Super User
Nizamidən Nəvaiyə: ənənələrin davamlılığı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib
Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika İnstitutu, Uluqbek adına Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Şərq Milli Muzeyi tərəfindən “Nizamidən Nəvaiyə: ənənələrin davamlılığı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
AzərTAC xəbər verir ki, onlayn formatda keçirilən konfrans Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinə həsr olunub. Tədbirdə nüfuzlu ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış şərqşünaslar, türkoloqlar, səfirlər və diplomatik missiya təmsilçiləri iştirak ediblər.
Konfransın açılışında Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli, Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutunun direktoru M.V. Aleksey Maslov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Avrasiya Xalqları Assambleyası baş katibliyinin rəhbəri, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Svetlana Smirnova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rihsiyeva çıxış ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransın tanınmış ictimai xadimləri, ədəbiyyat və elmin insanlarını bir araya gətirdiyini qeyd edərək, Nizami Gəncəvi və Əlişir Nəvainin təkcə Şərqin deyil, bütün bəşəriyyətin əvəzolunmaz mənəvi xəzinəsi olduğunu bildirib. XII-XVI əsrlərin Şərq ədəbiyyatının İntibah dövrü hesab olunduğunu, bunun da daha çox Nizami və Nəvainin parlaq yaradıcılığı sayəsində gerçəkləşdiyini deyib. Akademiya prezidenti bildirib ki, Nizamidən sonra yüzlərlə şair və yazıçı, o cümlədən Əlişir Nəvai onun yaradıcılığından təsirlənib, mütərəqqi ideyalarını inkişaf etdirib. Kıdırəlinin fikrincə, Nizami və Nəvai əsərləri müasir dövrdə də öz aktuallığını qoruyub saxlayıb və bu kontekstdə klassik qazax poeziyasının və müasir ədəbi dilin banisi Abay Kunanbayulı da Nizami və Nəvai yaradıcılığından böyük ölçüdə təsirlənib, onları öz ustadı kimi qəbul edib.
Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlərinin iştirakı ilə bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, konfrans çərçivəsində “Əlşir Nəvai əlyazmaları Kazan kolleksiyalarında” kitabının təqdimatı da keçirilib.
“Getməkdən heç danışma” - İntiqam Yaşarın yeni şeiri
Yuxulu gözlərində gizlənər arzularım,
Yuxulu gözlərində ürək boyda həqiqət.
Mənim umub-küsdüyüm o gözlərdə, ilahi,
Nə qədər hıçqırtı var, nə qədər də sükunət.
Üsyan havasındadır hər səhər-axşam başım,
Göy üzünə ümidlər çilənməkdə qan kimi.
Səni yer kimi sevdim, səni göy kimi sevdim,
Bacarmadım sevməyi adi bir insan kimi.
Bu sevginin yükünü çiyinlərin daşımaz,
Bilirəm, çox ağırdı əzilərsən, sınarsan.
Amandı, mənim kimi ürəyə bel bağlama,
Bir gün öz odun düşər, öz odunda yanarsan.
Göz yaşların acıdır gözlərimi sil daha.
Səndə günah nə gəzir, suçlamağa qıymaram.
Yanımda qalmağınla sağalarmı yaramız?
Getməkdən heç danışma, getməyə də qoymaram...
47 -55 milyon dollara satışa çıxarılan triptix
20-ci əsrin tanınmış rəssamı Frensis Bekonun "Triptix, 1986-1987" adlı tablosu 35-55 milyon funt-sterlinq (47-75 milyon dollar) civarında hərraca çıxarılıb. Satış martın 1-də həyata keçiriləcək.
TASS agentliyi xəbər verir ki, bu barədə “Christie's” hərrac evi məlumat yayıb.
“Frensis Bekonun son böyük sənət nailiyyətlərindən biri kimi qəbul edilən bu əsər zamanın təbiəti və insanın tənhalığı haqqında düşüncələrin nəticəsidir”, - bunu hərrac evindən bildirilib.
Belə ki, triptixin sol panelindəki kostyumlu kişi təsviri ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə “Versal” müqaviləsinin imzalanmasından sonra qəzetdən götürülmüş fotoşəkilinə əsaslanır.
Sağ paneldəki təsvir Leon Trotskinin 1940-cı ildə öldürüldükdən sonra onun ofisinin fotoşəkilindən yaradılıb.
Mərkəzi paneldəki adamın üzü isə rəssamın yaxın dostu Con Edvardsı xatırladır.
