Super User
“Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli Əhməd Bakıxanovun yetirmələridir”
Mədəniyyət Nazirliyinin təşkil etdiyi yubiley konserti uğurlu alındı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert proqramı keçirilib, söhbətimiz bu barədədir.
“Əsəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdən əvvəl Əməkdar artist Azad Şükürov çıxış edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi münasibətilə silsilə tədbirlərin qeyd edildiyinə diqqət çəkən sənətçi söyləyib:
“Çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.”
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar -“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunub. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.
Konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Az öncə Əhməd Bakıxanov anılıb
Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə az öncə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.
Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sənətkarın oğlu, görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov qeyd edib ki, Əhməd Bakıxanov daim axtarışda olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə ölkəmizin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun muğamı var: “Muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib. Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.
Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Əhməd Məmmədrza oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. İranda ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Eyni zamanda musiqi təşkilatçısı olan Ə.Bakıxanov Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblını yaradıb və kollektivə rəhbərlik edib. 1973-cü ildən, sənətkarın vəfatından sonra ansambl ustad tarzənin adını daşıyır. Ansambl Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb.
Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər ifaçılıqda geniş yayılıb.
Ə.Bakıxanovun ərsəyə gətirdiyi “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrləri xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitlərdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Görkəmli musiqi xadimi 1973-cü il martın 26-da vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Poetik qiraət - “Budağımı yaş kəsdilər…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə sizlərə gənc şair, qazi Həsən Kürün “Kəsdilər" adlı yeni şeirini təqdim edirik.
Yıxmağa çox çalışdılar
Deyə-deyə -aş! Kəsdilər...
Qurumamışdı qabığım,
Budağımı yaş kəsdilər.
Baxın! Yaxşı-yaxşı baxın!
Mən külüyəm bir ocağın
Didib ürəyimin dağın,.
Qəbrim üçün daş kəsdilər
Ölüm e, bir söz demirəm
Torpağı insanlar bəslər.
Yadındadı sentyabr?
Bitti bütün atəşkəslər,
Mənim yol çıxdığım kəslər,
Dava edib, baş kəsdilər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Bakıya gələn növbəti türk ulduzu Soner Sarıkabadayı olacaq
Afişada yenilənmə edəndə diqqətimizi bir fakt cəlb edib. Dekabrın 17-si Bakıda Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayının konserti olacaq.
“Ədəbiyyat və incəsənət” portalı verir ki, pop-müğənni hitləri ilə azərbaycanlı pərəstişkarlarını sevindirəcək.
Qeyd edək ki, Soner Sarıkabadayı İstedadlı bəstəkardır, Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz, Berkay və digər Türkiyənin məşhur müğənnilərin hitlərinin müəllifidir. Özü oxumaq eşqinə də məhz yazdığı mahnıların populyarlığını görərkən düşüb. Azərbaycanlı izləyicilərin isə o, xalq artisti Röya ilə birgə ifa etdiyi “O konu” mahnısı ilə yadlarında qalıb.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Bob MakQrat 90 yaşında vəfat edib
“Mən heç bir xəstəlildən əziyyət çəkmədən, sadəcə qocalıb ölürəm. Və çox da xoşbəxt yaşamışam” deyərək bu şəxs gözlərini əbədi yumub.
Yarım əsrə yaxın "Sezam küçəsi" franşizasında çalışan və uşaqların sevimlisinə çevrilən amerikalı aktyor-müğənni Bob MakQrat vəfat edib. Aktyor
90 yaşında təbii səbəblərdən - yəni qocalaraq dünyasını dəyişib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı rg.ru-ya istinadən məlumat verir.
Qeyd edək lo, Bob Makqrat ABŞ-ın İllinoys ştatında 1932-ci ilin 13 iyunund anadan olub. O, ekran debütünü "Mənim bir sirrim var" layihəsiylə edib. Orada o, irlandiyalı müğənni obrazını yaradıb.
Amma onu tək aktyorluq deyil, müğənnilik də publikaya sevdirib. Xüsusən onu Yaponiyada çox seviblər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi açılıb
Mədəniyyət Nazirliyi mədəniyyətin hər bir sahəsinə nüfuz etməyi prioritet sayır, bu da çox önəmlidir.
Azərbaycan Milli Xalça Muzeyində bu gün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. əl işləri nümayiş olunur. Sərgidə həmçinin sənətkarların ustad-dərsləri və bədii hissə də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməyə başlanılıb. Bu gün ölkədə fiziki imkanlarından məhrum olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Kuba musiqisi ilə Azərbaycan muğamı YARAT-da sintez ediləcək
Rəssamlıqla zövq yaradanlar musiqi ilə də bu nəcib işi davam etmək niyyətindədirlər.
YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır.
Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə YARAT-dan mediaya məlumat verilib.
İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.
Layihənin məqsədi - musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.
Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Uzuncorab Peppinin Şəkidə peyda olması əsl bayram ovqatı yaradıb
Uşaqlığımızda hansı birimiz Uzuncorab Peppini, yaxud, Damdayaşayan Karlssonu tanımamışıq? Tanımışıq, sevmişik və onlardan müəyyən keyfiyyətlər əxz eləmişik.
Söhbətimiz bu dəfə bu obrazların yaradıcısından, onun yazdıqlarını səhnələşdirənlərdən və şəkili uşaqlardan gedəcək.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində qastrolda olub. Səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində reallaşmışdı. Bəri başdan deyək ki, qastrol major notlarla başa çatıb, xüsusən şəkili uşaqlar məmnun qalıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihədə əsas yerdə teatrın aktyorlarının görkəmli İsveç dramaturqu, uşaqların sevimlisi Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasının təqdimatı dayanıb.
Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Astrid Lindqren yaradıcılığı haqqında məlumat verərək, onun “Uzuncorab Peppi” və “Balaca və Damdayaşayan Karlsson” kimi şedevr əsərlərlə tarixə dqşməsindən bəhs edib, yazarın hər bir azyaşlı tamaşaçının dünyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsiri diqqətə çatdırıb.
Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), oranjemançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.
Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.
Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə fikirlər səslənir.
Ən əsası, Astrid Lindqren uşaqları özlərini tanımağa, özlərinə güvənməyə və yüksək amallara doğru irəliləməyə səsləyir.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Qurmanlar üçün bu dəfə Badımcan Pitsası
İtalyanlardan dünyaya miras qalan spagetti və pizza sir deyil ki, indi coğrafiyasındn və mətbəx ənənələrindən asılı olmayaraq bütün dünyada geniş yayılıb və sevilir. Qurmanlar bu yeməklərdə dad reseptorlarının əsl həzzini hiss edirlər. Amma pitsa ənənəvi xəmir yeməyi deyildir əslində. Onun bir çox fərqli formaları var ki, tərəvəzlə hazırlanır. Elə məşhur Pomidorlu Pizza çoxlarının süfrəsini bəzəyir, baxmayaraq ki, içinə Holland pendiri doldurularaq mətbəx sobasında bişirilən təamın əsl adını çoxumuz bilmirik.
Portalımızın Mətbəx bölümünün növbətçisi bu gün sizə Badımcan Pizzası təqdim edir. Beləliklə, mtbəxə keçin və bu ləzzətli təamı hazırlamağa başlayın.
Lazım olan ərzaqlar:
pomidor - 3 ədəd
iri badımcan (badımcanın çox iri olması şərtdir)- 3 ədəd
kiçik baş soğan – 1 ədəd
mozarella və ya digər növ holland pendiri (bərk növləri olmasın) - 200 qr duz
reyhan qurusu (heç bir vəclə nanə qurusu ilə əvəz etməyin)
Hazırlanma qaydası:
Əvvəlcə badımcanları yuyub 1 sm qalınlığında halqalar şəklində doğrayıb duzlamaq və 30 dəqiqə saxlamaq lazımdır. Sonra badımcanlardan ayrılan suyu kağız salfet ilə quruladıqdan sonra badımcanları tavada qızdırılmış bitki yağında iki üzlərini sadəcə hənirtiyə varmək lazımdır. Tam bişirməyə ehtiyac yoxdur, çünki badımcanlar sobada da bişəcək.
Ayrıca sous üçün bir kiçik soğanı soyub xırda doğrayır, yağda qızardırıq.
Pomidorları soyub xırda doğrayır və soğanın üzərinə əlavə edirik, suyu çəkilənə qədər bişiririk. Sonra duz və reyhan qurusu əlavə edirik.
İndi isə əsas mərhələyə keçirik. Soba qabını bir az yağlayıb badımcanları düzürük. Üzərinə pomidorlu sous qoyuruq. Onun da üstündən sürtkəcdən keçirilmiş pendiri tökür, pitsamızı sobada 180 dərəcədə 20 dəqiqə bişiriririk.
Süfrəyə isti halda veririk.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)
Kənan Hacının yeni kitabı işıq üzü görüb
LİBRAF Kitab Mağazasında Kənan Hacının “Fəna fasiləsi" kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kənan Hacının öz moderatorluğu ilə keçən təqdimat mərasimində Kənan Hacı özü, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və təqdimata təşrif buyuran digərləri yeni kitabın məziyyətlərindən bəhs ediblər.
Sonda qonaqlar kitabı əldə edərək imzaladıblar, xatirə fotoları çəkilib.
Fotolar Fərruxundur.