Super User
Çox maraqlı, həm də mübahisəli bir oykonim barədə
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu yazımızda Sizə çox maraqlı, həm də mübahisəli bir oykonim barədə söhbət açmaq istəyirik. Oykonmin adı Muxasdır. Muxas kəndi Oğuz rayonunun mərkəzindən (yəni Oğuz şəhərindən) 16 km qərbdə, Daşağıl çayının (Ulu çayın) sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Eyni adlı İnzibati Ərazi Vahidinin mərkəzidir.
Kəndin ərazisindəki məşhur Muxas qülləsi (IX əsr) və məscid binası buranın çox qədimdən yaşayış yeri olduğunu sübut edir. Kəndin adı da onun qədimliyindən xəbər verir.
“Muxas” toponiminin yaranması və mənası haqqında müxtəlif fikirlər və mülahizələr, müxtəlif fəlsəfi düşüncələr, nəzəriyyələr söylənmişdir. Hətta nə qədər qəribə olsa da, “Muxas” sözünün gürcücə “100 palıd” mə’nası verən “muxisasi” (“muxis” və “asi”); farsca “boyun əyməyən” mə’nası verən “moxasem”; ərəbcə “saf su” mə’nası verən “maxass” (“ma” və “xass”); ərəb-farsca “qədim dəyirman daşı” mə’nasını verən “nuhas” (“nuh” və “as”); azərbaycanca “muğal” və ya “muğan” söz və ifadələrindən formalaşdığı da nağıl olunur.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə isə (“Şərq-qərb, Bakı-2007, II cild, səh:120) qeyd olunur ki, “...Bəzi tədqiqatçılar Muxas oykoniminin udi mənşəli şəxs adı ilə əlaqələndirirlər. Türkdilli xalqların toponomiyasında “mux” çay adlarında çayın “az sulu”, “quru” olmasını bildirir; dağ adlarında isə “dar, keçilməz, açırımı olmayan, yarğanlı” mənalarını ifadə edir. –as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir”.
Açığı, biz Muxas toponimi barədə bu və ya digər qeydlərlə razılaşmırıq. Fikrimizcə, Muxas toponimi iki qədim türk etnoslarının (“muğ” və “as”) adlarının birləşməsi ilə yaranmışdır. Quruluşca mürəkkəb olub, etnotoponimdir.
Tarixi mənbələr də bu adda etnosların varlığını təsdiq edir. Vaxtı ilə Herоdot özünün “Tarix” əsərində göstərmişdir ki, “...muğlar Kaspi dənizinin cənub-qərbində yaşayan Midiya tayfalarından biridir”. Eramızdan əvvəl X-IX əsrlərdə Midiya şahlığı dövründə muğlar çox böyük nüfuza malik olmuş, ictimai- siyasi, dini hadisələrdə fəal iştirak etmişlər. “Muğ” sözünə “mux” şəklində Gültəkin və Tonyuquq abidələrində də təsadüf olunur.
Avestada da muğlar ən qədim qövm (nəsil) kimi öz təsdiqini tapır. Çox qədimdən inancları Tanrıçılıq olsa da, sonralar az qismi bu inancını saxlamış, bir çoxları məcburi və qeyri-məcburi atəşpərəstliyi, zərdüştliyi qəbul etmişlər. Tədqiqatçılar atəşpərəst muğların ayinlərinin, dini mərasimlərinin ilkin muğamın (musiqi janrı) əlamətlərini özündə əks etdirdiyini də bildirirlər.
Tarıxı sənədlərdə Şərqdə çox böyük, nüfuzlu bir dini təlimin banisi və "Avesta"nin müəllifi Zərdüştün özünün muğ tayfalarının nümayəndəsi olması, Urmiya və ya Zərdüşt şəhərlərinin birindən çıxdığı qeyd edilmişdir.
Sonralar Zərdüşt dinini yayanlar əsasən muğlar olublar. Muğlar "Avesta" kitabında olan ayinləri dünyada təbliğ etmiş və insanları tək Allahlığa ibadət etməyə çağırmışlar. Ona görə də çox vaxt onlara “muğlar - atəşpəstlərdir” deyirlər. “Azərbaycan dilinin izahlı lüğəti”ndə də (“Şərq-qərb”, Bakı-2006, III cild, səh:394) “muğ” sözü isim və tarixi termin kimi farsca “Zərdüşt dininə mənsub adam, atəşpərəst, məcusi (zərdüştlüyə və atəşə sitayiş edən insanlara verilən ad-İ.V.)” kimi izah olunur. Ə.Fərzəlinin qeydinə görə isə, “muğ” (“mux”) “od”, “alov” deməkdir.
Hazırda “muğ”ların adı “Muğan” toponimində və “Muğam” musiqi janrının adında, yer adlarında, şimal-qərb zonasında daha çox işlənən "muğal" (Qaxda bu adda kənd də var- "Qaxmuğal") sözündə, eləcə də haqqında bəhs etdiyimiz “Muxas” kəndinin adının birinci yarısında (ğ→x əvəzlənməsi nəzərə alınmaqla -İ.V.) və s. yaşamaqdadır. (https://anl.az/el/Kitab/2018/05/cd/Azf-302434.pdf)
İndi də “Muxas” oykoniminin ikinci yarısı (“as”) barədə. Faktlar göstərir ki, “as” (“az”) da yer üzündə, o cümlədən Azərbaycanda geniş yayılmış etnoslardan (xalqlardan) birinin adıdır. Ümumiyyətlə, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində as//az komponentini yaşadan etnonimlər çoxdur. Təkcə Asiya, Qafqaz, Azov, Azərbaycan, Astara, Araz kimi qitə, ölkə, şəhər, çay və dəniz adlarındakı “as//az” sözü sübut edir ki, aslar vaxtilə dünyanın qüdrətli xalqlarından olmuşlar. Fikrimizcə, “as” (“az”) sözü güclü, qüdrətli, nəhəng deməkdir. Elə indi də öz aramızda güclü insanlara bəzən "as" demirikmi?!
Azərbaycan adının yaranmasında da bu komponentin iştirakı istisna olunmur. (https://www.anl.az/el/q/qarabag_1/q-9.htm)
Ölkəmizin adının özündə “az”ın olması, həmçinin Vətənimizdə, eləcə də Qərbi və Cənubi Azərbaycan ərazilərində “muğ//mux”la və “as//az”-la başlayan və bitən xeyli toponimin varlığı da həmin etnos və ya tayfaların qədimdən bu regionlarda mövcudluğunu sübut edir, qədim türk tayfalarının bölgədəki izlərini əks etdirir.
Azərbaycanın şimalında da atəşpərəstliyin mövcud olmasına inamsız yanaşanlara isə muğlarla bağlı bu bölgədəki toponimləri (xüsusən “Muğan” toponimini) təkrar xatırladır, soruruq ki, burada indi də oda, atəşə ehtiram göstərilməsinin və odun-ocağın müqəddəs tutulmasının, ona and içilməsinin, ziyarət və qəbiristanlıqlarda od yandırmağın və s. kökü hardan gəlir, izləri hara aparır? Bir də Herodot onu da yazıb ki, Qafqaz dağları arasındakı düzlərdə "müqa" (bəlkə də "muğ") adlı tayfa yaşayırmış.
Görkəmli toponimist V.A.Nikonov “Muğan” yer adını atəşpərəst mənalı muq (“muğ/mux”) sözü ilə əlaqələndirərək göstərirdi ki, atəşpərəstlik dini bir zamanlar Azərbaycanda geniş yayıldığından belə izahat tamamilə mümkündür. Məşhur akademik Ə.Dəmirçizadə də Muğan sözünün “muğ” tayfa (qəbilə) adından yarandığını bildirirdi. B.Budaqov və Q.Qeybullayev də bu fikirlə razılaşırlar. ”O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı” (“Atəşgah məbədi” Dövlət atrix-memarlıq qoruğu). Necə olur; atəşpərəst muğlar buralara gəlir, onlarla oykonimin yaranmasına səbəb olurlar, burda ibadət edirlər, amma atəşpərəstliyi gətirmirlər!? Qədim dövrlərdə zərdüştilərin-atəşpərəstlərin Suraxanı atəşgahını ziyarət etmələri barədə faktlar da heç nə demirmi? Buranı ancaq hindlilər ziyarət etmirdi, axı. 1970-80-cı illərdə mən özüm bunun şahidi olmuşam.
Tarixi mənbələr göstərir ki, hələ qədimdə Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib. Bir də nə isə iddia etmək hələ sübut etmək deyil.
Ona görə də ürəklə deyə bilərik ki, Muxas etnotoponimi də muğ(mux) və as(az) etnoslarının adını yaşadır. Yəni onların adlarının birləşməsi ilə yaranıb. Mənası isə “müqəddəs, güclü od və atəş – atəşpərəst(lər)” deməkdir.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
Füzuli və müasir ədəbiyyatşünaslığımız – Mir Cəlal və Həmid Araslınin xüsusi əməyi
“Ədəbiyyat və incəsənət” portalının dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş məqalələrin dərcini davam etdirir.