Qeyd edək ki, Frensis Bekon (1909-1992) fiqurativ (obrazlı) sənət ustasıdır. Onun əsərlərində əsas mövzu refraktorlu insan bədənidir. Rəssamın ekstravaqant, bəzən şokedici tabloları kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə rəssamın "Avtoportret üçün iki eskiz" (1977) triptixi Londonda 22,4 milyon dollara satılıb. Bu dəfə isə qiymət azı iki dəfə yüksək olacaq.
Azərbaycan-Özbəkistan arasında mətbuat sahəsində keçiriləcək müsabiqənin əsas nominasiyası “Şuşa ili”nə həsr olunub
Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki müsabiqədə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” mövzusunda nominasiyalar üzrə elan edilib.
Müsabiqəyə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi müvafiq dəstək göstərir. Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərdə bərpa və dinc əhalinin qayıdışı, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcəkdir.
Elan olunmuş müsabiqədə Azərbaycan Mədəniyyət Mərkəzi ənənəyə sadiq qalaraq Azərbaycan-Özbəkistan mədəniyyəti, dostluğu, əməkdaşlığı, hər iki ölkənin əldə etdiyi nailiyyətlər” mövzusu üzrə qaliblər müəyyənləşdiriləcəkdir. Qeyd olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı) fəxri diplom, pul mükafatlarına layiq görüləcəklər.
Müsabiqəyə təqdim olunan materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 25 noyabr 2022-ci il müəyyən edilib.
Seçim meyarlarına aşağıdakılar daxildir:
• materialın orijinallığı;
• material müsabiqə mövzusuna uyğun olmalıdır;
• materialın faktlar, jurnalist araşdırması ilə zəngin olmalıdır;
• materialın maarifləndirici əhəmiyyəti olmalıdır;
• yazının peşəkarlıq səviyyəsi yüksək olmalıdır;
• jurnalistin materiala daha daha çox yaradıcı yanaşması;
• oxucu və izləyici auditoriyanın genişliyi.
• ən azı bir qəzet, bir xəbər saytında dərc olunmalı, televiziya kanalında yayımlanmalıdır;
Qaliblər diplomlar və hər nominasiya üzrə aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
• I yer – 500 AZN
• II yer – 300 AZN
• III yer – 200 AZN
• 5 nəfər həvəsləndirici diplom.
Müsabiqəyə təqdim olunacaq materialın (məqalə, videomaterial) elektron surəti, yaxud videomaterial WeTransfer proqramı vasitəsi ilə qeyd olunan elektron poçt ünvanına göndərilməsi zəruridir.
Müsabiqəyə təqdim olunan materialla yanaşı, iştirak edəcək jurnalistin şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti, jurnalistin təmsil etdiyi mətbu orqanın adı, yaxud müstəqil jurnalistdirsə öz fəaliyyəti haqqında kiçik məlumat, müəllifin elektron poçt ünvanı və əlaqə telefonlarının yazılması zəruridir.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzv qəbuluna başlanılır
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası üzv qəbulu barədə elan açıqlayıb. Elanı təqdim edirik:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla dövlət qurumlarının, biznes və qeyri-kommersiya tərəfdaşlarının əlaqələndirilməsi, beynəlxalq və yerli layihələrin idarə olunması məqsədilə təsis olunmuşdur.
Bildiririk ki, Federasiya 2022-ci il ərzində müvafiq dövlət, özəl və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır və müxtəlif layihələr, tədbirlər və digər fəaliyyətlər üçün hazırlıq və planlaşdırma işlərini həyata keçirir.
Bu məqsədlə, yaradıcılıq sənayesi və mədəniyyət biznesi (yaradıcı və mədəniyyət sənayeləri: ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları Federasiyaya qoşulmağa və “Kreativ Azərbaycan” (https://creative.az) brendi altında yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də, ölkəmizin bu sahədə tanınmasına töhfə verməyə dəvət edirik.
Federasiyaya üzv olmaq üçün tələblər:
Fərdi şəxslər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan fərdi sahibkarlar, kreativ biznes peşəkarları, yüksək yaradıcı istedada malik şəxslər və s.;
Şirkətlər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan özəl şirkətlər;
QHT-lər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan QHT-lər, ictimai birliklər və fondlar.
Federasiyaya üzv olmaq istəyən fiziki və hüquqi şəxslərdən aşağıdakı əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunur. Təsdiq olunan müraciətçilərə üzvlük barədə bildiriş göndəriləcək.
Əlaqə:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
Bakı şəhəri, “Azure” Biznes Mərkəzi - 9-cu mərtəbə, 53-cü otaq
Tel: 055-206-70-88
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir. Müsabiqə şərtlərini təqdim edirik:
* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər.
