Super User
“Sumqayıt cazibədar şəhərdir! Onun üçün darıxmamaq mümkün deyil” -MÜSAHİBƏ
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birgə Sumqayıt şəhərinin 75 illiyi münasibətilə həyata keçirdiyi Sumqayıtın tanınmış qələm adamları layihəsinin bugünkü qonağı AYB- də Poeziya seksiyasının rəhbəri, Ə.Kərim adına Poeziya Evinin direktoru, "Tərəqqi" medalçısı, şair- publisist, tərcüməçi İbrahim İlyaslıdır.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.
-Necəsiz, İbrahim müəllim?
-Son zamanlar imzam daha çox “Necəsən” adlı bir şeirimlə yanaşı çəkildiyinə görə, adətən, soruşan olanda, deyirəm ki, “necəsən” mənim sualımdır. Necə varsan, desəydin deyərdim ki, yaxşılıqdı. Şükranlıyam. Yeri gəlmişkən, hamıya “müəllim” deyə müraciət etməkdən də qurtulsaydıq yaxşı olardı. Müəllim müqəddəs bir peşə sahiblərinin adıdır. İnsanlar bunun üçün illərlə can qoyub, təhsil alırlar ki, sonucda müəllim olsunlar. Mən isə ixtisasca mühəndisəm, məsləkcə yazaram. Bəlkə də söhbətimizə elə də dəxli yoxdur, amma cəmiyyətə bir mesajdır, elədim... Bilirsən, Gülnarə xanım, insanlarımız ictimai yerlərdə bir-birinə müraciət etməkdə çətinlik çəkirlər. Bəzən xarici görünüşü yaşı ilə dəng gəlməyən adamlara “əmi, dayı, xala, bibi” kimi və ya qiyafəsinə baxmayaraq statusuca “müəllim” deyə müraciət edilməsi yolverilməz olan adamlar bundan rahatsız olurlar.
-Bildiyimiz kimi bu il Sumqayıtımızın 75 yaşı tamam olur.75 illiyə sizin töhfəniz?
-Mən 1980-ci ildən Sumqayıtda yaşayıram. Hesablayanda, artıq 4 ildir ki, rəqəmlər arasında xalqımızın ən çox sevdiyi 44 alınır. Yəni, 44 ildir ki, sumqayıtlıyam. 75 illiyə ən böyük töhfəm, ilk növbədə, taleyimin şəhəri olan Sumqayıta olan hədsiz sevgim və vurğunluğumdur. Bu 44 il ərzində həmişə çalışmışam ki, Sumqayıtın təəsübünü layiqincə çəkim, ölkəmizdə, eləcə də ölkə xaricində şəxsiyyət vəsiqəmdə adını qürurla daşıdığım şəhəri ədəbiyyat adına ləyaqətlə təmsil edim.
Şəhərimizin 60 illik yubileyində adını tutub bir şeir yazmışam. “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” müsabiqəsində I yerə layiq görülüb. Sevindirici haldır ki, 70 illik yubileydə isə Ə.Kərim adına Poeziya Klubunun yetişdirməsi olan gənc şair Elvin Əlizadənin şeiri bu nominasiyada I yerə layiq görüldü. 75 illiyə isə Sumqayıtla bağlı ilginc xatirələrimdən ibarət “Sumqayıt: Səkilərdən dolub-daşan xatirələr” adlı publisistik kitabla gəlirəm. Düşünürəm ki, məramım kitabın adından bəllidir.
-“Şair”lərə sözünüz?
-İmzası söylənəndə şair sözü dırnaq arasında yazılan adamlara mənim heç bir sözüm yoxdur. Amma uzun illərdir ədəbiyyat görəvlisi olmağımdan dolayı, əsəblərim tamam tarıma çəkiləndə bir şeir yazmışam. Mənə elə gəlir, bu sualın cavabı bütünlüklə orda var:
Çox da ki, dinmirəm, insafın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim də dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!
Mənim də dünyadan qandıqlarım var,
Yaxşı bax gözümün içinə, düz bax.
Sənə bu baxışlar heç nə demirmi?
Demirsə vay mənim halıma – yüz bax.
Sənə bu baxışlar heç nə demirmi,
Demirmi sən necə zalım adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Sən niyə bu qədər qalın adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Bə sənin mürvətin-zadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Düşmənin, yaxının-yadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Varsa bu xislətə necə dözürlər?
Çərləyibmi sənə salam verənlər,
Ya səni almayıb vecə, dözürlər.
Çərləyibmi sənə salam verənlər,
Varmı salamını alan – deyirəm.
Bezdirib dilimdən tərif qapırsan,
Ayə, Allah haqqı yalan deyirəm!
Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var – bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənin tək yazar olmasın.
-Bu şəhərdə ədəbiyyatı təbliğ etmək iqtidarında və səlahiyyətində olan qurumlar var. Amma əli başına çatan bu işlə məşğul olur, lazımlı-lazımsız tədbirlər keçirir, kimlərinsə kitablarını təqdim edir və s. və s. Buna münasibətiniz?
-İş burasındadır ki, bu məsələyə bizim münasibətimiz heç nəyi həll etmir. İndi dövran başqadır. Süni intellektin musiqi bəstələdiyi, müxtəlif mövzularda mətn yazdığı, hətta ədəbi tənqidlə məşğul olduğu bir zamanda yaşayırıq. Mühafizəkarlığın fayda verməyəcəyini düşünürəm. Qanunlarımız demokratik prinsipdən çıxış edərək, istənilən vətəndaşın müxtəlif məramlı, o cümlədən ədəbiyyat yönümlü bir Qeyri Hökümət Təşkilatı və ya İctimai Birlik, eləcə də nəşriyyat yaratmağına və fəaliyyətini yürütməyə, müxtəlif layihələr hazırlayıb donor təşkilatların dəstəyi ilə onu həyata keçirməyə imkan verir. Bu təşkilatların başında dayanan insanlar isə ədəbiyyata və ədəbi cameəyə öz prizmasından (və ya prizmasızlığından) baxır və fəaliyyətini istədiyi kimi qurur. Bu qarşısı alınmaz bir prosesdir. İqtisadiyyatı bazar tənzimlədiyi kimi, burada da durumu oxucu tələbatı tənzimləməlidir. Bizim vəzifəmiz əsil ədəbiyyatı təbliğ etmək, istedadlı yazarların yanında olmaqdır. Bu mənada, yeganə dövlət dəstəyi olan ədəbi qurum olaraq Azərbaycan Yazıçılar Birliyi, eləcə də digər aidiyyatlı qurumlar bu cür ”sürpriz”lərə hazır olmalı, ədəbi prosesə təsir gücünü artırmalı və daha çevik fəaliyyət göstərməlidir. Ədəbiyyat tarixini isə bizdən asılı olmayaraq əlahəzrət zaman yazır. Zamandan heç bir qələm adamına aman olmayacaq. Bunu əlinə qələm alan hər kəs bilməlidir.
-Şeirlərinizin birində " Haqq deyilən heç nə yoxdur, Amma dəyər axtarmağa,- deyirsiniz. İndiki dünyada Onu axtarmağa dəyər?
-Dünya binnət olalı bəşər övladı bu dilemma arasında qalıb həmişə. Mənim qənaətim isə yenə də budur ki, axtarmağa dəyər. İnsan onu bula bilməsə belə, haqq axtarışında olanda daha ədalətli, daha mərhəmətli, daha gözəl olur. Müqəddəsləri müqəddəs, övliyaları övliya, müdrikləri müdrik yapan məhz ömür boyu bu yolun yolçuları olmalarıdır.
-Şairliklə məmurluğu bir ömrə sığışdırmaq mümkündürmü? Bunu necə bacarırsınız?
-Həyatda mütləq azadlıq olmasa da, şairin azadlıq dərəcəsi nə qədər çox olsa, əlbəttə ki, bir o qədər onun üçün yaxşıdır. Ədəbiyyat məmuru kimi çalışdığımdan dolayı, mənim məmurluq həddim elə də sərt deyil. Bəzi istisnalar olmaqla, yuxarı instansiyaların rəhbərləri də heç vaxt mənimlə başqa məmurlarla davrandıqları kimi davranmayıblar. Həmişə bir qələm adamı, şair kimi sayqı duyublar. Necə deyərlər, güzəştə gediblər. Axı onlar rəhbər olmaqla yanaşı, həm də oxucudurlar.
Mənimlə ünsiyyətdə olanlar bilirlər ki, rəsmi-protokol tədbirlər istisna olmaqla, bütün digər hallarda mən insanlarla məmur kimi davranmıram. Direktoru olduğum Poeziya Evində mənim üçün ayrılmış kabinetdən daha çox ümumi zalda əyləşib çalışıram, gələnləri də elə orda, çay süfrəsi arxasında qəbul edirəm. Kabinetə sənədlərlə işləmək lazım olanda keçirəm. Mənə məmur olaraq ayrılmış masada indiyəcən bir şeir belə yazmamışam, daha doğrusu yaza bilməmişəm. Evdə yığcam bir iş otağım var, orda yazıram...
-Kustar üsulla "şair" yetişdirmək olurmu? Ümumiyyətlə istedadı olmayan birini şair etmək mümkündürmü?
-Kustar üsulla nəinki şair, heç düzəməlli kələm, balqabaq da yetişdirmək olmur. Bu üsulla uzağı ölçülü, bəzən də bədii mətn yazan insan yetişdirmək olar, şair yox.
-Şair olmaq niyə zülümdü?
-Özün şair olmaqla indiyəcən nə çəkdiklərini gözlərinin qabağına gətir. Konu bitsin. Mənim üçün şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir – fərqli bir ömür yaşamaqdır. Şairliyi şərtləndirən zalım kriterilər var: ədalət, halallıq, azadlıq, cəsarət, dürüstlük… Cəmiyyət bu cür adamları asanlıqla həzm etmir. Ədəbiyyat tariximizə anidən bir göz atmaq yetər ki, şair olmağın zülüm olduğunu anlayasan. M.Hadi nə deyirdi: “Dağa dersən eşidir, sonra verir əks-səda /Daşa dönmüşlərə əks eləmədi fəryadım.”Şair olmaq, bax bu fəryadı duyub yaşamaqdı…
-Vaxt var idi dünyanın ən ağır yükü şairlərin, qələm adamlarının çiynində idi. İndi elə bil bir az alayı cür olub?
-Alayı zamanda işlər də alayı cür olur. Çiynini bu müqəddəs yükün altına vermək istəyənlər yenə də öz yüklərini daşıyırlar. Sadəcə, indilərdə heç kim çiynini yağır eləmək istəmir. H.Cavidin məlum pyesində deyildiyi kimi: “Nəmə lazım? Mən bilmərəm, Orxan bilər!” İndi bütün yüklər “Orxan”ın çiynindədi…
-Dünya anlamaq iqtidarında olsaydı, ona nə deyərdiniz?
-Heç nə deməzdim. Baxıb da susardım. Axı dünyanın hansı dildə anlayacağını bilmirəm. O, məni baxışlarımdan daha yaxşı oxuyardı yəqin ki…
-İbrahim İlyaslı hardan gəlib hara gedir? Onun dünəni ilə bugününü necə müqayisə edərdiniz?
-Dastanlarda deyirlər ki; “Kandan gəlib, məkana gedirəm.” İbrahim İlyaslının dünəni məsum bir uşaq, bu günü isə həyatı daha dərindən anlamaq üçün çaba yapan birisi… Mürşidini bula bilməmiş çarəsiz bir mürid…
-Bugünkü dünyada Nəsimi ola biləcək şair varmı sizcə?
-Bugünkü dünyada o cəzalara layiq şeir yaza bilən şair yoxdur. Olsaydı, onun da aqibəti eyni olacaqdı. Bir şeirimdə yazmışdım:
Cənnətdə cənnətlik qalmaqdan ötrü,
Adəm də, Həvva da qovulmalıydı.
Nəsimi NƏSİMİ olmaqdan ötrü,
Bircə yol varıydı – soyulmalıydı!
-Siz həm Ə.Kərim adına Poeziya Evinin direktoru, həm də AYB-nin Poeziya seksiyasının rəhbərisiniz. Poeziyamızın bu günkü durumundan razısınızmı?
-Problem ondadır ki, bugünkü durumu incələmək mümkünsüz olub. Ədəbi tənqid bir janr kimi sıradan çıxmaqdadır, ədəbiyyatşünaslıq elmi böhran yaşayır. Ədəbiyyat ayrı-ayrı zövqlərin döyüş meydanını xatırladır. Poeziyamız bir xaos içindədir. Amma ədəbiyyat yaranmaqda davam edir. Ədəbi nəsillər bir-birini əvəz edir.
Yenə də ənənəçilər yenilikçiləri qəbul etmir, yenilikçilər də ənənəçiləri. Kosmopolit düşüncə ilə milli düşüncə vuruşur. Halbuki, hansı cərəyana mənsub olmağından asılı olmayaraq poeziyanın bir adı var. Düşünürəm ki, sonucda yenə də istedad qalib gələcək. Bunun başqa yolu yoxdur.
-Söz adamlarıyla işləmək çətin deyil ki?
-Yox. Mən bu mənada çətinlik çəkmirəm. Ciddi söz adamları ilə ciddi ədəbiyyat söhbətləri edirəm, polemikada oluram. Öz münasibətimi sərgiləyirəm, münasibət alıram. Bildiklərimi öyrədirəm, bilmədiklərimi öyrənirəm. Özünü söz adamı kimi təqdim edənləri isə yola verirəm. Bunun başqa çarası yoxdur. İnsanların xətrinə dəyməklə aram yoxdur.
-Dünyaya hansı tərəfdən baxanda daha maraqlı görünür?
-Dünyaya ancaq durduğun yerdən baxmaq mümkündür. İnsan gərək durduğu yeri maraqlı eləsin. Dünya nəhəng anlayışdır. Ona bütöv baxmaq bizim gözümüz üçün deyil.
-Sizcə dünya yumrudu, yoxsa düz?
-Mənə görə, ümumiyyətlə, düz deyilən bir şey yoxdur. Düz dediyimiz nisbi anlayışdır. Bütün düzlər yumrunun bir halıdır. Həyatda düzxətli hərəkət də mövcud deyil. Bütün düzxətli hərəkətlər fırlanma hərəkətinin nəticəsidir. Təkcə dünya yox, kainat, yaradılışın özü yumrudur. Düzün sonu var. Dövrənin isə sonu yoxdur. Dünya sonsuzdur.
-Haqlı olduğunuzu bilə-bilə susduğunuz məqamlar olub?
-O qədər olub ki… Haqqını müdafiə etməyə gücün çatmayanda gərək susasan. Amma bunu heç vaxt unutmayasan gərək. Güc toplayıb, məqamı çatanda haqqını savunasan. Buna, bir növ, təmkinli olmaq deyirlər.
-Al- yaşıl geyinmiş uca dağların / Qartallı qoynundan uzaqlaşmışam;.. İncə dərəsinin saflığıyla Sumqayıta üz tutan İbrahim İlyaslı nə qazandı və nəyi itirdi?
-İnsan doğulduğu, ilk dəfə yalın ayaqla qədəm basdığı, havasını udduğu, suyu, çörəyi ilə böyüdüyü torpağa məhz elə bu səbəblərdən bağlı olur həmişə. Bu, bioloji və fiziki hadisədir. Ancaq uzun müddət yaşadığı yer də bir coğrafiyadır və onun da öz cazibəsi var. Mən, bu mənada, özümü tarazlıqda hiss edirəm. Əlbəttə, bir köy çocuğunun şəhər həyatına adaptasiyası elə də asan olmur. Amma bir müddətdən sonra hər şey öz yerini bəlləyir. Həyatda tale deyilən qaçılmaz bir anlayış var. Bütün itki və qazancıyla bu mənim taleyimdir və taleyimdən razıyam. Qazağa, İncə Dərəsinə, dogma Aslanbəyli kəndinə də, Sumqayıta da könül verib yazdığım şeirlərim var. Bu yaşda isə düşünürəm ki, hər iki məkan mənə məmləkətimin özəl bir obası kimi əzizdir. İncə Dərəsi ulularımın uyuduğu, xatirələrimin dipdiri qaldığı bir oba, Sumqayıt isə ailə qurduğum, övladlarımın dünyaya göz açdığı, onlara da, mənə də olan uğurları qazandıran bir şəhərdir. Sumqayıt həm də başqa şəhərlərdən fərqli olaraq cazibədar bir şəhərdir. Onun üçün darıxmamaq mümkünsüzdür.
-Aşıq Ələsgər deyir: "Əyri ol əyriylə, düz ol düz ilə". Dədə Ələsgərin düsturu həyatda karınıza gəlibmi?
-Yox. Bu məndə alınmır. Düzdür, bəzən boğaza yığılanda bu cür cəhdlər eləməyə çalışmışam, amma sonda alınmayıb. Kin saxlaya bilmirəm. Mənim əyri olduğum kəslər, ancaq mənim məmləkətimin və millətimin düşmənləridir. Bax onlarla bir ömür əyri olaraq qalacam.
-O vaxtlar "Dəniz" ədəbi birliyi vardı və o birlik Azərbaycan ədəbiyyatına xeyli imzalar verdi. O imzalardan daha çox hansılarıyla qürur duyursunuz?
-“Dəniz” bizim həm də ədəbi taleyimizin və tariximizin bir parçası oldu. Dünyalarını dəyişən əziz şair dostlarımız Gülbala Mehdini, Şaiq Vəlini, Sabir Yusifoğlunu, Zülfəli Zülfəliyevi, Arif Həsənoğlunu, Xaliq Oğuzu, Akif Afşanı, Əli-Ağa Aslanı, Fərhad Meteni, Elçin Elgünü, Bəxtiyar Hüseynlini, Şəfanı sevgi, sayqı və rəhmətlə anır, ölkə çapında, eləcə də xarici ölkələrdə tanınan Rauf Qaraişığın, Əyyub Qiyasın, Varisin, Nadir Məmmədlinin, Nadir Azayoğlunun, Füzuli Sabiroğlunun, Mehdi Calalın, Məryəm Aslanqızının, Gülnarə Cəmaləddinin, Asif Asimanın, Namiq Dəlidağlının, Mənsurə Eldarqızının imzalarına sayqı duyuram, əlbəttə.
“Dəniz”in davamçıları kimi isə yeni nəsil sumqayıtlı yazarlardan Feyziyyənin, Aygün Yaşarın, Emin Pirinin, Hikmət Fərzəlinin, Elvin Əlizadənin, Xaqani Əmininin, Vüqar Rahinin, Elvin İntiqamoğlunun, Ümid Abbasın, Günel Balakişinin, Aypara Ayxanın, Vüsal Ağanın, Elşad Xaqanın, İlkin Xaliqoğlunun, Amin Namazlının imzalarını xüsusi qeyd etmək istərdim.
Bir daha xatırladaq ki, burada söhbət “Dəniz” Ədəbi Birliyinin üzvlərindən və onların davamçılarından gedir.
-Bir vaxtlar Sumqayıt ədəbi mühitinə istedadlı gənclərin axını vardı. İndi də var. Amma daha çox şeir yazanların deyil, şeyir yazanların axını. Onlar ədəbiyyatdan nə istəyirlər sizcə?
-Hər şeydən öncə onu deyim ki, ədəbi mühitə istedadlı gənclərin axını zamanında bu mühiti yaradan, ədəbi camiənin başında duran, ona dəstək olan, istedada dəyər verən insanlara görə olub. Bu mənada, ünlü şairlərimiz Xasay Cahangirovu, Vaqif İbrahimi, Qulam Feyzullayevi, Sabir Sarvanı rəhmətlə anır, Əşrəf Veysəlliyə, Ofelya Babayevaya Uca Tanrıdan uzun ömür və möhkəm cansağlığı diləyirəm.
Ümumiyyətlə, istedadlı adamlar ədəbiyyata nəsə verirlər, istedadsızlar isə ədəbiyyatdan nəsə, xüsusən də şan-şöhrət umurlar. Elə bilirlər ki, kitabları çap olunsa, tədbirləri keçirilsə şöhrətlənəcəklər. Bu da bir azardı. Daha bilmirlər ki, beləliklə daha da özlərini gözdən salırlar. Yazmasalar, cəmiyyət içində, bəlkə də daha urvatlı insanlar olarlar.
