Super User
Nəbati ornamentin incə tarixi
Şəbnəm Nəbiyeva,
Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.
“Ədəbiyyat və incəsənət”
Ornament - ritmik şəkildə təkrarlanan elementlərdən təşkil olunan dekorativ naxışdı. O, dekorativ-tətbiqi sənət nümunələrinin səthinin bəzədilməsi məqsədilə istifadə olunur. “Ornament” sözü latın mənşəli ornamentum sözündən yaranmış və “bəzək”, mənasını verir.
Sadə rəsmdən fərqli olaraq, ornament müəyyən quruluş və kompozisiya sisteminə malikdir. Burada ayrı-ayrı motivlər təsadüfi şəkildə deyil, müəyyən qanunauyğunluqlar əsasında vahid kompozisiya yaradır. Ornamentin əsas xarakterik xüsusiyyətləri ritm, simmetriya, təkrarlanma və kompozisiya bütövlüyüdür.
Motiv isə ornamentin mərkəzini təşkil edir. Həmçinin, ornament daxilində müəyyən mənaya və formaya malik olan, müstəqil şəkildə də tanına bilən dekorativ vahiddir.
Ornament və naxış anlayışları bir-birinə yaxın olsa da, tamamilə fərqli məna daşıyır. Naxış daha geniş anlayışdır və dekorativ məqsədlə yaradılmış sərbəst kompozisiyanı ifadə edə bilər. Ornament isə müəyyən ritmik quruluşa, təkrarlanma prinsipinə, qanunauyğunluqlara əsaslanır.
Müasir dövrdə ornament anlayışı yaxın “pattern” termini istifadə olunur. İngilis dilində pattern müəyyən elementlərin və ya formaların ardıcıl şəkildə təşkil olunduğu quruluşu ifadə edir.
Ornamentlərin əsas əhəmiyyəti müəyyən bir mədəniyyətin dünyagörüşünü ifadə edən vizual dil kimi çıxış etməsidir. Müxtəlif xalqlar naxış vasitəsilə öz inanclarını, təbiətə münasibətlərini, həyat haqqında təsəvvürlərini və estetik zövqlərini ifadə etmişlər. Bu baxımdan bəzi motivlər müəyyən semantikaya malikdir. Məsələn, dairə bir sıra mədəniyyətlərdə günəş, bütövlük və sonsuzluq, üçbucaq dağ, xaçvari motivlər isə qoruyucu məna daşımışdır. Bununla belə, ornamentlərin simvolikası konkret mədəniyyətə və tarixi dövrə görə fərqlənə bilər.
Bu sahənin tədqiqi müəyyən bir xalqın tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə imkan yaradır.
Ornamentin tarixi qədim dövrlərə qədər gedib çıxır. İlkin nümunələrində sadə xətlər, ziqzaqlar, dalğavari formalar, həndəsi fiqurlar və digər ritmik elementlərdən istifadə edilmişdir. Bu motivlərin bir qismi təbiət hadisələri, həyat dövranı və insanın ətraf aləmlə münasibəti ilə əlaqələndirilir.
Qədim Misir incəsənətində nəbati motivlər, papirus bitkisini xatırladan formalar, həndəsi elementlər və müxtəlif ritmik dekorativ kompozisiyalar geniş yayılmışdır. Qədim Yunanıstan və Roma incəsənətində isə həndəsi və nəbati ornamentlərlə yanaşı, meandr kimi klassik dekorativ motivlər inkişaf etmişdir.
İslam incəsənətində həndəsi, nəbati və kalliqrafik ornamentlər əhəmiyyət qazanmışdır. Canlı varlıqların təsvirinə münasibət isə müxtəlif İslam mədəniyyətlərində fərqli olmuşdur; buna görə ornamentin inkişafını yalnız canlı təsvirlərinə qoyulan məhdudiyyətlərlə izah etmək düzgün olmaz.
Orta əsr Avropa incəsənətində ornament əlyazmaların bədii tərtibatında geniş tətbiq edilmişdir. Qotika dövründə naxışlar daha çox stilizə edilmiş yarpaq, budaq və çiçək formalarında özünü göstərmişdir.
Barokko və Rokoko dövrlərində bəzəklər daha mürəkkəb xarakter almışdır. Rokoko ornamentikasında yüngül, axıcı və mürəkkəb formalar üstünlük təşkil edirdi.
Nəbati ornament ornamentin ən geniş yayılmış növü hesab olunur. Bu ornament stilizə edilmiş bitki mənşəli elementlərdən təşkil olunur.
Bitkilər bir çox mədəniyyətlərdə həyat, təbiətin yenilənməsi, məhsuldarlıq və bolluq anlayışları ilə sıx bağlıdır. Stilizasiyanın səviyyəsi konkret tarixi dövrün, mədəni mühitdən asılı olaraq dəyişir. Görünüş həmdə onların tətbiq olunduğu material və texnikasından da asılıdır. Məsələn, məxmər, kətan, keramika, metal, ağac və ya daş üzərində işlənən eyni bitki motivi müxtəlif formalarda təqdim oluna bilər.
Bitki naxışının yaranmasının səbəbi kimi qədim insanların maldarlıqdan əkinçiliyə keçidi qeyd edilir. E.ə. IV–III minilliklərə aid bəzi arxeoloji artefaktların üzərində bitki mənşəli motivlərə rast gəlinir. Nümunələrdə arpa və digər kənd təsərrüfatı bitkilərini xatırladan təsvirlərinə rast gəlinir. Belə motivlərin magik və ya ritual məna daşıdığı ehtimal edilir.
Erkən nəbati ornamentlərdə bitki motivləri çox vaxt həndəsi elementlərlə qarışıq tədbiq olunurdu. Dəmir dövründə, bitki motivlərinin heyvan təsvirləri ilə birləşdirilir.
Ornamentikada bitkilər stilizasiyaya uyğrayır. Stilizasiya real obyektin əsas xarakterik xüsusiyyətlərini qorumaqla onun formasının sadələşdirilməsi, ümumiləşdirilməsi və dekorativləşdirilməsidir.
Nəbati ornamentin inkişaf tarixini qədim Misir incəsənəti ilə əlaqələndirən tədqiqatçılar vardır. Qədim Misirdə bitki motivləri, xüsusilə lotus və papirus təsvirləri geniş yayılmışdır.
Bununla belə, nəbati ornamentin yaranmasını yalnız qədim Misirlə əlaqələndirmək düzgün olmaz. Bitki təsbirlərin dekorativ sənətdə istifadəsi daha qədim dövrlərə gedib çıxır. Qədim Misirin erkən incəsənətində həndəsi ornamentlər mühüm yer tutsa da, sonrakı mərhələlərdə nəbati, həndəsi və zoomorf motivlər bir-biri ilə birləşdirilərək mürəkkəb sistemlər yaratmışdır. Naxışlar uzun müddət ərzində təkrarlanaraq Misir incəsənətinin kanonları çərçivəsində təkamül yolunu keçmişdi.
Qədim Misirdə dekorativ motivlər yalnız estetik məqsəd daşımır, həm də dini dünyagörüşü və simvolik təsəvvürlərlə bağlıdır. Lotus çiçəyi Misir mədəniyyətində mühüm rəmzə malik idi - yenilənmə, həyat və yenidən doğuluşu mənasını verir. Lotus motivi bəzi kontekstlərdə ilahə İsida obrazı ilə əlaqədardı.
Papirus da geniş yayılmışdır. Nil vadisinin təbii mühitinin mühüm elementi olmaqla yanaşı, həyat və yenilənməni simvolizə edir.
Palmetta palma yarpaqlarının stilizə edilmiş formasına əsaslanan dekorativ motivdir. Sonrakı dövrlərdə Yaxın Şərq, Aralıq dənizi və Avropa dekorativ sənətində geniş yayılmışdır.
Qədim Yunanıstanda palmetta xüsusilə memarlıq dekorunda, qəbirüstü abidələrdə görmək olar. Orta əsrlər və sonrakı Avropa incəsənətində müxtəlif nəbati motivlər heraldikada və dekorativ sənətdə istifadə edilmişdir. Lakin burada palmettanın qədim dövrlərdəki günəş kultu ilə bağlı mənasının orta əsr Avropa heraldikasında eyni şəkildə qorunduğunu söyləmək düzgün olmaz. Orta əsr heraldikasında palmetta artıq aid olan sülalənin hakimiyyətinin ilahi mənşəli olduğununa bir işarə olmuşdur.
Qədim Yunanıstanda akant yarpağına da rast gəlmək olar. Akant yarpağı memarlıq dekorunda mühüm yer tutmuş və sonradan klassik ornamentikanın ən səciyyəvi nəbati motivlərindən birinə çevrilmişdir.
Hindistanda isə mürəkkəb və çoxelementli nəbati naxışların inkişafını müşahidə etmək mümkündür. Hindistanın dekorativ sənətinə qədim Şərq və İran mədəniyyətləri təsir göstərmişdir.
Qupt dövründə həndəsi motivlərə tez-tez rast gəlinir, bəzən yarpaq və digər bitkilərlə çərçivələnmişdir. Nəbati ornamentlərin inkişafında İran bədii ənənələri təsiri etsə də, İran nümunələrindən fərqli olaraq daha dəqiq kompozisiyası və zəngin rəng həlli ilə seçilirdi.
XVII–XVIII əsrlərdə İran təsirinin güclənməsi ilə gül-çiçək motivlərin istifadəsi daha da çoxalır. Bu dövrdə sərv ağacı populyarlıq qazanır.
