Super User
Xalq yazıçısı Kamal Abdullanın yeni romanı işıq üzü gördü
Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.
Yazıçının sayca beşinci olan bu romanında məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsi özünəməxsus bədii-fəlsəfi formada təqdim edilir.
Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.
Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin qəfil suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında bir romandır, Vaqifin əsər boyu yazmaqda olduğu roman süjetiylə digər bir romandır.
“Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.
Kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.
Xalq yazıçısı Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.
Azərbaycanda yaşayan almanlar barədə kitab
Almaniyada yaşayan soydaşımız Orxan Arasın “Helendorfun sonuncu şahidi” kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitab Azərbaycanda yaşayan almanlar barədədir. İndiki Şəmkir və Göy-göl rayonları ərazisində məskunlaşmış alman koloniyalarındakı ayrı-ayrı ailələrin taleləri sənədli prozada qələmə alınmışdır.
Kitabı Azərbaycan türkcəsinə şair Nazim Əhmədli çevirmişdir.
31 milyon dollarlıq saat, Ümumdünya Qarpız Günü və Günəşə ən yaxın olan ölkə
1-10 avqustun təqvimi Varisin təqdimatında
1 avqust. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Avqustun biri ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün əhəmiyyətli hadisə idi. 1995-ci ildə müstəqil dövlətimizin ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bundan sonra hökumət səviy-yəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul olundu. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi növbəti uğurlu addımlar oldu. 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” prezident fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım oldu. Müxtəlif vaxtlarda imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” prezident sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
2018-ci il noyabr ayının 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında növbəti prezident fərmanı imzalandı. Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiya- sı yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq tapşırıldı.
1 avqust, Dəmiryolçu günü
Məlumdur ki, 1804-cü ilin 1 avqust günündə ingilis ixtiraçı Riçard Trevetik ilk paravozu hazırlayıb. Amma paravoz o qədər ağır olub ki, vurub dəmir yolunu dağıdıb. Nəticədə, bu işi relsə salmaq üçün cənab Trevetik çox əziyyətlərə qatlaşıb. Onun bu relsəqoymasından günü bu gün də bütün dünyanın dəmiryolçuları, o cümlədən də bizimkilər bəhrələnirlər. Mən bilmirəm, əvvəlki dəmiryolu başbiləni Ziya Məmmədov, yaxud hazırkı başbilən Cavid Qurbanov cənab Trevetikin adını eşidiblərmi? Bilirlərmi ki, ilk qatar altına düşən şəxs ingilis dülgər Devid Brukdur (hadisə 1821-ci ilin 5 dekabrında – tufanlı bir gündə baş verib)? Yaxud, xəbərdardırlarmı ki, dəmir yolunda ilk sərnişindaşıma xətti 1830-cu ildə Liverpul – Mançestr xətti olub? Avropanın ən uzun dəmiryolu platformasından – İngiltərənin Fokston şəhərindəki 791 metrlik Çeriton terminalından necə, xəbərləri varmı? Bəs bahalı dəmiryolu oyuncaqları barədə necə, bizim başbilənlərimiz eşidiblərmi? Məsələn, 12 kilometrlik miniatür Hamburq dəmir yolu barədə? Qiyməti 12 milyon dollara olan bu oyuncağa sahib olmaq çox qürurvericidir, barı bunusa bilirlərmi?
Nədənsə, biz qatarların həmişə gecikməsini müşahidə edirik. Tək bizdə yox, bütün dünyada belədir, təyyarə dəqiq, qatarsa qeyri-dəqiq nəqliyyat vasitəsi hesab edilir. Bu yerdə maraqlı bir detalı da söyləyim. “Qatar” sözü onun yaradıcıları olan ingilislərdə “train” kimi səslənir. Oksford ingilis lüğətinə görə, 14-cü əsrdə bu söz “satqınlıq”, “dönüklük”, “aldanış” mənalarını verirmiş.
1 avqust. Rəssam Həsənağa Mustafayevin 125 illiyi
Biz incəsənət xadimlərimizi yetərincə tanımırıq. O cümlədən də rəssamları. Teatr rəssamlarını isə ələlxüsus. Həsənağa Hacağa oğlu Mustafayev 1896-cı il avqust ayının 1-də Bakıda anadan olub. 1925-ci ildə Bakı Ali Rəssamlıq Məktəbini, 1931-ci ildə Moskva Ali Bədii Texniki İnstitutunu bitirib. 1933-1937-ci illərdə SSRİ Böyük Teatrında fəaliyyət göstərib. Azərbaycan Opera və Balet Teatrında “Nərgiz” (1938, M. Maqomayev), “Şah İsmayıl” (1940, M. Maqomayev), “Stansiya nəzarətçisi” (1939, A. Kryukov) və s. operalara, Azərbaycan Musiqili Komediya Teatrında “Evliykən subay” (1939, Z. Hacıbəyov), “Beş manatlıq gəlin” (1939, S. Rüstəmov), ”O olmasın, bu olsun” (1946, Ü. Hacıbəyov) və s. komediyalara bədii tərtibat verib. Azərbaycan sovet təsviri sənətində ofort, ksiloqrafiya və linoqravüra texnikalarını ilk dəfə Həsənağa Mustafayev tətbiq edib. Onun “Arabaçı” (ofort, 1928), “Üzüm” yığımı” (ksiloqrafiya, 1928), “Zorxana” (linoqravüra, 1934) kimi əsərləri diqqət çəkir. Həsənağa Mustafayev 1938-ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1940-cı ildə “Əməkdar artist” fəxri adlarna layiq görülüb. O, 1977-ci il aprel ayının 22-də Bakıda vəfat edib.
1 avqust. Körpələrin ana südü ilə yedizdirilməsinə dəstək həftəsinin başlanması
Bəli, Ümumdünya Səhiyyə Təşkilatı bu gündən etibarən bir həftə ərzində dünya analarını körpələrini təbii yolla yemləməyə çağırır, ümumiyyətlə, tövsiyyə edir ki, ilk altı ayı körpələr mütləq əmizdirilməlidir, süni qidalara keçilərsə də, yalnız bundan sonra keçilməlidir. Ana südü körpə üçün ən ideal qidadır, onun tərkibində çoxlu vitaminlər, minerallar var, o cümlədən də antitel var ki, bu da yeni doğulanları ən çox yayılmış uşaq xəstəliklərindən – diareyadan, pnevmaniyadan qoruyur. Erkən uşaq ölümlərinin də əsas səbəbləri məhz bu iki xəstəlikdir.
O ki qaldı avqustun 1-i tarixinə, ilk dəfə 1990-cı ilin bu günündə körpələrin ana südü ilə qidalanmasına dəstək Deklorasiyası imzalanıb, bu Deklorasiyaya 32 ölkə imza atıb.
1 avqust. İnkassator Günü
Bu gün əlləri pulla, özləri də taleləri ilə oynayan bir peşənin sahiblərinin – inkassatorların günüdür. Zirehli avtomobillə, əllərində silah gəlib banklardan, iri dövriyyəsi olan ticarət obyektlərindən pul aparan, bankomatlara pul gətirən təhlükəli peşə sahibləridir inkassatorlar. Yüksək fiziki hazırlığı olan bu insanlar kifayət qədər cəld, ayıq-sayıq və soyuqqanlı olurlar adətən. Quldurların daim basqılarına məruz qalır, həyatlarını itirirlər. Hamı öz pulunun güdazına gedir, onlarsa başqalarının pullarının güdazına gedirlər.
