Super User

Super User


Xəbər verdiyimiz kimi, Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalının müsabiqə proqramına start verilir. Azərbaycanlı yazarlar festivalın final mərhələsində təmsil olunmaq, “Dünya yazıçılarının canlı antologiyasında” iştirak etmək şansını necə sınaya bilərlər?
“Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinin festivalın müsabiqə proqramı barədə  məlumatını bir daha diqqətinizə çatdırır:
Şərtlər:
1.    Bu elektron ünvana - Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. aşağıdakıları yollamalı:
1.1.       İşrirak ərizəsini  - https://cloud.mail.ru/public/5sGX/sBLuWdPXx
1.2. Ana dilində poeziya və nəsr nümunənizi səsləndirməyinizin video görüntüsünü;
1.2.1.     həcmi 3 dəqiqəlik;
1.2.2.    horizontal çəkiliş;
1.2.3.    videoda səsləndirdiyinizin ingilis dilində sətri, yaxud bədii tərcüməsi, word formatında.

Müsabiqə işlərinin qəbulu iyul ayının 15-dən avqust ayının 31-dək davam edəcək.
Müsabiqənin nəticəsinə görə
1.Bütün dünyanın 200 ədibi LiFFt festivalının final mərhələsində iştirak edəcək, “Dünya yazıçılarının Canlı Antologiyası” video-layihəsinin iştirakçısı olacaq;
2.Müsabiqənin bütün iştirakçıarının müsabiqə çıxışı LiFFt festivalının YouTube kanalında və digər sosial şəbəkələrdə nümayiş olunacaq.
3.Festivalın yekununa görə:
3.1. Festivalın laureatı elan ediləcək. O, qızıl medalla, “Qızıl LiFFt” seriyasından kitabının nəşri ilə mükafatlandırılacaq;
3.2 Növbəti- 6-cı festivalın öz ölkəsində keçirilməsini təmin edəcək;
3.3. Final mərhələsinin bütün iştirakçıları Diplomlarla təltif olunacaq. Xüsusi fərqlənənlər Gümüş medallar qazanacaqlar.

Festivalın final mərhələsi 15-25 oktyabr tarixində Türkiyədə, İstanbul şəhərində keçiriləcək. Onlayn keçirilən festivalın finalında canlı iştirak şəxsi istəkdən asılı olacaq. Bunun üçün finalçı Təşkilat Komitəsinə müraciət etməlidir.
Festivalın Təşkilat Komitəsi ilə əlaqə:
Sayt: http://lifft.ru/
Е-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bazar ertəsi, 02 Avqust 2021 11:53

Bu gün Azərbaycan Kinosu Günüdür.


Bugünkü əlamətdar hadisə münasibətilə YARAT Müasir İncəsənət Məkanının qarşısında saat 20:00-dan  00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Film proqramı:
“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.
Rejissor: Əli-Səttar Quliyev
Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,
dram, 100 dəq.
Rejissor: Rüfət Həsənov
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.
Rejissor: Teymur Hacıyev
Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları
dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.
Rejissor: Teymur Qəmbərov
Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...

