Super User

Super User

 

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. dr. Məsud Aşina Danimarka soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib. Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar iştirak edib.

İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər. Sonda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Danimarka üzrə koordinatoru seçilib.

İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətinin sədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanın moderatorluğu ilə baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarına, soydaşlarımıza daim diqqət və qayğı göstərilməsi siyasətinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemlərini dinləyir, dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılması istiqamətində zəruri addımlar atır.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 2 noyabr 2024-cü il tarixində “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib.

​“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci  prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir.

Eyni zamanda  “ASAN xidmət” tərəfindən də ölkəmizdə dayanıqlı və yaşıl gələcəyin təmin edilməsi istiqamətində innovativ ekoloji təşəbbüslər həyata keçirilir.

​ “ASAN xidmət” mərkəzlərində ümumilikdə 19 milyon kilovat-saat elektrik enerjisi istehlak edilir. Bu fakt enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir.

​Qeyd olunanları nəzərə alaraq, Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verib.

​Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bərpa olunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək.  

​Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.

​Günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi “ASAN xidmət” mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq. Bununla da mərkəzlərə gündəlik müraciət edən 40,000-ə yaxın vətəndaş üçün daha təmiz, sağlam bir mühit formalaşdırılacaq.

​Eyni zamanda layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, “Sərfəli və Təmiz Enerji”, “Dayanıqlı Şəhərlər və İcmalar”, İqlim Dəyişikliyinə Qarşı Mübarizə”yə töhfə verəcək.

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

Yusif Alıyev, ADPU-nun Quba filialının direktoru, Fizika elmləri doktoru, dosent 

 

 

 

Hər sözün ey alim, baş-ayağı var,

Sözün arasına söz qatma zinhar.

Sədi Şirazi 

 

Bəşər övladı dünyaya göz açdığında artıq uca Tanrı ona fundamental (təbii) insani keyfiyyətləri ya bəxş etmiş olur, ya da etməmiş. Çünki fundamental insani keyfiyyətlər gendən, təbiətdən gələn təməl varlıqdır. Əlbəttə, yüksək keyfiyyətlər Allahın insan övladına lütfüdür. Bu yüksək keyfiyyətləri isə yalnız milli dəyanət tərbiyəsi ilə qorumaq və ucaltmaq mümkündür. Milli qürur tərbiyəsi isə birbaşa ailədə və məktəbdə aşılanır...

...Qədim türk-oğuz yurdu Dərələyəz mahalının Sust kəndində halal zəhməti ilə dolanan, yüksək mənəvi-əxlaqı dəyərləri ilə seçilən, gözü-könlü tox ailədə, nağıllarda deyildiyi kimi bir qız övladı doğuldu. Elin hörmətli, sayılıb-seçilən şəxslərindən olan Nağı kişi öz ömür-gün yoldaşı, hər barmağından bir mərifət yağan Nazlı xanımla birgə körpəyə Mahirə adını qoydular. Deyirlər, ad qeybdən gələn İlahi bir səsdir, sahibinə verilmək üçün əks-səda salır. Ərəbcədən adının mənası sərraf, məharətli, bacarıqlı, bilikli anlamında olan Mahirəyə, bəlkə də, təbii dəyərlər Tanrı tərəfindən elə ana bətnində olarkən bəxş edilibmiş. Kim bilir?

Hər addımda ailəsində müqəddəslik tərbiyəsi aşılanan bu qızcığaz da digər qardaş, bacıları kimi inam və iman sahibi kimi boya-başa çatmışdı. “Bir tikə çörəyin varsa, şükür et, artığını bölüş”, “Nə qədər yüksəlsən də, heç kimə yuxarıdan aşağı baxma”, - ruhunda tərbiyə alan Mahirə xanım Nağı qızı şərəflə yaşamaqda olduğu ömür yolunda bu ənənələrə sadiq qaldı.

Filologiya elminə böyük töhfələr vermiş, Qərbi Azərbaycanın azman kişilərindən olan, el ağsaqqalı, professor Həsən Mirzənin həyat məktəbində şəxsiyyət, ziyalı, pedaqoq, alim kimi yetişən bu istedad sahibi hər zaman öz yoluna, həqiqətlərinə, adətinə, törəsinə, tərbiyəsinə səmimi və sədaqətli oldu. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və ehtiram bu ailə və onun doğma ətrafında hər zaman milli prinsip olaraq qorunub. 

