Super User

Super User

 

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.

Nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.

Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.

Cümə axşamı, 13 Oktyabr 2022 08:16

İki sərgi - biri açılıb, biri açılacaq

Öncə açılan sərgi barədə: Şirvanşahlar Sarayı Kompleksində açılan beynəlxalq müasir incəsənət sərgisi Höte İnstitutunun “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə birgə “Kappelhaus” Azərbaycan-Alman Mədəniyyət Birliyinin və PlatformART-ın təşkilatı dəstəyi ilə ərsəyə gətirilib. 

Sərgi Qurban Səid təxəllüsü ilə tanınan Əsəd bəyin həyat və yaradıcılığına həsr edilib. 

Sərgidə əsasən Əsəd bəyin yaradıcılığında xüsusi yer tutan həqiqət və uydurmaların bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanından ilhamlanaraq yaradılan rəsm əsərləri nümayiş olunur. “Əli və Nino” Azərbaycan — Gürcüstan məhəbbət tarixçəsinin müəllifi olan Əsəd bəy, sonralar “Qurban Səid” təxəllüsü ilə də tanınıb.

Əsəd bəy Bakıda beynəlmiləl bir mühitdə - ruslar, almanlar və azərbaycanlıların arasında böyüyüb və XX əsrin əvvəllərində şəhərdə yaşanan ilk “neft bumunun” şahidi olub: o zamanlar, dünyada xam neftin demək olar ki, yarısı məhz Bakıda hasil olunurdu. Şərqin möhtəşəmliyi kəskin sosial fərqlər, fəhlə üsyanları və inqilabi təlatümlərlə əhəmiyyətli ziddiyyət təşkil edir. Oktyabr inqilabından sonra, Bakıdan gedən yazar, müxtəlif ölkələrin sərhədlərini keçən kosmopolitə çevrilib: Mərkəzi Asiya, İran, Gürcüstan və Türkiyə onun Berlin şəhərinə gedən yolda müvəqqəti “dayanacaqlar” olub. Berlində o, İslam dinini qəbul edir, ən azı 18 kitab yazır və qısa zamanda Şərq üzrə mütəxəssis kimi tanınır. 

Sərgidə əsasən Əsəd bəyin yaradıcılığında xüsusi yer tutan həqiqət və uydurmaların bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanından ilhamlanaraq yaradılan rəsm əsərləri nümayiş olunur.

Qeyd edək ki, Şirvanşahlar Sarayı Kompleksində təşkil edilən bu sərgi oktyabrın 16-dək davam edəcək.

İndi isə açılacaq sərgi barədə. Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Belçikaya komikslərlə səyahət” adlı sərginin açılışı olacaq. 

Sərgi layihəsinin açılışı Belçika Krallığının Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və Belçika Komiks Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

 

Şəkildə: “Əli və Nino”ya fotokollaj

 

Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb. O, ulu öndər Heydər Əliyev və onun siyasətini bu gün davam etdirən Prezident İlham Əliyev tərəfindən iki ölkə arasındakı münasibətlərə, əməkdaşlığa, dostluğa hər zaman böyük önəm verildiyini bildirib.

Söhbət zamanı Qənirə Paşayeva Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tarixi, mədəni və dini abidələrin erməni vandalizminə məruz qalmasından danışıb, bu cür vandalizmə qarşı səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunub. O, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Gürcüstan mədəniyyətlərinin qarşılıqlı təbliği və tanıdılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərə diqqət çəkib. Qonaq rəhbərlik etdiyi komitənin mədəni əlaqələrin daha da inkişafında maraqlı olduğunu və Azərbaycanla əməkdaşlığa önəm verdiklərini qeyd edib. O, dünyanın bu gərgin dövründə mədəniyyətlərin sülhə verə biləcəyi töhfələr, bu istiqamətdə UNESCO-nun rolu və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti barədə fikirlərini bölüşüb.

Sonra Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Razi Nurullayev, Ülviyyə Həmzəyeva, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyətlərin qarşılıqlı təbliği, Azərbaycan və gürcü dillərinin məktəblərdə tədrisi məsələləri, parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlərini səsləndiriblər. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Cümə axşamı, 13 Oktyabr 2022 10:00

Şikayətlərə baxılıb

 

Cari ilin 7 və 10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin 20 aprel 2022-ci il tarixli 119-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları”nın 5.8-ci bəndinə əsasən yaradılmış Komissiya tərəfindən 2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinə yenidən baxılması ilə bağlı müraciət etmiş namizədlərin şikayətlərinə baxılmışdır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ümumilildə müsahibə nəticəsinin yenidən araşdırılması ilə bağlı Nazirliyə 22 nəfərin müraciəti daxil olmuşdur ki, onlardan 19 nəfərinin müraciətinə Komissiya üzvlərinin iştirakı ilə baxılmışdır. 3 nəfər isə şikayətləri ilə bağlı Komissiya tərəfindən təyin edilmiş iclasda iştirak etməkdən imtina etmişdir.

