Super User

Super User

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

2001-ci ildə Nepalın vəliəhdi, şahzadəsi Dipendra naməlum səbəblərdən ailəsinin 9 üzvünü güllələyərək öldürür. Həlak olanlar arasında kral Birendru və kraliça Ayşvariya da olur. Dipendra şam yeməyi zamanı ailəsinə avtomat silahla atəş açır, sonra isə silahı özünə tərəf çevirərək, başına atəş açır. Komaya düşən vəlihəd, 3 gün sonra özünə gəlmədən ölür.

 

Dipendra özündən başqa bütün taxt varislərini öldürdüyünə görə, o, komada olduğu bu 3 gün ərzində faktiki olaraq Nepal Kralı idi. Bu  hadisə tarixə "Kral qırğını" kimi düşür. Onun səbəbləri naməlum olaraq qalır, baxmayaraq ki, Dipendranın evlənməsi qadağan edilmiş aşağı təbəqəli bir qıza olan sevgisinin qətllərin motivi olduğu ehtimal edilir.

Məhz “Kral qırğını” nepallılar arasında monarxiyanın populyarlığının azalmasına səbəb oldu və nəticədə 2008-ci ildə monarxiyanın ləğvinə və Nepalın respublika elan edilməsinə gətirib çıxardı.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 22 il keçir. Nə az, nə çox, düz 22 il.

 

2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb.

1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabrvə 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi.

Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

Beləcə, Azərbaycan dirçəliş əldə etmək üçün vaxt əldə etdi, ordu qurdu, iqtisadiyyatını yüksəltdi. Heydər Əliyev Qarabağın xilasını görməsə də bunu həyata keçirməyi öz davamçısına – Azərbaycanın prezidenti İlham Əliyevə estafet kimi ötürdü.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

 

 

9-10 dekabr 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qurbanqulu Berdiməhəmmədov adına Qəyyuma Ehtiyacı Olan Uşaqlara Kömək üzrə Xeyriyyə Fondunun müalicə fəaliyyəti üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın rəsmi dəvəti ilə Türkmənbaşı şəhəri, Avaza Milli Turizm Zonasında “Müasir Cəmiyyətdə Qadınların rolu: Davamlı Tərəqqi üçün Beynəlxalq Əməkdaşlığın İnkişafı” mövzusunda keçirilən Beynəlxalq Konfransda çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, konfrans dünyanın 33 müxtəlif ölkəsindən ekspertləri bir araya toplayıb.

Konfransın məqsədi qadınların siyasi, iqtisadi və sosial-humanitar sahələrdə rolunun gücləndirilməsi istiqamətində çoxtərəfli dialoqu və beynəlxalq əməkdaşlığı dərinləşdirmək, eləcə də davamlı inkişaf hədəflərinə uyğun olaraq ölkələr arasında təcrübə və təşəbbüslərin artmasını təşviq etməkdir.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva, Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri xanım Saida Mirziyoyeva və BMT-nin Cenevrə bölməsinin Baş direktoru xanım Tatyana Valovaya və digər yüksək vəzifəli iştirakçılar qadınların beynəlxalq liderliyi mövzusunda çıxış ediblər.

Tədbir çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkmənistanın qadınların cəmiyyətdə rolunun gücləndirilməsi sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib, Fondun regionda humanitar tərəfdaşlıq platforması kimi oynadığı rolu geniş şəkildə təqdim edib. Təşkilatın rəhbəri Türkmənistanın Fondun müşahidəçi dövləti statusu almasının əhəmiyyətinə diqqət çəkib və mövcud əməkdaşlığın davamlı inkişafına inamını ifadə edib.

Konfrans çərçivəsində aparılan müzakirələr dayanıqlı inkişaf məqsədləri fonunda qadınların rolunun gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın artmasına töhfə verməyi hədəfləyib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

Cümə axşamı, 11 Dekabr 2025 16:45

Milli Konservatoriyada Heydər Əliyev anılıb

 

10 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası (AMK) və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda dəyirmi masa və “Onu zaman seçib” adlı xatirə konserti keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına AMK-dan verilən məıumata görə, dəyirmi masada AMK-nın professor-müəllim heyəti və “Bizi birləşdirən mədəniyyət” ictimai birliyinin rəhbərliyi iştirak edib. 

