Super User
“Zaman XXI” jurnalının təqdimatı olub
“Nərimanov Rayon Ağsaqqallar Şurası”nda “Zaman XXI” əsr jurnalının təqdimat mərasimi baş tutmuşdur. Jurnalın xüsusi buraxılışı Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə işıq üzü görmüşdür. Tədbirə qatılan “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar xəbər verir ki, sözügedən jurnalın təsisçisi Həsən Səfərovdur.
Həmçinin jurnalın ərsəyə gəlməsində gənc yazar Ülviyyə Əbülfəzqızı və Şəhla Hüseynovanın böyük xidmətləri olmuşdur. Jurnalda müstəqil “Orenda Yazarlar Birliyi”nin üzvlərindən ibarət gənc heyətin – o cümlədən Nigar Həsənzadə, Jalə İslam, Mahman Xaliq, Elsəvər Müseyibzadənin şeir, esse, hekayələri dərc olunmuşdur. Orendaçılarla yanaşı, jurnal Təranə Dəmir, Mərcan Şahbuzlu, Habil Yaşar kimi yazarların da əsərlərinə yer ayırmışdır.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Ermənilər barədə dünya ünlüləri nələr söyləyiblər?
Tarix saxtalığı sevməz. Ona nə qədər bəzək-düzək vursan belə mahiyyətini dəyişə bilməzsən. Tarixi saxtalaşdırmaq üzrə, şübhəsiz, bir nömrə altında bədxah qonşularımız gedirlər. Onlar öz millətçilikləri ilə xəstə təxəyyüllərinin qurbanı olduqlarından zaman-zaman mürtəce simalarını ortaya qoyublar, yaltaqlıq, yalançılıq, hiyləgərlik, qəddarlıq – ermənizmin əsas xüsusiyyətləridir. Təsadüfi deyil ki, bu xüsusiyyətlərinə görə onları heç yerdə sevməyiblər, haqlarında yalnız neqativ fikirlər səsləndiriblər. Bu fikirlər Azərbaycan mediasında çox hallanır, yazıçı və publisistlərimiz yeri düşəndə bu fikirlərə istinad edirlər. Qızıl kəlamların bəzilərini “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik:
-“Oobusnamə” eposu. Burada ermənilər bu cür xarakterizə ediliblər: “Onların əsas eyibi oğru, bədfel, kündəbədən, gözügötürməyən, bir ayağı qaçmaqda olmalarıdır, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı olmalarıdır, ağasına düşmən çıxmalarıdır”.
-Böyük Roma tarixçisi Korneliy Tasit erməniləri həm xarakterinə, həm də coğrafi yerləşməsinə görə rimlilərə nifrət, parfiyalılara qibtə aparan ikiüzlü xalq adlandırıb.
-Aqvaniya tarixçisi Moisey Xorenatsi deyib ki, “Mədəniyyətdən danışırıqsa nəzərə alaq ki, indi olduğu kimi, heç keçmişdə də qədim hayların ağızdan-ağızlara keçən folklor nəğmələrinə həvəsləri olmayıb. Ona görə də bu kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
-Qədim Roma tarixçisi Ovidiy belə deyib: “Ermənilər də xalqdır, amma evdə dörd ayaq üzərində gəzirlər”.
-Dünyanın məşhur sərkərdəsi Əmir Teymur isə onlar haqda belə söyləyib: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. Düzdür, onların arasında hərdən yaxşıları ilə də rastlaşarsan, amma ümumilikdə yaramaz millətdirlər. Heç vaxt adamın üzünə söz deməyib mədəni görünərlər, amma ilk əlverişli məqamdaca adamı zəhərləyərlər”.
- Böyük rus şairi Aleksandr Puşkin ermənilərə gözəl təsnifat verib: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.
-Rus diplomatı general Mayevski deyib: “Ermənlərin xalq qəhrəmanları barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.
-Tanınmış rus dramaturqu və diplomatı Sergey Qriboyedov isə lap betərini deyib: “Mərkəzi Rusiya torpaqlarında erməni millətindən olanların məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadandırlar ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar bizim atalarımızın, ulu babalarımızındır”.
-İsveç səyyahı Adam Mets ən obrazlısını deyib: “Ermənilər ağ insanlar arasında ən pis qullardır. Onların zəif qaməti və çirkin ayaqları var. Heç bir şeydən utanmırlar, oğurluqla tanınırlar. Əgər sən erməni xidmətçisini bir an sərbəst buraxsan, səni quyunun dibinə qədər aparacaq. O, qamçı altında, qorxduğu üçün çalışır”.