Yaxşı ki, yenə də ədəbi mühitə gələn istedadlı gənclər var. Sumqayıtda ədəbi ənənə davam edir. Sadəcə, dövrə uyğun olaraq forma və formatlar dəyişib. Gənclər birbaşa ünsiyyətdən çox, social şəbəkədə, virtual aləmdə görünməyə üstünlük verirlər. Mən bunu faydalı tendensiya hesab eləmirəm. Üzbəsurət görüşüb, paylaşmağın ayrı yeri var.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Öncəliklə onu deyim ki, ölkəmizdə ədəbiyyata diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanır, Heydər Əliyevin ədəbiyyatımıza və ədiblərimizə göstərdiyi böyük diqqət və qayğı misilsiz bir örnəkdir. Ölkəmizin prezidenti İlham Əliyevin yürütdüyü mədəniyyət siyasəti, onun mədəni dəyərlərimizin qorunmasını daim diqqət mərkəzində saxlaması Azərbaycan cəmiyyətinə ciddi bir mesajdır.
Sumqayıt Poeziya Evinə daxil olan hər kəs sağ tərəfdə Ümummilli liderimiz Heydər Əliyevin: “Hər bir şair Azərbaycan üçün dəyərli şəxsiyyətdir”, sol tərəfdə isə Prezident İlham Əliyevin “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz və ənənlərimizdir!” kəlamları ilə üz-üzə qalır. Şəhərimizdə ədəbiyyata diqqət və qayğı isə məhz bu cür münasibətin davamıdır.
Nəinki şəhər, respublika, eləcə də beynəlxalq miqyaslı, uluslararası ədəbiyyat tədbirlərinə evsahibliyi etmək gücündə olan Sumqayıt Poeziya Evinin rəhbərinə bu cür sual qəribə görünər, əlbəttə. Şair dostumuz Əkbər Qoşalının çətin məqamlarda təkrar elədiyi bir ifadə var: “Gör neynirsən. Mümkünsüzü mümkün elə!” Sumqayıtda belə bir Poeziya Evinin yaradılması ilə bağlı düşünəndə Əkbərin bu sözü yadıma düşür. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sumqayıtlı yazarların bir vaxt məhz mümkünsüz deyə düşündüklərini mümkün elədi. Bir də ki, bu cür addımı ancaq ədəbiyyatı yetərincə bilən, onu dərindən duyan və ona yüksək dəyər verən bir rəhbər edə bilərdi. Bunu xarici ölkələrdən gələn qonaqlarımız da heyrətlə qarşılayıb, etiraf edirlər. Dünya şöhrətli qazax şairi və alimi, Türk dünyasının qürur duyduğu Oljas Süleymenov Avrasiya materikinin Ədəbiyyat üzrə 4-cü “LiFFt” festivallar festivalının iştirakçısı kimi şəhərimizdə, o cümlədən Poeziya Evində olandan sonra Bakı Kitab Evində çıxış edərkən Zakir Fərəcovu müqayisəsiz şəhər rəhbəri kimi tərif etdi. Mənə elə gəlir, ədəbiyyata şəhər rəhbərliyinin diqqəti deyincə təkcə bu faktı söyləmək yetərlidir ki, hər şey hər kəsə aydın olsun. Böyük diqqət və qayğı üçün cənab başçımıza sumqayıtlı yazarlar adından bir daha dərin təşəkkür və minətdarlığımı bildirirəm.
-İllərdir ədəbi mühitə rəhbərlik edirsiniz. İstedadlı insanların baş yaran iddiaları ilə qarşılaşdınızmı heç?
-İstedadlı adamın həm də iddialı olmağı heç də pis hal deyil. Bu onların haqlarıdır. Ancaq istedadlı adamlar təvazökar olurlar axı. Özlərini gözə soxmurlar, mənəm-mənəmlik eləmirlər, eqoist olmurlar. Onların haqlarını qorumaq bizim borcumuzdur. Mən şəxsən buna çalışıram. Nə dərəcədə nail ola bilirəm, deyə bilmərəm. Bu elə də asan məsələ deyil. Bunu sən də bilirsən. Adamın qarşısına maneələr, çətinliklər çıxır.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-AYB Sumqayıt bölməsi yaranandan ədəbi mühit üçün çalışır. Bu yerdə, bölmənin yaradıcısı və ilk rəhbəri, görkəmli şairimiz Sabir Sarvanı rəhmət və sayqı ilə anmalıyıq. Zamanında davamlı olaraq ədəbi toplular nəşr etdirdi, ədəbi mühitin qalxınması üçün böyük işlər gördü. Bölmə indi də bu ənənəni davam etdirir, ədəbi camiəmiz üçün çalışır. Ancaq düşünürəm ki, sürətlə dəyişən zamanla ayaqlaşmaq üçün daha çox çalışmalıyıq, imkan daxilində daha kreativ layihələr həyata keçirməliyik. Dediklərim Ə.Kərim adına Poeziya Klubuna da aiddir. Həm bölgələrimizlə, həm də xarici ədəbi qurumlarla ədəbi əlaqələri daha da genişləndirməliyik. Gənc ədəbi qüvvələri müxtəlif layihələrə cəlb eləməklə onların imkanlarından daha geniş istifadə etməliyik.
-Biz nə edə bilərik ki, ədəbiyyatın əvvəlki təsir gücünü özünə qaytara bilək?
-Nəinki ədəbiyyatın, ümumiyyətlə heç nəyin əvvəlki təsir gücü özünə qayıtmayacaq. Çünki, dünyada yeni təsir gücləri yaranır. Biz məhz o yeni təsir gücünü təqib etməliyik. Və orada ədəbiyyatın müəyyən olunmuş yerini tutmalıyıq. Yəqin ki, bilirsiniz, hal-hazırda Azərbaycanda xarici ədəbiyyat daha çox oxunur, nəinki öz ədəbiyyatımız. Kitab dükanlarının satış reytinqi belədir. Biz bunun nədənini müəyyən etməli və oxucunu qazanmalıyıq.
-Şəhərimizin 75 illik yubileyi ərəfəsində arzunuz, istək və təklifləriniz?
-Azərbaycanımızın çox möhtəşəm olan himnində bir misra, bir arzu var:
“Üçrəngli bayrağınla məsud yaşa!”
Simvolu sülh göyərçini olan şəhərimizdə daim əmin-amanlıq olsun, insanlarımız qurub-yaratmaq eşqi ilə yaşasınlar, sumqayıtlıların çöhrəsindən təbəssüm əskik olmasın. Qədim-qayım Türk törəsinə sadiq olaq, milli olaq, bəşəri olaq, artaq, arınaq, aydınlanaq, aydınladaq, sevək, sevilək!!!
O gün olsun, davamlı olaraq yenilənən xoşbəxt nəsillər Sumqayıt şəhərinin 750 illik yubileyini qeyd etsinlər!
-Ürəyinizdən xəbər verən bir şeir?
-Düzü, ürəyimdən xəbər verməyən bir şeir yazmadım indiyəcən. Tam səmimiyyətimlə deyirəm, bilgisayarı açıb, əlimə keçən ilk şeiri yerləşdirirəm bura. Budur, 44 günlük Vətən müharibəsinin şəhid və qazilərinə ünvanlılığım bir şeir imiş. Məqamı behişt şəhidlərimizin ruhu şad, qazilərimizin sağlıq durumu gümrah, oxuyanların gözləri nurlu olsun həmişə.
Qarşınızda bir ömür sayqı duruşundayız
Vətən müharibəsinin şəhid və qazilərinə
Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Bir çağrışı bəs etdi ali baş komandanın,
Yüz illərə tən oldu – hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Belə cəng, belə savaş yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi - uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Hadi Qaraçayın “Xalı üstündə yazı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.
Hadi Qaraçay
Norveç
XALI ÜSTÜNDƏ YAZI
Günəşin ayıma
Suyun suyuma
Gecəm ulduzuna qarışıq ikən
Gözlərin qanıma
Odun canıma
Əllərin oduma alışıq ikən
Külümü yellərə necə verərsən?
İtburnu kolları bənək bənəkkən
Baramam odlanıb çal kəpənəkkən
Ürəyim ürəyim ələk-vələkkən
Sən məni ellərə necə verərsən?
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Nyu-Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib
Nyu-Yorkda Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin xüsusi konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konserti giriş sözü ilə açan təşkilat komitəsinin rəhbəri Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə müsabiqənin keçirilməsində göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.
Münsiflər heyətinin sədri, Juilyar məktəbinin bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner çıxış edərək öz fikirlərini bölüşüb.
Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və s. səsləndirilib.
Gecədə pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə elmləri doktoru, professor Nərgiz Əliyarova, ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov və Manhetten Musiqi Məktəbinin Kamera Musiqisi Ansamblı da iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd oğurlanmış, plagiata məruz qalmış xalq mahnılarımızın Azərbaycan mədəniyyətinə aid olduğunu dünya musiqi ictimaiyyətinə çatdırmaq və onları geniş təbliğ etməkdir. Hər il keçirilən müsabiqəyə Diasporla İş üzrə Dövlət Komitəsi dəstək göstərir.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Şotlandiyanın “Arthur’s Seat” zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb
Şotlandiyanın Edinburq şəhərinin simvollarından biri kimi tanınan, qədim vulkan mənşəli “Arthur’s Seat” (“Arturun taxtı”) zirvəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı dalğalandırılıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bayrağımızı Qlazqo, Aberdin və Edinburq universitetlərinin tələbələrinin təşəbbüsü ilə yaradılan Azərbaycan cəmiyyətlərinin üzvləri ucaldıb.
Qeyd edək ki, Qlazqo Azərbaycan Cəmiyyəti 2022-ci, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü və Edinburq Azərbaycan Cəmiyyəti isə 2024-cü ildə azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir çox layihəni uğurla həyata keçirən hər üç cəmiyyət Azərbaycanı beynəlxalq səviyyədə tanıtmaq, ölkəmizin mədəniyyətini, tarixini və milli dəyərlərini dünyaya çatdırmaq işində fəallıq göstərir.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Sumqayıt Dövlət Dram Teatrı dünən və bu gün
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Mənim üçün teatr Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir məkandır.
İlyas Əfəndiyev, Xalq yazıçısı 1949-cu il ilin noyabrında Sumqayıt şəhər statusu aldıqdan sonra Azərbaycanın bölgələrindən, habelə o vaxtkı İttifaqın müxtəlif şəhərlərindən gənclər işləmək üçün Sumqayıta üz tutdu. Sumqayıt nəhəng inşaat meydanına çevrildikcə zəhmətkeş gənclərin asudə vaxtlarının təşkili və sosial-mədəni ehtiyaclarının ödənilməsi zərurəti də meydana çıxırdı. Beləliklə, kitabxanalar, klublar, mədəniyyət evləri, rəqs meydançaları yaranmağa başladı. Klubların musiqi qrupları ilə yanaşı, xalq teatrı dərnəkləri də güclü inkişaf edirdi. 1968-ci ildə Azərbaycan teatrları sırasına bir sənət ocağı da qoşuldu. Sumqayıtda - gənclik və quruculuq şəhərində Sumqayıt Dövlət Gənclər Teatrı açıldı. Teatrın ilk baş rejissoru Nəsir Sadıqzadə təyin edildi.
1969-cu ilin martında isə gənc teatr ilk dəfə öz pərdələrini sumqayıtlıların üzünə açdı. Xalq artisti Cənnət Səlimova böyük mütəfəkkir, dramaturq M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyasına quruluş verdi. Bəstəkarı Emin Sabitoğlu idi.
Sumqayıtlı gənclər səhnə əsərini böyük maraqla qarşıladılar.
Bir il sonra sənət ocağı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı. Burada dünya və Azərbaycan dramaturgiyasından incilər uğurlu səhnə taleyi yaşadı. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ünlü sənətkarlar çıxış ediblər. Ötən əsrin 70-ci illərində görkəmli rejissor Ağakişi Kazımov Nəcəf bəy Vəzirovun "Müsibəti- Fəxrəddin" faciəsinə quruluş verərkən baş rollara korifey sənətkarlar Rza Əfqanlı və Barat Şəkinskayanı dəvət edib. Habelə sonraki illərdə Məlik Dadaşov, Kübra xanım Əliyeva, Ramiz Novruz, Hacı İsmayılov, Vaqif Əliyev, Hicran Hüseynov, Afaq Bəşirqızı, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur və başqaları bu teatrda obrazlar qalereyası sərgiləyiblər.
80-ci illərdə tamaşaya qoyulan "Qoy bütün Şərq bilsin" dramı böyük əks-səda doğurdu. Nəriman Həsənzadənin mənzum dramına görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov quruluş vermişdi. Doktor Nəriman Nərimanov obrazına Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Məlik Dadaşov dəvət almışdı. Dövlət başçısı Heydər Əliyev yaradıcı heyətə yüksək qiymət vermiş və tamaşanın Moskvada oynanılmasına təşəbbüs göstərmişdi.
Sumqayıt Dövlət Dram Teatrı müstəqillik illərində də yetərincə uğur qazanıb və öz repertuar siyasətində milli mücadilə tarixinə, yurd sevgisinə, hərbi vətənpərvərlik tərbiyəsinə, milli-mənəvi dəyərlərə önəm verib. Yaradıcı heyət Hindistan,Türkiyə, Ukrayna, Türkmənistan, Gürcüstan, Rusiya səfərlərində tamaşaçıların diqqətini çəkməyə nail olub.
Sumqayıt teatrı yaradıcılıq bazası olub. Respublikada tanınmış sənətkarlardan çoxunun ilk fəaliyyət məkanı məhz Sumqayıt Dövlət Dram Teatrı olub. Yaradıcı heyət illərdir ümumşəhər tədbirlərində şəhər icra hakimiyyəti ilə birgə böyük layihələr gerçəkləşdirir. Sənət məbədinin repertuar siyasətində aktual, kreativ mövzular önəm daşıyır. Məhz Sumqayıt Dövlət Dram Teatrının səhnəsində ilk dəfə Ulu Öndər Heydər Əliyevin bədii obrazı yaradılıb. Aqşin Babayevin "Xilaskar" əsərində Xalq artisti Firudun Məhərrəmovun quruluşunda Ulu Öndərin bədii obrazını Əməkdar artist Namis Şirməmmədov canlandırıb.
Yazıçı Hidayət Orucovun yazdığı, Xalq artisti Firudun Məhərrəmovun quruluş verdiyi "Burdan min atlı keçdi" tamaşasında isə Heydər Əliyevin imperiya içində milli mücahidləri qoruması və dövrün ictimai-siyasi mənzərəsi verilir.
44 günlük Vətən müharibəsinə, möhtəşəm Zəfərə teatr öz töhfəsini verib. Hafiz Ataxanlının yazdığı, Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi "Missiya" qəhrəmanlıq dramı son illərin ən uğurlu tamaşaları sırasındadır. Habelə Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" əsəri müharibə mövzusundadır. Əsərə gənc rejissor Fuad Cavadzadə quruluş verib. Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrının bina problemi köklü şəkildə həll edilmiş, məkanın yüksək səviyyədə yenidən bərpasına və təmirinə nail olunmuşdur.
Şəhərimizin yubileyi də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində öz əksini tapıb. Əli Əmirlinin "Sevgilim Sumqayıt" əsərində bir gəncin taleyi kontekstində Sumqayıtın inkişaf yolunun xəritəsi cızılır.
Quruluşçu rejissor Fuad Kazımov balacalar üçün çox maraqlı bir tamaşa hazırlayıb. Dyula Urbanın "Şoma və Fruji" əsəri sədaqəti, dostluğu, saf məhəbbəti və mübarizə aparmaq prinsipiallığnı təlqin edir. Daha bir uşaq tamaşası isə bu günlərdə təhvil verilib. "Sehrin gücü" nağıl tamaşasının quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, rejissorları Əməkdar artist İlahə Səfərova və Ləman Məmmədlidir.
Gənc rejissor Ümid Abbas S.Mrojekin "Mühacirlər" əsərini "Mənfi 1" adı ilə işləyərək quruluş verib. Səhnə əsərində gənc aktyorlar Kamran Muradlı və Elay Xasıyev maraqlı oyun nümayiş etdirirlər.
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti mütəmadi olaraq Mədəniyyət Nazirliyinin təşkil etdiyi festivallara, bədii qiraət müsabiqələrinə, monotamaşalar yarışmasına qatılır və mükafatlandırılır. Həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi Qonaq Teatr layihəsi çərçivəsində Aktyor evində teatr tamaşalar nümayiş etdirib və diplomlara layiq görülüb.
Sumqayıt Dövlət Dram Teatrı hazırda yeni inkişaf mərhələsindədir. Təzə təyin olunmuş direktor Samir Şəfiyev çağdaş teatr tələblərinə bələd mütəxəssisdir. Uzun müddət mədəniyyət sferasında məsul vəzifələrdə işləyib. Ümumşəhər tədbirlərində təşkilatçı rejissor olub. Hazırda teatr rəhbərliyi bir sıra layihələr üzərində çalışır. Qərbi Azərbaycan icmasının dəstəyi ilə Hidayət Orucovun “İrəvanda nəyim qaldı” əsərinin səhnə həlli tapması da növbəti il üçün planlaşdırılır. Quruluş Xalq artisti Firudin Məhərrəmova məxsus olacaq.
Qabaqcıl, müasir ideyalara söykənən Sumqayıt Dövlət DramTeatrı son illərdə yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxıbdır, əhalinin milli-mənəvi inkişafında mühüm rol oynayır və bu tərəqqiyə töhfələr bəxş edir.
İnanırıq ki, qarşıdakı illərdə də teatr bir-birindən maraqlı tamaşaları ilə daha böyük uğurlara imza atacaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
İSA BULAĞININ HEKAYƏTİ – orada ermənilər tərəfindən qətlə yetirilən 110 yaşlı xanəndənin ruhu dolaşır
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
İsa bulağı Şuşa şəhərindən təxminən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə, sıx və əsrarəngiz bir meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən biri sayılan bu bulaq, həm mənzərəsi, həm də tarixi ilə diqqət çəkir.
Yer adı ilə bağlı yerli əhalinin rəvayətlərinə əsasən, bulağın adı XVIII əsrdə qalın meşəlikdə onun mənbəyini ilk dəfə kəşf edən İsa adlı bir çobanın adından götürülüb. Bulağın büllur kimi təmiz suyu və ətraf mühitin təbiət gözəlliyi bu ərazini ziyarət edənlər üçün unudulmaz bir məkana çevirir.
İsa bulağı təkcə Azərbaycanın təbiət sərvəti deyil, həm də xalqımızın tarixi yaddaşını yaşadan qiymətli bir abidədir. 80-ci illərdə İsa bulağını ziyarət etmiş hər kəs bu bulağın başında yanıqlı zəngulələri ilə bülbülləri qısqandıran Mürsəl kişini yaxşı xatırlayır. Söhbət İsa bulağının daimi xanəndəsi Mürsəl Hacıyevdən gedir. O, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifası ilə feyziyab edib. Hətta o zamanlar Şuşada olub, İsa bulağına getməmək, Mürsəl kişinin səsinə qulaq asmamaq ayıb kimi bir şey idi. Arıq, ortaboylu, başında həmişə tipik azərbaycanlı kişilərin qoyduğu “aerodrom” kepka olan Mürsəl Hacıyev qavalı da xüsusi məharətlə çalarmış. Mürsəl kişinin dolanışığı elə İsa bulağından çıxırmış, uzunömürlü sənətkarın yaşı 90-nı ötsə də, oxumaqdan yorulmazmış. “Şuşanın dağları” mahnısını xüsusi şövqlə ifa edərmiş.
Ömrünü bu bulağa bağlamış qocanın taleyi də Şuşanın taleyinə bənzəyib. O, 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həmin vaxt Mürsəl kişinin 110 yaşı varmış.
Həmin vaxtdan düz 30 il Şuşamıza və İsa bulağımıza həsrət qaldıq. Bulağımız qan ağladı, Şuşamız qara bağladı.
“Daha arzuların çin olan vaxtıdır!”