Füzuli irsinin öyrәnilmәsi tarix etibarilә çox qәdimdir. Bu dahi söz ustasının ağılları vә ürәklәri heyrәtә salan zәngin yaradıcılığının, sәnәtkarlıq qüdrәtinin tәdqiqinә istәr Qәrbdә, istәrsә də Şәrqdә yüzlәrlә әsәr hәsr edilmişdir. Yüzlәrlә zәka sahibi bu böyük sәnәtkarın qәlәmindәki şeiriyyәtin sirlәrini açmaq üçün düşünmüşdür. Yüzlәrlә ürәk bu könülaçan şeir lalәzarından vәcdә gәlmişdir.
Füzulinin şeir xәzinәsi tükәnmәzdir. Öz xalqının qәlbinә, ruhuna vә varlığına ürәkdәn bağlı olan Füzuli bizim dövrümüzdә özünün hәqiqi vә yüksәk qiymәtini almışdır.
Xalqımızın milli iftixarı olan bu dahi şairin әsәrlәri … dәfәlәrlә vә böyük tirajla nәşr edilmişdir. Füzulini oxucu kütlәsinә tanıtdırmaq, onun şairlik şöhrәtini geniş ölçüdә yaymaq, Füzuli sәnәtinin incәliklәrini izah etmәk işindә Azәrbaycan әdәbiyyatşünaslarının da әmәyi vardır... Başqa klassiklәrimizlә birlikdә, Füzuli yaradıcılığının tәdqiqi xüsusi elmi mәktәb halına düşmüşdür. Onun haqqında dissertasiyalar, monoqrafik kitabçalar vә mәqalәlәr yazılmışdır. Әlbәttә, bu әsәrlәr nәhәng bir sәnәtkarın çoxcәhәtli, rәngarәng yaradıcılığını hәlәlik tamamilә әhatә etmir.
Müasir әdәbiyyatşünaslıqda Füzulinin öyrәnilmәsi, tәdqiqi vә izahı iki istiqamәtdә olmuşdur. Birincisi, onun elmi-tarixi tәdqiqi, digәri isә yaradıcılığının, sәnәtkarlıq xüsusiyyәtlәrinin, poetik görüşlәrinin şәrhi vә izahıdır.
Füzuli irsini ciddi elmi tәdqiqat әsasında öyrәnmәk işindә iki әdәbiyyatşünasın – professor Hәmid Araslı vә professor Mir Cәlalın әmәyini qeyd etmәk lazımdır.
H.Araslının 1939-cu ildә çap olunmuş “Füzuli” kitabçası, “Azәrbaycan әdәbiyyatı tarixi”ndәki (I cild, 1943) “Füzuli” oçerki, Azәrbaycan dilindә ilk “Leyli vә Mәcnun” әsәri, “Yeddi gözәl” vә “Yeddi cam” әsәrinin müqayisәsi, “Füzulinin müәmmaları”, “Füzuli vә vәtәn” vә sair mәqalәlәri Füzulinin әdәbiyyatımızdakı mövqeyini göstәrir, onun tәdqiq tarixinә dair әtraflı mәlumat verir. Bu әsәrlәrdә şairin tәrcümeyi-halı geniş işıqlandırılır, әsәrlәri yığcam halda tәhlil edilir. H.Araslının tәdqiqat әsәrlәri vә mәqalәlәri sovet dövründә Füzuli haqqında düzgün vә әtraflı mәlumat verәn ilk mәxәzdir. Bir istedadlı әdәbiyyatşünas olaraq H.Araslının tәdqiqat üsulunda özünü göstәrәn әsas cәhәt faktları, tarixi hadisәlәri hәqiqәtә uyğun tәrzdә, dürüst vә dәqiq vermәkdir. H.Araslı Füzuli yaradıcılığını tәhlil etmәzdәn әvvәl şairin yaşayıb-yaratdığı dövrü vә bu dövrün mürәkkәb siyasi, tarixi hadisәlәrini elmi dәlillәr әsasında tәhlil edir. Mәlumdur ki, bu, elmdә dәfәlәrlә özünü doğrultmuş әsl tәdqiqat üsuludur. Şairin yaradıcılığını vә hәyata baxışını onun yaşadığı konkret hәyat şәraitindәn, dövrün mühüm ictimai-siyasi faktlarından tәcrid etmәdәn izah etmәk vә bu siyasi-tarixi hadisәlәrә әsaslanıb qiymәtlәndirmәk yeganә vә düzgün üsuldur. Müәllif dә öz tәdqiqatında bu prinsipi әsas götürmüş vә Füzulinin yaşadığı orta әsrin әn mürәkkәb tarixi, siyasi hadisәlәrini izaha çalışmışdır. Daha sonra H.Araslı Füzulini tәdqiq edәn Qәrb vә Şәrq alimlәri üzәrindә dayanır, onların әsәrlәrindә şairә verilәn müxtәlif qiymәtlәrә öz münasibәtini bildirir.
Füzuli poeziyasındakı dәrin lirizmi, fәlsәfi ümumilәşdirmә qüvvәsini vә zәngin forma xüsusiyyәtlәrini düzgün qiymәtlәndirәn görkәmli alim vә şәrqşünaslardan misal gәtirmәklә müәllif, şairin dünya әdәbiyyatı şeirindәki mövqeyini tәyin etmәyә çalışır. Xüsusilә onun ingilis alimi Gibbdәn gәtirdiyi misal Füzuli sәnәtinin ümümdünya әhәmiyyәtini düzgün müәyyәn edir. Gibb yazır: “Füzuli ilhamını bir türk vә ya fars şairinin әsәrlәrindәn deyil, öz könlündәn alırdı. Öz dühasının işığı, izi ilә gedәn Füzuli!.. Sәləflәrin heç birinin aça bilmәdiyi yeni bir yol tapmışdır. O, könül şairi kimi tәk qalmışdır”.
H.Araslı tәdqiqat әsәrlәrindә tarixi-әdәbi faktları tәkrar etmir, eyni zamanda bu faktları elmi bir dillә, bәzәn dә publisistik tәrzdә ifadә edir. O, Füzulinin dil vә üslub xüsusiyyәtlәrindәn danışarkәn, hәr şeydәn әvvәl, bunu nәzәrdә tuturdu: “Öz doğma dilini, bәxtiyar anasının qucağında öyrәnәn Füzuli böyüdükcә o dilin xüsusiyyәtlәrini dәrindәn tәdqiqә başladı. O, tәhsilini artırmağa çalışdı, әrәb vә fars dillәrini incәdәn-incәyә öyrәndi”.
H.Araslının Füzuli haqqındakı bu tәdqiqatında diqqәti cәlb edәn xüsusiyyәtlәrdәn biri dә şairin ayrı-ayrı әsәrlәrinin düzgün elmi tәhlilidir. Müәllif sadәcә olaraq, şairin әsәrlәrinin mövzu, süjet vә ideyasını, sәnәtkarlıq xüsusiyyәtlərini, dil vә üslubunu tәhlil etmәklә kifayәtlәnmir. İlk növbәdә, bu әsәrlәrin yaranması tarixini, özündәn әvvәlki klassik şeirlә әlaqәsini izaha çalışır. Şairin әsәrlәrindә dövrlә, mövcud tarixi şәraitlә bağlı olan cәhәtlәri elmi dәlillәrlә әsaslandırır. Füzuli sәnәtinә qida verәn amillәri; onun konkret hәyat hadisәlәri әsasında yazdığı әsәrlәrindәki fәlsәfi-ictimai mәsәlәlәri, xalq rәvayәtindәn vә hәyatdan gәlәn motivlәri işıqlandırır. Bu cәhәtdәn onun “Azәrbaycan dilindә ilk “Leyli vә Mәcnun” әsәri daha sәciyyәvidir”.
Hәmin mәqalәdә müәllif Şәrqdә vә Şәrq şeirindә geniş yayılmış “Leyli vә Mәcnun” mövzusu üzәrindә dayanır. Bu mövzunun hansı әsaslara görә istәr xalqlar arasında, istәrsә dә klassik Şәrq poeziyasında bu qәdәr geniş yayılmasının sәbәblәrini şәrh edir. Müәllif “Leyli vә Mәcnun” mövzusunda dәyәrli әsәrlәr yaradan Cami, Hatifi, Nәvai, Nizami kimi klassik Şәrq şairlәrinin sәnәtkarlıq mәharәtini, üslub xüsusiyyәtlәrini göstәrir. O, bu mövzunun ilk dәfә әrәb әfsanәsindәn alındığını, daha sonralar yazılı әdәbiyyata keçәrәk yuxarıda adları çәkilәn sәnәtkarlar tәrәfindәn mükәmmәl surәtdә işlәndiyini qeyd edir. Mәqalәdә diqqәti cәlb edәn cәhәt “Leyli vә Mәcnun” mövzusunda әsәr yazan iki şairin – Nizaminin vә Füzulinin sәnәtindәki yaxınlığı, incә bağlılığı izah etmәkdәn ibarәtdir.