Roma incəsənətində nəbati ornamentlərin bir qismi qədim Yunanıstandan mənimsənilmişdir. Roma mədəniyyətində palıd ağacı şərəf və qəhrəmanlıqla əlaqələndirilirdi. Qartal isə Yupiterin simvollarından biri idi.
Əgər Yunanıstanda ornamentin əsas vəzifəsi gözəlliyi təqdim etmək idisə, Romada zənginlik, təmtəraq yaratmaq vasitəsi rolunu oynayırdı.
Son Roma dövründə imperiyanın müxtəlif regionlarla intensiv əlaqələri nəticəsində Şərq mənşəli bədii motivlərin istifadəsi daha da güclənmişdir.
İran incəsənətində bitki naxışları dekorativ-tətbiqi sənətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu motivlərin geniş yayılmasında regionun zəngin təbii florası əvəzolunmaz rol oynayır. Sasanilər dövrünə aid bəzi metal və qızıl qabların dekorunda lotusdan geniş istifadə olunurdu.
İran və ümumilikdə Şərqdə floristik ornamentlərin mühüm xüsusiyyətlərindən biri onların “bağ” və “cənnət” təsəvvürü ilə əlaqədar olmasıdır. Bağ qədim dövrlərdən mühüm yer tutmuş, sonradan İslam mədəniyyətində cənnət bağı ideyası ilə əlaqəli şəkildə inkişaf edir. Burada çiçəklər və bitkilər yalnız təbiətin təsviri kimi deyil, həm də idealizə edilmiş, harmonik və sonsuz Cənnət bağı təsəvvürünün ifadəsi kimi çıxış edirdi.
İslam ornament sisteminin ən xarakterik formalarından biri arabesk hesab olunur. Arabesk bir və ya bir neçə motivin mürəkkəb, ritmik və davamlı şəkildə təkrarlanması və bir-biri ilə əlaqələndirilməsi əsasında qurulan dekorativ quruluşdu. Arabeskdə elementlərin sıx şəkildə yerləşdirilməsi nəticəsində fon və ornament arasında fərq yox olur.
Arabeskdə əsasən iki mühüm prinsip müşahidə olunur: nəbati motivlərin stilizasiyası və onların ritmik şəkildə bir-birinə bağlanması.
Termini Avropa sənətşünaslığında İslam və Şərq dekorativ sənətinə aid mürəkkəb ornamentləri ifadə etmək üçün istifadə olunurdu. Termin italyan arabesco sözündən gəlir və “ərəb üslubu” mənasını verir.
İslimi islam naxış sistemində stilizə edilmiş bir-birinə keçərək davamlı kompozisiya yarada bilən. stilizə edilmiş bitkilərin, budaq, yarpaq və çiçəklərin axıcı, spiralvari şəkildə qurulmasına əsaslanır.
İslimi ornamentinin müxtəlif formaları mövcuddur. Bunlara sadə islimi, qanadlı islimi, butalı islimi və hörmə islimi kimi növlər aid etmək olar.
İslimi xalçaçılıq, keramika, metal işləmələri, kitab tərtibatı, memarlıq dekoru sahələrində geniş istifadə edilir. İslimi ornament tərtibatında ayrıca əsas motiv kimi deyil, onun kənar hissələrini, budaqların sonluqlarını və müəyyən elementləri tamamlamaq məqsədilə yaranmışdı.
İslimi ilə əlaqəli mühüm nəbati ornament növlərindən biri xətai ornamentidir. Burada təbii bitki formaları yüksək dərəcədə ümumiləşdirilərək və sadələşdirilərək dekorativ quruluşa uyğunlaşdırılır. Xətai motivləri xüsusilə xalçaçılıqda geniş istifadə edilmişdir.
Girih və islimi arasında mühüm fərq vardır: girihdə həndəsi nizam və riyazi quruluş üstünlük təşkil edərək “İlahi başlanğıc” mənası verirdisə, islimidə axıcı nəbati formalar və spiralvari budaqlar və “insani başlanğıc” əsas yer tutur.
Arabeskdə insan və heyvan fiqurlarının olmaması bəzi İslam sənət nümunələrində müşahidə edilən xüsusiyyətdi.
Orta əsrlərin sonlarından başlayaraq İslam mədəniyyəti, xüsusilə İslam dünyasında elmi və dini əlyazmaların bədii tərtibatında istifadə olunan mürəkkəb həndəsi və nəbati tərtibat sonrakı dövrlərdə Avropa ornamentikasının tarixinə təsir edən mənbələrdir.
XIV–XV əsrlərdən etibarən Şərqə maraq Avropada daha da güclənmiş, arabesk və ona yaxın dekorativ motivlər qravürlərdə, memarlıq dekorunda, kitab tərtibatında, keramika və xüsusilə İtaliya mayolikasında tətbiq edilmişdir. Renessans dövründə klassik ornament sistemlərinin yenidən mənimsənilməsi ilə yanaşı, İslam və Mavritaniya dekorativ ənənələrindən gələn elementlərin Avropa sənətkarlarının yaradıcılığında görünməyə başlayır.
Çin ornamentikası qədim Çin mifologiyası, həm də Buddizm və digər dini-fəlsəfi dünyagörüşləri ilə əlaqəli şəkildə formalaşmışdır. Naxışlar kainatın harmoniyasını, kosmik nizamı və təbiətlə insan arasındakı əlaqəni ifadə edirdi.
Çində nar təsviro xüsusi diqqət çəkir. Nar burada bolluq, məhsuldarlıq anlayışını əks etdirirdi. Narın çoxsaylı toxumlara malik olması onun nəsilartım mənasını daha da qabarıq şəkildə sübut edir. Buddist ənənələrində isə nar sonsuz həyat mənasını verirdi.
Nar Avropa incəsənətində də geniş istifadə edilmiş, orta əsrlər və İntibah dönəmində Məryəm kultu ilə bağlı olmuşdur.
Yapon incəsənətində bitki motivləri mühüm yer tutur. Bu motivlər təbiət, insan həyatı və zamanın dəyişkənliyi ilə bağlı müxtəlif simvolları ifadə edir.
Kəpənək motivi xoşbəxtlik, sevgini bildirirdi. Lotos çiçəyi paklıq və mənəvi saflığın, sakura incəlik, bambuk isə möhkəmlik, dözümlülük və gücün simvoludur. Sakura ləçəklərinin tökülməsi həyatın keçiciliyini, dünyanın və insan ömrünün əbədi olmadığını ifadə edən mühüm estetik obrazdır.
Xrizantema isə Yapon ornamentikasında uzunömürlülüyü bildirir. Əsasən imperator ailəsi ilə bağlı simvolik məna qazanaraq yüksək mövqe və zadəganlıq anlayışlarını ifadə etmişdir.
Slavyan dünyasında nəbati motivlərə tez-tez rast gəlinir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində zənginləşmişdilər.
XIV–XVII əsrlərdə gül-çiçək, yarpaq, budaq və digər bitki elementlərindən geniş istifadə olunurdu. XII–XIV əsrlərə aid Novqorod əlyazmalarında bir-birinə dolaşan, ritmik və stilizə edilmiş nümunələri görmək mümkündür.
Orta əsr Avropada müxtəlif mədəni ənənələrin, o cümlədən antik yunan və Roma, Bizans, xristian və İslam dekorativ sənətinin qarşılıqlı təsiri naxış tarixində mühüm rol oynamışdır.
Roman dövründə həndəsi formalar nəbati elementlərlə birlikdə istifadə olunurdu. Nəbati motivlər müstəqil şəklində çıxış etməsə də, memarlıqda, mozaikalarda, relyeflərdə geniş tətbiq edilirdi.
Qotika dövrü Avropa bitki ornamentikasının təkamülündə mühüm mərhələ hesab olunur. Rozetlər Qotika memarlığında mühüm dekorativ elementlərdən biri olmuş, kilsələrin fasad və pəncərə kompozisiyalarında istifadə olunurdu.
Xristian incəsənətinin inkişafından danışarkən Bizansı da xüsusi qeyd edək. Burada incəlik və şan-şöhrət bir-biri ilə vəhdət təşkil edirdi. Bizans ornamentikasının inkişafında Şərq mədəniyyətləri aparıcı rol oynamışdır.
Bizansda canlı təbiətdən götürülmüş formaların müəyyən dərəcədə abstraktlaşdırılması və stilizasiyası xüsusi əhəmiyyət daşıyırdı.
İntibah dövründə nəbati naxışın inkişafında Sandro Botticelli və digər sənətkarların mühüm rol oynayır. Bitki motivləri daha təbii, üçölçülü formada verilirdi. Ornamentin simvolik funksiyası tamamilə aradan qalxmış, artıq bəzək rolu oynayırdı.
XVI əsrdə tipoqrafiyanın inkişafı ilə naxış nümunələri çap edilir. Ornament nümunələrinin çap texnologiyaları vasitəsilə çoxaldılması onların daha geniş coğrafiyada yayılmasına şərait yaratmışdır.
XVII–XVIII əsrlərdə Avropada ornament sahəsi müxtəlif üslub istiqamətlərinin təsiri altında inkişaf edir. Barokko və Klassizm bəzək xarakterinin formalaşmasında mühüm yer alır. Barokko dövründə ornamentlər təmtəraq və monumentallıq ilə seçilirdi.
Klassizm dövründə isə antik Yunanıstan və Roma sənətinə maraq yenidən güclənmiş klassik motivlərdən geniş vüsat tapır.
XIX əsrin əvvəllərində, Ampir üslubunda, klassik yunan və Roma ornamentləri ilə yanaşı Misir motivlərinə də maraq artır.
XIX–XX əsrlərdə bitki ornamentin inkişafının ən yüksək mərhələsi Modern (Art Nouveau) üslubu hesab olunur.
