Super User
İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenova “Şərəf” ordenini təqdim etdi
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul etdi.
“Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir ki, Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.
Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.
Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırladan dövlətimizin başçısı bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini bildirdi, Heydər Əliyevin Oljas Süleymenova həm istedadı, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.
Türk dünyası ölkələrinin birliyi, türkdilli ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsi işində görkəmli şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını dedi.
Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırlatdı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.
Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilməsinə görə qürur duyduğunu deyən Oljas Süleymenov dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.
Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenova “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi.
Türkiyədə Maestro Niyazi barədə kitab işıq üzü görüb
Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Kitab gənc tədqiqatçının eyni mövzuya həsr olunmuş İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyi magistratura dissertasiyası işi əsasında hazırlanıb.
AzərTAC-ın məlumatına görə, zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli “Mədəni diplomatiya anlayışı və SSRİ dövründə Türkiyə-Azərbaycan mədəni münasibətləri”nə həsr edilib. Bu fəsildə mədəni diplomatiyanın nəzəri –konseptual əsasları tədqiq olunur, keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir.
Niyazinin həyat və yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir. Həmçinin Niyazinin bir sənətkar kimi yetişməsində ölkənin musiqi elitasına məxsus ailəsinin yaratdığı sənət mühitinin əhəmiyyətli rolu, xüsusilə əmisi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin rolu bir yarımfəsildə ayrıca olaraq araşdırılır. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi- nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır.
Monoqrafiyanın üçüncü fəsli Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də ideoloji buxovların hakim olduğu sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
192 səhifədən ibarət kitabın sonunda tədqiqatın mahiyyətini ifadə edən geniş nəticə, ədəbiyyat siyahısı və Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir.
Vogue təqdim edir: 2021 Payız-qış mövsümünün əsas trendləri
“Ədəbiyyat və incəsənət” portalı Vogue nəşrinə istinadən qarşıdan gələn payız-qış mövsümünün əsas trendlərini təqdim edir. Öncəliklə isə, oxucularımıza ümumən 2021-ci ilin dəb trendlərini xatırlatmaq istəyərdik:
1 - rahat trikotaj
Uzun qollu hörmə paltarlara nəzər salın - onlar bütün il boyu aktual olacaq, sonradan onlara trikotaj pantalonlar, 1960-cı illərin ruhunda kiçik platyalar və polo top-ları da əlavə olunacaq.
2 - seplər
Moda nümayişlərinin əhəmiyyətli tendensiyalarından biri metaldan kütləsi böyük seplərdir. Onlar hər yerdə olacaq — geyim və aksessuarların dekorunda, qolda, boyunda, kəmərlərdə.
İndi isə vəd etdiyimiz payız-qış mövsümünün trendlərinə keçək.
1 - alidən ibtidaiyə
Biz uzun müddətdir ki, kətan, ipək üslubunda, yüngül platyalara alışmışıq, qış paltolarında da bu xammallara yun əlavəsi ilə (məsələn, kaşemir) üstünlük verilir, lakin bu qış dizaynerlər bizə alternativini təklif edirlər - sırıqlı paltarlar, kürklər, plaşlar və uşaq adyallarına bənzər paltolar seçmək. Bu qış bütün dünya bu tərzdə geyməyə üstünlük verəcək.
2 - Ofis dress kodu
İşə ciddi yun pencəyinizi dəri kəmərlə geyin, bir də dizdən aşağı, ətəyi yüksək yan kəsiklə ətək geyinin. Dəbdirsə, demək, soyuq olmayacaq.
3 - Parıltılı “heykəllər"
Qış ziyafətləri üçün ən yaxşı material — maksimum qapalı paltardır, lakin bu paltar tamamilə zərli xırda fiqurlarla səpələnməlidir. Gözqamaşdırıcı parıltı ilə birləşən təvazökarlıq - əsl moda silahıdır.
4 - Ağlasığmaz qış uyğunluğu
Aktuallığın zirvəsində1980-ci illərin başgicəllədən rəngləri cövlan edəcək: zümrüd rəngi ilə badımcan rəngi, yəsamən rəngi ilə karamel rəngi və qəhvəyi rənglə bənövşəyi rəng.
5 - Başgicəlləndirici printlər
Seçiminiz mürəkkəb incəsənət izləri ilə zəngin olmalıdır, böyük damalı dama-dama paltar, psixodelik “qaz pəncələri”, təzadlı, əksli kompozisiya. Geyim əsl incəsənət əsəri olmalıdır.
Bu gün Beynəlxalq Gənclər Günüdür, yazıçılar Ələviyyə Babayeva və Qabilin yubileyidir, həm də Puşkinin sürgün olunduğu gündür
Varisin “11-20 avqustun təqvimi” yazısından bu gün üçün seçmələr
12 avqust.Bеynəlxalq Gənclər Günü
1998-ci ilin 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi barədə razılığa gəlindi, BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 12 avqust tarixinin Gənclər günü kimi qeyd olunması qərara alındı. Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri yaşı 25-ədək olan gənclərdir. Onların tən yarısı - yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi bax bu Gənclər Gününü keçirməklə dünya birliyini gənclərin problemlərini həll etməyə çağırır.
Respublikamızda Bеynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilib. Ayrıca, 2 fevral tarixi 1996-cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu bilavasitə gəncliklə bağlı fəaliyyət aparır. Azərbaycan gəncliyi işgüzardır, savadlıdır, istedadlıdır, böyük potensiala malikdir. Üstəlik, mərddir, cəsurdur. Torpaqlarımızı işğaldan azad edən ordumuzun gənc əsgər və zabitlərinin timsalında bunu əminliklə deyə bilərik. Yetər ki, Azərbaycan gəncliyi daim diqqət və qayğı ilə əhatə olunsun, gəncləri bürokratik əngəllər, işsizlik, maddi problemlər qayğılandırmasın.
12 avqust. Uşaq yazıçısı Ələviyyə Bbabayevanın 100 illik yubileyi
Ələviyyə Babayeva Azərbaycan Sovet nəsrinin oxunan imzalarından biri olub. O, 1921-ci il avqust ayının 12-də Bakıda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor olub. 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük edib. Ələviyyə xanım bədii yaradıcılığa 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Onun kiçikyaşlı uşaqlar üçün “Mənim müəllimim”, “Kənd yolları”, “Yenə baharda”, “Sehrli pillələr” hekayə kitabları çap edilib. Uşaq yazıçısı kimi uzun illər kiçik hekayələr yazıb, uşaqların, yeniyetmə və gənclərin mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət edib. “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, “Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, “Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu mövzuya həsr edib. Xanım yazar 25-dən artıq kitabın müəllifidir. Bir sıra əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb. 1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2011-ci ilin avqust ayında 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib. Ruhu şad olsun!
12 avqust. Xalq Şairi Qabilin 95 illiyi.
Qabilin adı gələndə nədənsə dərhal yadımıza məşhur bir KVN səhnəsi gəlir. Heydər Əliyev obrazını canlandıran Murad Dadaşov Novruz bayramı şənliyində “Paravoz” şeirini deyə-deyə əsib-coşan Qabil obrazını canlandıran Bəhram Bağırzadədən təmkinlə soruşur ki, “Sənin neçə yaşın var, ay Qabil”.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakıda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü il aprelin 2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. 1948-1951-ci illərdə M.F.Axundov adına Yardımlı rayon orta məktəbində müəllimlik etmiş, sonra isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta məktəbində dərs hissə müdiri, APİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında laborant kimi çalışmışdır. 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-1954-cü illərdə “Azərbaycan müəllimi”, “Kommunist” qəzeti redaksiyalarında əməkdaşlıq etmişdir. 1954-1956-cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. 1957-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında Poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən Azərbaycan günlərində, 1990-cı ildə Qeysəriyyədə Millətlərarası Böyük Azərbaycan konqresində, 1992-ci ildə Tehranda Şəhriyar poeziya günlərində iştirak etmiş, 1994-cü ildə Azərbaycan Prezidenti nümayəndə heyəti tərkibində Çində səfərdə olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.
Qabil 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984- cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə isə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1996-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeninə, 1998-ci ildə Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Qabil 2007-ci il aprel ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!
12 avqust, Ümumdünya Fillər Günü
Mən dəqiq bilmirəm, xalq şairimiz Qabil fillər barədə də şeir yazıbmı, amma bu gün fillərin bayramıdır. Ümumdünya Fillər Günü (World Elephant Day) 2012-ci ildən qeyd edilir. İdeya Kanada kinematoqrafçıları Patrisiya Sims və Maykl Klarka, habelə fillərin Tailanddakı reproduksiya fondunun başçısı Kimsə Kimsəyevə (adını-soyadını tapa bilmədim) məxsusdur. Çoxunuz bəlkə də canlı fil görməmisiniz, amma çoxunuz hind kinematoqrafının ən uğurlu işlərindən biri olan “Fillər mənim dostumdur” filminə baxmısınız. Odur ki, bu gün fillərə qayğı və ehtiram nümayiş etdirməyə dəyər.
12 avqust. İlk personal kompüter - IBM PC kömpüteri nümayişə çıxarılıb
Həmin tarix 1981-ci ilə təsadüf edir. Ən böyük İKT sıçrayışı, məişəti, şüuru dəyişən ən böyük mədəni inqilab. IBM 5150 modelli bu kompüterin vətəni isə ABŞ-ın Florida ştatıdır, kiçik Boka-Raton şəhəridir. İlk personal kompüteri amerikalı alimlər bir il üzərində işlədikdən sonra ərsəyə gətirmişdilər. Bir neçə konfiqurasiyada kompüter satışa çıxarılmışdı. Ən bahalı konfiqurasiya intel 8088 prosessorlu, 64 kbayt yaddaşlı versiya idi ki, onun da qiyməti 3005 Amerika dollarına bərabər idi. Artıq ilk ildə 130000 kompüter satılmışdı, satışın 99 faizi daxili bazarda reallaşmışdı. Sonradan bu yeni ixtira bütün dünyaya ayaq açmağa başladı. Bizim yaşadığımız sovetlər birliyinə personal kompüterlər xeyli gec gəlib çıxdı, təxminən 85-ci illərdə. Və təsəvvür edin ki, hazırda dünyada onların sayı milyardlarla ölçülür, hər il orta hesabla 150 milyon kompüter satılır.
12 avqust. Daha nələr...
Ən əhəmiyyətlisi – macar əsilli Amerika milyarderi, treyderi, maliyyəçisi, filantropu, dünyanı dəyişməyə qadir olan Corc Sorosun doğum günüdür, ağsaqqalın düz 91 yaşı tamam olur. Özü də hələ canı suludur, deyir, azı 100 il yaşamalıyam. Dünya üzrə humanitar aksiyalar keçirən, qarınları doyduran, xəstələrə əlac edən Sorosun əslinin macar olması onun bir köynək bizə yaxın olmasından xəbər vermirmi, verir. Axı macarlar hunların törəməsidirlər, hunlar isə göytürk əsillidirlər. Yəni, əcdadlarımız eynidir.
Yeri gəlmişkən, bu şəxs narıncı inqilablarla avtoritar rejimləri devirməklə dünya siyasətində də möhkəm qərarlaşıb, ona görə də onun adı gələndə məzlumlar sevinər, tiranlar həyəcanlanar.
Ədəbiyyatsevərlər deyəcək ki, bu günün ən əlamətdar hadisəsi 1824-cü ilin bu günündə Puşkinin Mixaylovskoye kəndinə sürgün edilməsidir. Ensiklopediya-vikipediyaçılar deyəcək, yox, siz nə danışırsınız, bu gün “Ginnesin rekordlar kitabı”nin yaradıcıları olan ekiz qardaşların – Norris və Rost Makuirterlərin doğum günüdür. Kinoşünaslar qeyzə gələcəklər ki, susun, bu gün iki “Oskar” qazanmış Sessil Qde Millin – Amerika kinorejissorunun doğum günüdür, o şəxsin ki, indi hamımız gecə-gündüz filmlərini izlədiyimiz “Paramaunt Pikçers” kinokompaniyasını yaradıb.