-Məşhur fars şairi Sədi Şirazi də gözəl deyib: “ Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.
-Alman səyyahı Alfred Kyorte deyib ki, “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur. Yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.”
- İngilis səyyahı Uilson deyib: “Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bunları yalnız başqa millətdən olanlara qarşı edirlər”.
-Dünyaşöhrətli tarixçi və sosioloq Karl Marksın da fikirləri bənzərsizdir: “Ermənilər ilk xalqdırlar ki, gələcək müqəddəratları üçün öz qadınlarını başqa xalqların kişilərinin altına itələmişlər”.
-Uzun müddət ermənilərin içində yaşayıb onlarla təmas quran rus tədqiqatçısı Veliçko isə ermənilər barədə belə izah verib: “Erməni milləti haqqında çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə bu cür fikir yarana bilməzdi. Məhz ermənilər hər növ bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
-Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze deyib: “Ermənilər gürcülərə məxsus olan məbəd və monastırlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və erməni yazıları ilə əvəz edirlər”.
- Fransız səyyahı Qraf De Şöle mənfurları belə xarakterizə edib: “Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkmələri məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim”.
-Fransız alimi J. de-Ban Eçmiədzin kilsəsinə səfər edərkən deyib: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Kilsə məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.
- Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma isə Qafqaz səyahəti zamanı, o mənfurların tam xarakteristikasını verib: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər.”
“Qafqazda rast gəldiyim ermənilər həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan - Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə müsəlmanlar yalnız bir şey tapşıracaqlar: "Erməniyə etibar eləməyin.” Doğrudan da erməninin nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o, öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ öz siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o, and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar. Bir iş görərkən ehtiyatı əldən verməyin. Erməninin imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır".
Ermənilərdən danışarkən Düma Ata xüsusi olaraq vurğulayıb ki, onların gözlərində ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ yaşayır. Onlar güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını Ermənistanda tapmışdır. Nuhun gəmisi də Ermənistandakı ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur.
Düma yazır: “Ermənilər bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlardır ki var. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevrilirlər.”
Bəli, gördüyünüz kimi, ermənilər barədə avropalılar da, asiyalılar da nifrət saçan sözlər hayqırırlar, tarixçilər, yazıçılar, siyasətçilər, səyyahlar – hamısı onları naqis və mənfur adlandırırlar. Biz əminik ki, yer üzündə başqa heç bir xalq bu qədər lənətlənməyib. Nə qədər ki, “Böyük Ermənistan” adlı tiryəkdən dadacaqlar, dumanlı fikirləri onları çirkablarda azdıracaq.
Yetər ki, onlar dayansınlar, düşünsünlər, hara getdiklərinin, hansı uçuruma səmt götürdüklərinin fərqinə varsınlar.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Səyyad Aran: “Nyu-Yorkda Heydər Əliyevin ilk iş günü saat 9:00-dan “Uol strit Cornal” qəzeti nümayəndələrinə geniş müsahibə ilə başladı”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, filologiya elmləri namizədi, birinci dərəcəli səfir Səyyad Aranın Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “ƏN BÖYÜK AZƏRBAYCAN SEVDALISI” sərlövhəli məqaləsini təqdim edir.
Şəksiz həqiqətdir ki, Heydər Əliyev Azərbaycanın XX əsrdə yetirdiyi ən böyük dövlət adamı və ictimai – siyasi xadimidir. Ona hər zaman sonsuz xalq məhəbbəti olmuşdur. Millət həmişə sevdiklərini başının üstündə gəzdirmiş və bağrının başında saxlamış, göz bəbəyi kimi qorumuşdur. Bu isə əmrlə deyil, sevgiylə bağlıdır. Onu fədakarlıqla, millətə daimi xidmətlə qazanırlar. İnsanlar da bunu bildiklərindən bu məhəbbət əbədi olur.
Tale mənə də dahi şəxsiyyətlə yaxından tanış olmağı, onu Naxçıvanda işlədiyi müddətdə bir neçə dəfə ziyarət etməyi, müsahibələr götürməyi, yaxın ünsiyyətdə olmağı qismət etmişdir. İki böyük səfərdə – Çinə (7-11 mart, 1993) və Amerikaya (26 iyul-7 avqust, 1997) gedən rəsmi nümayəndə heyətinin tərkibində mən də vardım. O zaman Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi dünyaya yeni-yeni çıxırdı. Sovetlər Birliyinin liderlərindən biri kimi, əlbəttə, kifayət qədər tanınırdı. Məlum siyasi xətt, ideoloji istiqamət vardı. Qüdrətli bir dövlətin nümayəndəsi kimi onu təmsil etmək, siyasi və iqtisadi maraqlarını ortaya qoymaq, mövqeyini ifadə etmək o qədər də çətin deyildi.