Modern üslubu beynəlxalq xarakter qazanaraq müxtəlif ölkələrdə yayılmış və hər bir regionda yerli milli-bədii ənənələrlə sintez olunmuşdur.
XX əsrdə Şərq üslubundan qaynaqlanan nəbati ornamentlər Avropa dekorativ sənətində daha da populyarlaşmışdır.
XIX əsrin sonlarında ornamentin nəzəri və praktiki şəkildə öyrənilməsinə əsaslanan rəsm məktəbləri formalaşmışdır. Məktəblərdə əsas diqqət elementlərinin quruluşuna, onların kompozisiyada yerləşdirilməsinə, ritminə, təkrarına və tətbiq olunduğu səthlə əlaqəsinə yönəldilirdi.
Ornamentin yaradılmasında əsas məsələlərdən biri real təbiət formasının dekorativ formaya çevrilməsi idi. Real bitki obrazı ilə idealizə edilmiş dekorativ forma arasında müəyyən bir bədii tarazlıq yaradılırdı. Sənayenin inkişafı da nəbati ornamentikanın geniş yayılmasına mühüm təsir göstərən amildir.
Azərbaycanda nəbati ornamentlər dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində geniş şəkildə istifadə olunmuşdur. Xüsusilə İslam dövründə nəbati ornamentikanın inkişafı daha da sürətlənmiş, XV–XVIII əsrlərdə bu ornamentlər yüksək bədii inkişaf mərhələsinə çatmışdır. Nəbati motivlər xalçaçılıq, keramika, metal işləmə, ağac üzərində oyma, tekstil və memarlıq dekorunda geniş tətbiq edilmişdir.
Azərbaycanda geniş yayılmış nəbati ornamentlərdən biri islimi olmuşdur. İslimi budaq, yarpaq, çiçək və spiralvari xətlərin ritmik şəkildə bir-biri ilə əlaqələndirilməsi əsasında qurulan mürəkkəb dekorativ sistemdir. Bu ornament Azərbaycanla yanaşı Yaxın və Orta Şərqin müxtəlif sənət ənənələrində də geniş yayılmışdır. İslimi motivləri haşiyələrdə və səthin ayrı-ayrı hissələrində tətbiq olunmaqla kompozisiyanın bütövlüyünü təmin edirdi.
Cənub-Qərbi Azərbaycanın Maku bölgəsində arxeoloji qazıntılar zamanı gil materialdan hazırlanmış, nəbati motivlərlə bəzədilmiş at fiqurunun aşkar edilməsi bu ənənənin qədimliyini göstərən nümunələrdən biri kimi qeyd edilə bilər.
XIV-XVI əsrlərdə Azərbaycanxalçasənətində xəttivə nəbatimotivlərindahamürəkkəbkompozisiyalardaxilində istifadəsigenişlənmişdir. Xüsusilə Təbrizxalçalarındaelastik, spiralvarivə bir-birinə incə şəkildə keçənbudaqvə yarpaqlardanqurulmuş mürəkkəbquruluşarastgəlinir.
Təbrizxalçaçılığındanəbatinaxışlarınbucürzənginvə mürəkkəbquruluşuAzərbaycanxalçasənətində bitkimotivlərininyüksəkbədiiinkişafsəviyyəsininümayiş etdirir. Buradaornamentyalnızayrı-ayrı bitkielementlərinintəsvirideyil, bütövsəthinritmini, kompozisiyaquruluşunu və dekorativifadəliliyinimüəyyənedən əsasvasitələrdənbirinə çevrilmişdir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Faraş pomidor - Yaqublu və yaqublular barədə maraqlı hekayətlər
İmran Verdiyev,
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir.
Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
KONES FİLM
QabaqcılmexanizatorXudukişikəndklubundanümayiş etdirilənheç birfilmi ötürməzmiş. Biraragecələrişə cəlbolunduğunagörə kino-filmlərə tamaşaedə bilmir.
Ammasəhərevə qayıdankimibacısı Şəkəriyanlayıb, bütünfilminməzmununusöylətdirərmiş. ŞəkərfilminməzmununudanışdıqcaXudutez-tez “Hə, sonranə oldu?-deyə sualedərmiş. Nəhayət, Şəkərbütünfilminağıledibqurtarır. Xuduadəti üzrə “Hə, sonranə oldu?- deyə soruşur.
Şəkərbezibdeyir:
-Ə, tanə olacaq? Axırda kones film yazıldı da.
KİM SEVMƏZ Kİ ?
Kolxoz sədrinin tapşırığı ilə Sapıca düzündə işləyən biçinçilərin yeməsi üçün iki-üç yeşik faraş pomidor alınmışdı. Davud kişi yeşikləri kəl arabasına yükləyib Sarıcaya yola düşür.
Yolda piyada gedən bir nəfəri də arabaya götürür. Həmin adam arabaya minər-minməz yeşiklərdən birini qabağına çəkib faraş pomidorlardan yeməyə başlayır. Ara-bir də deyir:
-Davud, mən pomidoru çox sevirəm.
Davud kişi əvvəlcə dinmir. Lakin yeşiklərdən birinin yarıya çatdığını görüb qeyzlənir:
-Ədə, bir dayan görək, rəhmətliyin oğlu! Qızmar Sarıca düzü ola, ac biçinçilər ola, faraş pomidor ola! Onu kim sevməz ki?!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Qaraqanın anası Afaq xanım
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Deyir ki:- “Jurnalistikaya gəlişim təsadüfi deyil. Babam Nəsib Əfəndiyev yazıçı, atam Vasif Nəsiboğlu isə türkoloq olub. Atam həm də hekayələr, povestlər yazırdı. Belə bir ailədə böyüyən adam başqa seçim edə bilməzdi. Mütləq yazı yazmalı, özümü yazıda tapmalı idim. Orta məktəbi qızıl medalla başa vurdum. Atam kimi şərqşünas olmağa qərar vermişdim. Özümə əmin idim. Sənədlərimi universitetə təqdim edəndə komissiyanın sədri atama siyahı göstərdi. Fakültədəki 25 yerin demək olar ki, hamısı tutulmuşdu - rüşvətlə, tapşırıqla girənlərin siyahısı əvvəlcədən bəlli idi. Dedilər, qızın lap əla da yazsa, keçə bilməyəcək, yerimiz yoxdur. Ağlayıb sızlasam da axır ki, məni fikrimdən daşındırdılar. Valideynlərim məni sənədlərimi filologiya fakültəsinə təqdim etməyə məcbur etdilər. Mənsə müəllim olmaq heç istəmirdim. Jurnalistikaya daha çox həvəsim vardı. Oraya qəbul olmaq üçünsə iki il iş stajı lazım idi. Amma alın yazısı deyilən bir məfum var. Bəxtimdən həmin il jurnalistika fakültəsinə 25 nəfərdən 23-ü qəbul olunduğu üçün iki yer boş qalmışdı. O iki yerin birinə mən, digərinə Mirşahin Ağayev qəbul olunduq...”
...Ailənin yeganə övladı olub. Naz içində ərköyün böyüsə də, həm də bunun əziyyətini çəkib. Odur ki, qardaş-bacısının olmamasını həyatında bir boşluq kimi dəyərləndirir. Təkliyin acısını çox yaşayıb, xiffət çəkib ki, niyə təkdir? Fəqət, Tanrı ona bioloji olmasa da, xeyli ruh bacı-qardaşları nəsib edib. Bəlkə də kimsəsiz qalmaq qorxusu onu ətrafına daha çox bağlayıb. Dostcanlıdır, dosları üçün canını da verməyə hazırdır. Bu da məhz tək qalmaq qorxusu ilə bağlıdır...
“1992-ci ildə "Azadlıq" qəzetində işləməyə başladım. Bir tərəfdən müharibə, digər tərəfdən formasiya, düşüncə, dövr dəyişirdi. Qəzetin məktublar bölməsində çalışırdım, həm də rusca yazan jurnalistlərin məqalələrini dilimizə çevirirdim. Atam oxuyub deyirdi ki, bax, filan cümlədən anladım ki, tərcümə səninkidir. Hətta tərcümələrimlə belə fəxr edirdi, heyf fəal jurnalistika ilə məşğul olmağımı görə bilmədi. Biz o vaxtlar ustadların yanında yazı yazmağa cəsarət eləmirdik. Bu baxımdan indi mətbuata gələn gənclərin işi daha rahatdır. Ən azı yazılarını sosial hesablarında paylaşa bilirlər.”- söyləyir.
1965-ci ilin sentyabr ayının 11-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1990-cı illərdən etibarən "Vətən səsi", "Qarabağ", "Azadlıq" kimi müxtəlif qəzetlərdə müxbir və mədəniyyət yazarı olaraq çalışıb. 2001-ci ildən televiziyada fəaliyyət göstərir. Space TV-də müxtəlif səhər və gecə proqramlarının layihə rəhbəri, ssenaristi və redaktoru olub, 2009-cu ildən ANS TV-nin baş redaktoru kimi çalışıb. 2011-ci ildən isə Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət göstərir. O, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində redaksiya kollegiyasının rəhbəri kimi fəaliyyətini davam etdirir, bir çox sənədli filmlərin ssenari müəllifi və redaktorudur...
