“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Hüseyn Səlahlıdır.
Hüseyn Səlahlı
Təbriz
IV
Boğanın ərimiş buynuzu adına
Dünyam balina dalında sakin bir qayıq
Və mən, məməsiz körpələr kimi
özümü onun qucağına atmışdım.
Çılpaq, şıltaq edirdim.
Göz gördüyü qədər dəniz ilə çaxır kəsişirdi.
Dəniz öz içində bir şeylər yaşayır.
Dalğalar bir-birlərinə yaxınlaşırlar. Əlbəttə ki, sənin mənə baxdığın ən son dəqiqələrdə
Qaşların kimi.
Bir masa, iki bardaq, biri boş.
Bir masa, iki səndəl, üç adam, biri yuxuda.
Bardağı doldurub masaya çırpıram.
Bardaq titrəyir, masa titrəyir.
İçirəm,
Bir titrəyiş..., iki titrə..., üç.
Bardağın düzündə limanda Meduza.
Mənə baxır.
Gözlərimin qayıq üstündə
Düsməsindən ayaqlarına baxıram və daş olur.
Bir bardaq ona töküb çağırıram.
Baxır, bardağın əyri yansımasından ürəyimə.
Bir titrəyiş daha.
Bardağımda limanı boğuram.
Bir boş səndəl artıqla
Tam olaraq sənin getdiyin gün...
“Ədəbiyyat və incəsənət”
(10.12.2024)