Adətim üzrə gündəlik mütaliə vərdişimə uyğun olaraq, xüsusilə də bədii və poeziya ədəbiyyatına, sənətə vurğunluğumdan yana şair və yazıçıların əsərlərini daha çox oxuyub, incələyirəm. Lap uşaqlıqdan dərk etmişəm ki, poeziya insan həyatına oxşayır, o, fizika və riyaziyyatla musiqi arasındakı səmərəli mübahisədən qaynaqlanır və formalaşır, eləcə də bunun sayəsində mənəvi zövq və həzz mənbəyinə çevrilir. Peşə etibarilə müəllim olduğuma görə də, həmişə ədəbiyyatı pedaqogikada tərbiyəvi əhəmiyyətə malik üstün metod sayıram. Yaradıcılığında sentimental ruha yer verən şair və yazıçıları çox zaman anlaya bilmədiyimə görə, onları təqdir də etməmişəm. Lakin onu da bilirəm ki, hər bir şair və yazıçının yaradıcılığında sentimental motivlər, məqamlar mütləq mövcuddur. Şairə Mahirə Nağıqızının yaradıcılığında da bu hal xali deyildir. Amma Mahirə xanımda, onun poeziyasında sentimental duyğu fərdi formada deyil, ümummilli ruhun içərisindədir. Yəni, Mahirə Nağıqızı xalqın ağrı-acısını, müsibətlərini, faciələrini, yurd nisgilini duyğusallığı ilə ruhuna çəkərək vətən sevgisi, qeyrəti ilə milli-mənəvi ruhu sağaltmaq naminə dağlara, daşlara, çaylara, çiçəklərə ünvanlı sözləri öz şeirlərində ustalıq və peşəkarlıqla elə yoğurub yapır ki, sanki vətənin yaralarını sağaltmaq üçün məlhəm hazırlayır. Yəni onun şeirlərində, adətən çarəsiz dərd yoxdur. Dərd semantikasına görə, onun bu qəbildən olan şeirləri poetik kanonlarla, bəşəri bədii normativlərlə səsləşir. Bunlar gözəl, professional aforizm səviyyəsindədir. Mahirə xanımın bəhs etdiyimiz şeirləri bir mənəvi sərvət kimi, xalqımızın əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə təsir göstərir.   

Misal üçün, şairənin “Ana torpaq” şeirində bu məqamı daha bariz şəkildə görmək olar:

 

Sən böyütdün layla-layla, 

Beşiyimiz qara torpaq. 

Çölün binəm, dağın yayla, 

Ev- eşiymiz qara torpaq. 

 

Al bayrağım sərkərimiz, 

Dağın-daşın əsgərimiz. 

Sinən oldu səngərimiz, 

Keşiyimiz, qara torpaq. 

 

Oğlunun tək təmannası, 

Düşmənindən bac alması. 

Dərdlərinin sağalması, 

Murazımız, qara torpaq. 

 

Şuşada çatılsın ocaq, 

Kəlbəcər açacaq qucaq, 

Laçın-Qubadlı olacaq 

Güzarımız, qara torpaq. 

 

Yolum üstə duman, çisək, 

Kürəyimə əlini çək. 

Qaldıq vətən-dedik, ölsək, 

Məzarımız qara torpaq.

 

Ana vətən konsepti çox gözəl kod yaradır. Bu fikri şeirə çevirməyin özünəməxsus çətinlikləri var. Mahirə xanımın düşüncəsində bu poetik konsep hərəkətə gəlir, bədii məzmun cazibəli fona çevrilir: murazımız, güzarımız, məzarımız qara torpaq!

Mahirə Nağıqızı xarakter etibarı ilə olduqca həssas və duyğusal insandır. Şairə bilir ki, ürəkdən gəlməyən söz onu oxuyanları, sevənləri incidər. Ona görə də, daim həyata nikbin baxmağı sevər, əsasən də insanların mənəvi saflığına, onların yaradıcı imkanlarının ilahi qüdrətdən doğulduğuna inandığı üçün həmişə onlara yol açmaqda kömək edər, yardımçı olar. Onun fikrinə görə, hər bir azərbaycanlı şair və yazıçı üçün insan zəhmətini, vətən sevgisini, yurd həsrətini, gözəllik vəsfini, qəhrəmanlıq nümunələrini ən gözəl formada yaratmaq onların ümdə vəzifəsidir. Təbii ki, bu vəzifə çətin, lakin olduqca şərəflidir. Məhz bu keyfiyyətlərə malik olduğu üçün Mahirə xanım daim  şeirin çətin yolunu şərəflə, ləyaqətlə və örnək olaraq addımlayır. 