Hәqiqәtәn dә, Nizaminin mәşhur “Leyli vә Mәcnun” poemasından sonra bu mövzuda әn qüvvәtlisini yaradan Füzuli olmuşdur. Bu iki böyük Azәrbaycan şairini әsrlәr ayırsa da, onları ruh, fikir vә poetik ustalıq baxımından bir-birinә yaxınlaşdıran vә bağlayan cәhәtlәr daha qüvvәtlidir.
Nizami әnәnәlәri ilә Füzuli şeirinin әlaqәsini, hәr şeydәn әvvәl, bu iki Azәrbaycan şairinin hәyata bağlılığında görәn müәllif, hәr iki sәnәtkarın başqa әsәrlәrindә dә meydana çıxan oxşar cәhәtlәri elmi şәkildә sübut edir. Әlbәttә, müәllifin qeyd etdiyi kimi, hәmin oxşar cәhәtlәr zahiri bәnzәyişlәrdәn ibarәt deyildir. Nizami sәnәti ilә Füzuli yaradıcılığı arasındakı incә yaxınlıq vә bağlılıq qüdrәtli söz demәkdәn, dәrin fikir söylәmәkdәn, şairlik dühasının gücündәn irәli gәlәn müsbәt bir cәhәtdir.
H.Araslı Nizaminin “Yeddi gözәl” poeması ilә Füzulinin “Hәft cam” әsәrlәrindәki fikir, forma vә ideya baxımından bir-birinә yaxın cәhәtlәri araşdırarkәn dә hәmin tәlәbә uyğun olaraq hәrәkәt etmişdir. Hәmin әsәrlәri müqayisә edәrkәn müәllif daha çox bu iki şairin hәyata, cәmiyyәtә, ictimai hadisәlәrә baxışı üzәrindә dayanır, onları fәrqlәndirәn vә birlәşdirәn fәlsәfi nәticәlәri şәrh edir. Bundan başqa, istәr Nizami, istәrsә dә Füzulinin elmi-әdәbi görüşlәrindәki bәnzәyişlәri dә izah edir.
Hәr iki әsәri ayrı-ayrılıqda tәhlil etdikdәn sonra müәllif onları bir-birinә yaxın edәn cәhәtlәri: fәlsәfi istiqamәt, fikir, şeirin quruluşu vә s. izah edir vә bu nәticәyә gәlir ki, “Hәft cam” әsәri kompozisiya etibarilә Nizami tәsirindә olduğu kimi, elmi әsası ilә dә onunla bağlıdır. Lakin Nizaminin poeması çox geniş, xalq nağılları vә tәbiәt tәsviri ilә zәnginlәşdirilmiş, mәrdlik, qәhrәmanlıq, fantaziya genişliyi, hәyat tәsvirlәri ilә böyük bir alәmi әhatә etdiyi halda, Füzulinin әsәri, әsasәn, muğam, saqi vә musiqi mәclislәrindәn qırağa çıxmır. Şairin qoyduğu mütәrәqqi ideyalar ancaq musiqi vә şәrab mәclislәri çәrçivәsindә hәll olunur.
Yalnız “Leyli vә Mәcnun”da yox, ümumiyyәtlә, Füzulinin başqa әsәrlәrinin tәhlilinә hәsr edilmiş mәqalәlәrindә dә H.Araslı böyük şairin yaradıcılığını, görüşlәrini müәyyәn bir sistem halında götürür vә izah edir. “Füzulinin müәmmaları” adlı tәdqiqatı da belә bir elmi axtarışın nәticәsidir.
Mәqalә Füzuli yaradıcılığının incәliklәrinә dәrindәn bәlәd olan, bu yaradıcılığın fәlsәfi köklәrini, parlaq poetik formasını duyan vә dәrk edәn bir alimin istedad vә zәhmәtini nümayiş etdirir.
***
Füzuli sәnәtinin elmi-bәdii şәrhini verәn vә şairin poeziyasını düzgün qiymәtlәndirәn alimlәrimizdәn biri dә Mir Cәlaldır. Әgәr füzulişünas alim kimi H.Araslını daha çox şairin yaradıcılığının elmi-tarixi tәdqiqi maraqlandırmışsa, Mir Cәlal Füzuliyә yaradıcı sәnәtkar kimi yanaşmışdır. Onun “Füzulinin poetik xüsusiyyәtlәri” adlı elmi әsәri dә daxil olmaqla “Füzulinin lirikası”, “Nizami vә Füzuli şeirindә bәzi müqayisәlәr”, ““Rind vә Zahid”dә köhnәliklә yeniliyin mübarizәsi”, “Mәhәbbәt vә sәnәt”, “İnsanlıq fәlsәfәsi” vә sair mәqalәlәri Füzulini düşünәn, duyan vә sevәn hәrarәtli bir yazıçı – alim әmәyinin qiymәtli mәhsullarıdır.
Mir Cәlal bir filoloq kimi ömrünün xeyli hissәsini Azәrbaycan şeirinin, xüsusilә dә Füzuli poeziyasının tәdqiqinә vә tәhlilinә hәsr etmişdir. Bu da tәsadüfi deyildir. Mir Cәlalı hәmişә xalqın mәnәvi lәyaqәtini yüksәkliyә qaldıran, yaradıcılığı vә әdәbi mövqeyi etibarilә şeirimizin klassik mәktәbinә mәnsub olan nümayәndәlәri daha çox maraqlandırmışdır.
Müәllif Füzuli sәnәtinin ecazkar mәnasını, poetik ustalığını vә kamil forma xüsusiyyәtlәrini böyük diqqәt vә sәylә araşdırmış, şairin poeziya alәminә gәtirdiyi yeniliklәri sәlis, yığcam vә aydın bir dillә şәrh edә bilmişdir. Mir Cәlal daha çox Füzulinin hiss vә hәyәcanlarını, arzu vә meyillәrini, fәlsәfi-әxlaqi görüşlәrini ifadә edәn lirikasını, qәzәllәrini tәhlil edib qiymәtlәndirmişdir.
Müәllif, Füzulinin lirikasından danışarkәn onu mәzmun vә ideya istiqamәtinә görә dörd yerә ayırır vә mövzudan asılı olaraq hәmin qәzәllәrin tәhlili üzәrindә әtraflı bәhs açır. Füzulidә aşiqanә qәzәllәr, mәhәbbәt lirikası qüvvәtli olub mühüm yer tutduğuna görә müәllif dә şairin yaradıcılığının ümumi istiqamәtinә uyğun olaraq saf eşqi tәrәnnüm edәn qәzәllәri daha dәqiq vә әtraflı şәkildә tәhlil edir.
Füzulinin mәhәbbәt lirikası könüllәri ovlayan, gözәlliyi vә hәyatı parlaq, bәdii boyalarla rәsm edәn şәffaf bir bulağa bәnzәyir. Böyük şair insanı mәftun edәn, insan qәlbinin әn dәrin guşәlәrindәn qopub gәlәn hisslәri duyur, böyük bәşәri meyillәri yanıqlı bir dillә vәsf edir.
Füzulidәki hiss vә fikirlәr doğma Azәrbaycan dağlarından qopub gәlәn nәhәng şәlalәlәr kimi güclü, ildırım qәdәr parlaq, sәma qәdәr geniş, әngin bir dәrya qәdәr dәrindir. Bununla belә, şair bu rәngarәng hisslәri hәcmcә kiçik qәzәllәrindә böyük ustalıqla, yığcam ifadәlәrlә tәrәnnüm edә bilmişdir. Mir Cәlal Füzuli lirikasının başlıca xüsusiyyәtlәrindәn danışarkәn birinci növbәdә, onun aşiqanә ruhla yazılmış qәzәllәrini nәzәrdә tutur. Çünki qәzәl bir şeir şәkli olaraq Füzuli yaradıcılığının әsasında durur.
Müәllif Füzuliyә qәdәr vә Füzulidәn sonra gәlәn şәrq şairlәrinin yaradıcılığında qәzәl janrının nә kimi mühüm rol oynadığını vә necә inkişaf etdirildiyini maraqlı elmi dәlillәrlә sübut edir. O yazır: “Qәzәl janrı Azәrbaycan әdәbiyyatında Füzuliyә qәdәr uzun bir inkişaf yolu keçmişdir. Böyük Nizaminin, Xәqaninin, Nәsiminin, Xәtainin qәzәllәri bu sahәdә görkәmli nümunәlәrdir. Lakin Hafiz fars әdәbiyyatında, Nәvai özbәk әdәbiyyatında olduğu kimi, Füzuli dә Azәrbaycan әdәbiyyatında qәzәl şeirinin әvәzsiz, dahi sәnәtkarıdır. Füzuliyә qәdәrki şairlәrimizdәn; ondan sonra gәlәn Vaqiflәr, Vidadilәr, Zakirlәr, Seyid Әzimlәr, Bahar Şirvanilәrdәn heç biri Füzuli sәviyyәsindә, Füzuli kimi incә, zәrif, kamil qәzәl yarada bilmәmişdir”.
