Super User
Mədəniyyət Nazirliyinin təşkilatçılığı keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına yekun vurulub
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.
Sərginin bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.
Qeyd edək ki, beş gün davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.
Həmçinin sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutub. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirib, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olublar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılan bütün kitablara böyük endirimlər edilib. İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığını, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək.
“Azərbaycanda kitab dekadası dövrü”
Azərbaycanın əməkdar jurnalisti, tanınmış və sevilən ziyalı Qulu Məhərrəmli Bakıda keçirilən kitab sərgilərinin əhəmiyyətindən bəhs edərək söyləyib:
-Oktyabr ayının ilk ongünlüyünü Azərbaycanda KİTAB DEKADASI dövrü adlandırmaq olar. Bu dekada çərçivəsində Bakı Ekspodakı beynəlxalq kitab sərgisində görkəmli tarixçi Əkbər Nəcəfin yeni çap olunmuş “Şəmsəddin Eldəniz” (Altun kitab, 2021) kitabının təqdimatı əsl bilik bayramına çevrildi. Tarixə yeni baxış, naşirlərin kitab işinə peşəkar yanaşması, gənclərin kitab və millət sevgisi məni çox duyğulandırdı…
Hesab edirəm ki, həm Ekspodakı, həm də Bakı İdman Oyunları sarayındakı beynəxalq sərgi və milli satış-sərgisi kitabı insanlara daha bir addım yaxınlaşdırdı. Artıq kitaba soyuqluq aradan qalxır, kitab sərgilərdən məktəblərə, evlərə, oradan da insanların şüuruna, həyat və düşüncə tərzlərinə yol açır. Buna yalnız sevinmək, təşəbbüsçülərə və təşkilatçıkara “sağ ol” demək lazımdır.
Sabah Ruslan Sabirlinin rol aldığı “Coşğun Dəniz” serialının nümayişi başlayacaq
“Sənə inanıram” teleserialı ilə məşhurlaşmış sevilən aktyor Ruslan Sabirli yeni serialda əsas rol alıb. Söhbət “Coşqun Dəniz” serialından gedir. Aktyor öz sosial media hesabında iddia edir ki, yeni serialda canlandırdığı obrazı da tamaşaçılar “Sənə inanıram”ın Həmidi qədər sevəcəklər.
O yazır: “Sənə inanıram”ın Həmidindən sonra “Coşqun Dəniz”in Coşqununu da səvəcəksiniz.”
Serialda Coşqun obrazını canlandıran Ruslan Sabirli ilə yanaşı digər baş rolu - Dənizi Səhər Əkbər oynayır.
Dəyərli oxucular, sizinlə yeni serialın vaxtını paylaşmaq istəyirik. “Coşqun Dəniz” serialı sabah - 12 oktyabr 19:00-da Space TV kanalında start götürəcək.
Yaradıcı komandaya uğurlar, tamaşaçılara isə xoş seyrlər arzulayırıq.
Qənirə Paşayeva gənc yazarı ilk kitabının çıxması münasibəti ilə təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc yazar Sevinc Yunuslu ilə Mədəniyyət Komitəsində görüşüb, onu ilk şeirlər kitabının çıxması münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Q.Paşayeva S.Yunusluya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
S.Yunuslu gənc yazarlara, ümumən yarıdıcı insanlara göstərdiyi diqqət üçün Komitə sədrinə təşəkkür edib, ilk şeirlər kitabını onunçün imzalayıb.
“CBC TV Azerbaijan” kanalının Top 10-luğu
Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır. Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın yutub platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb.
1. “Это Азербайджан”
2. “Служу Родине”
3. “Артефакты Кавказа”
4. “Актуально сегодня”
5. “На этом точка”
6. “Экономика дня”
7. “Специальный выпуск”
8.”Белые пятна истории”,
9.“English News”
10.“Глобальная дискуссия”
Həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 izləyicisi olan “Это Азербайджан” verilişi yerləşir. Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsindən bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O, telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.
İkinci yerdə 32 videosu və 14 min 374 izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzusuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.
Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin yutub platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505-ə çatıb. 529 videosu və 11 min 75 izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb. Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və 5 min 783 izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi gəlir.
Məqsəd hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün operativ və keyfiyyətli formada informasiya təqdim etməkdir.
Ankarada “Fulya” filminin təqdimatı olub
Ankara şəhərində tanınmış türkiyəli telejurnalist Fulya Öztürkün 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “Fulya” filminin qala gecəsi keçirilib.