Bədii ədəbiyyatdan az-çox məlumatı olan istənilən şəxs Mahirə xanımın poeziya yaradıcılığı ilə tanış olduqca görür ki, şairə sözün məqamında, yerində işlədilməsinin əvəzedilməz ustasıdır. Şairə zəngin həyat müşahidələrini ümumiləşdirə bilir, bədii sənətin dili ilə cəmiyyətə davamlı olaraq faydalı söz deməyə can atır, poetik lövhələr verir. Mənə elə gəlir ki, bir alim kimi onu şeirə vadar edən ən böyük təkan məhz oxuculara bol-bol ibrətli söz çatdırmaq ehtiyacıdır. Şeirdə fikirləri yığcam yazmağı bacardığı kimi, həyat hadisələrinə estetik münasibəti və bənzətmələri də dərin məzmunda, həm də axıcılıqla verməyi mükəmməl bacarır. Bu nadir poeziya üslubu hər şairə nəsib olan istedad deyil. Şeiriyyəti təmin edən sirli nöqtələr elə budur. Şairənin bənzətmələri, həm sosial semantikası, həm də qeyri-adiliyi təbiiliyi ilə diqqəti çəkir. 

Bəzən Mahirə Nağıqızının 3-4 bəndlik şeirini oxuyanda sanki böyük bir poemanı əhatə edəcək məlumat zənginliyi ilə qarşılaşırıq. Təbii ki, bu da şairin geniş dünyagörüşünə sahib, həssas müşahidələrə malik olmasından irəli gəlir.

Mahirə xanımın yaradıcılığında bir şeirin digərinə bənzərlik elementlərinə  çox az, nadir hallarda rast gəlinir. Çünki o, həmişə hər bir mövzuya uyğun şəkildə bədii ifadə və tərənnüm vasitələri düşünüb tapır və hər bir şeirində oxucu ilə İlahidən bəxş edilmiş yeni sözlərlə görüşə gələrək oxucunu düşündürməyi və sevindirməyi bacarır. Söz ustadı olmaq İlahinin bəxşidir. Söz istedadı alimə bəxş olunanda onların muncuq kimi düzülüb yaratdığı bənd və beytlər insan düşüncəsinə aydınlıq yolu göstərir. 

Böyük Sədi yazır:

Hər sözün ey alim, baş-ayağı var,

Sözün arasına söz qatma zinhar.

Ağıllı sakitlik görməsə bir an,

Dil açıb bir söz də söyləməz insan.

 

Bəli, Mahirə xanım söz sərrafıdır. Şairənin söz səltənəti həm də ona görə qüvvətlidir ki, şairənin yaradıcılığında alim təfəkkürü ilə poeziya səltənətinin sintezi var. Xüsusi olaraq qeyd edim ki, Mahirə xanımı həmmüasirlərindən fərqləndirən cəhətlərdən biri də yuxarıda qeyd etdiyim kimi onun nikbinliyidir. Bu nikbinlik içərisində cəmiyyəti düşünə, sosial həyata fəal müdaxilə edən şairənin qayğıkeşlik, humanistlik portreti canlanır. Həm də onun yaradıcılığı içərisində yer alan kədər, dərd, həsrət, nisgil sətir və beytlərdə elə mükəmməl şəkildə əridilir ki, şeir insanı ağlatmır, əksinə, onu mübarizəyə, inama, imana çağırır. Amma burada hissi tərənnüm əqli ümumiləşdirməyə yuxarıdan baxır. Doğrudur bu zaman ictimai məzmun həcm etibarilə böyük yer tutur, ancaq ifadə tərzində Mahirə xanımın (məhz dilçi olduğundan) lirik düşüncəsinin mühüm forması olan dil materialı üstünlük təşkil edir. Haqlı olaraq tənqidçi, ədəbiyyatşünas alim Rüstəm Kamal şairə Mahirə Nağıqızının yaradıcılığını təhlil edərkən onu payız fəsli ilə eyniləşdirmişdir.  Bu fəsildə insanın enerjisi çoxalır, eyni zamanda yazılan əsərlərin effekti yüksəlir, ən vacib elmi-bədii mətləbləri ifadə edən şəxslər, nəzərə çadtdırılması zərurəti olan çalarlar qabarıqlaşır. Xüsusilə də, aktuallaşma meyli güclənir. 

Mahirə Hüseynovaya uca Tanrı böyük istedadla yanaşı peşə və sənət xüsusiyyətlərindən doğan üstünlüklər də bəxş etmişdir. Mahirə xanım alim, müəllim, həm də istedadlı şairə olduğuna görə Azərbaycan dilində ədəbi dillə bədii dilin xüsusiyyətlərini, onların sərhədlərini, işlənmə məqamlarını, üslub maneralarını yaxşı bildiyi üçün onun yaradıcılığındakı peşəkarlıq daha dolğun və parlaq görünür. 