 

Şikayətçilərin və dəvət edilmiş ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilmiş və müsahibələrin nəticəsi barədə Komissiya tərəfindən yekun qərarlar qəbul edilmişdir.

 

Komissiyanın qərarlarına əsasən 6 nəfər - Hüseynli-Babayeva İradə Ramil qızı (fortepiano), Rəhimli Esmira Kərim qızı (fortepiano), Parlanzadə Kamal Əfqan oğlu (tar), Əliyeva Fidan Vüsal qızı (violin), Əbdülqasımova Lalə Elman qızı (musiqi nəzəriyyəsi) və Asalıyeva Anelya Nizami qızı (musiqi nəzəriyyəsi) müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilmişdir. Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.

 

Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir. Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.

Cümə axşamı, 13 Oktyabr 2022 09:00

“XAZART” incəsənət simpoziumu keçirilib

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə 2022-ci il 07-15 oktyabr tarixlərində “XAZART” incəsənət simpoziumu keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpoziumda rəssam və incəsənətin müxtəlif sahələrinə aid sənətkarlar iştirak edir.

“XAZART” incəsənət simpoziumunun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Simpoziumda hər rəssam öz dünyasını, öz görüşünü gətirərək auditoriyanı, tamaşaçıları öz yaradıcılığı ilə tanış edir və rəngkarlığın müxtəlif istiqamətlərinin təqdim edir, abstrakt və klassik əsərləri nümayiş olunur.  

Simpoziumun təşkilatçısı “Leyla Khazary ArtGallery” rəssamların yaradıcılığını təbliğ etmək, fərdi sərgilər təşkil etmək, incəsənət haqqında sənədli filmlər nümayiş etdirmək,  təsviri sənət ustalarının çıxışlarını, tematik sərgiləri təşkil etməklə Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir.  Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn-şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir.

Simpoziuma Azərbaycanın hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlar, eləcə də ustad rəssamlar Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Təranə Seid, Zöhrab Salam-zadənin dəvət edilib.

 “XAZART” incəsənət  simpoziumu bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin artırılması, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.

Cümə axşamı, 13 Oktyabr 2022 10:30

Rəssam Demyen Hirst 4000-dən çox əsərini yandırdı

 

 

Britaniyalı rəssam Demyen Hirst Bulqakovun “əlyazmalar yanmır” formulasının əksini sübut edərək 4000-dən çox işini yandıraraq özünün “Valyuta” adlandırdığı performansını nümayiş etdirmişdir. O, bu işləri rəqəmsal NFT identifikator şəklində satdıqdan sonra yandırmışdır. O demişdir: “Mən bilirəm ki, əsərləri yandırmaq olmaz. Amma bu, mənim başladığım işin tərkib hissəsi olduğundan buna məcburam”

Haqqında söhbət gedən "ləkəli rəsmlər" alıcıların seçim etməsi şərti ilə satılırdı: kağız versiyanı saxlamaq və ya NFT-ni qorumaqla kağız versiyaları yandırmağa imkan vermək.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, "Valyuta" layihəsi çərçivəsində işlərin dəyəri 2000 avrodan başlayırdı, baxmayaraq ki, adətən Hirstin əsərləri daha bahalıdır, bəzilərinin qiyməti hətta milyonlarla məbləğlə hesablanır.

 

Alıcıların yarıdan çoxunun qərarı özlərinə fiziki – yəni real şəkilləri götürmək oldu.

 

Əsərlər Londonda, Nyuport Street qalereyasında nümayiş etdirilirdi və onlardan 4,851-i oktyabr 12-də Frieze Londondakı retrospektivləri zamanı yandırıldı.

 

SənətşünasKerolaynQoldşteyninqeydetdiyikimi,"Valyuta"rəqəmsalincəsənətinyenidünyası ilə köhnə, ənənəviHirsttəcrübəsiarasında sərhədyaradıbvə art-bazaranəyindahaqiymətliolduğunuhəlletməyitəklifedib.

 

Müasir incəsənət bazarında incəsənət aktiv kimi satılır və maliyyə aləti kimi nəzərdən keçirilir. NFT  - ticarət mövzusu ola biləcək yeni bir aktiv növüdür. Onların yaradılması prosesinə xas olan enerji onları ətraf mühitə zərərli təsirlərinə görə bədnam etmişdir.

 

İnstagramda Hirst postuna işlərin yandırılması ilə bağlı bir çox şərhlər tənqid kimi səslənir: "Nəticədə, bütün məsələ puldadır", - istifadəçilərdən biri yazır. "Kolleksiyadan qalan karbon qazı izini maksimum dərəcədə artırmaq üçün maraqlı bir strategiyadır", - başqa bir istifadəçi yazır.

