Bu gün açılacaq Kann kinofestivalının əsas favoritləri elan edildi, erməni filmi festivala buraxılmadı Featured

Pandemiya həyatın hər bir sahəsini iflic etmişdi, indi yavaş-yavaş bu sahələr, o cümlədən də incəsənət dirçəlməkdədir. Təbii ki, incəsənətin gözü olan kino da!
Bu gün rəsmi açılışı olacaq Kann kinofestivalı iştirakçılarının adları bir qədər öncə rəsmən açıqlanmışdı, indi favoritlər də elan edildi.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Oskardan sonra dünya kinosunda baş verən əsas hadisə sayılan Kann kinofestivalına dünyanın hər yerindən - Avropadan İrana, İsrailə, ABŞ - a qədər olan böyük bir məkandan qonaqlar təşrif buyuracaqlar, həm məşhur ustalar, həm də yeni başlayan rejissorlar onlarca film təqdim edəcəklər. Ən əsası isə iki illik məcburi dayanmadan sonra kino bayramı Kəhrəba sahilə - Kruazett bulvarına qayıdacaq.
Bayram ovqatlı bu əlamətdar hadisə ilə bağlı Kann Film Festivalının baş direktoru Thierry Fremo söyləyir:
-Bu, müxtəlif ölkələrdən bizə göndərilən çoxsaylı filmlərin kifayət qədər uzun müddət ərzində həyata keçirilən əsl beynəlxalq seçimdir. Bəzi rejissorların gələ bilib-bilməyəcəyi hələ də aydın deyil. Kann festivalının başlanmasına beş həftə qalmış biz iştirak edəcək filmlərin və rejissorların ilk siyahısını təqdim etdik. Və təbii ki, hər şey dəyişilə bilər. Hələliksə, epidemioloji vəziyyət bizim diqqət mərkəzimizdədir.
Seçilmiş filmlər arasında artıq favoritlər var, o cümlədən 82 yaşlı hollandiyalı rejissor, dünyaca məşhur “Əsas instinkt” filmini çəkmiş  Pol Verxovenin "Bakirə qız" filmi belə favoritlərdən hesab edilir. Bu film Franko-Hollandiyada XVII əsrdə yaşamış məşhur lesbian monax Benedetta Karlininin real tarixçəsi barədədir. (Qeyri-ənənəvi orientasiya, cinsi azlıqlar biz azərbaycanlıları qıcıqlandırsa da Avropa bu mövzuya hələ də istinad etməkdədir - red.)
Həmçinin  Ues Andersonun "Fransız bülleteni" filminə də friumflar vəd edilir.
Builki Kann festivalına məşhur iranlı Əsgər Fərhadi, eləcə də adını ulduzlar pleadasına yazmış Leo Karaks, Şon Penn, Jak Odiar kimi böyük rejissorların gəlişi gözlənilir. Xatırladaq ki, Ues Andersona keçən il qızıl çələng vəd edilirdi, amma pandemiya keçənilki Kann kinofestivalını təxirə salıb Andersona bir il möhlət vermiş oldu. Thierry Fremo rəsmən Ues Andersonun builki festivalda iştirakını təsdiqləyib.
Ümumiyyətlə, Kann festivallar sarayı qarşısında sərilmiş qırmızı xalça bu gün bir çox ulduzları görəcək. Münsiflər heyətinə isə amerikalı kinorejissor, prodüser, ssenarist və aktyor Spayk Li başçılıq edəcək.
Müsabiqə proqramına 24 film daxil edilib, festival çərçivəsində isə 60-dan çox film nümayiş etdiriləcək. Kəsəsi, kino pandemiyadan sonra yenidən doğulur.
Kinosevərləri təbrik etmək olar.
Bu arada Kann festivalı ilə bağlı daha bir nüans. Xatırlayırsınızsa,
erməni rejissoru Nora Martirosyanın Dağlıq Qarabağda çəkilmiş, münaqişə haqqında həqiqətləri tamamilə təhrif edən, separatçılığın təbliğinə xidmət göstərən, təcavüzü əsaslandıran “Əgər külək əsərsə” (Si le vent tombe) filmi ötən il Kann kinofestivalının proqramına daxil edilmişdi. Ermənilər 12 milyon dollarlıq büdcəyə malik filmin həm də piarına, Kann kinofestivalı kimi dünyanın ən mötəbər festivalında nümayişinə astronomik pullar xərcləmişdilər. Xoşbəxtlildən, ötən il pandemiya səbəbindən festival keçirilmədi, builki proqrama isə Martirosyanın sözügedən filmi salınmayıb.