Deyir ki:- “Azərbaycanda stress atmağın ən gözəl yolu şopinqdir. Amma xarici ölkələrdə əyləncə növü çoxdur. Bir müddət əvvəl rəfiqələrimlə İstanbula getdik - qız-qıza. Hamısı da öz mövqeyi, statusu olan xanımlardır. Gün ərzində gəzib yorulduq. Hamı otelə qayıtdı. Sonda Rövşanə Ağasəfqızı ilə mən qaldım. Dedik, gəl, gedək gecə klubuna, görək, ab-havası necədir. Əslində, bu, bizim beynimizdə qurduğumuz "bar", "əxlaqsız məkan" anlamı deyil. Canlı musiqi ifa olunur, insanlar oxuyur, rəqs edir, içki içir, əylənir. Əxlaqa zidd heç bir şey yoxdur. Azadlıq var sadəcə. Bəlkə də kənardan bəsit görünə bilər, amma həqiqətən o məkanda adam stresdən qurtulur. Baxın, göydə ildırım çaxır, enerjisini boşaldır. Bizim beynimizdəki, bədənimizdəki gərginlik də mütləq çıxmalıdır. Ümumiyyətlə, azad ruhlu insanam və heç kimə görə dəyişməmişəm, bundan sonra da düşünmürəm ki, dəyişmərəm.”
Güclü, iddialı, uğurlu xanımdır. Ağıllı və məntiqi hərəkətləri ilə olduğu mühitdə asanlıqla seçilir. Bunlarla yanaşı, mehriban xarakteri ilə ətrafdakıların rəğbətini qazanmağı bacarır. Zərif və həssas ruhu var. Hər şeyə məntiqlə yanaşmağa çalışır...
“Soykökümlə, valideynlərimlə həmişə qürur duymuşam. Bir əmim məşhur filosof olub - Asif Ata, bir əmim bəstəkar - Rəşid Nəsiboğlu. Yəni ziyalı mühitdə böyümüşəm. Görünür, mənim ali missiyam iki başarılı insanı dünyaya gətirmək imiş. Bununla qürur duyuram. Ananın övladına görə duyduğu iftixar qədər gözəl hiss yoxdur, inanın. “Qaraqan” təxəllüsü ilə tanınan oğlum Elxanın istedadına əminəm. O, bu həyatla vuruşmağa başlayandan gah rəsm çəkdi, gah breyk-dansla məşğul oldu, gah idmanla, gah musiqi ilə. Çox tez şeir yazmağa başladı. Bilirdik ki, bu uşaqdan nəsə olacaq. İstedadı var. "A" adlı ilk romanını 17-18 yaşında yazdı. İlkini mən oxudum. Amma bir hərfini belə dəyişməmək şərtilə. Oxudum və anladım ki, genetika öz sözünü deyib. Gördüm peşəkar rəyinə də ehtiyacım var. Romanı istedadlı dostumuz Rəşad Məcidə göndərdim. İki gündən sonra sms yazdı ki, təbrik edirəm, sən yazıçı anasısan. Qızım Nərmin isə Türkiyədə, İtaliyada təhsil alıb. Çox savadlıdır. Yerin altını da bilir, üstünü də. İndi Amerikada yaşayır. Jurnalistdir. Uğurları ilə qürur duyuram.”- söyləyir.
Nə isə, bugünkü söhbətimin qəhrəmanı Afaq Vasifqızıdır. O, Azərbaycanda tanınmış jurnalist, ssenarist və redaktordur.
“Portret” rubrikasında yeni görüşlərədək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
20 Sentyabr: tarixin yaddaşına həkk olunan gündə zəfərdən dirçəlişə gedən yol
Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent.
“Ədəbiyyat və incəsənət”
Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mənası yalnız bir tarixlə məhdudlaşmır. 20 Sentyabr da belə günlərdəndir. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün artıq ikinci ildir ki, Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutur.
20 Sentyabrın mahiyyətini anlamaq üçün ilk növbədə 15 oktyabr 2023-cü il tarixinə nəzər salmaq lazımdır. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndinin mərkəzi meydanında üç onillikdən artıq davam edən həsrətdən sonra üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi.
Bu günün arxasında uzun və məşəqqətli bir yol dayanır. Təqdim edilmiş materialda qeyd olunduğu kimi, bu günün təsis olunması 30 ildən artıq davam edən mübarizənin, minlərlə azərbaycanlı igidin canı və qanı bahasına əldə olunan Zəfərin nəticəsi kimi təqdim olunur. Ərazilərin işğaldan azad edilməsindən sonra qarşıda yeni vəzifə – şəhər və kəndlərin bərpası, infrastrukturun qurulması və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi dayanır.
Xankəndidə son illərdə həyata keçirilən tədbirlər şəhərin bərpasının kompleks xarakter daşıdığını göstərir. Qarabağ Universitetinin yaradılması bu prosesin mühüm istiqamətlərindən biridir. 2023-cü il 28 noyabr tarixli Sərəncamla Xankəndidə yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti publik hüquqi şəxs yaradılıb. 2024-cü ildə universitetin açılışı və tələbə yataqxanasının istifadəyə verilməsi ilə şəhərdə təhsil və elm həyatının yeni mərhələsi başlayıb.
Sonrakı illərdə Xankəndidə Zəfər parkı, Konqres Mərkəzi, biznes və istehsal obyektləri, təhsil və səhiyyə infrastrukturu ilə bağlı mühüm layihələr həyata keçirilib. 2025-ci ildə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi, Xankəndi Biznes Mərkəzinin və Konqres Mərkəzinin açılması şəhərin iqtisadi və ictimai həyatının canlandırılmasına xidmət edən addımlar kimi diqqət çəkir. 2026-cı ildə isə Mədəniyyət Mərkəzi, iş əlcəkləri istehsalı müəssisəsi və “Xankəndi” hotelinin açılması şəhərdə bərpa prosesinin davam etdiyini göstərir.
İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin ən mühüm göstəricilərindən biri məskunlaşmadır. 17 avqust 2026-cı il tarixinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı rayonunda şəhər və kəndlər üzrə ümumilikdə 1 167 ailənin, 4 841 nəfərin, Xocavənddə 988 ailənin, 4 070 nəfərin, Ağdərədə isə 917 ailənin, 3 587 nəfərin məskunlaşdığı göstərilir. Bu rəqəmlər Böyük Qayıdış prosesinin artıq konkret yaşayış məntəqələrində real həyatla müşayiət olunduğunu nümayiş etdirir.
Xocalı Azərbaycan xalqının yaddaşında həm ağrılı faciənin simvolu, həm də ədalətin bərpası ilə bağlı tarixi məkan kimi xüsusi yer tutur. Şəhərdə Dövlət Bayrağının ucaldılması ilə yanaşı, Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirilib və 2026-cı il fevralın 26-da memorialın açılışı olub. Bununla yanaşı, Xocalıda yaşayış binalarının bərpası, kəndlərdə fərdi evlərin və infrastrukturun yenilənməsi, enerji və istehsal müəssisələrinin yaradılması davam etdirilir. “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılması, Xocalı kərpic zavodunun və “Qarabağ Tekstil Evi”nin fəaliyyətə başlaması şəhərin sosial-iqtisadi həyatının formalaşdırılması istiqamətində görülən işlərdəndir.
Xocavənddə bərpa-quruculuq işləri yaşayış, nəqliyyat, enerji və turizm potensialının inkişafını əhatə edir. Hadrut qəsəbəsində inzibati mərkəzin, yaşayış məhəllələrinin və məktəbin bərpası ilə bağlı layihələr həyata keçirilir. Tuğ kəndində inzibati mərkəz və ilk yaşayış məhəlləsinin təməli qoyulub. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun hissələrinin istifadəyə verilməsi və “Hadrut” qovşaq yarımstansiyası ilə Rəqəmsal İdarəetmə Mərkəzinin açılması bölgənin gələcək inkişafı üçün mühüm infrastruktur bazası yaradır.
Ağdərə istiqamətində də bərpa və məskunlaşma prosesi ardıcıl şəkildə davam edir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Rayonun kəndlərində yaşayış evlərinin və infrastrukturun bərpası, yeni yaşayış komplekslərinin yaradılması, enerji və iqtisadi layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir.
2025-ci ildə Suqovuşan kəndində yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərə mənzillərin açarlarının təqdim edilməsi, məscidin açılması mühüm hadisələrdən olub. 2026-cı ilin yanvarında “Qozlukörpü” Su Elektrik Stansiyasının açılması, “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq və Ağdərə şəhərinin Baş planının təqdim olunması rayonun gələcək sosial-iqtisadi inkişaf perspektivlərini göstərən addımlardır.
20 Sentyabrın əhəmiyyəti yalnız keçmişdə baş vermiş hadisələrin xatırlanması ilə məhdudlaşmır. Bu tarix bir tərəfdən Dövlət Bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılması ilə Zəfərin simvolik ifadəsini, digər tərəfdən isə həmin ərazilərdə yeni həyatın qurulması prosesini özündə birləşdirir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərləri zamanı məktəblərin, xəstəxanaların, yolların, enerji obyektlərinin, yaşayış komplekslərinin, mədəniyyət və biznes müəssisələrinin açılması bu dəyişimin miqyasını nümayiş etdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin timsalında Qarabağın yeni siması formalaşır. Burada məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, müasir şəhər və kənd mühitini yaratmaq, insanların təhlükəsiz və layiqli yaşayışını təmin etmək, təhsil, səhiyyə, mədəniyyət, turizm və iqtisadi fəaliyyət üçün yeni imkanlar formalaşdırmaqdır. Məskunlaşma rəqəmlərinin göstərdiyi mənzərə isə bu prosesin əsas nəticələrindən birinin insanların öz doğma yurdlarına qayıtması olduğunu göstərir.
