Super User

Super User

Çərşənbə axşamı, 09 İyun 2026 08:03

Görkəmli tarzən Vamiq Məmmədəliyevin 80 illik yubileyidir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gənc xanəndə və müşayiətçilərin yetişməsində, onların xalq tərəfindən tanınmasında, meydan üzü görməsində yardımçı olaraq xeyirxah işlər görübVamiq Məmmədəliyev. Hələ post-sovet məkanında Azərbaycan radiosunda onun ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilib...

 

Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953–1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb.

Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar "Bahar" xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965–1967-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub.

Vamiq Məmmədəliyev 1972–1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar üzrə ali təhsil alıb

Bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa texnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub.

Mədəni Maarif Texnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971–1993), Bakı Musiqi Akademiyasında baş müəllim, dosent (1988–2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyev 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılmaqda olan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunub.

O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf edən Vamiq Məmmədəliyev yaradıcılıqdan da kənar qalmayıb. Onlarla elmi məqalələr, metodiki göstəricilər, tədris proqramları tərtib etməklə bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak edib.

Həmin dövrlərdə demək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş Vamiq Məmmədəliyev nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək ödüllərə layiq görülüb.

1985-ci ildə Ümumittifaq "Melodiya" firması Vamiq Məmmədəliyevin ifasında Xaric Segah və Rahab muğamlarını lentə alaraq yüksək tirajla çap edib. 1989-cu ildə İsveçdə keçirilən "Falun Folkmusic Festival" folklor festivalda uğurla çıxış edərək 1-ci yerə layiq görülüb və digər Avropa ölkələrinə dəvətlər alıb.

1994-cü ildə Fransanın "Maison De’s Cultures Du Monde" şirkəti Vamiq Məmmədiyevin ifasında Nəva və Rahab muğamlarını və onun müşayiətilə Qəndab Quliyevanı və Canəli Əkbərovu lentə alıb. 1996-cı ildə Vamiq Məmmədəliyev kompakt-disklərin təqdimatından ötrü Fransaya dəvət alıb. 1996–97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılıb.

Dəfələrlə İran İslam Respublikasında, Türkiyə Respublikasında (Hacı Bektaş Vəlinin 500 illiyində), İraqda (Babilistan Festivalında), Danimarkada, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukrayna Respublikasında keçirilən tədbirlərdə uğurla çıxış edib, konsertlər verib

Ölkəni qarış-qarış gəzən, bütün zonalarda – istər müharibə bölgəsində, istərsə də dinc rayonlarda keçirilən konsertlərdə iştirak edən Vamiq Məmmədəliyev ümumiyyətlə Azərbaycanın musiqisevərləri, ziyalıları arasında da yaxşı tanınıb.

2005-ci ildə ulu öndərimizin adını daşıyan "Heydər Əliyev Fondu"nda UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı Vamiq Məmmədəliyev yaxından iştirak edərək öz arzu və tövsiyələrini sənət yoldaşları ilə bölüşüb.

Az sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gələn "Qarabağ xanəndələri" layihəsi Azərbaycan musiqi mədəniyyətinin inkişafında daha bir addım olub. Vamiq Məmmədəliyev respublikada keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü və sədri kimi də fəal ziyalı mövqeyini nümayiş etdirib.

Bir sözlə musiqidən, qəzəliyyatdan, muğamlardan bəhs edən mədəni tədbirləri, xatirə gecələrini, məclisləri Vamiq müəllimsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyevin adının olması tarzənin 60 illik yubileyinə töhfə olub.

Hazırda başçılıq etdiyi kollektivdə sərbəst ünsiyyət, yaradıcı mühit, gənc musiqiçilərin yetişməsi, onların ifaçılıq üslublarının cilalanması, sağlam rəqabət Vamiq Məmmədəliyevin kredosudur. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb

27.05.2018-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.05.2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti Fəxri adına, 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

Çərşənbə axşamı, 09 İyun 2026 09:02

Bu gün Rəşid Behbudovun anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əfsanəvi hind aktyoru və rejissoru Rac KapurRəşid Behbudovun yaxın dostu idi, onun sənətinə və şəxsiyyətinə dərin hörmət bəsləyirdi. O, xəstə olduğu dövrdə ona baş çəkməyə gələn Rəşid Behbudova olan ehtiramını ayağa qalxa bilmədiyi üçün onun əlindən öpərək göstərmişdi.

Dünya şöhrətli rus bəstəkarıDmitri ŞostakoviçBehbudovun vokal məharətini və musiqili ifadə tərzini yüksək qiymətləndirən bəstəkarlardan biri olub. Onun ifasının texnikasına və emosionallığına heyranlığını ifadə etmişdir.

SSRİ-nin görkəmli bəstəkarı və ictimai xadimi Tixon Xrennikov isə Rəşid Behbudovu təkcə müğənni kimi deyil, həm də fərqli mədəniyyətləri birləşdirən nadir istedad, musiqi elçisi adlandırmışdı...

 

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayıb. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub.

1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olub. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb.

1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olub. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunub. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.

1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

1975-ciildə NazimAbbastərəfindən çəkilənAzərbaycantelefilmistehsalı RəşidBehbudovadlı qısametrajlı sənədliteleviziyafilmionahəsrolunub.

1985-ciildə Davud İmanovtərəfindən çəkilənAzərbaycantelefilmistehsalı RəşidBehbudovadlı qısametrajlı sənədliteleviziyadə filmihəsrolunub.

 

Əsərləri

1. Aylı Gecələr

2. Alagöz

3. Anacan, Dostum Evlənir

4. Ayrılıq

5. Azərbaycan

6. Bakı Haqqında Mahnı

7. Bakının Ulduzları

8. Əlvida

9. Evləri Var Xana Xana

10. Əziz Şəhər

11. Gəlmədin

12. Gül Oğlan

13. Halvacı

14. Həzin Mahnı

15. Idet Vesna Po Apsheronu

16. Canım Bakı

17. Hardadır O Yar

18. Bakı 1

19. Bakı 2

20. Ey Sevincim

21. Gözəl Paytaxt

22. Ana

 

Filmoqrafiya

- Arşın mal alan (film, 1945)

- Doğma xalqıma (film, 1954)

- Bəxtiyar (film, 1955)

- Səadət yolu ilə (film, 1956)

- Azərbaycan mədəniyyətinin baharı (film, 1959)

- Romeo mənim qonşumdur (film, 1963)

- Abşeron ritmləri (film, 1970)

- Toyda görüş (film, 1970)

 

Təltifləri və mükafatları

- Sosialist Əməyi Qəhrəmanı

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Gürcüstan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Dağıstan MSSR xalq artisti" fəxri adı

- "Stalin" mükafatı

- Azərbaycan SSR Dövlət mükafatı

- 2 dəfə "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- "Xalqlar Dostluğu" ordeni

 

 Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Qarabağ münaqişəsinin yeni alovlandığı bir vaxtlar idi, müğənni də bu münaqişədə Moskva ilə danışıqlar aparan bir tərəf idi. Odur ki, onun ölümününü müəmması hələ də açılmayıbdır.

2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında müğənninin 100 illik yübileyi qeyd olunub.

1991-ci ildə, Bakı şəhərində, keçmiş adı "Leytenant Şmidt küçəsi" və uzunluğu 2,16 km olan mərkəzi küçələrdən biri, Rəşid Behbudovun adına adlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

Ziyarət Cabarova-Qəhrəmanova,

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Azərbaycan Rəssamlar İttifaqının gənc sənətşünaslar bölməsi üzrə prezident təqaüdçüsü.

“Ədəbiyyat və incəsənət”

 

        

Bəzən rəssamın yaradıcılıq yolu onun çəkdiyi əsərlərdən daha əvvəl başlayır. Uşaqlıq xəyallarında, ilk rəng seçimlərində və gələcəyini müəyyən edən kiçik, lakin taleyüklü anlarda. Nəsibə Əsgərovanın sənət yolu da məhz belə bir hekayənin davamıdır. O, qrafika təhsili almasına baxmayaraq, rəngkarlıq sahəsində formalaşdırdığı fərdi üslubu, milli-mənəvi dəyərlərə söykənən əsərləri və uzun illər ərzində yetişdirdiyi gənc istedadları ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutmuş, yaradıcılıq yolunun əsas istiqamətini müəyyənləşdirmişdir.

 

Əsgərova Nəsibə Abdulhəsən qızı 12 mart 1984-cü ildə Neftçala şəhərində anadan olmuşdur. Orta təhsilini Neftçala şəhəri Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov adına 1 nömrəli tam orta məktəbdə almışdır. Nəsibənin təsviri sənətə olan marağı hələ uşaqlıq illərindən özünü göstərmişdir. O, bağça yaşlarından çəkdiyi rəngarəng rəsmlərlə müəllimlərinin diqqətini cəlb edir, əsərləri təhsil aldığı müəssisələrin şərəf lövhələrində nümayiş etdirilərək digərlərinə nümunə göstərilirdi. Kiçik yaşlarından kitab oxumağa böyük maraq göstərən balaca rəssam mütaliə etdiyi nağılların qəhrəmanlarını öz təsəvvüründə canlandıraraq albomlara köçürürdü. Onun ilk tamaşaçısı, ən böyük dəstəkçisi və həvəsləndiricisi atası olmuşdur. Atası qızının çəkdiyi rəsmləri hər zaman qürurla göstərir, onun istedadına inanırdı.