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84
Telefon: (012) 493-06-03
Ölkəmiz Kazanda beynəlxalq opera festivalında təmsil olunur
Tatarıstanın paytaxtı Kazan şəhərinin Dövlət Akademik Opera və Balet Teatrında dahi rus müğənnisi F.Şalyapinə həsr olunmuş 40-cı beynəlxalq opera festivalı keçirilir.
AzərTAC xəbər verir ki, yubiley festivalında ölkəmizi Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Almaniyanın Manxaym şəhərinin Opera Teatrının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (bariton) təmsil edirlər.
Builki festivalın proqramına 11 müxtəlif opera əsəri daxil edilib. C. Puççininin "Toska" operasının premyerası (rejissor Yuri Aleksandrov, rəssam Vyaçeslav Okunev) ilə açılan festivalın sonrakı günlərində P.Çaykovskinin "Qaratoxmaq qadın", C.Verdinin "Traviata" və "Aida" təqdim edilib. Qarşıdakı günlərdə isə M.Musorqskinin "Boris Qodunov", C.Rossininin "Sevilya bərbəri", həmçinin, R.Leonkavallonun "Payatsı" operasının premyerası nəzərdə tutulub. R.Axiyarovun "Syumbike" operası isə milli səhnə əsəri olaraq festival repertuarında özünə xüsusi yer tapıb.
Festivalın mərkəzi əsərlərindən olan C.Verdinin möhtəşəm "Aida" operası azərbaycanlı dirijor Əyyub Quliyevin idarəsi ilə böyük uğurla gerçəkləşib. Tamaşada əsas rolları dünyanın müxtəlif qabaqcıl opera teatrlarında solist kimi fəaliyyət göstərən tanınmış müğənnilər təqdim ediblər. Oksana Kramareva (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı), Larisa Andreyeva (K.Stanislavski adına Dövlət Opera Teatrı), Mixail Piroqov (Novosibirsk Dövlət Opera Teatrı), Əvəz Abdullayev (Manxaym Milli Opera Teatrı), Mixail Kazakov (Rusiya Bolşoy Teatrı), Sergey Kovnir (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı) və Gülnara Qatinanın (M.Cəlil adına Tatarıstan Dövlət Opera Teatrı) ifası dinləyicilər tərəfindən ayaq üstə qarşılanıb.
Qeyd etmək lazımdır ki, tamaşaya biletlər artıq festivalın ilk günləri ərzində operasevərlər tərəfindən əldə olunub.
Şalyapin Beynəlxalq Opera Festivalı Tatarıstan Dövlət Opera Teatrı ilə dirijor Əyyub Quliyevin ikinci əməkdaşlığıdır. 2021-ci ilin may ayında həmin teatrda R.Nureyev Beynəlxalq Balet Festivalı çərçivəsində Mariinski teatrının balet truppası ilə bərabər dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" baleti böyük uğurla nümayiş olunub.
Səmərqənddə Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu işə başlayıb
Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun Forumu işə başlayıb.
AzərTAC-ın Özbəkistan müxbiri xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edir.
Ölkəmizi bu forumda Azərbaycan Dövlət Turizm Agentliyinin bölmə müdiri Kənan Firdovsioğlu təmsil edir.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Mirvohid Azimov tədbiri açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, Özbəkistanın Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması və bununla bağlı keçiriləcək tədbirlər planı haqqında danışıb, il ərzində baş tutacaq görüşlərdən söhbət açıb.
Özbəkistan turizm və idman nazirinin müşaviri Temur Mirzayev tədbirdə müzakirə edilən məsələlərin ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə TDT çərçivəsində ziyarət turizminin, adi səfərlərin daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.
Forumda digər ölkələrin nümayəndələri də çıxış edərək öz ölkələrinin turizm potensialı haqqında məlumat verib, müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, üzv ölkələrin turizm səyahəti ilə bağlı təcrübələrinin öyrənilməsinin vacibliyinə toxunub, tədbirin bunun üçün uyğun platforma olduğunu diqqətə çatdırıblar. Azərbaycanda turizmin inkişafı haqqında da söhbət açılıb.
Forum sabah da öz işini davam etdirəcək.