Qәzәl janrını inkişaf etdirib bu janrda klassik nümunәlәr yaradan Füzuli hәr şeydәn әvvәl, geniş oxucu kütlәlәrini, xalqı düşünmüşdür. Çünki qәzәl vasitәsilә söylәnәn fikirlәr xalq arasında istәr musiqi ilә, istәrsә dә musiqisiz daha tez yayılırdı.
Füzuli qәzәllәrindәki aşiqanә lirik motivlәr, fәlsәfi fikirlәr, nәsihәtamiz әxlaqi görüşlәr dövrün vә hәyatın әn qabaqcıl, mütәrәqqi meyillәri idi. Mәhәbbәt mövzusunda yazılmış parçalarda isә biz insanpәrvәr, nәcib bir şairin zәngin fikir alәmini, hәyatı sevәn vә insan lәyaqәtini hәr şeydәn yüksәk tutan bir şairin könül çırpıntılarını yaxından duyuruq.
Füzuli ürәyinin bütün tellәri ilә varlığa, hәyata bağlı şairdir. Boş, mücәrrәd xәyallar alәmindә üzәn, ayağı torpaqdan üzülәn, yalnız “gözәllik, gözәllik” deyәn romantik şairlәrdәn fәrqli olaraq, mübariz, mәğrur şairdir. Qürur hissi onun aşiqanә ruhlu qәzәllәrindә dә aydın hiss olunur.
Füzulinin tәsvir etdiyi aşiqin kәdәr vә iztirabı sezilsә dә, bu, ruhi zәiflik, düşkünlük әlamәti deyildir. Әksinә, bu, insanı düşündürәn müqәddәs kәdәrdir. Hәm dә bu aşiq yaşamağa, dünyanın gözәlliklәrindәn vә mәnasından zövq almağa çağıran, nikbin, sağlam bir әhval-ruhiyyәli aşiqdir. Belә әhval-ruhiyyә isә Füzuli şeirindәki realizmdәn, hәyata bağlılıqdan irәli gәlir.
Mir Cәlal Füzuli lirikasındakı mәhәbbәtin dәrinliyi vә genişliyini izah edәrkәn, әn çox şairin real insan hisslәrinә vә münasibәtlәrinә әsaslandığını göstәrir. O, Şәrq şeirindә Füzuli qәzәllәrinin tutduğu mövqeyi, bu qәzәllәrin әhәmiyyәtini belә qiymәtlәndirir: “Bütün Yaxın Şәrqdә dastan dedikdә Firdovsi, rübai dedikdә Xәyyam, әxlaqi-didaktik şeir dedikdә Sәdi xatırlandığı kimi, qәzәl dedikdә dә hәr kәsdәn әvvәl Füzuli yada düşür. Eşq, mәhәbbәt mövzusunda hәcmcә xırda, mәnaca böyük әsәrlәr yazan böyük şairin şirin, mәlahәtli sözlәri yalnız Azәrbaycan dilini bilәnlәri deyil, söz sәnәtini başa düşәn bütün oxucuları heyran qoyur”.
Füzulinin sevgisi hәyati olduğu qәdәr dә fәlsәfi mündәricә daşıyır. Onun “aşiq vә mәşuq”, “bülbül vә gül”, “pәrvanә vә şam” obrazları altında irәli sürdüyü fikirlәr, tәrәnnüm etdiyi hisslәr dә mәhdud-intim münasibәtlәrdәn uzaqdır. Böyük şair mәhәbbәtin real mәnası ilә yanaşı, fәlsәfi mәzmununu da açıb göstәrir. Müәllifin çox haqlı olaraq dediyi kimi: “Füzulinin vәsf etdiyi sevgi mәna vә mәzmunca çox yüksәk bir sevgidir. Bu sevgi sәdaqәt, etibar, sәmimiyyәt kimi hәqiqi insani hisslәrlә zәngindir. Bu, qәlbin, insan mәnәviyyatının geniş fәzasında doğan vә insanı yaşamağa, yaratmağa çağıran bir sevgidir”. Ürәk vә ağıl Füzuli sәnәtindә ecazkar bir ustalıqla birlәşdirilmişdir. Ağıl eşqin fәlsәfi-ictimai әsaslarını nümayiş etdirirsә, qәlb bu eşqin tәbiәtindәki qüvvәti, canlılığı büruzә verir.
Mir Cәlal, Füzulinin lirikasını tәhlil edәrkәn şairin ictimai-siyasi fikirlәri üzәrindә dә geniş dayanır vә bu fikirlәrin dövrün, ictimai quruluşun qanunları ilә necә üz-üzә gәlib toqquşduğunu söylәyir. Hәqiqәtәn dә, Füzuli haqsızlığa qarşı cәsarәtli çıxışlar etmişdir. Bu mәnada, Füzuli sәnәti lirik, incә xüsusiyyәtlәri ilә yanaşı, hәm dә qәzәb vә nifrәt poeziyası olmuşdur. Şair öz dövrünün hakim tәbәqәlәrinin rәzil işlәrindәn tәngә gәlmiş, dövlәt mәmurlarının özbaşınalığını, rüşvәtxorluğunu nifrәtlә damğalamış, şahların vә sultanların saraylarında yaşamağı, onlara boyun әymәyi şәninә sığışdırmamışdır.
Füzulinin tәbiәtindәki mәğrurluq onun şeirlәrindә dә aşkar görünür. Qürur motivi Füzuli lirikasında sәciyyәvi bir hal olmuşdur. Çünki “bütün haqsızlıqlara qarşı Füzuli öz qürurunu saxlayır, öz cәbhәsindәn dönmür. O, әsrinin dövlәt adamlarından – qaragüruhdan uzaq durmağı, kәnar gәzmәyi mәslәhәt bilir. Lakin bu, güşәnişinlik, tәrki-dünyalıq deyildir. Bu öz arzu vә ideallarının sәviyyәsindә durmağı, heç bir qüvvәnin tәsirinә alçalmamağı bacarmaqdır”.
“Füzulinin lirikası” mәqalәsindә müәllif şairin lirik şeirlәrinin formasından vә bәdii xüsusiyyәtlәrindәn dә bәhs etmiş, bu şeirin qәlbi vә ruhu oxşayan cәhәtlәri, şairin söz ehtiyatı haqqında maraqlı fikirlәr söylәmişdir.
Füzuli şeirinin dәrin tәhlilini verәn elmi әsәrlәri içәrisindә әn görkәmli yeri “Füzulinin poetik xüsusiyyәtlәri” adlı kitab tutur. Bu әsәr şairin yaradıcılığını, xüsusilә qәzәllәrini elmi şәkildә, bütün incәlik vә xüsusiyyәtlәri ilә tәhlil edәn qiymәtli tәdqiqat işidir. Müәllif hәr şeydәn әvvәl, şairin şeirә baxışını, estetik görüşlәrini dәrindәn izah edir. Kitab beş fәslә bölünmüşdür. Fәsillәrdә şairin lirikası, şeir mәktәbi, bәdii dili, peyzajları vә s. tәhlil olunur. Tәdqiqatçı, Füzuli şeirlәrindәki forma xüsusiyyәtlәrini, bu şeirin mәfkurәvi-ictimai mәnasını, fәlsәfi köklәrini, söz ehtiyatını, tәsvirlәrini, bәdii dilindәki obrazlılığı sәlis, yığcam vә yüksәk elmi bir dillә şәrh etmişdir.
Füzulinin poetikası dedikdә müәllif şairin özündәn әvvәlki klassik irsә münasibәtini, şeirә gәtirdiyi yeniliklәr, lirikasındakı bәdii qüvvәti vә mәntiqi inandırıcılığı nәzәrdә tutur vә tәhlilini dә hәmin istiqamәtdә aparır.
Bütün görkәmli klassiklәrimiz kimi, Füzuli dә öz әsәrlәrindә yeri gәldikcә bәdii yaradıcılığının bir sıra mühüm nәzәri mәsәlәlәrinә toxunmuşdur. Әlbәttә, müәllifin qeyd etdiyi kimi, Füzuli bu xüsusda ayrıca bir elmi әsәr yazmamışdır. Lakin şairin söz sәnәti haqqında, sözün tәsir gücünә dair, elmlә şeirin, bәdii yaradıcılığın vәhdәti, şairin cәmiyyәtdәki mövqeyi, özündәn әvvәl yazıb-yaradan ustadlarına münasibәti vә sair mәsәlәlәrә dair çoxlu qiymәtli, orijinal mülahizәlәri var ki, hәmin mülahizәlәri öyrәnmәk bugünkü әdәbiyyatşünaslıq elmi üçün çox faydalıdır.