Şəkildə: “Quxuroba” filmindən kadr


Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə
Paşayeva, Bakı Slavyan Universitetinin rektor əvəzi, Təhsil Nazirliyinin nümayəndəsi Anar Nağıyev, Azərbaycan Milli Məclisinin deputatları iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsinin Azərbaycan üçün böyük sınaq olduğunu deyib: “Azərbaycan xalqı bu sınaqdan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük inamla, qələbə ilə çıxdı. Biz 44 günlük Vətən müharibəsində qalib gəldik, ərazilərimizin bütövlüyünü bərpa elədik. Bu çətin sınaq dövründə bir çox qardaş ölkələr bizim yanımızda oldu. Bu dövlətlər arasında Pakistan ön sıralarda idi. Bunun üçün öz həmkarlarım adından, Azərbaycan ziyalıları adından minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bu minnətdarlıq hissi Azərbaycan xalqının qəlbindən əsrlərlə silinməyəcək”.  
Akademik Kamal Abdulla əlavə edib ki, böyük mədəniyyətə, zəngin elmi irsə malik olan Pakistanın mədəniyyət mərkəzinin ADU-da açılması əlamətdar hadisədir. Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq: “Biz istəyirik ki, bu mərkəzdə azərbaycanlı gənclər Pakistan xalqını daha yaxşı tanısın. Biz istəyirik ki, Pakistanın böyük elm və ədəbiyyat xadimlərinin əsərləri auditoriyalarda məhəbbətlə səslənsin. İstəyirik ki, Azərbaycan Dillər Universitetində olan Pakistan Mədəniyyət Mərkəzi kimi Azərbaycan Mədəniyyət Mərkəzi də Pakistanda qurulsun. Artıq bu işə sizin tövsiyyənizlə başlamışıq. İnanıram ki, siz də, sizin həmkarlarınız da bu xeyirxah işdə bizi dəstəkləyəcəksiniz. Bir daha Azərbaycan Dillər Universitetinə xoş gəlmisiniz. Sizi əmin edirəm ki, növbəti səfərinizdə bu mərkəz vasitəsi ilə urdu dilində danışan tələbələrlə görüşəcəksiniz”.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, Pakistan Mədəniyyət Mərkəzinin açılışı iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcək: “İnanıram ki, bu mərkəz vasitəsi ilə Pakistanın tarixi, dili, mədəniyyəti, adət-ənənələri ən gözəl şəkildə öyrəniləcək. İstərdik, bu gələcəkdə bu mərkəz o qədər inkişaf etsin ki, fakültə kimi fəaliyyətə başlasın və tələbələr ölkəmiz haqqında daha yaxşı məlumat əldə etsinlər”.
Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər: “Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək”.
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər mərkəzin açılışına, Pakistan tarixinə və mədəniyyətinə olan diqqətə görə təşəkkürünü bildirib: “Pakistanda açılacaq Azırbaycan Mədəniyyət Mərkəzi üçün hər cür köməklik, dəstək göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq çox vacibdir. Biz gələcəkdə iki ölkə arasında tələbə mübadiləsi, elmi əməkdaşlıq sahəsində addımlar atacağıq. Eyni zamanda qarşılıqlı şəkildə diplomların tanınması məsələsi də gələcəkdə görüləcək işlərdir”.
Daha sonra tədbirdə Pakistan haqqında qısa film nümayiş olunub.


Musiqisevərlər üçün xoş bir xəbər: Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Flora Kərimova “Şərəf” ordeni ilə təltif olundu.
Bundan əlavə, ölkə başçısı, sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.
Xatırladaq ki, iyul ayının 23-də korifey müğənnimiz 80 illik yubileyini qeyd etdi.



Xalq yazıçısı Çingiz Abdullayev ədəbiyyatdan əldə edəcəyi gəlirin bir hissəsini “Yaşat” Fonduna köçürəcəyi ilə bağlı qərar qəbul edib. Bu barədə o, öz Facebook hesabında yazıb:
“Azərbaycandakı bütün nəşriyyatlardan xahiş edirəm ki, mənim kitablarımın qonorarlarının 10%-ini “Yaşat" Fonduna köçürtsünlər və kitablarımda Fondun işarəsi əks olunsun.
Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları “Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki mənim bütün reklam müqavilələrimin gəlirləri bütünlüklə "Yaşat" Fonduna köçürülsün.”


“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.
Bu say gənc şair İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır.
“Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib.
“Şeir vaxtı”nda Məlik Atilay, “Elegiya”da Elşad Barat təqdim edilib.
“Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərin Elmar Vüqarlının tərcüməsində oxuculara təqdim edilir.
“Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir.
“Ulduz”un bu sayında oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını da oxuya biləcəklər.
“Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir.
“Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir.
“Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.
Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır.
Bir sözlə, “Ulduz”un bu sayı hər cür ədəbi zövqləri təmin edəcəkdir.