Nə deyə bilərəm onların bayramı günündə? Ən yaxşı halda quldurlara səslənə bilərəm ki, bu gün bank-filan yarmasınlar. İnsaf da dinin yarısıdır.
1 avqust. Beynəlxalq Bağışlama Günü
Bu günün başqa bir adı da küsənlərin barışması günüdür. Beynəlxalq təşkilatlar xahiş edirlər ki, ay insanlar, ilin bu günündə umu-küsüləri bir araya qoyun, inciklikləri unudun, mehriban olun.
Niyə də yox?
1 avqust. İsveçrə Konfederasiyasının yaranışı günü
Vətənini nə qədər sevsə də, hər bir kəsin hansısa səbəblərə görə gözü qalan bir ölkə var. Müdhiş gözəlliklərinə görə, insan hüquqları və azadlıqlarına görə, insan kapitalına verilən böyük dəyərə görə, ədalətliliyin bərqərar edildiyinə görə, həyat şəraitinin möcüzəli dərəcədə yüksək olmasına görə, insanlara istedadlarına görə yaşıl işıq yandırılması səbəbindən mənim də gözüm həmişə İsveçrəyə zillənir.
Buranı kimisi saatlar ölkəsi, kimisi şokoladlar ölkəsi, kimisi pendir ölkəsi, kimisi müharibələrə qoşulmadığı üçün neytral ölkə adlandırır. Bu əsrarəngiz ölkənin ərazi quruluşu ştatlardan deyil, kantonlardan təşkil edilib. Əhalinin 23 faizini əcnəbilər təşkil edirlər. Orada pendirin 450 sortu istehsal edilir. 2012-ci ildə isveçrəlilər dünya rekorduna imza atıblar, 172 376 ton şokolad istehsal ediblər.
1541-ci ildə mürtəce kalvinistlər zinyət əşyaları gəzdirməyi qadağan edəndə Cenevrədə ustalar qol saatını kəşf edib onun istehsalına başlayıblar, hazırda dünyanın elə bir guşəsini tapmaq olmaz ki, orada İsveçrə saatları dəbdə olmasın. Tarixin ən bahalı saatı isə Patek Philippe Grandmaster Chime (Ref. 6300A-010) markasıdır ki, 2019-cu ildə Cenevrə auksionunda bir naməlum şəxs ona nə az, nə çox, düz 31 194 000 dollar sayıb. (Yeri gəlmişkən, həmin saatı milyonluq İsveçrə saatlarını uf demədən oğurlatmağa alışmış biz azərbaycanlılardan hansısa birimizin ala bilməsi də istisna deyil).
İsveçrəlilər dünyanın hər guşəsində istifadə edilən neytral Helvetica şriftini də icad ediblər. Dünyada yaşı 100-dən yuxarı olan əhalinin fazi hesabına görə də liderdirlər.
İsveçrə konfederasiyasının yarandığı yer Uri kantonundadır, Lüsern gölünün sahilində, Rütli çəmənliyində. Həmin günün tarixi uzaq 1291-ci ilə gedib çıxır.
Bayramı bütün ölkə coşquyla qeyd edir, Rütli çəmənliyində əsas şənliklər keçirilir. Prezident xalqı təbrik edir, hər yerdən bayraqlar asılır, küçələrdə konsertlər, teatr tamaşaları keçirilir, fəvvarələr rəngbərəng işıqlandırılır, göylərə fişənglər atılır, tonqallar yandırılır. Gecə uşaqlar və gənclər kağız fonarlarla gəzintiyə çıxır.
İsveçrə barədə mən çox şey deyə bilərəm, amma elə bununla fikrimi yekunlaşdırsam, məncə, bəsdir: Orada günəş hamı üçün eyni dərəcədə işıq saçır.
1 avqust. Digər əlamətdar hadisələr
Beninin müstəqillik günüdür. Beninliləri təbrik edirəm. 1-ci dünya müharibəsində həlak olanların xatirə günüdür. Ruhları şad olsun. Fransada Breton milli bayramıdır, İngiltərədə Yorkşir günüdür, Kambodcanın qələbə, Tailandın qadın, Anqolanın, Livanın və Çinin silahlı qüvvələr günüdür, Konqoda valideyinlər günü, Tonqoda kralın taxtaçıxma günüdür. Butanda Budda ritualları günüdür həmçinin. Barbados, Bermud, Trinidad və Yamaykada Karib karnavalı keçirilir, belə ki, 1833-cü ilin bu günündə bu xalqlar Britaniya quldarlarından azad olaraq öz adlarından “qul” sözünü götürüblər. Bu günün bir maraqlı qeydolma səbəbi də onun Ümumdünya Skaut Yaylığı günü (Word Scaut Scarf Day) kimi qeyd olunmasıdır.
Və əlbəttə ki, ABŞ-da da mütləq mətbəxlə bağlı bir bayram var. Bu, milli südlü kokteyl günüdür.
2 avqust. Azərbaycan Kinosu Günü
1898-ci il avqust ayının 2-də neft Bakısında bir proqram hazırlandı və bu proqrama “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin paroxodla yolasalınma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” bədii kino süjetləri daxil edilmişdi. Bu kino süjetlərini fransız yəhudisi, 25 ildən artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon lentə almışdı. Bununla da Azərbaycanın kino tarixi başlandı.
Həmin kinosüjetlərdən 2-si – “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana gətirilib və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kino seansının həyata keçirildiyini nəzərə alaraq, Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan etmişdir.
2 avqust. Qaraçıların genosidi günü
23 noyabr 1996-cı ildə Avropanın və ABŞ-ın qaraçı təşkilatları birləşib 2-ci dünya müharibəsində faşistlər tərəfindən qətlə yetirilən qaraçıların xatirə gününü təqvimə salmağa nail olublar.
Bizdə də qaraçılar yaşayırlar. Hind-Avropa mənşəli bu köçəri xalqın nümayəndələrinin əsas məskəni Yevlax rayonundadır. Azərbaycanda qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars və kurmanç dilində danışanlar.
Biz qaraçılar barədə Prosper Marimenin “Karmen” əsərini oxumuşuq, sovet kinomatoqrafiyasının yaratdığı Budulay kimi yaddaqalan qaraçı obrazını bəyənmişik.
Dünyada təqribən 10 milyon qaraçı yaşayır. Ən çox qaraçı Bolqarıstan (325 min), Rusiya (205 min) və Makedoniyadanın (55 min) payına düşür.
Əlbəttə, pul dilənməklə və fala baxmaqla pul qazanan qaraçılardan daha çox biz gitara çalıb rəqs eləməklə pul qazananlara rəğbət bəsləyirik. Halal yolla pul qazanmaq gözəldir axı.
3 avqust. Ümumdünya Qarpız Günü
Sabirabadlılar, yaxın oturun. Bu gün məhz sizin bayramdır.
Demək, giləmeyvə sayılan, amma meyvə-tərəvəz kimi qəbul edilən bu üstü yaşıl, içi qırmızı bitkinin vətəni Cənubi Afrikadır. (Vallah, məndən olsa, deyərdim ki, Sabirabaddır, onun Cavad adlı bölgəsidir). Qarpızın 92 faizi sudan ibarətdir. Bu səbəbdən o, yay vaxtlarında insanın susuzluğunu gözəl yatırır. Tərkibində A, B, C vitaminləri, çoxlu minerallar var. Məsələn, qarpızın tərkibində ən güclü antioksidant sayılan likopin maddəsi var. O, vaxtından əvvəl qocalmaya və xərçəngə qarşı ən yaxşı vasitələrdən hesab edilir. Qarpızın dəriyə, saça da müsbət təsiri var.