Beləliklə, 20 Sentyabr xalqımız üçün həm tarixi yaddaş, həm də gələcəyə yönəlmiş quruculuq ideyasını birləşdirən əlamətdar gündür. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanan Dövlət Bayrağı artıq yalnız Zəfərin rəmzi deyil; o, yenidən qurulan məktəblərin, açılan müəssisələrin, salınan yaşayış məhəllələrinin, doğma yurduna qayıdan ailələrin və gələcəyə inamla baxan insanların üzərində dalğalanır. 20 Sentyabr tarixdən gələcəyə uzanan bir yolun – Zəfərdən dirçəlişə, dirçəlişdən davamlı inkişafa gedən yolun rəmzinə çevrilir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Bir acı tale - "Məktəb illəri" mahnısı necə oldu ki yarandı?
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Yaradıcı heyəti
Sözlərin müəllifi: Kamalə Abiyeva — şairə, pedaqoq
Bəstəkar: Aygün Səmədzadə — Xalq artisti
İfaçı: Lalə Məmmədova — Xalq artisti
Aranjiman: Siyavuş Kərimi — Xalq artisti
Yaranma ili: 1999-cu il
Yazılmasının əsl səbəbi: "Səsi batmış ən gözəl qız"
Mahnının sözlərini qələmə alan şairə və müəllimə Kamalə Abiyevanın dilindən rəsmi olaraq təsdiqlən yaranma səbəbi bütöv bir insan taleyinin faciəsidir:
1998-ci ildə Kamalə xanım illər sonra təsadüfən sinif yoldaşlarından birini görür. Həmin qadın məktəb illərində sinfin, hətta məktəbin ən gözəl, ən istedadlı və heyranedici səsinə malik qızı olub. Lakin həyatın amansız sınaqları, uğursuz taleyi və yaşadıqları onu tanınmaz hala salıb. Qarşılaşma zamanı Kamalə xanım görür ki, vaxtilə hamını valeh edən o qızın həm gözlərindəki işıq sönüb, həm də yaşadığı ağır dərdi-sərdən səsi tamamilə batıb.
Məktəb vaxtı eyni geyimi geyinən, eyni hüquqa malik olan və gələcəyə böyük ümidlərlə baxan uşaqların böyüdükdən sonra həyatın amansız zərbələri ilə fərqli talelərə savrulması şairəyə sarsıdıcı təsir edir. O, evə qayıdan kimi həmin kədərin təsiri altında unudulmaz misraları kağıza köçürür:
"Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda!"
Mahnının bəstələnmə tarixi: 1999
Şeir yazıldıqdan sonra Kamalə Abiyeva onu bəstəkar Aygün Səmədzadəyə təqdim edir. Şeirin fəlsəfəsindən, real kədərindən təsirlən Aygün xanım, sətirləri öz musiqi duyumu ilə tamamlayaraq 1999-cu ildə bəstəni ərsəyə gətir.
Mahnını ilk dəfə elə bəstəkarın özü royal arxasında ifa edir və Kamalə xanım bunu eşidəndə göz yaşlarını saxlaya bilmir. Çünki musiqi şeirdəki o gizli intizarı və itirilmiş uşaqlıq həsrətini tam şəkildə ötürə bilmişdi.
Lalə Məmmədovanın seçilməsi və böyük uğur
Aygün Səmədzadə mahnını Xalq artisti Siyavuş Kərimiyə təqdim edir və o, əsəri möhtəşəm şəkildə aranjiman edir. Həmin dövrdə bəstəkarın müğənnilərlə böyük işbirliyi olmadığı üçün bu fəlsəfi mahnını kimin oxuyacağı sual altında idi.
Seçim gənc, lakin çox təmiz, məxməri səsə malik olan Lalə Məmmədovanın üzərində dayanır. Lalə Məmmədova mahnını sadəcə ifa etmir, onu yaşayır. Mahnı radiolarda və televiziyada yayımlanan gündən etibarən sözün əsl mənasında partlayış edir, bütün Azərbaycan bu əsərdən danışmağa başlayır.
Mahnıda oxunmayan gizli bənd
Çoxları bilmir ki, mahnının orijinal şeir variantında olan, lakin musiqi formatına sığmadığı üçün ifada istifadə olunmayan xüsusi fəlsəfi bəndlər var. Kamalə Abiyevanın böyük həyat dərsi verdiyi həmin gizli məna belədir:
Məktəbdə dərsi danışmırsansa və ya gecikirsənsə, müəllim sənə töhmət vurur, qiymətini yazır və sən bu səhvi növbəti dəfə düzəldə bilirsən. Amma real həyatda nəyəsə gecikəndə, yaxud səhv edəndə həyat sənə ikinci şansı vermir, çox ağır bədəl ödədir. Mahnının əsl fəlsəfəsi də elə budur — məktəb illəri insanın ən qorunan, ən qayğısız və ən bərabər olduğu dövrdür.
27 il sonra
"Məktəb illəri" bu gün üzərindən 27 il keçməsinə baxmayaraq, hələ də hər bir azərbaycanlının qəlbini sızladan, uşaqlıq illərinin müqəddəs və dəyişməz himni olaraq qalmaqdadır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2026)
Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu, həmin qurumun sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygörlə görüşüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr barədə məlumat verən sədr Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada və möhkəm dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əzmi, siyasi iradəsi, qətiyyəti və qarşılıqlı səyləri mühüm rol oynayıb. Bu siyasi iradənin nəticəsi olaraq iki qardaş ölkə arasında bütün sahələri, o cümlədən diaspor fəaliyyətini əhatə edən, gündən-günə möhkəmlənən və sarsılmaz xarakter alan münasibətlər formalaşıb.
Bildirilib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımızın bir araya gətirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin əlaqələndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu çərçivədə hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin mövcudluğuna diqqət çəkilib. Həmin evlərdən bir neçəsinin Türkiyədə yerləşməsi və burada yaşayan azərbaycanlıların vahid platforma ətrafında birləşməsinə, milli-mədəni irsimizin qorunub yaşadılmasına, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinə töhfələr verdiyi vurğulanıb.
Kürşad Zorlu çıxışında türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin və ortaq təşəbbüslərin artırılmasının vacibliyindən danışıb. O, müasir texnologiyaların yaratdığı imkanların xaricdə yaşayan soydaşların daha çevik və effektiv şəkildə bir araya gətirilməsi, onların vahid rəqəmsal platformalar üzərindən əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, rəqəmsal imkanlardan məqsədyönlü istifadə diaspor təşkilatları arasında informasiya mübadiləsini sürətləndirməklə yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşların ortaq məqsədlər ətrafında daha sıx əməkdaşlığına şərait yarada bilər. O, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi layihə və proqramları yüksək qiymətləndirdiyini qeyd edib.
Səmərəli fikir mübadiləsi ilə davam edən görüşdə perspektivə dair təkliflər səslənib, real əməkdaş imkanları nəzərdən keçirilib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Yaşanmaq üçün yazılmış şeirlər
Çağdaş Azərbaycan poeziyasında seçilmişlərdən olan şair İbrahim İlyaslının yaradıcılığına bir baxış
Vüsalə Anar,
yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Müasir Azərbaycan poeziyasında özünəməxsus dəsti-xətti, fərqli poetik düşüncə sistemi və yüksək daxili məsuliyyət hissi ilə seçilən şairlərdən biri də İbrahim İlyaslıdır. Şair çağdaş ədəbi prosesdə pafosdan və süni bəzəkdən uzaq, həqiqətə söykənən poeziyanın təmsilçilərindəndir. Onun şeirlərində emosional səs-küy yox, dərin düşüncə, daxili ağrı və vicdanın səssiz, lakin təsirli çağırışı əsas yer tutur. İbrahim İlyaslının poeziyası oxucunu yormur, əksinə, onu düşünməyə, sual verməyə və öz daxili aləmi ilə üz-üzə qalmağa vadar edir. Söz onun yaradıcılığında mənaya, həqiqətə və məsuliyyətə xidmət edir. Onun yaradıcılığı müasir insanın daxili aləmini, cəmiyyətlə fərd arasındakı ziddiyyətləri və sənət qarşısında mənəvi yükü ifadə edən əhəmiyyətli poetik nümunələr təqdim edir.
“Oturub ömrün içində
Çişək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.”
“Mən bir dəli rəssamam” şeiri yaradıcı insanın daxili aləmini, dünyaya baxış bucağını və sənət qarşısında ağır mənəvi məsuliyyəti ifadə edən fəlsəfi-poetik mətn kimi diqqəti cəlb edir. Şeirdə işlədilən “dəli” anlayışı cəmiyyətin ölçülərinə sığmayan, həqiqəti qorxusuz şəkildə ifadə edən insan tipini simvolizə edir. “Rəssam” obrazı isə yalnız fırça ilə əsərlər yaradan sənətkarı deyil, həyatın özünü, reallığı sənətə çevirən yaradıcı şəxsiyyəti təcəssüm etdirir.
Şairin “ömrün içində çiçək şəkli çəkməsi” həyatın bütün sərtliklərinə və ağrılarına baxmayaraq, gözəllik və ümid axtarışında olmasını göstərir. “Yalan rənglərdən gerçək şəkli çəkmək” istəyi onun sənətdə və həyatda saxtalığa qarşı prinsipial mövqeyini ortaya qoyur. “Faniliyin ətrini ciyərlərinə çəkməsi” isə ölüm və keçicilik duyğusunun şair şüurunda daimi mövcudluğunu, onu hər nəfəsdə hiss etdiyini poetik obrazla ifadə edir. Şeirin davamında “əkilənlərin ölümlərə cücərməsi” misrası ölümlə olum arasındakı faciəni simvolizə edir. “Kimsə bilməz nə çəkdirir, mənə mən çəkdiklərim” dedikdə daxili ağrısının başqalarının dərk edə bilmədiyini bildirir. “Olmaq üçün əkilənlər” - ölümlərə cücərir. Bu paradoksda “cücərmək”- həyat rəmzi ölümə yönəlir, bir gün var olan, bir gün məhv olur. Dərya, tufan, od və su obrazları ruhun daim hərəkətdə, gərginlik və axtarış içində olmasını göstərir. Od - əzabın, ağrı -acının, su - sakitliyin, təmizliyin göstəricisidir. “Doğulmamış bir adam” obrazı isə gələcəyin insanını, hələ formalaşmamış düşüncəni və ya şairin öz daxili idealını ifadə edən çoxqatlı simvoldur.