AzərTAC-ın Türkiyə müxbiri xəbər verir ki, qala gecəsində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı Fulya Öztürk iştirak edib.
Film Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə dünya birliyinə çatdırılmasında Fulya Öztürkün fəaliyyəti əsasında çəkilib.
Müharibə kadrları və çəkilişlər Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada aparılıb. Böyük zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu adıçəkilən filmdə əksini tapır.
Dimdik qayaya dırmaşan cəsur - Storyfox təqdim edir
Storyfox insan təəccübünə səbəb olan fotolar təqdim edib. Onların ən aktuallarını oxucularımıza təqdim edirik. Hamısı həvəskarlar tərəfindən lentə alınıb və real fotolardır. Yəni ki, heç bir quraşdırıımış səhnə yoxdur.
1-ci foto.
“Dimdik qayaya çıxan cəsur”
Kitab sərgi-yarmarkasında “Çovdar çörəyi” romanının müəllifi Əlibala Məhərrəmzadənin imza saatı keçirildi
Bu gün VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti imza mərasimi “Azərkitab - kitab mərkəzi”nin stendində baş tutdu. Yazıçı və motivasiya spikeri, Azərbaycanın Rəsul Rza mükafatı, Ukraynanın Müqəddəs Georgi ordeni, habelə Rusiyanın Fyodr Dostoyevski medalı laureatı Əlibala Məhərrəmzadə çoxsaylı oxucuları üçün kitablarını imzaladı.
Ötən il işıq üzü görən və ədəbi cameədə olduqca yüksək qiymətləndirilən, Bakı nəşrindən əlavə Moskvada da nəşr olunan və hazırda Özbəkistanda nəşriyyat hesabına çıxmağa hazırlanan “Çovdar çörəyi” dramı, eləcə də Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də çıxaraq böyük oxucu auditoriyası qazanmış “Ev tapşırığı. Uğur düsturunu tapmalı” motivasiya kitabı imzalanan kitablar arasında çoxluq təşkil edirdi.
Yazıçı oxucuları ilə yaradıcılığı ilə bağlı planlarını da bölüşdü, sualları cavablandırdı.
“Kitablarım insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün bir vasitədir. Onlar daha doğru yaşamağın yolunu göstərir. Əminəm ki, kitablarımda oxucularım çox suallara cavab tapa biləcəklər” deyə yazıçı tədbir zamanı öz yaradıcılıq leytmotivini izah etdi.
Xatırladaq ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işini sabah yekunlaşdıracaq.
Fotolar imza saatının müxtəlif anlarını əks etdirir.
Fotoların müəllifi: Samir Əhədovdur.
Bugünkü “Ədəbiyyat qəzeti”nin anonsu
“Ədəbiyyat qəzeti”nin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birgə hazırladığı bu sayı böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Xüsusi buraxılış”dır.
Anar – Nizami bizimlədir, burdadır...
Həmid Herisçi – Dastançılığın estetik təsiri – mühüm keçid
Nizaminin müasiri olan Avropa şairləri: Parisli Aleksandr – O həm də böyük Nizami kimi Makedoniyalı İskəndərdən yazırdı (Səlim Babullaoğlunun təqdimatında)
Xəlil Yusifli – “Xosrov və Şirin” poeması ilə bağlı bəzi uydurmalar və həqiqətlər
Azər Turan – Altun Çağın şairi
İsa Həbibbəyli – Ədəbiyyat fatehi və əbədiyyətin fəthi
Deyir: “O Keyxosrovdursa, biz Əfrasiyabıq” – “Ədəbiyyat qəzeti”nin müsahibi İlqar Fəhmidir (Söhbətləşdi: Günel Musa)
Cavanşir Yusifli – Ey şeyx Nizami...
Səadət Şıxıyeva – Türklüyü ilə qürurlanan Şirin (Nizaminin “Xosrov və Şirin”i əsasında)
Nizami Cəfərov – Dahinin portreti
Elnarə Akimova – “Oğlum Məhəmmədə nəsihət” – uşaq ədəbiyyatının ilk örnəyi
“Bizim Nizamini anmağa deyil, anlamağa ehtiyacımız var” – “Ədəbiyyat qəzeti”
Siracəddin Hacı ilə söhbəti təqdim edir.