Şuşa işğaldan azad olunana qədər İsa bulağı və onun yerləşdiyi ərazi erməni vandalları tərəfindən dağıdılmış, əvvəlki görkəmi tamamilə itirmişdi. Bir sözlə, Şuşanın tarixi abidələri kimi çox acınacaqlı bir vəziyyətə düşmüşdü. Şuşa işğaldan azad olunandan sonra yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İsa bulağının da təmir və bərpa işlərinin başlamasına start verdi. Fikrimcə, çox qısa müddətdə İsa bulağı İstirahət Kompleksi yenidən bəpa edildi. Mövcud olan binalar yeni ənənələrimiz vasitəsilə, tarixi memarlıq surətinə uyğun bir şəkildə bərpa edildi. Burada 4 böyük qonaq evi və restoran fəaliyyət göstərir. İyulun 5-dən etibarən İsa bulağı İstirahət Kompleksi xalqımızın istifadəsinə verilib.
Unutmayaq ki, İsa bulağında Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Səməd Vurğun, Xan Şuşinski və digərlərinin izi var.
Şəkildə: tanınmış şuşalı jurnalist Kərim Kərimovun arxivindən təqdim edilən bu foto 1986-cı ilə aiddir. Məkan İsa bulağı… Anahit adlı erməni qadın Mürsəl kişini çiyninə alıb…
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
BİRİ İKİSİNDƏ – Ruslan Mollayevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr zamanıdır, sizlərə Ruslan Mollayevin “Qatıl” hekayəsi təqdim edilir.
Ruslan MOLLAYEV
“QATİL”
Hekayə 2012-ci ildə Nəsimi Milli Ədəbiyyat müsabiqəsinin qalibi olub.
Aktrisa
Bir qadınla tanış olursan. Çox keçmir sənə aşiq olduğunu bildirir. Onu tam tanımadığın üçün, əslində, özünə deyil, içindəki qüvvəyə aşiq olursan və o, birdən qeyb olur. Əllərinin qanını yuya-yuya “bu son iş idi” – deyib, həyat tərzində dəyişiklik üçün axşam çağına teatra getməyi planlaşdırırsan. Pərdələr açılır və səhnədə o peyda olur. Ürəyinin döyüntüsünü yanında oturanlar da eşidir.
– Deyəsən, telefonunuz zəng çalır, – deyə, sizə pıçıldayırlar.
Özünü ələ alıb diqqətlə tamaşaya baxırmış kimi səhnədəki aktyorların birinə çevrilirsən və bir anda hər şey donur. Təkcə onun dodaqları bir-birinə dəyib açılır. Əlləri havada yellənib saçlarına girir. Kirpiklərini tələsmədən yumub-açır. Birdən bu gün səhər öldürdüyün qatilin can verməsini xatırlayırsan...
Səhnənin ortasında közərə-közərə artan işığın altında iblis paltarını geyinmiş biri dayanır. İblis onun qanadlarını açır. O isə monoloq söyləyir. Deyilən cümlələrə heyrətlənirəm, nəhayət, nədən birdən onun qeyb olduğunu anlayıram. Səhnədə deyilən sözlər, jestlər, hamısı mənimlə görüşdə işlətdiyi kəlmələrdir. Bu, bir tamaşanın məşqi imiş. Ağ mələk paltarını geyinmiş aktrisa cümlələri söylədikcə mən də onunla birgə deyirdim. Yanımda oturan tamaşaçı dirsək vurub sakit olmağımı istədi. Tamaşaçının qulağına pıçıltı ilə – “bax indi adama çevrilib səhnədən yox olacaq” söylədim.
– Baxmısınız? Axı, bu, premyeradır! – dedi.
Ona fikir vermədən tamaşanı izləməyə davam elədim.
Tamaşaçı təəccüblü halda üzümə baxırdı. Elə bil tamaşa üzümdə gedirdi. Pərdələr bağlandı.
Qrim otağı. Əlimi aktrisanın ətəyinin altına saldım. O gözlərini yumub həzz ala-ala: “Bilirdim gələcəksən. Bəyəndin özünü?” – soruşdu.
Cavab olaraq silahı içinə saldım. Diksindi, gözləri bərəldi, sifətinə qorxu yayıldı, gülümsündü və mən atəş açdım. Ağ rəngli mələk paltarı qan oldu, bir-iki damcı da güzgüyə sıçradı. Masanın üstündəki pambıqla qanı güzgüyə yaydım, bir tərəfi dodaq boyası idi. Qadın qoxusu ilə ölüm qoxusunu içimə çəkib getdim.
Mən necə qatil oldum
Hanzaqor dağından yenicə düşmüşdük, Mazımqara postu üçün darıxmışdım, körpünün o biri tərəfində gürcü əsgərləri bir yerə yığışıb deyib-gülürdülər. Yaz vaxtı buranın havasında qəribə bir füsunkarlıq var.
Dan yeri sökülürdü, elə bil göydə qırmızı boya dağarcığı partlayıb yer üzünə damırdı. Duman dağın döşünə düzülmüş ağacların boynuna kəlağayı kimi sarılmışdı. Körpünün altından pıçıltı ilə axan Mazımçay ətrafı daha da sehrləyirdi. Hava artıq açılmışdı, uzaqdan görünən həyət evlərinin aralarındakı yoldan arabir maşınlar keçirdi. Arxamda dayanan dağa böyük hərflərlə “Azərbaycan” yazılmışdı. Ona hər baxanda içimdə qəribə hisslər oyanırdı, yəqin ki, bu, fəxr hissi idi, əlimdəki silah sərhəddə dayanmağıma xüsusi cəsarət verirdi.
Yuxarı kənddən maşın səsi gəlir: “UAZ”-dır.
Qara kişi: -Sabahın xeyir, oğul! – deyib, maşını aşağı şlaqbauma gedən yolda saxladı. Səhərlər bazara toyuq-cücə aparırdı. Maşını elə köhnə idi ki, bir az bərk sürsəydi, ayrı-ayrı hissələrə ayrılacaqdı. Zastava rəisi ondan danışmışdı bizə: Tək yaşayırdı, yoldaşını Katexçay şəlaləsindən bir neçə kilometr yuxarıda (V – əsrə aid olan Katex kilsəsinin yaxınlığında) odun yığarkən ayı parçalamışdı. Qara kişinin üzünə baxanda deməzdin ki, həyatından narazıdır: qırmızı dolu yanaqları və gülərüz sifəti vardı. Ümumiyyətlə, bu ərazinin insanlarında havasına uyğun qəribəlik vardı. Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı: Alban ərazisində olan bu torpaqların əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur.
– Neçə ayın qalıb?
Artıq günlərmi saydığımı dedim. Sevindi, – ah, nə gözəl, hərbi bileti alan kimi uşaqları da götür, gəlin bizə, sizi zirzəmi çaxırına qonaq edim, toyuq-cücədən də kəsərik.
Bilmirəm niyə, amma birdən uşaq kimi “mən toyuq yemirəm” – söylədim. Elə bil bu dəqiqə toyuğu boğazıma dürtəcəkdi.
– Niyə, a bala? Ondan təmiz nemət var?
…Altıncı sinifdə oxuduğum vaxtlardı. Üzməyi hələ bilmirdim və mənə suyun altında üzənlər çox maraqlı gəlirdi. Nəfəsimi tutub neçə saniyə havasız qala biləcəyimi ölçürdüm. Sonra bunu vedrədə yoxladım, daha sonra toyuğu tutub həyətimizdəki arxa saldım. İstəyirdim o da ördəklər, qazlar kimi üzsün, başını bir- iki dəfə suya salıb-çıxartdım. Sonra bir qədər saxladım və öldü. Nənəmin ən sevimli ağ toyuqlarından biri idi. Tətilə qonaq gəldiyim üçün mənə heç nə demədi. Qorxmuşdum, diksinmişdim. Babam gözümün qarşısında basdırdı onu və: belə etmək olmaz, – dedi. Dayım xeyli gülmüşdü, həmən günün səhərindən əzab verə-verə olsa da, üzməyi öyrətdi mənə. Və o gündən toyuq yeyə bilmirəm.
Qara kişi: – Sən gəl, gəl, – deyib, dodağının altında gülə-gülə maşına minib getdi.
Kənd camaatı rahat şəkildə postdan gəlib keçə bilirdilər, çünki buralar bizim ərazi sayılırdı. Amma əslində, xidmətdə olduğum üçün onunla danışmamalıydım. Duman artırdı, xidməti daha da gücləndirdim. Belə məqamda xidmət səslə aparılır. Göz uzağı görmədiyi üçün diqqət daha çox səsə verilir. Dağın ətəyində aşağı posta kimi balaca tağlar tikilmişdi, çox vaxt buralarda iki it yatırdı. Bir dişi, bir erkək. Bir-birinə söykənib yatmışdılar. Elə şirin yatmaqlarına baxıb həsəd aparırdım. Onlara indi nə dərəcədə yaxşı olduğunu, bəlkə də, ağıllarına belə gətirmirdilər. O tayda, uzaqdan it səsləri eşidilirdi, gürcü əsgərləri dağılışmışdı, postları boş idi, deyəsən. Çay öz axarıyla axırdı. Aşağı – Gömrük Postunda yoxlanış üçün dayanan “Tır”ın yiyəsi motoru işə salıb qızdırırdı. Onun nə qədər yol gəldiyini, onu gözləyən ailəsini düşündüm və birdən itlərin səslərini çox yaxında eşidib fikirdən ayıldım. Körpünün tən ortasına kimi gəlib dayandılar və başladılar bir-biri ilə oynamağa. Bir az əvvəl erkək itin yanında uzanmış dişi it yanımdan keçib getdi. Şlaqbaumun qarşısında dayanıb onlara baxdı. Erkək it yatmışdı. Bu səhnə, bu görüntülər heç vaxt yadımdan çıxmayacaq. Dişi it çevrilib “sevigilisinə” baxdı və şlaqbaumun altından keçib getdi. O biri itlərə az qalmış ayaq saxlayıb oturdu. İtlər oynaya-oynaya buna tərəf gəldilər, onu qoxlayırdılar. Birdən biri onu dişlədi, digəri cumdu üstünə, o zingildəyib geri qayıtmaq istəyəndə qarşısını kəsdilər. Erkək it səsə başını qaldırdı və axsaya – axsaya körpüyə tərəf gəldi. Dişi iti zorlayırdılar, erkək itin gözlərində uçurum vardı. Birdən onlara tərəf cumdu, üç it onun qarşısını kəsib mırıldadı. Çayın səsi gəlmirdi, ağaclar, hava – hər şey donmuşdu. Erkək it axsaya-axsaya dala qayıdıb, yerində uzandı. Onlar hamısı, bir-bir dişi iti zorlayıb getdilər. Dişi it də heç nə olmayıbmış kimi qayıdıb erkək itin ayaqları tərəfdə uzandı. Ekrək it aram-aram dərindən nəfəs alırdı. Dişi itin bədəni isə saat kimi vururdu.
Göy gurultusu ilə yağışın ilk izi eyni vaxtda oldu. Avtomatın qundağı ilə dişi itin başına dayanmadan vururdum. Macal tapıb başını qaldıra bilmirdi, erkək it isə sadəcə baxırdı. İtin beynini tamam dağıtdım. Səsə çıxıb olanları gördülər və məni həbsə yolladılar.
Yenə xidmətdə idim, erkək it daha buralarda görünmürdü, Qara kişi maşın ilə aşağı postun şlaqbaundan keçib qarşımda saxladı, maqnitafonunda “Acar” rəqsi səslənirdi, səsini alıb dedi:
– Salam, oğul, eşitdim həbsə düşmüşdün. Başın sağ olsun, amma de görüm, o iti nə üçün öldürdün? Üstüvə cumdu? Ondan bir neçə gün bundan qabaq erkəyi maşının qabağına çıxmışdı. Deyəsən, ayağının üstündən keçdim. Yəqin qancıq onun üçün acıqlı olub. Əsas odur canın-başın salamatdır. Nə oldu tərxis olmursan?..
Tərxis olduğum gün Qara kişini öldürdüm və beləliklə mən qatil oldum.
Harakiri
Bütün olanlara üz çevirib, uzun yola çıxırsan, hər addımında suyun içində gedirmiş kimi torpaq ətrafa yayılır. Arxaya çevrilib baxanda ardınca səkkiz nəfərin gəldiyini görürsən. Anlayırsan ki, bu yol tək sənin deyil, sənin kimi bir neçə samurayların yoludur.
Hamı duz xətt üzərində çayın kənarında oturub, dua oxuyur, harakiri etməyə hazırlaşır, üzü dağlara dayanan ağ saçlı nurani kişinin fleytada ifası adamı yatızdırırdı. Məndən başqa hamı gözlərini yummuşdu. Bura cəsarətlə gəlsələr də, ölümə hazır olmadıqları açıq şəkildə görünürdü. Qılıncın altında oturan samuray bir az qabağı əyilsə, dostu onun ölümə hazır olduğunu biləcək və nə etməlidirsə, onu həyata keçirdəcəkdi. Hər kəsin qarşısında dəstəsi ağ parçaya bələnmiş xəncər vardı. Fleytada çalınan həzin musiqi dağlara dəyib suya düşürdü, əsən sərin külək meşənin hündür ağaclarını rəqs etdirirdi. Bir azdan bu ölüm maşınlarının qanı öz əlləri ilə torpağa töküləçəkdi. Çayın o biri tayında, ağacın arxasından qadın gördüm. Tək deyil, tanıdım, samurayların həyat yoldaşlarıdı.
– Durun, durun deyirəm sizə, aç gözlərini, qılıncı çək onun başından.
Musiqi dayanan kimi qadınlar ağacların arxasından çıxdılar.
Bir o tərəfə baxın, onlar necə sizin ölməyinizi gözləyir. Məni başa düşürsünüz? Bu ritual onlar tərəfindən düşünülüb. Sən, mən onlara görə vuruşmuşuq və bu gün onlar istədiklərinə çatıblar. Bundan sonra yalnız siz onlara mane ola bilərsiniz. Başa düşürsünüz?
Ağsaqqal üzünü çaydan çəkmədən: – Sən kimsən? Bu torpaqlarda nə qəzirsən? – soruşdu. Rahatlıq üçün buralara tez-tez gəldiyimi söylədim.
– Onlar sadiq qalacaqlarına and içiblər, başqa yolları yoxdur. Samurayın həyat və yaradıcılığı ölümə hazırlıqdı, – dedi.
Yanımda dayanan samuray birdən xəncəri özünə sancdı və harakiri elədi. Çayın o tayında yeddi qadın əllərində qılınc suya girib bizə tərəf üzürdülər. Samurayların hər birini ayağa durğuzub döyüşməyə səslədim. Hər kəs yenə diz üstə oturub, başını aşağı saldı. Qadınlar sahilə az qalırdılar. Özünü öldürmüş samurayın xəncərini götürüb meşəyə doğru qaçdım. Fleytanın həzin səsi yenə bütün meşəyə yayılırdı. Səs yenə birdən kəsildi, çayın kənarında olan hamını öldürmüşdülər. Qadınları tapıb bir-bir həmən o xəncərlə, qarınlarının sol tərəfinə batırıb sağa doğru sonra isə horizontal çəkib, göbəklərini iki yerə böldüm və hər qadını qətlə yetirəndə o, yadıma düşürdü, əlimi nəbzlərinə qoyub son vuruşa kimi onların necə öldüyünü hiss edirdim. Məhz bu baş verənlərə görə mən indi sizin qarşınızdayam.
– Müttəhim kimi sizin istəyiniz nədir?
– Onları bağışlayın!
“Ədəbiyyat və incəsənət”
(18.11.2024/)
Gənclər şəhəri Sumqayıtın keçmiş tarixinə bir nəzər
Əməkdar incəsənət xadimi, yazıçı-rejissor, jurnalist, publisist, ictimai xadim, SSRİ dramaturqları laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına mükafatlar laureatı, Prezidentin mükafatçısı, Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Sumqayıt şəhərinin həyatı və onun insanlarına həsr etdiyi “Əfsanələrdən yaranan şəhər və onun insanları” adlı kitabı üzərində son tamamla işlərini görür. Sumqayıt şəhərinin 75 illik yubileyi ərəfəsində “Ədəbiyyat və incəsənət” portalı həmin kitabdan kiçik bir hissəni çoxminli oxucularının ixtiyarına verir.
İnanırıq ki, hamınızın xoşuna gələcək.
Bildiyimiz kimi 2024-cü ilin noyabr ayının 22-də bu şəhərin artıq 75 yaşı tamam olur.
Sumqayıt xoşbəxtlərin, gözəl insanların, ayrı-ayrı millətlərdən olan xalqların birlik, həmrəylik şəhərdir. Sumqayıt kiçik bir Azərbayandır.
Heydər Əliyev
Sumqayıt şəhərinin yaranmasının 75 illiyi ərəfəsində bu şəhərdə yaşadığım 48 illik həyatım bir kino lenti kimi gözlərimin qarşısından keçir...
Bu şəhər mənim kimi, minlərlə həmyaşıdlarımın, bizdən böyüklər və kiçiklərçün ikinci Vətəni, tale şəhəri sayılır. Bu həmin şəhərdir ki, vaxtı ilə əhalisinin sayına, sənaye müəssisələrinin istehsalına, potensial gücünə, gözəlliyinə, səliqə-sahmanına görə, Zaqafqaziyada dördüncü şəhər sayılırdı. İndi isə ikinci şəhər sayılır. Bu həmin şəhərdir ki, adına əfsanələr qoşulub, romanlar, pyeslər, şeirlər, dastanlar, mahnılar yazılıb. Ssenarilər əsasında sənədli, bədii kinofilmlər çəkilib. Buradakı xarüqələri, gözəllikləri görməkçün dünyanın hər yerindən minlərlə insanlar gəlib və bu gözəlliklərdən məmnun olublar. Hətta elələri olub və heyrətə gəliblər ki, bu qumsallığın üzərində belə bir gözəl, yaraşıqlı şəhəri necə salıblar...
Keçmiş tarixə kiçik bir nəzər
Bu gənclər şəhərində gecə yarısına, bəzən də səhərə kimi insanlar kinoteatrlarda, klublarda, konsertlərdə və başqa maraqlı tədbirlərdə böyük həvəslə iştirak edir, qayğısız ömür sürür, böyük istək və həvəslə zavodlarda, fabriklərdə, tikinti meydançalarında işləyir, yorulmaq nə olduğunu belə bilmirdilər. Axşamlar işdən sonra sumqayıtlılar bayramsayağı bəzənib, gül-çiçəklə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, “Ümid” Teatr-Studiyasının, Sumqayıt Gənclərinin Tənqid- Təbliğ Xalq Teatrının, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, 28 may ( keçmiş Oktyabr), İnşaatçılar adına Mədəniyyət evlərindəki, Dostluq, Veteran, Gənclik və başqa klubların bədii özfəaliyyət kollektivlərinin, xalq teatrlarının və eləcə də bu şəhərə qastrola gələn məşhur kollektivlərin, tanınmış incəsənət, ədəbiyyat xadimlərinin çıxışlarına, biri-birindən maraqlı kinofilmlərə baxmaqçün böyük həvəslə gəlirdilər. Həmin vaxtlar sumqayıtlılar öz istirahət saatlarını çox mənalı keçirirdilər. O vaxtlar şəhərdə yaşayan insanların sifətində bir doğmalıq, sevinc, xoş əhval-ruhiyyə vardı. Həmin vaxtı Sumqayıtda millət söhbəti yox idi. Bütün millətlər bir-birilə doğma, dost idi. Hətta bədnam erməniləri də biz özümzə dost bilib, kirvə də edirdik. Bütün bunlar da azərbaycanlıların ürəyigenişliyindən, sadəlövlülüyündən irəli gəlirdi.... Açığı elə bu ürəygenişlik, qan yaddaşımızın olmaması və sadəlövlülük də tarixlər boyu bizə pislik edənlərin əlində tutatrlı bir silah olub...