Şeirin sonunda “mən şair deyiləm, yavrum, mən bir dəli rəssamam” fikri şairlikdən imtina deyil, sənətin sərhədsizliyini və adlara sığmayan mahiyyətini qəbul etmək kimi anlaşılır. Bu şeir bütövlükdə vicdan hesabatı, faniliklə barışmayan, həqiqətdən qorxmayan, daxili aləmi fırtınalı olan yaradıcı insanın etirafıdır.
***
“Dəlidən doğru xəbər al”, -
Doğru dəli dilindədi.
“Can”ın ən kök qafiyəsi
“Qan”dı - zəli dilindədi.”
“Dilindədi” şeiri sözün, dilin və həqiqətin kimə məxsus olması məsələsini mərkəzə alan, dərin fəlsəfi qatlara malik poetik nümunədir. Şair bu mətndə göstərir ki, həqiqət çox zaman rəsmi, ölçülü-biçili dildə deyil, “dəli dili”ndə – yəni qorxusuz, səmimi və maskasız danışıqda üzə çıxır. Bu baxımdan “dəlidən doğru xəbər” atalar məsəli aktual məna qazanır. Şeirdə “can” və “qan” anlayışlarının qarşılaşdırılması həyatın hansı bədəllər bahasına - el dilində işlənən “qanı bahasına” qorunduğunu xatırladır. El dilində işlənən “zəli dili” ifadəsi başqasının hesabına yaşayanlara yönəlmiş incə və kəskin tənqid kimi çıxış edir. “Axşama qənim ağ şamdı”. Axşam – qaranlıq ömrün sonuna, ölümə işarə, “ağ şam” isə yanaraq əriyib qaranlığı işıqlandıran ümid, nur - ölümə qalib gələn simvoldur. Natamamın tamam olması ideyası insanın məhz qüsurları ilə bütöv olduğunu qəbul etməyə çağırışdır. Dünyanın “hamam” kimi təqdim olunması bütün insanların sonda çılpaq həqiqət qarşısında bərabər olacağını vurğulayır. ”Suyu “ləli” dilindədi” ifadəsi dünyanın zahiri parlaqlığının arxasında gizlənən dini-mənəvi imtahanı bildirir. Şeirin sonunda yer alan “burdan buyruq verilməmiş, orda ‘bəli’ dilindədi” misrası sakit, lakin dəyərli həqiqətin metaforik ifadəsidir. Şair insanların işlərini zəhmətlə deyil, yarınmaqla yoluna qoyduğunu göstərərək sosial reallığa toxunur. İnsanın bu dünyada verdiyi qərarların qiyamət günündə qaçılmaz cavaba çevrildiyini ifadə edir. Bu şeir dil fəlsəfəsi üzərindən insan vicdanına ünvanlanan ciddi bir çağırışdır.
***
İbrahim İlyaslının şeirləri ayrı-ayrı mətnlər deyil, bir ruhun müxtəlif vaxtlarda verdiyi cavablardır. Bu cavabların mərkəzində isə xüsusilə “Necəsən” dayanır. Bu sual — ayrılığın içində qalmağın, sevməyə davam etməyin sualıdır.
“Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?”
Bu lirik gəraylıda “Necəsən” rədifi hər bəndin emosional yükünü gücləndirir. Məzmun baxımından ayrılıq və həsrət motivlərini əks etdirən bu şeir xalq-aşıq poeziyasının ənənələrinə uyğun bir nümunədir. Sevgili həm ləl-gövhər kimi qiymətləndirilir, həm də “zalım” kimi xatırlanır. Sevgi isə həm şirin, həm də acıdır. Bu şeirdə ayrılıq var, amma nifrət yoxdur; incikliklə bərabər dua da var. Bu isə lirik qəhrəmanın mənəvi ucalığını, sevgisinin ölməz olduğunu göstərir. Şeirin ümumi ovqatı ayrılıq, həsrət və əlçatmaz sevgi üzərində qurulmuşdur. Lirik “mən” uzaqdadır, halının “yaman” olduğunu açıq etiraf edir, lakin bütün bəndlər boyu diqqət mərkəzində yenə də özü deyil, sevdiyi insan dayanır. Təkrar olunan “necəsən?” sualı həm ümidin, həm nisgilin, həm də bitməyən mənəvi bağlılığın ifadəsidir.
Birinci beytdəki misralar həm fiziki, həm də mənəvi uzaqlığı bildirir. Şair öz dərdini dilə gətirsə də, yenə də sevgilinin halını soruşur. Bu, sevən insanın böyüklüyünü və sədaqətini göstərir. “Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən?” misralarında sevgilinin artıq başqasına qismət olduğu bildirilir. “Cahı-cəlalım” ifadəsi ilə şair onu ucaldır, özünün varı-dövləti sayır. Burada həm qürur, həm də dərin yanğı hiss olunur. İkinci bənddə “Yalana döndü gerçəyim” misrası bir zaman gerçək olan sevginin indi əlçatmaz və puç olduğunu göstərir. “Ay gözəlim, ay göyçəyim” müraciətləri isə inciklik olsa da sevginin səmimiyyətini qoruduğunu göstərir. “Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən?” misralarında sevgili təbiət və şirinlik obrazları ilə təqdim olunur. O, şair üçün həyatın özüdür. Üçüncü bənd xüsusi dərinlik daşıyır: “Daşam yolun üstə bitən, Nə sirdi anlamaz yetən.” Şair özünü sevgilisinin yolunun üstündə bitən daş kimi təqdim edir. Bu, maneə olmaq deyil; əksinə, onun keçdiyi yolda dayanmaq, bir anlıq da olsa onu görmək, sadəcə baxmaq istəyidir. “Daş” obrazı səbrin, həsrətin və sədaqətin simvoludur. “Nə sirdi anlamaz yetən” ifadəsi isə bu halın sirr kimi qalmasını bildirir. Şairin niyə o yolda dayandığını heç kəs anlamaz, bunu yalnız sevgilisi bilir. “Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən?” misralarında isə sevgilinin baxışları ilə danışıb, lakin dili ilə heç nə deyə bilmədiyini, susmağa məhkum olduğunu göstərir. Dördüncü bənddə “Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim” misralarında sevgili qiymətli daşlara bənzədilirək, onun dəyərini göstərir. Şair üçün o, maddi və mənəvi sərvətin timsalıdır. “Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən?” misralarında isə barmaqların daş-qaşın xoşbəxtliyini yaşasa da qəlbindəki sevgisinin həsrətini çəkir. “Başı bəlalım” isə sevginin ağrısını göstərir. O, şair üçün həm səadət, həm bəla, həm də yandırıcı dərddir. Son bənddə “Üzün dönməz mənə sarı” misrası açıq şəkildə sevgilinin artıq ona baxmadığını, başqası ilə addımladığını bildirir. “Yarı öz ömründən, yarı” ifadəsi isə xalq dilində işlənən alqış və dua çalarına malikdir. Şair incisə də, onun xoşbəxtliyini arzulayır. “İbrahimin sitəmkarı, Necəsən, zalım, necəsən?” misralarında öz adını çəkir ki, bu da klassik aşıq ənənəsinə uyğundur. “Sitəmkar” və “zalım” sözləri sevgilinin üz döndərməsi və sevgini qəbul etməməsi ilə bağlı incikliyi ifadə edir. Lakin şeir yenə də sualla bitir: “Necəsən?” Bu təkrir şeirin emosional zirvəsidir.
***
“Əvvəl sevirəm de, sonra at məni,
Ən dərin dəryaya at məni, ömrüm.
Od kimi yaşamaq borcum var mənim,
Şəhla gözlərində çat məni, ömrüm.”
Şeir müraciət üzərində qurulub və “ömrüm” xitabı ilə başlayıb davam edir. Bu müraciət həm sevgiliyə, həm də həyatın özünə ünvanlana bilər. Lirik qəhrəman əvvəl sevgi etirafı istəyir, sonra isə atılmağa – yəni əzaba, tərkə, hətta məhvə belə razıdır. “Ən dərin dəryaya at məni” misrası sonsuzluğa, bilinməzliyə, ağır taleyə atılmaq deməkdir. Bu, şikayət deyil, könüllü fədakarlıqdır. Şair sevdiyi gözəlin gözlərində alova çevrilib yanmaq istəyir. Lirik qəhrəman dəryaya atılmağa razıdır, amma eyni zamanda, sevgilinin baxışında qalmaq istəyir. “Divanə olanın məskəni çöldü” – aşiq üçün dünya səhradır. O, cəmiyyətə sığmır. “Bir barmaq alovdu, bir ovuc küldü” – bu misra çox güclü metaforadır. İnsan həm alov qədər yandıran, həm də kül qədər fanidir. Həyatın özü yanmaq və sönmək arasında keçir. Alovlu yaşam və sönmüş həyat. “Mənim tək qulların yeri könüldü” – burada təvazövkarlıq var. O, özünü “qul” adlandırır və deyir ki, mənim yerim yalnız sənin qəlbindir. “Gözündən könlünə qat məni” – zahirdən batinə keçid istəyi var. Sadəcə baxışda yox, ürəkdə yer almaq arzusu ifadə olunur.