Füzuli sözә böyük qiymәt verirdi. Yerindә deyilәn sәrrast vә mәnalı sözü incidәn qiymәtli sayırdı. Şair söz dedikdә obrazlı ifadәni, sәnәti, bәdii fikri nәzәrdә tuturdu. Bu haqda yazdığı “Söz” rәdifli qәzәli xüsusilә maraqlıdır. Füzuli söz sәnәtinә yiyәlәnmәyi böyük mәharәt sayırdı. Yeni, tәsirli vә mәnalı söz deyәn şairi kamil, ağıllı, fәrasәt sahibi kimi yüksәk qiymәtlәndirirdi.
Füzulinin şeir, sәnәt qarşısında qoyduğu mühüm tәlәblәrdәn biri dә elmә, biliyә hәrtәrәfli yiyәlәnmәk idi. Çünki “elmsiz şeir, әsassız divar kimi bir şeydir”. Şairdә istedadla yanaşı, gözәl bәdii zövq, dәrin ağıl, mәntiq vә bilik olmalıdır. Mir Cәlal, Füzuli sәnәtindәn çıxış edәrәk, şairin sәnәtә, elmә vә biliyә verdiyi әhәmiyyәti izah edәrәk deyir: “Füzulinin şeirdә söz sәnәtindәn etdiyi ilk әsas tәlәblәrdәn biri elmdir, bilikdir. Şair gәrәk bilik versin, әsәr gәrәk oxucunu vә dinlәyicini mәlumatlandırsın, onun sәviyyәsini artırsın, onu yüksәltsin. Belәliklә, şeir gәrәk oxucu kütlәlәrini silahlandırsın, tәrbiyәlәndirib hәyata, mübarizәyә hazırlaşdırsın”.
Füzuli öz dövrünün böyük şairi olması ilә yanaşı, hәm dә hәrtәrәfli dünyagörüşünә malik alim – mütәfәkkir idi. Buna görә dә o, şeiri, sәnәti dәrin tәsir gücünә malik, hәyatın vә cәmiyyәtin qarşısında duran vacib mәsәlәlәrә cavab verәn bir mәfkurә silahı kimi yüksәk qiymәtlәndirirdi. Şair hәr bir sәnәt xadimini ilk növbәdә cәmiyyәtә, xalqa arxalanan, hakim tәbәqәlәrlә üz-üzә dayanan vә onlardan qorxmayan mәğrur tәbiәtli görmәk istәyirdi. O, eyni zamanda sәnәtkarın tәvazökar olmasını, öz qәlәm yoldaşlarının sәnәtinә ehtiram bәslәmәsini dә tövsiyә edirdi.
Müәllif Füzulinin sәnәti ilә әdәbi görüşlәrinin eyni bir mәnbәdәn qidalandığını dәqiq vә inandırıcı faktlarla sübut edir.
Füzuli söz sәnәtinә dair söylәdiyi fikirlәrini әyani surәtdә yaradıcılığına tәtbiq edәn sәnәtkar idi. O, qәzәlin geniş yayılmasının sәbәblәrini izah edәrkәn bu formada yazmağın şәrәf vә mәsuliyyәtindәn danışır, qәzәli “hünәr bağının gülü” adlandırır. Çünki qәzәl yazmaq, lirik şeir yazmaq, insan qәlbinin daxili alәminә vaqif olmaq vә onun incәliklәrini duyub ifadә etmәk çox çәtindir. “Qәzalü-qәzәl seydi asan deyildir”. Şairin şairliyi dә, Füzulinin dediyi kimi, insanın ancaq hiss vә hәyәcanlarını nә dәrәcәdә düzgün ifadә elәmәsindә bilinәr.
Bu mәharәtә malik olmayanlar, Füzulinin fikrincә, şeir sәnәtindәn uzaqlaşmalıdırlar. Füzulinin 400 il qabaq dediyi bu fikirlәr bu gün belә doğrudur. Mir Cәlal әsәrindә Füzuli poeziyasının mayasındakı hәyat eşqini – lirika xüsusiyyәtlәrini, şairin bәdii dilindәki incәlik vә obrazlılığı, fikirlәrindәki dәrinlik vә genişliyi, qәzәllәrin şәkli xüsusiyyәtlәrini inandırıcı tәhlil edir.
Mənbə: Məsud Əlioğlu. “Darıxan adamlar”.
Bakı, 2009, səh.266–275
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
“Hər mətn özü boyda bir yoldur” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Cavid Azərbaycan ədəbiyyatının semiotik bütövlüyünü qorudu. Burada “aşağı” var idi, Cavid “yuxarı”nı qurdu.
2.
Azərbaycan ədəbiyyatının bu günə qədər hövlnak (oxu: qorxaqcasına) qaçmağa çalışdığı ən başlıca mövzu, ideya budur: o biri dünyanı görməzliyə vurmaq. Guya o biri dünya yoxdu, məhşər ayağı yoxdu və cavab vermək vaxtı - o müdhiş vaxt heç vədə gəlməyəcək.
3.
“ Bu ağrılar, əzablar
Bizə gəlib dəydilər.
Unuduldu sevilən,
Unuduldu sevəni.
Bu ağacın içində
məni gizlədəydilər,
dost da gəlib baxaydı
tapammayaydı məni.”
4.
Gözəllər gözəli Banuçiçəyin istəkliləri az deyildi. Beyrək, Bayburd hasarının bəyi, Yalançı oğlu, Basat, Uruz...
5.
Ruhunda yol məzmunu daşımayan mətn yoxdur. Hər mətn özü boyda bir yoldur.
6.
Şəkillərdə yeni il balaca uşaq kimi, köhnə il qoca, yaşlı bir adam kimi təsvir edilir. İlin hökmünə bax!..
7.
Hacı Mir Həsən ağa Səyyah: Həyatı tərk eləməyin düz üç yüz otuz altı üsulu var. İnsanlıq onlardan yalnız biri ilə - ölümlə tanışdır.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
“Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin” - Robin Şarmanın uğura yönəldən kəlamları
Könül, “Ədəbiyyat və incəsənət”
Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etməkdəyəm.
Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.
Robin Şarma yazır:
1. Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.
2. Tam yetkin şəxsiyyət olmağın əlaməti - baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.
3. Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.
4. Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.
5. Möcüzəli anların qədrini bil, onlarda çim!
6. Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.
7. Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.
8. Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.
9. Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.
10. Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
“Soyuq Günəş”in yarası: Yarqunatı canlandıran aktrisanın kədəri - MÜSAHİBƏ
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzən elə filmlər olur ki, insanın içinə dərin bir toxunuş buraxır, həyatı və duyğuları sanki aynada göstərir. “Soyuq Günəş” də mənim üçün elə bir film oldu. Hər səhnəsi, hər epizodu insanın qəlbinə işləyir, içində unudulmaz izlər buraxır. Bu film yalnız bir sevgi hekayəsi deyil – o, real həyatın kədərini, ümidini, susqun acılarını və gözləməyin ağırlığını göstərir. Bəzən ekran qarşısında oturub öz həyatımızla paralel vəziyyətləri görürük və ürəyimizdə dərin bir hiss yaranır.
İranə Kərimovanın Yarqunat obrazına verdiyi ruh və hisslər mənim üçün həm təsirli, həm də insanın içini sarsıdan bir təcrübə oldu. "Soyuq Günəş" filmi illər keçsə də tamaşaçıların yaddaşından silinmir. Bu ekran işi təkcə bir sevgi hekayəsi deyil – ayrılığın, susqun kədərin və taleyin içində itib-batan iki gəncin yanğısının hekayəsidir. Filmin hər kadrında gözləməyin ağır nəfəsi, sevginin həm şəfa, həm də cəfa olması hiss olunur. Elə buna görə də insanlar hələ də bu filmi izləyir, yenidən hiss edir və danışırlar. Bu hekayəyə can verən obrazlardan biri də Yarqunatdır. Onun yaşadığı sevgi, çəkdiyi iztirab və içində daşıdığı ümidsiz gözlənti ekran qarşısında minlərlə tamaşaçını ağlatdı. Amma bu yükün ən böyük hissəsini Yarqunatı canlandıran aktrisa İranə Kərimova daşıdı. O, yalnız rol oynamadı- bir qadının illərlə içində saxladığı fəryadı, susduqca böyüyən ağrını və ömrünü gözləməyə sərf edən bir sevginin izini öz ruhunda yaşadı.
