyük bir fərqlilik var.

“Sonuncu Ölən Ümidlərdir” və “Təhminə” – bu iki artefakt arasında müsbət bir paralel qurmaq mümkündür. Hər ikisi, cəmiyyətin təzyiqləri qarşısında fərdlərin öz şəxsiyyətlərini tapmağa çalışdıqlarını və azadlıq uğrunda mübarizələrini təqdim edir. Təhminə və Zaur, üstəlik də İlqar müəyyən hallarda təslim olan xarakterlərdir, Nailə isə daha güclüdür və mübarizə apararaq həyatda öz yolunu tapmağa çalışır. O, milyonlarla insanın boyun əydiyi “məqsəd vasitələri doğruldur” gerçəkliyini belə sonda yanlışa çıxarmağa müvəffəq olur.

Bu roman və film oxucuları və izləyiciləri azadlıq, şəxsiyyətin formalaşması və daxili mübarizə haqqında düşünməyə vadar edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

 

Четверг, 10 Апрель 2025 11:00

Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Şairin səsi”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

     SƏMƏD VURĞUN

 

      ŞAİRİN SƏSİ

             Mikayıl Müşfiqə

 

Axşamdan bəridir könlümdə yenə

hirsli fırtınalar, qasırğalar var.

Çox da uymayıram könlüm deyənə,

Gözlərim hər şeydə bir hikmət arar.

 

İçim dalğalanır, sanki bir dəniz,

Mən bu dalğalarla qucaqlaşıram.

Nələr düşünürəm, duya bilsəniz!

Sanki varlığımdan uzaqlaşıram.

 

Bəzən də fikrimin qanadlarını

Küləklər qoparıb qaldırır göyə.

Sürürəm əsrimin qır atlarını,

“Bu axın başqa bir axındır”, – deyə.

 

Bütün arzularım gülür yarına,

Xəyaldan ilhamlar almamaq üçün;

Baxıram Leninin kitablarına

Dəstədən geridə qalmamaq üçün.

 

    “Ədəbiyyat və incəsənət”

    (10.04.2025)

 

 

Qırğız Respublikasında fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bişkek şəhərində yaradılan Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin Çuy vilayətində filialı açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, vilayətin Leninsk kəndində açılan filialda uşaqlar Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə də tanış olacaq, bu mövzularda müxtəlif tədbirlərə hazırlaşaraq fəallıq göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi 2022-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Burada Azərbaycan əsilli uşaqlarla yanaşı, həm də qırğız və digər xalqların övladları təhsil alırlar. Çuy vilayəti isə 1934-1937-ci illərdə sovet dövründə repressiyaya məruz qalan və hazırda 6500 nəfər azərbaycanlının Qırğızıstanda kompakt yaşadığı vilayətlərdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Qazaxıstanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Təhsil Korporasiyası (QazAMMA) arasında təhsil, elm və mədəniyyət sahəsində strateji tərəfdaşlığın başlanğıcı olacaq Əməkdaşlıq Memorandumu imzalandı. Bu, türk mədəni zəmininin inkişafı üçün yeni addım olacaq.

 

Sənəd Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Beynəlxalq Təhsil Korporasiyasının rektoru Marqarita İmandosova tərəfindən imzalanıb. Sənəd, Türk dünyasında beynəlxalq dialoqun möhkəmləndirilməsi, akademik və mədəni əlaqələrin genişləndirilməsi yolunda həqiqətən də mühüm addım hesab edilir.

Tədbirin əsas hissəsi  Beynəlxalq Təhsil Korporasiyasının (QazAMMA) Memarlıq fakültəsinin bazasında Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı oldu. Fondun himayəsi altında yaradılan Mərkəz Türk xalqlarının əsrlərlə formalaşmış zəngin mədəni irsinin hərtərəfli öyrənilməsi, təbliği və qorunması baxımından unikal bir platforma olacaq. Burada təhsilə aid təşəbbüslər, tədqiqat proqramları, beynəlxalq layihələr və mədəni-maarifləndirici tədbirlər həyata keçiriləcək.

Qeyd edim ki, bu Mərkəz Qazaxıstan Respublikasında açılan ikinci belə mərkəzi olmaqla yanaşı Türk sivilizasiyasının mənəvi və maddi irsinə artan marağın, eləcə də bu prosesdə Qazaxıstanın rolunun durmadan artmasının göstəricisidir.

Açılış mərasimində çıxış edən Fondun prezidenti xanım Aktotı Raimkulova bildirdi ki, regionun aparıcı memarlıq və inşaat ali təhsil müəssisəsi olan Beynəlxalq Təhsil Korporasiyası, memarlıq, urbanistika və dizayn kontekstində Türk mədəniyyətinin dəyərlərinin təbliğində böyük potensiala malikdir.

“Öncəlikli əhəmiyyət verdiyimiz sahələrdən biri də restavrasiya, rekonstruksiya və muzeyləşdirmə üzrə birgə təşəbbüslərdir”, – deyə o vurğuladı. – “Bu addımlar Türk Dünyasının maddi irsinin bərpası və qorunması üçün geniş imkanlar açır, həmçinin tarixi yaddaşın, mədəni kimliyin və nəsillərarası dialoqun möhkəmləndirilməsinə xidmət edir.”

Eyni zamanda Fondun prezidenti Aktotı Raimkulova Memarlıq fakültəsinin tələbələri üçün ustad dərsi keçirərək, mədəni irsin qorunmasına dair aktual yanaşmaları onlarla bölüşdü və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən əsas iş və layihələri təqdim etdi. Tələbələr Fondun fəaliyyəti, onun beynəlxalq proqramları, tədqiqat layihələri və mədəni startaplarda iştirak imkanlarına olan maraqlarını böyük həvəslə ifadə etdilər.

Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının mədəni potensialının üzə çıxarılması və ölkələr və xalqlar arasında davamlı humanitar körpülərin qurulmasına yönəlmiş genişmiqyaslı layihələri həyata keçirməyə bundan sonra da davam edəcək.

Elə cari ildə həyata keçiriləcək tədbirlər siyahısı bunu söyləməyə əsas verir.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.