Super User
Bu gün “Xanuma” nümayiş olunacaq
Bu axşam Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Tamaşaçılar tamaşa boyu rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışlarının şahidi olacaqlar.
Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub. Əsər Tiflisdə yaşayan Xanuma adlı bir ara düzəldən qadın haqqındadır. Ərə getmək, evlənmək, nişanlanmaq istəyən hər kəs Xanumanı axtarıb tapır və problemlərini həll edir. Evdə qarımış qızlar, subaylıqda qocalmış oğlanlar Xanumanın köməyinə möhtacdırlar. Hamının işinə yarıyan Xanuma həm pul qazanır, həm də öz şəxsi işlərini də unutmayıb, sonda öz sevgisinə qovuşur. Onun bacarmadığı iş yoxdur. “Xanuma” əslində ağıllı və hazırcavab Qafqaz qadınına həsr olunmuş əsərdir. Müəllif Qafqazda yaşayan gürcüləri və azərbaycanlıları, xüsusən onların qadınlarını xüsusi incəliklə vəsf edib. Xanuma oxuyur, oynayır, istənilən problemin həlli onun üçün çətinlik yaratmır.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - Retiti və iki fil balası
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
Heyvanxana işçisi Retiti iki fil balası ilə. Keniya. 12 oktyabr, 2022-ci il.
Foto: Luis Tato/AFP
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Ermənilərin qəniminin ruhuna dua oxuyaq
1904-cü ilin bugünkü günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir.
“Ədəbiyyat və incəsənət” bildirir ki, söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
“Azərbaycan Həkim Ensiklopediyası” işıq üzü görüb
Keçən ilin Oktyabr ayından hazırlıqlarına başlanılan bir kitab işıq üzü görüb. Azərbaycan səhiyyəsi üçün əlamətdar hesab edilən wikimed.az - “Azərbaycan Həkim Ensiklopediyası kitabı”ndan söhbət gedir. Kitabın müəllifi Ramil Nəcəflidir.
Ramil Nəcəflinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, bu kitab
hər evə, hər ailəyə lazımlı bir kitabdır. Kitab Azərbaycanda ilk dəfə olaraq QR kodlarla nəşr olunur. Kitabı açıb QR koda tusladiğınız zaman içində bioqrafiyası olan şəxslərin hər birinin internetdə səhifələrinə, videolarına, haqqında yazılanlara aparıb çıxarır. Dizayn və çapı ən yüksək keyfiyyətdə olan kitabda yalnız səviyyəli həkimlərdən bəhs edilir.
Müəllif söyləyir: “Mənə etimad göstərib çapdan əvvəl kitabın araya-ərsəyə gəlməsində köməklik göstərən şəxslərə qucaq dolusu təşəkkürlərimi bildirirəm”.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Notr-Dam yenidən Neftçilər prospektində, Musiqili teatrda
Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Nort-Dam kilsəsi” romanın motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilən "Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə oynanılıb.
Sənət ocağının repertuarında uğurla təqdim olunan tamaşa Avropanın əzəmətli abidələrindən biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib.
Azərbaycanın qocaman teatrı bu hadisəyə biganə qalmadığını dahi Hüqonun qəhrəmanlarını səhnəyə gətirməklə göstərib və dinindən, irqinindən asılı olmayaraq, bütün bəşəriyyəti tarixi abidələrin xilası üçün həmrəyliyə səsləyib.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanları dayanır. Qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hissləri təcəssüm olunan bu məşhur əsər indiyə qədər dünyanın bir çox tanınmış teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.
Xatırladaq ki, "Paris Notr-Dama ithaf" fevralın 24-də saat 19:00-da yenidən nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bu gün Köhnə yeni ildir
Bayram həvəskarları Yeni ilin abu-havasından hələ çıxmayıblar, odur ki yanvarın 13-dən 14-nə keçən gecə Köhnə yeni ili də qeyd etmək məhz onlar üçündür. Amma heç düşünürükmü, hardan peyda olub bu ənənə?