İranə Kərimova deyir ki, ssenarini oxuyan ilk an ağlamağa başlayıb. O sevginin ağırlığı, o ayrılığın acısı və bir qadının illərlə darvazaya baxıb “bəlkə bu gün gələr” ümidi onun üçün təkcə bədii mətn olmadı — insanın içini yandıran gerçək bir hekayə kimi təsir etdi. Və həmin anda özünə çox sadə, amma çox ağır bir sual verdi: “Mən bu yükü daşıya biləcəyəmmi?”
Bu müsahibədə İranə Kərimova təkcə çəkiliş prosesindən danışmır. O, Yarqunatın yaşadıqlarını necə içində hiss etdiyini, hansı səhnələrdə özünü itirdiyini və bu rolun onun həyatında necə iz buraxdığını açıq şəkildə bölüşür. Onun sözlərindən aydın olur ki, “Soyuq Günəş” sadəcə bir film deyil- bir çox insanın qəlbində açılıb sağalmayan yara kimi qalan bir hekayədir.
– İranə xanım, filmdə yer almaq təklifini qəbul edərkən ilk nə düşündünüz?
– Mən bu təklifi alanda ilk təəssüratım çox gözəl olmuşdu. Sonradan mənə ssenari göndərdilər. Ssenarini oxuyarkən çox təsirlənmişdim, kədərlənmişdim. Mən çox duygusal insan olduğum üçün bu mənə çox pis təsir etmişdi və tərəddüdə düşdüm ki, “görəsən mən bu ağırlıqda yükü daşıya bilərəmmi? Aktrisa olaraq yox, insan olaraq bu yükü içimdə daşıyıb, bunu insanlara çatdıra bilərəmmi?” – deyə özümə o sualı verdim. Amma təbii ki, bu əsərin altında qaldığım ilk hisslər idi. Sonradan özümü toparladım. Düşündüm ki, bu təklif və əsər çox gözəldir. Əgər mən bu filmə çəkilsəm, bu bir tarix olar deyə fikirləşdim. Çünki bu Azərbaycan aktyorları ilə çəkilmiş ilk ləzgi filmi idi. Ona görə də bu təklifi böyük bir məmnuniyyətlə qəbul etdim.
– İranə xanım, obrazı canlandırarkən yaşadığınız sevgi və itkini özünüzdə necə hiss etdiniz?
– Mən hər kəsə Yargunatın yaşadığı kimi təmiz və ülvi sevgini yaşamağı arzulayıram. Amma təbii ki, sonu belə bitməmək şərtilə. Yargunatı daha çox kənardan müşahidə edirdim. O obrazı canlandıra-canlandıra onun yaşadığı hissləri, itkini, o üzüntünü, illər yaşadığı Yarmətə olan özləmi, onsuz qaldığı anları gözümün qarşısında təsəvvür edirdim. Bütün bunları sadəcə filmdə yox, filmdən kənarda olan hekayə kimi canlandırmağa çalışırdım ki, bu illər ərzində bu qadın nələr çəkib, hansı əzablarla öz oğlunu böyüdüb, hər gün gözü qapıda qalıb, Yarməti gözləyib. Bunları gözümün qarşısında canlandırmağım çəkiliş zamanı mənə çox kömək olurdu.
– O zamanlar 20 yaşınız var idi və bu ilk böyük ekran işiniz idi. Bu məsuliyyəti necə qarşıladınız?
– O zamanlar 20 yaşım var idi və bu ilk böyük ekran işim, ilk baş rolum idi. Böyük bir məsuliyyət keçirirdim. Yarqunatın yeri hazırda mənim üçün başqadır. Çünki mən heç vaxt düşünə bilməzdim ki, bu film mənə bu qədər uğur gətirə bilər,tamaşaçı sevgisi gətirə bilər. İnsanlar mənə öz sevgi hekayələrini indiyədək yazırlar. Bəzən məsləhət alırlar. Filmin çəkilişindən illər keçsə də insanlar hələ də izləyirlər. Bu çox qürurverici bir şeydir. Deməli, bizim gördüyümüz işin bir nəticəsi oldu. Bu sadəcə məşhurluq xatirinə çəkilmiş və kənara qoyulmuş bir film olmadı. Bu film insanların qəlbinə toxuna bildi. İnsanların həyatında nəyinsə dəyişməsi üçün müsbət bir rol oynadı.
– “Soyuq Günəş” filmindəki ən çətin səhnə sizin üçün nə oldu?
– Mənim üçün ən çətin səhnə Yarqunatın Sona ilə olan bir dialoqu idi. Hansı ki, mənim ilk çəkiliş günüm idi və mən ilk dəfə idi ki, belə çətin bir səhnə ilə qarşılaşmışdım. Bilmirdim bacaracam, yoxsa bacarmayacam. O duyğulu səhnələrdə ağlamaq lazımdır, tamaşaçını həmçinin ağlatmaq lazımdır. O səhnədə rejissorlarımızın mənə böyük köməyi oldu. Rejissor mənə bir hekayə danışdı və məni o hekayəyə saldı və mən o səhnəni canlandırmağı bacardım. Heç bir aktyor səhnədə özünü izləyərkən özünü bəyənmir. Mənim də özümü bəyənmədiyim səhnələr çoxdur. Düşünmüşəm: “Kaş daha yaxşı oynayardım”, “Kaş ki, burada bir az fərqli edə bilərdim”. Sırf Sona ilə olan səhnə isə mənim ürəyimcə idi. Ən çətinlik çəkdiyim səhnə də o oldu.
Oktyabr ayının sonları olduğuna görə bizə bəzən hava şəraiti mane olurdu. Filmi Qusar rayonunun Yarqun kəndində çəkmişik və oktyabr ayı orada sanki qış idi. Biz isə filmdə yayı nazik geyimlərlə canlandırırdıq. Hər kəs bu filmi Yarqunatla Yarməti o qədər sevmişdi ki, düşünürəm ki, ona görə film bu qədər uğurlu alındı.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
Şəhid Cavid Cəfərovun doğum günü ilə əlaqədar anım tədbiri təşkil olunub
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin kollektivi şəhid qəhrəmanımız Cavid Cəfərovun doğum günü ilə əlaqədar dərin ehtiramla anım tədbiri təşkil edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Cavid Cəfərovun həyat və döyüş yolundan bəhs edən film nümayiş olunub.
Tədbirin təşkilatçısı, 1 “c” sinifinin müəllimi Arzu Şərifova çıxışında bu günün əhəmiyyətindən danışaraq bildirib ki, uşaqlara Vətən sevgisinin və dövlətə sədaqətin aşılanması onun müəllimlik fəaliyyətinin əsas istiqamətlərindəndir.
Daha sonra şagirdlər şəhidlər və Vətən mövzusunda şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Kiçik yaşlı məktəblilərin təqdim etdiyi səhnəciklər şəhidlərimizin xatirəsinə olan ehtiramın və vətənpərvərlik duyğusunun bir daha təcəssümünə çevrilib.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
Vaqif Səmədoğlu, “Rus çarının tankları”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.
VAQİF SƏMƏDOĞLU. “RUS ÇARININ TANKLARI”
Sən bəlkə də sevinərdin
Baxıb dənizə sarı
Axı yuxuna girməzdi
Rus çarının tankları.
Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı.
Bu şeiri mən 1968-ci ildə, Sovet ordusu Çexoslovakiyaya girəndə Füzuliyə həsr etmişəm. Səhv eləmirəmsə, o vaxt Füzuli gecəsi keçirilirdi. İşə bax, üstündən iyirmi il keçəndən sonra sovet tankları Bakıya girdi. Göz yaşları içində Anara zəng vurdum. Dəstəyi həyat yoldaşı götürdü. “Axı yuxuna girməzdi rus çarının tankları”, – dedim telefonda, Zemfira xanım da kövrəldi. Müdriklər düz deyib ki, tarix təkrar olunur.
(“Azərbaycan” jurnalı, 1996)
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
“Biri ikisində” Şahanə Müşfiqin essesi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şahanə Müşfiqin Zemfira Məhərrəmlinin yaradıcılığına həsr edilmiş essesi təqdim edilir.
ŞAHANƏ MÜŞFİQ
SÖZÜN İŞIĞINDA – ZEMFİRA MƏHƏRRƏMLİNİN YARADICILIQ DÜNYASI
Fikrimcə, insan ömrü təkcə yaşanan illərlə deyil, söylədiyi sözlərin, ortaya qoyduğu fikirlərin, əməllərinin çəkisi ilə ölçülür. Zaman keçdikcə hadisələr unudulur, amma vicdanla qələmə alınmış bir sətir illərin tozuna təslim olmur. Azərbaycan ədəbiyyatının və publisistikasının tanınmış imzalarından olan Zemfira Məhərrəmli də bu “unudulmayan sətirlər”in müəlliflərindəndir. Onun yazılarını oxuyanda hiss edirsən ki, bu sətirlər informasiya çatdırmaq üçün deyil, insanı oyatmaq, onu düşündürmək, mühüm ictimai problemlərə diqqət çəkmək üçün yazılıb.