Şəxsən mən indiyə kimi bilmirdim ki, qarpızın kəsib tulladığımız ağ yerində situllin adlı doymuş turşu var, o, bizim bədənimizdə arqininə çevrilir, arqinin də qan təzyiqini aşağı salır, yaraları sağaldır, indi aktual olan immuna sisteminin möhkəmləndirilməsi işinə də töhfə verir. (Əminəm ki, bundan sonra qarpızın ağ hissəsini də həvəslə yeyəcəyik).
Qarpız barədə məşhur bir məsəl var, onu Molla Nəsrəddinə də, Bəhlul Danəndəyə də aid edirlər. Bir gün molla qonaq gedirmiş, özü ilə qarpız aparırmış. Yolda bərk susayır, məcbur olur qarpızı kəsib yesin. Öncə qarpızın özəyini yeyib qalanını atır. Deyir, qoy keçənlər görsünlər ki, bunu ağa yeyib. Bir qədər keçmiş geri qayıdıb qarpızın ağ hissəsini də yeyir. Deyir, keçənlər deyəcək ki, ağanın yanında nökəri də olub. Təkrar yola düzəlir, amma tamahını saxlaya bilməyib yenidən geri qayıdır, bu dəfə qarpızın qabığını da yeyır, deyir, qoy desinlər, ağanın yanında eşşəyi də olub.
3 avqust. Kapoera Günü
Ölkəmizdə kapoera həvəskarları az deyil, özündə rəqs və akrobatika elementlərini birləşdirən bu Braziliya milli döyüş incəsənəti həm gözəlliyi və həm də gücü birgə təbliğ eləməkdədir. Bizim kapoeraçılarımız pullu bölmələrdə bu təmrinin sirlərini öyrənirlər. Amma onu göstərməyə meydan demək olar ki, yoxdur. Hərdən diskotekalarda kimsə başqalarının təəccübünə rəğmən, başlayır kapoera göstərməyə, hərdən kimsə cürətlənib lap elə Fəvvarələr meydanında da kapoera göstərir. Amma bunlar, təbii ki istisnadır. Braziliyada isə kapoera adi məişətdir, həyat tərzidir.
4 avqust. Tanınmış diktor Rafiq Hüseynovun 75 illiyi
Uşaqlığımızdan gözümüz bu adamın simasına, qulağımız səsinə alışmışdı. Diktor Rafiq Eyyub oğlu Hüseynov! 1946-cı il avqust ayının 4-də Şuşa şəhərində anadan olan Rafiq (heyif, Şuşanın azad edilməsini görə bilmədi) məktəbdə oxuyan vaxtlardan “Azərbaycanfilm” dövlət kinostudiyasında uşaq rollarını dublyaj etmişdi, 100- dən çox filmlərin səsləndirilməsində iştirak etmiş, 18 yaşından Azərbaycan televiziyasına gəlmiş, 1960-cı ildən etibarən diktorluq fəaliyyətinə başlamış, səsinin ahəngi, diksiyası, gözəl natiqlik qabiliyyəti ilə seçilmişdir.
1990-cı ildən Azərbaycan televiziyasından uzaqlaşsa da o, kinostudiyada fəaliyyətini davam etdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Politologiya və Sosial İdarəetmə İnstitutunda dərs demiş, professor elmi rütbəsini almışdır. Rafiq Hüseynov bir arada mahnı da oxumuş, disk buraxdırmışdır. 2007-ci ildə AzTV aparıcılarının bədii rəhbəri vəzifəsinə təyin edilməklə o, yenidən doğma televiziyaya qayıtmışdır. Bu gün onun Rafiq Həşimov kimi çoxsaylı yetirmələri var. Göstərdiyi xidmətlərə görə “Xalq artisti” fəxri adına layiq görülən Rafiq Hüseynov bir sıra filmlərin müəllifi kimi də öz adını mədəniyyət tariximizə yazmışdır. 1991-ci ildə “Ölü zona” filminə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Planları çox idi, daha nələr, nələr edəcəkdi, amma...
Amansız ölüm onu 2017-ci il oktyabr ayının 26-da Almaniyanın Düsseldorf şəhərində yaxaladı. Cənazəsi Almaniyadan Bakıya gətirildi. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olundu.
4 avqust. Şampan şərabı günü
Deyilənə görə, 1693-cü ilin bu günündə fransız monaxı Dom Perinyon Şampan əyalətində ilk şampan şüşəsini ortaya qoyaraq onun hazırlanma sirlərini bəyan edib.
Bir vaxtlar – biz sovetlər dönəmində yaşayanda belə bir ənənə var idi. Hər il dekabrin 31-i saat 00.00-da insanlar şampan partladaraq yeni ilin gəlişini qeyd edirdilər. “Sovetskoye şampanskoye” brendi çətin tapılan idi, əlaltından satılırdı, bahalı idi. Odur ki, hər bir ailə süfrəsinə bu təamı qoya bilmirdi. Amma daha ucuz, şirpotreb “Şipuçi” içkisi də var idi, kasıb süfrələrini bəzəyirdi.
Şampansevərlərin menyüsünə: Şampanın xüsusi hazırlanma qaydaları var. Onu yalnız 3 əsas üzüm sortundan (şardone, pino nuar və pino menye) hazırlamaq olar, daha 4 sortdan isə əlacsız qalanda hazırlamağa icazə verilir ( pino blan, pino qri, pti melye və arban). “Şampan” brendi altında başqa üzüm sortlarından şərab hazırlamaq yasaqdır. Şampanın probkası açılarkən 100 km/saat məsafəyəcən sürət yığa bilir. Avtomobil yarışlarında qaliblər mütləq şampan duşunda çimizdirilir. 2020-ci ildə bütün dünyada 245 milyon şüşə şampan içkisi satılıb, istehsalçılar 4 milyard avro gəlir götürüblər. Tarixdə məlum olan ən bahalı şampan 270000 dollar qiymətində olub. Heidsieck adlı bu şampan rus imperatoru II Nikolay üçün hazırlanıb. Müasir dövrdə isə ən bahalı şampan 40 min dollara satılan Dom Perignon markasıdır.
4 avqust. Ünlülərin günü
Bu gün Barak Obamanın, Yasir Arafatın, Con Makkartinin, Lui Armstronqun, Uilyam Hamiltonun doğum, həmçinin Yuriy Levitanın, Andria Della Robbianın, Hans Kristian Andersenin vəfatı günüdür.
5 avqust. Azərbaycanın hərbi dəniz donanması günü
1918-ci ildə - milli hökumətimiz tərəfindən yaradılıb dəniz donanmamız. İlk dönəmlərdə tək-tük gəmidən ibarət olub. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana veriblər. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olub. Keçmiş SSRİ-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi 1992-ci ildə həyata keçirilib. Hərbi gəmilərin Azərbaycanın balansına qəbul edilməsində HDQ-nın keçmiş komandanı, kontr-admiral Rafiq Əsgərov mühüm rol oynayıb. 1992-ci ilin iyul ayında Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında ilk dəfə Xəzərin sularına çıxıblar. Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sayı 3000 nəfərdən çoxdur.
1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub və həmin ildən Heydər Əliyevin Fərmanı əsasında 5 avqust tarixi Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd edilməyə başlanılıb.
