“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan olunur

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edir. Müsabiqə şərtlərini təqdim edirik:

* Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;

* Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;

* Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;

* Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;

* Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;

* İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84

Telefon: (012) 493-06-03

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.