Sumqayıtlılar bahar, yay, payız aylarında, istarahət və bayram günlərində ellilikcə, kollektivlə dəniz kənarındakı parka gəlir, hər kollektiv bir tərəfdə süfrə açıb, ailəlikcə, dostlarla, tanışlarla bir qismət çörək kəsir, Nəsimi adına parkdakı Yay Estrada səhnəsində və özlərinin həyət meydançalarındakı səhnələrdə göstərilən konsertlərə, əyləncəli proqramlara maraqla tamaşa edirdilər. Sumqayıtlılar öz şəhərlərini çox sevirdikləri üçün tez-tez iməciliklər keçirib, parklarda, meydançalarda, həyətlərdə ağaclar, gül kolları əkir və hər birini də göz bəbəyi kimi qoruyurdular ki, bu yaşıllıqlar qumsallıq şəraitdə boy atsın, inkişaf etsin, şəhəri gözəlləşdirsin. Axı burada, qumsallıqda ağac, gül əkib, onu ərsəyə gətirmək, bu ağalara qol-qanad vermək o qədər də asan deyildi. Bu, insanlardan böyük səbr, hünər tələb eləyirdi. Bu da sumqayıtlılarda vardı. Bir vaxtlar Sumqayıt, burada yaşayan millətlərin hamısının şəhəri olduğuna görə, əkilən, min bir zəhmətlə böyüdülən ağacları kəsmək heç kimin ağlına belə gəlmirdi. Bunu həmin adam özü üçün ən böyük təhqir və şərəfsizlik bilirdi. Bu şəhər, sevənlər, sevgililər, qayğısız, mehriban, xoş güzəranda yaşayan insanların şəhəri idi. Deməli, bu “ölü şəhər” deyildi. Bu həqiqətən diri, qaynar şəhər idi. “Ölü şəhər” adı isə həmin vaxt düşmənlərimizin dəyirmanına su tökənlər tərəfindən ona bir damğa kimi vurulmuşdu. Çünki bu şəhərin inkişafı, sözün həqiqi mənasında xarüqələr yaratması, dünyada tanınması, istehsal etdiyi yüksək keyfiyyətli məhsulların dünya bazarında baha qiymətə satılması, düşmənlərimizin ürəyincə deyildi. Ona görə də düşmənlərimiz bu şəhəri həmişə gözdən salmağa, ona damğa vurmağa çalışırdılar. O vaxtlar biz, bütün bunların nə məqsədlə edildiyini başa düşmürdük. Sumqayıt haqqında deyilən tənqidi fikirlərə adi bir söhbət kimi baxırdıq. Hərdən bəzi dönüklərimiz də bu şəhəri “top” atəşinə tuttrdu. Amma bilmirdik ki, bu tənqidlərin altında böyük qara fikirlər yatırmış… 1988-ci ilin fevral ayında bütün bunlar üzə çıxdı. Bizi “erməni genasidində” suçlayan erməni vandalları Sumqayıtda öz millətlərinə qarşı görünməmiş böyük cinayətlər törədərək, bunu azərbaycanlıların üstünə yıxmaq istəslər də amma bu iyrənc oyunları alınmadı və özləri dünyada xar oldular...
Artıq 2024-cü ilin noyabr ayının 22-də Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Bütün bu illərdə Sumqayıta çirkab atanlar çox olduğuna görə, bəzən əsl həqiqət yaddan çıxıb və ya ikinci plana keçib. Hətta həyatını bu şəhərin inkişafı yolunda şam kimi əridən, bu şəhərdə əvəzsiz xidmətləri olan insanlardan elələri var ki, onlar da yaddan çıxıb və unudulublar. Onların adları əbədiləşməyib. Haqqlarında lazımi səviyyədə yazılar yazılmayıb. Bu şəhərin inkişafında böyük xidmətləri olanların yaşadıqları binalara xatirə lövhələri belə vurulmayıb. Adlarına küçə, məktəb, sosial obyektlər verilməyib. Onların bəziləri hətta sağlığında da özlərinin layiqli qiymətlərini almayıblar. Ona görə də bu kitabda həmin yaddan çıxan, qiymətləri layiqinə verilməyən insanlar haqqında daha geniş yazmağı, həmin insanları tanıyanların qiymətli fikirlərini yazmağı planlaşdırmışam. Çünki həmin insanlar heç vaxt unudulmamalıdırlar. Ümumiyyətlə, mənim fikrimcə, təbirimcə nəcib əməllərlə yaşayan insanlar unudulmamalıdırlar.
Amma çox sevindirici haldır ki, artıq bu şəhərə doqquz ildir ki, rəhbərlik edən Zakir Fərəcov bir vaxtlar layiqili qiyməti verilməyən insanların çoxuna layiqi qiymətini verib. Onlardan bəzilərinin adına küçələr verilib. Bəzilərinin yaşadığı evlərə xatirə lövhələri vurulub. Bəzilərinin adına məktəblər verilib. Bu, əlbəttə, çox böyük və təqdirlə layiq bir işdir... Bu görə mən, Zakir müəllimə öz təşəkkürümü bildirirəm.
Bunu keşmiş rəhbərlər də edə bilərdilər. Bəs niyə etməyiblər?.. Belə sualların sayı həddindən artıq çoxdur...
Sumqayıt niyə bir şəhər kimi salındı
Ona görə də ilk öcnə Sumqayıtın nə məqsədlə yaranması haqqında oxuculara qısa məlumat vermək istəyirəm.
1922- ci ildə Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi, Sovet Sosialist Respublikaları İttifaqı hökumətinin rəhbərliyinə belə bir teleqramla müraciət edib: “Azərbaycanda neft sənayesini inkişaf etdirməkçün boru istehsal edən zavod tikintisinə icazə verilməyinizi və həmin zavodun inşası üçün maliyyə köməkliyi etməyinizi Sizdən xahiş edirik”. Bu teleqrama həmin vaxt müsbət cavab alınsa da, Azərbaycan rəhbərliyində əsas aparıcı vəzifələrdə qeyri azərbaycanlılar daha çox işlədiyinə görə, məsələnin müsbət həll olunmasına imkan verilməyib.
Artıq 1935- ci ildə də belə qərar qəbul olunub ki, Bakı ətrafında İstilik Elektrik Stansiyası, alüminium, metallurgiya və kimya zavodları tikilsin. Bununla bağlı iyun ayının 28-də Bakıdan Moskvaya dəvət olunan mütəsəxəssilərin iştirakı ilə SSRİ Sənaye Xalq Komissarlığının müşavirəsində mühüm danışıqlar aparılıb. Həmin müşavirə iştirakçılarına dövlət tapşırığı olaraq, Abşeron yarımadasında İstilik Elektrik Stansiyasının və digər sənaye kombinatlarının tikilməsi üçün ərazinin seçilməsi tapşırığı verilib. Həmin komissiya belə qənaətə gəlib ki, Bakının şimalında, Sumqayıt dəmiryol stansiyası yaxınlığında yeni şəhərin və sənaye kombinatlarının salınması mümkündür. Amma çox maraqlıdır ki, bu qərar da altı ay kağız üzərində qalıb. Çünki Moskvada əsas vəzifədə olan və Azərbaycan millətinə qarşı həmişə düşmən mövqeyində olanlar buna imkan verməyiblər...
1936- cı ilin əvvəlində, artıq Mir Cəfər Bağırov məktubla İosif Vssarionoviç Stalinə müraciət edərək, Azərbaycanda boru istehsal edən zavodun tkilməsinin çox labüd və vacib olduğunu, məntiqi dəlillərlə həmin məktubda yazıb. Stalin də həmin məktuba müsbət cavab verib.
Beləliklə, Azərbayan rəhbərliyi boru istehsal edən zavodu tikməkçün yer axtarmağa başlayıb. Və belə qərara gəliblər ki, Bakıdan 40 kilometr şimalda, Xəzər dənizinin sahilində və əvvəlki komissiyanının müəyyyənləşdirdiyi yerdə bu zavodu tikmək olar. Həm də bu zavodda işləyəcək insanlarçün kiçik bir yaşayış massivi, on iki min nəfərlik peyk şəhərciyi də salmaq olar. Amma heç kimin ağlına belə gəlməzdi və təsəvvür eləməzdi ki, bu kiçik peyk şəhərciyi sonralar böyüyüb, 400-500 min əhali yaşayan Sumqayıt adlı bir gözəl şəhər olacaq. Adı dünyada tanınacaq. Adına mahnılar, şeirlər, dastanlar, bədii, sənədli əsərlər qoşulacaq. Haqqında bədii, sənədli kinofilmlər çəkiləcək. Rəssamlar bu şəhərin insanlarını və gözəl mənzərələrini özlərinin rəsm əsərinə köçürəcəklər. Bu şəhərdə yaşayan insanlar öz şəhərlərini dünyanın ən gözəl şəhərlərindən üstün tutacaqlar. Bu şəhər dünya elminə çoxlu alimlər, məşhur mütəxəssislər, elm, təhsil, mədəniyyət işçiləri, məşhur həkimlər, tanınmış yazıçılar, idmançılar bəxş edəcək...
Artıq elə 1936- cı ilin sonuna kimi bu ərazidə indiki Sumqayıt Elektrik Stansiyasını tikməkçün ilk taxta baraklar və istilik mərkəzinin inşaatçılarının yaşaması məqsədi ilə qəsəbə salındı. Balaca qəsəbə salındıqca, məlum oldu ki, burada böyük şəhər salmaqçün hər cürə imkanlar var. Çünki bu yerin bir tərəfindən dəmir yolu, bir tərəfindən şosse yolu keçir. Həm də bura dəniz sahilində yerləşdiyinə görə, gələcəkdə burada dəniz yolu da salmaq mümkündür. Amma çox əfsus ki, bu günə qədər həmin dəniz yolunun salınmasını sumqayıtlılar səbirsizliklə gözləyirlər... Eləcə də Sumqayıta metro çəkilişi də planlaşdırlsa da əfsus ki, bu gözəl ideya hələ ki, reallaşmayıb. Əfsus. Çox əfsus... Amma Sumqayıta metro çəkilsə görün bu metrodan Azərbaycan büdcəsinə nə qədər xeyir gələr.
Beləliklə, gələcək şəhəri salmaqçün sənədlər, layihələr, smeta xərcləri hazırlandı. Hətta 1939- cu ildə Boruyayma zavodunu tikməkçün də qərar qəbul olundu və qısa bir vaxta işlərə başlanıldı...
1941- ci ilin fevral ayının 13- də Sumqayıt 1 nömrəli İstilik Elektrik Stansiyası ilk cərəyan verməyə başladı. Bu da artıq ilk qələbə idi. Özü də təkcə yerli camaatın dili ilə “Suqayıt” adlanan bu yerdə çalışan insanlarçün yox, həm də respublika üçün bir qələbə idi. Bu müəssisənin də əsas məqsədi, Bakıda olan neftçıxarma müəssisələrinə əlavə işıq vermək idi.
Lakin Böyük Vətən Müharibəsinin başlanması, azərbaycanda bütün işlər kimi, Sumqayıt qəsəbəsinin və Boruyayma zavodunun da tikintisini yarımçıq qoydu. Burada çalışan inanların çoxu müharibəyə getdi. O vaxtlar Sumqayıt qəsəbəsinin salınmasında iştirak edən və bu yerlərdə ilk binaların özülünü qoyanlardan biri Mikayıl Məmməd oğlu Ələkbərovun adı qısa vaxtda məşhur oldu. Belə ki, 1943- cü ilin oktyabr ayının 26- da SSRİ Ali Sovetinin fərmanı ilə Mikayıl Ələkbərova döyüşlərdə göstərdiyi böyük qəhramanlığa, igidliyə görə, ölümündən sonra Sovet İttifaqı Qəhramanı adı verildi. Sumqayıtlılar belə bir qəhraman oğlu ilə fəxr etməyə başladılar. Bundan ruhlanan Sumqayıt 1 nömrəli İstilik Elektrik Stansiyasının işçiləri öz əmək haqlarından və müəssisənin gəliri hesabına təyyarə alıb, müharibəyə göndərdilər. İ. V. Stalinin həmin vaxtlar onlara göndərdiyi təbrik teleqramı da SSRİ-nin bütün aparıcı qəzetlərdə çap olundu.
1944-cü ildə artıq qələbənin yaxınlaşdığını görən SSRİ Müdafiə Komitəsinin rəhbərliyi yanvarın 17- də Zaqafqaziya Sənaye Tikinti Trestini ( “Zaqpromstroy”) yaratmaqçün qərar verdi. Bu təşkilatın da əsas işi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada nəhəng tikililər aparmaq, yeni zavodlar, fabriklər, yaşayış massviləri tikmək və köhnə, yarımçıq qalmış tikililəri bərpa etmək idi. Bu nəhəng təşkilata da Moskvada Polad və Ərintilər İstitutunu bitirmiş, mühəndis ixtisasına yiyələnmiş, Şimali Uralda yerləşən Metallurgiya zavodunda təcrübə keçmiş, Dneprovestin, Baykal-Amur kanalının tikintisində iştirak edən, 1938- ci ildən isə Azərbaycan Xalq Toxuculuq komissarı vəzifəsində işləyən Mehbalı Əmiraslanov rəhbər təyin olundu. Mehbalı Əmiraslanov özünün yazdığı xatirələrində həmin illəri xatırlayaraq, belə yazırdı: “ Mir Cəfər Bağırov məni bu vəzifəyə təyin edəndən sonra, yanına çağırdı və dedi ki, bu gündən “Zaqpromstoy” təşkilatının bütün qüvvəsini Boruyayma zavodunun tikintisinə və orada yaşayış massivi salmağa cəmləşdirməlisən. İdarəni də köçür Sumqayıta. Elə həmin gündən də texnikanı Sumqayıta daşınmağa başladıq. O vaxtlar belə nəzərdə tutulmuşdu ki, bura Bakının peyk şəhərciyi olacaq. Ən çoxu da burada 12 min insan yaşayacaq”.
Bəli. O zaman Azərbayan rəhbərliyi belə fikirləşirdi. Amma indi artıq Sumqayıt şəhərinin əhalisi qaçqın və köçkünlərlə birlikdə 500 min nəfərdən çoxdur. Və əhalinin sayı günü-gündən artır. Şəhərdə yeni mini zavodlar və fabriklər tikilir. Yaşayış massivləri salınır. Sumqayıt və onun rəhbərləri bu şəhərin əvvəlki şöhrətini geri qaytarmaq istəyirlər… İnanıram ki, bu müqəddəs arzu tezliklə reallaşacaq.
Beləliklə, 1944-cü ilin əvvəllərindən Zaqafqaziya Sənaye Tikinti Trestinin rəhbərliyi artıq Sumqayıtda öz işlərinə başladı. Mehbalı Əmiraslanov həm də arıq bu peyk şəhərciyində gedən bütün işlərə də rəhbərlik edirdi. Bir növ tikilən şəhərin ilk rəhbəri sayılırdı. Çünki respublika rəhbərliyi məhz onunla məsləhətləşir və onunla hesablaşırdı. Artıq 1944- cü ildə Sumqayıtda 1 nömərəli Dəmir-Beton Məhsulları zavodu yaradıldı. Deməli, artıq Sumqayıtda böyük işlər görmək, buranı sənaye şəhərinə çevirməkçün ilk realllıqlar yarandı. Artıq işlər çoxaldıqca Mehbalı Əmiraslanovçün bütün bu işləri görmək çətin olduğundan, 1944- cü ildən Sumqayıt qəsəbəsinə çox böyük təşkilatçı insan, dəyərli ziyalı Yəhya Məmmədovu partiya komitəsinin katibi təyin etdilər. Həmin vaxtı isə bu şəhər Bakının bir rayonu sayılırdı. Yəni Bakı şəhərinin tabeliyində olan rayon idi. Yəhya Məmmədov da Moskvada Polad və Ərintilər İnstitutunda təhsil almışdı. Bir müddət Ukranyna Respublikasının Zaporojye şəhərində Metallurgiya Kombinatında mühəndis-konstruktor vəzifəsində çalışmışdi. 1932- ci ildə Bakıya gəlib, “Bakı fəhləsi” zavodunda baş mühəndis və Azərbaycan Metallurgiya İstitutunun direktoru işləmişdi. Həddindən artıq təşkilatçı insan idi. Bütövlükdə qanı və canı ilə azərbaycanlı idi.
Yetmiş beş il bundan qabaq yaranan şəhər və onun insanları
Sumqayıt 1949-cu ildə şəhər statusu alanda beləliklə, Yəhya Məmmədov həm də bu şəhərin ilk birici katibi təyin olundu. O, bu işlə paralel olaraq, Boruyayma zavodunun da ilk direktoru işlədi. Bu şəhərin və Boruyayma zavodunun İttifaq miqyasında tanınması üçün əlindən gələni edirdi. Və elə zavoda xammal gətirmək üçün Rusiyaya gedəndə qışın soyuq havasında ağır xəstələndi. Onu sağaltmaq çox çətin oldu. Və təxminən 50 yaşında vəfat elədi. Beləliklə, Sumqayıt şəhirinin ilk birici katibi və Boruyayma zavodunun ilk direktoru olan Yəhya Məmmədov, arzularının çiçək açdığı illərdə dünyasını dəyişdi. Çox sevindirici haldır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmrilə Sumqayıt şəhərinin küçələrindən birinə Yəhya Məmmədovun adı verilib. Sumqayıt şəhər Tarix Muzeyində onun üçün ayrıca guşə ayrılıb. Mən bir vaxtlar Yəhya müəllimin və onun həyat yoldaşı, bir vaxtlar Sumqayıt şəhər İcraiyyə Komitəsində sədr müavini-katib işləmiş Möhtərəm Məmmədovanın yeganə övladları, Sumqayıt şəhərində ilk pionina üzrə orta ixtisas təhsilli mütəxəssis olan və uzun illər Sumqayıt Musiqi Texnikumunda müəllimə işləyən Məsumə xanım Məmmədova ilə çoxlu söhbətlər eləmişəm. Atası və anası haqqında maraqlı yazılar yazmışam. Həmin yazılar da kitabda öz əksini tapıb...
Yəhya Məmmədovun ölümündən və Sumqayıta şəhər statusu adı veriləndən sonra bu şəhərə birici katib Kamran Hüseynovu təyin etdilər. O Kamran Hüseynov ki, Sumqayıtın adı, ilk uğurları onun adı ilə bağlıdır. O Kamran Hüseynov ki, bu şəhəri təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və ondan kənarlarda da tanıtdı, məşhurlaşdırdı. Kamran Hüseynov Mingəçevir şəhərinin də ilk birinci katibi olmuşdu və bu şəhər üçün də çox böyük işlər görmüşdü... Kamran Hüseynov üç dəfə bu şəhərin birinci katibi işlədi və Sumqayıt üçün çox işlər gördü...
Zakir Fərəcov onun da adını əbədiləşdirdi və Sumqayıtın küçələrindən birinə onun adının verilməsinə nail oldu.
Sumqayıtın tatixi ilə bağlı bir maraqlı məlumat
Bəzi tarixi məlumatlara görə, Sumqayıtda 1927- ci ildən başlayaraq, bir sıra maraqlı işlər görülüb. Belə ki, o vaxtlar SSRİ Müdafiə Nazirliyinə tabe olan, tam gizli, məxfi Kimya zavodu olan “Poçt qutusu” adlanan müəssisə, ondan az sonra isə Sumqayıt Dəmir Yol Stansiyasının yanındakı “Tuğ” zavod da deyilənə görə, artıq həmin vaxtlar, yəni 1927-ci ildə fəaliyyətə başlayıb. Hətta həmin müəssisələrdə Böyük Vətən Müharibəsi vaxtı hərbdə, döyüşlərdə istifadə olunan strateji məhsullar da istehsal olunub. Amma bunlar tam məxfi olduğuna görə, əlimizdə dəqiq sənədlər yoxdur. Ola bilər ki, bunlar həqiqətdir. Çünki həmin yerdə o vaxtlar insanlar yaşayıb. Və ayrı-ayrı millətlərdən olan bu insanlar da demək olar ki, heç kimlə təmasda olmayıblar. Daha-doğrusu bu bölgədə olan insanlarla başqalarını təmasda olmağa qoymayıblar...
Bir də belə məlumat var ki, həmin “Tuğ” zavod deyilən ərazidə məhkum olunmuş çoxlu insanlar və Böyük Vətən Müharibəsində əsir düşən almanlar da yaşayıb və onlar da Sumqayıtın tikintisində çox yaxından iştirak ediblər. Yəqin məhz buna görə də həmin yer “bağlı ərazi” olub. Bu məlumatlar daha dəqiqdir. Deməli, Sumqayıtın tikintisini elə 1927-ci ildən hesablamaq olar.
Müharibənin qələbəsi Sovetlər Birliyində olan insanlara ruh verdi.