Professor Mahirə xanım Hüseynovanın bioqrafiyası, həmçinin dilçi-türkoloq alim kimi də çox zəngin və rəngarəngdir. Alimin istər fəlsəfə doktorluğu, istərsə də elmlər doktorluğu dissertasiya işləri uzaq keçmişlərdən günümüzədək gəlib çıxmış ulu ozan-aşıq yaradıcılığının dərin tədqiqinə həsr olunmuşdur. Yorulmadan elmi-tədqiqat işləri ilə indi də məşğuldur. Türk dünyasında istinad edilən biri-birindən sanballı məqalə və kitabları ilə elmimiz qarşısındakı sahəvi problematikanın həlli istiqamətində böyük töhfələr verməkdədir. Eyni zamanda, dilçilik üzrə tədqiqat işləri aparan neçə-neçə doktorant və dissertantlara elmi rəhbərlik və məsləhətçilik edir. Həmçinin, Mahirə xanım elm, təhsil təşkilatçısı kimi də böyük milli layihələrə imza atıb. Tanınmış alimin rəhbərliyi altında səviyyəli elmi-nəzəri bazaya malik bir neçə beynəlxalq elmi jurnal da çap olunur. Təşkil etdiyi seminar və konfranslarda türk dünyasının ünlü alimləri ortaq dil, əlifba, imla və s. problemlərin həlli istiqamətində bir araya gələrək fundamental elmi-tədqiqat işləri həyata keçirirlər.  

Həmçinin, elmi ictimaiyyət professor Mahirə xanım Hüseynovanı elmi yad təsirlərdən, saxta tədqiqatlardan qoruyan ziyalılar sırasında seçilən alim kimi də tanıyır və bu sahədəki prinsipiallığına görə, böyük rəğbət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya və pedaqogika elm sahələri üzrə Ekspert Şurasının sədri kimi ağır və məsuliyyətli işi də öz zərif çiyinləri üzərinə götürən professor Mahirə xanım Hüseynova son illər əldə edilən elmi tərəqqinin tələbləri ilə uyğunlaşa bilməyən, nəzəri və praktiki səviyyəsini yüksəltməyən, köhnə xidmətləri ilə kifayətlənərək yeniliklərə maneçilik törədən insanları tənqid edərək onları ciddi tədqiqatlarla məşğul olmağa məcbur edir desək, yanılmarıq. Ən əsası isə alim adına, elmə uyğun olmayan işlərə meydan verməyərək onları geri qaytararaq, daha dolğun və vacib istiqamətlər üzrə tədqiqat aparmalarını tövsiyə edir.

Bəli, dəyərli oxucu, göründüyü kimi fəaliyyət və yaradıcılığı vüsət əhəmiyyətli olan professor Mahirə xanım Hüseynovanın dərin mənalı həyat və fəaliyyəti, gördüyü məqsədyönlü işlər çoxşaxəliliyi ilə seçilir. Ona görə də onun özü haqqında və gördüyü işlər haqqında biri-birindən maraqlı məqalələr yazmaq olar. Təbii ki, Mahirə xanım bütün bu işləri vətən və xalqı qarşısındakı missiyası olaraq dayanmadan, sevə-sevə yerinə yetirir, hətta bəzən Tanrı əmanəti olan şirin canının sağlamlığını düşünmədən belə. Bu həyat və mənalı fəaliyyət yolu artıq onun barışdığı alın yazısı olan taledir. Çünki o həqiqətlərə və dəyərlərə ömür boyu sadiq qalan insandır.

Bu yerdə mən də müfəssəl yazımı müxtəsər edib nəzzam şəxsiyyətin ömür yolunda qazandığı heyrətamiz uğurların daha da parlaq olmasını böyük Allahdan diləyirəm. Güclü bədii və elmi potensialı olan Mahirə xanımı növbəti doğum gününün tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür arzulayıram. Qarşıdakı doğum illərini, yubileylərini doğulduğu Dərələyəz mahalının Sust kəndində keçirməyimizi Allah nəsibimiz etsin.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

 

 

Monday, 04 November 2024 16:07

Efirdə, habelə qəzet və jurnalda

 

“Ulduz" jurnalı və "Xalq qəzeti" yeni layihəyə başlayıb. Bu barədə “Ədəbiyyat və  incəsənət” portallna jurnalın baş redaktoru Qulu Ağsəs məlumat verib.

O bildirib ki, bu layihə bir ilkə imza atır. “Belə ki, Xalq TV efirində yayımlanan veriliş müsahibə kimi "Ulduz" jurnalı və "Xalq qəzeti"ndə də yayımlanacaq. "Ayrı söhbət" adlı verilişin ilk çəkilişi artıq baş tutub. Qonaq dəyərli ədəbiyyat və dövlət xadimi Hidayət Orucov olub.