Rektor Kamilə Dadaş-zadə giriş sözü ilə çıxış edərək, tədbiri açıq elan edib. Ardınca, Humanitar fənlər kafedrasının müdiri Firudin Qurbansoyun “Heydər Əliyevin incəsənət xadimlərinə münasibəti”, kafedranın baş müəllimi Jalə Məhərrəmovanın "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Əməkdar artist Ramil Qasımovun “Heydər Əliyev və Akademik Opera və Balet Teatrı”, TEC-in üzvü, magistrant Samidə Məmmədovanın "Heydər Əliyevin mədəni irs sahəsində formalaşdırdığı davamlı inkişaf xətti” mövzularında məruzələri dinlənilib. Məruzələr çərçivəsində Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında həyata keçirdiyi uzaqgörən siyasətin əsas istiqamətləri müzakirə olunub.

Dəyirmi masadan sonra AMK-nın Fikrət Əmirov adına böyük zalında “Onu zaman seçib” adlı xatirə konserti təqdim edilib. Əməkdar artist Ramil Qasımovun aparıcılığı ilə keçirilən tədbirdə Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndirilib. 

Proqramda AMK-nın əməkdaşları - Xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Elçin Həşimov və Nəzakət Teymurova, Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab və Elnur Əhmədov, Əməkdar müəllim Naibə Şahməmmədova, vokalçı Fatimə Cəfərzadə, AMK-nın istedadlı tələbələri Nuray Şuşalı, Pərviz Qasımov və Səbuhi İsmayılov çıxış ediblər.

Ümummilli Lider, Azərbaycan Milli Konservatoriyasının yaranmasının təşəbbüskarı Heydər Əliyevin anım gününə həsr olunmuş “Onu zaman seçib” konsert proqramı tamaşaçılar, professor-müəllim heyəti və tələbələr tərəfindən dərin ehtiramla qarşılanıb.

 

 “Ədəbiyyat və incəsənət”

(11.12.2025)

Türk Mədəniyyəti və İrsi Fondunun prezienti Aktotı Raimkulova Türküstan şəhərində keçirilən və hüquqşünaslar, filosoflar, tarixçilər, hüquq ekspertləri, təhsil işçiləri və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 300-dən çox iştirakçını bir araya gətirən «BÖYÜK ÇÖLÜN FƏLSƏFƏSİ VƏ HÜQUQ ƏNƏNƏSİ» başlıqlı BEYNƏLXALQ SİMPOZİUMUNDA çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, simpozium elmi fikir mübadiləsi, müasir hüquq ənənəsinin təhlili və türk dünyasının ortaq hüquq-fəlsəfi mirasının müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Aktotı Raimkulova öz çıxışında türk mədəni ənənəsinin fundamental dəyərləri olan mənəvi birlik, humanizm və ədalətin əhəmiyyətini vurğulayıb, həmçinin müasir dövlət idarəçiliyi modellərində öz əksini tapmış hüquqi norma və prinsiplərin tarixi ardıcıllığına toxunub. O, Fondun türk dövlətləri arasında mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri vurğulayıb.

Konfrans çərçivəsində Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Əzimova Elvira, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev; Türkistan vilayəti Akim müavini Ertay Altayev, Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasının rəhbəri Muhittin Şimşək,  Qazaxıstan Respublikası Parlamentinin Məclis deputatı Unzila Şapak, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Alua Nadirkulova, Türk Akademiyasının vitse-prezidenti Bülənt Bayram, Türk Dövlətləri Təşkilatının nəzdində Türk Dövlətləri Qadın Sahibkarlar Şurasının sədri Lazzat Ramazanova konfrans iştirakçılarına salamlama nitqi ilə müraciət ediblər.

Konfransın panel iclası Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekovanın moderatorluğu ilə baş tutub. Universitetinin tələbə və professor-müəllim heyəti üçün aparıcı alimlərin qonaq mühazirələri təşkil edilib.