5 avqust “İt kimi işlə” günü
Günün daha mədəni adı da var, “Arı kimi çalış” günü. Həmin gün insan özünə cəfa verərək çalışmalıdır, özünü ağır əməyə alışdırmalıdır. Deyilənə görə, bir gün insan bunu etsə, sonradan ömrü boyu tənbəlliyin daşını atar.
“İş insanın cövhəridir” məsəlini xatırlayırsınız da yəqin. Bəs “İşləməyən dişləməz”i necə?
Əslində, “İt kimi işlə” günü işləməyib qazananlar üçün nəzərdə tutulur. Elə ölkələr var ki, onların əhalisinə milli sərvət bölgüsü ilə adambaşı pul paylanır, bütün işləri isə miqrantlar gəlib görürlər. Bax həmin ölkələrin tənbəlləşmiş əhalisi ildə bir gün işləməyə çağırılır bu gün. Başqa biçarələr isə onsuz da il boyu gərgin əməyə qatlaşırlar.
5 avqust. Beynəlxalq İşıqfor Günü
Bu günü dünya təqviminə niyə salıblar? Çünki 1914-cü ilin bu günündə ABŞ-ın Klivlend şəhərində ilk işıqfor işə düşüb. Əksər ölkələrdə yol polisi işçilərinin sayı barmaqla hesablanacaq dərəcədə azdır. Qaydaları pozmamaq sürücülərin insafına qalıb. Ona görə də qaydayaradanlar heç olmasa bir gün – işıqforun doğum günündə məcburi şəkildə qaydaları pozmamağa çağırırlar. Azərbaycanda isə təxəyyülə varsaq, hər sürücüyə bir yol polisi düşür. Bizləri ildə bir dəfə qaydaları pozmamağa çağırmaq absurddur, odur ki.
5 avqustda digər əlamətdar hadisələr
1967-ci ilin bu günündə əfsanəvi “Pink Floyd” qrupu ilk albomunu buraxıb, 1965-ci ildə Hindistan və bizə dost Pakistan arasında müharibə başlayıb, 1924-cü ildə Türkiyədə çoxarvadlılıq qadağan olunub, 1884-cü ildə Nyu-Yorkdakı Azadlıq statuetinin ilk daşı qoyulub, 1789-cu ildə Fransada təhkimçilik hüququ ləğv edilib. Bu gün amerika astronavtı Nil Armstronq, fransız yazıçısı Gi De Mopassan, rus rəssamı İlya Repin, norveç riyaziyyatçısı Nils Abel (BDU-nun sabiq rektoru, riyaziyyatsevər Abel Məhərrəmovun adı onun şərəfinə qoyulub) doğulublar. Yaponiyalı avtomobil sənayeçisi Soiçiro Honda (Honda şirkətini o yaradıb), eləcə də dünya gözəli fransız Merilin Monro vəfat ediblər.
6 avqust. Xalq şairi Söhrab Tahirin 95 illiyi
Bizim Cənubi Azərbaycan həsrətimizə iki şair su çiləyərdi həmişə - böyük Şəhriyar, bir də Söhrab Tahir. Söhrab Əbülfəz oğlu Tahiri (Söhrab Tahir) 1926-cı il avqust ayının 6-da Cənubi Azərbaycanın Astara şəhərində anadan olub, çox ağır və məşəqqətli həyat sürüb. 1939-1943-cü illərdə “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə tornaçı, qaynaqçı, motorçu işləyib. 1941-ci ildə ailəsi ilə Təbrizə köçüb. Cənubi Azərbaycanda Milli hökumət qurulan zaman Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsi təşkilat şöbəsinin partiya- bilet bölməsində möhürdar vəzifəsində işləyib, güzəranı nisbətən düzəlib. İlk mətbu şeiri olan “Yaşa qüdrətli qoşun” 1949-cu ildə “Azərbaycan” qəzetində dərc olunub. O vaxtdan müntəzəm olaraq dövri mətbuatda “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərini, hekayələrini, ədəbi-tənqidi və publisistik məqalələrini dərc etdirib.
1946-cı ildə tale Söhrab Tahiri Bakıya gətirib, o burada orta ixtisas təhsili alıb, diş həkimliyi və feldşerlik məktəbini bitirib. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1959-1961-ci illərdə Moskvada M.Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1959-1961-ci illərdə həm də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin təlimatçısı, ADF-nin Bakı şəhər komitəsinin birinci katibi, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi olub. İndiyə qədər 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi publisistik məqaləsi çap olunub. 2005-ci ildə 20 cilddə “Əsərləri” nəşr olunub.
İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 2010-cu ildə Rusiya Yazıçılar İttifaqının qərarı ilə Beynəlxalq V.V. Mayakovski ordeni ilə təltif olunub. 1984-cü ildə “Əməkdar mədəniyyət işçisi”, 1998-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2006- cı ildə Azərbaycan Respublikası Prezi-dentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Söhrab Tahir 2016-cı il may ayının 4-də Təbriz həsrəti ilə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
6 avqust. Beynəlxalq Dünya Həkimləri Sülh Uğrunda Günü
Bu günü dünya həkimləri 1945-ci ilin 6 avqustunda yapon şəhəri Xirosimaya ABŞ-ın atom bombası atmasının ildönümü münasibəti ilə qeyd edirlər, bu simvolik gündə insanlığı müharibə əleyhinə köklənməyə çağırırlar. Eyni zamanda, həkimlərin necə ağır zəhmətə qatlaşaraq yaralıları xilas etmələrini diqqətə çatdırırlar.
6 avqust. Beynəlxalq Pivə Günü
Fikir verirsinizmi, Bakıda intellektual klublar, mədəniyyət mərkəzləri, kitab evləri, kinoteatrlar, konsert salonları, dini ocaqlar və bu sayaq digər mənəviyyat yerləri azalır, əksinə, addımbaşı Şərab evləri peyda olur. Adicə, köhnə İnqilab küçəsinin bu başından girib o başından çıxmaq istəsəniz, yan-yana yüzə yaxın Şərab evi görərsiniz. Demək, Pivə Gününün çak-çuku ikiqat olacaq, əksəriyyət şüşə bokallarda bu sarı mayedən içməyə səfərbər olunacaq.
İnsanlar eradan əvvəl 6000-ci ildən pivə içirlər. İlk dəfə pivə bayramı onun vətəni Almaniyada yox, ABŞ-da – Kaliforniyada, Cessi Avşolomov adlı birisinin təşəbbüsü ilə qeyd edilmişdir. Beynəlxalq pivə günündə məqsəd nədir? Dostlar yığışıb pivədən ləzzət alsınlar, yeni pivə sortları ilə tanış olsunlar, pivənin tarixşəsinə nəzər yetirsinlər.
Hazırda pivə saçaqlı pendir, sardelka, krevetka, şprot, qızardılmış düşbərə, çipslərlə nuş edilir. Amma dədə-babadan azərbaycanlılar açıq havada klassik pivəxanalarda pivəni noxudla və quru balıqla vururdular. Pivəsatanlar isə “köpüyə min bərəkət” söyləyərək həm qazandıqları qəpiklərə, həm də pivənin bokalını yarıyacan doldurub onlara xeyir gətirən köpüyə şükür eləyirdilər.
6 avqust. Ərəb Əmirliyinin milli bayramı
Azərbaycanlılar Dubayın yolunu su yoluna çeviriblər, odur ki, bilsələr yaxşı olar, bu gün Birləşmiş Ərəb Əmirliyində milli bayramdır, 1966-cı ildə Abu-Dabidə şeyx Zeyd ən-Naxayan (erməni deyil, sadəcə -yan var adın sonluğunda, erməninin Ərəbistan taxt-tacında nə iti azıb) taxt-taca çıxaraq Birləşmiş Əmirliyin əsasını qoyub.