Bir vaxtlar dəbdə olan, tarixin inkişafı ilə arxiv statusuna keçən vinil plastinkalar günüdür bu gün həm də. Yaponiyada milli himn, Qırğızıstanda cinayət-axtarış, Gürcüstanda Didqoroba bayramı (bizim əksimizə olan bir bayramdır, gürcülər 1121-ci ildə Didqor döyüşündə səlcuq türklərini məğlub ediblər), Böyük Britaniyada Möhtəşəm Oniki günü (karallığın ərazisində quş ovlamağa icazə verilən gün), Hindistanda milli kitabxana günü və əlbəttə ki, ABŞ-da qızardılmış ət parçası günüdür.
Bir dəqiqə. Necə? Qonşum Seyidəhməddir. Dəllaldır. Deyir, ay qonşu, hər boş-boş şeyləri qeyd etdin, bu günə ən əsas olanı isə qeyd etmədin. Nədir o qeyd etmədiyim, ay Seyidəhməd? Deməzsənmiş, 1851-ci ilin bu günündə amerikalı İsaak Merrit Zinger qızıl tərkibli bıçaqlı “Zinger” paltartikən maşınına patent alıb. Bu həmin o “Zinger” maşınıdır ki, indi əntiq əşya sayılır, Seyidəhməd müəllim və onunkimilər şəhər-şəhər, kənd-kənd düşüb avam insanlardan onu ucuz qiymətə alır, sonra on qat-yüz qat qiymətinə beynəlxalq alverçilərə, hərrac işçilərinə satırlar.
Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
Sentyabrın 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək. Sərgi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
AzərTAC xəbər verir ki, sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.
“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.
Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.
Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla təmin ediləcək.
“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000,
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
.
“İslam irsimizi tanıyaq” Mədəniyyət Nazirliyinin yeni tanıtım layihəsidir
Layihə çərçivəsində İçərişəhərdə yerləşən “Cümə” məscidi ilə tanışlıq çarxını Mədəniyyət Nazirliyinin rəsmi portalı ötən gün təqdim etdi. Çəkici musiqi ilə verilən görüntünü ingilis dilində titrlər tamamlayır. Çarx 130 saniyə davam edir.
Cümə məscidi qədim atəşgah məbədinin yerində ucaldılıb.
Məscidin divarına həkk olunmuş bir yazıda binanın inşası haqqında belə deyilir: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”.
Оtаqlаrı çохbölməli, düzgün оlmаyаn аltıbucаq fоrmаlı məscidin qеyri-аdi plаnı, еləcə də kvаdrаtа dахil edilib və pilləli qübbələr sistеmi ilə örtülmüş nisbətən iri ibаdət zаlı, binаnın dахili məkаnının хüsusi gözəlliklə tikilməsinə zəmin yaradıb.
ХV əsrdə ibаdət zаlının охu üzrə məscidin şimаl divаrındа, möminləri ibаdətə çаğırmаq üçün еyvаn funksiyasını daşıyan stаlаktit qurşаqlı, tаclı, möhtəşəm minаrə tikilib. Minаrənin şаquliliyi və ibаdət zаlının еcаzkаr kаşılı günbəzinin kоnus fоrmаsı, mеmаrlıq sənətinin inkişаfını göstərir və məscidin ümumi kоmpоzisiyаsınа nоvаtоrluq еlеmеnti, gətirir. Bu Şirvаnşаhlаr Sаrаyı kоmplеksi abidələrində də öz əksini tаpmış qеyri-аdi stilistik istiqаmət idi.
Minarənin tarixi Came məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunan bunövrə daşındaki kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunub.
ХIХ əsrin sоnu ХХ əsrin əvvəllərində Bаkının vаrlı аdаmlаrındаn biri Hаcı Şıхəli Dаdаşоv хеyriyyə məqsədi ilə qədim аbidənin yеrində tаmаmilə yеni məscid binаsını ucаltdı. Məscidin kiçik diаmеtrli günbəzini, mərkəz hissəsində dörd sütunlа sахlаyаn kvаdrаt fоrmаlı ibаdət zаlı tаmаmlаyır. Binаnın memarlığında Şərq və Аvrоpа klаssik mоtivlərindən istifаdə olunub.
Girişin pоrtаlındа Аzərbаycаn mеmаrlığının əsаs prinsipləri əks olunub: dаş üzrə оymаlаr, gеniş nахış pаlitrаsı, bədii еpiqrаfikа və s. Əsаsən dаş üzərində tikinti və nахış işlərinin kеyfiyyəti mükəmməldir. Məhаrətli dаş yоnаn ustаlаr tərəfindən əfsus ki, nаməlum mеmаrın fikirlərinin bədii ifаdəsi insаnı hеyrаn еdir.
İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan Cümə məscidi dövlət hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilərək, istifadəyə verilib. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məscidin divarlarında naqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.
Sankt-Peterburq səhnəsində Mariinski Teatrının simfonik orkestrini Əyyub Quliyev idarə edib
Mariinski Teatrının Primorski filialının balet truppasının Sankt-Peterburqdakı səhnəsində çıxışı dinləyicilərin diqqətini cəlb edir.
AzərTAC-ın məlumatına görə, avqustun 15-dək gerçəkləşəcək
səfər proqramına dünya klassik balet repertuarının ən parlaq nümunələri – Adolf Adanın “Korsar” (6-8 avqust), P.Çaykovskinin “Yatmış gözəl” (10-12 avqust) və Adolf Adanın “Jizel” (13-15 avqust) daxil edilib. Ancaq ən əlamətdar hadisələrdən biri balet truppasının çıxışlarının Rusiyanın Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf Eldar Əliyevin quruluşunda Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti ilə açılması olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev idarə edib. Məhz, Əyyub Quliyevin ifasında həmin balet 2020-ci ilin avqust ayında Vladivostokda (Mariinski Teatrında), yanvarda Sankt-Peterburqda, may ayında isə Kazanda Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalının açılışında uğurla səsləndirilib. Tamaşalarda əsas rollarda Primorski səhnəsinin solistləri İrina Sapojnikova, Anna Samostrelova, Sergey Umanets, Kanat Nadırbek, Liliya Berejnova, Katerina Floriya, Gilerme Junio və Yuriy Zinnurov yer almışlar. Tamaşalarda Mariinski teatrının məşhur solistləri Renata Şakirova (Şəhrizad), Yekaterina Çebıkina (Nuridə) və Nikita Korneyevin (Şəriyar) yer alması “1001 gecə” baletinin ifasına xüsusi rəng qatmışdır. Əsərdə vokal bölümünü Anastasiya Kikot (soprano), milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa etmişlər.
Qeyd etmək lazımdır ki, Mariinski Teatrının 238-ci mövsümünün məhz Azərbaycan bəstəkarının əsəri ilə tamamlanması daha bir önəmli hadisələrdən biridir. Bütün tamaşalara biletlər öncədən satılıb və Sankt-Peterburq ictimaiyyətinin böyük marağına səbəb olub. Hər tamaşanın ifasından sonra Mariinski Teatrının tamaşaçıları “1001 gecə” baletinin iştirakçılarını ayaq üstə alqışlarla qarşılayıblar. Əsərin ifasından sonra Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ifaçıları uğurlu çıxış münasibətilə təbrik edərək Fikrət Əmirovun baletinin yeni quruluşunun tarixi əhəmiyyətini qeyd edib. Möhtəşəm səhnə əsərində Rusiya və Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin bərabər yaradıcılıq işinin iki ölkə arasında mədəni münasibətlərin inkişafında xüsusi rol oynayacağına əminliyini ifadə edib.
Xalqına pivə qonaqlığı verən rəhbər, çərpələng uçuranlar, bir də Oranqutan Günü
11-20 avqustun təqvimi Varisin təqdimatında
11 avqust. Qütb köpək balığı günü
2016-cı ilin bügünkü günündə tədqiqatlar belə bir nəticə verdi ki, Şimali Atlantika sularında yaşayan Qrenlandiya qütb köpək balığı (Somniosus microcephalus) Yer kürəsində mövcud olan onurğalılardan ən uzunömürlüsüdür. Bu canlı, deməzsənmiş, 400 il yaşayır, təbii ki, insan mərdimazarlığına tuş gəlməsə. Elə bu günün də məğzi odur ki, bu nadir canlı insan mərdimazarlığından hifz olunsun, ovlanmasın, qorunsun.
11 avqust. “Baharın on yeddi anı” filminin nümayişə başlanmasının ildönümü
İndiki yaşlı və orta nəsil bu filmi gözəl xatırlayır. İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı Ştirlisin Alman reyxindəki casusluq fəaliyyətindən bəhs edən, həm kəskin və dramatik süjeti ilə tamaşaçını axıradək maraq və gərginlik içində saxlayan, həm də əsrarəngiz musiqisi ilə zövq oxşayan bu film SSRİ Dövlət Teleradio Komitəsinin sifarişi ilə “Mosfilm” kinostudiyasında çəkilib, 1973-cü ilin 11 avqustunda Mərkəzi Televiziya ilə ilk dəfə nümayiş olunub. Xatırladınız, deyilmi? Ştirlis obrazını canlandıran aktyor Tixonov budur bax, gəlib gözümün önündə dayandı dərhal.
11 avqustdakı digər əlamətdar hadisələr
Bu ərəfəyə düşən bugünkü ilk təqvim günündə Çad adlı Afrika dövləti müstəqillik gününü qeyd edir. Almanlar oğul-qız gününü, latışlar azadlıq uğrunda döyüşənlərin gününü, türkmənlər sərhədçilər gününü, yaponlar göbələk gününü, dost Pakistan bayraq gününü, dost yəhudilər Onbeşinci ava gününü (növbəti sevgi gününü) qeyd edirlər. İl boyu mətbəx bayramları düzənləyən amerikalıların menyüsündə bu gün İsti Buterbrod günüdür.
Bu gün ildönümünü qeyd edən əlamətdar hadisələrdən hansıları qeyd edə bilərəm, deyim. 1959-cu ilin bu günündə Moskvada Şeremetyevo beynəlxalq hava limanı istifadəyə verilib (hazırda Bakı-Moskva reysini daha çox o qəbul edir). 1926-cı ilin bu günündə “Kodak” şirkəti rəngli kinoplyonka istehsalına başlayıb. 1906-cı ildə Böyük Britaniyada Yudjin Last səsli kinonu patentləşdirib. 1858-ci ilin bu günündə Holland fiziki, Nobel mükafatı laureatı Xristian Eykman bu koronavirus dönəmində C vitamini ilə yanaşı ehtiyac duyduğumuz B 1 vitaminini kəşf edib.
İndi isə keçək bizə düşmən olan ölkəyə. Belə ki, onlar bu gün Milli identiklik gününü qeyd edirlər. Nədir bu milli identiklik? Kökündə sırf millətçilik dayanan bu gündə bütün ermənilərə “əsl erməni olmaq” təlqin edilir, yəni bütün ermənilər eyni cür vətənsevər, xalqsevər, adət-ənənələrə, ideologiyaya sadiq olmalıdırlar. Bunlar görünən tərəflərdir. Ancaq hamısı birlikdə görünməyən tərəfi də izhar edir. Digər xalqları bəyənməmək, özünü onlardan uca tutmaq, türklərə düşmənçilik. Bu bir erməni xislətidir, onu heç cür dəyişə bilməzsən.
12 avqust.Bеynəlxalq Gənclər Günü
1998-ci ilin 8-12 avqust tarixində Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında Beynəlxalq Gənclər Gününün keçirilməsi barədə razılığa gəlindi, BMT-nin Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 12 avqust tarixinin Gənclər günü kimi qeyd olunması qərara alındı. Hazırda dünya əhalisinin təqribən 3 milyard nəfəri yaşı 25-ədək olan gənclərdir. Onların tən yarısı - yarım milyarddan çoxu kasıbçılıq həddində yaşayır. 100 milyondan artıq uşaq məktəbə gedə bilmir. Hər gün 30 min uşaq aclıqdan ölür. BMT-nin Baş katibi bax bu Gənclər Gününü keçirməklə dünya birliyini gənclərin problemlərini həll etməyə çağırır.