Simpozium türk dövlətləri arasında elmi inteqrasiyanın, mədəni və hüquqi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

ТҮРКІ МӘДЕНИЕТІ ЖӘНЕ МҰРАСЫ ҚОРЫНЫҢ ПРЕЗИДЕНТІ

«ҰЛЫ ДАЛА ФИЛОСОФИЯСЫ ЖӘНЕ ҚҰҚЫҚТЫҚ МӘДЕНИЕТ»

 АТТЫ ХАЛЫҚАРАЛЫҚ СИМПОЗИУМДА СӨЗ СӨЙЛЕДІ

Түркі Мәдениеті жәнеМұрасы Қорының президенті Ақтоты Райымқұлова Түркістанда өткен «Ұлы дала философиясы және құқықтық мәдениет» халықаралық симпозиумында сөз сөйледі. Шараға 300-ден астам қатысушы – заңгерлер, философтар, тарихшылар, сарапшылар және академиялық қауымдастық өкілдері қатысты. Симпозиум түркі әлемінің құқықтық және философиялық мұрасын қазіргі жағдайдағы өзектілігі тұрғысынан талқылауға арналған маңызды алаң болды.

Өз сөзінде Ақтоты Райымқұлова түркі мәдени дәстүрінің негізін құрайтын рухани бірлік, гуманизм және әділдік құндылықтарының маңыздылығын атап өтті. Сондай-ақ қазіргі мемлекеттік басқару моделінде көрініс тапқан құқықтық нормалардың сабақтастығына тоқталды. Сонымен қатар ол Түркі мемлекеттері арасындағы мәдени-гуманитарлық ынтымақтастықты тереңдетуге бағытталған Қордың жобаларын таныстырды.

Конференция аясында келесі тұлғалар да өз құттықтау сөздерін жеткізді: Қазақстан Республикасы Конституциялық Сотының төрағасы Эльвира Азимова; Әзербайжан Республикасы Конституциялық Сотының судьясы Рашид Рзаев; Түркістан облысы әкімінің орынбасары Ертай Алтаев; Қ.А. Ясауи атындағы ХҚТУ Өкілетті кеңесінің төрағасы Мухиттин Шимшек; Қазақстан Республикасы Парламенті Мәжілісінің депутаты Унзила Шапақ; Қазақстан Республикасы Сыртқы істер министрлігінің ерекше тапсырмалар жөніндегі елшісі Алуа Нәдірқұлова; Түркі академиясының вице-президенті Бюлент Байрам; Түркі мемлекеттері ұйымы жанындағы Әйел-кәсіпкерлер кеңесінің төрайымы Ләззат Рамазанова.

Жиын Хожа Ахмет Ясауи атындағы Халықаралық қазақ-түрік университетінің ректоры Жанар Темірбекованың модераторлығымен өтті. Университеттің студенттері мен оқытушылары үшін жетекші ғалымдардың қонақ дәрістері ұйымдастырылды.

Симпозиум түркі мемлекеттері арасындағы ғылыми, мәдени және құқықтық ынтымақтастықты нығайтатын маңызды алаң ретінде жоғары бағаланды.

 

 

 

 

 

 

 

 

Президент Фонда тюркской культуры и наследия Актоты Раимкулова выступила на международном симпозиуме  «ФИЛОСОФИЯ ВЕЛИКОЙ СТЕПИ И ПРАВОВАЯ КУЛЬТУРА», прошедшем в Туркестане и собравшем более 300 участников — юристов, философов, историков, экспертов и представителей академического сообщества. Симпозиум стал важной платформой для обсуждения правового и философского наследия тюркского мира и его актуальности в современных условиях.

 

В своём выступлении Актоты Раимкулова подчеркнула значение духовного единства, гуманизма и справедливости как фундаментальных ценностей тюркской культурной традиции, а также отметила преемственность правовых норм, нашедших отражение в современных моделях государственного управления. Она также представила проекты Фонда, направленные на углубление культурно-гуманитарного сотрудничества между тюркскими государствами.

В рамках конференции с приветственными обращениями выступили: председатель Конституционного суда Республики Казахстан Эльвира Азимова, судья Конституционного суда Азербайджанской Республики Рашид Рзаев; заместитель акима Туркестанской области Ертай Алтаев; председатель Полномочного совета МКТУ имени Х.А. Ясави Мухиттин Шимшек, депутат Мажилиса Парламента Республики Казахстан Унзила Шапак; посол по особым поручениям Министерства иностранных дел Республики Казахстан Алуа Надиркулова; вице-президент Туркской академии Бюлент Байрам; председатель Совета женщин-предпринимателей при Организации тюркских государств Ляззат Рамазанова.