... Müharibəni qələbə ilə başa vuran Sovetlər ölkəsi, hər yerdə böyük bərpa və quruculuq işlərinə başladı. Sumqayıt şəhərində Kimya zavodunda da ilk obyektlər istismara buraxıldı. Bunun ardınca Boruyayma zavodunun da tikintisi sürətləndi. Sumqayıt qısa vaxtda əsl tikinti meydançasına çevrildi. Artıq bura işləməyə gələn insanların sayı günü-gündən artmağa başladı. 1948-53- cü illərdə Kimyaçılar qəsəbəsində, 1, 2, 3- cü məhəllələrdə çoxmənzilli yaşayış binaları, 24, 25- ci məhəllələrdə şəxsi evlər, 3 nömrəli məktəb və uşaq baxçaları tikilib istifadəyə verildi. Bu tikililərdə də alman əsirləri, müharibə vaxtı əsir düşmüş və sonradan günahsız olsalar da həbs olunmuş insanlar çoxluq təşkil edirdilər.
1949- cu ilin sentyabr ayının 5-də artıq hamının ümidlə gözlədiyi, arzusunda olduğu Boruyayma zavodunun ilk tökmə sexi (liteynıy çex) istifadəyə verildi. Qısa bir vaxtda bu bayrama başqa bir bayram da qarışdı. Belə ki, Azərbaycan Ali Soventi Rəyasət Heyyətinin 1949- cu ilin noyabr ayının 22- də çap olunan fərmanı ilə Bakı şəhərinin Sumqayıt rayonuna şəhər statusu adı verildi. Bu əlbəttə ki, böyük tarixi hadisə oldu. Bundan sonra isə Sumqayıtın tikintisi daha da sürətləndi. İnsanlarda bu şəhərdə işləməyə, yaşamağa maraq daha da artdı. Keçmiş Sovetlər Birliyindən və Azərbaycan rayonlarından çoxlu cavan oğlanlar və qızlar bu şəhərə gəlməyə başladılar.
1950-51- ci illərdə Sumqayıt şəhərində ilk dəfə olaraq, komsomol və partiya konfransları keçirildi. 1951- ci ildə isə daha bir maraqlı tarixi hadisə baş verdi. Belə ki, əsasən almanların işlədiyi və layihəsini də özləri verdikləri ilk mədəniyyət obyekti olan metallurqların Cəfər Cabbarlı adına Mədəniyyət evi fəaliyyətə başladı. Burada hər gün biri-birindən maraqlı tədbirlər keçirilməyə başlanıldı. Bu Mədəniyyət evi sumqayıtlıların əsl mədəni istirahət ocağına çevrildi.
Təkcə on il müddətində, yəni Sumqayıta şəhər statusu verilən 1949- cu ildən, 1959-cu ilə kimi, bu şəhərdə maraqlı tarixi hadsələr baş verdi. Ağlagəlməz dərəcədə böyük işlər görüldü. Mən özüm həmin görülən işlərin xranalogiyasını oxuduqca inana bilmirəm ki, bütün bunlar on ildə tikilib istifadəyə verilib. Belə ki, 1950- ci ilin 5 dekabr tarixində o vaxtlar Sovetlər Birliyində çox dəyərləndirilən Sumqayıt şəhərinin birinci komsomol konfransı və 1951- ci ilin 21 aprel tarixində birinci partiya konfransı keçirilib. Həmin vaxtlar Sovet idealogiyasının güclü olduğu illərdə bu tədbirlər böyük tarixi hadisə sayılırdı. Ən böyük tarixi hadisələrdən biri isə Sovetlər İttifaqında analoqu olmayan Sintez- Kauçuk zavodu idi. 1952-ci ilin 15 avqust tarixində istismara buraxılan bu zavodda Sovetlər İttifaqında ilk dəfə olaraq, neft qazlarıdan etil spirti alındı. Bu uğur ardınca yeni uğurları gətirdi. İripanelli Evtikmə Kombinatı da elə həmin il işə başladı. Həmin ilin dekabr ayının 31- də Boruyayma zavodunda stan “140” istismara buraxıldı. 1952- ci ildə daha iki maraqlı hadisə oldu. Bunlar- Sumqayıt və Rustavi (Gürcüstan respublikası) arasında Qardaşlaşmış şəhərlər əlaqəsinin yaradılması və metallurqların Cəfər Cabbarlı adına Mədəniyyət evində ilk bədii özfəaliyyət kollektivi olan dram dərnəyinin yaranması və həvəskar aktyorların ilk tamaşa göstərməsi oldu. Bu kollektivin rəhbəri, Mədəniyyət evinin direktoru, sonralar Sumqayıt mədəniyyət üçün əvəzsiz işlər görmüş, hətta bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının direktoru işləmiş, istedadlı rejissor, Sumqayıtın ilk peşəkar rejissoru, dəyərli ziyalı olan Əbülfəz Həsənov oldu. Sonralar onun rəhbərlik etdiyi bu dram dərnəyi Xalq teatrı oldu. Bu kollektiv SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri səhnəsində Səməd Vurğunun “Vaqif” tamaşasını oynamaqla və bu tamaşaya görə, “Qızıl” medal almaqla keçmiş Sovetlər Birliyində də tanındı. Sonrala bu kollektivin bir neçə üzvü Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktyorları oldular. Əbülfəz Həsənov da Sumqayıt Dövlət Dram Teatrında bir neçə çox maraqlı tamaşalar hazırladı.
1953-cu ilin 23 oktyabr tarixində Boruyayma zavodundakı marten sexi ilk dəfə polad ərintisi istehsal elədi. Bu da artıq metallurqların böyük qələbəsi idi. 1954- cu ildə musiqiçilərin də həyatında tarixi hadisə baş verdi. Sumqayıtda həmin vaxtlar İcraiyyə Komitəsinin sədr müavini və mədəniyyət şöbəsinə rəhbərlik edən Möhtərəm Məmmədovanın təşəbbüsü ilə ilk musiqi məktəbi açıldı. Bu musiqi məktəbinin də yuxarıda yazdığım kimi yeganə azərbaycanlı şagirdi Mənsumə Məmmədova oldu. Bəli. Bu həmin Mənsumə xanımdır ki, atası Yəhya Məmmədov Sumqayıt şəhərinin ilk birinci katibi və Boruyayma zavordunun ilk direktoru olub. Anası Möhtərəm xanım isə uzun illər İcraiyyə Komitəsində katib və Mədəniyyət şöbəsinin müdiri işləyib və şəhərin fəxri vətəndaşı olub. Çox təəssüf ki, Möhtərəm Məmmədova demək olar ki, unudulub. Yuxarlda yazdığım kimi Yəhya və Mötərəm Məmmədovların yeganə övladı Məsumə xanım Məmmədova sonralar taleyini musiqi ilə bağlayıb və Sumqayıt Musiqi Texnikumunun ən aparıcı müəllimlərindən biri olub. Müəllim kimi qırx ildən artıq işlədiyi Sumqayıt Musiqi Texnikumunda respublikada tanınan çoxlu tələbələr yetişdirib. Amma gördüyü bu xidmətlərin müqabilində o da çoxları kimi özünün layiqli qiymətini ala bilmədi. Məsumə xanım Məmmədova 2012- ci ildə dünyasını dəyişdi. Özü ilə birlikdə atası və anası haqqında bizim bilmədiyimiz çoxlu xatirələri də haqqa dünyasına apardı. Əfsus ki, biz bunların hamısını ondan öyrənib, yazıya köçürmədik. Onun layiq olduğu Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim fəxri adlarından heç biri Məsumə xanım Məmmədovaya verilmədi. Bax, belə haqsızlıqlar da Sumqayıt yaranandan bu günə kimi çox olub. Bəzən fəxri adlara, orden, medallara layiq adamların əvəzinə layiq olmayanlara fəxri adlar və orden, medallar verilib. Bu da layiq olanlara bir dərd, faciə olub. Bu haqsızlıqlar haqqında da kitabda ətraflı yazmışam...
Əgər musiqi məktəbi 1954- cü ildə Sumqayıtın mədəni həyatında böyük hadisə idisə, elə həmin ilin 30 iyun tarixində Boruyayma zavodunda daha maraqlı bir hadisə baş verdi. Belə ki, həmin tarixdə “250-i” stanının istismara buraxılması və marten sexində ilk polad ərintisinin alınması da istehsalat sahəsində böyük hadisə oldu. Artıq Sumqayıtda zavodlar öz məhsullarını istehsal etdikcə bu şəhərə də maraq artırdı. 1955- ci ilin 8 mart tarixində Alüminium zavodunun işə düşməsi və ilk alüminiumun istehsal olunması Sumqayıtda böyük bayrama çevrildi.
Sumqayıtın intibaha gedən yolu
Elə yazımın bu yerində təkcə onu vurğulamaq istəyirəm ki, 1956- cı ildə bu şəhərdə 41 min kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilib. Bu da həmin illərçün çox böyük rəqəm idi. Bu şəhərdə işə başlayan insanlar qısa vaxtda evlə təmin olunduğundan və çox yüksək əmək haqqı aldıqlarından təkcə respublikanın rayonlarından yox, keçmiş Sovetlər Birliyinin ayrı-ayrı bölgələrindən, respublikalarından cavan oğlanlar və qızlar axın-axın böyük həvslə bu şəhərə işləməyə gəlirdilər. Çünki həmin vaxtlar Sovetlər Birliyində böyük təbliğat maşını işləyirdi. Bu təbliğatın nəticəsində də işsizlik probleini həll etməkçün Sumqayıt kimi yeni yaranmış şəhərlərə cavanları işləməyə cəlb edirdilər. Əsasən də Rusiyadan və başqa respublikalardan qızlar daha çox Sumqayıta gətirilirdi. Onlar da azərbaycanlı oğlanlarla ailə həyatı qururdular. Bu da Sovet siyasəti idi. O vaxtı SSRİ rəhbərlərinin ali məqsədlərindən də biri bu idi ki, rus qızları ilə başqa millətlərin oğlanları evlənsin və bu iki millətdən törəyən övladlar savadlı və sağlam olurdular. Çünki spitli içkiyə alüdə olan rus kişilərdindən olan uşaqlar heç də ağıllı və savadlı olmurdular. Elə yadımıza salaq 70 illik Sovet hakimiyyəti dövründə SSRİ-nin ən aparıcı vəzifələrində “metis” uşaqlar, ya da rus olmayanlar idilər. Onlar da rus mədəniyyətinə, elminə, incəsənətinə, təhsilinə, ədəbiyyatına xidmət etməklə Rusiyanı dünyada tanıtdılar.
Həmin vaxt bu şəhərdə də internasional aillər həddindən artıq çox idi...
Elə həmin vaxtlar bu şəhərə işləməyə gələnlərin sonralar Sumqayıt, çoxunun tale şəhəri oldu. Bu şəhərdə onlar ailə həyatı qurub, dünyaya övladlar gətirdilər. Həmin vaxtlar bu şəhərdə insanlar böyük inamla yaşayır və böyük inamla da quruculuq işləri görürdülər. Çünki Sumqayıtda onların əməyi də yüksək qiymətləndirilir, fəhlə ilə rəhbər arasında heç bir fərq qoyulmur və hamı öz əməyinin qiymətini alırdı. Həmin vaxtı Sumqayıtda regionçuluq, tayfabazlıq, rüşvət, inhisarçılıq kimi iyrənc, çirkin əməllər, oyunlar yox idi. O vaxtlar bu şəhərdə səksəndən çox millətin nümayəndələri yaşayırdı.
Sumqayıtlıların boş vaxtlarını daha maraqlı keçirməsi üçün 1957- ci ilin sentyabr ayının 5- də şəhər bağının ərazisində yay Estrada teatrı açıldı. Elə həmin vaxtdan da bu Estrada teatrı sumqayıtlı gəncləriın ən sevimli yeri oldu. Bəzən gecənin yarısına, hətta səhərə kimi, burada musiqi eşidilir və bu gənclər çox böyük həvəslə rəqslər edir, şənlənirdilər. Onlar özlərinin qayğısız, sevimli günlərini yaşayırdılar. 1957- ci ildə Nəriman Nərimanov adına Mədəniyyət evinin də istifadəyə verilməsi, bütün sumqayıtlıların sevincinə səbəb oldu. Ümumiyyətlə, həmin illərdə bu şəhərdə insanların istirahətinin maraqlı, xoş keçməsi, sağlamlıqlarının qorunması üçün şəhər rəhbərliyi əlindən gələni edirdi. Ona görə də artıq 1958- ci ildə bu şəhərdə 4 mədəniyyət evi, 14 klub, 18 kitabxana və insanların sağlamlığı keşiyində dayanan 175 həkim , çoxlu tibb bacıları vardı. Bu şəhərdə çox savadlı müəllimlər çalışır və savadlı, yüksək təfəkkürlü şagirdlər yetişdirirdilər.
Beləliklə, biri-biririn ardınca şəhər bağının ərazisində yay Estrada teatrının açılması, Alüminium zavodunun yeni inzibati binasında ilk gecə sanatoriyasının açılması, Nəriman Nərimanov adına Mədəniyyət evinin istifadəyə verilməsi, “Neftkimya avtomat” Elmi -Tədqiqat İsntitutunun açılması, Boruyayma zavodunda “700” və “800” stanlarının işə düşməsi, Sintez- Kauçuk zavodunda Sumqayıt kauçukunun istehsal olunması, bu şəhərdə Qaz idarəsinin açılması, şəhərin 30, 17, 3, 2, məhəllələrin tikintisinin başa çatması və 14- cü məhəllənin tikintisinin təməlinin qoyulması, Bakının Sabunçu vağzalından Sumqayıta ilk elektrik qatarının yola düşməsi, Kərpic zavodunun tikilməsi, Şəhər Partiya Komitəsinin binasının tikintisinin başa çatması, Səməd Vurğun adına kimyaçıların Mədəniyyət Sarayının tikilərək istifadəyə verləmsi, Superfosfat zavodunun tikintisinə başlanılması, Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun ( indiki Neft Akademiyası), Sumqayıt filialının yaradılması ( indiki Sumqayıt Dövlət Universiteti ), keçmiş Lenin və Nizami küçələrinin kəsişməsində ilk tranmay xəttininin açılışının olması, “Xlorlayihə” Elmi -Tədqiqat İnstitutunun Sumqyıt filialının açılması, Rabitə evinin açılışı, Şəhər Avtomat Telefon stansiyasının işə düşməsi, Texnologiya texnikumunun açılması, 12 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin ixtiyarına verilməsi, Sumqayıt şəhər rəhbərlərinin və işçilərinin yorulmaz əməyinin böyük bəhrəsi, insanlara yüksək qayğılarının nəticəsi idi. Çox maraqlıdır ki, Sumqayıt şəhər statusu alandan sonra on ildə bu şəhərdə həddindən artıq böyük işlər görülüb. Təkcə 1958-ci ilin statistik göstəricilərində belə bir faktla rastlaşdım. “Bu müddətdə Sumqayıtda 4 mədəniyyət evi, 14 klub, 18 kitabxana, 10 məktəb fəaliyyət gösətrib. Sumqayıtda insanların sağlamlığı keşiyində 175 həkim işləyib. Təkcə 1958-ci il ərzində şəhərdə 971 toy olub. 2100 uşaq dünyaya gəlib”. Təbii ki, o vaxtlar Sumqayıt elə də böyük şəhər deyildi. Əhalisi 100 minə də çatmırdı. Bu rəqəmlər də o vaxtçün böyük göstərici idi.
1959- cu ildə bu şəhərin 10 illiyini qeyd etməmişdən əvvəl, sumqayıtlıları bir sıra tarixi hadisələrə də imza atıblar. Belə ki, şəhərin Lenin ( indiki Azərbayan) və Nizami küçələrinin kəsişdiyi yerdə ilk tranvay xəttinin açılışı olub. Bu da şəhərdə nəqliyyat probleminin aradan qaldırılmasında böyük iş oldu. Şəhərdəki Kimya zavodlarında savadlı mütəxəssislərə ehtiyac çox olduğunu nəzərə alaraq, həmin ildə Texnologiya texnikumu ( indiki Texnologiya Kolleci) yaradıldı. Elə həmin ildə “Xlorlayihə” İnsititutunun Sumqayıt filialının açılışı da onu göstərir ki, artıq 10 ildə Sumqayıtda alimlər ordusu da yetişməyə başlayıb. Bu alimlərin də öz işlərini daha səmərəli görməsi məqsədi ilə belə İnstitut yaradılıb.1959 və 1960-cı illərdə isə bu şəhərdə tarixdə görünməmiş sürətli işlər gedib. Təkcə iki ildə şəhər Radio qovşağının işə düşməsi, ilk tranvay xəttinin çəkilməsi, “Xlorlayihə” İnstitututun Sumqayıt filialının işə başlaması, Rabitə evinin açılması, Texnalogiya texnikumunun ilk tələbələri qəbul etməsi, Sanitar Epidemologiya Stansiyasının binasının istifadəyə verilməsi, Sintez- Kauçuk zavodunda Buton qrupuna aid sexlərin işə düşməsi, Evtikmə Kombinatının, Kimya Kombinatının, Superfosfat zavodunun, Xəstəxana şəhərciyinin, İnternat məktəbinin işə başlaması, Şüşə zavodunun təməlinin qoyulması, 29 və Birləşmiş məhəllələrin tikintisinin başa çatması, bütün bunlar təkcə şəhərçün yox, Azərbaycançün böyük qələbə idi.
Sumqayıt yaranışından kimyaçılar və metallurqlar şəhəri kimi tanınıb. Amma elə həmin vaxtlar bu şəhərdə çoxlu alimlər, müəllimlər, həkimlər, ədəbiyyat, incəsənət xadimləri, məşhur idmançılar çalışsa da və bu insanlar şəhərçün əvəzsiz işlər görsə də, kimyaçılar, metallurqlar və fəhlələr çoxluq təşkil etdiklərindən bu şəhər keçmiş Sovetlər Birliyində əsasən onların şəhəri kimi tanınıb. İndi isə çox sevindirici haldır ki, bu şəhər ziyalıların şəhəridir.
Həmin vaxtlar bu şəhərdə çoxlu ağaclar əkilib. İndi şəhərin gözəlliyinə böyük yaraşıq verənNəsimi adına parkda insanlar böyük iməciliklər təşkil etməklə çoxlu ağaclar əkib və ona böyük səbrlə qulluq ediblər ki, bu ağaclar böyüsün, Sumqayıta yaraşıq versin.
1960-cı ildə “Zaqafqaziyasənayetikinti” Trestinin adı dəyişdirilərək, 1 nömrəli Trest adlandırılıb. İttfaq səviyyəli bu Trestin də ilk işi 34- cü məhəllədə 1961- ci ilin fevral ayında iripanelli binanın tikintisinə başlaması olub.
1961-ci ilin ən böyük tarixi hadisəsi isə Kimya Kombinatının tikintisinə başlamaqla, Sumqayıtın gələcəkdə böyük kimya şəhəri olması reallaşdırılıb.
Artıq şəhər genişləndikcə, insanların öz işlərinə gedib-gəlməsi çətinləşməməkçün başqa minik növlərindən istifadə etmək məqsədilə 1961-ci ilin 28 aprel tarixində Sumqayıtda ilk traleybus xəttinin açılışı da yadda qalıb. Bu tralleybusun ilk sürücüsü isə İbiş Nərimanov olub. 1961-ci ildən Sumqayıt haqqında daha çox danışılmağa, yazılmağa başlanılıb. Belə ki, həmin il Xalq şairi Nəbi Xəzrinin “Sumqayıt səhifələri” adlı şeirlər kitabı işıq üzü görüb. Elə ilk günlərdən də bu kitab təkcə sumqayıtlıların yox, həm də bütün azərbaycanlıların sevimli stolüstü kitabı olub. Həmin il bu şəhər elmi işlərdə də özünün əksini tapıb. Belə ki, Z. A. Dulayeva “Sumqayıt- Azərbaycanın nəhəngidir” adlı dissertasiya müdafiə edib. Bu haqda SSRİ mətbuatında geniş yazılmışdı.
Mərkəzi Poçtun binasında “Dünyanın saatı” quraşdırılıb. Bu sumqayıtlıların böyük marağına səbəb olub. Həmin vaxtlar Sumqayıtdakı Boruyayma və Alüminium zavodlarının öz işlərini genişləndirdiklərinə görə, həmin il Metallurgiya texnikumu işə başlayıb. Sonralar bu texnikum Politexnik texnikumu adlandırılıb və bir neçə il bundan qabaq isə hansı səbəbdənsə bilmirəm, həmin texnikum Texnologiya Kolleci ilə birləşdirilib. Əlbəttə, bu haqda kitabda geniş yazdığıma görə, bu yazıda heç nə yazmıram...