6 avqust. Nələr olub?
1940-cı ildə Estoniyanı zorla SSRİ-yə birləşdiriblər. 1932-ci ildə Venesiya kinofestivalı siftə eləyib. 1890-ci ildə qatil Kemmler elektrik stulunda edam edilən ilk adam kimi tarixə düşüb. 1889-cu ildə Londonda “Savoy” adında tarixdə hər nömrəsində vanna otağı olan ilk hotel açılıb. 1790-cı ildə “Peterburqdan Moskvaya səyahət” kitabına görə yazışı Radişşevi ölüm cəzasına məhkum ediblər.
7 avqust. Balet ustası Rəfiqə Axundovanın 90 illiyi
Balet sənəti - haqqında ən az danışılan bir sənət olsa belə ən kübar incəsənət növlərindən biri hesab edilir. Bu sənətdə adını tarixə qızıl hərflərlə yazdıran həmyerlilərimiz var, onlardan biri də Rəfiqə Axundovadır. 1951-ci ildən ömrünü Azərbaycan Opera və Balet Teatrına bağlayan Rəfiqə Axundova 20 il burada solist kimi çalışıb. Uzun müddət həmin teatrın baletmeysteri olub, 1990-cı ildə isə baş baletmeysterliyə yüksəlib. l998-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində plastika və baletmeyster sənəti fənlərindən dərs deyib. Onun təşəbbüsü və rəhbərliyi ilə universitetdə “rəqs laboratoriyası” yaradılıb. “Qız qalası” (Ə.Bədəlbəyli), “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev), “Məhəbbət əfsanəsi” (A.Məlikov), “Jizel” (A.Adan) və s. baletlərdə əsas partiyaların ifaçısı olub Rəfiqə xanım. Azərbaycan Opera və Balet Teatrında “Xəzər balladası” (T.Bakıxanov), “Qobustan kölgələri” (F.Qarayev), “Azərbaycan süitası” (R.Hacıyev), “Şelkunçik” (P.Çaykovski) baletlərinə, hətta 1975-1978-ci illərdə Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərinə quruluş da verib. Uzun müddət Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib, Əlcəzairdə “Üç inqilab” adlı baletini və “Muğam” musiqili xoreoqrafiya lövhəsini tamaşaya qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə həkk etdirib. XX əsrin 70-ci illərində Novosibirskdə “İldırımlı yollarla” baletinə quruluş verib, Qahirədə “Yeddi gözəl”, Antverpendə “Kaleydoskop” baletlərini tamaşaya qoyub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq Rəqs Festivalında onun iştirakı ilə “Xəzər balladası”, “Qobustan kölgələri”, “Azərbaycan süitası” nümayiş etdirilib. Paris Rəqs Akademiyasının diplomuna layiq görülən Rəfiqə Axundovanın özünəməxsus sənəti və istedadı haqqında Fransa mətbuatı maraqlı rəylər dərc edib. Rəfiqə xanım həmçinin 1994-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baletini Ankarada tamaşaya qoyub.
“Dədə Qorqud”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Yeddi gözəl”, “Bəyin oğurlanması” filmlərində Rəfiqə Axundovanın özünəməxsus, şux milli rəqsləri yaddaşlara həkk olunub. Azərbaycan baletinin inkişafındakı xidmətlərinə görə o, 1958-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1970-ci ildə “Xalq artisti” fəxri adlarına, “Şərəf nişanı” ordeninə layiq görülüb.
7 avqust. Peşəkar spiker günü
Spiker deyəndə ağlınıza Milli Məclisin spikeri Sahibə Qafarova gəlməsin. Bu bayram natiqlər, yəni nitq icad edənlər üçündür. Mühazirə söyləyənlər, idman şərhçiləri, iclas çıxışçıları – bir sözlə, bəlağətli nitqlə auditoriyanın diqqətini cəlb etmək amacında olan şəxslərin günüdür.
7 avqust. Kompüterin doğum günü
1944-cü ildə ABŞ-da ilk proqramlaşdırıcı komputer – “Mark 1” fəaliyyətə başlayıb.
8 avqust. Ümumdünya Pişiklər Günü
İnternational Cat Day adlı bayramın mübarək, ay Məstan pişik! Heyvanların Beynəlxalq Müdafiə Cəmiyyətinin təşəbbüsü ilə keçirilən bu bayram 2002-ci ildən qeyd edilir.
Pişiklər ən qədim zamanlardan insanları müşayət ediblər. Odur ki, insanların pişik sevgisi bir ayrı sevgidir. Bu bayram günündə xüsusən evsiz pişiklərin qayğısına qalmaq lazımdır. Kim harda pişik görsə onun başına tumar çəkməli, yaxınlıqdakı marketdən viskas alıb onu yemləməlidir.
8 avqust. “Xöşbəxtlik var” günü
Happiness Happens Day. 1999-cu ildən qeyd edilən bu bayramın məğzi belədir: Etiraf et ki, bu gün sən xoşbəxtsən. Bu bayramı düşünənlər, əslində, psixoloji bir gediş ediblər. Təbiətən naşükür olan insanı ildə bir dəfə məcbur edirlər ki, xoşbəxt olduğunu etiraf etsin, gileylənməsin.
8 avqust. Beynəlxalq Alpinist Günü, üstəgəl Beynəlxalq Oftolmoloq Günü
1786-cı ilin 8 avqustunda fransız Mişel Pakkar Avropanın ən hündür zirvəsi olan Monblanı fəth edib, bu şərəfə bu gün alpinist günü elan edilib. Ancaq mində bir insan dağa çıxıb alpinistlik edir, odur ki, bu günə təsadüf edən digər bayram – oftolmologiya bayramı, düşünürəm ki, azərbaycanlılar üçün daha önəmlidir. Gözü qüsurlular, görməsində problem olanlar çoxdur. Kimisində hərfi mənada, kimisində məcazi mənada.
8 avqust. Əlamətdar günlər
Tarixdə bir günə nə qədər əlamətdar hadisə düşərmiş. 8 avqusta düşən belə günlər yüzlərcədir. Mən bəzilərini seçirəm. Məsələn, Belçikada MeyBoom gününü qeyd edirlər. Nədir MeyBoom? Meybum plantasiyalarında bu sevinc gətirən ağac üçün bayram keçirirlər. Bizdə bu sevinc ağacından bitirmi, bax bunu bilmirəm. Bu gün türkmən qardaşlarımız yemiş bayramı keçirirlər. İsveçdə Kral günü, Çində və Braziliyada atalar günü, Tanzaniyada fermer günü (ay bərəkallah), Çilidə şokolad günüdür. Əlbəttə ABŞ-da da bayramdır. Onlarda bu gün tort kremi bayramıdır. Çexlərdə isə qara bayramdır, ən məşhur çex avtomühəndisi Şkodanın vəfatının ildönümüdür.
2008-ci ilin bu günündə “yerli rus əhalini qorumaq” adı altında Rusiya Cənubi Osetiyada Gürcüstana qarşı təcavüzə başlayıb. 1998-ci ildə 14 yaşlı amerikalı Maykl Kirni tarixə ən gənc magistr kimi düşüb. 1985-ci ildə Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılıb.1974-cü ildə Ueterqeyt qalmaqalına görə ABŞ prezidenti Riçard Nikson istefaya gedib. 1966-cı ildə Çində mədəni inqilab elan olunub. 1949-cu ildə Strasburqa Avropa Şurasının ilk iclası keçirilib. 1899-cu ildə amerikalı A.Marşall soyuducunu ixtira edib. 1815-ci ildə Napoleon Müqəddəs Yelena adasına sürgün edilib.