Respublikamızda Bеynəlxalq Gənclər Günü ilk dəfə 2000-ci il avqust ayının 12-də qeyd edilib. Ayrıca, 2 fevral tarixi 1996-cı ildən etibarən Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Onu da qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bu gün Azərbaycanda Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondu bilavasitə gəncliklə bağlı fəaliyyət aparır. Azərbaycan gəncliyi işgüzardır, savadlıdır, istedadlıdır, böyük potensiala malikdir. Üstəlik, mərddir, cəsurdur. Torpaqlarımızı işğaldan azad edən ordumuzun gənc əsgər və zabitlərinin timsalında bunu əminliklə deyə bilərik. Yetər ki, Azərbaycan gəncliyi daim diqqət və qayğı ilə əhatə olunsun, gəncləri bürokratik əngəllər, işsizlik, maddi problemlər qayğılandırmasın.
12 avqust. Uşaq yazıçısı Ələviyyə Bbabayevanın 100 illik yubileyi
Ələviyyə Babayeva Azərbaycan Sovet nəsrinin oxunan imzalarından biri olub. O, 1921-ci il avqust ayının 12-də Bakıda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib, 1951-1973-cü illərdə “Azərbaycan qadını” jurnalında məsul katib, 1973-1985-cı illərdə “Gənclik” nəşriyyatında Müasir ədəbiyyat şöbəsinin müdiri və baş redaktor olub. 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük edib. Ələviyyə xanım bədii yaradıcılığa 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlayıb. Onun kiçikyaşlı uşaqlar üçün “Mənim müəllimim”, “Kənd yolları”, “Yenə baharda”, “Sehrli pillələr” hekayə kitabları çap edilib. Uşaq yazıçısı kimi uzun illər kiçik hekayələr yazıb, uşaqların, yeniyetmə və gənclərin mənəvi dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda tərbiyələnmələrinə xidmət edib. “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, “Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, “Hardasan dost, harada”, “Anadil ağlayırdı”, “Yanar su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu mövzuya həsr edib. Xanım yazar 25-dən artıq kitabın müəllifidir. Bir sıra əsərləri rus, ingilis, türk, bolqar, çin, yapon və başqa dillərə tərcümə olunub və həmin ölkələrin nəşriyyatlarında çapdan çıxıb. 1979-cu ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2011-ci ilin avqust ayında 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunub. Ələviyyə Babayeva 2014-cü il sentyabr ayının 23-də - 93 yaşında vəfat edib. Ruhu şad olsun!
12 avqust. Xalq Şairi Qabilin 95 illiyi.
Qabilin adı gələndə nədənsə dərhal yadımıza məşhur bir KVN səhnəsi gəlir. Heydər Əliyev obrazını canlandıran Murad Dadaşov Novruz bayramı şənliyində “Paravoz” şeirini deyə-deyə əsib-coşan Qabil obrazını canlandıran Bəhram Bağırzadədən təmkinlə soruşur ki, “Sənin neçə yaşın var, ay Qabil”.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakıda anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü il aprelin 2-də “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. 1948-1951-ci illərdə M.F.Axundov adına Yardımlı rayon orta məktəbində müəllimlik etmiş, sonra isə Bakıdakı 40 saylı fəhlə-gənclər orta məktəbində dərs hissə müdiri, APİ-nin Azərbaycan ədəbiyyatı kafedrasında laborant kimi çalışmışdır. 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr olunmuşdur. 1951-1954-cü illərdə “Azərbaycan müəllimi”, “Kommunist” qəzeti redaksiyalarında əməkdaşlıq etmişdir. 1954-1956-cı illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. 1957-ci ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında Poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1977-ci ildə İtaliyada keçirilən Azərbaycan günlərində, 1990-cı ildə Qeysəriyyədə Millətlərarası Böyük Azərbaycan konqresində, 1992-ci ildə Tehranda Şəhriyar poeziya günlərində iştirak etmiş, 1994-cü ildə Azərbaycan Prezidenti nümayəndə heyəti tərkibində Çində səfərdə olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir.
Qabil 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1984- cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə isə Azərbaycanın “Xalq şairi” fəxri adlarına layiq görülmüşdür. 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1996-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri və anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeninə, 1998-ci ildə Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüş, 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Qabil 2007-ci il aprel ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. Ruhu şad olsun!
12 avqust, Ümumdünya Fillər Günü
Mən dəqiq bilmirəm, xalq şairimiz Qabil fillər barədə də şeir yazıbmı, amma bu gün fillərin bayramıdır. Ümumdünya Fillər Günü (World Elephant Day) 2012-ci ildən qeyd edilir. İdeya Kanada kinematoqrafçıları Patrisiya Sims və Maykl Klarka, habelə fillərin Tailanddakı reproduksiya fondunun başçısı Kimsə Kimsəyevə (adını-soyadını tapa bilmədim) məxsusdur. Çoxunuz bəlkə də canlı fil görməmisiniz, amma çoxunuz hind kinematoqrafının ən uğurlu işlərindən biri olan “Fillər mənim dostumdur” filminə baxmısınız. Odur ki, bu gün fillərə qayğı və ehtiram nümayiş etdirməyə dəyər.
12 avqust. İlk personal kompüter - IBM PC kömpüteri nümayişə çıxarılıb
Həmin tarix 1981-ci ilə təsadüf edir. Ən böyük İKT sıçrayışı, məişəti, şüuru dəyişən ən böyük mədəni inqilab. IBM 5150 modelli bu kompüterin vətəni isə ABŞ-ın Florida ştatıdır, kiçik Boka-Raton şəhəridir. İlk personal kompüteri amerikalı alimlər bir il üzərində işlədikdən sonra ərsəyə gətirmişdilər. Bir neçə konfiqurasiyada kompüter satışa çıxarılmışdı. Ən bahalı konfiqurasiya intel 8088 prosessorlu, 64 kbayt yaddaşlı versiya idi ki, onun da qiyməti 3005 Amerika dollarına bərabər idi. Artıq ilk ildə 130000 kompüter satılmışdı, satışın 99 faizi daxili bazarda reallaşmışdı. Sonradan bu yeni ixtira bütün dünyaya ayaq açmağa başladı. Bizim yaşadığımız sovetlər birliyinə personal kompüterlər xeyli gec gəlib çıxdı, təxminən 85-ci illərdə. Və təsəvvür edin ki, hazırda dünyada onların sayı milyardlarla ölçülür, hər il orta hesabla 150 milyon kompüter satılır.
12 avqust. Daha nələr...
Ən əhəmiyyətlisi – macar əsilli Amerika milyarderi, treyderi, maliyyəçisi, filantropu, dünyanı dəyişməyə qadir olan Corc Sorosun doğum günüdür, ağsaqqalın düz 91 yaşı tamam olur. Özü də hələ canı suludur, deyir, azı 100 il yaşamalıyam. Dünya üzrə humanitar aksiyalar keçirən, qarınları doyduran, xəstələrə əlac edən Sorosun əslinin macar olması onun bir köynək bizə yaxın olmasından xəbər vermirmi, verir. Axı macarlar hunların törəməsidirlər, hunlar isə göytürk əsillidirlər. Yəni, əcdadlarımız eynidir.
Yeri gəlmişkən, bu şəxs narıncı inqilablarla avtoritar rejimləri devirməklə dünya siyasətində də möhkəm qərarlaşıb, ona görə də onun adı gələndə məzlumlar sevinər, tiranlar həyəcanlanar.
Ədəbiyyatsevərlər deyəcək ki, bu günün ən əlamətdar hadisəsi 1824-cü ilin bu günündə Puşkinin Mixaylovskoye kəndinə sürgün edilməsidir. Ensiklopediya-vikipediyaçılar deyəcək, yox, siz nə danışırsınız, bu gün “Ginnesin rekordlar kitabı”nin yaradıcıları olan ekiz qardaşların – Norris və Rost Makuirterlərin doğum günüdür. Kinoşünaslar qeyzə gələcəklər ki, susun, bu gün iki “Oskar” qazanmış Sessil Qde Millin – Amerika kinorejissorunun doğum günüdür, o şəxsin ki, indi hamımız gecə-gündüz filmlərini izlədiyimiz “Paramaunt Pikçers” kinokompaniyasını yaradıb.
Bir vaxtlar dəbdə olan, tarixin inkişafı ilə arxiv statusuna keçən vinil plastinkalar günüdür bu gün həm də. Yaponiyada milli himn, Qırğızıstanda cinayət-axtarış, Gürcüstanda Didqoroba bayramı (bizim əksimizə olan bir bayramdır, gürcülər 1121-ci ildə Didqor döyüşündə səlcuq türklərini məğlub ediblər), Böyük Britaniyada Möhtəşəm Oniki günü (karallığın ərazisində quş ovlamağa icazə verilən gün), Hindistanda milli kitabxana günü və əlbəttə ki, ABŞ-da qızardılmış ət parçası günüdür.
Bir dəqiqə. Necə? Qonşum Seyidəhməddir. Dəllaldır. Deyir, ay qonşu, hər boş-boş şeyləri qeyd etdin, bu günə ən əsas olanı isə qeyd etmədin. Nədir o qeyd etmədiyim, ay Seyidəhməd? Deməzsənmiş, 1851-ci ilin bu günündə amerikalı İsaak Merrit Zinger qızıl tərkibli bıçaqlı “Zinger” paltartikən maşınına patent alıb. Bu həmin o “Zinger” maşınıdır ki, indi əntiq əşya sayılır, Seyidəhməd müəllim və onunkimilər şəhər-şəhər, kənd-kənd düşüb avam insanlardan onu ucuz qiymətə alır, sonra on qat-yüz qat qiymətinə beynəlxalq alverçilərə, hərrac işçilərinə satırlar.
13 avqust. Ümumdünya Solaxaylar Günü
İnternational Left-handers. Planetdəki insanların 10-11 faizi solaxaydır. Ehtimal olunur ki, aparıcı əlin müəyyənləşdirilməsində 40 gen rol oynayır. BBC-nin yazdığına görə, Belfast Universitetindən tədqiqatçı Piter Hepper səs şüası ilə uşağın ana bətnində hərəkətlərini izləyib, müəyyənləşdirib ki, hər 10 embriondan 9-u sağ əlinin böyük baş barmağını ağzına soxmağa vərdiş edir. Doğulandan sonra həmin o yerdə qalan bir körpə solaxay olur. Nə gizlədim, uşaqlıqda mən də solaxay idim, sol əllə rəsmlər çəkir, yazı yazırdım. Evdə anam, məktəbdə ibtidai sinif müəllimim biri nəzakətlə, digəri xətkeşlə məni sol əllə yazmaqdan çəkindirdilər.
Yaxşı, solaxaylıq göz önündə olan şeydir, bu barədə hamı məlumatlıdır, demək, insanların 10-11 faizi soləllidir. Bəs siz bilirsinizmi, başqa, biz bilmədiyimiz, əhəmiyyət vermədiyimiz nüanslar da var? Solayaqlılıq, solqulaqlılıq və solgözlülük. Bəli, bəli. Necə ki, sağ əl sola nisbətən dominantdır, ayaqda, gözdə, qulaqda da eynəndir. Amma onlarda da istisnalar olur. Özü də daha böyük miqyasda. Demək, insanların 40 faizi solqulaqlı, 30 faizi solgözlü, 20 faizi isə solayaqlıdır. Bəli, eynən beləcə.
13 avqust. Atatürkün Türkiyənin ilk prezidenti seçilməsinin ildönümü
Bu hadisə 1923-cü ildə baş verib. Böyük gündür, Türkiyəni parçalanmaqdan, imperialist Avropa ölkələrinin və Amerikanın arasında bölüşdürülməsindən xilas edən tarixi gündür. Bu gün böyük Mustafa Kamal Atatürkü anmamaq qəbahətdir. Atatürkün qurduğu dost, qardaş müasir Türkiyə biz azərbaycanlıların dünyada ən böyük dayağıdır.
Ayrıca bu nəhs gün barədə nə demək olar? Bəlkə onu deyək ki, 1990-cı ilin bu günündə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 1920-50-ci illərdə repressiyaya uğrayanların hüquqlarının bərpası barədə qərar imzalamışdır? Bu qərardan sonra bizim Azərbaycanda da arxivlər açılmış, xüsusən 1937-ci il qurbanı olan məşhur ziyalıların taleyinə işıq salınmışdır. (Təkcə 1937-ci ildə Azərbaycanda “troyka” deyilən 3 alçaq insandan ibarət cəza aparatı 2792 nəfəri güllələtmiş, 4425 nəfəri isə həbs və sürgün etdirmişdir). Siyahıda elə isimlər var ki, adam onların ruhu qarşısında baş əyməyə bilmir: Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümtaz, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, daha kimlər, daha kimlər...