Tamaşaçılar verilişi bu həftəsonu izləyə biləcəklər.”

İdeya müəllifi və aparıcısı Qulu Ağsəs olan verilişdə tək ədəbiyyat adamları yox, unudulmuş, maraqlı sənət adamları da çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə turizm sənayesinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlığı çərçivəsində hotel restoranları və digər ictimai-iaşə obyektlərinin əməkdaşları üçün təşkil edilən təlimlər başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Agentliyə istinadən xəbər verir ki, 30 gün davam edən təlimlərdə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai-iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü iştirak edib.

 

Təlimlərdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi və müvafiq qanunvericilik haqqında məlumat verilib.

 

Qeyd edək ki, təlimi keçən 12 yerli təlimçiyə Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) beynəlxalq ekspertləri tərəfindən 8 gün ərzində “Təlimçilərin Təlimi” proqramı tədris olunub.

 

Onlara keçirilən təlimlər nəzəri və praktiki olmaqla, 2 hissədən ibarət olub və qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi mövzuları əhatə edib.

 

Yerli təlimçilər bu mərhələni uğurla tamamladıqdan sonra imtahan verərək ikinci mərhələdə iştirak etmək şansı əldə ediblər. Daha sonra sənaye subyektlərinin administrativ və mətbəx personalına təlimlərə başlayıblar.

 

Layihənin əsas məqsədi COP29 zamanı və ondan sonrakı dövrdə sənaye subyektlərin qeyd olunan mövzular üzrə beynəlxalq standartlar əsasında hazırlanmasına və sənayenin inkişafına dəstək verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Rəsm qalereyası: Vladimir Preobrajenskiy, “Payız yağışı”

Monday, 04 November 2024 13:16

Günün fotosu: Venesiya rəngləri

Günün fotosu: Venesiya rəngləri

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu dəfə sizə bir Venesiya mənzərəsi təqdim edəcəyəm. 

Yəqin Venesiyanı tanımayanınız yoxdur. Ən gözəl və ən böyük  İtaliya şəhərlərindən biri, Adriatik dənizindəki yüzlərlə adada yerləşən əfsanəvi məkan. 

Bu soyuq, boz payız günündə bu qədər işıq və rəng sizə hərarət gətirsin qoy. 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

 

YAŞADIĞIM HEKAYƏ

 

Mən heç sevincimi gülmədim ki! 

Görüncə də ağladım, gedincə də,

Doğurdan sevinc nədir?

Hüzün nədir?

Öylədir yanılmamışam, ağlamaqdan ibarətdir! 

Mən duyğularımı ağladım,

Diqqət ilə atamın gözlərinin içinə baxardım,

Nədir bala, nə istəyirsən?! 

Dərindən bir ah çəkdim

Uşaq ürəyim böyük ağladı! 

Bir uşaq nə istər?

Anadan savayı nə istər?!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Əvvəllər bizə “diktor” deyirdilər. Sonradan leksikonumuza “aparıcı” sözü gəldi. Diktor başqasının verdiyi mətni oxuyurdu. Efirə çıxrkən özündən nəsə deyə bilməzdi. Mütləq o verilişin redaktoru, ssenari müəllifi nə yazırdısa, onu oxumalı idi. Əslində, onu oxumaq da böyük məharət tələb edirdi. Aparıcılıq sonradan çıxdı. Deyərdim, haradasa 2000-ci illərdən, 1990-cı illərin ortalarından çıxdı. Amma o vaxt da jurnalistlər var idi. Məsələn, “Dalğa” proqramı var idi, çox böyük səs-küy doğurmuşdu və iki dildə, rus və azərbaycan dillərində yayımlanırdı. Onun da aparıcıları var idi. Amma onlara jurnalist kimi baxırdılar. İndi bizim düşündüyümüz aparıcılar 90-cı illərin sonlarından meydana çıxmağa başladılar. Aparıcı verilişdə öz sözünü deyir, ssenari müəllifi olarsa, daha yaxşı. Veriliş canlı alınır. 1997-ci ildən başlayaraq “Ailələr talelər” verilişinin həm aparıcı, həm ssenari müəllifi oldum. Yəni diktorlar arasında ilk aparıcı, diktor və ssenari müəllifi olanlardan biri idim.”

 

Əziz dostlar, bu gün sizə televiziya aparıcısı, diktor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadədən söhbət açmaq istəyirəm. 

Axı noyabrın 2-si növbəti ad günü idi. 