9 avqust. Beynəlxalq köklü xalqlar günü
BMT-nin hesabatına görə, hazırda 70 ölkədə 370 milyon köklü xalq yaşayır. Köklü xalq təsnifatına öz tarixi torpaqlarında yaşasalar da dövlətçilikləri olmayan xalqlar aid edilirlər. Onlar 5000 xalqa mənsubdurlar, 4000 müxtəlif dillərdə danışırlar. Bəzilərinin dilləri itmək üzrədir.
Bu cür xalqlardan ən çoxuna Amazon hövzəsində rast gəlinir. Burada 400 müxtəlif xalq yaşayır. Təəssüf ki, bu xalqların hüquqları pozulur, əraziləri zəbt edilir, özləri də assimilyasiyaya məruz qalırlar.
Bizim Azərbaycanda da belə xalqlar vardır. Az qala bəşər tarixi ilə yaşıd olan, əfsanəyə görə, Nuhun gəmisinin lövbər saldığı yer hesab olunan Xınalığın yerli xınalıq xalqı bu cür xalqlardandır.
9 avqust günü belə xalqların mədəniyyəti, adət-ənənələri, dilləri, əlifbaları gündəmə gəlir, böyük xalqlar bir daha onlara hörmət və ehtiram göstərirlər.
9 avqust. Müsəlman təqvimində yeni il
İslam təqvimi ilə bugünkü gün – Məhərrəm ayının birinci günü yeni ilin gəlişi hesab olunur. Bu günə Ərəb yeni ili, İslam yeni ili, Hicri yeni ili də deyilir.
9 avqust. ABŞ-ın milli kitabsevərlər günü
Mətbəx bayramları ilə bol olan ABŞ bu gün nəhayət ki, kitab bayramını qeyd edir. Əslində, onlarda bu gün həm də düyü pudinqi (bizim təbirimizcə desək, südlü sıyıq) günüdür, amma biz pudinqi bir kənara qoyub kitabdan danışaq. Dünyanın ən böyük kitab istehsalçısı olan bu ölkədə bu günün çağırışı belədir: rahat bir yer tap, gərginlikdən qop, yüngülləş və kitab oxu.
Kitab oxumaq gözəl hobbidir. Çox faydalıdır. Həm elm alırsan, həm informasiya. Həmin gün amerikalılar kitaba sarılırlar, parkda ota döşənib oxuyan kim, skamyada oturub oxuyan kim, su hövzəsinin kənarında uzanıb oxuyan kim. Bir sözlə, bütün ölkə kitab oxuyur. Gözəl təcrübədir. Sağ əlləri bizim başımıza.
10 avqust. Tanınmış filosof Əlisa Nicatın 85 illiyi
Azərbaycanda çağdaş dövr filosoflarından kimin adını çəkmək olar? Mən Əlisa Nicatın adını çəkərdim. Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb, “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. 1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” nəşr edilib. Əlisa Nicat 1990-cı ildən Bakıya köçüb mətbuat sahəsində çalışıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb. “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitablarını nəşr etdirib, Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirib. Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır. 55 cildlik “Əsərləri” külliyyatının hazırda 26 cildi nəşr olunub. 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.
Ona uzun ömür, cansağlığı və bir də, yubileyi münasibəti ilə ən azından “Şərəf” ordeni arzulayırıq.
10 avqust. Ekvadorun Müstəqillik Günü
Müstəqilliyini qeyd edən digər ölkələr məni qınamazlar yəqin, ancaq Ekvador bir ayrı dövlətdir. Niyə? Bu ölkənin milli ağacı xin ağacıdır, ondan malyariyanın müalicəsi üçün xinin preparatı hazırlanır. Nə olsun? Sözümün Mustafası da var. Bu ölkə dünyada təbiətin hüququnu tanımış ilk ölkədir. Burada təbiət heç kəsin mülkiyyəti deyil, qorunmaq, böyümək, artmaq kimi konstusiyon hüquqları olan bir subyektdir. Bu bir. İkincisi, bu Cənubi Amerika dövlətinin paytaxtı yer kürəsindəki ən hündürdə yerləşən paytaxtdır, Kito dəniz səviyyəsindən 2850 metr yüksəklikdə yerləşir. Üçüncüsü, Kitodan 26 kilometrlik məsafədən ekvator xətti keçir, orada bir abidə və şərti məkan var ki, həmin məkanda dayansan, bir ayağın şimal, digəri cənub yarımkürəsində olacaq. Dördüncüsü, Günəşə ən yaxın olan Yer kürəsi nöqtəsi Çimboraso dağının zirvəsidir ki, həmin zirvə də Ekvadorda yerləşir. Beşincisi, həmin bu dağın ekvator xəttinə yaxın olmasına görə belə hesab olunur ki, kosmosa ən yaxın olan ölkə də Ekvadordur. Altıncısı isə siyasi məsələdir. 1809-cu ilin 10 avqust günündə ispan müstəmləkəçiliyinə qarşı ilk qalxan Latın Amerikası ölkəsi də məhz Ekvador olub, Kito üsyanı tarixə düşüb, Kitonun ardınca Karakas (Venesuelanın paytaxtı), Buenos-Ayres (Argentinanın paytaxtı), Boqato (Kolumbiyanın paytaxtı), Mexiko (Meksikanın paytaxtı) və Santyaqo (Çilinin paytaxtı) da üsyana qalxıb.
Ekvadorlular bu gün xalq şənliyinə çıxacaqlar, paraddan keçəcək, küçələr boyu rəqs edərək şənlənəcəklər.
Bu qədər fərqliliyi olan bir ölkəni haçansa görə bilmək ümidi ilə təqvimimizin növbəti on gününün yekununa keçirəm.
10 avqust. Ümumdünya Şir Günü və digər mətləblər
Ötən ongünlükdə ümumdünya pələng günündən yazmışdım, odur ki, şirlər məni bağışlasınlar, bir atım barıtım qalıb, onu başqa mətləblərçün istifadə edəcəyəm.
Məsələn, dollarsevənlərimiz heç bilirmi, 1966-cı ilin bugünkü günü ABŞ-da 2 dollarlıq banknotların çapı dayandırılıb? Ona görə də 2 dollarlıqlar indi əntiq əşyalar sırasındadır. Kimdə bir nüsxəsi varsa ilindən asılı olaraq onu ən ucuzu 50 manata, ən bahası isə 1000 dollara sata bilər. Amerikalıların bu günə repertuarları yenə zəngindir, məsələn, onların bugünkü bayramları “Öz itini sevindir” adlandırılır, itlərini çimizdirir, desert yedirdir, parkda bol gəzdirir, xaltasını-filanı da dəyişirlər. Tarixdə ilk beynəlxalq telefon danışığı da bu günkü günə təsadüf edir. 1876-cı ildə bunu kanadalılar amerikalılara zəng etməklə tarixə salıblar. 1664-cü ildə tarixdə sonrakı yüz illiklərin konturlarını cızmış çox məşhur bir olay da baş verib, Osmanlı İmperiyası ilə Roma İmperiyası arasında Vaşvar sülh müqaviləsi imzalanıb. Və ən nəhayət, 1519-cu ilin 10 avqustunda Fernan Magellan özünün yer kürəsi ətrafında ilk səyahətinə başlayıb.