Zemfira Məhərrəmlinin publisistikası həm ağılın səsi, həm də ürəyin çağırışı dır. Onun yazılarında məhkəmə baxışı ilə qadın zərifliyinin, analıq duyğusu ilə vicdan mühakiməsinin, vətən ağrısı ilə bəşəri düşüncələrin bir nöqtədə birləşdiyini görürsən. Bu harmoniyanı təkcə yaxşı yazıçı, jurnalist yox, min bir duyğunu öz könül süzgəcindən keçirməyi bacaran, yazdıqlarını həm də öz daxilində yaşayan bir qələm sahibi qura bilər.
Publisistikanın dəyəri, yazının arxasındakı vicdanla ölçülür. Zemfira Məhərrəmli bu baxımdan “sözün vicdanını qoruyan” müəlliflərdəndir. Onun yazılarında sadəcə hadisə deyil, bütöv bir insan taleyi var. O, bir cəbhə döyüşçüsünü də, bir müəllimi də, bir gənci də eyni qayğı ilə yazır, eyni sevgi ilə əzizləyir. Çünki bilir ki, hər insan öz hekayəsinin qəhrəmanıdır.
Zemfira xanımın məqalə və hekayələrində oxucu təkcə “müəllif baxışı” ilə deyil, həm də müəllifin ürəyi ilə qarşılaşır. O bunun üçün xüsusi olaraq heç nə etmir, sadəcə yazdıqlarını yaşayır. Onun yaradıcılığında ən çox qarşılaşdığımız mövzular olan Qarabağ müharibəsi, şəhidlər, bir zamanlar işğal altında olan, indi isə 5 ildir azadlığı ilə xoşbəxt olduğumuz torpaqlara həsr olunmuş bütün məqalə və hekayələrinin sətirləri arasından bir qadın səsi duyulur. O səs ağrıyır, o səs hıçqırır, o səs sevinir, o səs inanır… Zemfira xanım həyatda necə sakit, sadə, təvazökardırsa, əsərlərində də eyni sadəlikdədir. O, heç zaman pafosa qaçmır. Onun vətənpərvərliyi təntənəli ritorika deyil, sakit, amma sarsılmaz, son dərəcə qətiyyətli bir inamdır.
Zemfira Məhərrəmliyə görə, Vətən təkcə torpaq deyil, həm də yaddaşdır. Bu düşüncə onun bütün yaradıcılığının bünövrəsidir. O, öz qələmi ilə insanlara həm şəxsi, həm də milli yaddaşı xatırladır.
Zemfira Məhərrəmli elə yaradıcılığının ilk illərindəncə klassik mənada “xəbər” jurnalistikasından çıxaraq emosional və analitik publisistikaya keçid edib. Bu keçid həm onun həyat təcrübəsindən, həm də içindəki yazıçı duyumundan qaynaqlanır.
Onun yazılarında sözlə həyat arasında məsafə yoxdur. Onun publisistik məqalələri belə özünün bədii yükü, poetik çalarları ilə hekayə təsiri bağışlayır. Burada bədii boyalar o qədər təbii tətbiq olunur ki, oxucu publisistik yazı oxuduğunu unudur, özünü hekayəvari mistikanın içərisində tapır. Onun yazılarının içində həm ədəbi zövq, həm yüksək səviyyəli analitika, həm də humanist bir baxış olur. Bu da onu bir çox həmkarlarından fərqləndirən, “Zemfira Məhərrəmli” imzasını özəl edən xüsusiyyətlərdən başlıcasıdır.
Zemfira xanım həm Azərbaycan ədəbiyyatında, həm də jurnalistikasında qadının gücünə sahib olan, bu gücü illərdir yaşadan və sübut edən simalardandır. Bəli, o bir qadın kimi zərifdir, amma əsla zəif deyil. Əksinə, o, qələmi ilə çox kişilərdən daha güclü, daha qüdrətlidir.
Onun mövzuları çox zaman kişilərin sərt, rasionallığa söykənən publisistik dünyasından üstündür. O, hadisələrə “xaricdən” baxmır, hadisənin içindən yazır. Əsgərin anası kimi, tələbənin müəllimi kimi, bir vətən qızı kimi…
Bu üslub həm də onun yaradıcılığına ruhi bir poetika qazandırır. O, oxucunu inandırmaq üçün deyil, hiss etmək və hiss etdirmək üçün yazır. O yazır ki, oxucu o hekayədəki qəhrəmanların ağrılarını hiss etsin, hətta bəzən öz ağrılarını orada görərək təsəlli tapsın, ondan çıxmaq yollarını görsün. O yazır ki, oxucu bu keşməkeşli, qaçaqaçlı həyatda bir anlıq ayaq saxladığı o hekayə sayəsində bir hovur nəfəs alsın, düşünməyə zaman qazansın. Bəlkə də onun hekayələrini daha qüvvətli, daha oxunaqlı və daha təsirli edən əsas məqam da məhz budur.
Zemfira xanımın bədii üslubunun ən xarakterik xüsusiyyəti, fikrimcə, sakitlikdir. Onun mətnlərində “qışqıran” cümlələr yoxdur. Hər şey sakit, amma dərindən gəlir. Bu, bəlkə də illərin təcrübəsindən, jurnalistikanın səs-küylü dünyasında “sükutun dəyərini” anlamasından doğur.
Bəzən onun fərqli mətləbləri ələ alan hekayəsi çox sadə bir sonluqla bitir. İlk oxuyanda elə bilirsən ki, hətta cümlə tamamlanmayıb, nəsə yarımçıq qalıb. Amma sonra düşünəndə görürsən ki, əslində, o sadəliyin arxasında çox böyük mənalar gizlənib. Yazıçı demək istədiklərini yazıb, yazmadıqlarını isə oxucunun ixtiyarına buraxıb, “bundan sonrasını sən yaz!” – deyərcəsinə. Burada başlayır oxucunun oxuduğunu, həyatı və özünü sorğulaması. Yəni, xanım yazar bununla bir növ oxucusunu düşünməyə vadar edir.
Onun hekayələrində emosiya təmkinlə birləşir. O, ağrını romantikləşdirmir, amma gizlətmir də. Bəlkə də bu tarazlıq Zemfira Məhərrəmlinin həm jurnalist, həm yazıçı, həm də düşünən insan kimi bütünləşmiş xarakterindən irəli gəlir.
Onun yaradıcılığında əsas mövzular insanın mənəvi durumu, insan dəyərləri və zamanın ədalətsizliyi səviyyəsində cəmlənir. O, təkcə hadisəni təsvir etməklə kifayətlənmir, həm də zamanın, dövrün ruhunu çəkir.
Zemfira xanım öz qələmi ilə nə qədər mülayim, həssas olsa da, ədalətsizliyə, biganəliyə, riyakarlığa qarşı nifrətini də gizlətmir. Bu yerdə onun qələminin sərtliyi, tənqidinin amansızlığı üzə çıxır. O, bir yazıçı kimi cəmiyyətin nöqsanlarına ən güclü silahla- sözlə reaksiya verir. Bu, təkcə məsuliyyəti deyil, hər şeydən öncə mənəvi vətəndaşlıq hüququdur.
Zemfira xanımın ən çox müraciət etdiyi mövzulardan biri Qarabağ müharibəsi və qadın taleyidir. Çox zaman bu iki mövzu bir nöqtədə birləşib, ədəbiyyatımıza əvəzsiz əsərlər təqdim edib. Məsələn, onun "Qarabağ müharibəsi: zərif talelər" kitabı bu mənada çox dəyərli və cəmiyyətdə olduqca müsbət reaksiyalar doğuran əsəri oldu.
Əslində, Zemfira Məhərrəmli Qarabağ müharibəsində evini, yurdunu, isti ocağını atıb, uşaq sayıla biləcək yaşda cəbhəyə yollanan, uzun saçlarını bir yerə yığıb əsgər papaqlarının altında gizlədən, kişilərlə çiyin-çiyinə vətəninin müdafiəsinə qalxan qızlarımız haqqında bir çox kitabın müəllifidir. Onun "Qarabağ müharibəsi: zərif talelər" kitabında da həmin qızlardan, qadınlardan bəzilərinin müharibə həyatı, döyüş yolu, çəkdiyi ağrılar sənədli hekayələr və portret yazılar şəklində öz əksini tapıb. Onlar arasında sıravi əsgər, tibb bacısı, kəşfiyyatçı, tankçı, snayper, jurnalist və başqa xidməti vəzifələrini yerinə yetirərək Qarabağ müharibəsində önəmli rol oynamış minlərlə qızlarımız, qadınlarımız var. Zemfira Məhərrəmli bu yazıları ilə həkim Gültəkin, rabitə komandiri Gülbar, sıravi döyüşçülər Kəmalə, Xanımzər, Aliyə, Gülpəri, Diləfruz, Sədaqət, Nurcahan, Cəvahir, Rahilə, Könül, Nərminə, kəşfiyyatçı Səadət, Növrəstə, snayper Kəmalə, tankçı Şirin, cərrahiyyə üzrə tibb bacıları Məleykə, Rada, Tərlan, Sevda, Rüxsarə və onlarca başqaları haqqında söz açmaqla Azərbaycan qadınının mətanətini, vüqarını, cəsurluğunu, qorxmazlığını, Vətənə, millətə sədaqətini həm gənc nəslə, həm də gələcək nəslə çatdırmaq yönündə ciddi iş görür.