 

Tarix saxtalığı sevməz. Ona nə qədər bəzək-düzək vursan belə mahiyyətini dəyişə bilməzsən. Tarixi saxtalaşdırmaq üzrə, şübhəsiz, bir nömrə altında bədxah qonşularımız gedirlər. Onlar öz millətçilikləri ilə xəstə təxəyyüllərinin qurbanı olduqlarından zaman-zaman mürtəce simalarını ortaya qoyublar, yaltaqlıq, yalançılıq, hiyləgərlik, qəddarlıq – ermənizmin əsas xüsusiyyətləridir. Təsadüfi deyil ki, bu xüsusiyyətlərinə görə onları heç yerdə sevməyiblər, haqlarında yalnız neqativ fikirlər səsləndiriblər. Bu fikirlər Azərbaycan mediasında çox hallanır, yazıçı və publisistlərimiz yeri düşəndə bu fikirlərə istinad edirlər. Qızıl kəlamların bəzilərini “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik:

 

-“Oobusnamə” eposu. Burada ermənilər bu cür xarakterizə ediliblər: “Onların əsas eyibi oğru, bədfel, kündəbədən, gözügötürməyən, bir ayağı qaçmaqda olmalarıdır, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı olmalarıdır, ağasına düşmən çıxmalarıdır”.

 

-Böyük Roma tarixçisi Korneliy Tasit erməniləri həm xarakterinə, həm də coğrafi yerləşməsinə görə rimlilərə nifrət, parfiyalılara qibtə aparan ikiüzlü xalq adlandırıb.

 

-Aqvaniya tarixçisi Moisey Xorenatsi deyib ki, “Mədəniyyətdən danışırıqsa nəzərə alaq ki, indi olduğu kimi, heç keçmişdə də qədim hayların ağızdan-ağızlara keçən folklor nəğmələrinə həvəsləri olmayıb. Ona görə də bu kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır”.

 

-Qədim Roma tarixçisi Ovidiy belə deyib: “Ermənilər də xalqdır, amma evdə dörd ayaq üzərində gəzirlər”.

 

-Dünyanın məşhur sərkərdəsi Əmir Teymur isə onlar haqda belə söyləyib: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. Düzdür, onların arasında hərdən yaxşıları ilə də rastlaşarsan, amma ümumilikdə yaramaz millətdirlər. Heç vaxt adamın üzünə söz deməyib mədəni görünərlər, amma ilk əlverişli məqamdaca adamı zəhərləyərlər”.

 

- Böyük rus şairi Aleksandr Puşkin ermənilərə gözəl təsnifat verib: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.

 

-Rus diplomatı general Mayevski deyib: “Ermənlərin xalq qəhrəmanları barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.

 

-Tanınmış rus dramaturqu və diplomatı Sergey Qriboyedov isə lap betərini deyib: “Mərkəzi Rusiya torpaqlarında erməni millətindən olanların məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadandırlar ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar bizim atalarımızın, ulu babalarımızındır”.

 

-İsveç səyyahı Adam Mets ən obrazlısını deyib: “Ermənilər ağ insanlar arasında ən pis qullardır. Onların zəif qaməti və çirkin ayaqları var. Heç bir şeydən utanmırlar, oğurluqla tanınırlar. Əgər sən erməni xidmətçisini bir an sərbəst buraxsan, səni quyunun dibinə qədər aparacaq. O, qamçı altında, qorxduğu üçün çalışır”.

 

-Məşhur fars şairi Sədi Şirazi də gözəl deyib: “ Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.

 

-Alman səyyahı Alfred Kyorte deyib ki, “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa ehtiyac yoxdur. Yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.”

 

- İngilis səyyahı Uilson deyib: “Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bunları yalnız başqa millətdən olanlara qarşı edirlər”.

 

-Dünyaşöhrətli tarixçi və sosioloq Karl Marksın da fikirləri bənzərsizdir: “Ermənilər ilk xalqdırlar ki, gələcək müqəddəratları üçün öz qadınlarını başqa xalqların kişilərinin altına itələmişlər”.

 

-Uzun müddət ermənilərin içində yaşayıb onlarla təmas quran rus tədqiqatçısı Veliçko isə ermənilər barədə belə izah verib: “Erməni milləti  haqqında çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə bu cür fikir yarana bilməzdi. Məhz ermənilər hər növ bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.

