Respublika Gənclər Kitabxanasında 10 Dekabr – Beynəlxalq İnsan Hüququları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

 

Dekabrın 10-u dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Beynəlxalq İnsan Hüquqları Günü olaraq qəbul etmişdi.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı biblioqrafik icmal, ənənəvi və virtual sərgi hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materiallarda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir. Dünyada və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, aparılan islahatlar, Azərbaycanda 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi, Ombudsman təsisatının yaradılması, Azərbaycanın bir sıra hüquqi aktlara qoşulması haqqında məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal  biblioqrafik icmalda “Müstəqilliyimiz əbədidir : çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar”, “Demokratiya dərsləri”, “Azərbaycan Respublikasında beynəlxalq müqavilələrin implementasiyasının konstitusiya əsasları”, “İnsan Hüquqları Komitəsi : nəzəri və praktiki problemlər: dərs vəsaiti”, “İnsan hüquq və azadlıqları ümumbəşəri dəyərlər sistemində: müasir çağırışlar və təhdidlər”, “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər” kimi Azərbaycan, ingilis və rus dillərində 30-dan artıq kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

 

 “Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.