1961-ci ildə Balakəndə doğulub boya-başa şatan Nailə xanım əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2006-cı ilə qədər orada diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunmuş çoxsaylı canlı proqramların, televiziyada çoxsəpkili verilişlərin və "Xəbərlər" proqramının əsas aparıcılarından biri idi. Onun müəllifi və aparıcısı olduğu "Ailələr, talelər" proqramı Azərbaycan televiziya məkanında tok-şou janrında yaranmış ilk veriliş olub. Bu veriliş Azərbaycan ailəsinin mənəvi, sosial və huquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərərək maarifləndirici, öyrədici rol oynayıb. Və Nailə xanıma böyük tamaşaçı rəğbətini qazandırıb. Bununla yanaşı, o, bir il ərzində Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə hər həftə türk dilində yayımlanan "İş'te kadın" proqramının müəllifi və aparıcısı olub...

 

“Mən özümü hər bir sahədə uğurlu adam sayıram. İstər karyerada, istərsə də şəxsi həyatda. Həmişə özümü inkişaf elətdirməyə çalışmışam və bütün sahələrdə çox fədakar olmuşam. Doğrudur, bu yolda şans da köməyimə gəlib, amma çalışmaq, işgüzar olmaq daha önəmlidir deyə, düşünürəm.”- söyləyir.

 

2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühum layihələrinə həsr olunmuş filmlərin ssenarilərini hazırlayıb.

2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış,  məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək, Azəbaycan tarixi və mədəniyyəti, ölkəmizin dahi şəxsləri haqqında tammetrajlı publisistik və sənədli filmlərin hazırlanmasına rəhbərlik edib.

2019-cu ildən “İctimai” televiziyada “Ötən günlər” verilişinin aparıcısıdır...

 

Deyir ki:- “Demirəm ki, səhvlərim olmayıb, olub. Təbii ki, çox olub. İnsan yaşayırsa, düşünürsə, hərəkət edirsə, mütləq səhvləri olmalıdır. Amma deyim ki, özümə bağışlaya biməyəcəyim addımım və səhvim olmayıb. Yanlışlarım da olub. Fəqət, o yanlışları o vaxt doğru hesab edirdim. Məsəl üçün, o vaxt o aktual idi və onda mən elə düşünürdüm. Elə düşünməyim lazım idi. İllər keçəndən sonra insan düşünür ki, bəlkə o vaxt gərək belə etməyəydim. O səhvlər, yanlışlar bizi öyrədir. Önəmli olan odur ki, yanlışı edəndə, yıxılanda ağıllı durmağı bacarasan və bir də o səhv etməyəsən.”

 

Ömür-gün yoldaşı onu efirdən görüb, bəyənib. Bir müddətdən sonra onlar ailə qurublar...

 

"Bir vaxtlar şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Soyadlarımızın eyni olması buna səbəb olmuşdu. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də, onların da bir oğul övladı olduğu üçün, bu kimi uyğunluqlarımız adamları çaşdırırdı. Hətta bu vaxta qədər də deyənlər var ki, Akif İslamzadə ilə ailəliyəm".- söyləyir...

 

Çox ağrılar yaşayıb. Televiziyada işləyəndə atası rəhmətə gedib. Bir müddət sonra iki qardaşı xərçəng xəstəliyindən vəfat edib. Üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişib...

 

Deyir ki:- “Hər bir insanın həyatında ağır günləri olur. Mənim də həyatımda ağır günlər olub. İnsanın doğmalarını itirməsi, həyatında ən ağır hadisədir. Ölüm haqdır və bu bizim ixtiyarımızda deyil. Doğulmağımız bizdən asılı olmadığı kimi, ölümümüz də bizdən asılı deyil. Düzdü, ölümün vaxtını sağlam qida, sağlam həyat ilə müəyyən  qədər yubatmaq olar, amma hər şey Allahın əlindədir. Mənə elə gəlir ki, insanın həyatında ən ağır hadisə doğmalarını itirməsidir. O da çoxları kimi mənim də başıma gəlib.”

 

Bu günkü televiziyalarımızda aparıcıların buraxdıqları nöqsanlar onu çox narahat edir. Bunun səbəbini peşəkarlığın zəif olmasında görür...