“Oydur gözlərimi, gözütox olum,
Biraz artır məni – biraz çox olum.
Səndə var olmuşam, səndə yox olum,
Gözündən könlünə qat məni, ömrüm.”
Şair başqa birisinə, dünya malına baxmamaq üçün kor olmaq, mənəvi olaraq sevgilisinin cismində, ruhunda, ömründə, günündə yaşamaq, bütün mənliyi ilə onu sevdiyi üçün onda yox olmağı arzulayır. Sevgilidə var olmaq və yenə onda yox olmaq – yəni özündən keçib bütövlükdə ona qarışmaq sevginin ən yüksək mərhələsidir. Şeirdə əsas xətt təslim olmaq və bütövləşmə arzusudur. Lirik qəhrəman əzabdan qorxmur. Dəryaya atılmağa da razıdır, külə dönməyə də. Onun üçün əsas olan sevdiyi varlıqda yer almaqdır.
***
“Hər oyun dildən başlayır,
Hər əməl təpərdən keçir.
Başı bacadan girənin,
Ayağı çəpərdən keçir.”
“Keçir” şeiri fəlsəfi-didaktik məzmun daşıyır və həyatın qanunauyğunluqlarını ümumiləşdirilmiş şəkildə təqdim edir. Şeirin əsas ideyası keçid anlayışı üzərində qurulub. “Keçir” sözü burada həm fiziki keçidi, həm zaman axarını, həm də həyatın mərhələlərini ifadə edir. Bütün bəndlər bu mərkəzi ideyaya xidmət edir. Bu bənddə səbəb-nəticə əlaqəsi qurulur. “Hər oyun dildən başlayır” – insanın niyyəti və hiyləsi əvvəlcə sözlə başlayır. Dil həm yaradan, həm də dağıdan vasitədir. “Hər əməl təpərdən keçir” – əməl isə güc, cəsarət, bacarıq tələb edir. Burada söz və əməl qarşılaşdırılır. “Başı bacadan girənin, ayağı çəpərdən keçir” misraları atalar sözü xarakterlidir. Gizli, əyri yolla daxil olmanı göstərir. Yəni düzgün olmayan başlanğıc düzgün nəticə vermir. Şair ilk bənddə əxlaqi mövqe müəyyənləşdirir: hər şey öz məntiqi nəticəsindən “keçir”.
“Fərman verir dağa, daşa,
Qışdan yaza, yazdan qışa.
Qaydadı – hamıdan başa
Başını tərpədən keçir.”
Şeirin davamında ümumi qanunlardan danışılır. Zaman və taleyin hökmü hər yerə çatır. Heç nə bu qanundan kənarda deyil. Fəsillər dəyişir, həyat axır. Hərəkət edən, çalışan, təşəbbüs göstərən irəli keçir. Bu, həyatın dəyişməz qanunudur. Passiv yox, aktiv olan üstünlük qazanır. Şair burada əməyin və hərəkətin gücünü vurğulayır. “Tamah dişi” ifadəsi güclü bir metaforadır. Tamah insanın daxilindəki dağıdıcı qüvvədir. “Düşür üçü, çıxır beşi” – artım və azalma həyatın ayrılmaz hissəsidir. Maddi hesab dəyişkəndir. Həyatın ən böyük işi insanın doğulmasıdır. Hər böyük insan, hər böyük hadisə körpəlikdən başlayır. Bu misra həm həyatın müqəddəsliyini, həm də başlanğıcın əhəmiyyətini göstərir.
Şeirin sonlarına doğru dramatik tablo yaradılır. Təbiət hadisələri həyatın sarsıdıcı məqamlarını simvolizə edir. Yalnız danışan, lakin əməl etməyən insanlar çətinlikləri aşa bilməz. Sonuncu sətrdə hərəkət və əməl ön plana çəkilir. Son bənd ümumiləşdirmə xarakteri daşıyır. Zaman bölgüsü (il, ay, gün) həyatın axıcılığını göstərir. “Hər şeydən hamıya pay var” – hər kəsin taledən öz qisməti var. Sonuncu beyt şeirin kulminasiyasıdır. Çay həyatın özüdür, körpü isə keçid nöqtəsi – yəni ölüm və ya taleyin sonu kimi yozula bilər. Hamı eyni yolun yolçusudur, heç kim bu körpüdən yan keçə bilməz. Burada bərabərlik ideyası var: varlı-kasıb, güclü-zəif hamı eyni sonluğa doğru gedir.
Təkrar olunan “keçir” sözü rədif olaraq ideyanı möhkəmləndirir. Atalar sözü üslubu və hikmətli ifadələr şeirə xalq müdrikliyi çaları verir. Metaforalar (“tamah dişi”, “çay”, “körpü”) fəlsəfi məna yaradır. Zaman və hərəkət anlayışları əsas semantik xətti təşkil edir.
“Keçir” şeiri həyatın dəyişməz qanunlarından bəhs edən fəlsəfi əsərdir. Şair göstərir ki, hər şey hərəkət və zaman içindədir. Söz yox, əməl keçərli olur. Hər başlanğıcın nəticəsi var. Hər insanın payı var. Və ən əsası – hamı eyni körpüdən keçir. Bu şeir insanı düşünməyə, öz əməlini ölçüb-biçməyə və həyatın faniliyini dərk etməyə çağırır. Bu şeir sevginin adi hiss yox, varlıq məsələsi olduğunu göstərir. Burada sevgi həm yanmaqdır, həm yox olmaqdır, həm də kamilləşməkdir.
***
“Salam Allah salamıdı,
Almayan Allah adamı.
Yarəb, bu nişanda görmək
Zülümdü, vallah, adamı.”
“Adamı” şeiri ictimai və əxlaqi mövzuları vurğulayan fəlsəfi və tənqidi əsərdir. Şair burada insanın təmizliyinin, mənəvi dəyərlərinin qorunmasına diqqət çəkir və cəmiyyətdəki haqsızlıqlar, zülmlər qarşısında insanın durumunu göstərir. Şeirin əsas ideyası “adamı” – yəni saf, haqqı bilən və doğru yaşayan insanı qorumaq və onun dəyərini tanıtmaqdır. Burada şair vurğulayır ki, insanın dəyərini tanımaq və hörmət etmək Allah qarşısında vacibdir. “Zülümdü” sözündə isə ədalətsizlik və haqsızlıq vurğulanır. Digər bəndlərdə cəmiyyətin haqsızlıqla dolu olduğu göstərilir. İnsan haqqını müdafiə etsə də, mövcud sistem onu məhv etməyə çalışır. “Var”ı “yox” ilə vurmaq – haqsızlıq və sui-istifadə rəmzidir.
“Zəhərdən şirə çəkirlər,
Kafiri pirə çəkirlər.
Eynicə yerə çəkirlər
Gah şeytanı, gah adamı.”
Müəllif birinci misrada açıq tənqid və ironik çalarla dəyərlərin təhrifini göstərir. Zərərli və təhlükəli olan şeylər faydalı kimi cəlbedici təqdim olunur. Bu, cəmiyyətdə həqiqətin saxtalaşdırılması, pisin yaxşı kimi təqdim olunması ideyasını göstərir. İkinci misrada isə saxta, naqis olan şəxslərin ucaldılmasını göstərir. Kafir - haqq yoldan uzaq olan, pir – müqəddəs kimi dini terminlərdən istifadə tənqidi daha da kəskinləşdirir. Sonuncu beytdə əxlaqi dəyərlərin pozulması, hər şeyin eyni səviyyəyə - hətta insanın şeytan səviyyəsinə endirilməsi, şeytanın insan səviyyəsinə qaldırılması dəyərlərin tamam qarışmasını göstərir.
“Balabanda qandırır”lar,
Olmaza inandırırlar…
Saflığına sındırırlar
Sularından saf adamı.”
“Balaban” burada məcazi məna daşıyır. Müəllif bu obraz vasitəsilə göstərir ki, insanları açıq zorla yox, yumşaq, təsirli, emosional vasitələrlə aldadırlar. “Qandırmaq” sözü isə inandırmaq, aldatmaq, fikrini dəyişmək anlamındadır. Deməli, cəmiyyət emosional manipulyasiya ilə yönləndirilir. İnsanlara gerçək olmayan, mümkün olmayan şeylər həqiqət kimi qəbul etdirilir. “Olmaz” anlayışı məntiq və həqiqət sərhədini bildirir. Müəllif deyir ki, həqiqət yox, illüziya hakimdir. Üçüncü sətir mənəvi zorakılığa işarədir. “Sındırmaq” daxili bütövlüyü, təmizliyi pozmaq deməkdir. Saf insan birbaşa deyil, öz təmizliyinə görə zərbə alır. Cəmiyyət saflığı qorumaq əvəzinə onu zəiflik kimi qəbul edir və məhv edir. Burada dərin psixoloji çalar var. “Sularından” ifadəsi metaforadır. Su burada təmizlik, aydınlıq, mənəvi paklıq rəmzidir. “Sularından saf adamı sındırırlar” – yəni insanı təmizliyindən, təbii saflığından ayırırlar. Bu, mənəvi yadlaşdırmadır. İnsan öz mahiyyətindən uzaqlaşdırılır.
Bu şeir bütövlükdə satirik-fəlsəfi məzmun daşıyır. Müəllif zahirən “yalanı” tövsiyə edir, lakin əslində cəmiyyətdə formalaşmış saxta dəyərləri ifşa edir. İroniya əsas ifadə vasitəsidir, deyilənlə nəzərdə tutulan arasında böyük fərq var.