Moskvada Nizami ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilib
Dünən Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
AzərTAC-ın Moskva bürosu xəbər verir ki, konfrans Azərbaycan və Özbəkistan respublikalarının Rusiya Federasiyasındakı səfirliklərinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu bu kimi konfransların keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, tarixdə elə görkəmli şəxsiyyətlər var ki, əsrlər keçməsinə baxmayaraq, onlar öz yaradıcılığı ilə xalqları, mədəniyyətləri və ölkələri birləşdirirlər. Səfir qeyd edib ki, belə şəxsiyyətlər bəşəriyyətdə qarşılıqlı anlaşma mühitinin yaranmasına, müxtəlif mədəniyyətlərin daha da zənginləşməsinə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradırlar. Nizaminin şəxsiyyəti və yaradıcılığı mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdıran diplomat keçən il həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi şairin 880 illiyinin geniş qeyd olunduğunu bildirib. Polad Bülbüloğlu Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədə yaşayıb-yaratdığını vurğulayaraq, görkəmli şairin həyat və zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Nizaminin xatirəsinin Azərbaycanda, o cümlədən onun doğma Gəncə şəhərində əbədiləşdirildiyini qeyd edən Polad Bülbüloğlu, Rusiyada da dahi mütəfəkkirin adının hər zaman əziz tutulduğunu, 1941-ci ildə blokadada olan Leninqrad şəhərində Dövlət Ermitajının ovaxtkı direktoru İosif Orbelinin təşəbbüsü ilə dahi mütəfəkkirin 800 illiyinin təntənəli qeyd edildiyini deyən səfir 1991-ci ildə Peterburqun sabiq meri Anatoli Sobçakın iştirakı ilə eyni binada Nizaminin 850 illik yubileyi ilə bağlı tədbirin keçirildiyini xatırladıb. Elə həmin il Moskvada səfirliyin binasının yanında yerləşən parkda görkəmli şairin abidəsinin ucaldıldığını, bu gün də insanların, xüsusilə də gənclərin parka gələrək abidənin qarşısına gül-çiçəklər qoyaraq Nizaminin əziz xatirəsini yad etdiklərini bildirib. Səfir onu da diqqətə çatdırıb ki, 2002-ci ildə Nizaminin daha bir abidəsinin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Sankt-Peterburq şəhərində baş tutub.
Çıxışının sonunda Polad Bülbüloğlu Nizaminin yaradıcılığına müraciət edərək şeir səsləndirib.
Həmçinin konfransda Özbəkistan Respublikasının Rusiyadakı səfiri Botirjon Asadov, MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov, Avrasiya Xalqları Assambleyasının Baş katibliyinin rəhbəri – Baş katibin birinci müavini Svetlana Smirnova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Qulçexra Rixsiyeva və Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin dekanı Alişer Muminov, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və digərləri çıxış ediblər. Natiqlər Nizami və Nəvainin həyat və yaradıcılığı haqda danışıb, onların əsərlərində bəşəriyyətə ünvanlanmış çağırışları qeyd ediblər.
Daha sonra konfrans öz işini seksiyalar üzrə plenar iclasla davam etdirib.
Adel 3 nominasiyada Brit Awards mükafatlarını qazanıb
Dünən Britaniyanın məşhur Brit Awards mükafatlarının təqdimetmə mərasimi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, Adel eyni zamanda İlin musiqiçisi, İlin mahnısı və İlin albomu – 3 prestijli mükafata yiyələnib.
Ömrünün hər ilini bir albom buraxan və bu albomları yaşı ilə adlandıran Böyük Britaniyanın ifaçısı 2021-ci ildə 30 yaşında “30” albomunu buraxıb bu albomla mütləq rekord qoydu: altı həftə ərzində "30" albomunu 600 min nəfər aldı, o, HIT-paradların əvəzsiz lideri olaraq qaldı.
Üç yeni mükafatla Adele Brit Awards mükafatları tarixində ən titullu sənətçilər siyahısında ikinci yerə yüksəldi. İndi onun hesabında 12 mükafat var, birincilik isə 13 mükafatla Robbi Uilyamsdadır.
Təqdimetmə mərasimində ictimaiyyətə müraciət edən Ade, zəfərini oğluna və keçmiş ərinə həsr etdiyini söylədi. Qeyd edək ki, "İlin musiqiçisi" adı uğrunda Adellə yanaşı daha 4 ifaçı - onların arasında Ed Şiran da var idi - mübarizə aparırdı. Ed Şiran ən yaxşı mahnı müəllifi kimi tanıyırlar.
Britaniyanın Səsyazma Sənayesi Assosiasiyası 2022-ci ildən laureatların gender mənsubiyyətini dəqiqləşdirmir və "ifaçı" və "musiqiçi" neytral terminləri ilə kifayətlənir. Yəni, kişi və qadın bölgüsü daha aparılmır.