 

“Bəyəndiyim aparıcılar var. Ad deməyəcəm. Əsasən özəl kanallarda sərbəstlik daha çoxdur deyə, gənclər az diqqət edirlər. Bir neçə səhər proqramları, günorta yayımlanan verilişlər var ki, orada özlərini həddindən artıq sərbəst aparırlar. Efirə hazırlaşmaq lazımdır, xüsusən də canlı yayımlara. Gələn qonaqla istədiyini söhbəti, lağ-lağı etmək olmaz. İnsanlar niyə oturub kiminsə lağ-lağısına qulaq asmalıdır? Nəyə görə? Bu ixtiyarı onlara kim verir? Televiziya rəhbərləri verir? Verməməlidirlər. Ona görə hazırlaşıb gəlmək lazımdır ki, boş-boşuna danışmasınlar. Psixologiya, mədəniyyət, ədəbiyyatdan o qədər gözəl mövzular var ki… Onlar haqqında danışılsın. Gərək elə mütləq lağ-lağı danışılsın? Bizim yaxşı gənclərimiz var, amma daha çox üzərlərində çalışmalıdırlar. Aparıcı ləhcə ilə danışmamalıdır. Nitqi örnək olmalıdır.”- söyləyir...

 

Düşünürəm ki, az da olsa Nailə xanım haqqında sizə məlumat verə bildim. 

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Doğma Sumqayıtımızın 75 yaşı tamam olur. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birlikdə “Türkiyə mədəniyyət xadimləri və Sumqayıt” adlı layihə icra edir. 

Layihəmizin bugünkü qonağı Türkiyənin tanınmış sənət adamı, rəssam Kamal Uğurdur. 

 

Layinəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin aparır. 

 

-Nasılsınız, Kemal bey?* 

 

Teşekkür ederim sayın Gülnare Cemakeddin. Çok iyiyim efendim. Hatta şu an sizlerle birlikte olmak bana bu imkanı sunmanız ayrı bir keyf oldu.

 

 -Siz Türkiyemizin sanat alananında ünlü ressam, sayılıbseçilen sanatçısınız, Azerbaycanla ilgili neleri biliyorsunuz?

 

-Azerbaycan biz Türkler in kardeşi, ikinci vatanı ve güven duyduğu vazgeçilmezidir. Hani klasikleşmiş bir söz var ya iki devlet tek millet. Benim hatta ülkem için kan ve candır Azerbaycan ve Azerbaycan halkı.

Her koşulda kayıtsız şartsız amasız Azerbaycanın yanındayız.

 

-Ruhunuzdakı Azerbaycanın rengi ve uzun süre hasretini yaşadığınız Azerbaycanın rengi hangi rengdeydi?

 

-Yukarıda bahsettim sizler bizim için kan ve cansınız. O Yüzden Kanımızın rengi olan Kırmızı Azerbaycan'ımızın rengi diyeceğim

 

-44 günlük savaş döneminde an- an, saniye-saniye yanımızda oldunuz. Bizimle ağlayıb, bizimle birlikde güldünüz. Bu bi daha bizim* *iki devlet, bir millet olmamızı ve kan bağlarıyla bağlandığımızı ortaya koydu. Yalnız böyle bi şeyi kardeş kardeşe yapa biliyordu. Degilmi?

 

-Evet. Biz burada Azerbaycan'ı topraklarımız, Sizde orada Türkiye'yi topraklarınız olarak gördüğünüze göre sizin acınız bizim, bizim acımız sizin acınız olabiliyorsa, ki oluyor işte iki devlet tek millet diye kardeşlerimiz diye bundan dolayı deniyor.

 

-Türkiye ile Azerbaycan, hüsusile de Sumqayıtlı sanat insanları arasında kurulan sanat* *köprüsüne vesile olan Şair ve Söz yazarı  Fethi AKIN bey sizleri bize tanıtdı ve bu tanışlık bize çok şeyler bahş etti.

 

-Değerli Şairimiz  Fethi AKIN beyden Allah razı olsun. Bana sizlerle Tanışma, tanıma fırsatı verdi.

Bu bağın hiç kopmaması bu kardeşliğin tüm Dünyada bilinmesi tek dileğim.

 

-Eserlerinizde daha çok hangi renglere önem veriyorsunuz?* 

 

-Eserlerim de doğallığa doğanın bize sunduğu renklere önem veriyorum.  

 

-Hayatın rengini çeke bilirmisiniz?

 

-Hayatın rengini çekmek kolay değil.  Milyonlarca yıllık dünyada hayatın rengi ni çekebilen olduğunu sanmıyorum. Ama benim için hayatın renği Ailem, Devletim, Vatanım ve Tüm Türk Birliğidir.

 

-Ölümün rengi hangi rengdedir?

 

-Ölüm geldikten sonra hangi renkte olmasının bir önemi olduğunu sanmıyorum. Ama illaki bir renk olması gerekiyorsa Karanlığın rengi olan siyah derim.

 

-Tüm sanat adamları içten içe Allaha daha çok yakın olan insanlardır. Ve bence sanat insanlarının iç dünyasındakı Allahın resmi işık, nur şeklindedir. Bes sizde? Dualarınız duyulurmu O katda?