Amma yenicə müstəqilliyə qovuşmuş Azərbaycanda vəziyyət acınacaqlı idi. Dağılmış iqtisadiyyatı, bərbad günə qalmış kənd təsərrüfatı, bütün fabrikləri, zavodları dayanmış kiçik bir ölkədə hakimiyyətə gələrək onu dirçəltmək, insanları işlə təmin etmək, ölkədəki xaosu, hərc-mərcliyi aradan qaldırmaq, sabitlik və əmin-amanlıq yaratmaq, ən əsası gələcəyə ümid oyatmaq olduqca çətin və inanılmaz idi.
Doğrudan da, “tarix tarixi şəxsiyyətləri yox, şəxsiyyətlər tarixi yaradır” (F. Nitsşe) Bəli, o hamının gözünün qarşısında yeni Azərbaycan tarixini yaradırdı!
“Yer üzündə görkəmli siyasətçilər çoxdur, lakin həm siyasətlə, həm də dövlət quruculuğu ilə eyni zamanda məşğul olanlar fövqəlinsanlardır” (Leonardo Şaşa, İtalyan siyasi xadimi).
Heydər Əliyev bu fikri öz şəxsində parlaq şəkildə sübut etdi.
Bəs bu necə olurdu? “Tanrı vaxtı Yer üzündə bütün insanlar üçün eyni bölüb. Fövqəlinsanlar isə adi insanlarla müqaisədə həmin Tanrı vaxtından qərinələrə sığmayan kəhkəşanlar yaradıblar” (Marsel Prust, “İtirilmiş şəhərin sorağında”).
Məncə, izaha ehtiyac yoxdur!
Heydər Əliyevin “Tanrı vaxtı”ndan istifadəsi də möcüzə kimi görünür. Böyük şəxsiyyətin bu nəhəng işlərə necə vaxt və imkan tapdığına heyrətlənməyə bilmirsən. Digər tərəfdən burada faydalı iş əmsalını da nəzərə almaq lazımdır. Bir çoxlarının aylarla çalışdığı bir işə prezidentimiz olduqca az bir zaman müddətində uğurla nail olurdu.
Həqiqi lider olan nəhəng şəxsiyyətlərin tarixi qayıdışı nadir hadisədir, onun şahidi olmaq da hər nəslin qismətinə düşmür. Xoşbəxtlikdən, mənim qismətimə düşdü.
Milli dövlətçilik tarixinə gəldikdə isə bir şeyi nəzərdən qaçırmaq, məncə, düzgün olmaz: Şərq və Qərb dövlətlərinin tarixi keçmişini. Düzdü, indi dünyada inteqrasiya daha sistematik şəkil alıb. Dünya ölkələri, o cümlədən Azərbaycan demokratik dəyərlərə üstünlük verir, lakin burada xalqımızın tarixini, genetik yaddaşını da nəzərdən qaçırmaq olmaz. Çünki tarixən Şərq dövlətlərində həmişə əsl və parlaq şəxsiyyət ardınca getməyə meyil güclü olub. 1988-ci ildən bəri xalqımızın çəkdiyi bəlalar bir daha göstərdi ki, bu meyil indinin özündə də xalqın əsas meyarıdır. Heydər Əliyevin Naxçıvandan təkidlə, xalqın tələbi ilə Bakıya dəvəti buna sübutdur. Lakin həmin şəraitdə Bakıya qayıdan Heydər Əliyev dünya siyasətinin ən mahir bilicisi kimi inteqrasiyaya, siyasi plüralizmə və demokratik dəyərlərə üstünlük verdi. Çünki milli dövlətçiliyimizin yaradıcısı olan prezidentimiz yaxşı başa düşürdü ki, dövlətçiliyimizin gələcəyi bu dəyərlərə söykənməkdən çox asılıdır. Və möhtərəm prezidentimiz bir çox ənənəvi Şərq dövlətləri kimi diktaturaya, monarxiyaya yox, inkişaf etmiş Avropa və Amerika dövlətləri kimi xalq idarəçiliyinə və demokratiyaya üstünlük verdi.