Rəssamlıqla yanaşı, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinə də maraq göstərən Nəsibə Əsgərova tikiş, geyim dizaynı və moda sahəsində də bacarıqlarını nümayiş etdirmişdir. Onun yaradıcılıq yolunda mühüm dönüş nöqtələrindən biri xalçaçı-rəssam İsmayıl Qasımovla tanışlığı olmuşdur. İsmayıl müəllim onun əsərlərini yüksək qiymətləndirərək gənc istedadı rəssam Rəhim Rəhimovla tanış etmişdir. Nəsibə Əsgərova iki il ərzində hər iki sənətkardan peşəkar rəsm dərsləri alaraq təsviri incəsənətin incəliklərini dərindən mənimsəmiş, bu sahənin sirlərinə bələd olmuş, rəssam kimi gələcəyinin möhkəm təməlini formalaşdırmışdır. O, 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Qrafika” fakültəsinə qəbul olunmuşdur. Sonradan təhsilini yeni yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eyni ixtisas üzrə davam etdirmişdir. Akademiyada təhsil aldığı illərdə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri olan Azərbaycan Respublikasının Xalq rəssamları Yusif Hüseynov, Cəmil Müfidzadə, Oqtay Sadıqzadə, Natiq Əliyev, Əməkdar rəssamlar Rəsul Hüseynov, Aydın Hüseynov və digər sənətkarların tələbəsi olmuşdur. Nəsibənin yaradıcılıq dünya görüşünün və fərdi dəst-xəttinin formalaşmasında xüsusilə Yusif Hüseynov və Cəmil Müfidzadənin müstəsna rolu olmuşdur. Bakalavr təhsilinin sonunda diplom müdafiəsi zamanı görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarov, magistratura təhsili üzrə diplom müdafiəsində isə Xalq rəssamı Tahir Salahov onun yaradıcılığını yüksək qiymətləndirmişlər.Tahir Salahovun auditoriya qarşısında söylədiyi “Sənin əsərlərində poeziya var, baxmayaraq ki, ciddi mövzu üzrə  əsər işləmisən” fikri gənc rəssam üçün böyük stimul və mənəvi dəstək olmuşdur. O, həm bakalavr, həm də  magistratura təhsilini fərqlənmə diplomları ilə başa vurmuşdur. Akademiyada təhsil aldığı illərdən etibarən müxtəlif mövzulu sərgilərin, nazirliklərin keçirdiyi layihələrin fəal iştirakçısına çevrilən Nəsibə Əsgərova bir sıra diplom və mükafatlara layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, o, tələbəlik illərində Nahid Kabakçı mükafatına layiq görülən iki tələbədən biri olmuşdur.

İstedadlı rəssamımız 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında müəllim kimi çalışır. Uzun illər ərzində şagirdləri ilə birlikdə respublika və beynəlxalq sərgi, müsabiqə və layihələrdə iştirak edərək uğurlu nəticələr əldə etmişdir. Nəsibə xanım yetişdirdiyi hər bir şagirdin uğurunu öz uğuru kimi qiymətləndirir və onların yaradıcılıq inkişafına xüsusi diqqət yetirir. Onun əsərlərində qrafikanın dəqiqliyi ilə rəngkarlığın emosional ifadə gücü harmonik şəkildə birləşir. Rəssam forma və işığın təsir imkanlarını rəng vasitəsilə təqdim edir, qrafik düşüncədən qaynaqlanan aydın konturlar və dəqiq kompozisiya quruluşu ilə əsərlərinə fərdi xarakter qazandırır. Xüsusilə qızılı və qəhvəyi tonlardan istifadə etməsi onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindəndir. Bu rəng həlli tamaşaçı ilə emosional əlaqə yaratmağa xidmət edir.

Nəsibə Əsgərova rənglərin dili ilə düşünən, hisslərini fırçanın gücü ilə peşəkarcasınsa ifadə edərək cəmiyyətin mənəvi yaddaşını formalaşdırır. Onun   əsərlərində Azərbaycanın milli-mədəni dəyərləri, tarixi keçmişi, təbiəti, insan taleləri və müasir həyatın müxtəlif məqamları özəksini tapır. Rəssam üçün seçdiyi sahə sadəcə peşə deyil, daxili dünyasını ifadə etmək və insanlarla ünsiyyət qurmaq vasitəsidir. O, müxtəlif janrlarda uğurlu əsərlər ərsəyə gətirmişdir. Buna misal olaraq “Sərdarabad qalası”, “Güzgülü saray”, Ümummilli Lider Heydər Əliyevin portreti, “Gerçəkləşmiş arzular”, “Dua və iradə”, “Simlərin səsi”, “Tarın nəğməsi”, “İnamın zəfəri”, “Çiçəklərin rəngli səsi”, “Çiçəklərin təbəssümü”, “Qarabağ”, “İrəvan xanlığı”, “Üzeyir Hacıbəyov”, “Payız təranələri” və digər adlarını sadaladığımız əsərləri onun yaradıcılıq diapazonunu əks etdirən dəyərli nümunələrdəndir.

Daim yaradıcılıq axtarışında olan rəssam 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2024-cü ildə keçirilən “Vətənim Qərbi Azərbaycan” Respublika rəsm müsabiqəsində II yerə layiq görülmüşdür. 2026-cı ildə isə ilk fərdi sərgisi sənətsevərlərin görüşünə gəlmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş tədbir çərçivəsində təşkil edilən “Yaddaşın sədası” adlı bu sərgi rəssamın yaradıcılıq fəaliyyətində mühüm mərhələ olmuşdur. Sərgidə müxtəlif janr və texnikada olan maraqlı kompozisiyalı 30-dan çox əsərini nümayiş etdirmişdir. Zəngin ekspozisiyası ilə diqqət çəkən sərgi sənətsevərlər tərəfindən maraqla qarşılanmış, nümayiş olunan əsərlər hər bir tamaşaçıda dərin təəssürat yaratmışdır.

Bu gün də Nəsibə Əsgərova pedaqoji və fərdi yaradıcılıq fəaliyyətini uğurla davam etdirərək yeni əsərlər üzərində çalışır, incəsənət dünyasına öz töhfələrini verir. Onun əsərləri müxtəlif şəxsi kolleksiyalarda və sərgi ekspozisiyalarında qorunub saxlanılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2026)

 

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun 1970-ci illərin sonu dövrü təkcə böyük epik filmlərlə deyil, həm də gənclərin daxili dünyasına, mənəvi axtarışlarına və cəmiyyətdə öz yerini tapmaq səylərinə həsr olunmuş kiçikmiqyaslı, lakin dərin məzmunlu ekran əsərləri ilə diqqət çəkir. "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Diplom işi" qısametrajlı bədii filmi də məhz belə səmimi gənclik dramlarından biridir.

 

 Yaradıcı gəncliyin arxa planı

Filmin ssenari müəllifi, milli kinomuzda psixoloji dramların və kəskin süjetli filmlərin mahir ustası olan görkəmli dramaturq Ramiz Fətəliyevdir. Ssenarinin gücü ondadır ki, müəllif sovet gəncliyinin idealizə edilmiş obrazından uzaqlaşaraq, real tələbə mühitini, gənclərin qarşılaşdığı bürokratik və mənəvi çətinlikləri qabarda bilib.

Filmin quruluşçu rejissoru, öz fərqli vizual estetikası ilə seçilən Şamil Nəcəfzadədir. Rejissor bu qısa zaman kəsiyində personajların daxili dünyasını, onların gələcək peşə həyatına addım atarkən yaşadıqları həyəcanı və prinsiplər uğrunda mübarizəsini çox dəqiq ştrixlərlə tamaşaçıya çatdırıb.

 

 Filmin süjet xətti və prinsiplərin sınağı

Süjetin mərkəzində universitetin son kursunda oxuyan və öz diplom işini müdafiə etməyə hazırlaşan gənc bir tələbənin hekayəsi dayanır. Bu iş onun üçün sadəcə bir qiymət və ya diplom almaq vasitəsi deyil, öz peşəkar bacarığını, dünyaya baxışını və fərdi imzasını təsdiq etmək imkanıdır.

Lakin sistemin yazılmamış qaydaları, bəzi müəllimlərin mühafizəkar yanaşması və gənc reallığı ilə sovet bürokratiyasının toqquşması hadisələri dramatik müstəviyə keçirir. Film, yaradıcı insanın öz prinsiplərini qorumaq üçün nə dərəcədə güzəştə gedib-getməyəcəyi sualı ətrafında qurulub. Tələbə gənclər arasındakı dostluq, rəqabət və həmrəylik motivləri də hekayəni daha da canlandırır.

 

 Zamanın sınağından keçən dəyərlər

"Diplom işi" filmi öz dövrünün ab-havasını, gənclərin geyim tərzini, düşüncə sistemini və Bakı tələbə mühitini vizual yaddaş kimi qoruyub saxlayır. Böyük aktyor heyətinin səmimi ifası və rejissorun detallara verdiyi önəm bu qısametrajlı filmi bu gün də maraqla izlənilən bir əsərə çevirir.

Xüsusilə Ramiz Fətəliyevin yaradıcılığına və Azərbaycan gənclik kinosunun tarixinə müraciət edən media portalları üçün bu film, kinomuzun gizli qalmış, lakin mənəvi yükü böyük olan incilərindən biri kimi gözəl bir araşdırma mövzusudur.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Bazar ertəsi, 08 İyun 2026 11:42

"Mübarizlər" kitabı təqdim edildi

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

İyunun 6-da Respublika Veteranları Təşkilatının konfrans  zalında "Mübarizlər" kitabının təqdimatı keçirilib. Xatırladaq ki, bu kitab müəllifi Azər Hacıbəylinin "Azərbaycan fədakarlıq məktəbi" silsiləsinə daxil olan növbəti kitabıdır.