 

-Sanat insanları duyarlı hisleri kuvvetli içleri dışları bir insanlardır. Sanatçıdan asla kötülük gelmez, çünkü kötü duyguları yoktur. Elbette o yüzden de biz sanatçıların dualarının o katta duyulduğu kanaatindeyim.

 

-İstediyiniz zaman resm yapa biliyormusunuz, yoksa Tanrının diktesiyle görüyorsunuz bu işi?

 

-Resim yapmak benim için bir nefes alma şekli, o yüzden imkanım olsa elimde fırça önümde boya ile uyurum, işin espirisi bu ya her istediğim de yapabiliyorum.

 

-Sumgayıtla ilgili neleri biliyorsunuz? Çokmu dostlarınız var burda?

 

-Sumgayıt a ilğim değerli şair dostum Fethi AKIN beyin beni sizlerle tanıştırmasıyla başladı. Azerbaycanımızın ikinci büyük şehri olan Sumgaytı da orada sanatın edebiyatın baş kenti olarak duydum. Kısacası sizler ve sosyal medya aracılığıyla tanıdım. Orada çok fazla tanıdığım yok sizler ve sizlerin aracılığıyla tanıdıklarım var. Ama Azerbaycanın tüm halkı can dostumdur diyebilirim.

Ayrıca bildiğim bu yıl Sumgayıt’ın 75 yılı, bu vesileyle canı gönülden kutlarım, nice yıllar içinde kutlanmasını dilerim.

 

-Sumgayıtın resmini yapmayı düşündünüzmü hiç? Çekseydiniz daha çok hangi rende çekerdiniz?

 

-İnanın hiç düşünmemiştim, ama bu soru bana ilham verdi, neden olmasın yapabilirim.

Genelde kan rengi - acının ve sevincin rengi desem.

 

-Sumgayıtda olmayı düşündünüzmü hiç?

 

-Elbette hatta 75 yılınızı birlikte orada kutlamak isterdim. Hatta seneye bir organizasyonla tüm sanat camiasının Türkiye Azerbaycan sanatçıları olarak festival tadında hep birlikte kutlamayı ben teklif edeyim.

 

-Dünyanın gelecegi hangi rengde gözüküyor ressam, sanatçı Kemal beyin gözünde?* 

 

-Mavi pembe desem. Geleceğe umutla bakıyorum. Erkeğe mavi Kadına pembe renkleri uygun gören toplum bu yaşanan kargaşanın amacının boşa oldugunu elbet anlayacak dünyada barışın ve sevginin hakim olacağına bunu da erkek ve kadının el birliği ile yapacağına inanıyorum. O yüzden mavi ve pembe diyorum.

 

-Bu yıl Sumgayıtın 75 yılı tamam oluyor. Ne dilemek isterdiniz şehirimize, insanlarına?

 

-Sumgayıtın 75 yılını kutluyorum. Umarım ileriki yıllarda Türkiye'den de sanatçı dostların katılımıyla görkemli kutlamalar yapılır. Sizleri seviyoruz ülkeniz ve Sumgayıt'ımız var olsun.

 

-Kara deniz önceki şevkle çırpınıyormu?* 

 

-Bence çırpınıyor, çırpınmaması için bir neden göremiyorum. Zira biz Türklerde Vatan ve Bayrak aşkı o kadar kuvvetli ki. Birlik ve beraberlik ruhu o kadar üst seviyedeki evet karadeniz aynı şevkle çırpınıyor derim.

 

-Sovyetler döneminde Azerbaycanlı kalem adamlarından daha çok kimleri biliyordunuz, şimdi kimlerin ismini biliyorsunuz?

 

-Elbette açıkçası fazla bir bilgim yoktu ama sizleri tanıdıktan sonra dikkatimi çekti, inanın siz ve birkaç sosyal medyadan tanıdığım var çok değil yani, üzgünüm

 

-Azerbaycan Yazarlar Birligi ile ilgili neleri biliyorsunuz?

 

-Bu birliğin çok eski bir kuruluş olduğunu biliyorum.SSCB Döneminde 1934 yılında Bakü'de kurulmuş 1500 civarı üyesi olan nadide bir kuruluş olarak biliyorum.

 

-Azerbaycanın kahraman oğullarının resmini yapmayı düşündünüzmü hiç?

 

-Neden olmasın bana bu fırsat verilirse büyük bir onur ve gururla yaparım tabiki..

Tekrardan bana bu fırsatı verdiğiniz için teşekkür ediyorum. Azerbaycan daki tüm sanat camiasına ve sizlere selam.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.