Kövrək Azərbaycan dövlətçiliyi 1992-ci ilin 24 oktyabrından sonra (Naxçıvandakı çevriliş cəhdini nəzərdə tuturam) bir neçə dəfə dövlət çevrilişinə cəhdlərlə sarsıdılmaq həddinə gəldi. Lakin bütün məqamlarda Heydər Əliyevin zərgər dəqiqliyi ilə apardığı işin sayəsində bu çirkin və mənfur niyyətlər puç oldu. Prezident hər dəfə xalqın dəstəyi və zəkasının gücü ilə qalib gəldi. Bəzi xatirələrimin işığında Heydər Əliyevin əbədi obrazına işıq tutmaq istəyirəm.
Amerikaya gedərkən (1997) hələ təyyarədə ikən rəsmi nümayəndə heyətinin üzvlərinə paylanan proqramdan məlum oldu ki, həqiqətən, qarşıda hamını, xüsusən prezidenti ciddi və gərgin fəaliyyət proqramı gözləyir. Nyu-Yorka endiyimiz andan səfərin saatlara və dəqiqələrə bölünmüş protokolu start götürdü. Nyu-Yorkda ilk iş günü saat 9:00-dan “Uol strit Cornal” qəzeti nümayəndələrinə geniş müsahibə ilə başlayaraq ABŞ–ın BMT-dəki daimi nümayəndəsi U.Riçardsonla, “Britiş Petroleum” şirkətinin vitse-prezidenti R. Geyslə davam etdi. Günorta BMT binasında “Nüvə sınaqlarının tamamilə qadağan olunması barədə müqavilə”nin imzalanma mərasimi oldu. Ardınca BMT baş katibi Kofi Annanla görüş keçirildi. Bunun dalınca “Nyu-York Tayms” qəzetinin redaksiyasında geniş görüş, BMT-də isə akkreditə olunmuş xarici jurnalistlərlə mətbuat konfransı keçirildi. Sonra nümayəndə heyətimizin Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri ilə də görüşü oldu. Axşam Amerikanın məşhur dövlət xadimi və siyasətçisi Henri Kissinceri Heydər Əliyev qəbul etdi. Elə həmin gün dövlət başçımız, qabaqcıl yəhudi təşkilatları sədrlərinin konfrans liderləri ilə böyük və məzmunlu görüş keçirərək onların Azərbaycan Respublikası Prezidentinin şərəfinə “Qrand Hyat” otelində verdikləri qəbulda iştirak etdi, ziyafətdə nitq söylədi. Bu, prezidentin hələ ən sadə iş gününün cədvəli idi və 24 saat bütövlükdə gərgin iş günü başa çatdı.
Məqsədim Heydər Əliyevin görüşlərinin stenoqrafik hesabatını vermək deyil. Çünki bu barədə mətbuat və televiziya ilə kifayət qədər zamanında məlumat verilmişdir. Mən oxuculara bir sıra kadrarxası mətləblərdən, Heydər Əliyev siyasi məktəbinin nümunəvi dərslərindən, çətin və gərgin situasiyalardan, ölkə rəhbərinin dramatik məqamlarda çevik manevretmə istedadından, diplomatik bacarığından, qüvvətli məntiqindən, iti yaddaşından, dərin zəkasından, bir insan və yol yoldaşı kimi misilsiz keyfiyyətlərindən, qayğıkeşliyindən, diqqətcilliyindən, güclü yumor hissindən və başqa ən yüksək insani dəyərlərindən danışmaq istəyirəm. Biz Heydər Əliyevi daha çox böyük siyasi xadim və dövlət başçısı kimi görmüşük və tanıyırıq. Amma bir insan kimi Heydər Əliyev olduqca zəngin və geniş, sadə və mehriban, səmimi və doğma bir insandır.
...Avqustun 1-i proqramı Arlinqton məzarlığını ziyarətlə başlayırdı. Foyedə gecikən yoldaşlarımızı gözləyirdik. Əslində, 9 tamama 3-5 dəqiqə qalırdı. 9-da yola düşməliydik. Bu zaman qocaman akademikimiz Fərəməz Maqsud gəldi. Görkəmli alimimizin nədənsə üst-başı səliqəsiz idi. Sacı daranmamışdı, köynəyi də əzik-üzük görünürdü. Hamı susmuşdu. Heydər Əliyev zəndlə ona baxıb gülümsəyəərk dilləndi:
– Fərəməz, nə olub belə, elə bil bütün gecəni kiminləsə dartışmada keçiribsən. Nə işdi?
Fərəməz müəllim Heydər Əliyevin atmacasındakı mənanı anlayıb çaşqın vəziyyətdə:
– Nə danışırsınız, Heydər Əliyeviç, əstəğfürüllah! – dedi. – Mən elə adam deyiləm...