1964-cü ilin bu günündə Böyük Briyaniyada son ölüm cəzası həyata keçirilib, 1966-ci ildə Tunisdə qıza, qadına gödək ətək geyinmək yasaq edilib. 1947-ci ildə Laxorda qəzəbli kütlə Mxatma Qandinin evini daşa basıb. 1945-ci ildə Ümumdünya Sionist Konqresi milyon yəhudinin Fələstinə köçməsinə razılıq ala bilib. 1946-ci ilin bu günündə - tam 75 il əvvəl məşhur ingilis fantastı Herbert Uells dünyadan köçüb. 1932-ci ildə Romada Quqlielmo Markone ilk qısadalğalı radionu işə salıb. 1912-ci ildə fransalı həkim Q.Odin xərçəng virusunu kəşf edib. 1907-ci ildə Nyu-Yorkda ilk taksilər peyda olublar. 1899-cu ildə amerikalı ixtiraçı Uilyam Qree telefon-avtomatı patentləşdirib. 1822-ci ildə rus imperatoru 1-ci Aleksandr masson lojasının fəaliyyətinə qadağa qoyub. Və ən nəhayət, siz bu nəhs günə niyə elə-belə baxırsınız ki, baxmayın. Mayya hindu təqviminə görə məhz eramızdan əvvəl 3113-cü ilin 13 avqust günündə dünya təşəkkül tapıb.
13 avqust. Xalq Artisti Elmira Rəhimovanın 80 illik yubileyi
İndi yaşına görə oxumur, gənclər də, yəqin ki, onu tanımazlar. Amma bir vaxtlar çox adam onu tanıyırdı, ölkəmizdə hind kinosu alüdəçiliyi dövrləri idi, hind kino musiqisinin heyranları yüz minlərləydi, Elmira Rəhimova da hind mahnıları oxuyaraq populyarlaşmışdı.
Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqust ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildən Müslüm Maqomayev adına Mahnı və Rəqs ansamblının, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 1965-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. Texnikumda Seyid Şuşinskidən dərs almışdır. 1970-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə getmiş, üç il orada klassik hind rəqs sənətini mənimsəmiş, hind mahnıları oxumağı öyrənmişdir. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış etmişdir. Onun ifasında xüsusilə “Tələbəlik illəri”, “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin” və digər mahnılar şöhrət qazanmışdır. Müğənni 1967-ci ildə Respublikanın “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olmuş, müxtəlif illərdə bir çox medal və yüksək səviyyəli fəxri fərmanlara layiq görülmüşdür. O, dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olmuşdur. Elmira Rəhimova 2002-ci il iyun ayının 11-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
14 avqust. Pakistanın Müstəqillik Günü
44 günlük müharibə zamanı hamının əlində Azərbaycan və Türkiyənin bayrağından başqa həm də Pakistanın bayrağını görmək olardı. Niyə? Çünki Pakistan siyasi, geosiyası, strateji baxımdan Azərbaycana Türkiyədən sonra ikinci ən yaxın olan ölkədir. Pakistanlılarda Azərbaycana müdhiş bir sevgi var. Bu sevgi bilirsinizmi haradan qaynaqlanır? Ötən əsrin əvvəllərində bir yandan müstəmləkəçilik, bir yandan yoluxucu xəstəliklər yoxsul Pakistanı tam əldən salanda, əhali kütləvi qırılanda azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev müsəlman qardaşlarının köməyinə yetib, onlara böyük miqdarda maddi köməklik göstərib. Bax bunun əvəzidir ki, yüz ildir pakistanlılar özlərini bizlərə borclu hesab edirlər. (Yeri gəlmişkən, hazırda milyardlar xərcləyib, kürü yedirdib lobbiləşdirmək istədiyimiz əcnəbilər isə kürünü həzm edib qurtaran kimi doxsan dərəcə əks tərəfə meyillənirlər).
1947-ci ilin 14 avqust günündə dost ölkə müstəqilliyini əldə edib. Ona kimi isə Pakistan Böyük Britaniyanın əsarəti altında idi. Bu ölkənin bəzi özəlliklərini qeyd edim. Pakistan nüvə silahına malik tək-tük ölkələrdən biridir. Dünyadakı futbol toplarının yarıdan çoxu bu ölkədə istehsal olunur. Pakistanlı qız Malala Yusufzay dünyada Nobel mükafatına layiq görülən ən gənc insandır. Pakistanlı vunderkinq Şofan Txobani 8 yaşından Microsoft korporasiyasının sertifikatlı mütəxəssi olmaqla dünyanın ən azyaşlı qulluqçusu hesab olunur. Dünyada ən hündürdə yerləşən avtomagistral da bu ölkənin ərazisindədir. Bu, Xuncerab aşırımından keçən Karakorum şossesidir. Onu qədim İpək Yolu marşrutunun üzərində salıblar.
Hazırda Pakistanda 187 milyon insan yaşayır. Pakistanlılar xoşbəxtdirlərmi? Əfsus ki yox. Ölkədə həyat səviyyəsi çox aşağıdır, yoxsulluq həddi yüksəkdir. Ölkə korrupsiyadan, terrorizmdən, narkotranzit mövqeyindən əziyyət çəkir. Büdcənin böyük əksəriyyəti xalqın rifahına deyil, lazımsız nüvə silahı xərclərinə yönəlib. Və sair və illaxır. Allah bu qardaş xalqa kömək olsun!
15 avqust. Görkəmli şotland yazıçısı Valter Skottun 250 illiyi
Kitab qurdları və ədəbiyyatçılar bir yana, digərləri ən azından, “Kventin Dorvard” romanının adını ki eşidiblər? Onu yazan Valter Skott 1771-ci il avqust ayının 15-də İngiltərənin Şotlandiya vilayətində anadan olmuşdur. 1785-ci ildə Edinburq kollecinə qəbul olunmuş, tələbəlik dövründən çoxlu mütaliə etmiş, antik dövrün ədəbiyyatı və Şotlandiya poeziyası, alman dili və alman yazıçılarının əsərləri ilə maraqlanmış, tələbə yoldaşları ilə birgə “Poetik cəmiyyət” dərnəyi təşkil etmişdir. 1792-ci ildə Edinburq Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Yaradıcılığa XVIII əsrin 90-cı illərində poeziya ilə başlamış 1800-cü ildən etibarən bir neçə il ərzində Şotlandiyanın ucqar yerlərini gəzərək topladığı xalq nəğmələrini 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələri” adı ilə ikicilddə çap etdirmişdir. Bu topluya daxil edilmiş xalq şeirinin əsl nümunələrində Şotlandiya tarixinə aid çox zəngin materiallar vardır. Bu topludan sonra yazıçı dalbadal “Sonuncu menestrelin mahnısı”, “Marmion”, “Göl qızı”, “Rokbi” adlı romantik poemalarını yazmışdır. Xüsusən, “Sonuncu menestrelin mahnısı” (1805) əsəri qədim Şotlandiyanı çox gözəl təsvir etdiyinə görə müəllifə böyük şöhrət qazandırmışdır. Tarixi roman janrının yaradıcısı məhz Skottdur. O, otuzdan çox roman və povestin müəllifidir. Romanlarını gizli imzalarla dərc etdirmiş, müəllifliyini yalnız 1829-cu ildə, əsərlərinin tam külliyatının nəşri ilə əlaqədar açıq elan etmişdir. Mühüm sosial-tarixi konfliktlərin təsiri, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, sosial ədalətsizlik, milli və sinfi mübarizə problemləri ilə bağlılıq Skottun tarixi romanlarının əsas xüsusiyyətləridir. “Ueverli” (ilk romanı, 1814), “Puritanlar” (1816), “Rob Roy” (1818), “Edinburq məhbəsi” (1818),“Ayvenqo” (1819), “Abbat” (1820), “Kenilvord” (1821), “Vudstok” (1826) və s. romanları İngiltərə, “Kventin Dorvard” (1823), “Parisli qraf Robert” (1832) və s. romanları Avropa ölkələrinin tarixindən bəhs edir. “Napoleon Bonapartın həyatı” (1827), “Şotlandiyanın tarixi” (1829- 1830), “Lord Bayronun ölümü” (1824), “Romançıların həyatı” (1821-1824) və s. tarixi-ədəbi əsərləri məşhurdur. Valter Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərmiş, Stendal onu “bizim ümumi atamız” adlandırmış, Balzak, Puşkin, Belinski onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Valter Skott 1832-ci il sentyabr ayının 21-də Abbotsford şəhərində vəfat etmişdir. Xristianlara Allah rəhməti düşmürmü, düşür.
15 avqust. Lixtenşteyn Krallığının Milli Günü
Cırtdan ölkələrə kim həsəd aparmır ki? Barmaqhesabı əhalisi olan, bu başından o başına yarım saata gedə biləcəyin bax bu Farerlərdə, Vatikanlarda, Andorralarda, San-Marinolarda, Lüksemburqlarda, Lixtenşteynlərdə həyat səviyyəsi o qədər yüksəkdir, insan faktoru o qədər dəyərlidir ki, həsəd aparmayıb neynəyəsən?
1940-cı ildən Şahzadə II Frans İosifin doğum günü -15 avqust milli gün kimi Lixtenşteyndə qeyd edilir. Həmin gün atəşfəşanlıq olur, yarmarkalar, kütləvi şənliklər keçirilir. İnanmazsınız, ölkə başçısı - Şahzadə II-ci Hans-Adams və onun oğlu əhaliyə paytaxt Vadusun qəsrində pivə qonaqlığı verirlər.
Cəmi 62 kvadrat kilometrlik ərazidə cəmi 37 min əhalisi ilə mövcud olan Lixtenşteynin paytaxtı Vadusda 5425 adam yaşayır, bizim məhəlləmizdəkindən azı 2 dəfə az. Amma bu cırtdan ölkədə inkişaf etmiş iqtisadiyyat da var (söhbət kağız üzərindəki yalançı inkişafdan getmir). Məsələn, Şaan şəhərindəki diş protezləri kombinatı bu siqmentdə dünyada liderdir, belə ki, bütün dünyada istehsal olunan diş protezlərinin 20 faizi bu kombinatın payına düşür. Hər il burada 60 milyon komplekt protez istehsal olunur. Tək elə bu protezin gəliri ilə ölkə əhalisinə adambaşı ayda 3 min dollar əməkhaqqı vermək olar. (Sağ əlləri zəngin ehtiyatları olan, böyük əraziləri və insan resursları olan, amma əhalisinə gün ağlamayan ölkələrin başına).
Demək, dünyada ən az cinayət hadisəsi qeydə alınan ölkələr siyahısındadır Lixtenşteyn. Burada son qətl hadisəsi uzaq 1997-ci ildə qeydə alınıb. Oğurluq yoxdur deyə insanlar qapılarını belə bağlamırlar. Bu ölkədə çox maraqlı və təkrarsız qanunlar var. Əhaliyə böyük azadlıqlar verilsə də ölkənin rəsmi nahar fasiləsi vaxtında – saat 12-dən 13.30-dək, bir də axşam yuxusuna dalma müddətində - saat 23-dən səhər 6-yadək səs-küy, qışqır-bağır salmaq rəsmən qadağandır. Daha bir qadağa qazon üzərinə çıxmağadır. Qardaş, həmin vaxtlar səs salma, bir də qazonun üstünə çıxma, yaşa da özün üçün. İşləməsən belə ayda 4-5 min avro paranı al, şellən. İşləsən milyonçu ol. İstedadlısansa, tutalım, mədəniyyət, idman, elm sahələrində fırtına qopara bilirsənsə, dünyaya səs sala bilirsənsə onda sənə ümumiyyətlə zaval yoxdur, möhtərəm Hans-Adams cənabları səni ovcunun içində saxlayacaq. Daha nə lazımdır ki, xoşbəxt olmaq üçün?
