Super User
Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları alan Əsəd Cahangir
Ədəbiyyat və incəsənət portalı “TOP 5” rubrikasında bu günlərdə 55 yaşını qeyd etmiş Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, təniqdçi Əsəd Cahangirin Azvision.az saytına verdiyi müsahibəsinə üz tutur:
1.
“55 il ömrüm gedib. Əvəzində oxucu diqqəti, paxılların məzəmməti və bir neçə kitab qazanmışam. Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasdır. Bilgi toplamaq isə əzablı prosesdir. Uşaqlar həmişə dərsin bitməsini həsrətlə gözləyir, bəzən dərsdən qaçırlar. Həyat məktəbində isə heç yerə qaçmaq olmur, çünki burda hər yer məktəbdir, hətta dərsdən qaçmağın özü də bir dərsdir”
2.
“Görürəm ki, çox az adama müyəssər olan məsələlərdən agah olmuş, Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları almışam. Nəsimi, Füzuli heç kəsə etibar etmədikləri sirlərini mənə açıblar. Sabir Əhmədli kimi ustad yazıçı ədəbiyyata gəlişimə xeyir-dua verib. Muğanna kimi dahi, “Sənin məhəbbətin məni yaşadır”, - deyib. Elçin kimi, Afaq Məsud, Ramiz Rövşən kimi fenomenal istedadlar məni yüksək dəyərləndirir, Anar kimi, Çingiz Abdullayev kimi dünya çapında olan şəxslərlə iyirmi ildən artıqdır iki, bir binada işləyirəm. On minlərlə oxucu yazılarımı oxuyur və bəyənir. Bütün bunlar göstərir ki, o qədər də pis şagird deyiləm”.
3.
“Bir an belə Allahın ədalətinə şübhə etməmişəm. Ən kritik anlarda onun varlığını hiss etmişəm. Heç vaxt ona qarşı hər hansı sualım olmayıb. Sual vermək lazımdırsa, özümə vermişəm. Baş verənlərdə bütün məsuliyyəti Allahın üstünə yıxmağın tərəfdarı deyiləm. Mən reinkarnasiyaya inanıram. Yəni gələcək həyatımızı bugünkü davranışımızla özümüz seçirik. Bu seçimə, Allah, sadəcə, dərkənar qoyur”
4.
“Özümü həm də bədxahlarıma borclu sayıram. Onlar bütöv bir tipajlar qalereyası, Haqverdiyevin diliylə desəm, “mənim marallarım”dır. Məni evlərinə qonaq çağırıb, səsimi gizlicə telefona yazanlar, haqqımda ali instansiyalara heç bir əsas olmadan şikayət edənlər, ən xırda uğurumu görüb yuxusu qarışanlar, məndən tərifli yazı umub, buna nail ola bilməyəndə əleyhimə böhtan, şantaj xarakterli yazılar yazan və yazdıranlar, şəxsi əlaqədə olduqları adamları yuxarı başa keçirmək üçün məndən donos çatdıranlar... Sağ olsunlar, məni daim öz üzərimdə işləməyə vadar edib, arxayınlaşmağa qoymayıblar.
5
Özümə arzularım: Can sağlığı, ilhamlı yaradıcılıq, yeni idrak üfüqləri. Bir də istəyərdim ki, “Porshe” maşınım olsun. Anar müəllim söz verib ki, gələn ildən maaşını artıracam. Benzin pulu problem olmaz yəqin”
Materikin ən böyük ədəbiyyat festivalına start verilir. Festivala necə qatılmalı?
Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalının müsabiqə proqramına start verilir. Azərbaycanlı yazarlar festivalın final mərhələsində təmsil olunmaq, “Dünya yazıçılarının canlı antologiyasında” iştirak etmək şansını necə sınaya bilərlər?
“Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinin festivalın müsabiqə proqramı barədə məlumatını diqqətinizə çatdırır:
Şərtlər:
1. Bu elektron ünvana -
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
aşağıdakıları yollamalı:
1.1. İşrirak ərizəsini - https://cloud.mail.ru/public/5sGX/sBLuWdPXx
1.2. Ana dilində poeziya və nəsr nümunənizi səsləndirməyinizin video görüntüsünü;
1.2.1. həcmi 3 dəqiqəlik;
1.2.2. horizontal çəkiliş;
1.2.3. videoda səsləndirdiyinizin ingilis dilində sətri, yaxud bədii tərcüməsi, word formatında.
