Super User

Super User

Çərşənbə axşamı, 14 Mart 2023 10:30

Unutmağa haqqımız yox

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsi anılıb

 

Beynəlxalq Muğam Mərkəzində görkəmli ssenarist, kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının ildönümünə həsr olunmuş anım gecəsi təşkil edilib.

 

“Unutmağa haqqımız yox” leytmotivli tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, Rüstəm İbrahimbəyov sənətinin pərəstişkarları iştirak ediblər. 

Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalov Rüstəm İbrahimbəyovun mədəniyyətin inkişafına böyük töhfəsini qeyd edərək səmimi xatirələrini bölüşüblər. Qeyd edilib ki, R.İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli nümayəndələrindən biridir. Çoxşaxəli fəaliyyəti ilə ölkəmizdən kənarda da şöhrət qazanan kinorejissor səmərəli fəaliyyəti ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayaraq, yarım əsrdən artıq müddətdə ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Çoxşaxəli və mənalı obrazlarla zəngin, mühüm ictimai reallıqlardan bəhs edən bu əsərlər xüsusi dəst-xətti ilə seçilən ustadın oxucuya, tamaşaçıya böyük rəğbətini qazandırıb. 

Mərkəzin foyesində qonaqlara kino xadiminin dostlarının və həmkarlarının xatirələrinin yer aldığı, müxtəlif illərə aid çoxsaylı nəşrlərdən və müsahibələrindən ibarət “Rüstəm İbrahimbəyov” adlı kitab hədiyyə edilib.

Sonra qonaqlara ədəbi-musiqili hissə təqdim olunub. Gecədə Rüstəm İbrahimbəyovun rejissoru olduğu filmlərdən kadrlar, həyat və yaradıcılığının unudulmaz anlarını əks etdirən fotolar nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin ilki bu gün olacaq. 

Növnəti sərgilər isə martın 15, 16, 17-də Xətai Sənət Mərkəzində açılacaq. 

 

Sərginin kataloqunda (https://www.yumpu.com/.../read/67594586/baharn-rnglri-2023) adlar və əsərlər elan olunub. İştirakçılar bir ay ərzində əsərlərini Xətai Sənət Mərkəzinə təqdim ediblər,  təqdim olunan əsərlərin seçimi  3 yaş kateqoriyası üzrə - 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.

Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən müsabiqəyə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərib və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib. 

Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 10:15

Niyə məhz “Everything Everywhere All at Once”?

“Oskar” mükafatları əsl layiq olanlaramı təqdim olundu?

 

Xəbər verdiyimiz kimi, 95-ci “Oskar” mükafatlarının təqdimedilmə mərasimi keçirildi, razılaşın ki, bütün kinosevərlər üçün bu, bir nömrəli hadisə idi. Və bu mərasim Los-Ancelesin Dolby kinoteatrında, ABŞ teleaparıcısı və komedik aktyoru Cimmi Kemmelin aparıcılığı ilə baş tutdu.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən dünən laureatları elan etmişdi. 

Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” (Everything Everywhere All at Once) adlı ekran əsərinin “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazanması xəbəri tam gözlənillməz oldu. 2023-cü ilin “Ən yaxşı film” nominasiyası uğrunda on ekran əsəri, o cümlədən Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Sara Pollinin “Qadınlar danışır”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik”, Ruben Estlundun “Qəm üçbucağı”, Baz Lurmanın “Elvis” və Martin Makdonahın “İnişerin Banşiləri” filmləri mübarizə aparırdı. Spilberqi və Kameronu qabaqlamaq sizcə eləmi asandır? Və nəzərə alın ki, “Fabelmanlar”ın qələbəsini hamı gözləyirdi. Amma nəticələr elan ediləndən sonra qalib film tərif yağışına tutuldu. Məsələn, kinoşünaslar qeyd etdi ki, bu film digərlərindən rejissor işinin mükəmməlliyi, operator peşəkarlığı və aktyor ifasının rəngarəngliyi ilə seçilirdi. Təsadüfi deyil ki, bu film həm də “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib, Ceymi Li Körtis və Ke Hyui Kvan ən yaxşı ikinci plan aktyorları seçilib.