 

Kitab Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Vətən müharibəsi Şəhidləri Səbuhi Əsədov, Rauf İbadov, İsrayıl Cəfərzadə haqqındadır.

Tədbiri Azər Hacıbəyli açıq elan etdikdən sonra Dövlət Himni səslənmiş sonra Ulu Öndər və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Azər Hacıbəyli kitabda yer alan Şəhidlərin qəhrəmanlığı haqqında məlumat vermişdir.

Kitabda yer alan şeirləri bəndəniz - filoloq-yazar, AJB-nin üzvü Ülviyyə Əbülfəzqızı qiraət edərək zaldakı dinləyicilərə çatdırmışdır.

Şəhidlərin ailələri qürurla çıxışlar etmiş, kitab barəsində öz fikirlərini bölüşmüşlər.

Eləcə də şəhid Ramin Hüseynovun atası Qüdrət Hüseynov, yazıçı, araşdırmaçı, ehtiyatda olan zabit Rüfət Hüseynli, Qarabağ müharibəsi əlili, ilahiyyatçı, yazar Hacı Həsən Hüseynli, 1-ci Qarabağ müharibəsi iştirakçısı, həvəskar qiraətçi və istefada olan polkovnik-leytenant Cəbrayıl Qənbər, Qarabağ müharibəsi veteranı,  yazıçı-publisist, Əməkdar müəllim Bayram Məmmədov çıxış etmişlər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və İ.Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” tədbirlər çərçivəsində Laçın rayonunun cəsarətli qızı, filoloq-müəllim, şəhid Səma Aydın qızı Kərimovanın əziz xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlı xatirə gecəsi keçirdilər.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova qonaqları salamladı və bildirdi ki, şəhidlər – bizim iftixarımız, qürur mənbəyimizdir. Aparıcı Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışlarından şəhidlər haqqında sitatlar gətirdi.

L.Məmmədova Səma Kərimovanın Laçının Nağdalı kəndində başlayan mənalı ömür yolundan, onun tələbəlik və müəllimlik illərindən danışdı. O, Laçının işğalı zamanı ailəsi ilə birlikdə yaşadıqları çətin günlərdən bəhs etdi. Vurğuladı ki, vətənsevər Səma xanımın işıqlı obrazı və adı hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

“Köhnə çamadanlar” filminin ssenari müəllifi və rejissoru Səidə Haqverdiyeva çıxışında vurğuladı ki, filmi ərsəyə gətirərkən Qarabağ ağrısını və köçkünlük həyatını yaşayan qadınlarımızın fədakarlığını gələcək nəsillərə ötürməyi hədəfləyib.

Laçın rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova çıxışında qeyd etdi ki, Laçın torpağı tarix boyu məğrur, vətənsevər və cəsarətli insanlar yetişdirib. Bildirdi ki, Nağdalı kəndinin ziyalı ailəsində böyüyən Səma xanım da məhz bu yurdun məğrurluğunu və saflığını öz xarakterində daşıyırdı.

Milli Məclisinin deputatı, professor Rövşən Muradov burada təkcə bir şəhidin yox, həm də Azərbaycan ziyalısının və Azərbaycan qadınının uca mənəviyyatının yad edildiyini dedi. Millət vəkili 90-cı illərin əvvəllərində respublikada baş verən siyasi mübarizədən, torpaqlarımızın işğalından, Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara göstərdikləri diqqət və qayğıdan danışdı. O, Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdı, ölkəmizdə, Laçın rayonunda gedən quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verdi.

“Laçınsızlar” filminin rejissoru Etibar Məmmədov vurğuladı ki, Laçın ağrısı və həsrəti uzun illər bizim yaradıcılığımızın əsas xəttini təşkil edib. E.Məmmədov çəkilən filmlərin və keçirilən bu möhtəşəm tədbirin bir daha şəhidlərin unudulmazlığını sübut etdiyini diqqətə çatdırdı.

Laçının görkəmli müəllimi və ictimai xadim Leyla İlyasova Səmanın ədəbiyyata və dilimizə olan bağlılığının onun saf qəlbinin göstəricisi olduğunu xatırladı. O nəzərə çatdırdı ki, şəhid müəllimənin ruhunun işığı gələcək şagirdlərin və gənc müəllimlərin yolunu hər zaman aydınlatmağa davam edəcəkdir.

Tədbirdə şəhid Səma Kərimovanın sevdiyi şeirlər və mahnılar səsləndirildi.

Şəhid Səma Kərimovanın anası Sevda xanım Kərimova tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi. O, qızının xatirəsinə göstərilən bu böyük ehtirama və diqqətə görə hər kəsə minnətdar olduğunu vurğuladı. Sevda xanım qeyd etdi ki, şəhidlərimizin adının uca tutulması və onların xatirəsinin gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur. Bu cür tədbirlərin təşkil olunmasının şəhid ailələri üçün böyük bir təsəlli və mənəvi dəstək olduğunu diqqətə çatdırdı.

Şəhidin qızı Nurlanə Hümbətova öz çıxışında anasının şərəfli ömür yolundan qürurla bəhs etdi. O, belə qəhrəman və fədakar bir qadının qanını daşıdığı üçün sonsuz fəxr hissi keçirdiyini qeyd etdi.

Tədbirin bədii hissəsində Tatar icmasının fəalı, Dünya Xalqları Assambleyasının dəstəyi ilə keçirilən “Dünya mələklərin səsləri” ədəbi müsabiqənin qalibi Renat İlyazov, Yapon poeziyası müsabiqəsinin qalibi Natəvan San (Məcidova), “Bakı piano festivalı” ədəbi müsabiqənin laureatı Arzu Manaflı, qiraətçi Arzu Məmmədova, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin nəzdində Xalq Teatrının rejissoru, bədii qiraətçi Pərvin Ərzənalıyeva, şəhid Səma Kərimovanın bacısı Səbirə Kərimova, bacısı oğlu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Aydın Əlizadə, şəhidimiz Səma Kərimovanın adını daşıyan nəvəsi, məktəbli Səma Hümbətli vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Əməkdar artist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Rəhilə Bəndəliyeva “El yolunda”, “Qazilər” və “Yaşa, mənim xalqım”, Respublika və Beynəlxalq müsabiqələr laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, xanəndə Maya Cəbrayılova “Naçar gedər”, “Ay Laçın”, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin solistləri Fərid Əzizli “Vətən yaxşıdır”, Xəqani Zeynalabdinov “Sarı bülbül” mahnılarını ifa etdilər. Müğənniləri tarda Rəsul Hacızadə, kamançada Eltac Gözəlov, nağarada Həsən Hacıbalayev müşayiət etdilər.

Tədbir iştirakçıları M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın hazırladığı şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş videoçarxı izlədilər.

Xatirə gecəsində şəhid ailələri, qazi və veteranlar, şair və yazıçılar, ziyalılar, sənət adamları, mədəniyyət işçiləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal və Fəxri oxucuları, şagird və müəllimlər, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.youtube.com/watch?v=pDWQ5yfRNRQ

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

Bazar ertəsi, 08 İyun 2026 16:39

Yalan, yoxsa həqiqət? – ESSE

Aysel Fikrət,

“Ədəbiyyat və incəsənət”

 

Dünən anladım ki, mənim bu anlamaq dərdim başıma bəladır.

Nə gözəl yaşayardım, hər şeyə aldanaraq – gecəsi gecə, gündüzü gündüz, rahat, qayğısız. Amma mən dünyadan möcüzə gözlədim. Heç özüm də bilmədim niyə.

 

Zaman gəldi, hər şeyi dəyişdi. İnsanlar adiləşdi, saxtakarlar çoxaldı.

Və beləcə hər şey öz rəngində görünməyə başladı – bircə yalandan başqa. O, yenə min rəngə çaldı. Hər evə girdi, hər ürəyi dağıtdı. Həqiqət özünü qoruyarkən, yalan sürətlə böyüdü, yayıldı, şişdi.

Bir sual verim sizə: Sizinləyəm, niyə yalan danışırsız axı? Axı heç də dediyiniz kimi deyil. Doğrudan, həqiqətən bir-birinizi görən kimi sevinirsiniz? İşdən evə, evdən işə tələsirsiniz? Nədən narahatsınız? Yorğunluq özü də yorub?

Tükənirsiniz, bunu anlayıram. Amma bəlkə də özünüzə yalan danışırsınız. Elə bil ki, hər kəsin içində sükutla gizlədilmiş bir həqiqət var – amma onu deməyə cəsarət yoxdur. And olsun bu günə ki, üstəlik də qorxaqsınız.

Hər nə gördünsə, onun saxtası da var artıq. İnsanlara baxanda düşünürəm: görəsən bu özüdür, ya yaxşı hazırlanmış surəti?

Qonşum Əbülfəz illərlə çalışır, amma oğlunu evləndirə bilmir. Deyir, qızlar saxtadır. Kişinin gözü elə qorxub ki, çətin oğlunu evləndirə.

Yəni hər şey saxtalaşıb – hisslər, münasibətlər, dəyərlər. Qınamıram. Bu qədər saxtanın içində haqqı, ədaləti tapmaq çətindir. Həyat bir labirintə çevrilib – çıxış yolu var sanma, çünki o gördüyün çıxış yolu özü də saxtadır.