Müsabiqə işlərinin qəbulu iyul ayının 15-dən avqust ayının 31-dək davam edəcək.
Müsabiqənin nəticəsinə görə
1.Bütün dünyanın 200 ədibi LiFFt festivalının final mərhələsində iştirak edəcək, “Dünya yazıçılarının Canlı Antologiyası” video-layihəsinin iştirakçısı olacaq;
2.Müsabiqənin bütün iştirakçıarının müsabiqə çıxışı LiFFt festivalının YouTube kanalında və digər sosial şəbəkələrdə nümayiş olunacaq.
3.Festivalın yekununa görə:
3.1. Festivalın laureatı elan ediləcək. O, qızıl medalla, “Qızıl LiFFt” seriyasından kitabının nəşri ilə mükafatlandırılacaq;
3.2 Növbəti- 6-cı festivalın öz ölkəsində keçirilməsini təmin edəcək;
3.3. Final mərhələsinin bütün iştirakçıları Diplomlarla təltif olunacaq. Xüsusi fərqlənənlər Gümüş medallar qazanacaqlar.
Festivalın final mərhələsi 15-25 oktyabr tarixində Türkiyədə, İstanbul şəhərində keçiriləcək. Onlayn keçirilən festivalın finalında canlı iştirak şəxsi istəkdən asılı olacaq. Bunun üçün finalçı Təşkilat Komitəsinə müraciət etməlidir.
Festivalın Təşkilat Komitəsi ilə əlaqə:
Sayt: http://lifft.ru/
Е-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əsasnamə: https://cloud.mail.ru/public/RuMH/n7a7Mv2uZ
КАК СТАТЬ УЧАСТНИКОМ
V ОТКРЫТОГО ЕВРАЗИЙСКОГО ЛИТЕРАТУРНОГО ФЕСТИВАЛЯ ФЕСТИВАЛЕЙ ЛИФФТ-2021,
Принять участие в Конкурсе
«Живая антология писателей Мира»?
Условия
1. Прислать на e-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
1.1. Заявку. https://cloud.mail.ru/public/5sGX/sBLuWdPXx
1.2. Видео (приветствие и чтение вашего произведения (поэзия, проза) на родном языке):
1.2.1. до 3-х минут;
1.2.2. снятое горизонтально;
1.2.3. текст видео на родном языке в формате word;
1.2.4. перевод текста на английский язык в формате word;
Приём конкурсных работ
1. с 15 июля по 31 августа 2021 года
По результатам конкурса
1. 200 литераторов со всего мира будут участвовать в финальной стадии фестиваля ЛиФФт и войдут в видео-проект «Живая Антология писателей Мира».
2. Все участники конкурса будут представлены на канале ютуб «ЛИффТ» и в соц. сетях интернета.
3. Будут объявлены:
3.1. Лауреат. Золотая медаль и издание книги Лауреата в серии «Золотой ЛИффТ». Следующий VI Евразийский литературный фестиваль фестивалей ЛИффТ -
2022 пройдет в стране Лауреата-2021.
3.2. Дипломанты. Серебряная медаль и возможность издания в серии «Серебряный ЛИффТ».
Финальный часть пройдет в Турции, в городе Стамбул по 15-25 октября 2021 года.
Участие рассматривается индивидуально по личному обращению в оргкомитет фестиваля.
Контактные данные оргкомитета фестиваля
Сайт http://lifft.ru/
Е-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Положение https://cloud.mail.ru/public/RuMH/n7a7Mv2uZ
Kürdəmirdə ədəbiyyat günü
Ötən gün Kürdəmir rayon Mərkəzi Kitabxanasında “Kür” ədəbi məclisinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin üzvü, Gənclər Şurasının sədri, şair-esseist Fərid Hüseyn ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı ədibin həyatı, yaradıcılığı haqqında fikirlərini bölüşüb. O, Fərid Hüseynin ədəbiyyat sahəsindəki xidmətlərini, yaradıcılığını yüksək dəyərləndirdiyini bildirib.
Daha sonra Fərid Hüseyn Regional İdarənin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisinin üzvlərinin şeirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda müəllif oxucular üçün kitablarını imzalayıb.
Fotorəssamlığın atası Anri Kartye-Bressonun şedevrlərinin Paris nümayişi
Parisin Karnavale Tarix Muzeyinin dörd illik yenidənqurmadan sonra açılışı olmuşdur. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən bildirir ki, açılış fotoqrafiyanın əfsanəsi Anri Kartye-Bressonun "Parisə Qayıdış"adlı fotolarından ibarət sərgi ilə baş tutmuşdur.