 

-Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze deyib: “Ermənilər gürcülərə məxsus olan məbəd və monastırlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və erməni yazıları ilə əvəz edirlər”.

 

- Fransız səyyahı Qraf De Şöle mənfurları belə xarakterizə edib: “Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkmələri məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim”.

 

-Fransız alimi J. de-Ban Eçmiədzin kilsəsinə səfər edərkən deyib: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Kilsə məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.

 

- Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma isə Qafqaz səyahəti zamanı, o mənfurların tam xarakteristikasını verib: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər.”

 

 “Qafqazda rast gəldiyim ermənilər həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan - Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə müsəlmanlar yalnız bir şey tapşıracaqlar: "Erməniyə etibar eləməyin.” Doğrudan da erməninin nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o, öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ öz siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o, and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar. Bir iş görərkən ehtiyatı əldən verməyin. Erməninin imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır".

 

Ermənilərdən danışarkən Düma Ata xüsusi olaraq vurğulayıb ki, onların gözlərində ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ yaşayır. Onlar güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz  başlanğıcını  Ermənistanda tapmışdır. Nuhun gəmisi də Ermənistandakı ən uca dağın başında dayanmışdı. Məhv  olmuş  dünyamız  guya  yenidən orada  canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur.

 

Düma yazır: “Ermənilər bütün dünyaya deyil, yalnız Asiyaya  yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlardır ki var. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün  gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevrilirlər.”

 

Bəli, gördüyünüz kimi, ermənilər barədə avropalılar da, asiyalılar da nifrət saçan sözlər hayqırırlar, tarixçilər, yazıçılar, siyasətçilər, səyyahlar – hamısı onları naqis və mənfur adlandırırlar. Biz əminik ki, yer üzündə başqa heç bir xalq bu qədər lənətlənməyib. Nə qədər ki, “Böyük Ermənistan” adlı tiryəkdən dadacaqlar, dumanlı fikirləri onları çirkablarda azdıracaq.

 

Yetər ki, onlar dayansınlar, düşünsünlər, hara getdiklərinin, hansı uçuruma səmt götürdüklərinin fərqinə varsınlar.

 

Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib. Birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz...” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.
Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön sözü yazıb.

Avqustun 2-də  YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan  00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə  Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Film proqramı:
“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.
Rejissor: Əli-Səttar Quliyev
Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,
dram, 100 dəq.
Rejissor: Rüfət Həsənov
Treyler: https://www.youtube.com/watch?v=7GHhfIK4Clg
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.
Rejissor: Teymur Hacıyev
Treyler: https://www.youtube.com/watch?v=KrMyT4YooYI
Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları
dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.
Rejissor: Teymur Qəmbərov
Treyler: https://www.youtube.com/watch?v=ORRZzxDxzJ4
Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...

Rejissorların təqdimatı:
Əli-Səttar Quliyev (1981-ci il təvəllüdlüdür, Bakı, Azərbaycan)
“Mozalan” studiyasının direktorudur.  Onun “Çardaq” (2016) qısametrajlı, “Əlvida, Şmidt!”(2019) və “Olimpiya” (2021) tammetrajlı bədii filmləri bir sıra beynəlxalq festivalların iştirakçısıdır.
 
Rüfət Həsənov (1987-ci il, Bakı, Azərbaycan)
2009- cu ildə Beyts Kollec-dən (ABŞ), 2012-ci ildə isə Moskva şəhərində Ssenaristlər və Rejissorlar Ali Kurslarından məzun olub. 2013 -cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” tammetrajlı bədii filmi Beynəlxalq Lokarno festivalının “Filmmakers of Present” proqramına daxil edilib və “Golden Leopard” mükafatına namizəd olub.
Rüfət Həsənov EAVE (Avropa Audio-vizual sahibkarlar) Berlinale Talents Network və SOFA (School of Film Advancement) məzunudur.
O, 2020-ci il Sarayevo Film Festivalında “Daxildəki ada” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Teymur Hacıyev (1982-ci il, Bakı, Azərbaycan)
Bir neçə qısa filmi prodüser olaraq istehsal edən Teymur, rejissorluq debütünü qısa filmi “The Wound” (Yara) ilə edib, onu Palm Springs qısa film festivalında (2013) nümayiş etdirib. Onun ikinci qısametrajlı “Şanxay, Bakı” filminin premyerası Tampere Film Festivalında (2016) və üçüncü qısametrajlı filmi “Duz, İstiot zövqə görə” Rotterdam Beynəlxalq Film Festivalında nümayiş olunub və Kinoskopun “2019-cu ilin ən yaxşı beş qısa filmi” nə daxil edilib. Onun “Axşama doğru” filminin Kann kinofestivalında “Tənqidçilər Həftəsi”nə daxil edilməsi, Teymuru həm rejissor, həm də prodüser kimi Kannda olmuş yeganə azərbaycanlı rejissor edir.