 

 

 

 

“Dədə" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Suleyman Abdullayevin səhhəti ağırlaşıb. 

 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "Günün sədası" səhər şousunda videosüjet yayımlanıb. 

 

83 yaşlı sənətkarın qızı Aygün Abdullayeva atasının səhhətinin pis olduğunu açıqlayıb. 

 

"Atam ağır vəziyyətdədir. "Qanqrena"dan əziyyət çəkir.  Həkimlərimiz sağ olsun, qayğılarını əsirgəmirlər. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır.  Vəziyyəti çox pisdir. Biz də onun övladı olaraq çox əziyyət çəkirik. Atamızı heç zaman belə görməmişik. Atam xalqımızın çox dəyərli sənətkarı olub.

 

Buna görə də, o, "Dədə" adını qazanıb. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, sənətkarın ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Həkimlər bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.

 

Bir il bundan əvvəl avqust ayında, atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu avqust ayında "çeçələ" barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.

Amma ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və  hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub", - deyə A.Abdullayeva bildirib.

Çərşənbə, 12 Oktyabr 2022 15:00

Günün fotosu: NATO rəhbərindən Putinə ismarıc

Günün fotosu: NATO rəhbərindən Putinə ismarıc

 

NATO-nun baş katibi Stoltenberq Brüsseldə çıxıç edərkən söyləyib: Bu müharibəni Putin başlayıb. Putin də bitirməlidir.

Foto: Euronews

Çərşənbə, 12 Oktyabr 2022 14:00

Ayda 91 min manat qazanan aparıcı

 

Türkiyəli aparıcı Burcu Əsmərsoyun aylıq gəliri ortaya çıxıb.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, aparıcı İnstaqramda reklam etdiyi markanın geyimlərini 30 gün ərzində 7 dəfə paylaşır. O, bunun müqabilində milyon lirə (təxminən 91 min 500 manat) məvacib alır.

Əsmərsoy bundan əlavə rol aldığı reklam çəkilişləri və aparıcılığını etdiyi dəvətlərdən aldığı qonorar ilə ümumi olaraq aylıq 4 milyon lirə (təxminən 366 min manat) qazanır

 

“Ədəbiyyat və incəsənət” portalı Oxu.az-da çıxmış çox aktual bir yazını öz oxucularına təqdim edir.  Yazıçılar Seyran Səxavət və Varis, habelə təhsil eksperti Nadir İsrafilov dilə vulqar sözlərin müdaxilə etmələri və bununla mübarizə ilə bağlı dəyərli fikirlər söyləyirlər. 

 

Yeni tədris ili başlayar-başlamaz məktəblərlə bağlı problemlər yenidən aktuallaşdı. Şagirdlərin bir-birinə olan aqressiv münasibətinin tez-tez şahidi oluruq. Vəziyyət o həddə çatıb ki, məktəblilərin öz aralarındakı zarafatları qanla nəticələnir.

Ümumiyyətlə, müşahidələrdən aydın olur ki, yetkinlik yaşına çatmayan uşaqlar arasında küçə leksikonu geniş yayılıb. Bu gün məktəblilərin tədris müəssisələrində bu tərz danışığı gözdən yayınmır.

Bununla yanaşı, sosial şəbəkələrdə Azərbaycan dili dərsliklərində vulqarizmin izahı üçün gətirilən sitatlardan da narazılıq edilir. Valideynlər vurğulayırlar ki, belə sitatların gətirilməsi uşaqların tərbiyəsini pozur, onlar küçə leksikonuna meyil edirlər.

Bəs görəsən, burada günahkar kimdir? Valideyn, ədəbiyyat, yoxsa təlim-tərbiyə ocağı?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bunu məktəb və ya sırf valideynlə əlaqələndirmək olmaz:

 

“Yüksək texnologiyalar əsrində yaşayırıq. Virtual aləm uşaqlara daha çox təsir edir. Bu saat yeniyetmələrimizin əksəriyyəti gününün müəyyən hissəsini kompüter arxasında keçirir. Televiziyalarımızda bəzən bayağı anlayışlar səslənir, məhəllə ləhcələrinə yol verilir. Nə qədər valideyn, məktəb tərbiyəsi olsa belə, yeniyetmə və gənclərimizə sosial mühit daha çox təsir edir”.