200 fotodan ibarət sərgi mövzu baxımından inanılmaz qədər rəngarəngdir.
Qeyd edək ki, Karnavale muzeyi eksponat baxımından hədsiz dərəcədə zəngindir. Onun yaradıcıları şəhərin mövcudluğu dövründə Paris həyatının bütün əlamətlərini bir yerə toplamaq üçün səbir və cəsarətə sahib olublar. Parisdə baş verən hər şey muzeydə izlər buraxıb. Buranın eksponatları inanılmaz dərəcədə müxtəlifdir, zallar olduqca dolaşıq, labirintvaridir, onların hamısını gəzmək seyrçiyə çətin olur. Amma zövq verir. Karnavalenin ekspozisiyası bəzi qeydlərdən ibarət kitabı xatırladır.
Bu fonda Anri Kartye-Bressonun “Parisə qayıdış" sərgisi həm ağ-qara rəngdə olmasıyla, həm də ideyanın sadəliyi ilə fərqlənir — XX əsrin böyük fotoqrafı kimi onun böyüdüyü və bütün həyatını keçirdiyi şəhər təbliğ olunur. Heç bir didaktika yoxdur, o, yalnız gedirdi və çəkirdi. O, şəhəri tərk edib geri qayıdarkən, sanki, köhnə dostu ilə dialoqu məhz onun kəsildiyi yerdən bərpa edirdi.
Fotolara rakurs edək:
1944-cü ildə Parisin faşizmdən azad edildiyi anlar… 1968-ci ildə şair və rəssamların portretləri… Rivoli küçəsindəki mənzil pəncərəsində suitilərin rəsmləri… Obyektivə poz verən Bricit Bordo…
Son illərdə Anri şəhəri kameranın vizyonerindən yox, reallığın dəyişilmiş qrafikasından görməyə çalışdığını hər vəclə isbat edib.
Strateji nöqtələrdə Cartier-Bresson — Giacometti kimi strateji kadrlar yerləşdirilib, yağış altında paltosunu başına çəkərək keçən adamlar görünür, heykəltəraşlıq şedevrləri göz oxşayır.
Sərginin əvvəlində isə şüşə arxasında Leica fotoaparatı durur.
Bu şedevrlər məhz bu fotoaparatla ərsəyə gəlib.
Retrospektivdə Kartye-Bressonun bütün tərcümeyi-halı daimi azadlıq əldə etmək cəhdləri kimi görünür. 1940-da o, əsir düşdü və yalnız 1943-da iki uğursuz cəhddən sonra qaçdı. O, bunu həyatının simvolu olaraq görürdü:"Mən həmişə qaçaq bir məhbus olacağam".
Əvvəlcə "leyka" onu taleyini əvvəlcədən təyin etmiş ailəsindən qurtardı, şəhər ətrafında bir şirkət təşkil etməsinə yardımçı oldu, digər rəssamlarla, fotoqraflarla tanış etdi. "Mən sürrealizmə çox borcluyam,— Kartye-Bresson demişdi,— Çünki o mənə obyektivləri şüursuz və təsadüfi dağıntıları axtarıb tapmaq üçün azadlığa buraxmağı öyrətdi". O, sol ideyalarda, kommunistlərdə Azadlıq axtarırdı, ancaq bu ideyalardan da məyus olurdu: "Deyim ki, mən Kommunist ideallarının yaxınlığını ilk xristianların manerasında hiss edirdim. Sonra mənim hiddətimi Andre Jidin SSRİ haqqında kitabı dağıtdı.”
Həm reportajı, həm də sifarişli portretləri sınadıqdan sonra Kartye-Bresson həndəsi və insan naxışlarında bunların qarşılığında formalaşan dünyaya sərbəst baxışından zövq aldı. Onun şəkillərində süjet, əxlaqi təlim, heç bir məzmun yoxdur. Bundan başqa, fotolara baxdıqca sanki biz özümüz onlara sərmayə qoymağa hazırıq kimi bir fikrə düşürük, amma heç kim bizdən bunu etməyi xahiş etmir. Müəllif də bir vaxtlar bu cür etmişdi.
Parisə baxa bilərsiniz, bəzən bir notebook ekranına sığışan böyük bir şəhərdir o. Teatr səhnəsidir bəzən. Bəzənsə bir tarixdir, onu yazmaq üçün kameraya müraciət edə bilərsiniz.