Ümumilikdə 158 mükafat qazanan film kino tarixinin ən titullu ekran əsəri olub.

O ki qaldı fiımin mövzusuna, film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacirin həyatından bəhs edir.

 

Digər əsas nominasiyaların qalibləri:

Ən yaxşı aktyor – Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi).

Ən yaxşı xarici bədii film - “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya). Bu ekran əsəri, həmçinin Ən yaxşı operator işi, Ən yaxşı orijinal saundtrek və Ən yaxşı quruluşçu-rejissor işi nominasiyalarının qalibi olub.

Ən yaxşı adaptasiya olan ssenari – “Qadınlar danışır”.

Ən yaxşı sənədli film – Deniel Roerin “Navalnı” əsəri (HBO kinokompaniyası).

Ən yaxşı animasiya filmi – Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio Hilyermo Del Toro”.

 

“Pinocchio Guillermo del Toro” cizgi filminin “Ən yaxşı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görülməsimdən də dünən geniş danışmışdıq. 

İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı. 

Bu cizgi fiıminin isə qalibiyyətini gözləyirdilər. 

Nominantlar siyahısı isə belə idi:

 

Ən yaxşı beynəlxalq film

All Quiet on the Western Front

Argentina, 1985

Close

EO

The Quiet Girl

 

Ən yaxşı animasiya

Guillermo del Toro's Pinocchio

Marcel the Shell with Shoes On

Puss in Boots: THe Last Wish

The Sea Best

Turning Red

 

Ən yaxşı görüntü müəllifi

All Quiet on the Western Front

Bardo, False Chronicles of a Handful of Truths

Elvis

Empire of Light

Tár

 

Ən yaxşı vizual effekt

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Batman

Black Panther: Wakanda Forever

Top Gun: Maverick

 

Ən yaxşı kişi aktyor

Austin Butler - Elvis

Colin Farrell - The Banshees of Inisherin

Brendan Fraser - The Whale

Paul Mescal - Aftersun

Bill Nighy - Living

 

Ən yaxşı qadın aktrisa

Cate Blanchett- Tár

Ana de Armas - Blonde

Andrea Riseborough

Michelle Williams - The Fabelmans

Michelle Yeoh - Everything Everywhere All At Once

 

Ən yaxşı rejissor

The Banshees of Inisherin

Everything Everywhere All At Once

The Fabelmans

Tár

Triangle of Sadness

 

Ən yaxşı film

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Banshees of Inisherin

Elvis

Everything Everywhere All at Once

The Fabelmans

Tár

Top Gun: Maverick

Triangle of Sadness

Women Talking

 

Ən yaxşı makyaj və saç

All Quiet on the Western Front

The Batman

Black Panther: Wakanda Forever

Elvis

The Whale

 

Ən yaxşı səs effekti

All Quiet on the Western Front"

Avatar: The Way of Water

The Batman

Elvis

Top Gun: Maverick.

 

Ən yaxşı köməkçi qadın aktrisa

Angela Bassett - Black Panther: Wakanda Forever

Hong Chau - The Whale

Kerry Condon - The Banshees of Inisherin

Jamie Lee Curtis -Everything Everywhere All at Once

Stephanie Hsu - Everything Everywhere All at Once

 

Ən yaxşı geyim dizaynı

Babylon

Black Panther: Wakanda Forever

Elvis

Everything Everywhere All at Once

Mrs Harris Goes to Paris

 

Ən orijinal film musiqisi

All Quiet on the Western Front

Babylon

The Banshees of Inisherin

Everything Everywhere All at Once

The Fabelmans

 

Ən yaxşı götürülmə ssenari

All Quiet on the Western Front

Glass Onion: A Knives Out Mystery

Living

Top Gun: Maverick

Women Talking

 