Sumqayıt Kimya-Texnologiya Texnikumunun və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Sumqayıt filialının açılışı da artıq bu şəhərdə ixtisaslı kimyaçıların, musiqiçilərin yetişməsi üçün yaxşı ocaq olub. 1962- ci ildə 150 çarpayılıq Uşaq Xəstəxanasının işə başlaması sumqayıtlılara bir töhfə olub. Elə həmin vaxtdan da uşaqlara, bu şəhərin gələcək qurucularına qayğı daha çox artıb.
İlk əvvəllər bu şəhər yalnız özünün kimyaçıları, metallurqları ilə məşhur olsa da, sonralar yaraşıqlı mikrarayonları, meydanları, dənizkənarı parkı, küçələri, ticarət obyektləri, tanınmış alimləri, təhsil işçiləri, ali məktəbləri, incəsənət xadimləri, maraqlı şairləri, nasirləri, jurnalistləri və peşəkar teatrı ilə də məşhur oldu. Hətta bu gün də Sumqayıtdakı dəyərli ziyalılarla, yüksək ixtisaslı rəhbər kadrlarla, alimlərlə bütövlükdə məmləkətimiz fəxr edir. Vaxtı ilə Sumqayıtda yetişən, ilk addımlarını bu şəhərdə atan çoxlu alimlər, rəhbər kadrlar var ki, məmləkətimiz indi onlarla fəxr edir. Və onlar respublikanın çox yerində ən aparıcı kadrlardır.
1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrının yaranması bu şəhər üçün böyük tarixi hadisə oldu. Artıq 56 ildir ki, fəaliyyət göstərən bu kollektiv respublika teatrları üçün çoxlu kadrlar yetişdirib. Çünki bir vaxtlar bu teatrda ilk əmək fəaliyyətinə başlayan, ilk uğurlarını bu teatrda atan bir neçə rejissor, rəssam, çoxlu aktyorlar, aktrisalar bu gün Respublikanın ən aparıcı teatrlarında böyük uğurla çalışır və Azərbaycan teatrına böyük töhfələr verirlər.
Qeyd etdiyimiz kimi, Sumqayıtın belə qısa vaxtda tikilməsində və dünyada tanınmasında bu şəhərə rəhbərlik edən insanların, şəxsiyyətlərin də xidməti əvəzsizdir. Amma Sumqayıt haqqında yazanların çoxu neyçünsə bunu yaddan çıxarır və onların haqqında heç nə yazmırlar. Mənə elə gəlir ki, bu ədalətsizlikdir. Ona görə də çalışacam ki, bu kitabda onların haqqında oxuculara geniş məlumat verim. Çünki Sumqayıt şəhərinə rəhbərlik etmiş bu şəxsiyyətlər, zavod və fabriklərin direktorları, baş mühəndisləri, baş həkimlər, məktəb və mədəniyyət evlərinin direktorları, Sumqayıt Dövlət Musiqili-Darm Teatrına rəhbərik etmiş insanların əməyi neyçünsə bütövlükdə unudulub. Axı yüksək keyfiyyətli bir işin görülməsində əsas qüvvə, düşünən beyin və ən təşkilatçı insan məhz rəhbərdir. Ona görə də Sumqayıt haqqında yazanda ilk növbədə bu şəhərə rəhbərlik etmiş Yəhya Məmmədovun, Kamran Hüseynovun, Hacıağa Əliyevin, Firudan Əliyevin, Nadir Balakişiyevin, Kamran Bağırovun, Həsən Həsənovun, Şənlik Əliyevin, Cahangir Müslümzadənin, Zülfü Hacıyevin, Eldar İsmayılovun, Yusif Sevdimalıyevin, Şakir Abuşovun, Təkəgül Məmmədovun, Vaqif Əliyevin, Eldar Əzizovun və hal-hazırda bu şəhərə rəhbərlik edən Zakir Fərəcovun, İcraiyyə Komitəsinin sədri Kamal Axundovun əməyini unutmaq olmaz. Onların hər biri az ya da çox, əllərindən gələni ediblər ki, burada insanlar firavan yaşasınlar. Sumqayıt inkişaf etsin.
Sumqayıta rəhbərlik edənlərdən Vaqif Qadir oğlu Əliyev Sumqayıta rəhbərlik elədiyi səkkiz ilə yaxın bir müddətdə, bu şəhər və onun insanları üçün həqiqətən çox böyük işlər görüb. Elə Vaqif Əliyevin Səməd Vurğun adına kimyaçıların Mədəniyyət Sarayını onlardan alıb, teatra verməsi böyük tarixi hadisədir. Baxmayaraq ki, mən teatra rəhbərlik etdiyim 1989-cu ildən 1997-ci ilə kimi həmin binanın teatra verilməsilə bağlı mübarizə aparsam da ona nail ola bilmədim. Və bu mübarizliyimə görə Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev, “Azərikimya” Şirkətinin prezidenti Fikrət Sadıxov və Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən həmişə təzyiqlərə məruz qaldım. Hətta, Rəsul Quliyev mənə göndərdiyi məktubda məni ölümlə də təhdid edirdi. Bütün bu haqsızlıqları görəndən sonra və onlarla mübarizə aparmağın mümkünsüz olduğunu görüb, ərizə verib, 1997-ci ildə teatrın rəhbərliyindən işdən çıxdım. Hətta acıq eləyib, Azərbaycandan Dağıstana gedib, orada teatr yaratdım...
Bu haqda da kitabda ətraflı yazmışam. Amma Vaqif Əliyev bunu bacardı. Hətta teatr işçilərinə və bu şəhərdə böyük əməyi olanların fəxri adlar, orden-medallar almalarına köməklik etdi. Mənzillər verdirdi. Bax, bu xidmətləinə görə sumqayıtlılar Vaqif Əliyevi heç vaxt unuda bilməzlər. Əfsus ki, bu müqəddəs iş Vaqif Əliyevdən sonra davam eləmədi...
Respublika təbabətinin gözü olan Sumqayıt səhiyyəsi necə yarandı
İlk öncə vurğulayım ki, 1944-cü ildən sonra Sumqayıt şəhər kimi tikilməyə və burada zavodlar, fabriklər salınmağa başlayanda yeganə xəstəxana 1944-cü ildə Hacı Zeynalabdin qəsəbəsində inşa ( keçmiş Nasonı qəsəbəsi) olundu. Ayrı-ayrı baraklarda yerləşən korpuslar da bu xəstəxanaya köçürüldü. Sumqayıtı quranlar da artıq həmin xəstəxanaya müraciət edirdilər. Beləliklə, bu xəstəxanada bütün xəstəliklərlə bağlı şöbələr yaradılıb. Həmin xəstəxananın da baş həkimi Böyük Vətən Müharibəsinin iştirakçısı və müharibədə cərrah-həkim olan Cəlal Nəbiyev oldu. Cəlal həkim yüksək ixtisaslı həkim və gözəl insan 1944-cü ildən başlayaraq, 1980-ci ilin əvvəllərinə kimi bu xəstəxananın baş həkimi vəzifəsində işləyib. Hətta məşhur KVN-in rəhbəri və Millət vəkili olan mərhum Anar Məmmədxanovun babası İslam Məmmədxanov da orada uzun illər cərrah-həkim işləyib. O da Böyük Vətən Müharibəsində cərrah- həkim olmuşdu. 1980-ci ildən sonra da bu xəstəxanaya Ruslan Şamilov və Bəhram Paşayev rəhbərlik edirdilər.
Beləliklə, Sumqayıt şəhər səhiyyəsinə ilk olaraq, Cəlal Nəbiyev elə baş həkim kimi də rəhbərlik eləyirdilər. Yəni xəstəxananın baş həkimi olanlar, həm də Səhiyyə Şöbəsinin müdiri vəzifəsini də icra edirdilər.
Beləliklə, Sumqayıta 1949-cu ildə şəhər statusu adı veriləndə bu şəhərdə xəstəxana açdılar. Həmin xəstəxananın da baş həkimi olan Bəbi Qasımov oldu. Artıq şəhərin Səhiyyə şöbəsinə də məhz o, uğurla rəhbərlik eləməyə başladı. Sonra o, uzun illər Sintez-Kauçuk zavodunun tibbi səhiyyəsinin baş həkimi oldu. Özü yüksək mütəxəssis olduğundan, zavod işçilərinə lazım olan kimi xidmət elədi.
Sumqayıtın ilk müstəqil Səhiyyə Şöbəsinin müdiri isə Baba Məmmədov olub və şəhərin səhiyyəsi üçün əvəzsiz işlər görüb. Onun vaxtında çoxlu xəstəxanalar, poliklinikalar, apteklər açılıb. Onun sayəsində yaxşı, bacarıqlı tibb komandası yetişib bu şəhərdə. Çünki o özü yaxşı həkim olmaqla, həm də yaxşı təşkilatçı idi.
Sonralar Sumqayıt səhiyyəsinə- Ağadadaş İbrahimov, Fəzail Nadirov, tibb elmləri namizədi, Sumqayıtda fizeoterapiyanın əsasını qoyan Məlik Əliyev, “Şöhrət” ordenli Vaqif Qəhrəmanov, Ələsgər Qasımov, Sərdar Mustafayev, Karlen Abbasov, Rauf Sadıxov, Ələkbər Tağıyev, Nəriman Baxşəliyev , Səkinə xanım Sadıxova şəhər səhiyyəsinə böyük təşkilatçılıqla, uğurla rəhbərlik ediblər. Hal-hazırda isə bu cavabdehli Səhiyyə sükanın arxasında Elnur Azadxanov dayanır. Az bir vaxtda işləməsinə baxmayaraq, yaxşı rəhbərlik eləyir.
Elə götürək birinci Səhiyyə şöbəsinin müdirləri olan həkimləri. Əgər səhiyyəyə rəhbər eləyənlər özləri həkim kimi yaxşı mütəxəssislər, yaxşı təşkilatçılar və yaxşı insanlar olmasaydılar, ətrafına yaxşı komanda toplaya bilməzdilər.
İstəyirəm tarix üçün bir vaxtlar bu şəhərin xəstəxanalarına rəhbərlik eləyən insanları yada salım. Çünki gələcəkdə Sumqayıt səhiyyəsini yazanlara mənim dediklərim və yazdıqlarım çox lazım ola bilər.
O vaxtlar Sumqayıtda xəstəxana yarananda ən birinci baş həkim Şamil Muradov olmuşdu. Onun həyat yoldaşı həkim Şəfruz Sədrəddinova Sumqayıtda Uşaq Stomatalogiya poliklinikasını açıb və 30 ildən yuxarı oranın baş həkimi olub. Sumqayıtda böyüklər üçün ilk Stomotoloji Poliklinikasını isə Akif Məmmədov yaratmışdı və 40 il də buranın baş həkimi olmuşdu. Bu şəhərdəki xəstəxanalara, poliklinikalara, doğum evlərinə də həmişə çox yaxşı mütəxəssilər olan Bəbi Qasımov, Lenin ordenli Münəvvər Haşımova, Adil Babayev, İzzət Sadıxov, Şəfiqə Babayeva, Dünyamalı Qasımov, Fərhad Abdullazadə, İsmət Aslanov, Mahmud Şəfiyev, Şamil Əlizadə, Surə Abdullayeva, Zərifə Abdullayeva, İlyas Kərimov, Fərhad Ələsgərov, Mayılxan Tağıyev, Taləddin Verdiyev, Vahid Məmmədov, Kamil İbadov, Şəhla Abuşova, Svetlana Babayeva, Abuzər Qurbanov, Mədinə Məmmədova, Tubuxanım Ələkbərova, Hümbət Nağıyev, Bayram Əsədov, İbrahim Səfərov, Rauf Sadıxov, Eldar Məmmədov, Sevda İsgəndərova, Asif Quliyev, Nazim Hüseynquliyev, Canıbəy Ağayev, Məhərrəm Kazımov ( 1 nömrəli xəstəxanadakı poliklinikanın baş həkimi sayılırdı) , Cavahir Mahmudova, Leyla Əmirbəyova, Fəridə İsgəndərova, Ofelya Sultanova, Abdulla Abdullayev, Ariz Axundov, Təranə Rəcəbli, Murad Məmmədov, Arzu Əhmədova, Mətləb Musayev, Adil Rzayev və başqaları uzun illər baş həkim kimi rəhbərlik eləyiblər. Onların hər biri də həkim kimi çox yaxşı mütəxəssilər idilər. Onlardan bəziləri dünyasını dəyişiblər. Sağ qalanlar isə bu gün də həm baş həkim və həm də həkim kimi öz işlərini uğurla davam etdirirlər. Sumqayıt camaatına xidmət edirlər.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində tanınan məşhur cərrah-həkim, mənim ağsaqqalarımdan biri, rəhmətlik İzzət Sadıxov uzun illər böyük uğurla rəhbərlik eləmişdi. Onun keçmiş Sovetlər Birliyində çoxlu məşhur həkim dostları vardı. Onlar, İzzət həkimin dəvəti ilə tez-tez Sumqayıta gəlir və bu şəhərin səhiyyəsinə əllərindən gələn bütün köməklikləri edirdilər. Hətta bir vaxtlar SSRİ Səhiyyə Nazirliyinə rəhbərlik edənlər də onun qonağı olmuşdu və Sumqayıt səhiyyəsi üçün çox işlər görmüşdülər. İzzət Sadıxovun bütövlükdə Azərbaycanda məşhur həkim və böyük şəxsiyyət kimi əvəzsiz hörməti vardı. Onu ümid qapısı bilib, respublikanın hər yerindən çoxlu xəstələr məhz Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müalicəyə gəlirdilər. O, Sumqayıt və respublika səhiyyəsi üçün də çoxlu peşəkar həkimlər yetişdirib. Sağ olsun ölkə başçımız cənab İlham Əliyev və İcra Hakimiyyəti başçımız cənab Zakir Fərəcov Sumqayıtın küçələrindən birinə İzzət Sadıxovun adını verməklə və yaşadığı binaya onun barelyefini vurmaqla hamımızı sevindirdilər. Bu, bütün Sumqayıt səhiyyə işçilərinə böyük bir töhfə oldu.
Bu gün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına İzzət həkimin oğlu, çox savadlı həkim, yaxşı təşkilatçı, xeyirxah insan Rauf Sadıxov rəhbərlik eləyir və atasının həmin vaxtlar gördüyü işləri böyük uğurla davam etdirməklə bu xəstəxananın əvvəlki şöhrətini qoruyub saxalaya bilir.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının məşhur travmatalogiya şöbəsinə 44 il rəhbərlik eləyən, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru “Tərəqqi” medallı Cəbrayıl Əlinağıyev təkcə Sumqayıtda yox, respublikada tanınan yüksək ixtisaslı travmatoloq olub. O, həm də uzun illər şəhərin baş travmatoloqu və ortapedi idi. Əfsus ki, onu “Yaş senzi” ilə işdən azad elədilər... Beləliklə, həmin şöbəyə böyük zərbə vurdular...
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyə şöbəsinin müdiri, gözəl həkim, gözəl insan rəhmətlik Cəbrayıl İsmayılovu kim yaddan çıxara bilər?
O, Sumqayıtda nevrocərrahiyyə sahəsində çox böyük işlər görmüşdü.
Sumqayıt Ruhi Əsəb Dispanserini adi kabinetdən Dispanser səviyyəsinə qaldıran və Sumqayıt psixotriya məktəbini yaratmaqla 40 il bu sahəyə rəhbərlik edərək, həmçinin özəl səhiyyə xidmətinin Azərbaycanda yaradıcısı olmuş, bu sahədə bir nömrəli lissenziyanı almış, Ruhi Əsəb Dispanserini keçmiş Sovetlər Birliyində tanıtmaqla, beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməklə, böyük uğurlar qazanan Əməkdar həkim, tübb üzrə fəlfəsə doktoru “Tərəqqi” medallı, dünya tibb elmi sahəsində katataniyanı kəşf eləmiş Mayılxan Tağıyevin bu sahədə xidmətləri əvəzsizdir. O, bu gün də öz işini yaratdığı və müasir tibbi avadanlıqla təchiz etdiyi Hippokrat Tibb Mərkəzində uğurla davam etdirir. Onun qızı, tibb üzrə fəlsəfə doktoru Leyla xanım Tağıyeva nevropatoloq kimi Azərbaycanı Dünya Səhiyyə təşkilatlarının tədbirlərində çox yüksək səviyyədə təmsil eləyir. Onun oradakı çıxışları Dünya Səhiyyə təşkilatlarının qəzetlərində, jurnallarında, saytlarında çap olunur. Leyla xanım, 2024-cü ilin oktyabr ayında Sumqayıtda keçirdiyi Beynəlxalq səviyyəli tədbiri də çox böyük uğurla keçirib. Bu tədbir də sensassiyalı bir tədbir kimi qarşılanıb. Həm də Sumqayıtın 75 illik yubileyinə həsr olunub.
Əməkdar həkim, bir vaxtlar Bərpa müalicəsi xəstəxanasının baş həkimi işləmiş, tanınmış kardioloq, Sumqayıt şəhərinin bir vaxtlar baş karioloqu olmuş Kamil İbadovu necə yaddan çıxarmaq olar?
Sumqayıt Onkoloji Xəstəxanasının uzun illər baş həkiminin müavini və şöbə müdiri işləyən Mirfazil Hüseynovun həkim-cərrah kimi xəstələrin müalicəsində əvəzsiz xidmətləri olub. Rəhmətlik Mirfazil Hüseynov elə yaxşı mütəxəsis və gözəl insan idi ki, onun yanına respublikanın bütün bölgələrindən və hətta Bakıdan çoxlu xəstələr gəlirdi. Müalicə olunurdular. O insan özü böyük bir məktəb idi. Bir vaxtlar tələbə yoldaşları olan İbrahim Səfərov və Mirfazil Hüseynov Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görmüşdülər. Çox əfsus ki, onların ikisi də sağlığında qiymətlərini almayıblar və haqlarında çox az yazılıb. İbrahim Səfərov mənim dostum idi. Sumqayıt şəhər 2 nömrəli Xəstəxanasının baş həkimi olmaqla bu xəstəxananı respublikada tanıtmışdı və səhiyyə üçün çox yaxşı kadrlar yetişdirmişdi. Mənim dostum və bu şəhərdəki insanların çoxu onu mənim kiçik qardaşım bildikləri Mirfazil Hüseynovun onkoloq kimi bildiklərini, hətta bu sahədə elmi iş müdafiyə eləyən alimlər də bilmirdilər.
Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının Urologiya şöbəsinin yaradıcısı Əhmədəli ( Əhməd) Abduləli oğlu Həsənov ali təhsil alandan sonra taleyini minlərlə gənclər kimi Sumqayıtla bağlayanlardan biri oldu. O, 1973-cü ildə ali təhsilli həkim kimi internatura keçmək üçün görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olan akademik Mirməmməd Cavad oğlu Cavadzadənin kafedrasına göndərilib. Bir il onun yanında urologiya üzrə internatura keçəndən sonra taleyini tam Sumqayıt şəhəri ilə bağlayıb. 1974-cü ilin avqust ayının 1-dən Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında uroloq həkim kimi əmək fəaliyyətinə başlayıb. Əhməd (Əhmədəli) həkim burada işə başlayanda xəstəxanada cəmi iki uroloq vardı. Bir ildən sonra isə onun bu sahədə böyük bacarığını görüb, Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli Xəsətəxanada Uralogiya şöbəsi yaradıb və Əhmədəli Həsənovu da bu şöbəyə müdir təyin ediblər. İndi də bu şöbəyə Əməkdar həkim Əhmədəli Həsənov rəhbərlik eləyir.