Qeyd edək ki, Kartye Bresson çox uzun bir ömür sürmüşdür. 22 avqust 1908-ci ildə dünyaya göz açmış, 3 avqust 2004-cü ildə dünyadan köçmüşdür. Özündən sonra minlərlə fotoqrafiya, kitablar, bir də aforizmlər qoymuşdur.
Sitat:
"Fotoqrafiya özü məni maraqlandırmır. Mən yalnız reallığın bir parçasını tutmaq istəyirəm. Mən heç nəyi sübut etmək, heç nəyi vurğulamaq istəmirəm. Əşyalar və insanlar özləri hər şeyi danışırlar. Mən "mətbəx" ilə məşğul olmuram. Laboratoriyada və ya studiyada işləmək ürək bulanmasına səbəb olur. Manipulyasiyaya nifrət edirəm-nə çəkiliş zamanı, nə də sonra, qaranlıq otaqda bunu etmərəm. Yaxşı bir gözlə həmişə belə manipulyasiyaları görəcəksiniz... Bilin, yaradıcılığın yeganə anı bir saniyənin iyirmi beşdə bir hissəsidir, bir çəkim tıkladığında kamerada işıq yanıb-sönür və hərəkət dayanır."
Anri Kartye-Bresson
Fotolarda: Sərgidən bir görüntü; Anri Kartye-Bresson; onun fotoları.
“Orxan Pamukun evində”n reportaj
Bu günlərdə “Xan” nəşriyyatında olduqca maraqlı bir kitab işıq üzü görüb: “Orxan Pamukun evində”. Kitabda ədəbiyyatşünas, şair Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə “Məsumiyyət Muzeyi”nin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir.
Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.
Ədəbiyyatsevərlərin bəyənərək rəğbət göstərdiyi kitabın böyük oxucu kütləsi tərəfindən də maraqla qarşılanacağına əminik.
“Ədəbiyyat və incəsənət” portalı romandan bəzi parçaları oxucularına təqdim edəcək, rubrikalarımızı izləyin.
Azərbaycanın mədəniyyət nazirinin səfərindən rəsmi Gürcüstan məmnunluq duydu
Azərtac-ın xüsusi müxbiri Xətayi Əzizov Tbilisiyə səfər edən Azərbaycan mədəniyyət naziri Anar Kərimovun orada keçirdikləri görüşlərin səmərəli və faydalı olduğunu vurğulayaraq Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin bu səfərə verdiyi qiyməti dilə gətirmişdir:
“Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz birlikdə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib. Bu gün mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirik.”
David Zalkaliani Anar Kərimovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib ki, Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. O deyib:
“Ölkələrimiz arasında münasibətlər bu gün də uğurla inkişaf edir və bu tempi saxlamaq bizim üçün çox vacibdir”.
Nazir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzindədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfər edib. Səfər çərçivəsində Anar Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Nazir Tea Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürücstanda görməkdən məmnun qaldığını vurğulayıb. Bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafına xidmət etdiyini bildirib. Nazir Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu bildirib.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır. Azərbaycan Gürcüstan ilə əlaqələrin bütün sahələrdə, o cümlədən mədəni və humanitar sahələrdə inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı əməkdaşlığımızı daha da genişləndirəcək.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
İki il Ennio Morrikonesiz
Ennio Morrikone adı çoxlarına adi gəlirsə də çoxları üçün də qeyri-adidir, qəlbləri titrədən, riqqətə gətirən güc var onda.
Ölümlər adiləşib deyə olsun ki, ilk baxışda bu ölüm də adi görünə bilər. Amma 2020-ci ilin bugünkü 6 iyul günündə Ennio Morrikone vəfat edib, dahi italyan bəstəkarı. Maestro, instrumental musiqinin canlı klassiki, 20-ci əsr musiqi intibahının sonuncu nümayəndəsi, 400-dək kinoya musiqi bəstələmiş, dəfələrlə Oskar, Gremmy, BAFTA, Qızıl qlobus mükafatlarına layiq görülmüş dahidən dahi idi o.
Milyonlar üçün Ennio Morrikone hər şeydən əvvəl həm də ən sevdikləri və dəfələrlə yenidən baxdıqları “Bir dəfə Amerikada”, “Peşəkar”, “Sprut”, “Yaxşı, pis, qəzəbli” filmlərinin bəstəkarı idi.
Budur, artıq iki ildir ki, dünya musiqisində bütöv bir epoxaya son qoyulyb. Kədərin mübarək, dünya!