Ən orijinal ssenari

The Banshees of Inisherin

Everything Everywhere All at Once

The Fabelmans

Tár

Triangle of Sadness

 

Ən yaxşı qısa aksiyon filmi

An Irish Goodbye

Ivalu

Le Pupille

Night Ride

The Red Suitcase

 

Ən yaxşı qısa animasiya

The Boy, the Mole, the Fox, and the Horse

The Flying Sailor

Ice Merchants

My Year of Dicks

An Ostrich Told Me the World is Fake and I Think I Believe it

 

Ən yaxşı köməkçi kişi aktyor

Brendan Gleeson - Banshees of Inisherin

Brian Tyree Henry - Causeway

Judd Hirsch - The Fabelmans

Barry Keoghan - The Banshees of Inisherin

Ke Huy Quan - Everything Everywhere All At Once

 

Ən yaxşı orijinal mahnı

Applause from Tell It Like a Woman

Hold My Hand from Top Gun: Maverick

Lift Me Up from Black Panther: Wakanda Forever

Naatu Naatu from RRR

This is a Life from Everything Everywhere All at Once

 

Ən yaxşı sənədli film

The Elephant Whisperers

Haulout

How Do You Measure a Year?

The Marsha Mitchell Effect

Stranger at the Gate

 

Ən yaxşı film dizaynı

All Quiet on the Western Front

Avatar: The Way of Water

Babylon

Elvis

The Fabelmans

 

Şəkildə: “Everything Everywhere All at Once” filmindən kadr

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

  Mədəniyyət naziri Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirib

 

Xəbər verdiyimiz kimi mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Qərb bölgəsinə səfər edib. 

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə sözügedən nümayəndə heyəti Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında olub.

 “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirilir ki, səfər çərçivəsində əvvəlcə Ağstafa rayonuna baş çəkilib.

 

AĞSTAFA

 

Rayonun Heydər Əliyev Mərkəzi, Hüseyn Arif adına şəhər Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinə baxış keçirilib. Həmçinin rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı Folklor klubu, rayon MKS-nin Dağkəsəmən kənd 2 saylı kitabxana filialı və kənd Mədəniyyət evinə baxış olub, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Sonrakı ünvan Qazax rayonu olub.

 

QAZAX

 

Qazax rayonuna səfər zamanı Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, İsrafil ağa hamamı, eləcə də rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib.

Nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinə baş çəkib, təhsil ocağının fəaliyyəti, kompleksdə yaradılmış şəraitlə tanış olub.

Eyni zamanda rayon ərazisindəki "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Daş Salahlı kəndində yerləşən qoruğun Damcılı filialına da baş çəkilib. 

Adil Kərimliyə məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın indiki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər tərəfindən bu ərazilərdə arxeoloji tədqiqatlar davam etdirilir. 

Daha sonra Tovuz rayonuna gedilib.

 

TOVUZ

 

Tovuz rayonuna səfər zamanı ilk olaraq bu qəbildən dünyada ilk muzeylərdən olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir standartlara uyğun muzeydə Azərbaycan aşıq sənətinin keçmişini və bugünkü vəziyyətini əks etdirən qiymətli eksponatlar nümayiş olunur.

Sonra Tovuz Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və 1 nömrəli Qovlar şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzi, aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzi, Qovlar şəhər və Düz Qırıqlı kənd folklor evləri, aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi və Qovlar şəhər Uşaq musiqi məktəbi ilə də tanışlıq olub. Qeyd edilib ki, bədii təhsil ocaqları ilə mədəniyyət müəssisələrinin uğurlu əməkdaşlığına nail olunmalı, effektiv birgə fəaliyyətin qurulması diqqətdə saxlanılmalıdır. 

Ölkə başçısının tapşırığı ilə yenidən qurulan, müasir standartlara cavab verən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evinə də baxış olub. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Daha sonra Şəmkir rayonuna səfər edilib.