16 avqust. Kişi gözəlliyi günü, Çərpələng günü və sair
Gözəllik kişiyə yox, qadına xas xüsusiyyətdir, kişiyə ağıl və güc yetər. Amma qərara alınıb ki, 16 avqustda – ildə ən azı bir gün mütləq kişilər özlərinə baxsınlar, çekap müayinə, bərbər, masaj, hətta manikür, pedikür və digər prosedurlar bu gün kişiləri yaraşıqlı göstərməyə hesablanacaq.
Yəqin ki, Xalid Hüseyninin “Çərpələng uçuran” romanını çoxunuz oxumusunuz. Bax bu gün çərpələnguçurma günüdür. Kimin əlinə keçsə, bir çərpələng alıb uçursun, əlinə keçməsə Xalid Hüseyninin sözügedən romanını oxusun, o da alınmasa ürəyində arzu tutub uca eyvandan küləkli səmaya bir kağız parçası buraxsın, sansın ki, bu da onun çərpələngidir. Adətən çərpələng rəngbərəng olur, ancaq ağ kağız parçası buraxmaq eyib etməz. Adətən çərpələng havada qalır, pərvazlanır. Dərhal yerə enəcək kağız bu dəfə də utanc gətirməməlidir. Yekrənglik, pərvazlana bilməmək taleyinə yazılıbsa neynəyə bilərsən ki? Və bir də, qəti əminsən ki, bütün arzular onsuz da buxovlanıb.
Bu gün hollandlar Ürək günü qeyd edirlər, fransızlar şokolad günü, qarınqulu amerikalılar bir yandan rom, bir yandan brtavurst, yəni qızarmaq üçün nəzərdə tutulan sosiska gününü qeyd edirlər, italyanlar Palio, yəni atsürmə bayramı keçirirlər. Yaponlara bir bax, Daymondci festivalı keçirirlər, bu festivalda ölülərin ruhları gəlib dirilərə qonaq olur.
Qocalmaz Madonna 1985-ci ilin bu günündə Şon Pennə ərə gedib, yəqin ki, bu gün toyunun ildönümünü qeyd edəcək. Bundan əlavə, 1958-ci ilin bu günündə o həm də dünyaya gəlib, demək, bu gün onunçün ikiqat bayramdır. 1976-ci ilin bu günündə Sovetlər dönəminin ən kult filmi – Eldar Ryazanovun “ Taleyin hökmü, yaxud həmişə təmizlikdə” ilk dəfə ekrana çıxıb. Bu həmin o filmdir ki, hər il dekabrın 31-də televiziya ilə nümayiş edilərdi. Bu gün başqa bir filmin də premyerası baş tutub, 1925-ci ildə Çarli Çaplinin “Qızıl lixorodka” filmi ekranlara çıxaraq bütün dünyada ən böyük mədəniyyət hadisəsi sayılıb.
16 avqust Madonnadan başqa ünlü Amerika rejissoru Ceyms Kameronun, Amerika caz pianoçusu Bill Evansın, alman filosofu Vilhelm Vundtun da doğum günüdür, rok-n-rollun kralı ünlü Elvis Preslinin isə vəfatı günüdür.
17 avqust. Beynəlxalq Qara Pişik Günü
Maraqlı bir gündür. Qara pişik əlamətlərə görə uğur gətirmir, onunla rastlaşan insanın işləri dolaşığa düşür. Amma pişiksevərlər bu günü təqvimə salmaqla mifləri alt-üst etmək, pişiklərin faydasını qulaqlara sırqa kimi asmaq fikrinə düşüblər. Ayrıca, məhz qara pişiklərə ehtiram və qayğı göstərmək üçün onların təbirincə, bu gün hər kəs qara pişikləri yemləməli, tumarlamalı, çimizdirməlidir. Öz aramızdır, hər günü qeyd etməyə borcumuz yoxdur ki. Qara pişiklər, tək səbirlər, nəhslər və bu sayaq digər nəsnələri dədədən-babadan sınaya-sınaya gəlməmişikmi?
17 avqust. Yəhudilərin böyük təhdidi günü
Xolokost barədə çox şey bilirik. Amma bilmirik ki, faşizm hakimiyyətə gəldikdən sonra Almaniyada yaşayan yəhudilər daha nə kimi təhdidlərlə üzləşiblər. Bu təhdidlərdən biri 1938-ci ilin bu gününə düşüb. Üçüncü reyx qərar verib ki, növbəti 1939-cu ildən bütün yəhudilərin pasportlarına ucdantutma qırmızı J hərfi əks olunmuş ştamp vurulsun, J – yəni jude, alman yəhudisi. Amma bu hələ hamısı deyil. Yəhudilərə qarşı ifrat hüquqpozma aktı da həyata keçirilib həmin gün. Bütün yəhudilərin adlarının dəyişdirilməsi, qadın yəhudilərin ucdantutma Sara, kişilərin isə İsrael adı almaları, sonradan doğulanların da yalnız bu adları daşımaları rəsmiləşdirilib. Bir xalqın nümayəndələrini ikinci sort insanlara çevirmək üçün düşünülən bu addım yəhudi xalqının tarixinin ən acı səhifələrindən biri hesab olunur.
17 avqust. İlk animasiya filminin ildönümü, Robert de Nironun doğum günü
Həmin animasiya filmi fransız rəssam-karikaturaçı Emil Kolyanın “Fantasmaqoriya” filmidir, tarix isə uzaq 1908-ci ildir. Bu gün həm də çox sevdiyimiz italyan aktyor Robert de Nironun doğum günüdür. 1943-cü ildə doğulan ünlü sənətkar özünün 78 yaşını qeyd edəcək. Yəqin ki, qırmızı şərabla və gözəl madmazellərlə birgə. Şəxsən mənim iki bəyəndiyim aktyordan biridir Robert de Niro. “Bir dəfə Amerikada” filmini dəfələrlə izlədikcə hər dəfəsində onun aktyorluq məharətinin yeni bir cizgisi, ştrixi yaddaşıma hopub. Təbriklər, Robert. Kaş şəxsi tanışlığımız da olaydı. Heyif!
Bu gün tək kino yox, teatr xadimləri üçün də əlamətdardır, dünya teatr sənətində öz yeri olan, Azərbaycan teatrında məktəbi bu gün də qalan rəhmətlik Konstantin Stanislavskinin (1938) doğum günüdür.
18 avqust. Aşura günü
Məhərrəm ayının bugünkü 10-cu günü Aşura günü kimi qeyd olunur. Şiyə təriqətindən olanlar üçün bu gün matəm günüdür. İmam Hüseyin və onun tərəfdarlarının Kərbala düzündə şəhid olmalarının ildönümündə, hansı ki, həmin hadisə Hicri təqvimi ilə 61-ci ildə baş verib, şiyələr yas tutur, məscidlərə gedir, əzadarlıq edirlər. Gənclərin həmin gün özlərini zəncirləmələri, başlarını yarıb qan çıxarmaları ziyalılar, dünyəvi insanlar, kosmopolitlər tərəfindən təqdir olunmur, onlar bunu cəhalət adlandırırlar, amma bu adət günü bu gün də qalmaqdadır.
18 avqust. Pis poeziya günü
Bəli, belə bir gün də var. Yaxşı poeziya il boyu oxunur. Bəs pis nə olsun? İldə bir dəfə də pis poeziya nümunələri diqqət önünə gətirilməlidir, axı onların da arxasında insan əməyi dayanır.
Amma bu gün Azərbaycanda əsla qeyd edilə bilməz. Niyə? Çünki bizdə heç kəs ayranına turş deyib özünün pis yazdığını etiraf etməz. Mən indi özünü poeziyada zirvə adlandıran, “Qoy Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vahid Əziz yazmağı məndən öyrənsin” deyən qocaman bir şairin bir bəndini burda qeyd etməklə pis poeziya günündə pispoeziyaçıların cümləsini təbrik edəcəyəm.
Mən sevirəm səni/ Sən də sevirsən məni/ Sən göz vur mənə/ Mən göz vurum sənə/ Bilirəm, yoxdur ərin/ Gedəyin, kəsəyin kəbin/ Düzdür, pulum azdır/ Əmma kefim həmişə sazdır/ Sənə almayacam qara cip/ Əvəzinə alacam gümüş sep/ Villada degil, kirədə qalaruq/ Kam verib kam alaruq.
18 avqust. “Lolita”nın doğuluşu və Çingiz xanın ölümü
1958-ci ilin bu günündə ABŞ-da rus dissident yazıçısı Vladimir Nabokovun dünyaca məşhur “Lolita” romanı işıq üzü görüb, bilirsinizmi? Yaxud, 1201-ci ilin bu günündə Riqa şəhəri qurulub, bilirsinizmi? Bəs bunu necə, 1750-ci ilin bu günündə dünyaşöhrətli Motsartın qənimi Antonio Salyeri doğulub? Bəs dünya fatehi Çingizxanın 1227-ci ilin bu günündə vəfat etməsini necə?
Amma bunu təxmin etdiniz yəqin, ABŞ-da bu gün növbəti mətbəx bayramıdır, dondurma tortu günüdür. Bu ləzzətli təam çox baha olduğundan (ən kiçiyi və ən ucuzu 8-10 manat arasındadır) google-da axtarış verib, rəsmlər nöqtəsini tıklayıb rəsminə baxa bilərsiniz. Lap cəsarətliləriniz hətta gedib marketin soyuducularında canlı-canlı ona tamaşa da edə bilərsiniz. Təki, həvəsiniz olsun.
18 avqust. Azərbaycan Sərhədçilərinin Peşə Bayramı
Vətən sərhəddən sərhəddəcən uzanır. Ona görə də vətənə gələndə ilk olaraq, ondan gedəndə də son olaraq sərhədçiləri görürük. Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə - Cümhuriyyət dövrünə təsadüf edir. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir. Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərində bilavasitə Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işi də təşkil edilmiş, milli sərhəd siyasətinin əsası qoyulmuş, sərhəd strategiyası müəyyənləşdirilmişdir.
2000-ci il avqust ayının 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin - 18 avqustun Azərbaycan Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günü kimi elan edilməsi haqqında Sərəncam imzalamışdır. O vaxtdan da bu avqust günündə hamı sərhədçiləri təbrik etməyi özünə borc bilir. Bu gün sərhədlərimiz Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev başda olmaqla şanlı və müzəffər sərhədçilərimiz tərəfindən ləyaqətlə qorunmaqdadır. Bayramınız mübarək, əziz sərhədçilərimiz!
18 avqust. Tanınmış filoloq alim Kamil Vəli Nərimanoğlunun 75 illiyi
Bu cür dərin zəkalı alimimizə mütləq hörmət və ehtiram bildirməliyik. Kamil Nəriman oğlu Vəliyev 1946-cı il avqust ayının 18-də Cəbrayıl rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə BDU-nun filologiya fakültəsində təhsil almışdır. Elmi və publisistik yaradıcılığa tələbəlik illərindən başlamış, 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılmışdır. 1976-1981-ci illərdə həmin kafedrada baş müəllim, 1981-1988-ci illərdə dosent, 1989-cu ildə professor, 1988- 1998-ci illərdə universitetin filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. 1974-cü ildə “Azərbaycan dilində “ki” şəkilçisi” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə Türkiyə Folklor Araşdırmaları Vəqfinin nümayəndəsi, Səlcuq Universitetinin fəxri doktoru seçilmişdir. Türkiyə linqvistika cəmiyyətinin müxbir üzvüdür. 1993-cü ildə - Elçibəy hakimiyyəti dönəmində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdir. 1991-1992-ci illərdə Türkiyədə İzmir Egey Universitetinin, 1999-2000-ci illərdə Şimali Kipr Respublikasında Doğu Ağdəniz Universitetinin professoru olmuş, mühazirələr oxumuşdur. Hazırda Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri, çoxcildli “Türk Dünyası ədəbiyyatı” kitabının redaksiya şurasının üzvü, Türkiyədə çap olunan “Bilgi”, “Yol”, “Milli folklor”, Qazaxıstanda dərc edilən “Türkologiya” dərgilərinin redaksiya heyətinin, Çingiz Aytmatov Akademiyasının üzvüdür. Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür. Yedditəpə Universitetinin müəllimidir.