Avqustda həm də nəyə görəsə adama elə gəlir ki, bir sevgi cəzbetməsi duyur. Deyəsən, bütün böyük sevgilər avqustda sınağa çəkilir. Bəlkə də ona görə ki, avqust payızın ərəfəsidir, payızsa ayrılıqlar fəslidir.
Tanrı sevgilərinizi qorusun!
10 avqust. Şeir bəndi
Mən bulaqtək quruyub,
Sən gül kimi solaydın.
Gərək ya mən öləydim,
Ya sən dəli olaydın.
O sevgi yuxu idi,
Gərək ayılmayaydıq.
Biz elə görüşmüşdük,
Belə ayrılmayaydıq.
N. Kəsəmənli
Materikin ən böyük ədəbiyyat festivalının müsabiqə proqramı davam edir
Xəbər verdiyimiz kimi, Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalının müsabiqə proqramına start verilir. Azərbaycanlı yazarlar festivalın final mərhələsində təmsil olunmaq, “Dünya yazıçılarının canlı antologiyasında” iştirak etmək şansını necə sınaya bilərlər?
“Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinin festivalın müsabiqə proqramı barədə məlumatını bir daha diqqətinizə çatdırır:
Şərtlər:
1. Bu elektron ünvana -
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
aşağıdakıları yollamalı:
1.1. İşrirak ərizəsini - https://cloud.mail.ru/public/5sGX/sBLuWdPXx
1.2. Ana dilində poeziya və nəsr nümunənizi səsləndirməyinizin video görüntüsünü;
1.2.1. həcmi 3 dəqiqəlik;
1.2.2. horizontal çəkiliş;
1.2.3. videoda səsləndirdiyinizin ingilis dilində sətri, yaxud bədii tərcüməsi, word formatında.
Müsabiqə işlərinin qəbulu iyul ayının 15-dən avqust ayının 31-dək davam edəcək.
Müsabiqənin nəticəsinə görə
1.Bütün dünyanın 200 ədibi LiFFt festivalının final mərhələsində iştirak edəcək, “Dünya yazıçılarının Canlı Antologiyası” video-layihəsinin iştirakçısı olacaq;
2.Müsabiqənin bütün iştirakçıarının müsabiqə çıxışı LiFFt festivalının YouTube kanalında və digər sosial şəbəkələrdə nümayiş olunacaq.
3.Festivalın yekununa görə:
3.1. Festivalın laureatı elan ediləcək. O, qızıl medalla, “Qızıl LiFFt” seriyasından kitabının nəşri ilə mükafatlandırılacaq;
3.2 Növbəti- 6-cı festivalın öz ölkəsində keçirilməsini təmin edəcək;
3.3. Final mərhələsinin bütün iştirakçıları Diplomlarla təltif olunacaq. Xüsusi fərqlənənlər Gümüş medallar qazanacaqlar.
Festivalın final mərhələsi 15-25 oktyabr tarixində Türkiyədə, İstanbul şəhərində keçiriləcək. Onlayn keçirilən festivalın finalında canlı iştirak şəxsi istəkdən asılı olacaq. Bunun üçün finalçı Təşkilat Komitəsinə müraciət etməlidir.
Festivalın Təşkilat Komitəsi ilə əlaqə:
Sayt: http://lifft.ru/
Е-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu gün Azərbaycan Kinosu Günüdür.
Bugünkü əlamətdar hadisə münasibətilə YARAT Müasir İncəsənət Məkanının qarşısında saat 20:00-dan 00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.
Film proqramı:
“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.
Rejissor: Əli-Səttar Quliyev
Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...
“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,
dram, 100 dəq.
Rejissor: Rüfət Həsənov
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.
“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.
Rejissor: Teymur Hacıyev
Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları
dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.
Rejissor: Teymur Qəmbərov
Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...
Şəkildə: “Quxuroba” filmindən kadr
Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı oldu
Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə
Paşayeva, Bakı Slavyan Universitetinin rektor əvəzi, Təhsil Nazirliyinin nümayəndəsi Anar Nağıyev, Azərbaycan Milli Məclisinin deputatları iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsinin Azərbaycan üçün böyük sınaq olduğunu deyib: “Azərbaycan xalqı bu sınaqdan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük inamla, qələbə ilə çıxdı. Biz 44 günlük Vətən müharibəsində qalib gəldik, ərazilərimizin bütövlüyünü bərpa elədik. Bu çətin sınaq dövründə bir çox qardaş ölkələr bizim yanımızda oldu. Bu dövlətlər arasında Pakistan ön sıralarda idi. Bunun üçün öz həmkarlarım adından, Azərbaycan ziyalıları adından minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bu minnətdarlıq hissi Azərbaycan xalqının qəlbindən əsrlərlə silinməyəcək”.
Akademik Kamal Abdulla əlavə edib ki, böyük mədəniyyətə, zəngin elmi irsə malik olan Pakistanın mədəniyyət mərkəzinin ADU-da açılması əlamətdar hadisədir. Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq: “Biz istəyirik ki, bu mərkəzdə azərbaycanlı gənclər Pakistan xalqını daha yaxşı tanısın. Biz istəyirik ki, Pakistanın böyük elm və ədəbiyyat xadimlərinin əsərləri auditoriyalarda məhəbbətlə səslənsin. İstəyirik ki, Azərbaycan Dillər Universitetində olan Pakistan Mədəniyyət Mərkəzi kimi Azərbaycan Mədəniyyət Mərkəzi də Pakistanda qurulsun. Artıq bu işə sizin tövsiyyənizlə başlamışıq. İnanıram ki, siz də, sizin həmkarlarınız da bu xeyirxah işdə bizi dəstəkləyəcəksiniz. Bir daha Azərbaycan Dillər Universitetinə xoş gəlmisiniz. Sizi əmin edirəm ki, növbəti səfərinizdə bu mərkəz vasitəsi ilə urdu dilində danışan tələbələrlə görüşəcəksiniz”.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, Pakistan Mədəniyyət Mərkəzinin açılışı iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcək: “İnanıram ki, bu mərkəz vasitəsi ilə Pakistanın tarixi, dili, mədəniyyəti, adət-ənənələri ən gözəl şəkildə öyrəniləcək. İstərdik, bu gələcəkdə bu mərkəz o qədər inkişaf etsin ki, fakültə kimi fəaliyyətə başlasın və tələbələr ölkəmiz haqqında daha yaxşı məlumat əldə etsinlər”.
Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər: “Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək”.
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər mərkəzin açılışına, Pakistan tarixinə və mədəniyyətinə olan diqqətə görə təşəkkürünü bildirib: “Pakistanda açılacaq Azırbaycan Mədəniyyət Mərkəzi üçün hər cür köməklik, dəstək göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq çox vacibdir. Biz gələcəkdə iki ölkə arasında tələbə mübadiləsi, elmi əməkdaşlıq sahəsində addımlar atacağıq. Eyni zamanda qarşılıqlı şəkildə diplomların tanınması məsələsi də gələcəkdə görüləcək işlərdir”.
Daha sonra tədbirdə Pakistan haqqında qısa film nümayiş olunub.
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olundu
Musiqisevərlər üçün xoş bir xəbər: Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Flora Kərimova “Şərəf” ordeni ilə təltif olundu.
Bundan əlavə, ölkə başçısı, sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.
Xatırladaq ki, iyul ayının 23-də korifey müğənnimiz 80 illik yubileyini qeyd etdi.