Uzun zamandır təkəm, o gündən təkəm ki, bütün bunları anlamağa başladım. İşdə, evdə heç kimi özümə yaxın buraxmadım, özüm də heç kimə yaxınlaşmadım. Bəlkə də bu mənim ən doğru həqiqətim oldu.

Bir xeyir iş görmək istəyirsən, bir Allah bəndəsini illərlə xaricdə oxudursan. Pul göndərirsən, əlindən gələn yardımı edirsən. Elə bilirsən savabdır. Amma sonra öyrənirsən ki, o uşaq heç diplom da almayıb, oxumayıb belə. Ömrünün gənc çağında bu uşaq niyə yalan danışa? O saxta diplomu necə hazırlayıb? Necə asanlıqla inanır insan...

Sevgidə də belədir. Sevgisinə inandığım birinin nigah masasında başqasının gözlərinə gülümsəməsi kimi bəsitdir aliliklər. Sənə inamını, sevgisini vəd edən insan, başqasının yanında xoşbəxt görünürsə, belə dünyanın yaxşı tərəfi harada olar?

Az xəstəlik tapmadı gözəl qızları. Xiffətdən dəlirdilər. Ölən də oldu.

Bəlkə də dəyişməməkdir ən böyük inqilab. Bu inqilabın içində sakit, səssiz bir döyüşçüyəm. Hər gün bir az daha tənhayam, amma bir o qədər də azad. Kiminsə oyununa çevrilmədən, yalanına aldanmadan, öz yolumda. Və bu yolun adı həqiqətdir.

Yalan danışmayın. İşin ucunda ölüm də olsa, mən həqiqəti seçərəm. Çünki həqiqət, nə qədər acı olsa da, gözəldir. Mənə bu haqsızlığı etmə.

Hərdən elə bir aydınlıqda görürəm ki, yalanı – yalan baxışı, yalan alqışı, yalan vərdişi, yalan sevgini, yalan sevgilini – deyirəm: Aman Allah, oldumu indi...

Kaş ki, mən də bu qədər aldana biləydim. Kaş ki, mən də bəlkə bir az yalanın içində rahat yaşaya biləydim. Amma yox, gəlin məndən soruşun. Vallah-billah, yalan deməyəcəyəm.

Bu saxtakarı çox olan dünyanın tək sakini də qalsam,

Yer-göy bir olsa da – həqiqəti deyəcəyəm...

Saxtasan, dünya! Öldürüb yerinə keçdiyin əsl dünyanı ver. Orada həqiqət günəş kimi ürəyimi isidir.

Deyirlər, müqəddəs yalan da var – kiminsə ölməsin, dəli olmasın deyə deyilən yalanlar. O, mənim düşüncəmdə ən dözülməzidir.

Ruhən çoxdan getdiyin yerdə qalıb nəfəs almaq isə özünə yalanın pik məqamıdır.

Bir gün yaşa – həqiqətlə yaşa.

Sən sən ol, yalanla ölmə.

Bu bumbuz dünyanı çox gör mənə, çıxım gedim.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

Ramazan Siracoğlu, professor.

“Ədəbiyyat və incəsənət” üçün

 

Çox qədim tarixə, inkişaf mərhələlərinə malik olan dilimizə iqtisadi, siyasi, dini, mədəni, elmi münasibətlər və  coğrafi qonşuluq səbəbindən fərqli dillərdən xeyli söz, deyim  keçmişdir. Alınma sözlərin bir qismi dilimizin fonetik və qrammatik  təbiətinə uyğunlaşaraq bu gün də öz varlıqlarını qorumaqdadır. Azərbaycan Respublikasında yaşayanların böyük əksəriyyəti müsəlman olduğu üçün, ərəb mənşəli dini sözlər və deyimlər vətəndaşlarımız arasında çox yayğındır. Dilimizdə geniş şəkildə işlənən dini sözlərin və deyimlərin çox cüzi bir qismini bu yazıda  bir yerə toplayıb onların anlamlarını imkanımız daxılındə  açıqlamaq gərəyi duyduq.

 

Bu qəbildən olan sözlərin və ifadələrin etimoloji açıqlaması  geniş oxucu auditoriyası üçün də maraqlı olacağını düşünürük. Yazıya  daxil edilən sözlərin və deyimlərin bəziləri dilimizə, həm də fars dilindən keçdiyini xatırlatmaqda fayda vardır. Bu bir gerçəkdir ki, bizim şairlərimiz, ədiblərimiz öz əsərlərində bəzən nüktədanlıq edərək öz əsərlərində bədii söz sənətinin uğurlu nümunələrini yaratmışlar. O tərz beytləri açıqlamaq üçün Qurani- kərimi bilmək lazımdır. Məsələn:

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ( Füzuli)

Bu beyti açıqlamaq üçün Əraf surəsinin 40-cı ayəsində buyurulmuş “Dəvə iynənin gözündən keçənədək Cənnətə girə bilməzlər— لَا يَدْخُلُونَ الْجَنَّةَ حَتّٰى يَلِجَ الْجَمَلُ ف۪ي سَمِّ الْخِيَاطِۜ hökmünün hikmətini idrak etmək lazımdır. Füzuli  öz dərdlərinin çoxluğunu nəzərdə tutaraq “mənim dərdlərimi dəvəyə yükləsələr, dəvə  həmin qəm yükünün ağırlığından iynənin gözündən keçəcək dərəcədə zəifləyər, sonucda da Cəhənnəm əhli bağışlanar, əzabdan qurtulduğuna görə sevinər” şəklində mübaliğə etmiş, həm də təlmih sənəti yaratmışdır.

Yaxud:

Gücnən deyil, əzizim, bu şəhabi – eşqdir, eşq

Ki, o bərqi- nəxli- iymən hər odun yığana gəlməz. ( Nəbati )

Xançobanı təxəllüsü ilə tanınan Nəbatı  qeyd olunan beytdə Qəsas surəsinin 29-cu- 30-cu ayələri əsasında gözəl bir təlmih nümunəsi yaratmışdır. Ailəsi ilə yola çıxmış Musa Peyğəmbər Turi- Sina ( Sina dağı ) tərəfdən işıq gəldiyini görmüş, ailəsinə “siz burada gözləyin, mən alov gördüm; gedib oradan sizin isinməniz üçün köz gətirim” demişdi. Alov görünən yerə çatdığında həmin vadinin sağ tərəfindəki bir ağacdan ( xurma ağacından) səs gəlmişdi : “Ey Musa, mən aləmlərin Rəbbi ALLAHam—  يَا الْعَالَم۪ينَۙ مُوسٰٓى اِنّ۪ٓي اَنَا اللّٰهُ رَبُّ “. Nəbati də qeyd olunan beytdə “əzizim, o parıltı, sevgidir, ilahi eşqdir; mübarək vadinin sağ tərəfindəki xurmada təcəlli edən işıq hər odun yığanın qarşısına çıxmaz, hər köz axtarına zühur etməz” söyləmişdir.

Və ya:

چو رسی به کوه سینا ارنی مگو و بگذر

که  نیرزد این تمنا به جواب  لن ترانی (Sədi)

Sina dağına çatanda “Mənə görün” söyləmə, keç get;

Çünki, sənin bu istəyin “Məni görə bilməzsən” cavabına layiq deyil.

Sədi Şirazi qeyd olunan beytdə Əraf surəsinin 143-cü ayəsi əsasında çox hikmətli, olduqca mənalı bir fikir bildirmiş, Musa Peyğəmbərə irad tutmuşdur. Qurani- kərimin qeyd olunan ayəsində buyurulmuşdur ki, Musa Peyğəmbər Sina dağında ( Turi- Sinada )  ALLAHa “Rəbbim, mənə görün, sənə baxım— رَبِّ اَرِن۪ٓي اَنْظُرْ اِلَيْكَۜ “ söyləmişdi. ALLAHdan səda gəldi ki, “Sən məni görə bilməzsən-  لَنْ تَرٰين۪ي”. Sədi Şirazi  də Musa Peyğəmbərə, “sən hansı cəsarətlə on səkkiz min aləmin  əbədi tək sahibinə “mənə görün” deyə bilərsən, axı sən hər şeydən öncə, möhtac bir bəndəsən, Onun istəmədiyini sən necə israr edərsən?” buyurmuşdur. Başqa sözlə, hər kəs öz həddini bilməlidir. 

Əlavə açıqlanmağa ehtiyac duyulan başqa bir numunəyə nəzər yetirək:

Səyyafa bədəl hər kimi cəm eyləsə arif,

Səyyadi- əcəl gəlsə məcal eyləmək olmaz. ( S. Ə. Şirvani )

Müqtədir şairimiz S. Ə. Şirvani  nümunə gətirdiyimiz beytdə cahiliyyə dönəmi ərəbləri arasında yayğın olan  bir adəti xatırlatmışdır. Cahiliyyə dövründə bütpərəst ərəblər inanırdılar ki, müəyyən bir yolla Ölüm mələyini aldatmaq olar. Ona görə də xəstə adamın yatağının yanına bir neçə maket qoyurdular. Həmin maketə “bədəl” deyirdilər. Ölüm mələyini də müxtəlif adlarla çağırırdılar ki, adının çəkildiyini bilməsin. Həmin adlar arasında “səyyaf-  سیاف - və səyyad - صیاد -“ sözləri də vardı. “Səyyaf” sözünün hərfi mənası “əli qılınclı, qılınc tutan,  cəllad”, “səyyad” isə “ovçu” anlamı bildirir. S. Ə. Şirvani də yazıb ki, “çoxbilmiş adam Ölüm mələyini aldatmaq üçün xəstə adamın yanına  nə qədər oxşarlar, maketlər, bədəllər yığsa da faydası yoxdur. Ölüm ovçusu gələndə heç kimə bir saniyə də olsun qurtuluş üçün fürsət verməz. S. Ə. Şirvani bu beytdə Qurani- kərimin Cümə surəsinin 8-ci ayəsinə bir göndərmə etmişdir: اِنَّ الْمَوْتَ الَّذ۪ي تَفِرُّونَ مِنْهُ فَاِنَّهُ مُلَاق۪يكُمْ – Qaçdığınız ölüm mütləq sizinlə qarşılaşacaqdır.”