Mətanət Vahid – Nizami yaradıcılığında sənətlərarası əlaqə bədii dünyagörüş modeli kimi
Elçin – Cism ilə ruhun vəhdəti (Nizami Gəncəvi haqqında söz)
Sevinc Elsevər – Yer altında günəş (“Nizami” metrosundan reportaj)
Nəzakət Məmmədli – Nizami yaradıcılığında təsəvvüf
Abid Tahirli – Məhəmməd Əli Rəsulzadə: “Gəncəli şair, heç bir mübaliğəyə meydan verməmək üzrə ancaq və ancaq türk olmuşdur” (“Azərbaycan yurd bilgisi”nin bir məqaləsi haqqında)
Zəhra Allahverdiyeva – Nizami Gəncəvinin nəsil şəcərəsi haqqında
Seyfəddin Rzasoy – Nizami Gəncəvi və türk mifologiyası
Nəriman Həsənzadə - Akademik Y.E.Bertels yazıçı Mir Cəlalın evində
Ataəmi Mirzəyev – Azərbaycan epik şeirində qəzəl: Nizamidən Füzuliyə doğru
Əsəd Cahangir – Nizamidə məntiq və intuisiya
İmamveri Həmidov – Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında
Namaz Manafov – Turandot – Turan qızı – Türk qızı
Şəfəq Əlibəyli – Nizaminin “Sirlər xəzinəsi”ndə “Təzadlar sirri”
Aygün Bağırlı – Nizami Gəncəvinin ictimai idealı
Yaqub Babayev – Nizami yaradıcılığında rəmzi-metaforik anlayış və əhvalatlar
Eynulla Mədətli – İranda Nizami Gəncəvi irsinə münasibət: iddialar və həqiqətlər
Hacı Firudin Qurbansoy – “Sirlər xəzinəsi”ndən iki beytin tərcüməsi haqqında
Mayıl İsmayılov – Nizaminin Amerika tədqiqatçısı
Mehdi Kazımov – Nizami “Xəmsə”si və Şərq ədəbiyyatı
İlham Abbasov – Nizaminin türk ruhu
Kamil Hüseynoğlu – İran nizamişünaslığındakı bəzi təhriflərə dair
Nizami Tağısoy – Nizami əsərlərinin rus tərcümələri və rus nəşrləri ilə bağlı qeydlər
Ceyhun Mirzəli – “Nizami”nin ekran həlli
Sərvaz Hüseynoğlu – Nizaminin duaları
Mənbə: Edebiyyatqazeti.az
168 filmin qatıldığı Varşava kinofestivalının açılış mərasimi oldu
Cümə günü Polşanın paytaxtında ənənəvi Varşava kinofestivalı öz işinə başlayıb. Ümumilikdə, kinofestivalda cəmi 168 film - 50 ölkədən 99 tammetrajlı və 69 qısametrajlı film nümayiş etdiriləcək. Bu il təşkilatçılar 96 ölkədən 4,5 min müraciət qəbul etmişdilər, festivala düşmək çabaları böyük idi.
TASS-ın məlumatına görə, festivalın açılış mərasimində tamaşaçılar Rusiya, Estoniya və Fransanın birgə istehsalı olan, rejissorlar Nataşa Merkulova və Aleksey Çupovun "Kapitan Volkonoqov qaçdı" (2021) filmini seyr ediblər. Festivalın direktoru Stefan Laudin bu filmi özü üçün bu ilin sevimli lenti adlandırıb. "Bu filmdə bir az Sergey Bodrov var, bir az Andrey Tarkovski. Baş rolda Yuri Borisov çəkilib. Xahiş edirəm, bu adı xatırlayasınız. Mən onu "007"nin yeni hissəsində Bonda qalib gələcək şəxs rolunda görürəm", - deyə o, festivalın qonaqları qarşısında bu sözlərlə çıxış edib.
Varşava kinofestivalının baş mükafatı uğrunda - beynəlxalq müsabiqədə 15 film mücadilə aparacaq.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Varşava kinofestivalı öz tarixini 1985-ci ildən aparır. 2009-cu ildə Beynəlxalq Kino prodüserlər Assosiasiyası Polşa kino baxışına yüksək "A"kateqoriyasını vermişdir. Bu şərəfli liqaya dünyanın 15 aparıcı kinoforumları daxildir. Varşava kinofestivalı ilə yanaşı, bura Kann, Berlin, Venesiya, San-Sebastyan, Lokarno, Karlovı Varı, Tokio, Tallin, Monreal, Şanxay, Mar-Del Plate, Qahirə, Qoa və Moskvada keçirilən festivallar daxildir.
Bu il Varşava festivalı artıq 37-ci dəfədir ki, keçirilir. Nümayişlər oktyabrın 17-dək davam edəcək. Elə həmin vaxt müsabiqə proqramlarının qalibləri məlum olacaq. Əsas mükafat qızıl şabalıd yarpağı şəklində heykəlcikdir.