Foyedəkilərin hamısı qəşş elədi. Fərəməz müəllimin qəribə çaşqınlığı və Heydər Əliyevin həmin sözləri ciddi dediyini qəbul etməsi vəziyyətini daha da gülməli edirdi. Nəhayət, Ulu öndərin: – Əşşi, zarafat edirəm, olanda noolar! – deməsi akademikin əndişələrini bir qədər azaltdı. Hamı şad-xürrəm, yüksək əhval-ruhiyyədə bizi gözləyən maşınlara doğru getdi.
Heydər Əliyevin nitqləri – istər siyasi, istərsə də digər mövzularda olsun, əhatəliliyinə, dərin məzmununa, mövzuya birbaşa dəqiq replikaları, yerinə düşən atmacaları, şərq müdrikliyi və orijinallığı ilə həmişə seçilərək bütün partnyorlarını heyran qoymuşdu. Xüsusən siyasi nitqləri məntiqi, qüsursuzluğu və rəvanlığı ilə hamının diqqətini özünə cəlb edirdi. Ona olan bu heyranlıq, demək olar ki, hər görüşdə özünü göstərirdi. Bütün senatorlar və konqresmenlər söhbət zamanı bir dəqiqə sonra qarşılarında kimin oturduğunu anlayıb özlərini yığışdırırdılar.
Heydər Əliyevin qeyri-adi intuisiyası var idi. Söhbət əsnasında dərhal lazım olan məqamı tutur və bundan məharətlə istifadə edirdi. Çinə səfərdə belə bir hadisə oldu.
...Ziyafət zamnı növbəti dəfə qapılar açıldı və əllərindəki gözəl sinilərdə çinli qızlar prezidentlər oturan masaya doğru getdilər. Sinilərdəki... ilan əti idi. Əlbəttə, hamı üçün gözlənilməz təam idi. Hamıdan çox həyəcanlanan H.Abutalıbov oldu. “Kişi (Heydər Əliyev) o ətdən yesə, daş düşəcək başımıza”. Əli ilə tərcüməçi Raufa işarə edərək Heydər Əliyevin yeməməsini təkidlə, əl-qol hərəkətləri ilə başa salmağa çalışdı. Rauf əyilib Heydər Əliyevə nə isə dedi. Prezident əlini yelləyib, çəngəl-bıçağı götürüb bir tikə kəsdi, yedi, sonra üzünü Çin Dövlət Şurasının Sədrinə tutdu, nə isə dedi. Dövlət Şurasının sədri böyük məmnunluqla gülümsədi... Və birdən ayağa qalxdı. Protokol pozuldu. Axı əvvəlcə hər iki şəxs çıxış edib qarşılıqlı məmnunluqlarını, Çin-Azərbaycan dostluğu barədə fikirlərini və s. bildirmişdilər. Dövlət Şurasının Sədri dedi:
– Biz indi burada bir daha məsləhətləşdik ki, yaranan anlaşılmazlığı aradan qaldıra bilərik. Azərbaycana – əvvəl razılaşdığımız kimi – 60 milyon yuan kredit verə bilərik. Amma gərək sizinkilər bütün gecəni bizimkilərlə birlikdə işləyələr.
Heydər Əliyev üzünü NK-nın sədri vəzifəsini icra edən F.Quliyevə, bir də Maliyyə Naziri vəzifəsini icra edən T.Yusifova tutub: – Edərlər, edərlər! – deyərək təsdiq etdi.
Adları çəkilənlər dərhal ayağa qalxıb: – Hazırıq! – dedilər.
Beləliklə, hamımız şad olduq, ziyafətdən şad-xürrəm ayrıldıq.
Məsələ necə olmuşdu?
Heydər Əliyev (ondan əvvəl Çin Dövlət Şurasının Sədri bıcaqla bir tikə kəsib yemişdi, sonra isə Heydər Əliyevə təklif etmişdi.) Heydər Əliyev də ilan ətinin dadına baxıb belə demişdi:
– Mən dünyanın bir çox milli mətbəx nümunələri ilə tanışam. Amma ömrümdə belə dadlı təam yeməmişəm.
Bu sözdən riqqətə gələn Çin Dövlətinin Başçısı əvvəlcədən vəd edilən məbləği Azərbaycana verməyi qərara almışdı. O zaman verilən yardımları və bonusları dərhal uyğun şirkətlərə və təşkilatlara köçürüb ölkəmizə ərzaq məhsulları gətirtdirməyə yönəldirdik.