Kamil Vəliyev 2002-ci ildə “Ey Füzuli” esse-romanını, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”ni, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərini ön sözlə kütləvi tirajla nəşr etdirmişdir. İndiyədək 40 elmi monoqrafik əsərin, çoxlu tərcümələrin, 500-dən çox məqalənin müəllifidir. 20-dən çox ölkədə konfrans və simpoziumlarda iştirak etmişdir. Kamil Vəliyev xidmətlərinə görə Türkiyə Respublikasının “Şərəf və Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Vətəni Azərbaycanda da ona layiqli qiymət veriləcəyini gözləyir, fəxr edir, qürur duyuruq.
19 avqust. Ümumdünya Humanitar Yardım Günü
Bu gün bu yardım daha çox Afrikanın aclıq çəkən ölkələrinə, habelə müharibə gedən Suriya kimi ərazilərə şamil edilir. Təəssüf ki, uzun illər bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan da fəlakət zonası elan edilib bu sayaq yardımlar alırdı. Yardımlar barədə sizə yazıçı dostum Əlibala Məhərrəmzadədən eşitdiyim bir olmuş hadisə danışım.
Rayonlardan birində məskunlaşan məcburi köşkünlərə Almaniyanın bir humanitar təşkilatının göndərdiyi ərzaq paylanırmış. Köçkünlər bir-bir yerli məmurların qutuları aradan çıxardıqlarını görürmüşlər. Onsuz da köçkünlər yerli məmurların qanunsuz əməllərindən beziblərmiş. Bu əliəyrilik, köçkün malına göz dikmək də üstəlik. Bir qoca qarı yardımını götürəndə məmur irişə-irişə ona deyib ki, ay nənə, bu ərzağı sizə nemeslər göndəriblər. İkinci dünya müharibəsini, faşizmin zülmünü görmüş yaşlı insanlar üçün nemes anlamı bir başqa məna kəsb edir axı. Qarı da əvəzində onun üstünə bozarıb ki, nemsə onlar deyil, əsl nemsə sizsiz. Bax belə!
19 avqust. Ümumdünya Oranqutan Günü
Sizə oranqutanlardan danışım. Elm təsdiqləyib ki, insandan sonra ən ağıllı canlıdır o. Adının mənşəyi də maraqlıdır, oranqutan – qədim latın və malay dillərində meşə adamı mənasını verir. DNK qomologiyasına görə insana ən yaxın canlıdır oranqutan. Adını o qədər eşitmişik, elə bilirik ki, dünyada ən çox yayılan meymun növüdür. Amma belə deyil, onlar sayca çöx azdırlar, dünyada cəmi iki yerdə - Kalimantan və Sumatra adalarının meşələrində yaşayırlar. Nəsilləri kəsilmək üzrə olduğundan Qırmızı kitaba düşüblər. Praktiki olaraq bu canlılar bütün həyatlarını ağacların üzərində keçirirlər, yanaşı açılarkən 2 metr uzunluq alan iri əllərinin köməyi ilə budaqdan budağa hərəkət edir, hətta su içmək prosesini də yerə düşmədən, yağışdan sonra yarpaqların üzərinə yığılan suyu içməklə həyata keçirirlər.
Oranqutanları digər meymunlardan fərqləndirən aralarında olan möhkəm sosial əlaqələr və mədəniyyətdir. Oranqutanların dişiləri balaları ilə uzun illər bir yerdə yaşayırlar və balalarını tərbiyə edirlər. Oranqutanlar ağac yarpaqlarından çətir kimi istifadə edə bilirlər. 10 yaşlı oranqutan 200-dən artıq bitki növünün rəngini və dadını tanıya və ayırd edə bilir. Oranqutanlar özlərini güzgüdə tanıya bilirlər.
Chantek adlı 39 il yaşamış məşhur oranqutanın isə yəqin ki, adını eşidənləriniz olub. ABŞ-ın Georgia ştatının Atlanta şəhərində 9 il bir antropoloq bu meymunu müşahidə edibmiş.Bu dövrdə Chantek otağını təmizləməyi, alətləri hazırlayıb istifadə etməyi və restorana yolu əzbərləməyi öyrənibmiş.O, həmçinin Amerika işarə dili ilə ünsiyyət qurmağı bacaran nadir insanabənzər meymunlardan biri idi.
19 avqust. Ümumdünya Fotoqrafiya Günü
2009-cu ildə avstraliyalı fotoqraf Korske Arenin təklifi ilə qeyd olunmağa başlanılıb bu gün. 19 avqust – Fransa hökumətinin ilkin fotoqrafiya prosesi üçün daqerrotip cihazına patent əldə etməsi günüdür. Xüsusən ağıllı mobil telefonlar kəşf edildikdən, hər kəs kameraya malik olduqdan sonra hamı foto çəkməkdədir. Bununla belə, peşəkar fotoqrafiya öz statusunu həmişə qoruyur. Azərbaycanımızda da bu cür peşəkarlar az deyil. Asim Talib, S. Rasim, Şahin Yüksəl Sərkərov kimi ustadlar, eləcə də yeni dalğa fotoqrafiya sənətinin Mirnaib Həsənoğlu, Araz Adiloğlu, Babək Həsənov, Bahadur Cəfərov, Bəhruz Əlizadə, Cavid Məmmədov, Denis Sveçnikov, Dilavər Nəcəfov, Ehtiram Jabi, Elay Mikayıl, Eldar Əkbərov, Elmar Mustafazadə, Elşad Asəfov, Emil Xəlilov və digərləri kimi nümayəndələri fotoqrafiya sənətinə töhvə verməkdədirlər. Var olun, yaşayın və yaradın!
19 avqust. Kartof günü
Gədəbəylilər, yaxın oturun. Bu gün sizin bayramdır. Ensiklopedik nəşrlərdə bu ən məşhur tərəvəz barədə bunlar yazılıb – badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu və And kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Bizdə yayılan da elə bu növdür. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
1565-ci ildə kartof ilk dəfə İspaniyaya, 17 əsrin sonunda Rusiyaya,18 əsrin sonu - 19 əsrin əvvəllərində Azərbaycana gətirilmişdir. Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, Almaniya və Fransada əkin sahələri daha çoxdur. Azərbaycanda bu bitkinin əkin sahəsi 69-70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul istehsalı təqribən 1 milyon ton, hektardan orta məhsuldarlıq 153 sentner olur. Kartofun vətəni Gədəbəydir deyənlər hardasa haqlıdırlar, Gədəbəydə dağ iqlimi şəraitində yetişən kartof unikal dadı ilə seçilir, ölkəmizdə ən çox kartof yetişdirilən region isə Cəlilabaddır.
Kartof həm də qadınların üz ağlığıdır, qayğanaq və kartof qızartması onları daha mürəkkəb xörəkləri bişirib əziyyət çəkməkdən xilas edən vasitələrdir.
19 avqust. QKÇP, Belka və Strelka, Ruzvelt və Çörçil
1991-ci ilin bu günündə məşhur QKÇP hadisəsi baş verib, Kremldə çevrilişlə hakimiyyətə yeni qüvvələr gəliblər. 1960-ci ildə ruslar kosmik fəzaya Belka və Strelka adlı iki itlə kosmik gəmi buraxıblar. 1943-cü ildə ABŞ və İngiltərənin rəhbərləri – Ruzvelt və Çörçil gizlincə atom bombasının yaradılması barədə saziş imzalayıblar. Bugünkü gün keçmiş ABŞ prezidenti Bill Klinton (1946), dünyaşöhrətli fransız kuturye Koko Şanel (1883) doğulublar, ünlü fransız riyaziyyatçısı Blez Paskal (1662), qərb sivilizasiyasının ən möhtəşəm memarı, klassisizmin banisi italyan Andrea Palladio (1580), habelə ilk Roma imperatoru Oktavian Avqust (14) vəfat ediblər.
19 avqust. Görkəmli teatr rejissoru və aktyoru İsmayıl Hidayətzadənin 120 illiyi
Mədəniyyətimizin inkişafında rolu olmuş hər kəsi tanımaq, onların adlarını yaşatmaq bizlərin borcudur. İsmayıl Hüseyn oğlu Hidayətzadə 1901-ci il avqust ayının 19-da Bakıda anadan olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq ona “İttihad” məktəbində güzəştlə oxumağa izn verilmiş, lakin 1917-ci ildə atasının vəfatından sonra təhsildən uzaqlaşmaq məcburiyyətində qalmışdır. Elə həmin ildən də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq etmiş, tamaşalar hazırlamışdır. 1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşib “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin nəzdində İsmayıl Hidayətzadə də var idi. O, rejissorluq sənətinə də maraq göstərmiş, Azərbaycan teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləmişdir. 1926-ci ildə arabir özünü rejissorluqda sınamış, sonra Mirzə Rza Vaizzadənin “Səyavuş” pyesini tamaşaya qoymuşdur. İndiki Milli Dram Teatrında 1937- ci ilədək aktyor, sonra həm də rejissor işləmişdir. Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına keçirilmiş, az sonra həmin teatra baş rejissor təyin olunmuşdur. Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını, Rus Dram Teatrında “1905-ci ildə”, “Vaqif” tamaşalarını səhnələşdirmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanmışdır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırmış və Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilmişdir. Rejissor və teatr xadimi İsmayıl Hidayətzadə aktyor kimi də coşğun ehtirasa, tükənməyən enerjiyə malik idi. Səhnədə çevik və həssas görünürdü. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd (“Almaz”, “1905-ci ildə”, “Oqtay Eloğlu” və “Dönüş”, Cəfər Cabbarlı), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro (“Topal Teymur” və “Knyaz”, Hüseyn Cavid), Rəmzi (“Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilmişdir. Görkəmli aktyor, rejissor 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. İsmayıl Hidayətzadə 1951-ci il noyabr ayının 11-də Bakıda vəfat etmişdir. Bakı şəhərindəki küçələrdən biri rejissorun adını daşıyır. Ruhu şad olsun!
20 avqust. Azərbaycan musiqisinin əfsanəsi Xan Şuşinskinin 120 illiyi
O, mədəniyyətimizin, vokal sənəti tariximizin ən parlaq nümayəndələrindəndir, “Xan əmi” təxəllüsü ilə onu bütün Azərbaycan tanıyır, sevir. İsfəndiyаr Аslаn оğlu Cаvаnşirоv – Хаn Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşа şəhərində аnаdаn оlmuşdur. 16 yаşındа оlаrkən ustаdı İslаm Аbdullаyеvlə birgə iştirаk еtdiyi məclisdə “Kürdü Şаhnаz” muğаmını hеyrətаmiz bir tərzdə ifа еtdiyinə görə müəllimi оnа “Хаn Şuşinski” аdını vеrmişdir. Хаnın bir хаnəndə kimi yеtişməsində Cаbbаr Qаryаğdıоğlunun və Sеyid Şuşinskinin də böyük təsiri оlmuşdur. 1920-ci ildə o, Bаkıyа gələrək öz ifаçılıq fəаliyyətini dаhа dа gеnişləndirmişdir. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında birinci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir. 1944-cü ildə Azərbaycanın bir qrup incəsənət nümayəndələri ilə birlikdə İrana getmiş, Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt şəhərlərində müvəffəqiyyətlə çıxış etmişdir. Xanəndənin səsi 25 yaşında necə qüdrətli və təravətli idisə, 70-75 yaşlarında da eyni əzəmət, eyni nikbinliklə səslənirdi. Хаn Şuşinski “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi bir sıra mahnılar və təsniflər bəstələmişdir. Оnun ifаsındа səslənən “Mirzə Hüsеyn sеgаhı”, “Şаhnаz”, “Qаrаbаğ şikəstəsi”, “Kürdü-Şahnaz”, “Rаst”, “Bayatı-Şiraz”, “Qatar”, “Cahargah”, “Mahur”, “Hеyrаtı”, “Şur”, “Sеgаh Zаbul” ritmik muğаmlаrı, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Süsən-sünbül”, “Alma almaya bənzər”, “Girdim yarın bağçasına”, “Apardı sellər Saranı” və s. хаlq mаhnılаrı musiqi fоnоtеkаmızın qızıl fоndunа dахil оlmuşdur. Хаn Şuşinski 1939-cu ildən Bakıda yaşamış, qırx ilə yaxın Аzərbаycаn Dövlət Filаrmоniyаsının solisti olmuşdur. 1960-cı ildə Аzərbаycаn Dövlət Filаrmоniyаsının nəzdində Muğаm studiyаsı yаrаtmış və burаdа gənc хаnəndələrə muğаmın sirlərini öyrətmişdir. Xanəndə həmçinin А. Zеynаllı аdınа Musiqi Məktəbində də dərs dеmişdir. Əsl yаrаdıcı sənətkаr kimi Azərbaycan muğamlarını, milli musiqi хəzinəsini yеni mаhnılаrlа zənginləşdirmiş, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə etmişdir. Bu bахımdаn оnun “Qəmərim”, “Şuşаnın dаğlаrı” mаhnılаrı dillər əzbəri оlmuşdur. 1943-cü ildə “Xalq artisti” fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və bir çox medallarla təltif edilmişdir.