Заседание прошло под модерацией ректора Международного казахско-тюркского университета имени Ходжи Ахмеда Ясави Жанар Темирбековой. Для студентов и преподавателей университета были организованы гостевые лекции ведущих учёных.

Симпозиум был высоко оценён как значимая платформа для укрепления научного, культурного и правового сотрудничества между тюркскими государствами.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

 

 

 

Cümə axşamı, 11 Dekabr 2025 11:18

“Könüllülər Proqramı”na qəbul elan edilir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “Könüllülər Proqramı”na qəbul elan edir.

 

Proqramın məqsədi gənclərin diasporla iş, lobbiçilik fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla, onların yaratdığı diaspor təşkilatlarıyla, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diasporları ilə əlaqələrin qurulması və gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına şərait yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını inkişaf etdirməkdir.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən veriklən məlumata görə, proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil edəcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur. Bu layihələrdə və təlimlərdə iştirak etməklə gənclər yüksək bilik-bacarıq və təcrübələrə yiyələnmək imkanı qazanacaq.

“Könüllülər Proqramı” 2026-cı ilin fevral ayından başlayaraq 6 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini yerinə yetirən gənclər proqramın sonunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaq.

Müraciət üçün son qeydiyyat tarixi 10 yanvar 2026-cı ildir. Diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər komitənin rəsmi internet səhifəsindən QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi haqqında məlumat, ölkəmizdə bu istiqamətdə imzalanmış rəsmi sənədlərin tam mətni təqdim edilir.

 

Virtual sərgidə “İnsan hüquqları ümumi bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası”, “Beynəlxalq insan hüquqları hüququnun implementasiyası və tətbiqi sistemləri: orqanlar və mexanizmlər”, “BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə ümumi baxış”, “Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri”, “Avropa insan hüquqları məhkəməsi” kimi 15-dən çox kitabın və  “Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir”, “Beynəlxalq ictimaiyyətə nümunə ola biləcək humanizm prinsipləri”, “Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı davamlı prosesdir” kimi məqalələrin tam mətni yer alır.

Virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/beynelxalq-insan-huquqlari-gunu-1 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

Ankarada TÜRKSOY və Türkiyə Azərbaycan Dosluq İş birliyi və Dayanışma Vəkfi (TADİV) təşkilatçılığı ilə “Türk dünyası siyasətində birləşdirici ünsür olaraq ədəbiyyatın rolü” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə,  ilk öncə TADİV rəhbəri Aygün Attar çıxış edərək ədəbiyyatın birləşdirici faktör olaraq, Türk dünyası arasında birlik və həmrəylikdə rolunu qeyd edərək, ədəbiyyatın köklərinin Türk xalqlarının ortaq tarixindən, mənəvi dünyasından və zəngin folklor ənənələrindən aldığını, həm milli, həm də ümumtürk mədəniyyətinin inkişafında mühüm rol oynadığını söyləyib.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın ruhunu və mədəni kimliyini əks etdirən ədəbiyyatın milli yaddaşın daşıyıcısı olduğunu vurğulayıb. O, Azərbaycan ədəbiyyatının tarixən, dil baxımından və ədəbi ənənəsinə görə ümumtürk mədəniyyətinin əsas mənəvi gücü və Türk dünyası mədəniyyətinin qürur qaynağı olduğunu söyləyib.

Samir Abbasov Azərbaycan klassik irsinin Türk mədəniyyətinin zənginləndirməklə yanaşı, mədəni birliyimizin güclənməsinə, humanizm, ədalət, sevgi və mənəviyyat kimi ali ideyaların formalaşmasına güclü təsir göstərdiyini qeyd edib. O, Azərbaycanda dövlət səviyyəsində ədəbiyyata böyük qayğı olduğunu, görkəmli simalarımızın zəngin irsinin təbliği məqsədi ilə 2019-cu ildə ölkədə “Nəsimi ili”, 2021-ci ildə isə “Nizami Gəncəvi ili” elan olunduğunu bildirib.