Amerikada Dünya Bankının sədri Vulfinqsonla görüşdə maraqlı və bizim gözləmədiyimiz xeyirli bir sonluqla nəticələnən hadisə oldu. Belə ki, Azırbaycana 50 milyon dollar kredit ayıran sədr xahiş etdi ki, həmin vəsaitin 5-10 milyon dolları Azərbaycanda mədəniyyətin inkişafına ayrılsın. Heydər Əliyev bildirdi ki, o həmişə mədəniyyətin inkişafına qayğı göstərmişdir. Ona görə də bu təklifi məmnuniyyətlə qəbul edir. Vulfinqson sözünə davam etdi ki, mədəniyyətin inkişafı çox mühüm məsələdir, həm də kövrək sahədir, dövlətdən həmişə diqqət tələb edir. Mədəniyyət insanlara xeyirxahlıq öyrədir, yaxınlaşdırır, nəcibləşdirir. Hörmətli prezidentimiz Vulfinqsonun bu mövzuya yenidən qayıtması və geniş şərhindən... nəsə duyaraq davam etdi:
– Mən hələ SSRİ hökumətinin rəhbərlərindən biri olarkən bu sahəni daim diqqət mərkəzində saxlayırdım. Məni keçmiş Sovet ölkəsində mədəniyyətin hamilərindən biri kimi tanıyır və sevirdilər. Dünyada tanınmış mədəniyyət xadimlərinin yubiley tədbirlərinə məni tez-tez dəvət edirlər:
– Məsələn? – Vulfinqson özünü saxlaya bilmədi.
– Bu ilin aprel ayında Parisdə M.Rostropoviçin 70 illik yubileyində iştirak etmişəm.
Vulfinqson təəccübləndi: – Doğrudanmı? Mən də ordaydım, necə olub ki, sizi görməmişəm. Siz harada əyləşmişdiniz?
– 2-ci sırada xanım Şirakın yanında.
Vulfinqsonun gözləri alacalandı: “– Həə... Yadıma düşdü, yadıma düşdü, o Siz idiniz, hamı maraqlanırdı ki, xanım Şirakın yanında oturan kimdir... Xatırladım... İlahi! Amma məni amfiteatra “qovmuşdular”.
Heydər Əliyev zarafatla gülümsəyərək dedi:
– Bəs nə bilmişdiniz? Amfiteatr sizin yerinizdir, ora da mənim. Yoxsa gəlib mənimlə yanaşı oturacaqdınız?!
Dünya Bankının sədri əlini əlinə vuraraq ləzzətlə uğundu və dedi:
– Haqlısınız, əlbəttə, hərənin öz yeri var.
Bəli, cənab prezidentimizin zarafatları da ağıllı və müdrik idi!..
Davam etdi.
– Bu yaxınlarda biz Bakıda M.Rastropoviçin Parisdən sonra böyük bir yubileyini keçirtdik. Onun atası da Azərbaycanın məşhur musiqi müəllimlərindən biri olub. Yaşadıqları evi muzeyə çevirmişik, hər ikisinin adına Azərbaycan Musiqi Akademiyasında təqaüd təyin etmişik. Slava da bizə söz verdi ki, ildə bir dəfə Bakıya gələrək öz zəngin biliyini gənc musiqiçilərə öyrədəcək...
Heydər Əliyev bir qədər susdu və sadə bir jest etdi.
– Biz ailəlikcə də dostuq. İrina Nyu-Yorkda məni qarşılayanlar arasında idi.
Bunu eşidən Vulfinqson yenidən heyrətlə əllərini bir-birinə vurdu.
– Sən bir işə baxırsanmı. Deməli, o həmin gün sizi qarşılamağa gedibmiş. Mən onu şama dəvət etmişdim. O isə nəzakətlə imtina etdi ki, Azərbaycandan çox əziz bir qonaq gəlir, mən onu qarşılamalıyam... Aydındır. Mən də Rastropoviçlə yaxın dostam, indi sizə göstərərəm.
O, işçilərdən kiməsə işarə etdi. Qonşu otaqdan bir violançel gətirdilər.
– Mənə bunu şəxsən Mistislav Rastropoviç özü bağışlayıb. Boş vaxtlarımda, yorulanda çalıram, – dedi.
Heydər Əliyev:
– Bunlardan məndə böyük bir kolleksiya var. Hamısını da Slava özü bağışlayıb, – laqeydcəsinə dedi.
Vulfinqson gözləri bərələ-bərələ: – Ola bilməz! O öz musiqi alətlərinə çox qısqancdır.
– Gələrsiniz, görərsiniz.