Teymur Qəmbərov (1986-cı il, Bakı, Azərbaycan)
“Starcom Mediavest” və “Red Communications” kimi bir sıra PR agentliklərində çalışıb. Onun ilk ”Quxuroba” qısametrajlı filmi Polşanın Poznan şəhərində baş tutan Avropa Short Pitch festivalının “Image Production” və “Mastering & Distribution” mükafatlarını qazanıb. 2020-ci ildə “Quxuroba” Sarayevo Film Festivalının Rəsmi Qısametrajlı Film Müsabiqəsinə seçilib.

“Ədəbiyyat qəzeti”nin yeni layihəsi: “Türkcə və məncə” rubrikası Hədiyyə Şəfaqətin təqdimatında: Oğuz Atay: “Tutuna bilməyənlər”
Sözlə çəkilmiş tablolar – Sehran Allahverdinin şeirləri Səhər Əhmədin təqdimatında
Səlahəddin Xəlilov – Fəlsəfə və poeziya: Nizami, Nəsimi və Füzuli timsalında
Füruğ Fərruxzadın şeirləri Ümid Nəccarinin tərcüməsində
Rüstəm Məlikov - Məzarı üzərində Türkiyənin və Azərbaycanın bayraqları dalğalanan Əli bəy Hüseynzadəmiz
Çağdaş dünya şeiri – Moldovan şairəsi Marqareta Kurteskunun şeirləri Səlim Babullaoğlunun tərcüməsində
Şeyhmus Çiçək - “Ehtiras” hekayəsi Məmməd İsmayılın təqdimatında
Pamukun evi, Pamukun dünyası – Ülvi Babasoyla Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı haqqında söhbəti
İsa Həbibbəyli – Molla Pənah Vaqif: Erkən realizm ədəbi cərəyanının yaradıcısı
Nizami Cəfərov – Ən yeni tarixin yeni romanı (Yunus Oğuzun “Uçurum” romanı haqqında)
Sevinc Elsevər – Şeirlər
Bosniya, Xorvatiya və Serbiya şifahi xalq ədəbiyyatı incisi “Həsənağaxatun” balladası Həmid Piriyevin tərcüməsində
Nurlana İşıq – “Turist oğlan” (Pritça)
Sabir Rüstəmxanlı – Bizdən irəlidə (İlyas Əfəndiyev haqqında)
Pərvin – XX əsr: yekun (“Vəziyyət ruscadır” rubrikasından növbəti yazı)
Seçimin çətinliyi – “Onun romanı” rubrikasının qonağı yazıçı, jurnalist Şahanə Müşfiqdir (Söhbətləşdi: Günel Musa)
Minaxanım Nuriyeva – Dövrün tarixi-bədii tədqiqi
Orxan Aras – Bir Qəribə adam
Əyyub Qiyas – “Axır ki...” (Hekayə)
XX əsrin klassikası: Uruqvay şeiri – Xuana de İbarburunun şeirləri Tural Cəfərlinin tərcüməsində
Zemfira Məhərrəmli – Söz sevdalısı
Şövkət Zərin Horovlu, Aynur Qafarlı, Məmməd Tahir, Ramiz Təmkin,  Zərəngiz Dəmirçi Qayalı, Aida Adıgözəl, Tofiq – Şeirlər

Mənbə: Edebiyyatqazeti.az

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.