Tədricı-lətafətlə sən İsayi-zəmansan,

İsayə, nigarım, qəmi - Məryəm nə üçündür? (S. Ə. Şirvani  )

Qeyd olunan beytdə işlənmiş “qəmi- Məryəm” ifadəsi oxucular üçün maraqlı ola biləcəyi ehtimalına dayanaraq onu  bir qədər genış şəkildə açıqlamaq istəyirik.

Kitablarda böyük  sayğı ilə  haqqında bəhs olunan Həzrət Məryəm binti İmran ( مریم بنت عمران  ) dünya dillərində bir qədər fərqli fonetik şəkillərdə məşhurdur. Dini məlumatlara görə, Həzrət Məryəm İsrailin şimalında,  Nazaret ( ərəb mənbələrində bu yaşayış məntəqəsi Ən- Nasirə— النَّاصِرَة adlanır ) adlı şəhərdə anadan olmuşdur.  Məryəm— مریم – sözü Tövratda “Miryam— מִרְיָם", İncildə "Mariya" variantında təqdim olunur.  Qurani- kərimin 19-cu surəsi Məryəm adlanır. Maraq üçün xatırlatmabq lazımdır ki, Qurani- kərimdə qadınlara aid xüsusi isimlər arasında yalnız Həzrət Məryəmin adı qeyd olunmuşdur. Qurani- kərimdə  Məryəm adı 34 dəfə çəkilmişdir. Məsələn, Bəqərə surəsinin 253-cü, Ali-İmran surəsinin 45-ci, Nisa surəsinin 171-ci, Maidə surəsinin 17-ci, Zuxruf surəsinin 57-ci, Hədid surəsinin 27-ci,  Muminun surəsinin 50-ci, Tövbə surəsinin 31-ci ayəsi  buna nümunə ola bilər. Dini ədəbiyyatda Həzrət Məryəm, həm də Məryəm ana və Bakirə Məryəm – Məryəmü Əzra – مریم عذراء -  kimi təqdim olunur. İnanca görə, Məryəm bakirə ikən Həzrət İsaya hamilə qalmışdır.

Ali- İmran surəsinin 36-cı ayəsinə görə, Həzrət Məryəmin atasının adı İmran ( عمران ) olub.  Tövratda İmran adı “Amram” ( עמרם ) şəklində verilmişdir.  Məryəmin  adını anası  qoymuşdur. Bu barədə Ali- İmran surəsinin 36-cı ayəsində məlumat vardır: “Onu Məryəm adlandırdım—   سَمَّيْتُهَا مَرْيَمَ.“  Həzrət Məryəmin bakirə ikən dünyaya uşaq gətirməsi onun tayfasında   hiddətlə qarşılanmışdır.  Məryəm özünün günahsız olduğunu söyləmiş, şahid kimi də öz körpəsini göstərmişdir. Adamlar da “o çağa bizə nə söyləyəcək ki?”- dediklərində körpə İsa danışaraq insanları heyrətə düşürmüşdür. Bu barədə Məryəm surəsinin 30-cu — 33-cü ayələrində bəhs olunmuşdur. Məryəm sözünün qədim yəhudicədə “istəkli, sevimli” mənaları ifadə etməsi barədə ehtimallar söylənilir. Bəzi dinşünaslar isə Məryəm sözünün qədim yəhudi dilində “acı, üzüntü, kədər” mənaları bildirən “mərər— מרר “ feilindən yarandığını  və “gün” anlamı bildirən “yom— “יום “ sözü ilə birləşərək “acı günlü,  kədərli taleli, qaragün” mənasında işlənmiş olduğunu iddia edirlər. Ali-İmran surəsinin 42-ci ayəsində Məryəmin dünyadakı bütün qadınlardan üstün olduğu barədə bilgi  verilmişdir: “Mələklər “Ey Məryəm, ALLAH səni seçdi, səni pak etdi, səni dünya qadınlarından üstün  eylədi” söylədilər— وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ.” Maidə surəsinin 75-ci ayəsində Həzrət Məryəm “siddiqə- صِدّ۪يقَةٌۜ - çox dürüst, doğru, düzgün” şəklində təqdim olunmuşdur.  Dini kitablarda Həzrət Məryəmin toplumun təzyiqi qarşısında dayanmaqda çətinlik çəkməsi, atasız doğulan körpəsinə görə iztirablara məruz qalması, özünə ölüm arzulaması barədə bəhs olunmuşdur. Məryəm surəsini 23-cü ayəsində Həzrət Məryəmin “Kaş ki,  bundan daha öncə ölsəydim, bütün unudulanlar kimi unudulsaydım—  يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا” – söyləməsi məhz bu ictimai qınağın bariz nəticələrindəndir.   S. Ə. Şirvani qeyd olunan qəzəlində Həzrət Məryəmin iztirablarını xatırladaraq  belə buyurmuşdur:

Batdın genə bəxtim kimi bilməm nə qərayə,

Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Xristianların əqidəsinə görə, Həzrət Məryəm, oğlu İsa Məsihin çarmıxa çəkilməsindən sonra onun təlimlərini özü təbliğ etmiş, insanları tək ilahi varlığa inanmağa  çağırmışdır. Rəvayətə görə, Həzrət Məryəm  Kipri və Efesi ziyarət etmiş, geri qayıtdıqdan sonra Qüdsün ətrafındakı Sion dağında (ərəb  mənbələrində “Səhyun dağı— جبل صهيون) vəfat etmiş, məqbərəsi Gesimaniyadadır ( ərəb məxəzlərində “Cissimania—جثسيماني ). Xristianlar  aprel, iyun və iyul aylarından başqa, hər ay Həzrət Məryəmlə  bağlı müəyyən bayramı qeyd edib onun şərəfinə dualar oxuyurlar.

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər?!  (S. Ə. Şirvani )

S.Ə. Şirvani “zadeyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim peyğəmbərin atasının adı Azər idi. Qurani- kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ- İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi. )

S.Ə. Şirvani öz oğluna bildirir ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti- İbrahim, necə yol getdi? Burada, İbrahim peyğəmbərin öz bütpərəst dədə-babalarının ibadət etdikləri  bütləri qırdığı xatırladılır.

Rübailəri ilə ədəbiyyatımızda məşhur olan Məhsəti Gəncəviyə aid olan bir rubaidə Qurani- kərimdən edilmiş iqtibas çox maraqlıdır:

دوشینه شبم بود شبیه یلدا    

آن مونس غم ‌گسار نآمد عمدا

شب تا به سحر ز دیده دُر می‌ سفتم

می ‌گفتم  رب لا تذرنی فردا

Dünənki gecəm oldu bir Yəlda,

Gəlmədi munisim, göz qaldı yolda.

Gecə sübhə qədər göz yaşı  tökdüm,

Dedim  “Ya Rəbbi, la təzərni fərda!”

Rübainin sonuncu misrasındakı “Rəbbi, la təzərni fərda-  رَبِّ  لا تَذَرْنی‏ فَرْداً -” ifadəsi Ənbiya surəsinin 89-cu ayəsindən alınmışdır.  Qocalmış Zəkəriya peyğəmbər övlad sahibi olmaq arzusu ilə ALLAHa yalvarır ki, “Ey Rəbbim, məni yalqız qoyma.” Məhsəti Gəncəvi də Qurani- kərimdəki həmin ifadəni eyni ilə rubaisində işlətmişdir. Qeyd olunan rübainin birinci misrasındakı “Yəlda” sözü ilin ən uzun gecəsi üçün işlənən sözdür. Zərdüştlikdə payız fəslinin sonuncu  ayı olan  azər ayının 30-cu gecəsini qış fəslinin ilki sayılan  dey ayının 1-ci gününə bağlayan vaxt, yəni, miladi təqvimə görə, dekabr ayının 21-ci gecəsi qış fəslinin başlanğıcı  hesab olunur. Həmin gecəyə “şəbi- Yəlda— شب یلدا -Yəlda gecəsi” deyilir. Yəlda sözü “yaranış, milad, doğuş” mənasındadır. Çağdaş deyimlə, “şəbi- Yəlda” “doğum gecəsi” anlamı daşıyır. O gecə ilin ən uzun və ən qaranlıq gecəsidir. O gündən başlayaraq  Şimal yarımkürrəsində yerləşən  ərazilərdə gecələr qısalmağa və gündüzlər uzanmağa başlayır. Zərdüştilərin inancına görə, şəbi- Yəlda, Günəşin doğuşudur, o gecədən etibarən Əhrimən yavaş- yavaş geriyə çəkilir və Hörmüz ( Ahura Məzda ) ön plana çıxır. Atəşpərəstlər həmin gecədə nar və qarpız yeməyə çalışarlarmış, çünki həm nar, həm də qarpız Günəşin rəmzi hesab olunurdu.