“Adamı” şeiri insanın əxlaqi və mənəvi dəyərlərinin qorunmasına çağırışdır. Burada saf, haqqı bilən və doğru yaşayan insan tərənnüm olunur, eyni zamanda cəmiyyətin zülmü, yalanları və aldadıcı yolları tənqid edilir. Şair metaforalar və təkrirlərlə ideyasını gücləndirir: hər bir “adamı” – yəni insanı qorumaq vacibdir, əks halda cəmiyyət öz dəyərini itirər. Əsas obrazlar; adam, Allah, mələk, şeytan, iblis – şeirin fəlsəfi xəttini təşkil edir. Bu şeir oxucunu düşünməyə, əxlaqi seçimlərini analiz etməyə dəvət edir.
***
“Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da, getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.”
Bu şeir fəlsəfi və tənqidi üslubda yazılmışdır. İnsanın həyatında yalan, doğru-yanlış, oyun və qismət anlayışlarını araşdırır. Lirik mən könülə müraciət edərək həyatın həm sərt, həm də yalan tərəflərini göstərir. Şeir həm əxlaqi, həm də psixoloji dərinlik kəsb edir və oxucuya həyatın təzadlarını, aldanmaları və oyunları göstərir. “Ən böyük yalanmış doğru deyilən” – yəni insanlar tez-tez “doğru” dedikləri şeylərdə aldanırlar. “Doğruçu olmağı boşla da getsin” – burada yalan və oyunların həyatın qaçılmaz bir hissəsi olduğu mesajı verilir.
“Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan, - de,
Oxunu daşlara tuşla da, getsin.”
Şair burada yalanın sadəcə pislik olmadığını göstərir. O, dost, təbiət və hətta daşlar üçün yalanın metaforik istifadəsini təklif edir. “Oxunu daşlara tuşla da, getsin” misrası isə insanın hərəkətinin nəticələrini simvolik olaraq göstərir. Yəni bəzən məqsəd uğrunda “yalan”dan istifadə qaçılmaz olur, həyatın bir oyunu kimi təqdim edilir.
“Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.”
Burada şair sosial və ictimai aləmdəki yanlışlıqları göstərir. “Təpil yarğanlara” – zəif və yalancıların alçaldılması, “çürük matahını bürü şallara” – çirklənmiş, zədələnmiş mənəvəyyatın gizlədilməsi və ya insanların maskalanması ilə bağlıdır. Şair cəmiyyətdəki oyunları və yalançı təzahürləri simvolik dil ilə təsvir edir.
“Nə gözəl toxunub fələyin toru? -
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.”
Bu misralar insanın həm daxili, həm də xarici mühitdə oyun və fəlakətə məruz qalmasını göstərir. “Adam özü qaçır ağzına doğru” – insan özü seçir. “İçində quldurdu, çölündə oğru” – burada daxili və xarici təhlükələr, mənəvi zərərlər göstərilir.
“Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? - Qoşa da getsin!”
Son bənddə şair ömür dedikdə həm də ölümü nəzərdə tutur. Sanki ölümü dilə tutub aldadaraq ömrünü biraz da uzatmağı tapşırır. İkinci sətirdə dünyanı keçici adlandırır. Həyat və zamanın bir oyun olduğunu, insanın həyatın qısa və fanilik tərəfini dərk edərək yaşamasını vurğulayır. Lap sonda yalan və həqiqət bir-birinə qarışır, nəticədə hər iki istiqamət həyatın qaçılmaz bir hissəsi olur.
Şeirdə metaforalar və təsvirlərdən geniş istifadə olunur: “dağa dərə söylə”, “oxunu daşlara tuşla”, “çürük matahını bürü şallara”, “fələyin toru”. Bu metaforalar həyatın mürəkkəbliyini, oyun və yalanlarla dolu olduğunu oxucuya çatdırır. Şair bildirir ki, həyatın reallığı ilə başa çıxmaq üçün bəzən oyun və yalanlardan istifadə qaçılmazdır. Burada həm fəlsəfi, həm də ictimai mesaj vardır - insanın daxili və xarici dünyasında həm doğru, həm də yanlış yol mövcuddur. Hər kəs öz taleyi və hərəkətləri ilə üzləşir, həyatın qanunauyğunluğu dəyişməzdir. Şeir oxucunu düşünməyə, həyatda seçimləri analiz etməyə və yalanlarla mübarizə aparmağa çağırır.
İbrahim İlyaslının poeziyası müasir insanın daxili sarsıntılarını, vicdan mübarizəsini və həqiqət axtarışını ifadə edən sanballı ədəbi hadisədir. Onun yaradıcılığı sözün məsuliyyətini daşıyan, oxucunu həm estetik, həm də mənəvi düşüncəyə sövq edən çağdaş poeziya nümunələridir. Bu şeirlər oxunmaqla yanaşı, dərk edilmək və yaşanmaq üçün yazılıb. Nə qədər sadə, el dilinə yaxın görünürsə, bir o qədər də dərin fəlsəfi mənaya malikdir.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanda xalq yazıçıları və şairlərini hər kəs tanıyır. Sayları çox azdır, hamısı da ulduzdur, görkəmlidir. Rəssamlar, teatr və kino xadimkəri də eləcə. Yəni bu sahələrdə ən yüksək fəxri ad almaq üçün illərini xərcləməli, xalq tərəfindən sevilməli, ölkə mədəniyyətinə böyük töhfələr verməlisən. Yeganə bir sahə musiqidr ki, burda bəzən elə xalq artistlərinə rast gəlinir ki, dörd ətrafa səslənib kim olduğunu soruşsan, kimsə bir şey bilməz.
Belələrinin bioqrafiyası da çox kasaddır. Oturub düşünürsəm ki, axı niyə xalq artisti?
Azərbaycan Respublikasının xalq artisti Eldar Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb və 1971–1973-cü illərdə buranın solisti olub. O, 1974-cü ildə Azərbaycan Estrada-Simfonik Orkestrinin, 1996-cı ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub.
Cəmi bu qədər.
Filmoqrafiya
- Əzablı yollar
Mükafatları
1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı.
İndi isə “axı niyə xalq artisti” sualının ən ağlabatan cavab variant. Baxın, musiqi sahəsində müasir mahnı janrı, klassiki musiqi – bu sahələr populyardır, orada parlayan hər kəs gözə tez dəyir. Amma hərbi orkestr ifaçısını harada görürük ki tanıyaq da? Bu sahədə spesifik rəqabət də yoxdur. Ona görə ən azı hərbçi həmrəyliyi səbəbindən Müdafiə Nazirliyi öz əməkdaşının yubileyində fəxri ad almasını təmin edə bilir.
Bu qədər bəsit.
Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Yadınızdadır, bir vaxtlarkı Toylar kralı?
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Səməd Səmədovun adı gələndə nədənsə yada məşhur lətifə düşür.
Səməd Səmədov Habil Əliyevi görcək sevincək deyir:
-Mənə xalq artisti adı verildi.
O da başını bulayır:
-Verirdilər verirdilər də, bəs sən niyə götürürdün?
Azərbaycan xalq artisti Səməd Səmədov. Mərhum müğənnimiz. Toylar kralı. Bir vaxtlar ona bu təxəllüsü qoymuşdular. Ölkədə ən çox toy aparan müğınni idi. Yarım oktavalıq səsi var idi, buna uyğun da mahnılar oxuyurdu. Amma tamaşaçı damarını tuta bilmişdi deyə populyar idi.
Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu “Ulduzlar Bağı”nda Səməd Səmədovun ad ulduzu qoyulub.
Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Məşhur mahnıları
1. Qızlar
2. Bu dünyanın üzünə bax!
3. Bakılı balasıyam
4. Sensiz qalan dünya
5. Sevgimiz
6. Taleyimə qurban olum
7. Yenə görüşərik
Filmoqrafiya
- Yanmış körpülər
- El içində
Müğənni 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)
Astara, Kuybışev və sonra xüsusi mühafizə idarəsi
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi
Çox adama əl tutub, necə deyərlər, dar günündə kömək edib. Xeyirxah, alicənab, nəcib insandır. Sağlam həyat tərzi keçirməyi xoşlayır, səliqə-səhmana, nizam-intizama ciddi yanaşır. İti zəkalı, dərin təfəkkürlü, çox səbirli birisidir. Müdriklərə xas olan keyfiyyətləri yetərincədir. Analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Ünsiyyətdə mehriban, şən və yumor hissinə malik adamdır...
1950-ci ildə Astarada dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, mühəndis, hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə Kuybişev şəhərində tornaçı kimi başlayıb. Sonra üç il sovet ordusu sıralarında zabit kimi xidmət edib. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində işə düzələnədək Leytenant Şimidt adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifələrində çalışıb. Hazırda təqaüddə olan general-polkovnikdir…
Heç bir nailiyyət əziyyətsiz başa gəlmir. Əzmkarlıq, iradə, zəhmət və Allahın uğuru qazanılan hər bir nailiyyətin məğzini təşkil edir. Min bir əziyyətə qatlaşaraq, addım-addım zirvəyə yetişib. Adi fəhləlikdən ali zabit rütbəsinədək yüksəlib. Daha doğrusu, leytenant, baş leytenent, kapitan, mayor, podpolkovnik, polkovnik və s. rütbələr onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün o təqaüddə olsa da, Azərbaycan dövlətinin ən yüksək çinli zabitlərindən biri sayılır. Adı Azərbaycan tarixində öz əksini tapmış soydaşlarımızdandır...
Bəli, sizə Vaqif Əlibala oğlu Axundov haqqında danışırdım. Sentyabrın 16-sı onun doğum günüydü, 76 yaşı tamam olurdu. Ona möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram…
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)