Fotolarda: Ennio Morrikonne; “Bir dəfə Amerikada” filmindən kadr.
Anons. Avropada ən mühüm musiqi hadisəsi Jazz a Vienne festivalı barədə
İyul ayının 1-də rəsmi açılışı olan Vienna Caz musiqisi festivalı həqiqətən də Avropada ən mühüm musiqi hadisələrindən biridir. Bu il festival 40 illik yubileyini qeyd edir. Sabah iyulun 10-dək davam edəcək festival barədə geniş yazını oxucularımıza təqdim edəcəyik.
Bu gün açılacaq Kann kinofestivalının əsas favoritləri elan edildi, erməni filmi festivala buraxılmadı
Pandemiya həyatın hər bir sahəsini iflic etmişdi, indi yavaş-yavaş bu sahələr, o cümlədən də incəsənət dirçəlməkdədir. Təbii ki, incəsənətin gözü olan kino da!
Bu gün rəsmi açılışı olacaq Kann kinofestivalı iştirakçılarının adları bir qədər öncə rəsmən açıqlanmışdı, indi favoritlər də elan edildi.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Oskardan sonra dünya kinosunda baş verən əsas hadisə sayılan Kann kinofestivalına dünyanın hər yerindən - Avropadan İrana, İsrailə, ABŞ - a qədər olan böyük bir məkandan qonaqlar təşrif buyuracaqlar, həm məşhur ustalar, həm də yeni başlayan rejissorlar onlarca film təqdim edəcəklər. Ən əsası isə iki illik məcburi dayanmadan sonra kino bayramı Kəhrəba sahilə - Kruazett bulvarına qayıdacaq.
Bayram ovqatlı bu əlamətdar hadisə ilə bağlı Kann Film Festivalının baş direktoru Thierry Fremo söyləyir:
-Bu, müxtəlif ölkələrdən bizə göndərilən çoxsaylı filmlərin kifayət qədər uzun müddət ərzində həyata keçirilən əsl beynəlxalq seçimdir. Bəzi rejissorların gələ bilib-bilməyəcəyi hələ də aydın deyil. Kann festivalının başlanmasına beş həftə qalmış biz iştirak edəcək filmlərin və rejissorların ilk siyahısını təqdim etdik. Və təbii ki, hər şey dəyişilə bilər. Hələliksə, epidemioloji vəziyyət bizim diqqət mərkəzimizdədir.
Seçilmiş filmlər arasında artıq favoritlər var, o cümlədən 82 yaşlı hollandiyalı rejissor, dünyaca məşhur “Əsas instinkt” filmini çəkmiş Pol Verxovenin "Bakirə qız" filmi belə favoritlərdən hesab edilir. Bu film Franko-Hollandiyada XVII əsrdə yaşamış məşhur lesbian monax Benedetta Karlininin real tarixçəsi barədədir. (Qeyri-ənənəvi orientasiya, cinsi azlıqlar biz azərbaycanlıları qıcıqlandırsa da Avropa bu mövzuya hələ də istinad etməkdədir - red.)
Həmçinin Ues Andersonun "Fransız bülleteni" filminə də friumflar vəd edilir.
Builki Kann festivalına məşhur iranlı Əsgər Fərhadi, eləcə də adını ulduzlar pleadasına yazmış Leo Karaks, Şon Penn, Jak Odiar kimi böyük rejissorların gəlişi gözlənilir. Xatırladaq ki, Ues Andersona keçən il qızıl çələng vəd edilirdi, amma pandemiya keçənilki Kann kinofestivalını təxirə salıb Andersona bir il möhlət vermiş oldu. Thierry Fremo rəsmən Ues Andersonun builki festivalda iştirakını təsdiqləyib.
Ümumiyyətlə, Kann festivallar sarayı qarşısında sərilmiş qırmızı xalça bu gün bir çox ulduzları görəcək. Münsiflər heyətinə isə amerikalı kinorejissor, prodüser, ssenarist və aktyor Spayk Li başçılıq edəcək.
Müsabiqə proqramına 24 film daxil edilib, festival çərçivəsində isə 60-dan çox film nümayiş etdiriləcək. Kəsəsi, kino pandemiyadan sonra yenidən doğulur.
Kinosevərləri təbrik etmək olar.
