Bu gündən etibarən “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin ilki bu gün olacaq. 

Növnəti sərgilər isə martın 15, 16, 17-də Xətai Sənət Mərkəzində açılacaq. 

 

Sərginin kataloqunda (https://www.yumpu.com/.../read/67594586/baharn-rnglri-2023) adlar və əsərlər elan olunub. İştirakçılar bir ay ərzində əsərlərini Xətai Sənət Mərkəzinə təqdim ediblər,  təqdim olunan əsərlərin seçimi  3 yaş kateqoriyası üzrə - 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.

Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən müsabiqəyə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərib və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib. 

Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.