 

ŞƏMKİR

 

Şəmkir rayonuna gələn nümayəndə heyəti Əhməd Cavad adına Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Alman Lüteran kilsəsi, MKS və onun Uşaq şöbəsi, Mahir Aslanov adına Düyərli kənd kitabxana filialı, Zəyəm qəsəbə kitabxana filialı və Zəyəm qəsəbə Mədəniyyət evinə baxış keçirib. Müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Qeyd olunan bölgələrə səfər zamanı monitorinq qrupu keçmiş dövrlərdən qalmış, bu günün çağırışlarına cavab verməyən bir sıra infrastruktur obyektlərinə baş çəkib. Heyət tərəfindən qeydlər aparılıb, müvafiq tapşırıqlar verilib.

Musiqi məktəblərinə baxış zamanı müəllim kollektivi və şagirdlərlə görüş olub. Musiqi təhsili ocaqlarında istedadlı, yaradıcı potensiallı uşaqların olduğu müəyyən edilib, onların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.

Bundan əlavə, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Uşaq İncəsənət Festivalının nominasiyalar üzrə regionların hansı mədəniyyət müəssisələrində təşkil ediləcəyi də nəzərdən keçirilib.

 

Rayonlarda mədəniyyət müəssisələrində mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Və ümid edirik ki, bu səfər gaydalı olacaq, bölgə mədəniyyətinin inkişafına fayda gətirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Çərşənbə axşamı, 14 Mart 2023 09:00

Kəlağayının sehri

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi kəlağayı ilə bağlı Novruz tədbiri keçirib

 

Azərbaycanın maddi-mənəvi irsi siyahısında özünəməxsus yer tutan kəlağayı son vaxtlar bir qədər də populyarlaşıb, ən azından, ölkəmizə gələn tutistlər özləri ilə bir yadigar suvenir kimi kəlağayı aparırlar. 

 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin həyata keçirdiyi layihələr sırasında kəlağayı ilə bağlı müxtəlif tədbirlər də az olmayıb, “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, növbəti belə tədbir martın 13-də Atatürk mərkəzində düzənlənib. 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin birgə təşkilatçılığı ilə sözügedən məkanda  "Kəlağayı əlvan qıyqacı" adlı sazlı-sözlü Novruz tədbiri təşkil olunub.

Adəti üzrə tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı” ev-muzeyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açıb. Güllü xanım tədbirin əhəmiyyətindən danışaraq, milli mənliyimizdə geyimlərimizin və kəlağayının önəmindən bəhs edərək deyib ki, Novruz bayramında milli sərvətlərimizin, həmçinin milli geyimlərimizin sehrinə düşürük, kəlağayı da milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatıb. 

Ən gözəl kalağayılar elə Atatürk mərkəzinin tədbir keçirilən zalında sərgilənib, bu qədim el sənəti nümunələri göz oxşayıb. 

Daha sonra bədii hissədə saz ifaçıları milli el havaları səsləndriblər.

Qeyd edək ki, kəlağayı qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. 

Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində bu  baş örtüyünün istehsal olunduğu qeyd edilib.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.

2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Keçmişimizə sayğı göstərək ki, gələcəyimiz olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına səfəri çərçivəsində ölkə prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Litva Respublikasının xarici işlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.

Fondun yaydığı məlumata görə, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasında imzalanmış əməkdaşlıq memorandumunun əsasında qarşılıqlı iş birliyinin uğurla həyata keçirilməsindən söz açılıb. Litvanın ərazisində məskunlaşmış türk etnik kökənli xalqlara - tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs olunub. Bu münasibətin bariz nümunəsi kimi Litva Respublikasında 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması vurğulanıb. Litva Respublikasının birinci xanımı Diana Nausedienenin, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Fondun prezidenti ilə görüşləri xatırlanaraq, təşkilat tərəfindən tatar və karaim illərinin açılışları çərçivəsində təşkil olunan tədbirlərdə iştirakları məmnuniyyətlə qeyd olunub. Fondun digər xarici ölkələrlə, eləcə də Avropa məkanında əməkdaşlıq əlaqələrini günü-gündən genişləndirməsi yüksək dəyərləndirilib. 