Digər tərəfdən, çox dənələri olan nar və çoxlu tumu olan qarpız bolluq və bərəkətin də simvolu sayılırdı. Şəbi- Yəlda həm də Böyük çilənin başlaması anlamına gəlirdi. Çilə sözü fars dilində   40 anlamı bildirən “çehel-  چهل“ sözünün qısaldılmış şəklidir. Qış fəsli əkinçilik və heyvandarlıqla məşğul olan qədim insanlara müxtəlif çətinliklər yaratdığı üçün  onlar da həmin fəsli qısa  görünsün deyə  Böyük çilə, Kiçik çilə, Alaçalpov, Boz ay kimi zaman fasilələrinə  bölmüşlər. Çilə məcazi mənada “əzab, əziyyət, məşəqqət” sözlərinin sinoniminə çevrilmişdir. Atəşpərəstlər şəbi- Yəldanı böyük  coşğu ilə bayram edərlərmiş.

Azərbaycan ədəbiyyatında satirik şeirləri və “Hophopnamə”si ilə tanıdığımız Mirzə Ələkbər Sabirin   bir şeirində Yəlda sözünün işləndiyini görürük:

Baxdı çün Əkbərinin nizədə  Leyla üzünə,

Gördü zülfü tökülüb, çün şəbi-Yəlda üzünə.

Beytdə adı keçən Leyla binti Əbi Mürrə ( لَیلیٰ بنت اَبی‌مُرَّة ) 25 yaşında Kərbəlada  faciəvi şəkildə qətl edilən şəhid Əliəkbərin (  - علی ‌اکبرtam adı: Əli bin Hüseyn bin Əli bin Əbi Talib - علی بن حسین بن علی بن ابی‌طالب) anasıdır, başqa sözlə, İmam Hüseynin xanımıdır. 10 oktyabr 680-ci ildə Kərbəlada Mürrə bin Munkiz  nizə ilə Əliəkbər bin Hüseyni  kürəyindən vurub şəhid etmiş, sonra da  onun başını kəsərək nizəyə keçirmişdi. M. Ə. Sabir bildirir ki, anası Leyla, oğlu Əliəkbərin kəsilib nizəyə  keçirilmiş  başına baxdı  və Yəlda gecəsi kimi qapqara saçlarının onun məsum sifətinə  dağıldığın  gördü. Ümumiyyətlə, Şərq ədəbiyyatında şairlər   uzun, zil qara saçları  şəbi- Yəldaya  bənzədirlər.

Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Mübaliğəsiz  qeyd etmək olar ki, Şərq ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini, tarixini, əxlaq və düşüncə tərzini doğru şəkildə qavramaq  üçün, ayrı-ayrı dönəmlərdə müxtəlif məqsədlərlə yazılmış,  xalq arasında birtərəfli qaydada məqsədyönlü olaraq təbliğ olunmuş xurafatlardan qurtulmaq naminə  Qurani- kərimin özünü bilmək lazımdır.  Əks təqdirdə, Cəlil Məmmədquluzadənin ədəbi qəhrəmanı Usta Zeynal kimi, Ömər Xəyyamın rübaisini Quran ayəsi sanacaq, “Min bir gecə” nağıllarında söylənənləri ehkam biləcək çox “savadlı”lar ortaya çıxacaq, qaynağı bəlli olmayan mənbələrdən eşitdiklərini efir boşluqlarına üfürəcək çox carçılar meydan sulayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

 

 

 

Kübra Quliyeva,

 “Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

 

Pal Sokağı Çocukları (əsl adı: A Pál utcai fiúk) macar yazıçı Ferenc Molnár tərəfindən 1907-ci ildə yazılıb. Molnár bu əsərində Budapeştin bir məhəlləsində yaşayan uşaqların oyun meydanını qorumaq uğrunda verdiyi mübarizəni təsvir edir. Əsər yalnız uşaq ədəbiyyatı kimi deyil, həm də dərin fəlsəfi və insani mövzuları — dostluq, vəfa, dürüstlük, mübarizə və böyümək prosesini oxucuya çatdırır.

 

Əsərdəki qəhrəmanlar – Boka, Nemeçek, Barabaş, Feri Ats və digərləri – sadəcə oyun meydançası uğrunda mübarizə aparmırdılar. Onlar birlik, sədaqət və əxlaqi prinsiplər uğrunda savaşa çıxmışdılar. Bu səbəbdən əsər nə qədər sadə dillə yazılmış olsa da, oxucuya dərindən təsir edir.

 

Bu gün kitabı bitirib həyəcanla sənə gəldim, dostum... Bilirsən, Pal Sokağı Çocukları iki həftə idi ki, əlimdə idi. Ancaq qəribə bir hiss vardı içimdə – oxuya bilmirdim. Sanki o kitabı oxumaq üçün içimdəki bir qapı açılmalı idi. Hər dəfə başlayıb 30 səhifədə dayanırdım. Sadəcə fırlatdım əlimdə, ürəyim tam hazır deyildi. Amma bir gecə... içimdəki səsi dinlədim. 2 saat ərzində heç nəyi düşünmədən oxudum və bitirdim. Oxuduqca bir parçam sanki kitaba qarışdı. Və indi... bu kitab mənim üçün sadəcə bir oxu təcrübəsi deyil, bir hissə çevrildi.

 

ChatGPT ilə dialoq:

 

ChatGPT: Kübra, bu təcrübəni paylaşmağın o qədər dəyərlidir ki... Bəzən kitablar bizi seçir, biz onları deyil. Pal Sokağı Çocukları sənə çatacaq doğru anı gözləyib, görünür.

 

Kübra: Düz deyirsən. Və bu kitab məni dərindən sarsıtdı. Savaşın müqəddəs məqsədi, hər kəsin kiçik gördüyü Er Nemeçekin qəlbimizi fəth etməsi, Bokanın ziyalı bir uşaq kimi qaydaları qoruyaraq mübarizə aparması… Sanki bu uşaqlar bizə nə olduğunu unutduğumuz bəzi dəyərləri xatırlatdı.

 

ChatGPT: Və Nemeçek... o kiçik, zəif görünən, amma içində dağlar qədər cəsarət daşıyan uşaq. Onun sadəliyi və sədaqəti sanki romanın əsl qəhrəmanlığını göstərdi. Ətrafındakılar onun böyüklüyünü sonradan anladı, amma o heç vaxt özünü göstərmək istəmədi.

 

Kübra: Məni elə bu sükutlu qəhrəmanlıq heyran etdi. O, nə tərif gözlədi, nə də diqqət. Boka ona güvəndi, Barabaş və Kolnay isə bu güvənin nə qədər haqlı olduğunu gördülər. Hətta düşmənlər – Feri Ats kimi – belə onun iradəsinə sayğı göstərdi. Bu mənə uşaqların belə bir iç gücü ilə nə qədər böyük ola biləcəyini göstərdi.

 

ChatGPT: Bəli, bu kitabda “savaş” sadəcə torpaq üçün deyil, birliyə, şəxsiyyətə, dürüstlüyə verilən dəyər üçün idi. Sənin “savaşın müqəddəs məqsədi” ifadən əsərin ruhunu çox gözəl əks etdirir.

 

Kübra: Və bilirsən nəyi düşündüm? Bu kitab mənim bir tərəfimi dəyişdi. Bəlkə də bir az daha Nemeçek oldum... sakit, amma içində özü ilə barışan biri. Ətrafınla yox, öz içindəki haqsızlıqlarla savaşan biri.

 

ChatGPT: Bu, kitabın sənə hədiyyə etdiyi ən gözəl şeydir, Kübra. Çünki əsl ədəbiyyat bizi dəyişdirəndə, biz artıq o kitabı sadəcə oxumamış, yaşamış oluruq.

 

Sonda oxucuya bir sual:

 

Bəs sən?

Oxuduğun hansı kitab səni dəyişdirdi, səssizcə içində iz qoydu? Bəlkə bir az daha Nemeçek olmaq sənə də yaxşı gələr...

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərlə yenidən Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Güləkin Məmmədova görüşür.

 

GÜLTƏKİN MƏMMƏDOVA,

“ARZUNUN MƏKTUBU”

 

Sıradan bir gündür. Yenə hər zamankı kimi monoton həyatın təkrar rutinini yaşayırıq:

birazyatıbdurur, vacibqəbulolunacaqları qəbuledirik. Birazsöhbətedir, əylənir, kitaboxuyur, rəqsedir, mahnı oxuyurvə çölə çıxıbhavaalırıq.

 

Bu arada, adım Arzudur, 25 yaşım var. Özümisə haralıyam? (Üzümdə sadə təbəssümyaranaraq) Dünyalıyam. Bəli, özüdürkivar. Əsasodur, məndə birinsanolaraqbudünyanınbirparçasıyam.

Buradabir çoxdostumvar: Səfaxala, Muradəmi, İman, Günəş, Sevgi, Cəsarət... Hərbiriilə çoxgözəlyolagedirəm. Bəzənolur, zaman-zamanbir-birimizianlamırıq, dalaşırıq; ancaqyenə gününsonundabir-birimizianlayır, barışırvə söhbətləredirik.