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sovetlər yenicə qurulanda – 1918-ci ildə kommunist başbilənlər köhnə Yulian təqvimi ilə yeni Qriqorian təqvimləri arasında 13 gün fərq olduğuna diqqət çəkərək “niyə bu yeni təqvimlə bayram edirik, köhnəylə etmirik?” deyiblər və Köhnə yeni il bayramının ənənəsini qoyublar. Biz azərbaycanlılar da sovetlər dönəmində bu xristian adətlərinə uyub bu bayramı keçirmişik.
Bu gün də evlərdə bayram olacaq, dəqiq bilirik. Olur olsun da. Bayramın nəyi pisdir ki? Bu acılarla dolu dünyada insan sevinməyə bəhanə tapırsa, bu yaxşı əlamətdir. Təki matəm olmasın.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
“Forbes” jurnalı 2023-də Azərbaycana səyahətə dəvət edir
“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı ölkələr qeyd edilib. Və bu sırada Azərbaycanın da adı var.
Məşhur dərgidə qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. "Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz", - deyə məqalədə bildirilir.
Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələrin də adı yer alıb
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Almaniyada yaşayan Məsud Pənahinin 80 illik yubileyi qeyd olundu
Tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyinin qeyd ediləcəyinin anonsunu vermişdik. Yibiley qeyd edildi.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda gerçəkləşən yubiley tədbirini giriş sözü ilə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq tanınmış rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Cəmil Quliyev M. Pənahinin “Bulud niyə ağlayır?”, “Pıspısa xanım və Siçan bəy”, “Dınqıl, sazım, dınqıl” və s. filmlərin yaradılmasında əməyini xüsusi vurğuladı. Qeyd etdi ki, rejissor uzun illərdir öz fəaliyyətini Almaniyada davam etdirir.
Sonra Məsud Pənahi ilə onlayn formatda canlı bağlantı yaradıldı və o, yubiley tədbirinin təşkil olunmasına görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkürünü bildirdi.
Tədbirdə animasiya filmləri rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov “Azərbaycanfilm” kinostudiyasının nəzdində animasiya studiyasının formalaşdırılmasından və bu prosesdə Məsud Pənahinin fəal iştirakından bəhs etdi. Onun Azərbaycanda animasiya sahəsinə bir çox yeniliklər gətirməsi, 1970-ci illərdə kinostudiyada xüsusi animasiya kursları təşkil etməsi barədə söhbət açdı.
Çıxış edən digər natiqlər və ailə üzvləri Məsud Pənahinin yaradıcılığı haqqında fikirlərini bölüşdülər.
Tədbirin sonunda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə...” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi nümayiş etdirildi.
Bəli, sənət fədailəri əsla unudulmur.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Yerdə "əldəqayırma Günəş"
Şimali Kaliforniyadakı "Lourens Livermor" Milli Laboratoriyasının alimləri nüvə sintezi üzrə rekord qıran təcrübə keçiriblər. Belə ki, elm adamları Milli Alovlanma Təsislərində (NIF) saniyənin 100 trilyonda biri üçün 1,3 meqacoul enerji ayrılmasına nail olublar.
Nüvə sintezində iki atom birləşərək daha ağır bir atom meydana gətirir və böyük miqdarda enerji buraxır. Bu proses təbiətdə baş verir - məsələn, Günəş məhz nüvə sintezi vasitəsilə (hidrogen atomlarını birləşdirərək heliumu əmələ gətirməklə) enerji yaradır.
Ən sadə termonüvə sintezi hidrogenlə qidalanır. Alimlər ümid edirlər ki, zaman keçdikcə nüvə sintezi "əhliləşdirilə" və okeanlarda bol olan hidrogendən istifadə etməklə nisbətən təmiz enerji mənbəyinə çevrilə bilər.
