Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Hüseyn Səlahlının “Tam olaraq sənin getdiyin gün...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Hüseyn Səlahlıdır.
Hüseyn Səlahlı
Təbriz
IV
Boğanın ərimiş buynuzu adına
Dünyam balina dalında sakin bir qayıq
Və mən, məməsiz körpələr kimi
özümü onun qucağına atmışdım.
Çılpaq, şıltaq edirdim.
Göz gördüyü qədər dəniz ilə çaxır kəsişirdi.
Dəniz öz içində bir şeylər yaşayır.
Dalğalar bir-birlərinə yaxınlaşırlar. Əlbəttə ki, sənin mənə baxdığın ən son dəqiqələrdə
Qaşların kimi.
Bir masa, iki bardaq, biri boş.
Bir masa, iki səndəl, üç adam, biri yuxuda.
Bardağı doldurub masaya çırpıram.
Bardaq titrəyir, masa titrəyir.
İçirəm,
Bir titrəyiş..., iki titrə..., üç.
Bardağın düzündə limanda Meduza.
Mənə baxır.
Gözlərimin qayıq üstündə
Düsməsindən ayaqlarına baxıram və daş olur.
Bir bardaq ona töküb çağırıram.
Baxır, bardağın əyri yansımasından ürəyimə.
Bir titrəyiş daha.
Bardağımda limanı boğuram.
Bir boş səndəl artıqla
Tam olaraq sənin getdiyin gün...
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
PA - Uğur barədə söylənilən dəyərli fikirlər
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.
Ç.Marden
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.
J.Kopp
Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.
M.Qandi
Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
J.Labrüer
İrəli getmək gözləməkdən yaxşıdır.
M.K.Atatürk
İrəlini görməyən yerində sayır.
R.Beyker
Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.
Budda
«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.
A.Düma
Uğur sağlam düşüncəli insanları sevir.
Evripid
Düşünürəm ki, yadınızda yaxşı qalsın deyə bu gün üçün 10 aforizm bəsinizdir. Davamı da sabah olacaq.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Nekrasov həqiqətən də böyük yazıçı olub
Könül, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatın, xüsusən yaxşı ədəbiyyatın milli mənsubiyyəti olmur. Onu hər bir zamanda dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir kəs sevərək oxuyur.
Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan Nikolay Alekseyeviç Nekrasov barədə danışacağam bu gün. Bir rus yazıçısı barədə.
Bu gün onun anadan olmasının 203-cü ildönümüdür.
Nekrasov 1821-ci ilin 10 dekabrında Rusiyanın Podolsk quberniyasında mülkədar ailəsində anadan olub. 1832-ci ildə gimnaziyada oxuyarkən ilk şeirini yazıb. Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olub, 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr edib.
1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, qırmızı burun”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb.
Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olub.. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. Belə ki, o, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib.
Nikolay Nekrasov 1878-ci il yanvar ayının 8-də vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“Gelişine değil gidişine” - Burhan Sami Benli
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Gelişine değil gidişine”
Burhan Sami Benli
Yüzümü, yine gökyüzüne çevirdim; uzak yıldızlara, görkemli, ama bulanık ışıkların titrediği o büyük yalnızlığa. Gözlerimi kapattım karanlığın üzerine. Büyük bir özlemle ve derin bir iç çekişle kapadım gözlerimi. Ilık bir rüzgar saçlarının kokusunu taşır gibi, okşadı gözkapaklarımı. Gökyüzüyle ben, büyük bir yalnızlığı birlikte taşıdık dağ başlarındaki sislerin içine.
İçerimde bir büyük his yumrusu, nasıl anlatılabilir; karnımdan göğüs boşluğuma dek uzanan ve sanki sonra boğazıma yürüyen, sonra orada kördüğümlere bezenip yüreğime tüm ağırlığı ve pervasızlığı ile oturup kalan. Sanki bedenimi ağırlaştırarak toprağa yaklaştıran, ayaklarımdan sımsıkı köklerle tutunan oraya. Ve rüzgar, pencerenin kıvrımlarından tenime sürtünerek daha da ağırlaştıran hislerimi. Çiçek kokusu, şehir gürültüsü, yol sesi, hafif bir türkü ve her şey- bu ağır hissi daha da ağırlaştıran.
Nereye gitsem, hangi caddeye çıksam, hangi uzaklığa baksam yine de bu şehir, sensizliği çevreleyen bir duvar gibi duruyor karşımda. Her şey bu şehirde, bütün lambalar, bütün kaldırımlar, bütün yollarıyla, bütün iyilikleriyle ve bütün olmayan yürekleriyle insanlar, bu duvarın ardına çekilmiş gibi seninle. Rüzgar bile uzun soluklu esemiyordu şehirde bu duvardan ötürü. Sensizliği hatırlatan her dokunuşta her hareket kayboluyor gibi. Bu sensizlik, bozkırdan alışık olduğum düzlüklere bile benzemiyor hiç.
İçim, özlemle üşüdü. Dilim kördüğüm, bacaklarım titrek, gözlerim çivilenmiş gibiyken, teninin kokusunu anımsatan bir kokuyla sarsıldım yeniden. Elim boş... Boş elim, boşluğa uzandı. Siyahlar içinde yanıyormuş gibi gördüğüm bir çift ateşe baktım gözlerimi kısarak. Başımı yana eğdim biraz. Boynunun aya benzeyen kıvrımında gezindim biraz. Bembeyaz ülkene daldım, ben sevdikçe renklere büründün; maviye, pembeye, turuncuya, laciverte büründü bedenin. Ben bir yağmur gibi yağdım sana, mağlup, ama coşkulu, uzak, ama yakın, ışıklı, ama sessiz. Şimdiyse hasretin, üzerine su dökülmüş bir kor, uçurumdan yuvarlanan bir koca taş gibi geldi üzerime.