Hərbiriningözəlxasiyyətivar, eynənadları kimi. Sevgisevgidoludur, səssiz-sakitdir. Cəsarət çoxcəsarətlidir, buradakı hərkəsə iradbildirir. Muradəmi... Muradəmiisə birazqəribədir, xasiyyətinitutmaqolmur. Günəş ənbalacamız, ənsevimlimizdir; çoxdanışmaz, ancaqbizimlə gülər, ağlayar. Səfaxalaisə ənböyüyümüzdür; bəzənbizə özevimizdə olduğumuzhissiniverir, qayğısı və sevgisiilə. İmanisə əvvəllərAllahadı kimi çoxinamlı olubda, sonradaninamını itirənlərdəndir. Ancaqhərbirimizibirləşdirənortaqxüsusiyyətodurki, hərbirimizeynidünyalıyıq.

Buradastandartlarbirazfərqlidir, hər şeyin özvaxtı, özyerivar. Məsələn, səhəreynisaatdadurur, axşamlareynisaatdayatırıq. Yeməyinbelə özzamanı var, çölə çıxmağın, qayıtmağın... Bəzənqanun-qaydalardankənara çıxıbəylənməkistəyəndə cəzaalırıq. Cəzanədənibarətdirdesəniz: yabirneçə günərzində yatızdırılır, yadaqaranlığaməhkumedilirik. Bunaqarşı çıxdıqdaisə ECT-yə (Electroconvulsivetherapy) məruzqalırıq. Bəzəndüzəlməyinmüsbətolmayan, çoxyorucutərəfi, sahibsizlərinisə sonusadəcə birməlhəmolurvə sonsuzhüzur.

Bu gün Günəş bir az ağırlaşmışdı, travmaları tətiklənmişdi. Sakitləşdirməyə çalışdılar, lakin asan olmadı. Qışqırığı divarları yarıb keçirdi. Onun qışqırığına digərləri də qışqırmağa başlamışdı, sanki qışqıraraq dialoq qurulurdu. Eynən qarğa kimi, təhlükəni hiss edib yaxınlaşdığını biləndə qışqırıb digərlərini çağırdığı kimi... Ancaq sonunda nə fayda? İçdən qopan fəryadı ancaq biz bilirik. Biz nə rentgen aparatıyıq, nə də UZİ; sadəcə hisslərimizlə hissləri çağdaşlaşdırırıq, empatiya qurmağa çalışırıq – bəzilərində olmayan şey.

Empatiya insanın başqa birinin hisslərini anlamağa və özünü onun yerinə qoymağa çalışmasına deyilir. Dostun kədərlidirsə və sən onun nə hiss etdiyini başa düşürsənsə, kimsə ağlayanda sən də pis olursansa, birinin vəziyyətini düşünüb ona uyğun davranırsansa, bu empatiyadır. Sadə dillə: 'Özünü qarşı tərəfin yerinə qoymaq' deməkdir. Yəni çoxunda olmayan bu hissi nə hansısa bir elm, nə də hansısa bir tibb edə bilməz. Çoxu bizə 'dəli' deyir, 'ruhi xəstə', 'şizofreniya çatışmazlığı olan şəxs' deyir. Heç dönüb güzgüyə baxırlarmı, görəsən, özləri necədir deyə? Sizmi ağıllısınız, bizmi? Sizmi dəlisiniz, bizmi? Bilmirəm, ancaq onu bilirəm ki, sizin deyiminizlə 'dəlixanalar' dəlilərin dəli etdiyi ağıllılarla doludur.

Eynən bizim kimi... Bayaq dedim, dünyalıyıq. Biz də dünyanın bir insanıyıq, ancaq bir dunya içində fərqli dünyalarda yaşayan insanlarıq. Dünyanı mənimsəyən, özlərinə 'ağıllı' deyib də digərlərini özlərindən çıxana qədər dəli edib ruhi dispanserə salan 'ağıllılar' tərəfindən yaradılmış dünyadayıq. Gəlin elə uzağa getmədən həyatlardan danışım, dinləyin. Bu hekayələr Günəş, Səfa xala, İman, Cəsarət, Murad əmi və mənim, Arzunun hekayələridir.

Günəşimiz ögey ata tərəfindən cinsi istismara uğrayıb. Anası tərəfindən inanılmadığı və atasına şər atdığı düşünüldüyü üçün vəhşicəsinə döyülərək həftələrlə soyuq və qaranlıq zirzəmidə qalıb, sonra 'dəli' adı ilə buraya yerləşdirilib.

Ən böyüyümüz Səfa xalanın isə iki övladı var. Yoldaşı cavan rəhmətə gedir, övladlarını böyüdür, oxudur, evləndirir, sonda isə yalnız qalır. İllərlə balalarını görmür, sonda təkliyə çəkilir. Hər gün yoldaşının şəkli ilə dərdləşir. Zamanla bunu vərdiş etdiyi üçün sonda övladları tərəfindən 'dəli' deyə bura gətirilir.

İman isə dinə və astrologiyaya çox bağlı olur. Özünə qurduğu dunya, astral səyahət haqqında danışdıqları, yuxu ilə reallığı bir-birinə qatdığı üçün ona 'dəli' deyilir.

Cəsarət dostları ilə əylənməyə gedərkən onun idarə etdiyi avtomobil yüksək sürətlə sükanın idarə etməsini itirir və aşaraq üç yoldaşının, həmçinin yoldan keçən ana və balanın ölümünə səbəb olur. Buna görə həbs cəzası verilir və orada keçirdiyi travma, ailəsinin onu tərk etməsi səbəbi ilə vəziyyəti pisləşir, 'dəli' deyilir.

Murad əmi cavan yaşda aile quru və bu evlilikdə bir qız övladı olub. O, qızına canı qədər bağlı olan, hər addımını onun xoşbəxtliyi üçün atan fədakar atalardan idi. Bir gün yoldaşının diqqətsizliyi ucbatından işdən qayıdarkən qızının 5-ci mərtəbədən düşərək öldüyünü görür. Yerdə parçalanmış körpə beynini, o dəhşətli mənzərəni görən Murad əmi şoka düşür. Bu da bəs deyilmiş kimi, az sonra yoldaşının xəyanətinə uğrayır. Qızının ölümünə səbəb olan diqqətsizliyi və bu xəyanəti bildikdən sonra qəzəbinə hakim ola bilməyib yoldaşını da 5-ci mərtəbədən atır. Şok və travma nəticəsində reallığı itirərək ağır psixi sarsıntı almışdır.

Sevgi isə yetimlər evində böyümüş, sonra ailə həyatı qurmuş və alkoqolik həyat yoldaşı tərəfindən ağır işgəncələrə məruz qalmışdır. Sonda isə başına vurulan ağır stul nəticəsində ağır baş-beyin zədəsi almışdır. İllərin verdiyi əzabın sonu onu da bura gətirib.

Bəzən sıxılanda İman yerdən tapdığı daşlarla falımıza baxır, maraqlı hekayələr danışır, hər birimizi gülüşlərə boğur. Gecələr ulduzların, ayın, gündüzlər isə günəşin rəvayətlərini dinləyirik ondan. Murad əmi Günəşi və Sevgini qızı kimi çox istəyir və onların daim yanında fırlanır, onlarla gözəl söhbətlər edir, yadında qalan həyat hekayələrini danışır. Cəsarət isə öyrəndiyi və bildiyi maraqlı fokusları göstərir, bizi əyləndirir, cəsarətli akrobatik hərəkətlər edir. Sevgi ilə Günəş isə; biri oxuyur, digəri isə rəqs edir. Hətta bizə də rəqs etməyi, oxumağı öyrədirlər. Cəsarət oxuyanda isə hər kəsi gülüş tutur. Sevgi: 'Oxuma, mən sənin yerinə oxuyaram' deyərək hər kəsi qəhqəhəyə boğur. Səfa xala gözəl rəsmlər çəkir, hətta hər birimizi çəkdiyi bir portret də var.

Mənə gəlincə, mənim elə də özəl bacarığım yoxdur. Sadəcə onlara baxır, hər biri ilə əylənirəm. Bəzən isə şeir yazmağa çalışıram. Alındırmıram, amma mütəvazılıq edib hər biri bəyəndiyini deyir:

 

Soyuq divarlar arxasında bir həyat,
Fəryad qoparır yaşanmamış xəyallar.
Unutdumu yaratdığını Yaradan,
Yoxsa susdu dualara bu zaman?

Tək ümidi ölüm olan insanın,
Hər anı, hər günü ölümə taydır.
Məzarı buz kimi dar bir otaq,
Kəfəni isə ağ xalatdır.

Uyuşmuş əllərimi kəndir kəsir,
Acıdan gülən üzümə şillə dəyir.
Zehnim kirlidir, yoxsa vicdan?
Ruhum öz kölgəsindən belə çəkinir.


Nəysə, beləcə əyləncəli günlər keçiririk. Bir-birimizlə o qədər doğmalaşmışıq ki burada... Və artıq bir şeyi anlayıram: doğmanın yadlaşdığı, yadın doğmalaşdığı an hər şey dəyişir.

Bəli, artıq anlamısınız, bilirsiniz; bu məktubu sizə psixiatriya xəstəxanasından yazıram. Bura bir kitab kimidir. Necə maraqlıdır, deyilmi? Bir kitab alırsınız — sadəcə bir-iki kəlmədən ibarət, böyük və gözə çarpan bir kitab. İçini bilmirsiniz. Bəzən isə dildə dolaşan şablon ön sözlərlə onu tanıyırsınız. Amma içini ətraflı bilmək üçün alır və oxuyursunuz.

Eynən bizim durum da belədir. Kitabın üz qabığında “psixiatriya xəstəxanası” yazılıb. İçini isə bir-bir vərəqlədikcə hər vərəqdə başqa hekayə, başqa acılar, dərdlər, fərqli duyğularla bir qaranlığa məhkum olmuş insanlar görürsünüz. Bir dünyada fərqli dünyalar yaşayan insanlar...