Onun son illər yaradıcılığı isə yenə də Qarabağa, Azərbaycanımızın haqq mücadiləsinə həsr olunub. Amma bu yazılarda artıq Zəfər sevinci, qələbə ətri var. Onun “Zəfər yolçuları” kitabı taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Bu kitabda işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, eləcə də hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Ən yaxın keçmişimizdə baş verən bu hadisələr ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur dolu tariximiz oxucu yaddaşına ötürülür.
“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, işğalçıların törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin, eləcə də bütöv xalqımızın bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, igid qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.
Zemfira Məhərrəmli bu kitabda müharibəni qəhrəmanlıq salnaməsi kimi yox, insanlıq imtahanı kimi təqdim edir. Hər bir şəhidin hekayəsində həm ağrı, həm də ucalıq var. O, qəhrəmanları yalnız medalla deyil, həm də ruh təmizliyi ilə tanıdır. Bu yanaşma onun əsərlərini digər müharibə mövzulu yazılardan fərqləndirən əsas xüsusiyyətdir. Çünki o, hadisələrə təkcə ağrı və ya sevinclə yox, ən başlıcası vicdanla yanaşır, özünün vicdan tərəzisində ölçür. Onun üçün Zəfər yalnız düşmənə qalib gəlmək deyil, ən başlıcası, insanlığını itirmədən qala bilməkdir.
Zemfira Məhərrəmli yaradıcılığının əsas prinsipi milli dəyərlərin, mənəvi təmizliyin və insan hüquqlarının qorunmasıdır. O, qələmi ilə sadə camaatın, şəhid ailəsinin, qazinin, hüquqları tapdanan qadınların, eləcə də bir xalqın səsi olmağı bacaran yazıçıdır. Onun üçün yazı masası bir “mövqe tribunası”dır. O, bu tribunada heç vaxt populizmə uymur, dəyər və məsuliyyət anlayışlarını ciddi cəhdlə qoruyur.
Bu ilə Zemfira xanım öz yubiley yaşını qeyd edir. Əminliklə deyə bilərəm ki, bu yubiley yalnız illərin hesabatı deyil, yazılmamış sətirlərin başlanğıcıdır. Çünki o, hələ də düşünür, yazır, oxucularla, xüsusən, gənclərlə görüşür, onları dinləyir və yeni mövzular axtarır.
Zemfira xanım o nadir imzalardandır ki, özünü təkrarlamadan illər boyu aktual qala bilib. Onun səsi bu gün də eyni həssaslıqla, eyni hünərlə, eyni cəsarətlə və eyni həvəslə eşidilir. O, yorulmadan, usanmadan, əksinə, hər gün bir az daha həvəsli, enerji ilə yazır, yaradır və bu yazıların arxasında yenə də illərin təcrübəsi, vicdanın səsi və bir qadın qəlbinin zərifliyi dayanır.
Onu bu gün də belə enerji ilə, ruhla, həvəslə yazmağa vadar edən əsas qüvvə isə sözə olan inamıdır. O, hələ də yazının gücünə inanır, bir sətrin, bir cümlənin bütöv bir dövrü, böyük bir cəmiyyəti dəyişə biləcəyinə ümidini itirmir. O, əmindir ki, vicdandan doğan, qəlbdən süzülən söz heç zaman köhnəlmir.
Hörməti yazıçımız, Əməkdar jurnalist, ictimai xadim Zemfira Məhərrəmlini yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, bitməz enerji və daha böyük yaradıcılıq uğurları arzu edirəm!
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
“Tarixin ağ ləkələri” - Məsuliyətsizlik və dəhşətli qəza
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Tarixin ağ ləkələri” rubrikasında bu dəfə yaxın tariximzdə - 30 il əvvəl baş vermiş və uzun müddət təfsilatı və səbəbləri gizli qalan bir təyyarə qəzası barədə danışacağam.
5 dekabr 1995-ci il Naxçıvandan Bakıya uçan “Tu-134” təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayır.
Hələ noyabrın 20-də təyyarənin heyəti jurnalda belə bir qeyd etmişdi: “Kondisioner sistemini yandıranda yağ yanığının qoxusu gəlir”. Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Qoxu haqqında qeyd noyabrın 27-də təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram vuraraq nümayəndə göndərmələrini istəyirlər. Təyyarənin istismarı isə davam edir.
Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə geriyə dönmək üçün Naxçıvan-Bakı marşrutu üzrə havaya qalxır. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır, gücü aşağı düşür. Bort mühəndisi isə tələsik qərar verərək sağ mühərrikin sıradan çıxdığını kapitana xəbər verir. Bir neçə saniyə sonra sol mühərrikdən alov çıxır. Bort mühəndisin yanlış məlumatına əsaslanan kapitan isə sağ mühərrikin söndürülməsini əmr edir. Beləliklə, təyyarə tamamilə gücünü ititrir. Təyyarənin aşağı düşdüyünü, uçuş istiqamətində isə yaşayış evlərinin olduğunu görən kapitan təyyarəni kəskin döndərməli olur. Bu da onun maililiyini xeyli artırır və əkin sahəsinə planlaşdırılan enişini xeyli çətinləşdirir. Nəticədə, yerə birinci olaraq təyyarənin “qarnı” deyil, sol qanad toxunur. Fırlanaraq böyrü ilə hərəkət etməyə başlayan “Tu-134” beton elektrik dirəyinə çırpılır və dayanır. Qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 52 nəfər həlak olur. 30 nəfər müxtəlif xəsarətlər alsa da, sağ qalır. Möcüzə nəticəsində yanğın baş vermir, yoxsa qurtulan yəqin ki, olmazdı.
Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən dəhşətli aviaqəza sayılır.
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)
Şərqdə peşəkar musiqi təhsili alan ilk qadın-bəstəkar
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şagird ol, mən müəllim.
Bir de görüm “A”,
Ey gözəl kukla!
Yoxsa səninlə danışmaram, a!
Atam almış mənimçün,
Rəngli qələm və dəftər.
Gözəl-gözəl şəkillər.
Nə tənbəl qızsan,
Niyə dinmirsən?
Öyrənmişəm bacımdan,
Alacağam hər zaman.
İncimə, kuklam,
Alırsan “iki”!
Uşaqlığımızda bu mahnını hər birimiz oxumuşuq. Sonradan bilmişik ki, onun bəstəçisi Ağabacı Rzayeva adlı bir xanımdır...
Azərbaycan SSR əməkdar incəsənət xadimi Ağabacı Rzayeva15 dekabr 1912-ciildə Bakıdaanadanolub. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik edib.
Ağabacı xanımnot çalğısı üzrə bəstəkarSəidRüstəmovdan, muğam üzrə isə Mirzə MənsurMənsurovdandərsalıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alıb. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunub, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili alan ilk qadın-bəstəkardır.
Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılan "Vətənpərvərlik Marşı" olub. O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələyib. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunub ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.)
O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilib, 1963-cü ildə isə Ali Sovetin deputatı olub.
Mahnıları
1. Ad günü, İynə, Sarı limon, Sənət məktəbi - sözləri Tofiq Mütəllibov
2. Bağçamız, Balaca kapitan, Bizim gəmi, Buzov, Dostluq qatarı, Kukla — Sözləri: Cahangir Məmmədov
3. Bizim Bakı metrosu — Sözləri: Hikmət Ziya
4. Gəl, gəl, a yaz günləri — sözləri: Mirzə Ələkbər Sabir
5. Ağ göyərçinim
6. Ay nəğməsi
7. Ay yaxası güllü qız
8. Bahar oldu (romans, Nəsimi)
9. Balaca sürücü
10. Çoban qara
11. Dəcəl buzovum
12. Dilbərim
13. Durna qatarlı qızlar
14. Dünyanın gözəlliyi
15. Gözlərin
16. Gözləyir bizi
17. Gözləyirəm, sevgilim!..
18. Qaranquş
19. Qərənfiləm mən
20. Qızıl ulduzlu oğlan
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)
- "Şərəf nişanı" ordeni
5 iyul 1975-ci ildə Bakıda vəfat edən bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