Bir şeyi qeyd edim ki, Vulfinqson söhbət zamanı dahi violançelistə bəzən rəsmi adıyla Mistislav, bəzən də soyadıyla Rastropoviç, prezidentimiz isə tay-tuş kimi daim Slava deyirdi. Bu isə dünya Bankının sədrini hər dəfə riqqətə gətirirdi.
(Doğrudan da, sonralar Vulfinqson Bakıya gəldi və deyilənləri gözü ilə gördü).
Sonra Dünya bankının sədri cibindın bir kağız çıxarıb Heydər Əliyev cənablarının qarşısına qoydu və dedi:
– Xahiş edirəm, bura nə isə yazın. Mın bunu göstərib Sizinlə Rastropoviçə görüşdüyümü və dostluğumu sübut edəcəyəm.
Sonda isə dedi:
– Cənab prezident, Siz ki mədəniyyətə və tanınmış mədəniyyət xadimlərinə belə diqqətlisiniz, bəyan edirəm: Bundan sonra Azərbaycana ildə mədəniyyət məsələlərini daha da yaxşı inkişaf etdirmək üçün on milyon dollar faizsiz kredit ayırıram.
Daha bir hadisə (Mən belə situasiyaların çox şahidi olmuşam).
“Amoko” nun vitse-prezidenti bir görüşdə dedi: – Cənab prezident, axı biz necə edək ki, sizi bağlaya bilək, üstünlüyü öz əlimizə alaq? – Heydər Əliyev cavab verdi: – Siz bunu bacara bilməyəcəksiniz.
Söhbət əsnasında amerikalı nümayəndələr neft istehsalı və neftin çıxarılması ilə bağlı dünyada birinci olduqlarını qürurla vurğuladılar. Söz altda qalmayan Heydər Əliyev əsl həqiqəti zarafatla, gülə-gülə açıqladı: – Bakıda ilk neft 1848-ci ildə çıxarılıb. Mən biləni, sizdə neft 1852-55-ci illərdə Pensilvaniya ştatında tapılıb.
Onlar Azərbaycan prezidentinin bu faktı da dəqiq bilmək qabiliyyətinə heyran qaldılar.
***
Zaman sürətlə irəliləyir. Dünya düzənində hər gün yeni hadisələr və münasibətlər qeydə alınır. Siyasi spektr o qədər rəngarəng və müərkkəbdir ki, bəzən prosesləri sadəcə olaraq izləmək belə mümkün olmur. Üçünçü minilliyə dövlətlər ərazi bütövlüyü, güclü ordu, həyatı mənafe zonalarını əldə saxlamaq, öz nüfuzlarını və onların təsiri altında olan ölkələri qorumaqla dünyada mövqelərini daha da möhkəmləndirməyə çalışırlar. Bu cür gərgin və mürəkkəb geostrateji dartışmada “ağıllı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində, öz dövlətinə və xalqına xidmət edir. Çünki heç bir dövlət başçısı əbədi deyil, amma onun qurduğu möhkəm sütunlu dövlət isə əbədi olur və banisini bəşər tarixi boyu yaşadır” (Platon).
Biz bunu gördük!
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Napoleon Hillə görə uğurun 13 sirri hansılardır?
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
Napoleon Hillə görə uğurun 13 sirri
Vədimə əməl edərək Napoleon Hillin «Düşün və varlan» kitabından kifayət qədər mükəmməl təlim hesab edilən «Uğur qazanmağın və varlanmağın 13 prinsipi»ni oxucularıma təqdim edirəm:
1.Arzu və məqsəd.
Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.
Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:
- İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. «Mən çox pul istəyirəm» kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.
- Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.
- Qrarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.
- Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.
- Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.
- Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.
2. İnam.
Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.
3.Özünətəlqinetmə.
Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.
Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.
4. Xüsusi bilgilər.
Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.
Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, «informasiyalıdır, deməli silahlıdır».
5. Xəyal qurmaq.
Albert Eynşteyn deyib: «Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir». Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.
6. Planlaşdırma.
Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.
7. Qərar.
Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə «amma»sız qərar qəbul edin!
8. İnadkarlıq.
Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.
Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.
9. Beyin mərkəzi.
Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.
İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.
10. Seksual istəklərin transferi.
Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.
11. Təftəlşüur.
Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.
Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.
Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.
Mexanizm bax bu cür sadədir.
12. Beyin.
Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.
Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!
13. Altıncı hissiyyat.
Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma «altıncı hissiyyat» bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Türkiyənin tanınmış müğənnisi Çelik Bakıda konsert verəcək
İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunacaq.
İndiyədək iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Əcnəbilərin Bakıdakı konsertinə münasibət: Vəsait çatışmazlığı, hörmətsizlik, yoxsa zövqsüzlük?