Sensizlik insan kılığında bir dağ gibi. Bir ses aradım orada içimdeki ateşe dinletecek. Elime değecek bir tutam saç aradım. Üşümüş yerlerine bir candan dokunuş, bakışını hak edecek bir çift söz sevgiye bezenmiş. Onca arayıştan sonra anladım ki, yokluk da, sensizlik de, uzaklık da aşk varsa katlanılırdı, hatta güzeldi ve hatta kolaydı.
Bu adam sensizliği unuttu, yokluğunu unuttu, bir çırpıda, yıldırım gibi bir öpücükle gidişini de unuttu. Acılarını, gelişinin haberiyle yıkayıp, evini, yurdunu, canını yani seni istedi; hırsla, hüzünle biraz ve umutla çokça istedi seni. Bu adam saatine baka baka, her nefesinde daha da ağırlaşa-ağırlaşa, her arayışında daha da fazla öğrenerek katlanmayı, büyüterek bekledi sevgisini, seni.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Məqsəd təlim prosesinin peşəkar səviyyədə qurulmasıdır
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Azərbaycan Respublikasının görkəmli bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki şəhər uşaq musiqi və incəsənət məktəblərində tar və kamança ixtisasları üzrə ustad dərslərinə start verilib.
Ustad dərsləri Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metdiki və İxtisasartırma Mərkəzi tərəfindən 10.12.2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi məktəbində başlayıb.
2024-cü il üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində keçirilən ustad dərslərinin məqsədi, musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllim və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasının təmin edilməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsidir.
Qeyd edək ki, ustad dərsləri Şəki şəhərində bir neçə gün davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək
Dekabrın 20-dən 24-dək IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival nazirliyin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçiriləcək.
Bu layihə çərçivəsində bir çox tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu sıraya Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin iştirakı ilə konsert və elmi seminar, Xalq artisti Şahlar Quliyevin xatirəsinə həsr olunmuş konsert, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti, Kamera musiqisi axşamı, Rus bəstəkarlarının ariya və romanslarından ibarət gecə daxildir.
Festivalın bağlanış mərasimi dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Tədbir Azərbaycan vokal sənətinin parlaq simalarını bir araya gətirəcək.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“ASAN xidmət” ölkə üzrə növbəti ilkə imza atıb!
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.
Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (İSO) akreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.
Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Respublika Gənclər Kitabxanasında 10 Dekabr – Beynəlxalq İnsan Hüququları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Dekabrın 10-u dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Beynəlxalq İnsan Hüquqları Günü olaraq qəbul etmişdi.
Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı biblioqrafik icmal, ənənəvi və virtual sərgi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materiallarda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir. Dünyada və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, aparılan islahatlar, Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi, Ombudsman təsisatının yaradılması, Azərbaycanın bir sıra hüquqi aktlara qoşulması haqqında məlumat verilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal biblioqrafik icmalda “Müstəqilliyimiz əbədidir : çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar”, “Demokratiya dərsləri”, “Azərbaycan Respublikasında beynəlxalq müqavilələrin implementasiyasının konstitusiya əsasları”, “İnsan Hüquqları Komitəsi : nəzəri və praktiki problemlər: dərs vəsaiti”, “İnsan hüquq və azadlıqları ümumbəşəri dəyərlər sistemində: müasir çağırışlar və təhdidlər”, “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər” kimi Azərbaycan, ingilis və rus dillərində 30-dan artıq kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyinin və Türk Dünyası Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankarada “Şah İsmayıl Xətai: ömür yolu və irs” mövzusunda tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Türk Dünyası Mədəniyyət Mərkəzinin və “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı çıxışında Şah İsmayıl Xətai şəxsiyyətinin uzun müddət Türkiyədə səhvən İran və farslarla əlaqələndirildiyini qeyd edib. Onun sözlərinə görə, vahid Azərbaycan dövlətinin əsasları Səfəvilər dövlətinin banisinin adı ilə bağlıdır. “Şah İsmayıl Azərbaycan dilinin statusunu dövlət dili səviyyəsinə qaldırdı, ana dilində Xətai təxəllüsü ilə lirik və epik şeirlər yazdı”, - deyən Arzuman Azaflı tarixi həqiqətləri təhrif etməməyə çağırıb.
Ankara Universitetinin professoru Abdulla Gündoğdu Şah İsmayıl Xətaini bütün bölgənin tarixində dərin iz qoymuş şəxsiyyət adlandırıb.
Tədqiqatçı-yazar Dilqəm Əhməd Səfəvilər dövlətinin irsinə görkəmli Azərbaycan ziyalılarının münasibətindən danışıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə Səfəvilər dövlətinin özəyini türklərin təşkil etdiyini vurğulayıb. “Səfəvilər dövlətində rəsmi yazışmalar Azərbaycan dilində aparılırdı. Türk dili həm də hökmdarlar arasında ünsiyyət vasitəsi olub”, - deyə tədqiqatçı bildirib.
Tədbir Şah İsmayıl Xətainin sözlərinə yazılmış musiqili kompozisiyaların ifası ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)
“YAŞAT” Fondunun yaranmasından 4 il ötür
“YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.
Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)