Mən burada bir məsələni də vurğulamaq və bir insan haqqında da danışmaq istəyirəm. O insan Sumqayıt apteklər idarəsi və bu şəhərdə apteklərin inkişafı üçün əvəzsiz işlər görüb. Bu böyük şəxsiyyət Bahadur Hüseynov olub. O, uzun illər Sumqayıt apteklər idarəsinə rəhbərlik eləyib. O, təkcə yaxşı təşkilatçı, xeyirxah insan yox, həm də pravizor ( əczaçı) kimi öz işinin gözəl mütəxəssisi idi. Sumqayıt apteklər idarəsinin inkişafı, burada yaxşı pravizorların yetişməsi bilavasitə onun adı ilə bağlıdır. Yuxarıda dediyim kimi Bahadur həkim uzun illər bu vəzifəyə rəhbərlik elədi və Bakıya işləməyə gedəndə, 1987-ci ildən onun tövsiyyəsilə bu vəzifəyə Möhübbət Məhərrəmovu təyin etdilər. Həmin vaxtdan da Möhübbət həkim Sumqayıt Apteklər idarəsi üçün çox böyük işlər gördü. Bu gün Sumqayıtda olan apteklərin də çoxu məhz Möhübbət həkimin təşkilatçılığı və tövsiyyəsilə yaradılıb. Əfsus ki, bu qədər xidmətlərinə baxmayaraq, Möhübbət həkimə hələ də Əməkdar provizor (əczaçı) fəxri adı verilməyib. Bax, bu da böyük haqsızlıqdır.
Sumqayıt səhiyyəsi həqiqətən də böyük bir akademiyadır.
Sumqayıtda kardeoloq, cərrah, terapevt, stomatoloq, nevropatoloq və başqa sahələr üzrə həmişə yaxşı həkimlər çalışıb və bu gün də onların işini davam etdirən yaxşı mütəxəssilər çoxdur. Kardeoloqlar- Əməkdar həkim Kamil İbadov, Şamil Xələfov, Sevinc Əliyeva, Mir Cabir Məcidov, Ayaz Əliyev, Adida Məmmədova, Vəfa Əliyeva, Lətafət Orucova bu sahənin çox yüksək mütəxəssisləridirlər. Hər biri yüzlərlə infaktlı xəstələrin sağalmasında əllərindən gələni ediblər və edirlər. Ona görə də onlara müraciət edən xəstələr çoxdur.
5 nömrəli Sumqayıt şəhər Xəstəxananın həkimi ( keçmiş Bərpa Müaəlicəsi Xəstəxanası) Habil Mirzəyev yüksək peşəkar mütəxəssis olmaqla respublika səviyyəli həkimdir. Onun yanına təkcə Sumqayıtdan yox, respublikanın hər yerindən xəstələr gəlir. O, özünün həkimlik peşəsində Çin, Tibet və Azərbaycan xalq təbabətinə daha çox üstünlük verdiyinə görə ona müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur.
Tibb sahəsində böyük təcrübə toplamış nevropatoloq Nazim Merdiyev, bu sahənin ən yüksək peşəkar həkimidir. O, təkcə həkim kimi yox, həm də insan kimi həmişə xəstələrinə qarşı çox diqqətcildir. Nazim həkimin təcrübəsi respublikada yayıla bilər.
Bu gün Sumqayıtda travmatalogiya sahəsində ən yaxşı həkimlərdən biri, travmatoloq-ortaped, tibb üzrə fəlsəfə doktoru Arif Mirzəyevdir. Hər gün onun qəbulunda çoxlu insanlar olur. Onu özlərinə ümid qapısı bilirlər. Hal-hazırda Arif həkim, tibb üzrə elmlər doktoru elmi işi üzərində işini davam etdirir. Elmi işinin adı belədir: “ Respublikda yol-nəqliyyat travmatizminin ümumi xüsusiyyəti, xarakteristikası”. O, bu maraqlı və lazımlı elmi işini müdafiə etməyə hazırlaşır. Çox maraqlı elmi iş olan bu doktorluq işi inanırıq ki, təkcə respublikamızda yox, dünyada da yaxşı qarşılanacaq. Bax, Sumqayıtda tibb sahəsində belə mütəxəssislər çoxdur.
Sumqayıt səhiyyəsində ilk tibb elmləri doktoru olan, uzun illər Bərpa Müalicəsi Xəstəxanasının cərrahiyə şöbəsinə rəhbərlik eləyən və cərrah kimi böyük uğurlar qazanan Rəfiəli Novruzovun əməyini də sumqayıylılar çox yüksək qiymətləndirirlər. Həmin şöbəni də bir vaxtlar o özü yaratmışdı və oranı yüksək səviyyədə təmir etdirmiş və oradakı tibbi avadanlıqlarının da çoxunu özü almışdı. Sumqayıt səhiyyə müəssisələrində ilk laparoskapik cərrahiyyəni də o yaratmışdı. Həmin şöbənin klinik materialları əsasında iki tibb elmləri üzrə fəlsəfə doktoru və bir tibb elmləri doktoru dissertasiyası icra edilmişdi.
Sumqayıt Səhiyyə şöbəsində 48 il baş pediator vəzifəsində çalışmaqla ana və uşaq tibb müəssisələrinin işinə rəhbərlik eləyən Əməkdar həkim, rəhmətlik Xalidə xanım Quliyevanın Sumqayıt səhiyyəsində xidmətləri əvəzsiz olub. O, yeddi dəfə tibb üzrə keçirilən ümumittifaq və iki dəfə respublika üzrə keçirilən qurultaylarda və beynəlxalq tədbirlərdə Sumqayıt şəhər səhiyyəsini yüksək səviyyədə təmsil etmişdi. Onun həmin tədbirlərdəki çıxışları çox maraqla qarşılanmışdı.
Respublikanın ən aparıcı tibb məktəblərindən biri olan Sumqayıt Tibb Kollecinə uzun illər rəhbərlik eləyən tibb elmləri doktoru, Əməkdar həkim Rəfael Eyvazovun respublika tibbi təhsili sahəsində xidmətləri əvəzsizdir. Özü böyük alim və təşkilatçı insan olan Rəfael müəllim, əlindən gələni edir ki, yaxşı orta tibbi kadrlar yetişdirsinlər. Ona görə də Sumqayıt Tibb Kollecini bitirənlər respublika səhiyyəsinin bütün bölgələrində böyük uğurla işləyirlər. Özlərinin yaxşı və peşəkar işinə görə həmişə xəstələr tərəfindən sevilirlər.
Sumqayıtda həm də ölkə başçımızın bilavasitə böyük diqqəti, qayğısı sayəsində səhiyyə sahələrinin təmirində də böyük işlər görülüb. Bu şəhərdəki Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında, 1 Nömrəli Şəhər Xəstəxanasında, 2 Nömrəli Doğum Evində, 3 Nömrəli Poliklinikada, Vərəm Dispanserində, Onkoloji Xəstəxanada, 1 Nömrəli Doğum Evində, 1 Nömrəli Poliklinikada, Narkoloji Dispanserdə, Uşaq Xəstəxanasının infeksiya şöbəsində, Uşaq poliklinikalarında böyük təmir işləri görülüb. Qısa bir vaxtın içərisində 200 şarpayılıq epidemiyaya qarşı xəstəxana tikilib. 2 nömrəli xəstəxanada çox böyük işlər görülüb. Bu xəstəxana Avropa standartlarına uyğun tikilib. Bu xəstəxanaya da Adil Rzayev böyük uğurla rəhbərlik edir.
Ulu önədr Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu kimi, ikinci dəfə də hakimiyyətə gələndən sonra Azərbaycan səhiyyəsinə onun diqqəti, qayğısı həddindən artıq çox olub. Azərbaycan səhiyyəsi yenidən qurulub. Cənəb prezidentimiz İlham Əliyev də bu kursu çox böyük uğurla davam etdirir.
Sumqayıtın quruculuğunda böyük xidməti olanlar
Sumqayıtın zavodlarına, tikinti tirestlərinə, Kimya müəssisələrinə rəhbərlik etmiş Fərhad Zeynalovun, Əliş Mustafayevin, Kamal ( Hüseyn) Axundovun, Kərim Axundovun, Zəbi Abdullayev, Zamin Hüseynovun, Ucal Qasımzadənin, Nurəddin Babayevin, Nərçə Ağayevin, Təvəkgül Məmmədovun, Fikrət Sadıxovun, Maqsud Maqsudovun, Hüseyn Muxtarovun, Adil Məmmədovun, Vahid Bayramovun, Akif Zeynalovun, Veys Xudiyevin, Bayram Qafarovun, Baloğlan Bayramovun, Şakir Həsənovun, Əbülfəz Babayevin, Aydın İsmayılovun, Mayılxan Əliyevin, Zeynal Hüseynovun, Əli Həsənovun, Əlqəmə Orucovun, Sahib Qarayevin, Malik İsaqovun, Etibar Pirverdiyevin, Sahib Musayevin, Fərhad Sərdarlının, Lətif Nəbiyevin, Nadir Nəbiyevin, Cümşüd Kərimovun, Təbrik Quliyevin, İslam İslamovun, Mehman Ömərovun, Vaqif Siraczadənini, Qadir Süleymanovun, Vaqif Ömərovun, Zakir Fərəcovun, Şahbala Kərimovun, Şərafət Həsənovun, Tofiq Hüseyinlinin, Rafiq Dəmirovun, Akif Əsgərovun, Bəylər Əzizovun, Hacı Gülağa Abışovun, Əzim Əzimovun, Seyfulla Əsədullayevin, Süleyman Hüseynovun əməyini unutmaq olmaz.
Mən bir məsələni də vurğulamaq istəyirəm ki, kimya sənəyesinin tikinti quruculuğunda böyük xidmətləri olan Malik İsaqov, bu gün Qubadlı rayonunun İcra Hakimiyyətinin başçısı kimi bu rayon üçün çox böyük işlər görür. Qubadlılar ondan çox razılıq edirlər. Deməli, bu insan qanı və canı ilə rəhbərlik üçün doğulan insandır. Əlbəttə, kitabda mən onun haqqında daha geniş yazmışam.
Elm, təhsil, səhiyyə, mədəniyyət üzrə rəhbərlər- Əsgər Abdullayevin, Əli Əmirovun, Rafiq Əliyevin, Fərhad Zeynalovun, İzzət Sadıxovun, Vaqif Qəhramanovun, Asif Quliyevin, Cəbrayıl Əlinağıyevin, Taləddin Verdiyevin, İbrahim Səfərovun, Mayılxan Tağıyevin, Cəfər Quliyevin, Vahid Məmmədovun, Kamil İbadovun, Canıbəy Ağayevin, Hümbət Nağıyevin, Eldar Məmmədovun, Mirfazil Hüseynovun, Rəfiəli Novruzovun, Abbas Şahverdiyevin, Xəqani Tahirovun, Mehdi Əliyevin, Səməd Şəfiyevin, Minarə Tahirovanın, Araz İsmayılovun, Solmaz İbrahimovanın, Alim Əhmədovun, Ofelya Babayevanın, Lətifə Cabbarovanın, Asif Vəlixanovun, Arif Kətanovun, Abbasqulu Hüseynovun, Zakir Əliyevin, Məzahir Əkbərovun, Arif Rəcəbovun, Rafiq Əlimərdanovun, Şamil Tarverdiyevin, Yaqub Bünyadovun, Sevil Kamilovanın , Əvəz Mahmud Lələdağın, Sərraf Zahidovun, Nazim Yusifovun, İsgəndər İsgəndərovun, Bəsirə Ağayevanın, Hilal Əliyevin, Məmmədəli Məmmədovun, Vidadi Bağırovun, Vaqif Ələkbərovun, Ömürşah Beydullayevin, Mətanət Abdullayevanın, Leyla Abdullayevanın, Xanım Həsənovanın, Təranə Haqverdiyevanın, Xanım Əhmədovanın, Xanəli Məmmədovun, Teymur Səmədovun, İlham Məmmədovun, Rüxsarə Əhmədovanın, Qivamin Tapdıqovun, Fikrət Qasımovun, Ağaşərif Nurəliyevin, Tirmə Qurbanovanın, Əlifxan Məmmədovun, Vələt Hacıyevin, Nizami Əhmədovun, Niyaz Süleymanovun, Əlhəddin Paşayevin, Elşad Eyvazovun, Nadir Atakişiyev, Nüşabə Seyfullayevanın, Rəfael Zeynalovun, Darvin Quliyevin, Zərifə Təhməzovanın, Əşrəf Veysəllinin, Kamran Hacıyevin, Sumqayıtın salnaməsini yazan, uzun illər “Exo Sumqayıta” qəzetinə rəhbərlik edən, Əməkdar jurnalist Eyruz Məmmədovun, rəhmətlik, bir vaxtlar “Bakineç” qəzetini yaradan və ona uğurla rəhbərlik edən, Əməkdar jurnalist Rəhman Orxanın, teatra rəhbərlik edənlər- Əbülfəz Həsənovun, Salman Dadaşovun, Nəsir Sadıqzadənin, Ağakişi Kazımovun, Arif Ağayevin, Vaqif Şərifovun, Mərahim Fərzəlibəyovun, Ağalar İdrisoğlunun, Oruc Qurbanovun, Əli Nurun, Yusif Əkbərovun, Sumqayıt peşəkar musiqisinə rəhbərlik edənlər- Əvəz Rəhmətovun, Malik Quliyevin, Azad Əliyevin, Ədalət Vəzirovun, Rasim Quliyevin, Yaşar Məmmədovun və yüzlərcə başqalarının əvəzsiz əməyini kim dana bilər? Bu insanların və onların Sumqayıtçün çəkdikləri əməyin müqabilində hər biri haqqında maraqlı kitablar yazmaq olar. Onların hər birinin keşməkeşli, maraqlı həyatı böyük örnəkdir. Sumqayıt və eləcə də respublika cavanları onların həyat tarixçəsini öyrənsələr, bu onlarçün gələcək işlərini qurmaqda çox mraqlı olar. Ona görə də belə qərara gəldim ki, Sumqayıtda bu illərdə yaşamış, bu şəhərçün əvəzsiz işlər görmüş, bu illərdə tarixi hadisələrin şahidi olmuş insanlarla görüşüb, bu şəhərlə və onun insanları ilə bağlı keçmiş illərə səyahət edim və bu şəhərçün əvəzsiz inşlər görmüş insanların əməyini geniş formada olmasa da, heç olmasa onları gələcək nəsillərə tanıtmaqçün bacardığım qədər kitabda qələmə alım. Əsasən də vaxtı ilə bu şəhərdə rəhbər və aparıcı vəzifələrdə işləmiş insanlarla görüşüb, söhbətləşmişəm. Onların keçmiş xatirə dəftərlərini vərəqləyib və bu şəhərlə, bu şəhərin aparıcı insanları ilə bağlı fikirlərini öyrənib, oxuculara çatdırmışam. Beləliklə, bütün bunlar haqqında kitabda çox geniş yazmışam...
Ümumimyyətlə Sumqayıtın şəhər kimi fəaliyyət göstərdiyi ilk dövrlərdən Kimya sənayesində işləyən baş mühəndislərdən və tanınmış mütəxəssislərdən- Namik Əliyevin, Ariz Əhəmədovun, Əziz Nəbiyevin, Murədəli Mustafayevin, Natiq Qulubəyovun, Əziz Nəbiyevin, Kamil Əhmədovun, Vəliş Əhmədovun, Məmmədrza Rzayevin, Əkrəm Rüstəmovun, Xalid Rzayevin, Xəyal Həsənovun, Zal Abbasovun, Əvəz Qəhramanovun, Nurəli Adilovun, Famil Süleymanovun, Bədəl Ağayevin, Vidadi Həsənzadənin, Sayad Süleymanovun, Akif Zeynalovun, Abbas Əliyevin, Telman Muradovun, Sahib Əliyevin, Şahkərəm Qaçayevin, Muxtar Baxışovun, Ramiz Nəcəfovun, Şəmsəddin Almazovun, Eldar Hüseynovun, Sabir Hüseynovun, Vəli Kərimovun, Yaşar Xudaverdiyevin, Malik İsaqovun, Urşan Məmmədovun, İkram Şammedovun, Nadir Zeynalovun, Toviq Allahverdiyevin, Yusif Quliyevin, Nadir Nəbiyevin, Səid Rəşidovun, Mailxan Əliyevin, Aydın İsmayılovun, Qubad Quliyevin, Eldar İsmayılovun, Əli Həsənovun, Əli Bayramovun, Həmid Rzayevin, Qafar Ağayevin, Ağasəf Səlimovun, Tahir Məmmədovun, Nəcəf Seyidzadənin, Möhsün Şıxəliyevin, Zülfi Sadıqovun, Firudin Abdullayevin, Zakir Əsədovun, Avaz Qaysinin, Şakir Həsənovun, Veys Xudiyevin, Akif Zeynalovun, Rasim Abdullayevin, Vaqif Məmmədovun, Zeynal Hüseynovun və yüzlərcə başqalarının adını çəkməmək olmaz. Onlar təkcə Sumqayıt yox, həm də Azərbaycan kimyasının inkişafında çox işlər görüblər. Onların hər birinin kimya sənayesi ilə bağlı maraqlı həyatı elə özü böyük bir kitabın mövzusudur.
“Əfsanələrdən yaranan şəhər və onun insanları” kitabında az da olsa onlar haqqında da yazmışam.
Sumqayıtın inkişafında ulu öndər Heydər Əliyevin rolu
Mən burada bir məsələni qətiyyətlə deyə bilərəm və vurğulamaq istəyirəm ki, Sumqayıtın əsas inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır. Dahi rəhbər 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə onun ən ali məqsədlərindən biri Sumqayıtda sənayeni dirçəltəmək idi. Məhz buna görə də Ulu Öndərin rəhbərliyi ilə Sumqayıtda çoxlu kimya və başqa sənaye müəssisələri tikildi. Sumqayıt az bir vaxtda Zaqafqaziyada sənaye sahəsində ən aparıcı şəhərlərdən biri oldu. Dövlət büdcəsinə çox böyük gəlir gətirdi. Ulu Öndər, müasir Azərbaycanın banisi, memarı və qurucusu, dahi rəhbər ikinci dəfə də Azərbaycana rəhbərlik eləyəndə Sumqayıtın inkişafına daha ciddi fikir verdi. Çünki o xaos illərində Sumqayıtın zavodları, fabrikləri və başqa müəssisələri sökülüb dağılmışdı. Demək olar ki, kimya müəssisələri işləmirdi. Dahi Heydər Əliyevin sayəsində bu işlərə daha ciddi fikir verildiyinə görə şəhərin sənaye müəssisələri dirçəlməyə başladı...
Həmin müəssisələr təmir olunub, fəaliyyətə başladılar. Dahi rəhbərin sayəsində Yaponiyadan Buxar-Generator qurğusu alınıb gətirildi və Sumqayıtda quraşdırıldı. Həmin qurğu bu gün də Sumqayıt kimya sənayesinə çox böyük köməklik edir. Bu müəssisələri çox ucuz qiymətə elektirik enerjisi ilə təchiz edir. Bu da Azərbaycan kimyasının dirçəlməsində çox əsas bir iş oldu.
Cənab prezidentimiz İlham Əliyev də ulu öndər Heydər Əliyevin bu ideyalarını uğurla davam etdirməklə, Sumqayıt üçün böyük işlər görür. Elə 21 illik hakimiyyəti dövründə 33 dəfə Sumqayıtda olub və hər gəlişində hansısa bir müəssisəsin açılışında və təməl qoyulma mərasimində iştirak eləyib. Bu şəhərin quruculuğu üçün dövlət büdcəsindən lazım olan kimi pullar ayırıb. Bütün bunlar da kitabda geniş formada və ətraflı yazılıb...
Sumqayıt Dostlar Klubu
Bu şəhərdə səkkiz il öncə dəyəli ziyalı, həkim, sahibkar, yazıçı, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri, ictimai xadim Hümbət Həsənoğlunun ideyası ilə yaradılan Sumqayıt Dostlar Klubu respublikada ilk belə təşkilat olmaqla çox böyük işlər görür. Bu klubun idarə heyyətində Sumqayıtın tanınmış ziyalılarından- yazıçı-publisist Hümbət Həsənoğlu, Əməkdar mühəndis, şair-qəzəlxan Əli Ələmi, Əməkdar həkim Mayılxan Tağıyev, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist Ağalar İdrisoğlu, professor Sahib Fərzəliyev, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, Əməkdar jurnalist Eyruz Məmmədov, rəhmətlik, Əməkdar jurnalist Rəhman Orxan, Əməkdar həkim Kamil İbadov, Sumqayıt Əmək və Veteranlar şurasının sədri Sovet Şükürov, yazıçı-tərcüməçi Arif Ərşad, iş adamları Hacı Akif Şahbazov, Hacı Tahir Məlikov, icra nümayəndəsi Əliyar Fərzəliyev, şair-iqtisadçı Rafiq Mehdiyev, yazıçı, şərqşünas alim Vüsal Hətəmov, departament rəhbərləri Adil Poladov, Aydın Abbasov və Sumqayıt nəşriyyatının rəhbəri Aydın Məlikov bu şəhərin ictimai həyatı üçün çox böyük işlər görürlər. Sumqayıtda heç bir ictimai iş və tədbir onlarsız olmur.