“Kitabi-Dədə Qorqud” kimi bəşəri dəyərə malik dastanlardan başlayaraq Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzaləddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilərin möhtəşəm yaradıcılığı zirvəyə yüksələn ədəbiyyatımız yalnız Azərbaycan deyil, bütün Türk-Şərq ədəbiyyatının iftixarına çevrildiyini bildirən Samir Abbasov məruzəsində Türk dünyasında mədəni körpü olan ədəbiyyatımızla bağlı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə məlumat verib. O, Mərkəzin elmi layihələri, tərcümələri, nəşrləri, araşdırmaları, konfransları, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması və “Azərbaycan bölümləri”nin yaradılması, ana dilimizin təbliği və tədrisi, ədəbiyyatımızın incəsənət vasitəsi ilə tanıdılması, ədəbiyyat simalarımızın adlarının əbədiləşdirilməsi istiqamətində  həyata keçirilən layihələrə dair təqdimatla çıxış edib.

Tədbirdə digər məruzəçi Giresun Universitetinin professoru Hatem Türk hər bir xalqın dünyada mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə tanındığını vurğulayaraq, müasir dövrdə Türk dünyasının və türk xalqlarının ortaq ədəbiyyatının aramızda təkcə mədəni və elmi körpü deyil, həm də bu zəngin dəyərləri dünyaya tanıtmaq istiqamətində önəmindən danışıb.

O, Ədəbiyyatımız aramızdakı mədəni dialoqu gücləndirdiyini və yeni nəsillərin milli kimliklərini daha dərindən anlamalarına kömək etdiyini söyləyərək, son illərdə Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər Azərbaycana dair Türkiyə Türkçəsinə tərcümə olunan nəşrlər Giresun Universiteti Kitabxanasına hədiyyə edilib.  

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

 

Cümə axşamı, 11 Dekabr 2025 13:06

Bizim kino- “Sən niyə susursan?!”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Respublikamızda kino sənətinin yüksəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. 70-80-ci illərdə Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Həmin illərdə milli kinematoqrafiya yetkinləşmiş, möhkəmlənmiş və peşəkar təcrübə toplamışdır. Bu illərdə - xüsusilə altıncı onilliyin ikinci yarısında öz dəsti-xətti ilə seçilən, müəlliflərin həyat mövqeyini üzə çıxaran, yaradıcılıq və mövzu baxımından diqqəti cəlb edən əhəmiyyətli filmlər istehsal olunmuşdur.

 

Təkcə 60-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 40-a qədər bədii film yaradılmışdır. Onların arasında qəhrəmanlıq və məhəbbət mövzularında – "Koroğlu” və "Leyli və Məcnun”, tarixi-inqilabi mövzuda - "Səhər” və "Yenilməz batalyon” filmləri vardır. Filmlərin çoxu müasir mövzu ilə bağlıdır. Məsələn, "Telefonçu qız”, "Möcüzələr adası”, "Əhməd haradadır?”, "Sən niyə susursan?”, "Bir cənub şəhərində”, "Uşaqlığın son gecəsi”, "İstintaq davam edir”, "Qanun naminə” və s.

 

 Yol da filmin bərabərhüquqlu qəhrəmanına çevrilir

 Əgər o vaxtlar bütün ölkədə hay-küyə səbəb olmuş "Bir cənub şəhərində” filmi 1969-cu ilin məhsulu idisə, "Sən niyə susursan?” macəra filmi bundan bir qədər əvvəl, 1966-cı ildə çəkilmiş, o dövr üçün gözlənilməz mürəkkəb mənəvi-əxlaqi problemlərə toxunulmuşdur. Bu film şərəfsizlik, biganəlik, möhtəkirlik, xalq malının talan edilməsi kimi eybəcər hallara qarşı mübarizəyə çağırış idi.

