Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
2001-ci ildə Nepalın vəliəhdi, şahzadəsi Dipendra naməlum səbəblərdən ailəsinin 9 üzvünü güllələyərək öldürür. Həlak olanlar arasında kral Birendru və kraliça Ayşvariya da olur. Dipendra şam yeməyi zamanı ailəsinə avtomat silahla atəş açır, sonra isə silahı özünə tərəf çevirərək, başına atəş açır. Komaya düşən vəlihəd, 3 gün sonra özünə gəlmədən ölür.
Dipendra özündən başqa bütün taxt varislərini öldürdüyünə görə, o, komada olduğu bu 3 gün ərzində faktiki olaraq Nepal Kralı idi. Bu hadisə tarixə "Kral qırğını" kimi düşür. Onun səbəbləri naməlum olaraq qalır, baxmayaraq ki, Dipendranın evlənməsi qadağan edilmiş aşağı təbəqəli bir qıza olan sevgisinin qətllərin motivi olduğu ehtimal edilir.
Məhz “Kral qırğını” nepallılar arasında monarxiyanın populyarlığının azalmasına səbəb oldu və nəticədə 2008-ci ildə monarxiyanın ləğvinə və Nepalın respublika elan edilməsinə gətirib çıxardı.
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)


