Azərtac-ın xüsusi müxbiri Xətayi Əzizov Tbilisiyə səfər edən Azərbaycan mədəniyyət naziri Anar Kərimovun orada keçirdikləri görüşlərin səmərəli və faydalı olduğunu vurğulayaraq Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin bu səfərə verdiyi qiyməti dilə gətirmişdir:
“Gürcüstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz birlikdə bir sıra önəmli iqtisadi layihələr həyata keçirib. Bu gün mədəniyyət sahəsi də daxil olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirik.”
David Zalkaliani Anar Kərimovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib ki, Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. O deyib:
“Ölkələrimiz arasında münasibətlər bu gün də uğurla inkişaf edir və bu tempi saxlamaq bizim üçün çox vacibdir”.
Nazir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə yüksələcəyinə ümidvar olduğunu bildirib.