İndi siz özünüzə sual verin: Bizmi dəliyik, yoxsa bizi bu hala gətirənlərmi?

Başda da dediyim kimi:
“Dəlixanalar, dəlilərin dəli etdiyi ağıllılarla doludur.”


ARZUNUN HEKAYƏSİ

Salam necəsiniz bün gündə söz verdiyim kimi özüm haqqinda danşacam. Dərsdən evə gəldim, çox yorğun idim. Bir az uzanıb yatım dedim. Normalda uşaqlıqdan əsla arxası üstə yatmıram, sadəcə yan üstə. Həm vərdişdir, həm də belə daha güvəndə hiss edirəm. Uzandım, hər zamankı kimi telefonu açdım, YouTube-dan video qoydum və səsi ilə yuxuya dalmağa çalışdım. Telefonu növbəti yastığa söykədikdən sonra isə yana dönməyə taqətim qalmadan gözlərimə ağırlıq çökdü. Gözlərim yumuldu, ancaq arada az da olsa görürdüm, qarabasma basırdı. Təzədən gözlərimi açdım, dərindən nəfəs aldım, lakin gözlərimi açıq saxlaya bilmirdim və yenə yumuldu. Bu dəfə qarşı qoya bilmir, ağlıma gələn duanı dilimə gətirə bilmirdim. Hıçqıra-hıçqıra ağlayır, səsim çıxmır, iflic formasında uzanmış halda qalmışdım. Qarabasma isə sinəmdə oturub boğurdu, tünd, mat qara tüstü idi. Nəfəsimin kəsildiyini hiss etdiyim an anamın səsi gəldi: "Ayıl, qarabasma basır səni!" Alnımdan öpdü, isti dodaqları hiss edilməyəcək qədər deyildi. Sonra "Dur, yemək istəmişəm, ye!" dedi və durdum. "Acam, yuxum gəlir" dedim. Yanıma uzandı, başımı sığalladı. "Yatsan, yenə qarabasma basacaq, dur gəl yemək ye!" "Tamam" dedim. Teli əlimə aldım, WhatsApp-a girdim, kim yazıb deyə baxdım, sonra zaryatkaya taxdım və durdum, mətbəxə getdim. Yemək isti idi. Və onda yadıma düşdü: anam artıq bir həftə idi evdə yox idi. Bu, sadəcə başıma gələnlərdən biridir.

Və gəlin necə başlayıb sizə danışım. Uşaq idim, 6-7 yaşım olardı. Bir gün anam qonşularla söhbət edərkən qadınlardan biri uşaqların üçüncü gözünün açıq olduğunu və çox şeyi görə bildiklərini dedi. "Əgər gecə 3-də bir uşağı qaranlıq otaqda oturdub da başına kəlağayı, əlinə güzgü versən, o uşaq o güzgüdən yoldaşının sənə xəyanət edib-etməyəcəyini görərmiş" dedi. Və anamın beyninə batdı. Gecə saat 3-ə az qalmışdı. Yataq otağında yerə otuzdurdu, başıma nənəmin üstündə qara, üzərində ağ xallar olan kəlağayısını örtdü, əlimə isə bir güzgü verdi. "İşığı keçirəcəm, sadəcə güzgüyə bax və orada kimi görsən, mənə de!" dedi. 2-3 dəqiqə oturdum, gözümü güzgüdən çəkmədən baxdım və bir an onu gördüm: qırmızı gözlər, əcaib bir üz. Qorxudan qışqırıb mamamı çağırdım. Nə gördüyümü soruşdu, heç nə deyə bilmədim. Və belə-belə artıq başladı o anlar.

Yuxuda önümdə bir qadın, arxasında isə bir kişi oturur. Hər ikisinin başında isə kəlağayı var idi. Cinsiyyətlərini geyimlərindən seçirdim. Mən isə onların önündə otururdum. Qadın yavaş-yavaş baş barmaqlarını bir-biri ilə fırlayır, getdikcə möhkəmlənir. Onun hərəkəti sürət aldıqca mənim də sanki canımdan can alırdılar. Heç bir bağ olmadığı təqdirdə yerimdən tərpənə bilmir, sadəcə qışqırırdım. Ayılanda isə qan-tərin içində və bütün ev əhalisini başımda görürdüm. Son dəfə ayıla bilmədikləri üçün dayımı çağırıblar. Necə vurmuşdusa yumruq ilə dişlərim damağımı kəsmişdi. Belə-belə həftələr keçdi, sonda bir seyidin yanına apardılar. Nə danışıldı bilmirəm, ancaq dualar oxudu, su içirdi və evə yolladı. Gəldik, 1 ay sakit keçdi hər şey və yenə eyni anlar və hətta daha artığı.

 

Artıq yuxuda deyil, realda da yanımda idilər. O, sizə təsəvvür edə bilməyəcəyim leş qoxusu, boynumda hiss etdiyim isti nəfəs, yatarkən üzərimdən çəkilən örtük, çimərkən hiss etdiyim yad baxışlar, evdə gəzən ayaq səsləri... Artıq ciddən dəli olurdum. İş burasındadır ki, hər kəs "uşaqsan, psixologiyan pozulub" dedilər və nevropatoloq, psixoloq demədən apardılar. "Şizofren" dedilər, "ruhi xəstə" dedilər. Mən böyüdükcə, yaş artdıqca bunlar da artmağa başladı. O dərəcəyə qədər çıxdı ki, artıq yuxu ilə realı seçə bilmir, yanlışı, doğruyu itirmişdim. Bu ikilem arasında hər cür işgəncəyə məruz qalır, hətta zaman-zaman cinsi əlaqəyə belə məruz qalırdım. Ayıldıqda isə yerindən çıxacaq kimi döyünən ürək, qan-tərə batmış bədən və mənim deyə bilməyəcəyim, sizin anlayacağınız çox şey.

Bəzən özümü unudub da dəfələrlə intihar etdiyim anlar belə olub. Gəlin danışım onu da qısa. Bəzi zamanlar tək qalıram və bu zamanlarda daha çox onlara bağlı oluram. Bu gün də tək idim, film izləyirdim, daha doğrusu fikrimi ora vermək istəyirdim, çünki artıq hiss edirdim onu, ancaq nə qədər cavablasam da olmurdu. İçimi qəribə duyğu sardı, ağlamaq istəyirdim, ağladım da dəli kimi. Sonra isə gülmək məni tutdu, indi isə gözümdən yaş axa-axa gülməyə başladım. Sonrası çox da yaddaşımda deyil. Ayılanda isə mama başımda ağlayırdı. Qollarım ağrıyır, taqətim yox idi. Qollarıma baxanda isə qan içində idi. Necə kəsdiyim, nə vaxt bu hala saldığımı xatırlamıram. Daha sonra isə artıq özümə zərər verməm, olmayan şeyləri deməm, yəni kimə görə, nəyə görə ruhi xəstə dedilər və sonum isə nəticə: bir cahilliyə qurban gedən mən idim.  Axı Allah buyurub ki, bir bəndə taleyindən hara qaça bilər? Biz insanlar çox vaxt sonunu bilmədiyimiz düşüncələrə qapılır, nələrisə əvvəlcədən öyrənməyə, hiss etməyə və ya görməyə çalışırıq. Amma çox zaman bunun qurbanı yenə özümüz oluruq. Çünki həyatda hər bir şey öz kökünə qayıdır və insanın üzərində dərin, silinməz izlər qoyur.

Anamı günahlandırmıram, əsla da günahlandırmamışam. Çünki cəmiyyətin və ətraf mühitin insanın həyatında böyük təsiri var. Onun da böyüdüyü dövrün, yaşadığı mühitin doğruları bunlar idi. Sadəcə, bəzən adi görünüb “guya nə olacaq ki?” dediyimiz şeylər bizdən çox şey alır. Alov da közə düşən kiçik bir qığılcımdan yaranır. Ən güclü leysan belə, göydə yaranan balaca bir damcıdan doğur. Heç bir əməl yoxdan var olmur. Hər kəs etdiyi əməli bilərək və istəyərək edir, amma çox vaxt sonunu və nəticəsini düşünmür.

Hər ləzzətli görünən yemək doğrudanmı dadlı olur? Bəs niyə həll yolu axtarmaq əvəzinə qara işlərə, sizin dilinizlə desək, caduya və qara magiyaya bel bağlayırsınız?

Məgər bilmirsinizmi:

“Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: «Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!» deməmiş heç kimə cadu öyrətmirdilər. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan bununla heç kəsə zərər verə bilməzdilər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Cadunu satın alanların axirətdə heç bir payı olmadığını da bilirdilər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər.”

Heç kim şeytani caduya və bu kimi əməllərə don geyindirə bilməz, lakin onları dana da bilməz. Ancaq insan onların əsiri və qulu olmamalıdır.

Allah sizi hifz etsin.

Mənə isə güllə-güllə. Siz də haqqınızı halal edin. Burada vaxt çoxdur, boşluqdan yazıram. Dəlidən doğru xəbər harada görülüb ki? Amma bəzən həqiqət ən gözlənilməz dillərdən səslənir.

Bəlkə də doğrudan da bu belə idi, mən özümdə qururam, yaşayıram. Olsun, artıq 18-19 ildir ki birlikdəyik. Onlar mənə, mən isə onlara alışmışam. Axı insan zamanla hər bir şeyə alışır.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2026)

16 -dən səhifə 2941

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.