Çingiz Abdullayevdən vətənpərvərlik jesti
Xalq yazıçısı Çingiz Abdullayev ədəbiyyatdan əldə edəcəyi gəlirin bir hissəsini “Yaşat” Fonduna köçürəcəyi ilə bağlı qərar qəbul edib. Bu barədə o, öz Facebook hesabında yazıb:
“Azərbaycandakı bütün nəşriyyatlardan xahiş edirəm ki, mənim kitablarımın qonorarlarının 10%-ini “Yaşat" Fonduna köçürtsünlər və kitablarımda Fondun işarəsi əks olunsun.
Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları “Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki mənim bütün reklam müqavilələrimin gəlirləri bütünlüklə "Yaşat" Fonduna köçürülsün.”
Ulduz”un iyul nömrəsi işıq üzü görüb
“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.
Bu say gənc şair İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır.
“Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib.
“Şeir vaxtı”nda Məlik Atilay, “Elegiya”da Elşad Barat təqdim edilib.
“Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərin Elmar Vüqarlının tərcüməsində oxuculara təqdim edilir.
“Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir.
“Ulduz”un bu sayında oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını da oxuya biləcəklər.
“Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir.
“Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir.
“Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.
Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır.
Bir sözlə, “Ulduz”un bu sayı hər cür ədəbi zövqləri təmin edəcəkdir.
Qızıl kəlamlar, yaxud ermənilər barədə dünya ünlüləri nələr söyləyiblər?
Tarix saxtalığı sevməz. Ona nə qədər bəzək-düzək vursan belə mahiyyətini dəyişə bilməzsən. Tarixi saxtalaşdırmaq üzrə, şübhəsiz, bir nömrə altında bədxah qonşularımız gedirlər. Onlar öz millətçilikləri ilə xəstə təxəyyüllərinin qurbanı olduqlarından zaman-zaman mürtəce simalarını ortaya qoyublar, yaltaqlıq, yalançılıq, hiyləgərlik, qəddarlıq – ermənizmin əsas xüsusiyyətləridir. Təsadüfi deyil ki, bu xüsusiyyətlərinə görə onları heç yerdə sevməyiblər, haqlarında yalnız neqativ fikirlər səsləndiriblər. Bu fikirlər Azərbaycan mediasında çox hallanır, yazıçı və publisistlərimiz yeri düşəndə bu fikirlərə istinad edirlər. Qızıl kəlamların bəzilərini “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik:
-“Oobusnamə” eposu. Burada ermənilər bu cür xarakterizə ediliblər: “Onların əsas eyibi oğru, bədfel, kündəbədən, gözügötürməyən, bir ayağı qaçmaqda olmalarıdır, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı olmalarıdır, ağasına düşmən çıxmalarıdır”.
-Böyük Roma tarixçisi Korneliy Tasit erməniləri həm xarakterinə, həm də coğrafi yerləşməsinə görə rimlilərə nifrət, parfiyalılara qibtə aparan ikiüzlü xalq adlandırıb.
-Aqvaniya tarixçisi Moisey Xorenatsi deyib ki, “Mədəniyyətdən danışırıqsa nəzərə alaq ki, indi olduğu kimi, heç keçmişdə də qədim hayların ağızdan-ağızlara keçən folklor nəğmələrinə həvəsləri olmayıb. Ona görə də bu kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.
-Qədim Roma tarixçisi Ovidiy belə deyib: “Ermənilər də xalqdır, amma evdə dörd ayaq üzərində gəzirlər”.
-Dünyanın məşhur sərkərdəsi Əmir Teymur isə onlar haqda belə söyləyib: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. Düzdür, onların arasında hərdən yaxşıları ilə də rastlaşarsan, amma ümumilikdə yaramaz millətdirlər. Heç vaxt adamın üzünə söz deməyib mədəni görünərlər, amma ilk əlverişli məqamdaca adamı zəhərləyərlər”.
- Böyük rus şairi Aleksandr Puşkin ermənilərə gözəl təsnifat verib: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.
-Rus diplomatı general Mayevski deyib: “Ermənlərin xalq qəhrəmanları barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.
-Tanınmış rus dramaturqu və diplomatı Sergey Qriboyedov isə lap betərini deyib: “Mərkəzi Rusiya torpaqlarında erməni millətindən olanların məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadandırlar ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar bizim atalarımızın, ulu babalarımızındır”.
-İsveç səyyahı Adam Mets ən obrazlısını deyib: “Ermənilər ağ insanlar arasında ən pis qullardır. Onların zəif qaməti və çirkin ayaqları var. Heç bir şeydən utanmırlar, oğurluqla tanınırlar. Əgər sən erməni xidmətçisini bir an sərbəst buraxsan, səni quyunun dibinə qədər aparacaq. O, qamçı altında, qorxduğu üçün çalışır”.
-Məşhur fars şairi Sədi Şirazi də gözəl deyib: “ Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.
-Alman səyyahı Alfred Kyorte deyib ki, “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur. Yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.”
- İngilis səyyahı Uilson deyib: “Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bunları yalnız başqa millətdən olanlara qarşı edirlər”.
-Dünyaşöhrətli tarixçi və sosioloq Karl Marksın da fikirləri bənzərsizdir: “Ermənilər ilk xalqdırlar ki, gələcək müqəddəratları üçün öz qadınlarını başqa xalqların kişilərinin altına itələmişlər”.
-Uzun müddət ermənilərin içində yaşayıb onlarla təmas quran rus tədqiqatçısı Veliçko isə ermənilər barədə belə izah verib: “Erməni milləti haqqında çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə bu cür fikir yarana bilməzdi. Məhz ermənilər hər növ bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
-Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze deyib: “Ermənilər gürcülərə məxsus olan məbəd və monastırlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və erməni yazıları ilə əvəz edirlər”.
- Fransız səyyahı Qraf De Şöle mənfurları belə xarakterizə edib: “Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkmələri məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim”.
-Fransız alimi J. de-Ban Eçmiədzin kilsəsinə səfər edərkən deyib: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Kilsə məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.
- Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma isə Qafqaz səyahəti zamanı, o mənfurların tam xarakteristikasını verib: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər.”
“Qafqazda rast gəldiyim ermənilər həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan - Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə müsəlmanlar yalnız bir şey tapşıracaqlar: "Erməniyə etibar eləməyin.” Doğrudan da erməninin nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o, öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ öz siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o, and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar. Bir iş görərkən ehtiyatı əldən verməyin. Erməninin imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır".
Ermənilərdən danışarkən Düma Ata xüsusi olaraq vurğulayıb ki, onların gözlərində ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ yaşayır. Onlar güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını Ermənistanda tapmışdır. Nuhun gəmisi də Ermənistandakı ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur.
Düma yazır: “Ermənilər bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlardır ki var. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevrilirlər.”
Bəli, gördüyünüz kimi, ermənilər barədə avropalılar da, asiyalılar da nifrət saçan sözlər hayqırırlar, tarixçilər, yazıçılar, siyasətçilər, səyyahlar – hamısı onları naqis və mənfur adlandırırlar. Biz əminik ki, yer üzündə başqa heç bir xalq bu qədər lənətlənməyib. Nə qədər ki, “Böyük Ermənistan” adlı tiryəkdən dadacaqlar, dumanlı fikirləri onları çirkablarda azdıracaq.
Yetər ki, onlar dayansınlar, düşünsünlər, hara getdiklərinin, hansı uçuruma səmt götürdüklərinin fərqinə varsınlar.