MÜSABİQƏ PROQRAMI

Kinoart.ru portalına istinadən Müsabiqə proqramını təqdim edirik:

"Annett" — Leos Karaks (açılış filmi);

"Qəhrəman — Əsgər Fərhadi;

"Hər şey yaxşı keçdi" — Fransua Ozon;

"Üç mərtəbəli" — Nanni Moretti;

"Titan" — Jüly Dukurno;

"Fransız depeşası" - Ues Anderson;

"Qırmızı raket" — Sean Baker;

"Qripə tutulan Petrovlar" — Kirill Serebrennikov;

"Bir aydın olmayan səhərdə" — Bruno Dumont;

"Nitram" - Justin Kurtzel;

"Yaddaş" - Apichatpong Virasetakun;

"Dillər" - Mahamat-Saleh Harun;

"Paris, 13-cü məhəllə" — Jak Odiar;

"Narahat" - Joaquim Lafoss;

"Fasilə" — Katrin Korsini;

"6 Saylı Kupe" — Juho Kuosmanen;

"Kasablankanın Ritmləri" — Nabil Ayuş;

"Axedanın Dizi" - Nadav Lapid;

"Dünyanın ən pis adamı" — Yoakim Trier;

"Mənim maşınımın sükanı arxasında otur" — Rusuke Hamaguchi;

"Bergman Adası" — Mia Hansen-Leva;

"Bakirə qız”- Pol Verxoven;

"Həyat yoldaşımın hekayəsi" — İldiko Enyedi;

"Bayraq günü" — Sean Penn;

Müsabiqədənkənar proqram:

"Onun həyatında" — Emmanuel Berko;

"Fövqəladə vəziyyət" — Xan Zhe Roma;

"Sakit omut" — Tom MakKarti;

"Alin, məhəbbət səsi" — Valerie Lemersier;

Xüsusi nümayişlər:

"Əbədi fırtına ili" — Cəfər Pənahi, Entoni Çen, Malik Vittal, Lora Poytras, Dominq Soto, Devid Louri, Apiçatponq Virasetakun;

"H6" - E.E;

"Qara dəftərlər" — Şlomi Elkabets;

"Dağlardan dənizçi" — Kərim Aynuz;

"JFK-ya qaytarılması. Güzgülər" — Oliver Stoun;

"Jane Charlotte'nin gözü ilə " — Charlotte Gensbur;

Xüsusi baxış proqramı:

"Günahsız — - Eskil Voqt;

"Yanqdan Sonra"  - Koqonada;

"Həsən Vəd" — Semih Kaplanoğlu;

"Quzu" - Valdimar Johansson;

"Alovlu gecə" — Tatyana Huso;

"Yaxşı Ana" — Afsia Rəmzi;

"Ev dustaqlığı" — Aleksey Herman;

"Mavi buxta — Justin Chon;

"Fred" - Jessika Geneus;

"Dünya" — Lora Vandel;

"Yumruqları qızışdırır" — Kira Kovalenko;

"Qadın ağlayır" — Mina Mileva;

"Mülki" - Teodora Ana Mixay;

"Səhər gəl" — Eran Kolirin;

"Evolution" — Cornel Mundrusso;

"Aldatma" — Arnaud Depleshen

"İnək" — Andrea Arnold;

"Üzünüzün qarşısında" — Hon San Su;

"Babiy Yar" — Sergey Loznitsa;

"Musiqi hər kəs üçün ifa edilir" — Samuel Benchetri;

"Ana bazar" — Eva Yusson;

"Məni Möhkəm Qucaqla" — Matye Amalrik.

Gecə yarısı nümayişləri:

"Qanlı portağal" — Jean-Christophe Mariss.

Qeyd: Fotolarda: Kruazet bulvarı açılışa hazırdır; Festivalın posteri; Pol Verxoven.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.