Təhsil eksperti qeyd edib ki, uşaqları bu mühitin öhdəsinə buraxmaq olmaz:

“Sosial mühit nə qədər üstünlüyə malik olsa da, bu, məktəb və valideynin məsuliyyətini heç də azaltmır. İstəsək də, istəməsək də məktəb və valideyn əsas tərbiyə mərkəzləri sayılırlar. Mühitin öhdəsinə qoysaq, müsbət nəticə ilə qarşılaşmarıq. Bu cür məsələlərin məktəbdə qarşısı alınmalıdır. Əgər valideyn, məktəb məsuliyyəti yoxdursa, sosial mühitin təsirinə buraxsaq, o zaman küçə uşağı olacaqlar.

Məktəbin geniş imkanları var. Valideyn də, şübhəsiz ki, ciddi yanaşmalıdır. Uşağın küçə ifadələrinə üstünlük verməsinin qarşısı alınmasa, gələcəkdə onu daha pis yerə aparacaq, zorakılıq hallarının artmasına gətirib çıxaracaq. Küçədə adi atmaca belə, bıçaqlanma ilə nəticələnə bilər. Qarşısı alınmalıdır”.

 

Yazıçı Varis isə əlavə edib ki, bu təkcə Azərbaycanın problemi deyil:

 

“Bütün dünyada hər yerdə məktəb, ailə və küçə var. Bunlar mütləq şəkildə mövcud olan problemlərdir. Bunlara heç cür qadağa qoymaq olmaz ki, uşaq həyətə getməsin, vulqar ifadələri eşitməsin. Söyüşləri, qarğışları, jarqon ifadələri uşaq istər-istəməz eşidir. Bunların nə olduğunu bilir. Yaşa dolduqca da leksikonu tam olaraq mənimsəyir”.

Varis  qeyd edib ki, valideyn və müəllim özünə uyğun metodla uşağa izah etməlidir:

“Onlar izah etməlidirlər ki, bundan istifadə etsən, sən dostlarının gözündən düşərsən. Özünə uyğun yanaşmalısan. Hər bir dilin formalaşması üçün onlar öyrənilməlidir. Dili vulqar sözlərsiz təsəvvür etmək mümkün deyil. Uşaqların o sözlərə yaxın durmamaları çox vacibdir. Məktəblə valideyn bunları öyrədə bilər. Çox önəmli olan odur ki, tutaq ki, küçədə insanlar bir-birinə  qarşı nümayişkaranə tərzdə təhqiredici sözlər işlədirlər. Onlara cəmiyyət irad bildirməlidir ki, bunları işlədib, uşaqların tərbiyəsini pozmayın”.

 

Nərimanov rayonu M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Jalə Rüstəmli uşağın tərbiyəsində valideynin əsas rol oynadığını söyləyib:

“Uşaq nə istəyirsə, valideyn onun üçün alır. Smartfon alıb verir, deyir ki, məktəbə get. Uşağa telefon verilməsinin tərəfdarı deyiləm. Çünki uşaq ailədə tərbiyə alır, məktəbdə formalaşır. Günahın 90 faizi valideyndədir. Uşağı valideyn tərbiyə etməlidir”.

J.Rüstəmli qeyd edib ki, uşaqların küçə leksikonundan istifadə etməsi vulqarizmlərlə bağlı deyil:

“Vulqarizmlərə gəldikdə onlar dərslikdə olan bölmədir. Uşaqlara tədris edilməlidir. Biz də o sözləri keçmişik. Tərbiyəsiz olmamışıq. Ya da geniş istifadə etməmişik.

Get-gedə vəziyyət pisləşir. Uşağın fikri dərsdə olmur. Hər nə gəldi, çəkib yayırlar. Gülünc vəziyyət yaradırlar. O telefonu valideyn alır. Azyaşlıların telefondan istifadəsinə normal baxmıram. Etik normalara əməl edib, başa salmağa çalışırıq. Nə qədər ki valideyn uşağın əməllərinə göz yumacaq, cəmiyyətimiz düzəlməyəcək. Ailələrdə bəzən daha pis sözlərdən istifadə edirlər. Müəllimin vulqarizm bölməsini proqrama əsasən keçməsi uşağı küçə leksikonuna alışdırmır”.

 

Yazıçı Seyran Səxavət isə uşaqların tərbiyəsinin cəmiyyətlə bağlı olduğunu əlavə edib:

“Bunun çox qısa cavabı var. Heç vaxt o leksikondan istifadə olunmur. 100 faiz belədir. On ailədən ikisi ola bilər ki, bu sözlərdən istifadə etsin. Bu, cəmiyyətlə, məktəblə evin arasındakı yol ilə bağlıdır. Bu yolu təmizləmək, nəzarət etmək lazımdır. Uzun-uzadı danışmağa ehtiyac yoxdur. Valideyn də, müəllim də küçə sözlərini dilinə gətirməz. Ancaq uşaq məktəblə ev arasındakı məsafədə eşitdiklərini təkrar edir. Bu da çox ağır və çətin məsələdir. Ona diqqət vermək lazımdır”.

 

Nəzrin Vahid

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.