Bu arada Kann festivalı ilə bağlı daha bir nüans. Xatırlayırsınızsa,
erməni rejissoru Nora Martirosyanın Dağlıq Qarabağda çəkilmiş, münaqişə haqqında həqiqətləri tamamilə təhrif edən, separatçılığın təbliğinə xidmət göstərən, təcavüzü əsaslandıran “Əgər külək əsərsə” (Si le vent tombe) filmi ötən il Kann kinofestivalının proqramına daxil edilmişdi. Ermənilər 12 milyon dollarlıq büdcəyə malik filmin həm də piarına, Kann kinofestivalı kimi dünyanın ən mötəbər festivalında nümayişinə astronomik pullar xərcləmişdilər. Xoşbəxtlildən, ötən il pandemiya səbəbindən festival keçirilmədi, builki proqrama isə Martirosyanın sözügedən filmi salınmayıb.
MÜSABİQƏ PROQRAMI
Kinoart.ru portalına istinadən Müsabiqə proqramını təqdim edirik:
"Annett" — Leos Karaks (açılış filmi);
"Qəhrəman — Əsgər Fərhadi;
"Hər şey yaxşı keçdi" — Fransua Ozon;
"Üç mərtəbəli" — Nanni Moretti;
"Titan" — Jüly Dukurno;
"Fransız depeşası" - Ues Anderson;
"Qırmızı raket" — Sean Baker;
"Qripə tutulan Petrovlar" — Kirill Serebrennikov;
"Bir aydın olmayan səhərdə" — Bruno Dumont;
"Nitram" - Justin Kurtzel;
"Yaddaş" - Apichatpong Virasetakun;
"Dillər" - Mahamat-Saleh Harun;
"Paris, 13-cü məhəllə" — Jak Odiar;
"Narahat" - Joaquim Lafoss;
"Fasilə" — Katrin Korsini;
"6 Saylı Kupe" — Juho Kuosmanen;
"Kasablankanın Ritmləri" — Nabil Ayuş;
"Axedanın Dizi" - Nadav Lapid;
"Dünyanın ən pis adamı" — Yoakim Trier;
"Mənim maşınımın sükanı arxasında otur" — Rusuke Hamaguchi;
"Bergman Adası" — Mia Hansen-Leva;
"Bakirə qız”- Pol Verxoven;
"Həyat yoldaşımın hekayəsi" — İldiko Enyedi;
"Bayraq günü" — Sean Penn;
Müsabiqədənkənar proqram:
"Onun həyatında" — Emmanuel Berko;
"Fövqəladə vəziyyət" — Xan Zhe Roma;
"Sakit omut" — Tom MakKarti;
"Alin, məhəbbət səsi" — Valerie Lemersier;
Xüsusi nümayişlər:
"Əbədi fırtına ili" — Cəfər Pənahi, Entoni Çen, Malik Vittal, Lora Poytras, Dominq Soto, Devid Louri, Apiçatponq Virasetakun;
"H6" - E.E;
"Qara dəftərlər" — Şlomi Elkabets;
"Dağlardan dənizçi" — Kərim Aynuz;
"JFK-ya qaytarılması. Güzgülər" — Oliver Stoun;
"Jane Charlotte'nin gözü ilə " — Charlotte Gensbur;
Xüsusi baxış proqramı:
"Günahsız — - Eskil Voqt;
"Yanqdan Sonra" - Koqonada;
"Həsən Vəd" — Semih Kaplanoğlu;
"Quzu" - Valdimar Johansson;
"Alovlu gecə" — Tatyana Huso;
"Yaxşı Ana" — Afsia Rəmzi;
"Ev dustaqlığı" — Aleksey Herman;
"Mavi buxta — Justin Chon;
"Fred" - Jessika Geneus;
"Dünya" — Lora Vandel;
"Yumruqları qızışdırır" — Kira Kovalenko;
"Qadın ağlayır" — Mina Mileva;
"Mülki" - Teodora Ana Mixay;
"Səhər gəl" — Eran Kolirin;
"Evolution" — Cornel Mundrusso;
"Aldatma" — Arnaud Depleshen
"İnək" — Andrea Arnold;
"Üzünüzün qarşısında" — Hon San Su;
"Babiy Yar" — Sergey Loznitsa;
"Musiqi hər kəs üçün ifa edilir" — Samuel Benchetri;
"Ana bazar" — Eva Yusson;
"Məni Möhkəm Qucaqla" — Matye Amalrik.
Gecə yarısı nümayişləri:
"Qanlı portağal" — Jean-Christophe Mariss.
Qeyd: Fotolarda: Kruazet bulvarı açılışa hazırdır; Festivalın posteri; Pol Verxoven.