Filmin qəhrəmanı Rasim təhsil almış, texnikum bitirmiş gəncdir. Onun valideynləri yoxdur. Avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parklarından birində növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın - Sürəyyanın atası Şirməmmədə - brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcəkdir. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar, insanların necə sakit və rahat yaşadıqlarını görürlər. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz. Filmdə magistral yol rəmzi məna daşıyır. Yol bizim həyatımızdır. Geniş yollar şəhərləri və kəndləri, hətta insanları birləşdirir. Məsələn, yolda avtomobil müfəttişi ilə Rasimin söhbəti diqqəti cəlb edir. Naməlum adam Rasimin maşınına əyləşir. Məlum olur ki, bu milis işçilərinin təqibindən qaçan qatildir. Milisionerlər qatili tutmaq üçün Rasimin maşınından istifadə edirlər. Milis işçilərindən birini - milis mayorunu aktyor H.Turabov oynayır. Kənd müəllimi gecə vaxtı yağışın altında dayanıb maşın saxlatdırmağa çalışır. Yenə də onun köməyinə Rasim gəlir. O, xəstə uşağı xəstəxanaya çatdırır...

Bu yollarla yeni tikintilər üçün materiallar daşınır, yolların kənarlarında ağaclar əkilir. Bu yola insan gərək mənən təmiz çıxsın. Axı, Rasim və Cəmilə brakonyerlərin dəstəsinə təsadüfən düşmüşlər. Filmin qəhrəmanı tədricən bunu başa düşür. Əslində bu cavanlar namuslu və xeyirxah insanlardır. Ona görə də Rasim yola çıxandan sonra ona müraciət edənlərə kömək etməyə çalışır. Yol gəncləri bir-birini başa düşməyə kömək edir. Bir-birilərinə qarşı inam yaradır, onların həyatına daxil olan hər cür natəmiz işlərdən azad olmağa imkan verir. Beləliklə də, magistral yol da filmin bərabərhüquqlu qəhrəmanına çevrilir.

 

 Filip Jolodo bu filmi niyə seçib?

 "Sən niyə susursan?” macəra filminin quruluşçu rejissoru H.Seyidbəyli həm də ssenari müəllifidir. Quruluşçu operator R.Ocaqov həm də II rejissordur. Film çox yüksək peşəkarlıqla çəkilmişdir. Burada istər rejissor, istərsə də operator işi diqqəti cəlb edir. "Sən niyə susursan?” qeyri-adi filmlərdən biridir. Burada əsl sənətin ab-havası duyulur. 1995-ci ildə Nant kinofestivalının direktoru Filip Jolodo Azərbaycan kinosuna həsr olunmuş retrospektiv baxış üçün bu filmi bəyənib seçmiş və kinofestivalda nümayiş etdirmişdir.

Kinofestivalın rəhbərinin diqqətini bu filmdə cəlb edən dövrümüzün son dərəcə aktual və mühüm bir probleminə toxunulmasıdır. Bu problem gənc nəslin həyatda özünə düzgün yol seçə bilməsi ilə bağlıdır. Bu yolda gəncləri min-bir çətinliklər gözləyir, onlar müxtəlif maneələrlə qarşılaşmalı və üz-üzə gəlməli olurlar. Film məhz bu çətinliklərlə mübarizəyə, maneələrin dəf edilməsinə həsr olunmuşdur. Filmin qəhrəmanı səhv də edir, bəzən əsl mənəvi sərvətləri lazım olan yerdə axtarmır, müxtəlif adamlarla, insan taleləri ilə qarşılaşır. O, dövrün böyük həqiqətini - ilk növbədə ədalət uğrunda mübarizə aparmağın vacibliyini həmin an dərk edə bilmir. Buna yiyələnmək üçün o, sınaqlardan keçməməlidir. Çünki məhz bu çətin sınaqlar onun daxilində gizlənmiş böyük insani hisslərin oyanmasına kömək edəcəkdir. Nəhayət, Rasim öz həyat yoluna qalib kimi çıxır və başa düşür ki, insan cəmiyyətimizdə ara-sıra rast gəlinən natəmizlikləri görəndə susmamalıdır, var qüvvəsilə bu cür nöqsanlara qarşı mübarizə aparmalıdır.

