Məqsəd təlim prosesinin peşəkar səviyyədə qurulmasıdır

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Azərbaycan Respublikasının görkəmli bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki şəhər uşaq musiqi və incəsənət məktəblərində tar və kamança ixtisasları üzrə ustad dərslərinə start verilib. 

 

Ustad dərsləri Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metdiki və İxtisasartırma Mərkəzi tərəfindən 10.12.2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi məktəbində başlayıb. 

 

2024-cü il üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində keçirilən ustad  dərslərinin məqsədi, musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllim və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasının təmin edilməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsidir.  

 

Qeyd edək ki, ustad dərsləri  Şəki şəhərində bir neçə gün davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.