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)
Qadın ərinə ən çox hansı səbəblərdən xəyanət edir?
Qadın qətllərindən sonra adətən, bir fikir ortaya çıxır "qadın xəyanət edirdi". Bu fikir çox zaman qatilə haqq qazandırmaq üçün, onun həbsxanada yerinin daha "yaxşı" olması, daha "hörmətli" olması üçün uydurulan bir yalandır.
Demirik, qadınların hamısı mələkdir və xəyanətdən uzaqdır. Əsla. Qadınlar da xəyanət edə bilir. Amma öncə xəyanətin nə olduğuna bir nəzər salaq.
Xəyanət bir münasibət daxilində cütlüklərin birinin bir başqası ilə fiziki, cinsi və duyğusal ünsiyyət yaratmasıdır. Bəli, qadınlar da aldadır. Əslində aldatmaq və ya xəyanət, çox xoş olmayan sözlərdir. Kişilərə çox zaman "niyə aldadırsan" sualı verildiyi zamanı bunu hormonları ilə əlaqələndirirlər. Ancaq qadınlar isə çox zaman duyğusal səbəblərlə aldadır. Münasibətində narahatlıqlar, tez-tez edilən mübahisələr, psixoloji və fiziki zorakılıq varsa, qadın münasibətində dəyər görməməyə başladığını düşünürsə, partnyor yox sayılmağa başlanırsa, qadın ailədən, münasibətdən soyumağa başlayır.
Kişilər, xüsusilə evləndikdən sonra və ya uzun münasibətlərdə qadının getməyəcəyini düşünüb onun şəxsiyyətini öz şəxsiyyəti altında əzməyə çalışırlar. Bu isə qadına dəyərsizlik hissi yaşatmağa başlayır. Qadın, dəyərini tapa bilmək üçün aldatmağa yönəlir. Aldadan qadınların çoxu, həyat yoldaşının da onu aldatdığını bildiyi üçün aldadılmağa layiq olduğunu hesab edir.
Psixoloq Leyla Zaman bildirir ki, cinsi uyğunsuzluq, fiziki zorakılığa məruz qalmaq da aldatma səbəbləri arasındadır.
"Qadınların dözə bilmədiyi digər proses isə onunla kobud davranılmasıdır. Hörmət etməyən, aşağılayan, nəzakətsiz davranışlar sərgiləyən, kişilər qadınları münasibətlərdən soyudur. Münasibətində yetərli qədər tərif, kompliment ala bilməyən, yaşlanmaya başladığını düşünən qadınlar ciddi bir narahatlıqla yaşlanmadıqlarını və hələ də gözəl olduqlarını hiss etmək üçün aldatmağa başlayırlar. Münasibətlərdə həyəcanı qalmayıbsa, hər şey adiləşibsə, kişi qadının yanında şəxsi təmizliyinə diqqət etmirsə, qadınlar münasibətdən uzaqlaşa bilirlər. Münasibətlərində danışmayan kişi ilə yaşayan qadınlar duyğularını böyük şəkildə izah edən kişilərə daha çox üstünlük verirlər",- deyə psixoloq bildirib. Onun sözlərinə görə, münasibətlərdə qadının və ya kişinin aldatmaması üçün azadlıq olmalıdır. Yəni tərəflərin nəfəs ala bilmələri üçün uyğun mühiti olmalıdır.
Bəzən insanlar münasibətlərini o qədər iç-içə yaşayırlar ki, qısa zamanda xoşbəxt hiss edib bədbəxt olaraq münasibətdən çıxrlar: "Qadın xəyanət edirsə, burada kişidə də günah var. Yəni heç bir kişi deməsin ki, "işlədim, evə yemək aldım, geyim aldım, o da xəyanət etdi". Kişi düşünməlidir ki, qadın xəyanət edirsə, hardasa boşluq buraxıb".
“Ədəbiyyat və incəsənət”
(12.01.2023)