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev, Litva Respublikasının Azərbaycandakı səfiri Egidius Navikas iştirak ediblər.

Görüşlər Litva ilə təşkilata üzv olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, eləcə də mədəni mübadilələrin intensivləşdirilməsi yönündə gələcək əməkdaşlığın perspektivlərinin müzakirələri ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

 

Xəbər verdiyimiz kimi, Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub.

Səfər barədə geniş icmal ilə novbəti buraxılışlarımızda tanış ola biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”
(13.03.2023)

 

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, tanınmış yapon yazıçısı Kendzaburo Oe vəfat edib.

“Ədəbiyyat və incəsənət” portalı BBC.com-un bu gün yaydığı xəbərə istinad edərək bildirir ki, Oenin vəfatı barədə məlumat bu gün yayılsa da o, 10 gün öncə, martın 3-də dünyadan köçüb. 

 

88 yaşında dünyasını dəyişən yazıçı Nobel mükafatını 1994-cü ildə “poetik güclə reallıq və mifin birləşərək bugünkü insan səfalətinin narahatedici mənzərəsini təqdim etdiyi xəyali dünya yaratdığına görə” alıb.

Qeyd edək ki, Kendzaburo Oe ədəbiyyat üzrə Nobel mükafatı alan ikinci yapon yazıçısıdır.

Və onu da bildirək ki, həmin o 1994-cü ildə ona Yaponiya İmperatorluğunun ali Mədəniyyət Ordeni təqdim ediləndə o, “mən imperiya hakimiyyəti institutunu qəbul etmirəm” deyə mükafatdan imtina etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

95-ci “Oskar” mükafatlarının təqdimedilmə mərasimi - razılaşın ki, bütün kinosevərlərin diqqəti martın bu vədələrində Hollivuda yönəlir. 

Bəli, martın 12-də mərasim Los-Ancelesin Dolby kinoteatrında, ABŞ teleaparıcısı və komedik aktyoru Cimmi Kemmelin aparıcılığı ilə baş tutdu.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, ilk laureatın adının çəkilməsi özünü çox da gözlətmədi. “Pinocchio Guillermo del Toro” cizgi filmi “Ən yaxşı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görüldü. 

İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı. 

Amma təbii ki, hər kəs baş mükafatların kimlərə qismət olacağını gözləyirdi. Beləliklə, ABŞ-nin Los-Anceles şəhərində 95-ci “Oskar” mükafatlandırma mərasimində İlin ən yaxşı filmi “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) seçildi. 

Mişel Yeo isə bu filmdəki roluna görə, “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazandı.

İlin ən yaxşı aktyoru adına “The Whale” (“Kit”) filmindəki roluna görə Brendan Freyzer layiq görüldü.

Den Kvan və Daniel Şeynert “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) filminə görə ən yaxşı rejissor adına layiq görüldülər.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görüldü.

 

Nominantlar siyahısı belə idi:

 

Ən yaxşı beynəlxalq film

All Quiet on the Western Front

Argentina, 1985

Close

EO

The Quiet Girl

 

Ən yaxşı animasiya

Guillermo del Toro's Pinocchio

Marcel the Shell with Shoes On

Puss in Boots: THe Last Wish

The Sea Best

Turning Red

 

Ən yaxşı görüntü müəllifi

All Quiet on the Western Front

Bardo, False Chronicles of a Handful of Truths

Elvis

Empire of Light

Tár

 

Ən yaxşı vizual effekt

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Batman

Black Panther: Wakanda Forever

Top Gun: Maverick

 

Ən yaxşı kişi aktyor

Austin Butler - Elvis

Colin Farrell - The Banshees of Inisherin

Brendan Fraser - The Whale

Paul Mescal - Aftersun

Bill Nighy - Living

 