Bu təşkilatın uğurlu işlərini görən Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli, Sumqayıtdan deputat seçilənlər- Hicran xanım Hüseynova, Səbinə xanım Salmanova, Mehriban xanım Vəliyeva, Tahir Mirkişili bu təşkilatın işinin Respublikada yayılması üçün maraqlı söhbətlər edirlər. Və hətta Respublikanın hər yerində belə Dostlar Klubunun yaranması üçün təbliğat işi aparmaqlarına da söz veriblər. Həm də onlar vurğulayırdılar ki, Müstəqil Respublikamızın bütün bölgələrində belə bir klubun olması çox vacibdir.
On il bundan əvvəlki Sumqayıt
On il bundan əvvəl Sumqayıta Bakıdan və Novxanıdan gələndə, şəhərin girəcəyindən başlayaraq, yaşayış massivlərinə qədər bizi yol kənarında seyrək formada əkilmiş ağacların keçmiş İcra hakmimiyyətinin başçısının əmrilə başları, qol-budaqları budanmış və “raxit” uşaqlara oxşayan qarağac ağacları, yol kənarında olan dəvətikanı kolları qarşılayırdı. Həm də şəhərin girişindən başlayaraq yol boyu olan çala-çuxur yollar sürücüləri bütün şəhər boyu “salamlayırdı”. Biz sumqayıtlılar buna öyrəşsək də, bu şəhərə ilk dəfə gələnlər fikirləşirdilər ki, bu, “doğrudanmı bir vaxtlar göylərə meydan oxuyan Sumqayıtdır?”
Şəhərə girən kimi kimyəvi zavodların zəhərli tütsüsü adamları boğurdu. Elə şəhərin girişindən uzunburun milçəklər, ağcaqanadlar iynələrini bədənimizə keçirtməklə bizi “salamlayırdılar”...
Axşamlar isə yol boyu olan qaranlıqda yiyəsiz itlər “Sumqayıta xoş gəldin” deyə bizi öz hürmələrilə qarşılayırdılar...
Artıq saat 6-7-dən sonra Sumqayıt “ölü” bir şəhərə çevrilirdi. Çünki küçələrin işıqları olmadığından qadınlar qaranlıq küçələrdə qorxa-qorxa evə gedirdilər ki, əl çantalarını avara uşaqlar, narkomanlar əllərindən almasın. Eləcə də adamlar yol boyu yeridikcə ayaqlarının altına baxırdılar ki, yolun ortasında açıq olan lyüklərə ( yeraltı kanalizasiyaların üstündə olan dəmirlər) və ya çala-çuxura düşüb qol-qıçlarını sındıracaqlarından ehtiyat edirdilər...
Yaz, yay və payız vaxtlarında yaşayış binalarının yanından üfunətdən keçmək mümkün olmurdu. Çünki binaların zirzəmilərində olan çirkab suları, illərlə oranı özlərinə “doğma məkan” eləmiş ağcaqanadların, uzunburun və qara milçəklərin, həm də siçovulların “Məkanı”, yuvaları, yaşayış yerləri idi...
Hündür mərtəbəli binaların adamları Allaha yalvarırdılar ki, yağış yağmasın. Çünki yağış yağanda axırıncı mərtəbələrdə yaşayanlar evlərindəki yataq şeyləri, döşəmələri, kağızdan olan divarları islanmasın deyə mənzillərin hər tərəfinə vedrələr, ləyənlər, qab-qacaqlar düzürdülər. Onlar evdə azlıq təşkil eləyəndə tez təsərrüfat mağazalarına gedib, son pullarını olsa belə verib, vedrələr, ləyənlər alırdılar. Çünki binaların üstündəki “Nuh əyyamından” qalan şiferlər dəlmə-deşik idi və yağışı yerə tökməkdənsə, “böyük həvəslə”, “əziyyət çəkmədən” evlərə tökürdülər...
Yağış, qar yağanda rezin qaloş satanların da işi “xod” gedirdi... Çünki palçıqlı küçələrdə ayaqqabı ilə gəzmək çətin olurdu.
Havalar soyuyan kimi valideynlərin günü “qara “ olurdu. Çünki məktəblər və baxçalar isidilmirdi. Ona görə də heç kim istəmirdi ki, uşaqları məktəbə, baxçaya gedib xəstələnsinlər. Axı xəstə uşaqlara da dərman almaq lazım idi. Evlər də isidilmirdi. Adamlar məcbur olub, istilik peçləri alırdılar. Onları işlədəndə də işıq vurub çıxırdı “kəllə-çarxa”. İndi kişisən işıq pulunu ver görüm haradan verirsən...
Həmin vaxtı uşaqlar daha çox xəstələndiyindən Uşaq Xəstəxanalarında belə yer olmurdu... Xəstəxanaların da çoxu Allah göstərməsin, bərbad gündə idi.
Dəniz sahilindəki keçmiş köhnə bulvardan isə hava qaralan kimi adamların ayağı kəsilirdi. Çünki heç kim ora gedib narkomanlarla, sahibsiz itlərlə rastlaşmaq istəmirdi....
Hündürmərtəbəli binaların liftləri işləmədiyindən, yaşlı insanlar günlərlə həyətə düşməyə “tamarzı” qalırdılar. Düşmək bir təhər olurdu. Amma yuxarı piyada qalxmaq üçün gərək Allahdan dörd ayaq da borc almalı idilər... Xəstə adamaları həmin binadan böyük zülümlə düşürən adamlar elə özləri xəstəlik tapırdılar...
Həmin vaxtı dənizə gedib çimmək də mümkün deyildi. Çünki zavodlardan və şəhərdən axan tulantı suların iyindən dəniz sahilinə getmək belə müşkül idi. Nəyinki orada çimmək. Dəniz sahilinə gedəndə gərək gözlərin ayaqlarının altında olmalı idi. Əgər olmasaydı, onda narkamanların gecə qum üstünə atdıqları iynələr ayaqlarına bata bilərdi. Allah göstərməsin inyənin içində qalan narkotik maddə ayağına keçsəyi, bütün günü “uy” kimi gəzəcəkdin...
Sumqayıtın əvvəllər simvolikası olan və dünyada “Yaşıl bina” kimi tanınan İcra Hakmiiyyətinin binası vardı. Kimlərincə ucbatından artıq həmin yaşıllıq da yandı... Ən dəhşətlisi isə həmin vaxtı İcra Hakimiyyətinin qarşısı “keçilməz bir qala” olmuşdu. Çünki keçmiş İcra Hakimiyyətinin başçısı binanın qarşısındakı meydançaya kələ-kötür daşlar düzdürmüşdü... Dikdabam ayaqqabı geyən qadınlar həmin yerlərdən keçməyə tamarzı qalmışdılar... Sağ və sol tərəfdəki yollarda dayanan sürücülər də böyük həsrətlə meydandan keçməyə həsrət qalmışdılar. İcra hakimiyyətinin başçı həmin yolu da kəsdirmişdi... Meydanın bir tərəfində olan Milli bayrağımız qaldırılan dəmir qüllənin isə hər an aşmaq təhlükəsi vardı...
Avtobuslara minib iş yerlərinə getmək isə “cəhənnəm əzabı” idi. Çünki avtobuslar az və sınıq-salxaq olduğuna görə adamların çoxu qapılardan “sallana-sallana” iş yerlərinə gedirdilər. Ən dəhşətlisi isə o idi ki, iş yerlərinin də çoxu bağlanmışdı. Zavodlar, fabriklər işləmirdi... Nə vaxt işləyəcəkləri də sual altında idi...
Bəli. On il bundan qabaq yüzlərlə adamlar lazım idi ki, dəsmal götürüb, bu şəhərin halına oxşama deyib ağlasınlar...
Bax, on il bundan qabaq, hələ çoxunu sadalamadığım yüzlərlə bu kimi problemlərlə, mənzərələrlə yaşayırdı Sumqayıt...
Axır ki, doqquz il bundan qabaq, Sumqayıtın bütün bu problemlərini görən cənab prezidentimiz İlham Əliyev bu şəhəri öz yiyəsinə verdi. Cənab Zakir Fərəcovu bu şəhərə İcra Hakimiyyətinin başçısı təyin elədi. 2015-ci ilin sentyabr ayının 2-də. Mən mübaliğəsiz deyə bilərəm ki, həmin gün təkcə sumqayıt camaatı yox, həm də şəhər çox sevinirdi...
İntibah dövrünü yaşayan Sumqayıt
Zakir Fərəcovun Sumqayıtda ilk işi İcra Hakimiyyətinin qarşısındakı kələ-kötür daşların sökülməsi, yolun açılması və binanın qarşısına yenidən yaşıl otlar əkdirmək oldu. Artıq bu doqquz ildə həmin yaşıllıqlar binanın əvvəlki görkəmini yenidən özünə qaytarır. Eləcə də Bakıdan və Novxanıdan girş yollarının əsaslı təmir olunması, yol kənarına yaşıl otların, ağacların, gül kollarının əkilməsi, “Sumqatıt” adlı bərli-bəzəkli lövhənin qurulması və ətrafının gül-çiçəklə bəzədilməsi, Bakıdan gələn yolun kənarlarının “Qala” formasında bərli-bəzəkli hörülməsi şəhərin girişinə böyük yaraşıq verdi. Yollar genişlənib, iki zolaqlı oldu. Beləliklə, şəhər ilk girişdən güllər-çiçəklər məskəni, cənnətməkan bir şəhər oldu.
Məktəblərin, baxçaların, yaşayış və sosial binaların dam örtüklərinin dəyişdirilməsi, zirzəmilərdə olan çirkab suların təmizlənməsi, tam səviyyədə dizinfeksiya olunması, yolların əsaslı təmir olunması, yol kənarlarına dayanacaqların qoyulması, parkların, meydançaların salınması və binaların fasadlarının dəyişilməsi, göz oxşayan rənglərlə rənglənməsi oldu.
Az bir vaxtın içərisində bir-brindən yaraşıqlı Heydər Əliyev Mərkəzinin, Şahmat məktəbinin, Musiqi məktəbinin, Muğam mərkəzinin, Yeni Azərbaycan Partiyası binasının, çoxlu baxçaların, bir neçə məktəblərin binasının, Bayraq meydanının, ASAN Xidmət binasının, 2 nömrəli xəstəxananın, Mehdi Hüseynzadə adına stadionun yenidən tikilməsi və sairə bir-birindən yaraşıqlı çoxlu sosial və yaşayış binaların tikilişi oldu.
Dəniz sahilində 40 hektar sahədə az bir zamanda salınan Dənizkənarı park, cənəb Prezidentimiz İlham Əliyev deyən kimi bir “möcüzə” oldu...
Eləcə də dəniz sahilində tikilən yaşayış və iaşə binaları, sosial obyektlər bu parka başqa bir gözəllik verdilər.
Hündür mərtəbəli binaların liftlərinin bir hissəsi təmir olundu və çoxu yeniləndi.
Sumqayıta 200-dən çox təzə avtobuslar gətirildi və marşrut problemi birdəfəlik həll olundu.
Şəhidlər Xiyabanı yenidən quruldu, tikildi. Eləcə də beş yüzdən çox şəhidin adı əbədiləşdi.
Sumqayıtda bu doqquz ildə çoxlu kiçik zavodlar, Texnoparklar tikildi və çoxu da tikilir. Beləkilə, tezliklə Sumqayıtda hamı işlə təmin olunacaq.
Bu gün Sumqayıt təhsil sahəsində respublikada birinci yerdədir. Deməli, bir vaxtlar fəhlə şəhəri adlandırılan Sumqayıt, bu gün ən zəngin düşüncəsi olan ziyayılar şəhəridir. Biz, hər birimiz bir sumqayıtlı kimi bununla fəxr eləyə bilərik.
Bu gün Sumqayıt dünya şöhrətli idmançıların, yazıçıların, alimlərin, həkimlərin, müəllimlərin şəhəridir.
Bu gün qonşuluğumuzda olan Bakı şəhərinin insanları sözün həqiqi mənasında bizim şəhərə həsəd aparırlar. Mən neçə-neçə bakılı tanıyıram ki, öz evlərini Bakıda satıb, gəlib Sumqayıtda ev alıb, burada yaşayırlar.
Bu gün təkcə Dənizkənarı bülvar yox, bütövlükdə Sumqayıt şəhəri dünyanın ən yaraşıqlı şəhərlərindən biri olub. Deməli, biz, şəhərimizlə və onun başçısı cənab Zakir Fərəcovla fəxr eləməliyik.
Bu il şəhərimiz üçün iki əlamətddar hadisədir. İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 70 illik və Sumqayıt şəhərinin 75 illik yubileyidir.
Ona görə də deyirəm: Yaşasın 70 yaşlı İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və 75 yaşlı cənnətməkan Sumqayıtımız!
Yaşasın ikinci intibah dövrünü yaşayan Sumqayıt!
Bəli. Biz öz şəhərimizlə, onun İcra Hakimiyyətinin başçısı və bütövlükdə beş yüz mindən çox əhalisi olan sumqayıtlılarla fəxr eləyə bilərik! Və bir də onunla fəxr eləyə bilərik ki, biz, Sumqayıtın ikinci intibah dövrünü yaşadığını gördük.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
“Endişe sermayedir” - Tuba Özkanlı
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Endişe sermayedir”
Tuba Özkanlı
Hayatta olmak kaygı vericidir. Kim bunun aksini iddia edebilir ki? Tabi bahsettiğim, çağımızın tetiklediği türden bozukluk düzeyinde olan bir kaygı değil. Dünyada olmaktan kaynaklanan, bu dünyada sağlıklı ve nitelikli bir yaşamı sürdürme arzusundan beslenen bir kaygı.
Evet, önce bir şeylere arzu duyuyoruz. Hayatta kalmak istiyoruz başta mesela. Sadece yaşamak değil, iyi şekilde yaşamak istiyoruz. İstiyoruz ve isteklerimizin gerçekleşip gerçekleşmemesi konusunda kaygılanıyoruz. Bu kaygı bizi düşünmeye itiyor. Bize yeteni, iyi olanı arıyoruz. Fakat tek başımıza değiliz. Bir topluluk içinde yaşıyoruz. Çıkarlarımız çatıştıkça iyi olanın alanı genişlemek zorunda kalıyor. Kendimiz için iyi olanla toplum için iyi olanı uzlaştırmaya çalışıyor, bu sefer de sağlıklı bir toplum olmanın kaygısını gütmeye başlıyoruz.
“Fikir yumuş oğlanıdır, endişe kaygı kanıdır” diyor Yunus Emre. Endişemiz, kaygımız arttıkça düşünmeye, hep düşünmeye itiliyoruz. Sorgulamaya itiliyor, sonu gelmeyen bir arayışın derdine düşüyoruz. Dert bizi sağaltıyor sağaltmasına; ama yoruyor da. Fakat iyinin bedeli ağırdır. Güzele emekle ulaşılır. “Bahçıvan bir gül için bin dikene hizmet eder” demiyor mu Fuzuli üstad da? Zaten bizi insan kılan şey, tam da böyle çabalamak değil mi? Çabalamak herkesin harcı değil yalnız. Düşünmek, mücadele etmek herkesin kolayca yükleneceği bir yük değil. Düşünmek bir yana, düşündüğün şekilde yaşamak mı? Daha da zor. Fakat insan olmanın onuru da burada. Zor olsa da, çabalamakta.
İnsanlık, aslına bakılırsa büyük karmaşalar içinden geçerek bu güne geldi. Büyük savaşlar gördü, kıtlıklarla boğuştu, daha bir çok belalara uğradı. İnsan her dönem hep aynı insandı çünkü. Zaaflarıyla, iyisiyle kötüsüyle hep aynıydı. Yarattığı karmaşa, her dönem aynı cinstendi. Savaşı, mücadelesi, çabası da benzerdi. Fakat her zaman kılıçla savaşmadı insanoğlu. Yeri geldi, kılıca sarıldığı gibi kaleme de sarıldı. Vaiz de boşuna, “Güneşin altında söylenmemiş bir söz kalmadı” demiyor muydu? Böylelikle, insanlığın tecrübe heybesi doldukça doldu.
Şimdi bizim ardımızda büyük bir tarihin şahitliği var. Şanlı destanlar diyoruz ya; kılıcıyla, kalemiyle çok büyük bir birikimimiz var. Önümüzde, en başta bu günümüz, sonra görebileceğimiz kadarıyla yarınımız var, yarınımız olan gençlerimiz var. Hepimizin kaygısı ortak: iyi ve güzel olanı istiyoruz. Kendimiz için olduğu kadar vatanımız, milletimiz ve tüm dünya için iyi ve güzel olanı… Peki, tecrübe heybemiz dolu; yarınımız önümüzde uzanacak elimizi beklerken biz ne yapıyoruz? Bedel ödemeye hazır mıyız? Taşın altına elimizi koyacak kadar cesur muyuz? “İyi ve güzel” derken samimi miyiz?
Yoksa atalarımızın yeri geldiğinde şehit olarak inşa ettiği tarihi överek koltuk kabartıp, yerimizde gevşemeyi mi tercih ediyoruz? Aslına bakılırsa açgözlü bir mirasyedi gibi tarihin şanıyla beslenmek, gerçekten kolay olanı. Dahası, gerçeği yere batırmayacağını bile-bile bu güne söverek büyük bir eylem adamı edasıyla dolaşmak, kolayın kolayı.
Geçmişi yücelterek, tarihi bir şahsiyetin başarılarına sarılarak sahte bir saadet yaratabiliriz kendimize. Söverek çözüm ürettiğimizi sanabiliriz. Övmeyelim, ya da hiç sövülmesin demiyorum. Fakat gerçeklikle hakiki bir yüzleşme emekle olur, bunu kabul edelim.
İyiyi mi istiyoruz, ya da güzel olanı mı? Endişemiz bu mu? O halde endişemizi sermayemiz bilmeli, önce geçmişten dersimizi iyi almalıyız. Sonra bir heykeltıraş gibi kendimizi yontmalıyız. Merhametle inşa etmeliyiz kendimizi; sevgiyle, dürüstlükle, vicdanla… Ve dürüstçe eylemeliyiz. Her ne konumdaysak hakkını vererek…
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
Azərbaycan və Türkiyə naşirləri arasında memorandum imzalanıb
Türkiyədə keçirilən 41-ci TÜYAP Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) ilə Türkiyə Nəşriyyatlar Birliyi arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin kitabçılıq sektoru ilə bağlı prioritetləri müzakirə olunub, nəşriyyatçılıq qarşısında dayanan əsas problemlər, əməkdaşlıq məsələləri barədə müxtəlif fikir və təkliflər səsləndirilib. Sonda iki qurum arasında 3 illik əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki birlik öz üzvləri ilə bağlı məlumatları bölüşəcək, bu informasiyanın cariliyini diqqət mərkəzində saxlayacaq.
Bundan başqa, sektorun inkişafı, qarşıda dayanan problemlər və həll yolları təklif olunacaq, təşkil edilən sərgilər, festivallar barədə illik hesabatlar yazılacaq. Bu addımlar sayəsində qurumların fəaliyyət arealında mümkün əməkdaşlıqlar və investisiya təklifləri ilə bağlı yol xəritəsi hazırlanacaq.
Qeyd edək ki, builki TÜYAP Kitab Sərgisində fəxri qonaq ölkə Azərbaycan olub. Ölkəmizin Mədəniyyət Nazirliyinin dəstəyi ilə 100-ə yaxın naşir, yazıçı və sənət adamı sərgiyə qatılıb. Azərbayacan nümayəndə heyətinin tərkibində ANAİB üzvü olan 15 naşir də sərgidə iştirak edib. Sərgidə xüsusi proqramla təmsil olunan ANAİB üzvləri türk və əcnəbi naşirlərlə görüşüb, müəllif hüquqları mövzusunda müzakirələr aparıb, müxtəlif panellərdə çıxış edib, yazıçılarının imza mərasimlərini təşkil edib və naşirlərin peşəkar toplantılarına qatılıblar.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)