Хаn Şuşinski 1979-cu il mаrt ayının 18-də Bаkıdа vəfаt еtmişdir. 2013-cü il aprel ayının 29-da Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinskinin virtual muzeyinin və memorial saytının təqdimatı keçirilmişdir. Adına muğam festivalı keçirilmiş, fond yaradılmış, haqqında film çəkilmişdir. Lütfən, bu gün hamı onun ifasında “Qarabağ şikəstəsi”ni dinləsin. Qoy dahi sənətkarın ruhu şad olsun, azad Şuşanın üzərində dövrə vursun!
20 avqust. Amerikaya ilk Afrika qullarının gətirilməsinin ildönümü
Hadisə 1619-cu ildə baş verib. Hollandiya gəmisi Afrikadan 20 qaradərilini gətirərək Ceymstaun koloniyasının rəhbərliyinə satıb, bundan sonra Amerikaya qaradərili insanların qul qismində daşınılmasına başlanılıb. Amma qul tək qaradərili, keçmiş dövr insanı deyil ki. Bəzən ağdərili müasir insan da öz ölkəsində qul qismində dayanır, heç bir hüququ, heç bir azadlığı olmur. Bayaq 1937-ci il repressiyalarından danışdıq. Məhv edilən ziyalılarımız da qırmızı bolşevik üsul-idarəsi üçün hüquqsuz qullar idilər.
20 avqustun şeir bəndi
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əyləşən,
Dostdan, aşinadan necə əl çəkim?
Mikayıl Müşfiq
Ümumdünya Kitabsevərlər Günü ilə əlaqədar Yasamalda səyyar kitab sərgisi təşkil olundu
Kitabın təbliğatı sahəsində növbəti addımı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları atıblar. Onlar 9 avqust - Ümumdünya Kitabsevərlər Günü ilə əlaqədar səyyar kitab sərgisi təşkil ediblər.
Baş İdarədən bildirilib ki, səyyar sərgidə müxtəlif yaş qruplarından olan oxucuların marağına səbəb olan kitablar nümayiş olunub. Kitabxana əməkdaşları oxuculara Ümumdünya Kitabsevərlər Günü haqqında ətraflı məlumat veriblər. Kitabxananın əməkdaşları oxuculara kitablar hədiyyə ediblər.
Nəzərinizə çatdıraq ki, sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba, mütaliəyə maraq yaratmaq, mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım göstərməkdir.
Gülüstan Əliyeva: “İllərlə dostlardan zərbələr almışam, illərlə dostluqda yanılmışam”
“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında bu dəfə sizi Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının solisti, Milli Konservatoriyanın dosenti Gülüstan Əliyeva ilə baş-başa qoyuruq. Gülüstan xanımla əməkdaşımız Aysel Kərim söhbətləşir.
-Gülüstan xanım, xoş gördük. Dəyərli zamanınızı ayırdığınız üçün təşəkkür edirəm. İlk sualıma keçid almaq istəyirəm. Siz həm şəhid bacısı, həm də şəhidin həyat yoldaşısınız. Fəaliyyətinizi izləyib müşahidə edirəm ki, şəhid və qazi ailələrilə mütəmadi görüşüb, onların dərdinə şərik olursunuz. İstərdim ki, 44 günlük Vətən müharibəsi və şanlı zəfərimiz haqda fikirlərinizi alım.
-Aysel xanım, əvvəla onu qeyd etmək istəyirəm ki, sizinlə görüşmək çox xoşdur. Uğurlarınıza çox sevinirəm. Gənclərimizin belə uğurlu fəaliyyəti məni çox sevindirir. Mədəniyyət sahəsindəki informasiya boşluğunu dolduran yeni portalınıza da uğurlar arzulayıram. Düzdür, 44 günlük Vətən müharibəsi haqqında çox danışmışıq, yazmışıq, çıxış etmişik. Amma əsrlər, qərinələr boyu bizlər bu haqda nə qədər danışsaq da yenə azdır. Azərbaycan dünya miqyasında kiçik bir ölkədir. Bu otuz illik həsrət, otuz illik işğal xalqımızı qələbə üçün hazırladı. Yəni bu ötən otuz ilin nəticəsi bizə onu göstərdi ki, bu millət heç də öz torpağını unutmayıb. Əksinə, hər gün, hər an, hər dəqiqə torpaqlarının azad olunması üçün çalışıb. Əksər evlərdə bu haqda böyük tərbiyəvi işlər aparılıb. Nə yalan deyim, həmişə fikirləşirdim ki, görəsən gənclərimiz gedib o torpaqlara çıxa bilərmi? Torpaqlarımızın xilası üçün çalışarlarmı? Hərdən isə daxilimdə ruh düşkünlüyü yaranırdı. Düşünürdüm ki, o torpaqları görməyən gənclər, bilmədikləri yeri necə müdafiə etsinlər? Amma, heç demə, belə deyilmiş. Fikrim bunun tam əksini göstərdi. Heç vaxt Qarabağı, Şuşanı görməyən, Qarabağın adını sadəcə olaraq eşidən gənclərimiz vətən üçün səfərbər oldular, canlarından keçdilər. Azərbaycana zəfər yaşatdılar. Vətən oğulları dünyaya gəlir ki, düşmənə çəpər olsun, sipər olsun. Müharibə təkcə cəbhədə deyil, bizim hamımızın evində gedirdi. Çünki biz hər anı, hər dəqiqəni səbrsizliklə izləyirdik, gözləyirdik. Çalışırdıq ki, arxa cəbhədə biz də onlara öz gücümüzlə, bacardıqlarımızla dayaq olaq. Amma (ağladı)... Hərdən düşünürəm ki, biz nə qədər onlara həmin anlarda dəstək olsaq da, lakin səngərdə, atəş xəttində bir gecə qalmaq dəhşətdir. Heç bir təsəlli, təskinlik onun qarşılığını verə bilməz. Ona görə də bu haqlı Vətən müharibəmizin qazilərinə ömür boyu borcluyuq, minnətdarlığımız sonsuzdur. Şəhidlərimizin qarşısında baş əyirik. Hələ birinci Qarabağ savaşında igidlərimiz şəhid olanda biz qürurlu idik, sınmamağa çalışırdıq. Amma bütün bunların qarşılığında torpağımızı itirdiyimiz üçün çox sınıq idik, ölkələr içində utanırdıq. Sənət adamı kimi dünyanın bir çox yerlərində qastrol səfərlərində, iş görüşmələrində, tədbirlərdə iştirak edəndə bir az utanırdım, sıxılırdım. Bilirsiniz, haqlı sözü demək üçün bir məkan, bir məqam, səni eşidə bilən insanlar və dünya olmalıdır ki, onu deyə biləsən. Bax ölkəmiz bu otuz il məhz bunun üçün çalışdı. Ölkə başçımız İlham Əliyev də, vaxtı ilə Heydər Əliyev də deyirdilər ki, Qarabağı qaytaracağıq. O vaxtlar bu sözlər xəyal kimi görsənirdi. Amma gördüyümüz kimi, ali baş komandan bütün ideyaları bir-bir həyata keçirdi. Azərbaycan iki yüz, üç yüz ildən çox idi ki, bir qarış torpaq geri qaytara bilməmişdi. Amma prezidentimiz beyin savaşıyla, savadıyla bu qələbəni qazandı. Bizlərə bu xoşbəxt günü göstərdi. Qələbə mənim üçün bu deməkdir, qızım.
- Həm məşhur sənətkar, həm ailəcanlı ana və həm də nənəsiniz. Üçünü bir ömürə sığdırmaq mümkündürmü?
- İnsan nələrə qadir deyil ki? Nələri sığdırmır ki ömrünə? Ayrılıqları, həsrətləri, ölümləri, sevgiləri, vüsalları. Təbiidir ki, əgər bu dünyaya gəlmisənsə sənə verilən ömrü, məqamları dolu-dolu yaşamalısan. Bütün ömrümüz məqamlardan ibarətdir. Yaşlanmısansa, demək o xoşbəxtliyə çatmısan. Yaşa dolmaq özü bir səadətdir. O qədər insanlar gənc yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın dadını görmədən bu həyata vida edirlər. Amma yaşlanmaq, yaşlana bilmək, üstəlik də dəyərli yaşlanmaq, nənə olmaq, sevilən qadın, sevilən sənətkar olmaq - bunlar hamısı insanın özünün bacardığı bir şeylərdir. Təki ölüm olmasın. Bir tək ölümə çarə yoxdur. Əlbəttə ki, bütün bunları və daha artığını ömrümə sığdırmağı bacarmışamsa nə xoş mənə.
- Hansı janrdaki əsərlər ruhunuza fərəh gətirir? İfaçı olmaq sizin üçün nədir?
- Bilirsiniz, yaradıcılıqla məşğul olan insanlar bir ömür öyrənirlər, dinləyirlər və yaradıcılıqlarında bunları əxz edirlər. Mənim üçün pis janr, pis mahnı, hansısa sevmədiyim mövzu yoxdur. İnsanın ruhu nəyi dinləmək istəyirsə zamanın tələbinə uyğun olaraq ona müraciət edir. O zaman da sənətkar nəyi hiss edirsə onu oxuyur, onu yaşayır. Çünki hər insan yaşadığı mühitin məhsuludur. Yaşadığı mühitə cavab verməlidir. Mən düşünürəm ki, hər bir müğənni, xanəndə, vokalçı kim olursa olsun öz həyatını, qəlbinin səsini, sevgisini oxuyur, hislərini tamaşaçıya çatdırır və onunla bölüşür. Bunun qarşılığında da sevilir, alqış, sevgi qazanır. Çünki kim olursan ol, yaşadığın dövrün müasirisən. O insanların düşüncə tərzi də, fikirləri də sənlə eyni olur, səsləşir. Bir fərq odur ki, sən onu öz səsinlə, musiqiylə çatdıra bilirsən. Sən onlara qəlbində oxuduqları, qəlbini dinləndirən, dindirən o səsləri müğənni olaraq, xanəndə olaraq çatdırırsan. Əlbəttə, bu çox gözəldir. Hər insan dünyaya gələndə bir missiyası olur yəqin ki, mənim də missiyam budur. İnsanlara sevinc, sevgi, gözəl, qəmgin, xoşbəxt hisslər bəxş edə bilirəmsə mən özümü bütün bunlarla xoşbəxt sayıram.
- Xanəndə olmaq sizin öz arzunuz idi, yoxsa valideyin istəyi?
- Mən uşaqlıqdan oxuyurdum. Uşaq vaxtı daxilində olanlar istər-istəməz kortəbii sürətdə özünü büruzə verir, özünü göstərir. Valideyin də övladının hansı yönə yönləndirmək lazım olduğunu, hansı istedadı var, onu övladının uşaqlığından hiss etməyə başlayır. Böyüdükcə ona dəstək olmağa çalışır. Mənim atam da uşaq yaşlarımdan məni və mənlə bərabər bacılarımı musiqiyə yönləndirdi. Ümumiyyətlə, o istəyirdi ki, biz çox savadlı, intellektual olaq. Dil bilək və dünyagörüşümüz böyük olsun. Ən azından, cəmiyyət üçün yararlı insanlar olaq. Biz rayonda yaşayırdıq. Atamın və anamın çox gözəl səsi var idi. Atam məni musiqi məktəbinə, pioner evinə, konsertlərə aparırdı. Belə-belə mən də artıq oxuya-oxuya böyüyürdüm. Bir gün rayonumuzda gənc istedadlar müsabiqəsinin keçiriləcəyi xəbəri gəldi. Məni də müsabiqəyə dəvət etdilər. Ölkəmizin dəyərli sənətkarları münsif idilər. Məni dinlədilər və Bakıda Bülbül adına Musiqi Məktəbinə qəbul olundum. Peşə məni seçdi, mən peşəni seçmədim. Heç bilmədən ki, mən kim olacağam, mənim gələcəyim hara gedib çıxacaq, nə vaxtsa məşhur bir adam olacağam. Heç bunları bilmədən addım-addım bax bu sənətdə addımlamağa başladım. Dövlətimizə çox minnətdaram. Xüsusən isə Heydər Əliyevə.