Ən yaxşı qadın aktrisa

Cate Blanchett- Tár

Ana de Armas - Blonde

Andrea Riseborough

Michelle Williams - The Fabelmans

Michelle Yeoh - Everything Everywhere All At Once

 

Ən yaxşı rejissor

The Banshees of Inisherin

Everything Everywhere All At Once

The Fabelmans

Tár

Triangle of Sadness

 

Ən yaxşı film

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Banshees of Inisherin

Elvis

Everything Everywhere All at Once

The Fabelmans

Tár

Top Gun: Maverick

Triangle of Sadness

Women Talking

 

Ən yaxşı makyaj və saç

All Quiet on the Western Front

The Batman

Black Panther: Wakanda Forever

Elvis

The Whale

 

Ən yaxşı səs effekti

All Quiet on the Western Front"

Avatar: The Way of Water

The Batman

Elvis

Top Gun: Maverick.

 

Ən yaxşı köməkçi qadın aktrisa

Angela Bassett - Black Panther: Wakanda Forever

Hong Chau - The Whale

Kerry Condon - The Banshees of Inisherin

Jamie Lee Curtis -Everything Everywhere All at Once

Stephanie Hsu - Everything Everywhere All at Once

 

Ən yaxşı geyim dizaynı

Babylon

Black Panther: Wakanda Forever

Elvis

Everything Everywhere All at Once

Mrs Harris Goes to Paris

 

Ən orijinal film musiqisi

All Quiet on the Western Front

Babylon

The Banshees of Inisherin

Everything Everywhere All at Once

The Fabelmans

 

Ən yaxşı götürülmə ssenari

All Quiet on the Western Front

Glass Onion: A Knives Out Mystery

Living

Top Gun: Maverick

Women Talking

 

Ən orijinal ssenari

The Banshees of Inisherin

Everything Everywhere All at Once

The Fabelmans

Tár

Triangle of Sadness

 

Ən yaxşı qısa aksiyon filmi

An Irish Goodbye

Ivalu

Le Pupille

Night Ride

The Red Suitcase

 

Ən yaxşı qısa animasiya

The Boy, the Mole, the Fox, and the Horse

The Flying Sailor

Ice Merchants

My Year of Dicks

An Ostrich Told Me the World is Fake and I Think I Believe it

 

Ən yaxşı köməkçi kişi aktyor

Brendan Gleeson - Banshees of Inisherin

Brian Tyree Henry - Causeway

Judd Hirsch - The Fabelmans

Barry Keoghan - The Banshees of Inisherin

Ke Huy Quan - Everything Everywhere All At Once

 

Ən yaxşı orijinal mahnı

Applause from Tell It Like a Woman

Hold My Hand from Top Gun: Maverick

Lift Me Up from Black Panther: Wakanda Forever

Naatu Naatu from RRR

This is a Life from Everything Everywhere All at Once

 

Ən yaxşı sənədli film

The Elephant Whisperers

Haulout

How Do You Measure a Year?

The Marsha Mitchell Effect

Stranger at the Gate

 

Ən yaxşı film dizaynı

All Quiet on the Western Front

Avatar: The Way of Water

Babylon

Elvis

The Fabelmans

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi daha harada və necə qeyd olunub? Xəbərlərimizi davam etdiririk. 

 

Məsələn, Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub. 

Və tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edib, milli teatrımızın tarixindən, keçdiyi inkişaf yolundan danışıb, tamaşaçıları təbrik edib.

Yubiley tədbirində sənət ocağının aktyorları – Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik və Hacı İsmayılova təbrik məktubu və hədiyyə təqdim olunub. 

Sonra tamaşa nümayiş olunub. 

Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Elnar Qarayev, Şəlalə Şahvələdqızı, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rəşad Bəxtiyarov, aktyorlar İlyas Əhmədov, Şəhla Əliqızı, Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Elnur Qədirov, Elçin Əfəndi, Vüsal Mustafayev, Elsevər Rəhimov çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.