Rejissor baş qəhrəmanları minlərlə şagirdin arasından seçib Yazıçı Y.Əzimzadə dostu H.Seyidbəylinin yaradıcılığı barədə yazmışdır: "Həsən povestlərində, romanlarında, ssenarilərində, hekayələrində, hətta oçerklərində bugünkü insanın həyatı və işi haqqında ürək açıqlığı ilə, sadə və aydın söhbət açmağı xoşlayır və bu cəhət onun əsərlərində oxucuya, mən deyərdim ki, tamaşaçıya xoş hisslər təlqin edən səmimiyyətə bağlanır.”

H.Seyidbəylinin filmlərinə baxanda burada diqqəti cəlb edən başqa bir məsələ də ortaya çıxır. Həmin məsələ Həsən müəllimi görünür çox narahat edirdi. Bu, cəmiyyətdə yaşayan və çətinliklərlə üz-üzə qalan qadınların taleyidir. "Telefonçu qız” filmindəki Mehriban, "Möcüzələr adası”ndakı Məryəm, "Sən niyə susursan?”dakı Sürəyya, Cəmilə, "Bizim Cəbiş müəllim”dəki Cəbişin arvadı və Nəcəfovun arvadı, "O qızı tapın”dakı Əminə, "Nəsimi”dəki Şəms və Fatimə, "Xoşbəxtlik qayğıları”ndakı Rüxsarə belə qadınlardandır.

"Onun xoşbəxtlik qayğıları” məqaləsinin müəllifi M.Adilov çox düzgün olaraq qeyd edir ki, H.Seyidbəyli Azərbaycan qadınının, ələlxüsus gənc qızların, azərbaycanlı ailəsinin xoşbəxtliyini arzulayır, buna mane olan problemləri qabardırdı. Onun əsərlərində və filmlərində gənc qadın və ailə problemi qoyulur və müəllif məsələni özünəməxsus şəkildə həll etməyə çalışırdı.

Həsən müəllim "Sən niyə susursan?”  filmi ilə bağlı demişdir: "Mənim bütöv yaradıcılığımın əsas mövzusu insanın xeyirxahlığı, insanın mənəvi gözəlliyi ilə bağlıdır. Əgər əvvəlki filmlərimdə əsas mövzunun ayrı-ayrı hissələrini işləmişdimsə, "Sən niyə susrsan?” filmində bütün bu motivlər ümumiləşdirilmişdir.”

Rejissor baş qəhrəmanları minlərlə şagirdin arasından seçmişdir. Rəna Səlimova və Xəyal Axundzadə inandırıcı və təbii oyun nümayiş etdirmişlər. Maraqlıdır ki, nə Xəyal, nə də Rəna gələcəkdə kinoaktyor olmaq fikrinə düşməmişlər. Amma onların hər ikisi "Cazibə qüvvəsi” novellasında çəkilmişdir. Rəna Səlimova sonralar da bir neçə filmdə iştirak etmişdir. Sürəyya rolunun ifaçısı Zemfira Sahilova  o vaxtlar Moskvadakı Şukin studiyasının tələbəsi idi. Sonralar o, rejissor A.Babayevin "Birisi gün gecəyarısı” macəra filmində əksinqilabçı Ağabəyova və "İnsan məskən salır” filmində Ədilə rollarında çəkilmişdir.

Filmdə aktyorlardan Yusif Vəliyev Şirməmməd, Oleq Xabalov Nəcəf, görkəmli aktyor Yaşar Nurinin atası Məmmədsadıq Nuriyev Arıq, Kamil Qubuşov Bəbir, Sadıq Hüseynov sahə müvəkkili rollarında çıxış etmişlər.

Moskvanın "Romen” Qaraçı Teatrının aktyoru və rejissoru, bir neçə pyesin müəllifi Oleq Xabalov "Qaraca qız” və "Möcüzələr adası” filmlərində maraqlı surətlər yaratmışdır.

Filmin operatoru R.Ocaqovun həm də II rejissor olması təsadüfi deyildi. Çünki o, 10-dan artıq filmdə operator işləyəndən sonra rejissorluğa keçmiş və bu sahədə bir sıra dəyərli filmlər, o cümlədən "Ad günü”, "Tütək səsi”, "Özgə ömür”, "Təhminə”, "Ölsəm, bağışla”, "Otel otağı” və s. ekran əsərləri yaratmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.