Azərbaycana son zamanlar xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Bunu səbirsizliklə gözləyənlərlə yanaşı, etiraz edənlər də var. Hətta yerli müğənnilərin solo konsert verməməyindən şikayətlənənlər də var.
Bəs görəsən, xarici müğənnilərin konsertinə tələbatın çoxluğu nə ilə əlaqəlidir? Azərbaycanlı müğənnilərin buna münasibətləri necədir?
Mövzu ilə bağlı Oxu.Az-ın əməkdaşı azərbaycanlı müğənnilər arasında sorğu keçirib.
Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən şikayətlənib:
“Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara qiymət verilmir”.
C.Məmmədov ötən günlərdə ölüm xəbərinin yayıldığını da dilə gətirib:
“Xəcalət çəksinlər. Mənim ölüm xəbərimi də yazmışdılar. Yazanlar cəzalarını alacaqlar”.
Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya bilmədiklərini deyib:
“Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün konsert verə bilmirəm”.
M.Əsədova qeyd edib ki, xalqımızın musiqi zövqü korlanıb:
“Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar”.
Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu söyləyib:
“Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir. İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər. Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından çətinləşəcək”.
Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib:
“Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan yaxınlığımızla bağlıdır. Normaldır”.
M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını qeyd edib:
“Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər”.
2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova qeyd edib ki, tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar:
“Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı olardı”.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
“I Bakı Müasir Musiqi Günləri” festivalına start verilib
Ötən gün Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.
Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.
Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.
“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.
Festivalın açılış konserti Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.
Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.
Aşılış mərasimi barədə daha geniş - növbəti buraxılışlarımızda.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına film qəbulu davam edir
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum olub. Eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq festival sentyabrın 15-dən 22-dək keçiriləcək.
Festivala film qəbulu davam edir. Belə ki, xarici rejissorlar üçün film qəbulu yekunlaşsa da, yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilir.
Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Kukla Teatrı “Gəzən teatr” silsiləsini davam etdirir
Azərbaycan Dövlət Kukla Teatrı növbəti maraqlı aksiyasını uğurla davam etdirir. Sənət ocağı peşəkar Azərbaycan milli teatrının 150 və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının 10 illiyi münasibətilə başladığı ölkə miqyaslı qastrollarının yeni mərhələsini - “Gəzən teatr” silsiləsini davam etdirir.
Bu barədə teatr rəsmiləri mətbuata açıqlama veriliblər. Açıqlamada deyilir:
“Ümumilikdə respublikanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən “Kukla teatrı eldən-elə” şüarlı aksiyanın məqsədi yerlədə yaşayan uşaqlarda kukla tamaşaları haqqında təsəvvür yaratmaq, onların zövqünün formalaşmasına kömək etmək, həmçinin oradakı teatr sənəti təmsilçiləri, həvəskar dram dərnəkləri və xalq teatrları ilə yaradıcılıq əlaqələri qurmaqla onlara dəstək verməkdir. Bu il mart ayının 10-da – Milli Teatr Günündə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində başlayıb mayın 6-da Tərtər rayonunun Talış kəndində davam edən aksiya ilin sonunadək ümumilikdə 10 rayonu əhatə edəcək. Layihənin növbəti dayanacağı kimi Quba və Şabran rayonları seçilib. İyunda reallaşacaq səfərdə kuklaçılar hər iki rayonun Mədəniyyət mərkəzi səhnələrində tamaşa, ardınca isə “Oyuq”çuların təqdimatında dolğun konsert proqramı ilə çıxış edəcəklər”.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
“Azərbaycanfilm”in direktoru Kazanda kinematoqrafiya sahəsində beynəlxalq layihələrin perspektivlərindən danışıb
Rusiya və Tatarıstan mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Kazan şəhərində “Bölgənin iqtisadi inkişafinda kino istehsalının rolu” adlı tədbir keçirilib.
“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak edib.
Tədbirin təşkil olunmasında məqsəd bölgənin iqtisadi inkişafının əsas faktoru kimi milli kino istehsalının inkişaf strategiyalarının müəyyən edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır.
Tədbirdə Nazim Hüseynov çıxış edərək kinematoqrafiya sahəsində beynəlxalq layihələrin perspektivlərindən danışıb, həmçinin milli kino sənayesinin köməyi ilə yaranan ənənələrin regionun inkişafındakı rolunu diqqətə çatdırıb.
Tədbirdə eyni zamanda Belarus, Qazaxıstan, Qırğızıstan, Hindistandan, Rusiya və digər ölkələrin kino xadimləri də iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)