-Bu sənətdə hansı ustadlardan dəstək görmüsünüz?
-Bizim dəyərli sənətkarlarımızdan başda maestro Niyazi olmaqla mənim müəllimim, profesor Arif Babayevdən, Canəli Əkbərovdan, Əlibaba Məmmədovdan, dəyərli, unudulmaz sənətkarlarımız Şövkət Ələkbərovadan, Sara Qədimovadan, Tükəzban İsmayilovadan, İslam Rzayevdən dəstək görmüşəm. Nə qədər ki ömrüm var, onları hörmətlə anacağam. Bu sənət yolunda mənə etimad göstərdilər. Mən bu gün Gülüstan Əliyeva olmağımda onlara borcluyam. Məhz onlar bizi bölgələrdən gətirdilər şəhərə, Azərbaycan musiqisinə, incəsənətinə xidmət edən dəyərli insanlara çevirdilər.
-Sənətkarın məişəti də maraq kəsb edir həmişə. Siz qənaətcil insansınız, yoxsa tələbxərc? Ən çox nələrə pul xərcləyirsiniz?
-Qənaətcil sayılmaram. Lazım olmayan yerlərdə çox pul xərcləyirəm, lazım olmayan yerlərdə çox qənaətcil oluram (gülür). Belə bir xarakterim var, bir şey əgər xoşuma gəlirsə onu alıram, baxmıram ki, o neçəyədir. Gözəl nə varsa əldə edirəm. Ola bilər ki, o an xoşuma gəlir, bir həftə sonra xoşuma gəlməyəcək, amma yenə də mən onu alıram. Yəni bilirsiniz, insanın ömrü, yenə deyirəm, anlardan, məqamlardan ibarətdir. Əgər o anda, o məqamda hansısa bir şey mənim könlümü, ruhumu xoş edirsə, məni dincəldirsə mən onu niyə etməyim.
- Opera və Balet teatrında sizin aktrisalıq məharətinizi görmüşəm. Siz özünüzü hansı obrazda tapırsınız?
-Bütün obrazlar əlbəttə ki, mənim üçün çox doğmadır. Amma bütün obrazlarımın başında Leyli dayanır. Operamızın şah əsəridir “Leyli və Məcnun”. Hacıbəyli qələminin məhsuludur və bizi bu dünyaya, bu cəmiyyətə tanıdan, sevdirən bir obrazdır Leyli obrazı. Hər bir xanəndə istəyər ki, məhz Leyli kimi səhnəyə çıxsın.
- İstərdim dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə aldığınız çox olub, yoxsa daha çox sadiqlik görmüsünüz? Dostluq nədir Gülüstan Əliyeva üçün?
- Dostluq mənim üçün o qədər müqəddəs məfhumdur ki, dost üçün mən canımı qurban verərəm. Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, illərlə zərbələr almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan çıxarmışam. Əslində, mən düşündüyüm kimi deyilmişlər insanlar. Əslində, mən onlar üçün istifadə mənbəyi imişəm. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə edərək yaşayıblar. Cəmi bir-iki dostum qalıb, artıq deyil. Onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan illərlə yaşa dolduqca və kamilləşdikcə düşünür ki, əvvəl özünlə dost olmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə getməyi, özünü sevməyi, yəni bunları bacarmalıdır insan. O zaman insana, düşünürəm ki, heç kimsə lazım deyil. “Dostsuz insan qanadsız quşdur”, “təklik zülümdür” və s. Bütün bunların hamısı cəfəngiyyat imiş.
- Sərt karantin dönəmində özünüzlə baş-başa qalmağa zamanınız oldu. Yarım qalan işlərinizdən hansını tamamlamış oldunuz? Bu fürsəti necə dəyərləndirdiniz? Həmin dönəmdə səhnə üçün çoxmu darıxdınız?
-Bilirsiniz, nə qədər iş görsən, yenə də yarımdır. Deyir “Dünya, sən nə şirinsən, səndən kim doydu getdi. Gedənlər bu dünyada, qəlbini qoydu getdi”. Biz olmadan da bu dünya var idi, biz olmayanda da var olacaq. Biz olduğumuz həyatda həmişə çalışır, vuruşuruq ki, nələrsə edək. Ən önəmlisi, mənim düşünməyə, insanlara münasibətimi, fikirlərimi tamamlamağa zamanım oldu. Bitən hər şeyi yaşamağa zamanım oldu. Bəzi insanlarla artıq mənim yollarım ayrılmalı idi. Bunları etdim, edə bildim və bunun üçün çox şadam. Aləmdə nələr baş verir əslində, necə yaşamaq daha düzgündür, ayırd edə bildim. Aysel xanım, inanın, heç demə, bu günəcən bunlar barədə düşünməyə zamanım belə olmayıb. Mən düşünürəm ki, hər halda, oxucular da mənimlə razılaşar, bu formada yaşayan milyonlarla insanıq: Hər gün səhər yerindən qalxıb bir stəkan çay, yaxud kofe içib qaçırıq iş dalınca. Həyatımız bu cür davam edir. Ömrümüz qaçaqaçla keçir. Zaman da olur ki, heç evə çata bilmirik. Harda artıq gecədir, orda qalmalı oluruq. Məcburuq yəni. Həyatımızın bəlkə də gözəlliyi əslində budur. Amma mən bütün bunları düşünməyə, bunları yerinə qoymağa zaman tapdım. Bu şansı əldə etdim. Övladımla, nəvələrimlə vaxt keçirməyə zamanım oldu. Bu mənim üçün ən böyük şans idi, ən böyük qənimətim bu oldu, belə deyərdim. Bir tərəfdən isə səhnə üçün burnumun ucu göynəyirdi, gözlərim dolurdu. Özünüz də sənət insanı kimi bilirsiniz ki, bizi yaşadan alqışdır, diqqətdir. Doğma teatrın səhnəsi və konservatoriya üçün çox darıxırdım.
-Tələbələrinizdən razısınızmı? Pedaqoji fəaliyyətinizdən bizə bəhs edərsinizmi?
- Mən 17 ildən artıqdır ki, Milli Konservatoriyanın müəllimiyəm. Artıq 4 ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz, insanlar peşə seçəndə yerlərində olmalıdırlar. Yerində olanları da var, olmayanları da var. Tələbələr də eynən. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, ola bilər ki, o, məşhur müğənni olmayacaq, amma o qədər gözəl bir insandır, o qədər gözəl bir gəncdir ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəssisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki, düşünürsən, heç də vacib deyil, o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyəçi, ana, ata, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz, bütün belələri cəmiyyətin xeyridir, cəmiyyətə lazım olan insanlardır. Bax bu cür yanaşmaq lazımdır tələbələrə. Onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdir, çox böyük dəyərli işlərdir. Həmişə bunları etməyə çalışıram.
-Çalışmağa düşkün insansınız, bilirik, istirahətə heçmi meyliniz yoxdur?
-Bəli, çalışmağa düşkün insanam. Bir də gözümüzü açırıq ki, artıq tətildir. Artıq teatr da, konservatroriya da bağlanır. Biz tətildə də çalışırıq, işləyirik. Yeni mahnılar, layihələr edirik. Siz özünüz sənətkarlarla əməkdaşlıq edən bir gəncimiz kimi bütün bunları çox yaxşı bilirsiniz, əziz qızım. İnsan sənətilə məşğul olduğu zaman dəyərlidir. Kim olursan ol, əgər öz yerində deyilsənsə, demək, heç kimsən.
- Bəs bir insanda hansı insani keyfiyyətə üstünlük verirsiniz?
- İnsanda səmimiyyət mənim üçün ən birincidir. Ədalət, səxavət, vicdan. Bunlar hamısı bir-birini tamamlayır. Ədalətli insan vicdanlı olacaq, vicdanlı insan isə səxavətli olacaq. Əgər sənin səxavətin varsa, deməli sən vicdanlısan və ədalətlisən. Qarşındakı insana sevgini də, ona ehtiyacı olan pulu da, söhbəti də səxavətlə verirsən. Bütün bunlar hamısı bir-birinə bağlıdır. Əgər ədalətin varsa, demək, səxavətlisən. Düzlük vacibdir. Yalana nifrət edirəm. Bütün bu cəhətlər bir insanda varsa, o insanda nə yalan, nə xəyanət olmaz.
-Əminəm ki, sizi suallarımla yormuram. Bəs yeni tanıdığınız insana qarşı güvən hissiniz tezmi, yoxsa gecmi formalaşır?
- Tez formalaşır. Mənim, bəlkə də ən çatışmayan cəhətimdir bu. Bir insan ilk baxışdan mənə hansı təsir bağışlayırsa o insan həqiqətdə odur. Bax məndə belə bir xarakter var, deyim necə. Mən özümü aldadaraq o insana yaxınlaşıram, onun ilk dəfədə yanlış təsir bağışladığını özümə təlqin edirəm. Ona zamanımı xərcləyirəm ki, bəlkə onun nəsə gizli xarakteri var mən bilmədiyim. Bəlkə bu yaxşı adamdır deyə özümü aldadıram. Bunun üçün müəyyən bir zaman sərf edirəm və sonda təəsüflə o nəticəyə gəlib yenə də çıxıram ki, insan ilk görünüşdə kimdirsə elə odur. İnsanı dəyişməyə çalışmaq lazım deyil. Onu dəyişməyə çalışdığın zaman həmin insanın qarşısında hörmətsiz olursan. Onu dəyişmək istədiyin zaman onun gözündən düşürsən. O fədakarlığınla əslində sən hörmətsiz olursan. Ona görə də hər insanı olduğu kimi qəbul etmək lazımdır. Layiq olduğu dəyəri vermək lazımdır ki, özü haqda yüksək xəyallarda olmasın.
- Gülüstan xanım, sevgi sizin üçün nəyi ifadə edir? Sevgisiz yaşamağın fəsadları nədir?
- Sevgi mənim üçün hər şeydir, geniş məfhumdur. Onu hər şeydə və hər yerdə görürəm. Bir qadının bir kişiyə olan sevgisindən də daha çox mənanı bildirir sevgi. Həyata sevgiylə sarılmaq səni insan edir və ona sevgiylə baxmaq zövqünü formalaşdırır. Həyatı sevgiylə öyrənmək səni daha bilikli edir. Hər şeyin kökündə sevgi dayanır. Ola bilər ki, həyatın hansısa bir zaman kəsiyində sənin həyatında sevdiyin biri olmasın. Səni sevən kişi, yaxud qadın olmasın. Ama sən dünyaya normal açıq gözlə baxan kamil bir insansansa sevgini başqa bir şeylərdən də, başqa bir formada da ala biləcəksən. Sənətindən, doğmalardan, təbiətdən və sair.
-Səbriniz tükənəndə aqresiv olursunuz, yoxsa özünüzə hakim olmağı bacarırsınız?
- Gənc yaşlarımda hakim ola bilmirdim. Amma indi ağıllanmışam (Gülür).
- Gənc xanəndələrə və davamçılarınıza nə kimi tövsiyyələriniz var?
-Tövsiyyəm budur ki, daim öyrənsinlər. Yaşlarından fərqli olmayaraq. Həmişə öyrənsinlər. Nə qədər çox dinləsələr, öyrənsələr daxili aləmləri o qədər zəngin olacaq və mənəvi cəhətdən daha sərvətli olacaqlar. Hamısına uğurlar arzulayıram.
-Gözəl müsahibə üçün minnətdarıq sizə, Gülüstan xanım.